“Büdcə layihəsi hazırlanarkən şəffaflıq tam təmin olunmayıb” .....                     Qarabağda erməni minaya düşdü .....                     Prezident İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini .....                     “Nar” Göyçayda keçirilən festivalı abunəçiləri ilə birgə qeyd etdi .....                     YAP birinci qrup Qarabağ müharibəsi əlili üçün ev tikəcək .....                     Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması qaydasında dəyişiklik edililib .....                     Nəsimidə yol təmir-tikinti idarəsi ağacı kəsərək üstünü asfaltlayıb .....                     “İşləməyən şəxslərin və aztəminatlı ailələrin sığorta məsələsi insanları narahat edir” .....                     “Azərpoçt”la xaricə ərzaq məhsulu göndərmək olmaz? .....                     Baş redaktorun ailəsinə ağır itki üz verib .....                     Azərbaycan Ordusunun Naxçıvandakı qoşunları döyüşə hazırolma dərəcəsinə gətirilib .....                     İran generalı Azərbaycan sərhədçilərini nümunə göstərdi .....                     Müsavat Partiyasının başqanı sərbəst buraxılıb .....                     MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin görüşü Moskvada keçiriləcək .....                     Naxçıvan MR-in Qaz İstismar Xidmətinə rəis təyin olunub .....                     Qadınlar kişi üstündə saçyolduya çıxdı .....                     "Ermənistanda əhalinin narazılığı artdıqca hərbi xərcləri azaltmağa məcbur olacaqlar" .....                     Azyaşlı uşağı aldadıb zorladı .....                     Bizim siyasətimizə ləkə vuran hər bir adam öz cəzasını alacaq .....                     "ARDNF-dən büdcəyə transfertlər azaldılmalıdır" .....                     Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur .....                     Sabah dollar neçəyə olacaq? .....                     "Gündəliyimizdə Avropa İttifaqına üzv olmaq məsələsi yoxdur” .....                     “Onların aqibəti necə olacaq?” .....                     "Azərbaycan dünya miqyasında özünü çox məsuliyyətli ölkə kimi artıq təsdiqləyibdir" .....                     Özünü müxalifət adlandıran antimilli və tamamilə rəzil olmuş qorxaq dəstə əsassız ittihamlarda ön sıralardadır .....                     Bizim iştirakımız, razılığımız olmadan regional müstəvidə heç bir təşəbbüs, layihə icra edilə bilməz .....                     Lavrovun qalmaqallı Qarabağ açıqlaması: Məqsəd nədir? .....                     Hansısa yaramaz məmur şəxsi maraqları üçün hansısa bəd əməl törədərsə, mütləq cəzasını alacaq və artıq tarix bunu göstərir .....                     AMEA-da struktur islahatları aparılıb, idarə və şöbələr ləğv olunub .....                     Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir .....                     "Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək" .....                     Fəzail Ağamalı bank faizlərini aşağı salmağa .....                     Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan MDB-də birincidir .....                     “Atamın tövsiyəsi ilə həkim oldum” .....                     Son 16 il ərzində Azərbaycanda sürətli inkişaf dövrü yaşanır .....                     Əyyubovların Mingəçevir Turizm Kollecində “işğal siyasəti” .....                     Ramiz Mehdiyev ona vəzifə verdi... .....                     Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir .....                     Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində səyyar xidmət keçiriləcək .....                 

"Yazdığımız biznes planı bəh-bəhlə qəbul edildi, mükafatı da 20 xəstə qoyun oldu..." - NARAZILIQ
Tarix: 12-06-2019, 10:02 | Çap et
"Yazdığımız biznes planı bəh-bəhlə qəbul edildi, mükafatı da 20 xəstə qoyun oldu..."
“1 ay təpik döydük, 40 saat dərslərdə oturduq. Yazdığımız biznes planı bəh-bəhlə qəbul edildi. Mükafatı da 20 xəstə qoyun oldu”.

DİA.AZ bildirir ki, Ucarın Məlikballı kəndinin sakini Ruslan Namazov belə deyir. Bildirir ki, əvvəllər də heyvandarlıqla məşğul olublar. Sonra müflis olub, bütün heyvanlarını satıblar. Ailənin vəziyyəti o qədər ağırlaşıb ki, sonda ünvanlı sosial yardıma müraciət etməli olublar. 2 il yardımla dolanıblar. Sonra Ucar Rayon Məşğulluq Mərkəzi ailəyə “yardımdan imtina et, sizə mal-heyvan verək” – təklifi edib.

R.Namazov deyir ki, heyvandarlığın nə qədər gəlirli sahə olduğunu bildiyi üçün elə həmin günü yardımdan imtina edib, dərslərə yazılıb.

“Daha haradan bilərdm ki, yardımdan imtina etməyimə min peşman olacağımı? Gecənin yarısı gətirib həyətə 20 qoyun atıb getdilər. Ancaq imzaladığımız müqavilədə deyilir ki, bizə 20 ədəd yanıbalalı qoyun və 1 qoç verilməli imiş. Bunlar isə 20 qoyun verdilər. Qoçu soruşanda da əlavə bir qoyun da verdilər qucağıma ki, satıb, qoç alarsan. Həmin qoyun da xəstəlikdən güclə ayaq üstə dururdu. Səhərisi bazara apardım, birtəhər 60 manata sata bildim. Üstünə də əlimdə-ovcumda qalan 140 manatı qoyub bir qoç aldım”.

Kəndli deyir ki, bu da işə yaramayıb. İndiyə qədər həmin qoyunlardan cəmi 5-nin balası olub. Üstəlik, 9 qoyun xəstəlikdən ölüb:

“Düzdür, yerinə gətirib başqasını verdilər. Ancaq o gətirdiklərinin içində də ölənlər oldu. Sonra yenə başqasını gətirdilər. Hamısı xəstə qoyunlardır. Məsələ də burasındadır ki, mən xərc çəkib onları müalicə etdirirəm, ölürlər, sonra yenidən başqa xəstə qoyun gətirirlər. Bu dəfə həmin qoyuna xərc çəkirəm, sonra o da ölür. Mən artıq başıma haranın daşını tökəcəyimi bilmirəm”.

Ruslan Namazov bildirir ki, gətirilən qoyunlar həm xəstə, həm də qısırdır. Özünüməşğulluq proqramının isə şərtləri var. Verilən heyvanları yox, balasını, südünü, qatığını satmaq olar:

“Balalayır ki, satım? Gərək balalasın ki, südü, qatığı da oldun. Bu heyvanlar gəldikləri gündən bizdən alıblar ancaq. Hələ mən bu heyvanlardan bir xeyir görməmişəm. Belə getsə, nəsə xeyir görəcəyimə də inanmıram. Ünvanlı sosial yardım da əldən çıxdı. 4 qızım var, hamısı da oxumaq istəyir. Mən daha bilmirəm ailəmi necə dolandırım, o qızları necə oxudum. Heç nə bilmirəm”.

R.Namazov anlaya bilmir ki, niyə məşğulluq mərkəzinin əməkdaşları ailələrə verilən heyvanları gecəyarı, tələsik gətirirlər:

“İnanın, gətirənlərin üzünü də görmürük. Əgər bir gizlin işləri yoxdursa, niyə gecəynən gəlirlər, niyə üzlərini bizdən gizlədirlər, anlamıram. Elə sənədləri də gecəynən, sevincək imzalamışıq, görməmişik bizi aldatdıqlarını. Sonradan oxuyuram ki, sənəddəki şərtlər tamamilə fərqlidir. Çoxunda bruselyoz xəstəliyi var. Özüm 3 il bruselyoz xəstəliyindən əziyyət çəkmişəm, illərlə müalicə alıb, güclə xilas olmuşam. İndi qorxuram ki, yenə tutam. O xəstəliyi yaxşı bilirəm. Səhər tövləyə girəndə hamısının nəfəsindən çox pis qoxu gəldiyini hiss edirəm”.

R.Namazov deyir ki, gecə ilə heyvanları gətirənlərdən 2 nəfəri tanıya bilib. Hər ikisi məşğulluq mərkəzinin əməkdaşları olub:

“Biri Elgün adlı şəxs, digəri də Qasım müəllim idi. Mən dedim ki, gündüz gətirsinlər, baxım, seçim götürüm heyvanı. Dedilər, götürmürsənsə, imtina ərizəsi yazacağıq. Ondan sonra müraciət etsən də, verməzlər. Məcbur olub, götürdüm. İnanın, az qala arpamın hamısını yeyib bitiriblər. Heç əmələ də gəlməyiblər”.

R.Namazov problemi ilə bağlı Bakıya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də gedib. Oradan da bildiriblər ki, vətəndaşa istəmədiyi heyvanı zorla verə bilməzlər:

“Ancaq biz bölgələrdəki məmurlara dərdimizi deyə bilmirik. Heyvanı üstümüzə atıb qaçırlar. Bəlkə də tamah imkan vermir. Dövlətin gül kimi layihəsini bölgədəki məmurlar məhv etdi. Milləti çox yaxşı ələ saldılar”.

Bölgələrdəki insanlar proqramı sırf bölgə məmurlarının məhv etdiyini düşünürlər. Daha bilmirlər ki, Dövlət Məşğulluq Xidməti 2018-ci ilin avqustunda respublikanın rayonları üzrə əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satın alınması üçün “Aqri Kon” MMC və “Bis Co” MMC ilə müqavilələr bağlayıb. Konsorsiumun aparıcı təşkilatı olan “Aqri Kon” MMC ilə bağlanan bu müqavilənin 19 milyon 225 min 246 manatlıq dəyəri var. Ancaq həmin şirkətlər layihəni heç bir tenderdə udmayıblar. Dövlət Satınalmaları Reyestrinin saytında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu işlərlə bağlı elan etdiyi hər hansı tender elanına rast gəlinmir.

Nazirliyin layihəni birgə həyata keçirdiyi “Aqri Kon” MMC-nin rəhbəri Elman Umudov da etiraf edibki, daha özünüməşğulluq proqramı onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq etdikləri ilk layihə deyil. Daha öncə də müxtəlif şirkətlərlə nazirliyin bir neçə layihəsində qalib olublar:

“Mən nazirliyin tenderlərində əvvəllər də qalib gəlmişəm. Sadəcə başqa şirkət adı ilə. Özünüşəşğulluq proqramını həyata keçirən Bis Co” MMC Fariz Hüseynlinindir, “Aqri Kon” MMC də mənim. Birgə işləyirik. Yeni şirkətlə tender udmağa gəlincə, sadəcə əvvəlki şirkətlərdə problem yaratdılar. Gah dedilər, vergidən azadsız, gah dedilər, 8 faiz ödəməlisiniz. Bir sözlə, o sənədləri hazırlamaq 4-5 ay çəkdi. Axırda yeni şirkət açmaq qərarına gəldik. Açdıq və yeni şirkətlə müraciət edib, tenderi udduq”.

Bölgələrdə insanlara xəstə heyvanların verilməsi şikayətlərinə gəlincə, Elman Umudov deyib ki, vətəndaşların şikayətləri yersizdir. Kimsəyə xəstə, çıxdaş heyvan verilməyib:

“Elə insanlar şikayət verib ki, heç onlara nazirlik yardım da göstərməyib, o adamların çoxu heç heyvan da almayıb. Yazıblar də, şikayətdi, ediblər. Guya onlara xəstə heyvan vermişik. Gedib araşdırıblar, məlum olub ki, heç kəndlərdə belə insanlar yoxdur. Yalandır, böhtandır”.

Ucar Rayon Məşğulluq Mərkəzinin direktoru Qasım Kamilov da vətəndaşların yalan söylədiyini bildirib. O, deyib ki, vətəndaşlar onlara verilən heyvanları saxlaya bilmirlər, bəhanə edirlər:

“Düzdür, layihədə əvvəlcə bir-iki xırda problem olub. Ancaq indi hamısı həll edilib,, bitib. Gül kimi heyvanlar verilib camaata, xəstə deyillər. Görünür yaxşı baxa bilmirlər deyə günahlandırmağa yer axtarırlar”.

Rəsmi məlumatlara görə, 2017-ci ildə Özünüməşğulluq Proqramından 1232 ailə faydalanıb. 2018-ci ildə isə proqrama 35 milyon manat vəsait ayrılıb .

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2018-ci ildə proqramın 7737 nəfəri əhatə etdiyini deyib:

“Onlardan 1029 nəfəri gənc, 1255 nəfəri məcburi köçkün, 816 nəfəri ünvanlı sosial yardım alan, 298 nəfəri müharibə veteranıdır. Bundan başqa, Özünüməşğulluq Proqramı ilə 1309 qadın, 913 fiziki məhdudiyyətli şəxs əhatə olunub”.

2019-cu ildə bu proqrama daha 8000 nəfərin cəlb olunması və yenə 30 milyondan artıq vəsait ayrılması planlaşdırılır.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Büdcə layihəsi hazırlanarkən şəffaflıq tam təmin olunmayıb” - deputat
Bu gün, 18:21
Qarabağda erməni minaya düşdü
Bu gün, 18:20
Prezident İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edib
Bu gün, 18:14
“Nar” Göyçayda keçirilən festivalı abunəçiləri ilə birgə qeyd etdi
Bu gün, 18:12
YAP birinci qrup Qarabağ müharibəsi əlili üçün ev tikəcək
Bu gün, 18:10
Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması qaydasında dəyişiklik edililib - FƏRMAN
Bu gün, 18:07
Nəsimidə yol təmir-tikinti idarəsi ağacı kəsərək üstünü asfaltlayıb
Bu gün, 18:06
“İşləməyən şəxslərin və aztəminatlı ailələrin sığorta məsələsi insanları narahat edir” - deputat
Bu gün, 17:57
"Polislər qısa zamanda oğrunu tapdılar və pulu mənə qaytardılar”
Bu gün, 17:56
“Azərpoçt”la xaricə ərzaq məhsulu göndərmək olmaz? - RƏSMİ AÇIQLAMA
Bu gün, 17:54
“Bəzi keçmiş aktyorların bizə dedikləri müəllimlik deyil, qolçomaqlıqdır” - VİDEO
Bu gün, 17:52
Baş redaktorun ailəsinə ağır itki üz verib
Bu gün, 17:48
Azərbaycan Ordusunun Naxçıvandakı qoşunları döyüşə hazırolma dərəcəsinə gətirilib - VİDEO
Bu gün, 17:47
İran generalı Azərbaycan sərhədçilərini nümunə göstərdi
Bu gün, 17:42
Müsavat Partiyasının başqanı sərbəst buraxılıb
Bu gün, 17:40
MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin görüşü Moskvada keçiriləcək
Bu gün, 17:40
“Adımı çəkməyə qorxurlar” – Xalq artisti hansı həmkarlarını qınadı?
Bu gün, 17:38
Naxçıvan MR-in Qaz İstismar Xidmətinə rəis təyin olunub
Bu gün, 17:36
"Bu yalan söz heç nəyi dəyişmir, heç nə də dəyişilmir"
Bu gün, 17:32
Qadınlar kişi üstündə saçyolduya çıxdı - "Bir də ərimə yaxınlaşsan..."
Bu gün, 17:21
"Ermənistanda əhalinin narazılığı artdıqca hərbi xərcləri azaltmağa məcbur olacaqlar" - General
Bu gün, 17:17
Azyaşlı uşağı aldadıb zorladı — Bakıda İYRƏNC CİNAYƏT
Bu gün, 17:16
Bizim siyasətimizə ləkə vuran hər bir adam öz cəzasını alacaq - Azərbaycan Prezidenti
Bu gün, 17:13
"ARDNF-dən büdcəyə transfertlər azaldılmalıdır"
Bu gün, 17:12
Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur - Azərbaycan Prezidenti
Bu gün, 17:04
Sabah dollar neçəyə olacaq? belə olacaq
Bu gün, 17:03
"Gündəliyimizdə Avropa İttifaqına üzv olmaq məsələsi yoxdur” -Nikol Paşinyan
Bu gün, 17:01
“Onların aqibəti necə olacaq?” - deputat
Bu gün, 16:58
"Azərbaycan dünya miqyasında özünü çox məsuliyyətli ölkə kimi artıq təsdiqləyibdir"
Bu gün, 16:56
Özünü müxalifət adlandıran antimilli və tamamilə rəzil olmuş qorxaq dəstə əsassız ittihamlarda ön sıralardadır - Dövlət başçısı
Bu gün, 16:53
Bizim iştirakımız, razılığımız olmadan regional müstəvidə heç bir təşəbbüs, layihə icra edilə bilməz - Prezident İlham Əliyev
Bu gün, 16:50
Lavrovun qalmaqallı Qarabağ açıqlaması: Məqsəd nədir? - GƏLİŞMƏ
Bu gün, 16:48
Hansısa yaramaz məmur şəxsi maraqları üçün hansısa bəd əməl törədərsə, mütləq cəzasını alacaq və artıq tarix bunu göstərir - Azərbaycan Prezidenti
Bu gün, 16:47
AMEA-da struktur islahatları aparılıb, idarə və şöbələr ləğv olunub
Bu gün, 16:46
Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir - YAP-çı deputat
Bu gün, 16:42
"Talıba tələbat olmasa, o qədər qiymət qoyar?"
Bu gün, 16:41
"Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək" - İlham Əliyev
Bu gün, 16:37
Fəzail Ağamalı bank faizlərini aşağı salmağa ÇAĞIRDI
Bu gün, 16:36
Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan MDB-də birincidir - Prezident İlham Əliyev
Bu gün, 16:30
“Atamın tövsiyəsi ilə həkim oldum” - Şeyxülislam Allahşükür Paşazadənin qızı
Bu gün, 16:29
"Yenə də Rəqsanə kimi bir ananın qızı olmaq istərdim"
Bu gün, 16:25
Son 16 il ərzində Azərbaycanda sürətli inkişaf dövrü yaşanır - Dövlət başçısı
Bu gün, 16:22
Əyyubovların Mingəçevir Turizm Kollecində “işğal siyasəti” –ŞOK FAKTLAR
Bu gün, 16:18
Ramiz Mehdiyev ona vəzifə verdi... - FOTO
Bu gün, 16:16
Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir - Prezident İlham Əliyev
Bu gün, 16:15
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində səyyar xidmət keçiriləcək - Nazirlik
Bu gün, 16:13
"Biz burada təcrübə ilə yeniliyin sintezini, vəhdətini görürük və bu, uğurlarımızın əsas bazasıdır" - Prezident bu gün təyin olunan başçıları qəbul etdi
Bu gün, 16:12
İstefa verən Hafiz Paşayev vəzifəsindən azad olunub? - AÇIQLAMA
Bu gün, 16:10
QDTİB 2-ci dəfə manat istiqrazları buraxa bilər
Bu gün, 16:08
ABŞ-ın daha bir ştatı Qarabağın “müstəqilliyi”ni tanıdı - Biz isə...
Bu gün, 16:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru