Bir neçə rayonda direktorların işə qəbulu üzrə müsahibə mərhələsinə başlanılıb .....                     Elmira Axundova çayxanaları tənqid etdi: .....                     Direktor vəzifəsinə rayonlardan olan namizədlər üçün müsahibə mərhələsinə başlanılıb .....                     Azərbaycan millisinin dünya çempionatına baş məşqçisiz getməsinin səbəbi açıqlanıb .....                     “Dedim Eldar Mahmudov 50 min istəyir, Əli Nağıyev başını buladı...” .....                     Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb .....                     "Bakı Nəqliyyat Agentliyinin adı dəyişdirilib "Fujifilm" qoyulmalıdır" .....                     Tramp milli təhlükəsizlik üzrə yeni müşavirinin adını açıqlayıb .....                     Polis Bakıda qətl törətmək istəyən şəxsi zərərsizləşdirib .....                     Müsavatda GÜZƏŞTSİZ RƏQABƏT: .....                     Tramp İrana qarşı sanksiyaları əhəmiyyətli dərəcədə artırmaq barədə tapşırıq verib .....                     Azercell jurnalistlər üçün təşkil edilən ingilis dili kurslarının qaliblərini mükafatlandırıb .....                     “1-2 məhsulun qiymətinin kəskin artması inflyasiya deyil” .....                     Ermənistanda ŞOK SƏNƏD yayıldı: .....                     “Fazil Mustafa şagirdlərlə rəsmi müraciət etsə, ona baxılacaq” .....                     "Cəmi bir qızıl medalım qaldı" .....                     Sabah dollar neçəyə olacaq? .....                     18 sentyabr Ümumdünya Su Monitorinqi Günüdür .....                     Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər .....                     «9 min manat zərər var, 2500 manat ödəyirlər» .....                     Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub .....                     Rusiyada nəhəng təlimdə S-400-lər işə salındı .....                     Azərbaycanı sevən Mariya Stadnik ikinci dəfə dünya çempionu olub .....                     İrəvanda sükut pozuldu: Baş nazirin siyahısında kimlərin adı var? .....                     “Azərişıq” sahibkarın işığını onlayn yandıracaq .....                     "Evimə sayğac qoyulması üçün pul tələb edilir..." .....                     Deputat restoranlarda qiymətlərin bahalığından şikayətlənib .....                     “Təmiz Şəhər” keçmiş jurnalistin şirkəti ilə əməkdaşlıq edəcək .....                     Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq .....                     Azərbaycanlı həkim Türkiyədə TUTULDU .....                     Bərdə rayon məhkəməsinin hakimi vəzifəsindən azad olundu .....                     Deputat Məşğulluq Xidmətini TƏNQİD ETDİ: .....                     "İindi də Vüsal "müəllim"in qoçuları..." .....                     “Paşinyan “Qarabağ klanı” ilə danışıqlara gedə bilər” .....                     Azərbaycanda əlilliyin təyinatı ilə bağlı yeni model tətbiq ediləcək .....                     Azərbaycanda 6 məhkəmə hakimi intizam məsuliyyətinə cəlb edilib, .....                     Yeni rektor onları özünə müşavir TƏYİN ETDİ .....                     Əli Kərimli Müsavatı ələ keçirir? .....                     Deputatların pensiyası artırılacaq .....                     Nəsimidə parkı söküb bina tikən sahibkar azadlığa buraxıldı .....                 

Sabiq nazir bir yandan siyasi qürub çağını yaşayır, digər yandan isə... - GƏLİŞMƏ
Tarix: 10-09-2019, 10:26 | Çap et
Sabiq nazir bir yandan siyasi qürub çağını yaşayır, digər yandan isə...
Paytaxtın Rəşid Behbudov küçəsində keçmiş nəqliyyat naziri Ziya Məmmədova aid olduğu bildirilən çoxmərtəbəli ofis sürətlə sökülür. Bu barədə məlumat yayan Qaynarinfo saytı bildirib ki, 1 saylı İqtisad Məhkəməsi və Nəsimi Rayon Prokurorluğunun yaxınlığında, Bakıxanov küçəsi-42 ilə paralel yerləşən, müasir tələblərə cavab verən binanın söküntü işlərinə üç gündür start verilib.

Söküntü işi üçnövbəli iş qrafiki ilə aparılır. Söküntüsü aparılan bina özəlliyi ilə fərqlənirdi. Binanın damında eyni anda iki helikopterin enə biləcəyi meydança vardı. Elə söküntüyə də helikopter meydançasının səbəb olduğunu iddia edənlər var.

Saytın yazdığına görə, 2010-cu ildə istifadəyə verilən binada Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi “ZQAN” holdinqin əsas ofisi və holdinqə aid olan törəmə şirkətlər, eləcə də ayrı-ayrı icarədar holdinq və şirkətlərin də ofisləri yerləşib. Söküntüyə rəhbərlik edən növbəli briqadaların birinin iş icraçısı binanın təcili və sürətlə sökülməsi tapşırığını aldığını deyib.

Ziya Məmmədov hazırda faktiki olaraq heç bir vəzifə daşımır. O, “Yeni Müsavat”a müsahibəsində ibadətlə məşğul olduğunu söyləmişdi. Mətbuatdan məlumdur ki, sabiq nəqliyyat naziri vəzifədə olarkən oliqarxa çevrilmişdi. O, sərbəst şəkildə heç ayda 5000 manat pul qazana bilməyəcək oğlu Anar Məmmədovu iş adamı elan edib, dövlətdən oğurladığı pulları onun sərəncamına verib dövr etdirirdi. Məmmədovlar xeyli sayda şirkətlər yaratmışdılar, bank sahibi olmuşdular (“Bank of Azerbaijan”). Üstəlik, ölkə boyunca min hektarlarla torpaq sahələrini yağmalamışdılar. Hətta Bakı Beynəlxalq Avtovağzalını da özəl obyektləri kimi rəsmiləşdirməyə nail olmuşdular...

Məmmədov vəzifədən azad edildikdən sonra onun mülkləri də əlindən alınmağa başladı. 2017-ci ildə Ziya Məmmədovun regionlarda ələ keçirmiş olduğu böyük mülklərin ondan geri alınması prosesinin sürətlənməsi ilə bağlı xəbərlərə rast gəlirik. Belə ki, o, nazir işlədiyi vaxtlarda Göyçayın Potu və Hüngütlü kəndləri arasında yerləşən 20 hektardan artıq səfalı yeri zəbt eləmişdi.

Məlumatlara görə, həmin ərəfədə Ziya Məmmədovun Ucardakı müəssisələri, obyektləri, Göyçay, Goranboy və Tərtər ərazisindəki daş-çınqıl karxanaları əlindən alınıb. Hətta bu ilin mart ayında Musavat.com-a məlumat daxil oldu ki, Ziya Məmmədov uzun illərdir ziyarət etmədiyi villasına 310 min manat qiymət qoyaraq, satışa çıxarıb. İki böyük giriş qapısı olan bu mülk 2 hektara yaxın torpaq sahəsində yerləşir. Bir zamanlar sabiq nazirin və ailə üzvlərinin tez-tez baş çəkdiyi həmin bağ evinin həyətində meydança, ayrı tikilidə idman və əyləncə zalı da var.

Lakin özü siyasi qürub çağını yaşasa da, eks-nazirin yaxın ətrafına yenidən etimad edilib, vəzifələr verilib. Belə ki, Ziya Məmmədovun qardaşı Elton Məmmədov bu ilin may ayında təhsil nazirinin əmri ilə Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib. O, bundan öncə 3 çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Həmçinin bu ilin iyun ayında Elton Məmmədovun oğlu Aynar Məmmədovun da vəzifəsi yüksəldilib. Belə ki, iyun ayında Azərbaycan Respublikası Milli Məclisi Aparatında və İşlər İdarəsində inzibati vəzifə tutan bir qrup dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında sərəncam imzalanıb. Sərəncamda Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşı Aynar Elton oğlu Məmmədovun da adı qeyd olunur. Sərəncamın elan olunduğu gündən Aynar Məmmədov sözügedən şöbənin baş müşaviri vəzifəsində çalışır.

Məsələ ilə bağlı Elton Məmmədov həmin zaman mətbuata açıqlamasında bildirib ki, Aynar Məmmədov uzun illərdir Milli Məclisdə çalışır: “Əvvəl kiçik məsələhətçi, sonra kiçik müşavir, bu gündən isə baş müşavir vəzifəsində öz işini davam etdirəcək”.

Ekspertlər bildirirlər ki, Ziya Məmmədovun özünün bağışlanması mümkün görünmür. Onlar hesab edirlər ki, Məmmədovun çoxsaylı qanunsuz əməlləri ilə yanaşı, yaratdığı “əsərlər” sırasında bu gün də şəhərdə “gəzən hamam”ları xatırladan narahat avtobuslar, sökülüb yararsız vəziyyətə düşən Quba yolu var. Hansı ki, bütün bunlar hələ də insanlara əziyyət verir, dövlət büdcəsindən yenidən əlavə vəsaitlərin ayrılmasına səbəb olur...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir neçə rayonda direktorların işə qəbulu üzrə müsahibə mərhələsinə başlanılıb
Dünən, 18:04
Elmira Axundova çayxanaları tənqid etdi: - Oğlunun çayxanası üzə çıxdı
Dünən, 18:03
Direktor vəzifəsinə rayonlardan olan namizədlər üçün müsahibə mərhələsinə başlanılıb
Dünən, 17:59
Azərbaycan millisinin dünya çempionatına baş məşqçisiz getməsinin səbəbi açıqlanıb
Dünən, 17:55
“Dedim Eldar Mahmudov 50 min istəyir, Əli Nağıyev başını buladı...” - VƏKİL ELÇİN NADİROV BAŞINA GƏLƏNLƏRİ DANIŞIR
Dünən, 17:53
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb
Dünən, 17:50
"Bakı Nəqliyyat Agentliyinin adı dəyişdirilib "Fujifilm" qoyulmalıdır" — AÇIQLAMA
Dünən, 17:49
Tramp milli təhlükəsizlik üzrə yeni müşavirinin adını açıqlayıb
Dünən, 17:47
Polis Bakıda qətl törətmək istəyən şəxsi zərərsizləşdirib
Dünən, 17:45
Müsavatda GÜZƏŞTSİZ RƏQABƏT: - Başqanlığa namizədlərdən heç biri geri çəkilmir
Dünən, 17:38
Tramp İrana qarşı sanksiyaları əhəmiyyətli dərəcədə artırmaq barədə tapşırıq verib
Dünən, 17:34
“Birinci ərim yuxuma girir”
Dünən, 17:27
Azercell jurnalistlər üçün təşkil edilən ingilis dili kurslarının qaliblərini mükafatlandırıb
Dünən, 17:22
“1-2 məhsulun qiymətinin kəskin artması inflyasiya deyil” - Dövlət Statistika Komitəsinin sədr müavini
Dünən, 17:18
Ermənistanda ŞOK SƏNƏD yayıldı: - Nikol Paşinyan dəlixanada yatıb (FOTOFAKT)
Dünən, 17:15
“Fazil Mustafa şagirdlərlə rəsmi müraciət etsə, ona baxılacaq” - Nazirlər Kabinetindən REAKSİYA
Dünən, 17:08
"Cəmi bir qızıl medalım qaldı" - Mariya Stadnik
Dünən, 17:07
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:06
18 sentyabr Ümumdünya Su Monitorinqi Günüdür
Dünən, 16:59
"Həkimlər ağzımı əydi"
Dünən, 16:57
Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər
Dünən, 16:51
«9 min manat zərər var, 2500 manat ödəyirlər» - QALMAQAL
Dünən, 16:51
Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub - FOTO
Dünən, 16:47
Rusiyada nəhəng təlimdə S-400-lər işə salındı
Dünən, 16:45
“Özəl kanalların bu işdə “xidməti” var”
Dünən, 16:43
Azərbaycanı sevən Mariya Stadnik ikinci dəfə dünya çempionu olub - Azərbaycan da onu sevir...
Dünən, 16:39
İrəvanda sükut pozuldu: Baş nazirin siyahısında kimlərin adı var? - GƏLİŞMƏ
Dünən, 16:37
“Azərişıq” sahibkarın işığını onlayn yandıracaq - VİDEO
Dünən, 16:34
"Evimə sayğac qoyulması üçün pul tələb edilir..." - GİLEY
Dünən, 16:33
Deputat restoranlarda qiymətlərin bahalığından şikayətlənib
Dünən, 16:29
“Təmiz Şəhər” keçmiş jurnalistin şirkəti ilə əməkdaşlıq edəcək - FOTO
Dünən, 16:02
Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq
Dünən, 16:01
Azərbaycanlı həkim Türkiyədə TUTULDU - Rüşvətə görə
Dünən, 15:59
Bərdə rayon məhkəməsinin hakimi vəzifəsindən azad olundu
Dünən, 15:58
Deputat Məşğulluq Xidmətini TƏNQİD ETDİ: - "Aşağı səviyyəli işləri təklif edir"
Dünən, 15:57
"İindi də Vüsal "müəllim"in qoçuları..." - GİLEY
Dünən, 15:55
“Paşinyan “Qarabağ klanı” ilə danışıqlara gedə bilər” - TƏHLİL
Dünən, 15:50
Azərbaycanda əlilliyin təyinatı ilə bağlı yeni model tətbiq ediləcək
Dünən, 15:46
Azərbaycanda 6 məhkəmə hakimi intizam məsuliyyətinə cəlb edilib, bir hakim vəzifədən azad olunub
Dünən, 15:43
AzTV-nin yeni loqosuna FƏRQLİ BAXIŞ - Tənqid də var, təqdir də…
Dünən, 15:38
Yeni rektor onları özünə müşavir TƏYİN ETDİ
Dünən, 15:34
Əli Kərimli Müsavatı ələ keçirir? - TƏHLİL
Dünən, 15:33
Deputatların pensiyası artırılacaq
Dünən, 15:31
Nəsimidə parkı söküb bina tikən sahibkar azadlığa buraxıldı - MÜƏMMA (VİDEO)
Dünən, 15:27
Taleh Şahsuvarlıdan hüquq-mühafizə orqanlarının rəhbərlərinə Aslan İsmayılovla bağlı MÜRACİƏT
Dünən, 15:25
Bu gün müəyyən təbəqəyə məxsus insanlar arasında sorğu keçirilsə
Dünən, 15:23
“Deputatlar fantastik fikir səsləndirməyiblər” - Hadı Rəcəbli
Dünən, 15:17
“Adil İsmayılovun vəkillik fəaliyyətinin dayandırılması qərarına şərh vermək səlahiyyətim yoxdu” - Anar Bağırov
Dünən, 15:16
Xalq artisti əlil arabasında
Dünən, 15:15
Türkiyədə azərbaycanlıların aldığı mənzillərin sayı 22% artıb
Dünən, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru