Tahir Kərimli ölümlə hədələnir: .....                     Mandatsız qalan Elmira Axundova üçün YENİ VƏZİFƏ: .....                     Axşam buludluluğun artacağı gözlənilir .....                     Qusarda narkotacirlər yaxalandı .....                     "Gündə beş dəfə namaz qılan insan rüşvət götürür" .....                     Əsəd ordusu Hələbin böyük hissəsini ələ keçirdi .....                     Əliyev-Paşinyan debatından erməni mediası nələr yazır? .....                     MSK namizədlərin şikayətlərinin DSK-lara göndəriməsinə aydınlıq gətirib .....                     Zaqatalada evdən oğurluq edən şəxslər saxlanılıb .....                     Bank “BTB”-nin 50-dən çox işçisi ixtisar olundu: Bu filialları bağlandı .....                     "İnstaqram"da meyxana ilə narkomaniyanı təbliğ edən 54 yaşlı kişi saxlanıldı .....                     “Paşinyan Münhendə gülüşə səbəb oldu” .....                     MSK yenə toplanır: daha iki dairə ləğv edilir?.. .....                     Sərnişinlər şikayət edir: .....                     Saatlar qaldı, bu gün dəhşətli müharibə başlaya bilər .....                     Elza Seyidcahan döyülməsindən danışdı: .....                     Həcc ziyarətinə getmək üçün 150 adam müraciət edib .....                     Qafqaz Bürosu Dağlıq Qarabağı Ermənistana bir günlük necə vermişdi? .....                     Təkcə bu il Ermənistanın 13 hərbçisi ölüb .....                     Azərbaycanlı vunderkind kalkulyatordan daha sürətli hesablayır .....                     SDU-da nələr dolaşır… .....                     Naxçıvanda keçirilən seçkilər niyə gizlədilir? .....                     Xəzərin sahili sintetik torlardan təmizlənib .....                     Yevlaxda taksi sürücüsü qarət edilib .....                     “Allah İlham Əliyevi başımızın üstündən əskik eləməsin” .....                     Palataları bazara çevirib... .....                     Cəmilin intihar xəbərini eşidən babası aeroportda infarktdan öldü .....                     Aprel zəfərinin diplomatik müstəvidə davamı .....                     Narkoloji Mərkəzdə xəstə intihar edib .....                     Həsən Ruhani: ABŞ-ın İrana təzyiq siyasəti uğursuz oldu .....                     Bakı Dövlət Universitetinə yeni mətbuat katibi təyin edildi .....                     Bakıda məktəbli qız qəzadan son anda xilas oldu .....                     Nikolun Münhendə Xocalı yalanına Sərkisyanın cavabı .....                     Alpout kəndindən olan milyarder qardaşların maxinasiyaları .....                     Bu dairələrdən hansının nəticələri ləğv olunacaq? .....                     Azərbaycanın göndərdiyi yardım Çinin koronavirus yayılan şəhərinə çatdı .....                     İslahatlara kimlər mane olmağa çalışır: .....                     Badamdarda baş verən hadisə sürüşmə deyil, uçqundur .....                     Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb .....                     Qaxda bir gündə ikisi azyaşlı olmaqla 4 nəfəri it dişləyib .....                 

BİZNESMEN, SİQARET MONOPOLİSTİ, SƏLƏMÇİ... - Lənkəranı yenəmi Rüfət Quliyev təmsil edəcək?
Tarix: 3-02-2020, 11:13 | Çap et
BİZNESMEN, SİQARET MONOPOLİSTİ, SƏLƏMÇİ...
Prezidentə müraciət edərək, özünü istefaya göndərən son parlamentin tərkibindən bir çox hakim partiya üzvlərilə yanaşı, müstəqil hesab olunan deputatların da yenidən öz namizədliklərini irəli sürməsi cəmiyyətin böyük kəsimində tənqid və narazılıqla qarşılandı. Təkrar namizədlikləri verilən YAP təmsilçilərinin “partiyanın iradəsindən çıxış edərək” növbədənkənar seçkiyə qatılmaları kimi bir bəhanəsi ola bilər. Lakin ölkədəki islahatlarla ayaqlaşmadıqlarını dolayısı da olsa etiraf edərək, parlamentin buraxılmasına səs verən müstəqil deputatların yenidən namizəd olmalarını anlamaq çətindir.

Belə namizədlərdən biri də artıq üst-üstə 15 ildir 73 saylı Lənkəran Şəhər Seçki Dairəsindən deputat olan Rüfət Quliyevdir. Ümumiyyətlə, Lənkəranın deputat sarıdan bəxti gətirməyib desək, yəqin ki, bizi qınayan olmaz. Xatırladaq ki, Lənkəranın digər dairəsi olan 74 saylı dairədəki deputatı da Hadı Rəcəblidir. Bu iki deputatı birləşdirən bir çox cəhətlər var ki, onlardan biri də biznesdir.

Rüfət Quliyev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Onun Azərbaycan iqtisadiyyatı ilə bağlı omasa da, şəxsi biznesilə bağlı kifayət qədər uğurları olduğu bildirilir. Rüfət Quliyev Azərbaycanda hələ ilk deputatlığı dövrlərindən millət vəkilindən daha çox siqaret monopolisti kimi tanınıb.

O, Azərbaycanın ən iri siqaret inhisarçısı, Bakı Tütün Kombinatının nəzdində yaradılan və 2000-ci ildən siqaret istehsalına başlayan “EUROPEAN TOBACCO Baku” ASC-nin rəhbəri və gerçək sahiblərindən sayılıb. Vaxtilə deputat ola-ola mətbuatda dərc edilən müsahibəsində özü etiraf etmişdi ki, Azərbaycanda bazarın 25-27 faizini onlar təmin edirlər. Lakin ticarət sektorundakı mənbələr bu rəqəm minimum 50 faizin üstündə olduğunu iddia edirdilər.

Onlardan birinin mətbuata verdiyi məlumatda deyilirdi: “Xüsusilə son illərdə onların orta və aşağı qiymətli siqaretlərinin satışı dəfələrlə artıb. Lakin bu həcmin yarıdan çoxu rəsmiləşdirilmir. Əsasən də kiçik və orta satış məntəqələrində satış həcmlərinin uçotu demək olar ki, aparılmır...”

Mətbuatda Rüfət Quliyevlə bağlı gedən yazılara diqqət yetirdikdə, onların böyük əksəriyyətinin deputatın biznesi, var-dövləti və pulla bağlı qalmaqallarına aid olduğunu görərsiniz. Sonuncu belə qalmaqal məhkəməyə qədər gedib çıxan 328 min dollarlıq pul davası olub.

Məlum olub ki, deputatın sələmə pul verdiyi və hətta dostu olduğu iddia edilən şəxs dünyasını dəyişdiyindən, millət vəkili onun ailə üzvlərindən pulun əvəzinə əmlak tələb edir. Həmin vaxt qarşı tərəfin vəkili jurnalistlərə müraciət edərək , “məhkəmədə hər kəs görsün ki, deputat seçicilərinin problemi ilə məşğul olmaq əvəzinə 40 illik dostunun dul həyat yoldaşına qarşı hansı qanunsuzluqları edir” deyə bildirmişdi.

Təəssüf ki, deputatın külli miqdarda pulu, var-dövləti olması və onu sələmə verməsi Azərbaycan üçün adi hala çevrilib...

Ancaq maraqlı olan öz biznesilə, var-dövlətilə məşğul olan bir adamın təkrar-təkrar deputat seçilməkdə marağı və bunun necə mümkün olmasıdır.

Normalda, müstəqil deputat arxasında hər hansı siyasi qüvvənin, ideologiyanın olmadığı bir şəxsdir. Belə şəxsin 3 dəfə ardıcıl olaraq deputat seçilməsi və dördüncüyə də iddialı olması üçün ən azından ölkə çapında tanınmasına, xarizmatik şəxs olmasına, olduqca aktiv ictimai-siyasi fəaliyyəti, geniş auditoriya tərəfindən diqqətlə izlənən çıxışları, nəhayət, heç olmasa təmsil olunduğu dairənin əhalisi qarşısında fövqəladə xidmətləri və s. digər üstünlüklərə malik olması gərəkdir. Bəs bunların hansı biri Rüfət Quliyevdə var?

Müsahibələrinin birində bu deputatın öz seçicilərilə görüşünə dair söylədiklərinə diqqət yetirin: “Mən ayda 1 dəfə seçicilərimlə görüşürəm. İndi görüşə gələn adamların sayı isə azalıb. Bunun obyektiv səbəbi də var... hökumət üzvləri bölgələrdə vətəndaşlarla görüşürlər. Mən belə başa düşürəm ki, həmin görüşlərdə problemlərin çoxu həll olunur”.

Belə çıxır ki, artıq Lənkəran camaatının bütün problemləri həll olunub və deputata söyləyəcək elə bir sözü qalmayıb. Bəlkə əksinə, əhali hörmətli deputata nəsə deməyin mənasız olduğunu anladığından ona müraciət etmir? Yaxud bəlkə bu görüşlər əgər keçirilirsə də, yalnız deputata sərf edən “ənənəvi kontingentlə” keçirilir? Axı istənilən lənkəranlı, deputatın əlindən tutub, onu işsizlikdən, imkansızlıqdan, sosial problemlərdən əziyyət çəkən yüzlərlə, minlərlə ailənin qapısına apara bilər.Təbii ki, əgər R.Quliyev həmin qapıları döymək istəyirsə...

Nəhayət, bu deputatın belə demək mümkünsə, hansı siyasi cinahı təmsil etməsinə nəzər yetirməkdə bir fayda var. Ölkədə aparılan iqtisadi, kadr və struktur islahatları, eləcə də siyasi islahatlar “köhnə qvardiyaya” aid olan və onun bosslarının qulluğunda durmuş fiqurlara yeni şəraitdə şans tanımır.

Rüfət Quliyevin hansı qrupa, hansı cinaha aid olmasına dair konkret fikir söyləməkdən uzağıq. Yalnız onun müsahibələrinin birində keçmiş MTN naziri Eldar Mahmudovla bağlı suala nostalji dolu, az qala kövrək cavabını xatırlatmamaq olmur: “Həmkarım Çingiz Əsədullayevin(Eldar Mahmudovun ən yaxın adamlarından biri, Rüfət Quliyevin dostu-red.) bir sözü çox xoşuma gəlir. Vaxt var idi ki, insanlar Eldar Mahmudovun əlini sıxmaqdan ötrü növbəyə düzülürdülər...”

Bəs bu sırada kimlər olub və indi onlardan kimlər qalıb görəsən?

Bir də görəsən lənkəranlılar nə düşünürlər? Yenəmi Hadı Rəcəbli, yenəmi Rüfət Quliyev?...
AzPolitika.info





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tahir Kərimli ölümlə hədələnir: - “Mənə deyirlər ki..."
Bu gün, 12:45
Mandatsız qalan Elmira Axundova üçün YENİ VƏZİFƏ: - Keçmiş deputat səfir göndərilir
Bu gün, 12:44
Axşam buludluluğun artacağı gözlənilir - Belə deyirlər...
Bu gün, 12:39
Qusarda narkotacirlər yaxalandı
Bu gün, 12:38
"Gündə beş dəfə namaz qılan insan rüşvət götürür" - Xalq artisti
Bu gün, 12:35
Əsəd ordusu Hələbin böyük hissəsini ələ keçirdi
Bu gün, 12:33
Əliyev-Paşinyan debatından erməni mediası nələr yazır? - Sitatlar
Bu gün, 12:24
MSK namizədlərin şikayətlərinin DSK-lara göndəriməsinə aydınlıq gətirib
Bu gün, 12:14
Zaqatalada evdən oğurluq edən şəxslər saxlanılıb
Bu gün, 11:57
Bank “BTB”-nin 50-dən çox işçisi ixtisar olundu: Bu filialları bağlandı - SİYAHI
Bu gün, 11:51
"İnstaqram"da meyxana ilə narkomaniyanı təbliğ edən 54 yaşlı kişi saxlanıldı - FOTO
Bu gün, 11:44
“Paşinyan Münhendə gülüşə səbəb oldu” - Sabiq erməni nazir
Bu gün, 11:43
MSK yenə toplanır: daha iki dairə ləğv edilir?.. - GƏLİŞMƏ
Bu gün, 11:42
Sərnişinlər şikayət edir: - “Avtobusu necə gəldi idarə edirlər”
Bu gün, 11:39
Saatlar qaldı, bu gün dəhşətli müharibə başlaya bilər - Ordu ƏMR GÖZLƏYİR
Bu gün, 11:37
Elza Seyidcahan döyülməsindən danışdı: - "Qadının alt paltarından bülleten çıxdı"
Bu gün, 11:33
Həcc ziyarətinə getmək üçün 150 adam müraciət edib
Bu gün, 11:30
Qafqaz Bürosu Dağlıq Qarabağı Ermənistana bir günlük necə vermişdi? - NİKOL PAŞİNYAN ÜÇÜN TARİXİ ARAYIŞ
Bu gün, 11:26
Təkcə bu il Ermənistanın 13 hərbçisi ölüb - Düşmən tərəfi etiraf edir
Bu gün, 11:23
Azərbaycanlı vunderkind kalkulyatordan daha sürətli hesablayır - VİDEO
Bu gün, 11:20
SDU-da nələr dolaşır… - İTTİHAM
Bu gün, 11:18
Naxçıvanda keçirilən seçkilər niyə gizlədilir? - İLGİNC
Bu gün, 11:16
Xəzərin sahili sintetik torlardan təmizlənib - FOTO
Bu gün, 11:14
Yevlaxda taksi sürücüsü qarət edilib
Bu gün, 11:12
“Allah İlham Əliyevi başımızın üstündən əskik eləməsin” - Əli Həsənovdan status
Bu gün, 11:00
Palataları bazara çevirib... - NARAZILIQ...
Bu gün, 10:57
Cəmilin intihar xəbərini eşidən babası aeroportda infarktdan öldü
Bu gün, 10:51
Aprel zəfərinin diplomatik müstəvidə davamı - TƏHLİL
Bu gün, 10:47
Narkoloji Mərkəzdə xəstə intihar edib
Bu gün, 10:42
Həsən Ruhani: ABŞ-ın İrana təzyiq siyasəti uğursuz oldu
Bu gün, 10:38
Bakı Dövlət Universitetinə yeni mətbuat katibi təyin edildi - FOTO
Bu gün, 10:36
Bakıda məktəbli qız qəzadan son anda xilas oldu - VİDEO
Bu gün, 10:35
Nikolun Münhendə Xocalı yalanına Sərkisyanın cavabı - FAKT
Bu gün, 10:26
Alpout kəndindən olan milyarder qardaşların maxinasiyaları - ABDULLAYEVLƏRİN BİZNESİ NECƏ ÇÖKDÜ...
Bu gün, 10:23
Bu dairələrdən hansının nəticələri ləğv olunacaq? - SİYAHI
Bu gün, 10:18
Azərbaycanın göndərdiyi yardım Çinin koronavirus yayılan şəhərinə çatdı
Bu gün, 10:16
Aysel biabır etdi: - “Pullu kişilərin “şotu”na...”
Bu gün, 10:13
İslahatlara kimlər mane olmağa çalışır: - Prosesdə özlərini görə bilməyənlər, düşmənlə həmrəy olanlar...
Bu gün, 10:09
Badamdarda baş verən hadisə sürüşmə deyil, uçqundur - ETSN
Bu gün, 10:04
Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb - FOTO
Bu gün, 10:02
Qaxda bir gündə ikisi azyaşlı olmaqla 4 nəfəri it dişləyib
Bu gün, 09:54
Fazil Mustafa Mehman Hüseynovu şantajda ittiham etdi
Bu gün, 09:48
Amerikalı professordan Paşinyana sərt cavab - FOTO
Bu gün, 09:47
Bu Tiqran o Tiqran deyil: Paşinyan tarixi necə qarışdırdı - TƏHLİL
Bu gün, 09:33
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:28
"Nəhayət, mandat qazandıq. Maşallah!" - Xanım deputatların siftəsi korlandı
Bu gün, 09:23
Koronavirus şübhəsi ilə bağlı xəstəxanada 2 nəfər müalicə alır
Bu gün, 09:20
“Deputata dedim ki, gəl bir gecə burada qal, görüm bacarırsanmı...” - GİLEY
Bu gün, 09:17
İqbal Məmmədov vaxtından əvvəl sevinib - VİDEO
Bu gün, 09:12
Neft yenidən ucuzlaşıb
Bu gün, 09:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru