Natiq Məmmədovdan anons: .....                     "Union Kredit" BOKT-nin RƏHBƏRİ DƏYİŞİB .....                     “Azəriqaz” Təhsil Şöbəsini məhkəməyə verdi .....                     Azərbaycanda əri həbsdə olan qadın iki az yaşlı körpəsini ataraq evdən qaçıb .....                     ABŞ dünyanın ən güclü donanmasına sahib olan ölkələrin adını açıqladı .....                     “PAŞA Sığorta”nın adından dələduzluq edirlər .....                     Bu YAP-çı deputatlar yenidən namizəd olacaq .....                     Qaradağda Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirildi .....                     Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb .....                     ETSN-nin kollektivi Heydər Əliyevin xatirəsini yad edib .....                     İcra Hakimiyyətinin maşını qəza törətdi .....                     Sahibkarları əliboş qoyan sığorta bazarı: .....                     Prezidentin köməkçisi azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə .....                     "ASAN Xidmət" də ÇƏTİN YOLU seçib... .....                     Ailəsindən 8 namizəd olan bələdiyyə sədri DANIŞDI .....                     Yazdığı yazıya görә jurnalistin mәhkәmәyә verilməsində birbaşa İsa Qəmbərin әli var .....                     Siyavuş Novruzov seçkidə namizəd olmayacaq? .....                     Yunis Səfərovun məhkəməsinin vaxtı məlum olub .....                     Məşhur YAP-çı deputat olmayacaq, YENİ VƏZİFƏYƏ GEDİR... .....                     Türkiyə XİN ABŞ Senatının sanksiyası ilə bağlı bəyanat yayıb .....                     Banka 2,3 milyon borcu olan şirkət BİRLƏŞMƏ YOLU İLƏ «ARADAN ÇIXIB» .....                     Beynəlxalq Bankda YENİ TƏYİNAT .....                     Bu gün Kiyevdə GUAM dövlət başçılarının sammiti keçiriləcək .....                     "Ən böyük vəzifəmiz Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır" .....                     "Hüseyn Abdullayev dövlət başçısına ərizə yazmaqla əfv olunmasını xahiş edə bilər" .....                     Bakıda kirayənişin 43 yaşlı kişini ürəyindən bıçaqladı .....                     Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını .....                     Azərbaycanlı oliqarxın “yol xəritəsi” .....                     Azərbaycan Prezidenti Heydər Əliyevin anım günü ilə bağlı "Facebook"da paylaşım edib .....                     GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİNDƏ BİABIRÇILIQ .....                     “Bu o demək deyildi ki, İlham Əliyev Heydər Əliyevin kadrları ilə işləmək istəmirdi...” .....                     "Heydər Əliyev yolu davamlı uğurların əsasıdır" .....                     Namizədliyi irəli sürülməyəcək deputatların adları bəlli oldu .....                     Məşhur tikinti şirkəti ətrafında yeni qalmaqal: .....                     "Azeri Light" nefti ucuzlaşıb .....                     Başa düşmək olmur, bura universitetdir, yoxsa market?.. .....                     Britaniyada parlament seçkisidir .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     "Əvvəlcə icra hakimiyyətində əyləşənlərdən soruşmaq lazımdır ki..." .....                     "AAAF Park" sakinlərini dinləyən yoxdur... .....                 

"Az qala xalqı ittiham edirdilər ki..." - Əli Həsənovdan müxalifətə daha bir DƏRS
Tarix: 14-11-2019, 11:38 | Çap et
"Az qala xalqı ittiham edirdilər ki..."
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov sosial mediada ölkə müxalifətinin fəaliyyətinə dair məqalə dərc edib. DİA.AZ həmin məqaləni oxuculara təqdim edir.

***

Azərbaycanda və dünyada baş verən proseslərin arxasında hansı geosiyasi, geoiqtisadi, yaxud lokal siyasi-iqtisadi korporativ maraqların dayandığını siyasətlə yaxından uzağa əlaqəsi olmayan vətəndaşlarımızın çoxu başa düşür. Nəinki başa düşür, hətta bir zamanlar meydanlarda, küçələrdə qaldırdığı yumruğunu azadlığın təkrarsız simvolu kimi təqdim edənlərdən daha yaxşı təhlil etməyi bacarır. Amma illərdir ölkənin siyasi arenasında baş girləyib aqressiv və təkrarçı ritorikalarını cəmiyyətə “siyasi intellekt nümunəsi” kimi sırımağa çalışan antimilli və dağıdıcı müxalifət təmsilçiləri ən adi reallıqları belə görmək istəmir, yaxud görə bilmirlər.

Fikrimizi arqumentləşdirmək üçün yaxın siyasi tariximizin dərinliklərinə dalmağa ehtiyac yoxdur, bəhs olunan müxalifət nümayəndələrinin son 15-16 il ərzində regionda və dünyada baş verən proseslərə münasibətini və nümayiş etdirdikləri davranışı yada salmaq yetərlidir.

16 il öncə Azərbaycanın radikal müxalifətinin də ilhamlandığı və az qala bayram kimi qeyd etdiyi Gürcüstandakı “qızılgül inqilabı”ndan sonra cərəyan edən prosesləri, yəqin ki, hər kəs yaxşı xatırlayır. Yaxud Ukraynada “narıncı inqilab“ ssenarisinin reallaşdırıldığı dövrdə bizim radikalların orada baş verənlərin eynilə təkrarlamasına çalışdıqlarını, Ukryanadakı ilə oxşar adda partiyalar bloku qurduğu, müəyyən şəxslərin Ukraynadan narıncı geyim və qalstuk idxalı biznesindən özünə güzəran düzəltdiyini də hamı bilir. Ukraynadan Qırğızıstana qədər postsovet məkanını bürümüş “rəngli inqilab”ların çox keçmədən narıncıdan sarıya doğru necə metamorfozaya uğradığının, əvvəl “narıncılaşmanın”, sonra da “saralmanın” bu ölkələr üçün hansı insani, maddi və ərazi itikiləri ilə yekunlaşmasının şahidi olduq.

Radikal müxalifət 2010-cu illərin başlanğıncında start götürmüş “ərəb baharı”ndan da vəcdə gəlmişdi. ”İnqilab baharı” mövsümünün Yaxın Şərqdə yüz minlərlə günahsız insanın qətlinə, milyonlarla insanın qaçqın taleyi yaşamasına, bəşəriyyətin mədəni sərvəti olan unikal tarixi abidələrin dağıdılmasına, terrorizmə rəvac verməsinə laqeyd qalan azərbaycanlı “inqilab idxalçı”ları bu dəfə də vaxtından əvvəl sevinməyə başlamışdı. Onların hətta Tunisdə olduqca fəlakətli proseslərin katalizatoru olmuş faciəni andıran hadisənin 2013-cü ildə Bakıda təkrarlanmasından necə sevindiklərini, ekstaz keçirdiklərini təsvir etmək sözün imkanları xaricindədir. Sanki söhbət özünü yandıran insandan deyil, inqilabı körükləmək üçün tələb olunan adi bir əşyadan gedirdi.

Yaxın Şərqdə cərəyan edən proseslərin Azərbaycanın daxilinə daşınması üçün bizim radikal antimilli dairələr gecə-gündüz sosial şəbəkələrdə, internet resurslarında təbliğat aparırdı. Ölkəmizdə baş verən sıradan bir kriminal hadisəni, yaxud təməlində hansısa əhəmiyyətsiz sosial problemin dayandığı istənilən faktı “dəhşətli hüquq pozuntusu” kimi qələmə verir, müsəlman Şərqində ilk respublika quran, müasir, sivil, inkişaf etmiş Azərbaycan xalqını bu və ya digər səbəblərdən geridə qalmış cəmiyyətlərlə müqayisə etməkdən belə çəkinmirdilər. Amma bu gün onlardan heç biri özündə cəsarət tapıb vaxtilə “azadlıq uğrunda mübarizə” kimi təqdim etməyə çalışdıqları “ərəb baharı”nın göz önündə olan qanlı nəticələrindən danışmır və bətnindən terrorizm, İŞİD kimi ən dəhşətli terror bəlası doğuran prosesləri təbliğ etdiklərinə görə Azərbaycan cəmiyyətindən üzr istəmirlər.

Bəzi faktlara baxaq. “İnqilabi mövsüm” qurbanı olan ölkələrdən Liviyada yalnız 2011-ci ilin avqustuna olan göstəricilərə görə 50 mindən çox insanın həyatına son qoyulub. Bəzi mənbələrdə isə daha 30 min insanın itkin, 750 minə şəxsin qaçqın düşdüyü bildirilir. Suriyada baş verənlər isə 2015-ci ilin statistik göstəricilərinə görə 300 min insanın həyatına son qoyub, 4 milyon nəfər isə öz evindən didərgin düşüb. 2011-ci ildən sonra Liviyada, 2015-ci ildən sonra isə Suriyada baş verən kütləvi insan ölümlərini artıq heç kim hesablamır. Çünki günahsız insanların qətlə yetirilməsi, terror bu ölkələr üçün adi hala çevrilib. Viranə qalmış, terror qruplarının meydan suladığı bu ölkələrdə insan həyatının heç bir dəyəri yoxdur. Liviyada tuareqlərin etnik, tarixi vilayətlərin regional separatizmi ölkəni real parçalanma təhlükəsi qarşısında qoyub, vətəndaş müharibəsi səngimək bilmir, hər gün yeni qüvvələr, geosiyasi maraqlar ölkədəki münaqişəsinin dərinləşməsinə xüsusi “töhfə” verirlər. Suriyada baş verənləri isə Azərbaycan mediası kifayət qədər geniş işıqlandırıldığından burda yaşanan humanitar fəlakəti, XIX əsr suriyalı maarifçilərin “Böyük Suriya” idealının, XX əsrin əvvəllərində və ortalarında reallaşdırlmasına təşəbbüs göstərilən panərəbizm layihələrinin necə dəfn edildiyini, Suriyanın etnik və konfessional zəmində necə parçalandığını, xarici hərbi birləşmələrin ölkədə necə söz sahibi olduqlarını xatırlatmağa lüzum görmürük. Çünki bunları Azərbaycan inqilabçılarının ideoloqu “görkəmli tarixçi professor” Cəmil Həsənli və onun “müzəffər inqilabçı lideri” Əli Kərimli bilməmiş deyil.

Sonrakı illərdə - 2017-ci ilin sentyabrında Myanmanın Arakan vilayətində Rohinca müsəlman azlığına qarşı qətliamlarla əlaqədar alovlanan qarşıdurma Azərbaycanın radikal müxalifəti üçün növbəti analogiyalar üçün bəhanə açmışdı. Az qala xalqı ittiham edirdilər ki, nəyə görə Myanmada sabitliyin pozulacağına səbəb olan hadisələr baş verir, amma bizim ölkəmizdə xalq yatıb, sabitlik pozulmur ki pozulmur.

2019-cu ilin aprelində Sudanda baş verən genişmiqyaslı nümayişlərdən sonra da bizim Cəmil Həsənli-Əli Kərimli düşərgəsini təmsil edən radikalların əsas müzakirə mövzusu akasiyaları Xartumdan Bakıya necə transfer etməyin yolları ilə bağlı idi. Halbuki Sudanda baş verənlər Cənubi Sudanda guya soyqırım törədilməsi haqda sübut edilməmiş, sonradan bəzi beynəlxalq ekspertlər tərəfindən də təkzib edilmiş iddialarla başlayıb, Cənubi Sudanın ölkədən qoparılması ilə nəticələnmiş hadisələrin davamı olduğu hər kəsə bəlli idi. Cənubi Sudan ayrılıb müstəqilliyini elan etsə də, əsas təbii sərvətlərin istismarına başlamaq üçün açar rolunu oynayan ərazilər uğrunda mübarizə hələ bitməyib.

Bütün bunlar xaricdən müxtəlif bər-bəzəkli adlar altında ixrac olunan inqilab “ssenari”lərinin nə qədər dəhşətli nəticələrə gətirib çıxardığının bariz nümunələridir. Amma Azərbaycanın dağıdıcı müxalifəti, adını çəkdiyim professor və onun rəzil lideri bütün bunlardan nəticə çıxarmaq, ölkəmizdə mövcud olan sabitliyin, vətəndaşlarımızın təhlükəsiz bir şəraitdə yaşamasının nə qədər vacib olduğunu dərk etmək istəmir.

Radikal antimilli müxalifət həmişə olduğu kimi, bu gün də bu və ya digər xarici ölkədəki zorakı hakimiyyət dəyişikliyini “İnqilabi təbliğat” məqsədilə istifadə edir, digər ölkələrdə daxili siyasi vəziyyət gərginləşəndə ruhlanır. Ölkələr arasında fərqləri nəzərə almadan "bunlar bizdə də baş verməlidir" kimi yanlış ümidlərə qapılır, sosial bazalarını da bu ovqata kökləmək istəyirlər. Radikalların başqa ölkələrin siyasi təcrübəsindən eyforiyaya düşməsinin ən başlıca səbəbi Azərbaycan xalqından dəstək ala bilmədikləri üçün xarici mərkəz və qüvvələr arasında gizli himayədarlar axtarışına çıxmasıdır.
Müşahidələr göstərir ki, beynəlxalq qlobal media şəbəkələrinin Azərbaycandilli resursları da həmin prosesləri müxtəlif aspektlərdən geniş işıqlandıraraq antimilli müxalif qrupları ideoloji baxımdan “təlimatlandırır” və təşviq edir . Sonradan “Azadlıq” qəzeti, “Azərbaycan saatı” kimi müxalif saytlar, müxalif Youtube kanalları və sosial səhifələr mövzunu Azərbaycan üzərində fokuslayır. Budur,müxalifətə başçılıq edənlər indi də öz təfəkkür səviyyələrinə uyğun olaraq siyasi kataklizmlər üçün analogiya axtarışlarının növbəti predmeti kimi hazırda qarşıdurma yaşanan Boliviyanı nümunə seçiblər. Bu həftənin əvvəllərində Boliviya prezidenti Evo Moralesin hakimiyyətdən devrilməsi bu kontekstdə təqdim edilməkdədir. Amerika qitəsində yerli qırmızıdərili əhalini təmsil edən ilk prezident olmuş Moralesin hakimiyyəti illərində Boliviyanın qısa müddətə ciddi iqtisadi nailiyyətlər əldə etməsi, evonomika adı verilən xüsusi iqtisadi konsepsiya tətbiq etməsi, sosial rifahın, orta aylıq əmək haqqı göstəricilərinin dəfələrlə artması, 2017-ci ildə bu göstəricilərinə görə bəzi Şərqi Avropa ölkələrini belə geridə qoyması, əhalinin 60 faizindən çoxunu təşkil edən qırmızıdərililərini dini-mədəni və sosial hüquqlarını qorumaq üçün hansı mühüm addımlar atmasından qətiyyən bəhs edilmir. O cümlədən də, hazırda Boliviyada hakimiyyəti zəbt etmiş “inqilabi liderin” irqçi ağ liderlərdən biri olması, ona separatçı regionlar tərəfindən necə dəstək verilməsi azərbaycan müxalifəti tərəfindən bilərəkdən gizlədilir. Bu uzaq ölkədə cərəyan etməkdə olan hadisələrin nəticəsi bir yana qalsın, özlərinin “demokratiya”, “hüquqi dövlət” tərəfdarı olduqlarını iddia edən Cəmil Həsənli-Əli Kərimli düşərgəsi, hətta baş verənlərin mahiyyətinə nəzər salmağı belə bacarmırlar. İnsan ölümləri və hərbçilərin siyasi proseslərə müdaxiləsi ilə müşayiət olunan dövlət çevrilişi “ərəb baharı”nda olduğu kimi yenə də eyni entuziazmla təbliğ olunur. Çünki radikal müxalifət təmsilçiləri üçün öz korporativ maraqları və onları idarə edənlərin sifarişlərindən başqa müqəddəs heç nə yoxdur.
ABŞ Konqresinin Nümayəndələr Palatası “erməni soyqırımı” ilə bağlı sənəd qəbul edəndə “Vətən”, “Dövlət”, “Millət” hayqıran Cəmil Həsənli-Əli Kərimli düşərgəsindən səs çıxmadı. Dağlıq Qarabağdakı separatçı rejimin başçıları Konqresdə görüşlər keçirəndə onlar Vaşinqtonda Azərbaycanı hədəfə gətirməklə məşğul idilər- budur bunların “vətənpərvərliyi”, “milli təəssübkeşliyi”, dövlət və millət “qayğısı”.

Görünən odur ki, radikal müxalifətə başçılıq edənlərin təfəkkürü dünyada baş verən prosesləri yamsılamaq, sosial şəbəkələrdə boş və mənasız kampaniya təşkil etmək, qarayaxma ilə məşğul olmaqdan o yana keçmir, cılız, qorxaq olduqları qədər də ambisioz və hikkəli davranışdan başqa ortaya heç nə qoya bilmirlər.

Gözləyək, görək, Boliviyadan sonra harada nə baş verəcək.

Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi,
tarix elmləri doktoru, professor





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Natiq Məmmədovdan anons: - Proses davam edir
Bu gün, 11:51
"Union Kredit" BOKT-nin RƏHBƏRİ DƏYİŞİB
Bu gün, 11:49
“Azəriqaz” Təhsil Şöbəsini məhkəməyə verdi
Bu gün, 11:42
"Bu səbəbə görə üzərimdə həmişə silah gəzdirirdim" - Xalq artisti
Bu gün, 11:41
"Şövkət Ələkbərovanın zinyət əşyası məndədir" - Əməkdar artisdən şok açıqlama
Bu gün, 11:38
Azərbaycanda əri həbsdə olan qadın iki az yaşlı körpəsini ataraq evdən qaçıb
Bu gün, 11:34
ABŞ dünyanın ən güclü donanmasına sahib olan ölkələrin adını açıqladı
Bu gün, 11:33
“PAŞA Sığorta”nın adından dələduzluq edirlər - Şirkətdən XƏBƏRDARLIQ
Bu gün, 11:30
Bu YAP-çı deputatlar yenidən namizəd olacaq - İDDİA
Bu gün, 11:28
Qaradağda Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirildi
Bu gün, 11:24
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 11:22
ETSN-nin kollektivi Heydər Əliyevin xatirəsini yad edib
Bu gün, 11:21
İcra Hakimiyyətinin maşını qəza törətdi - FOTO
Bu gün, 11:18
Sahibkarları əliboş qoyan sığorta bazarı: - ““EuroHome” da “Binə” Ticarət Mərkəzi kimi sığortalanmağa uyğun deyil”
Bu gün, 11:11
Prezidentin köməkçisi azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət bildirib
Bu gün, 11:08
"ASAN Xidmət" də ÇƏTİN YOLU seçib... - VİDEOGİLEY
Bu gün, 11:08
Ailəsindən 8 namizəd olan bələdiyyə sədri DANIŞDI - “Mərdimazarlıq edirlər...”
Bu gün, 11:03
“Dedilər bu qədər ver, səni…” - İzzət Bağırovdan niyə pul istədilər?
Bu gün, 11:00
Yazdığı yazıya görә jurnalistin mәhkәmәyә verilməsində birbaşa İsa Qəmbərin әli var - Yafəz Əkrəmoğlu
Bu gün, 10:51
Siyavuş Novruzov seçkidə namizəd olmayacaq? - YAP-dan AÇIQLAMA
Bu gün, 10:49
Yunis Səfərovun məhkəməsinin vaxtı məlum olub
Bu gün, 10:46
Məşhur YAP-çı deputat olmayacaq, YENİ VƏZİFƏYƏ GEDİR... - İDDİA
Bu gün, 10:42
Türkiyə XİN ABŞ Senatının sanksiyası ilə bağlı bəyanat yayıb
Bu gün, 10:38
Banka 2,3 milyon borcu olan şirkət BİRLƏŞMƏ YOLU İLƏ «ARADAN ÇIXIB» - İLGİNC
Bu gün, 10:37
Beynəlxalq Bankda YENİ TƏYİNAT
Bu gün, 10:34
Bu gün Kiyevdə GUAM dövlət başçılarının sammiti keçiriləcək
Bu gün, 10:29
Leyla Əliyeva Heydər Əliyevi belə andı - VİDEO
Bu gün, 10:28
"Ən böyük vəzifəmiz Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır" - Məhərrəm Əliyev
Bu gün, 10:23
"Hüseyn Abdullayev dövlət başçısına ərizə yazmaqla əfv olunmasını xahiş edə bilər"
Bu gün, 10:22
Bakıda kirayənişin 43 yaşlı kişini ürəyindən bıçaqladı
Bu gün, 10:05
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Bu gün, 10:04
Azərbaycanlı oliqarxın “yol xəritəsi” - "Milyarderlər ittifaqı" qayıdır?
Bu gün, 10:02
Azərbaycan Prezidenti Heydər Əliyevin anım günü ilə bağlı "Facebook"da paylaşım edib
Bu gün, 10:00
GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİNDƏ BİABIRÇILIQ - Vəkilsiz müttəhim, 5 dəqiqəlik proses və prokurorluq edən hakim...
Bu gün, 09:59
“Bu o demək deyildi ki, İlham Əliyev Heydər Əliyevin kadrları ilə işləmək istəmirdi...” - RAMİZ MEHDİYEVİN MƏQALƏSİ
Bu gün, 09:51
"Heydər Əliyev yolu davamlı uğurların əsasıdır" - Siyavuş Novruzov yazır...
Bu gün, 09:48
Namizədliyi irəli sürülməyəcək deputatların adları bəlli oldu - SİYAHI
Bu gün, 09:45
Məşhur tikinti şirkəti ətrafında yeni qalmaqal: - Tərəflər "döyüşə" hazır vəziyyətdədir
Bu gün, 09:43
"Azeri Light" nefti ucuzlaşıb
Bu gün, 09:41
Başa düşmək olmur, bura universitetdir, yoxsa market?.. - İDDİA
Bu gün, 09:40
Britaniyada parlament seçkisidir
Bu gün, 09:29
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:28
"Əvvəlcə icra hakimiyyətində əyləşənlərdən soruşmaq lazımdır ki..." - GİLEY
Bu gün, 09:27
"AAAF Park" sakinlərini dinləyən yoxdur... - NARAZILIQ...
Bu gün, 09:24
YAP-çılar seyrə balonlarla çıxır, müxalifət isə... - Köhnə hamam, köhnə tas...
Bu gün, 09:20
YAP-ın növbədənkənar seçkidəki nümayəndələri onlar oldu - SİYAHI
Bu gün, 09:15
Dünya şöhrətli müğənni azərbyacnalı dizayneri seçdi
Bu gün, 09:13
Yanlış dağı çapan Fərhad: Milyarderin “seçki təklifləri” nəyə hesablanıb? - TƏHLİL
Bu gün, 09:12
Beyləqan ən geridə qalmış rayondur... - GİLEY
Bu gün, 09:09
Gülalıyev niyə sağalmır? – Həkim şok detalları açdı
Bu gün, 09:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru