Daha bir həkim koronavirusa yoluxdu .....                     Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsinə hansı halda yenidən baxılacağı açıqlanıb .....                     Prezident İlham Əliyev Vladimir Putinə .....                     Enerji içkiləri: .....                     Tərtərdə videokonfrans keçirildi .....                     Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında qarşılıqlı olaraq vizadan azad etmə haqda .....                     Prezident İlham Əliyev Putinə .....                     Paşinyan Rusiyanı hiddətləndirir: Məşhur aparıcı Ermənistana qəzəbləndi .....                     İcra başçısının yeni birinci müavini kimdir? .....                     Ziya Məmmədovun qardaşının adamı "bu, bizim küçədir" deyir .....                     Musa Quliyevin adının hallandığı borc qalmaqalı “şişir” .....                     Seyran meksikalı müğənni üçün klip çəkdi .....                     SMS icazə ilə evdən çıxan şəxsin avtomobili üçün .....                     Bakı şəhər prokuroruna iki müavin və iki köməkçi, bəzi idarələrə isə yeni rəislər təyin edilib .....                     “Reanimasiya şöbələrində boş yer yoxdur” .....                     Kamran Əliyevdən .....                     Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində .....                     Bakıda kişi tualetdə özünü asdı .....                     Şəkidə I qrup əlili öldürən şəxsin məhkəməsi başlayır .....                     Azərbaycanın əməkdar geoloqu vəfat edib .....                     Sürücülərin icazə alması qaydası müəyyənləşib .....                     Radikal müxalifət bisavadlığı ilə heyrətləndirməyə davam edir .....                     Sabiq deputatdan hədələyici AÇIQLAMA .....                     Azərbaycanda 13 biznesmenə qarşı ŞOK CİNAYƏT .....                     Azərbaycanın bu bölgəsində yoluxma sayı 125-ə çatıb .....                     Naxçıvanda pandemiya dövründə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə .....                     "Onun “milli şura” deyil, “antimilli şura” adlandırılması daha doğru və ədalətli olar" .....                     SOCAR-dan Ali Məhkəməyə .....                     Dilimizi bilmirlər, bilmirlər... Bəs bu vaxta qədər niyə öyrənmirdilər?! .....                     Polis postlarının götürülməsindən sui-istifadə edilməməlidir .....                     Nazirdən Elşad Hacıyevlə bağlı .....                     Ermənistanda son sutkada daha 593 nəfər COVID-19-a yoluxub, .....                     Azərbaycan nefti bahalaşıb .....                     Bodrumdakı 48 avroluq dönəri almanlar ələ saldı .....                     YAP Əli İnsanovun partiyasını təşkilatlandırmasından narahat deyil .....                     Növbəti HƏDƏF: Siraqəddin Cabbarov... .....                     Kapital Bankın sistemi çökdü? .....                     İşdən çıxan icra başçısının müavini danışdı .....                     Gəncədə epidemiya qaydalarını pozan şəxs barəsində cinayət işi başlanıb .....                     Gənc aparıcımız fotokamera qarşısında... .....                 

Sahil Babayevin bu qazimizdən xəbəri varmı? - Müalicə olunmaq üçün bankdan kredit götürdü
Tarix: 22-05-2019, 15:12 | Çap et
Sahil Babayevin bu qazimizdən xəbəri varmı?
Aprel döyüşlərində yaralanan 1-ci qrup Qarabağ qazisi Amin Sadıqov “Hürriyyət”ə məktub ünvanlayıb. Həmin məktubu olduğu kimi oxucularımıza təqdim edirik:

“Mən, Sadıqov Amin 1990-cı ildə Gədəbəy rayonunda anadan olmuşam. 171 saylı hərbi hissənin 2-ci taborunun 5-ci bölüyündə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, manqa komandiri olmuşam. Göyçə gölü ilə üzbəüz dağda yerləşən Alagöllər postunda vətənimizin sərhədlərini qorumuşam.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun qış üçün odun tədarükü görmək məqsədi ilə hərbi hissəsimizin komandirinə verdiyi hazırlıq nömrə 1 döyüş tapşırığına əsasən odun doğramaq üçün 8-ci təminat bölüyünə endirilmişəm.

Döyüş tapşırığını yerinə yetirərkən odun onurğamı sındırıb, helekopterlə xəstəxanaya çatdırılmışam. 6 ay hərbi hospitalda müalicə olunmuşam, belimdən əməliyyat keçirmişəm və hospitaldan evə buraxılmışam.

Otura bilmədiyim üçün bir neçə ay yorğan-döşəkdə qaldım. Dövlət tərəfindən mənə 8800 manat kompensasiya verildi. Həmin məbləği müalicəmə, özəlliklə də uzun müddət uzanıqlı qaldığımdan bədənimdə açılan, ağrısından göz aça bilmədiyim yaraların sağaldılmasına xərclədim. Amma yaraların hamısını sağaltmağa pul çatmadığından (1 yaranın tam sağalması üçün 1500-2000 manat civarında maddi vəsait tələb olunur), bu gün də bir neçə açıq yara qalmaqdadır və mənə olmazın əziyyət verir. Üstəlik ayağımda bəz əmələ gəlib deyə ayağımı qatlayıb rahat otura bilmirəm.

Müalicəmi davam etdirmək məqsədi ilə Kapitalbankdan 10 min manat məbləğində kredit götürdüm. Bir müddət müalicə olundum. Döş qəfəsindən aşağı hissəni hiss etmirdim, heç otura bilmirdim, müalicədən sonra isə fasilələrlə əlil əlifbasında otururam, sol ayağımın üstünə qalxıb, qısa müddət ayaqda qala bilirəm.

Əlilliyə görə 574 manat pensiya, 250 manat da prezident təqaüdü alıram. Hər ikisi ömürlük təyin edilib. Amma hər ay 400 manata yaxın banka ödəniş etmək məcburiyyətindəyəm.

Əvvəllər hər ay 412 manat ödəyirdim, sonra ödəmə müddətini artırdılar. Əvvəl 10 min manata 4 min faiz gəlirdisə, indi 6 min gələcək(16 687 man). Aya 347 manat 61 qəpik ödəyirəm, hələ dörd il də ödəməliyəm. Ailəmizdə heç kəs işləmir. Atam, anam, həyat yoldaşım, iki azyaşlı övladım və mən bu pula möhtacıq. Artıq qeyd etdiyim kimi, bu məbləğin bir hissəsi aybaay banka ödənir, üstəlik, hərəkət etmədiyimdən yoğun bağırsağım fəaliyyətdən qaldığı üçün qarın nahiyəmə katetr və kisə qoyulub. Dediyim odur ki, vəziyyətim çox ağırdır, maddi durumumuz acınacaqlıdır.

Ən ucuz dərmanımın qiyməti 12 manata yaxındır. O da ki, heç bir həftəyə bəs etmir. Dörd günə bir qutu dərman istifadə olunub qurtarır.

“Kapitalbank”ın rəhbərliyindən xahiş edirəm ki, mümkünsə ya borcumun ödəmə müddətini artırsınlar, ya da tutulan faizi azaltsınlar.

Sumqayıt şəhərindəki özəl klinikalardan birində çalışan yəhudi həkim məni ayağa qaldıracağına söz verib. Bunun üçün məndən 30 min manat istəyib. Bu məbləği 6 ay ərzində hissə-hissə, yaxud birdəfəlik ödəməliyəm. Amma imkanım olmadığı üçün bu variantlardan heç birini seçə bilmirəm, vəziyyətim isə günü-gündən ağırlaşır.

Hazırda ailəmlə birgə Gədəbəy rayonunun Şahdağ kəndində, atamın ata yurdunda yaşayıram. Müalicəmi davam etdirmək üçün atam yaşadığımız evi satışa çıxarmışdı. Amma Bakıda yaşayan bibilərim buna etiraz etdi, atama “dədə-baba yurdumuzu sata bilməzsən, oğlun dövlətə xidmət edib, indi qoy dövlət qayğısına qalsın”,-dedilər. Məhkəmədə iddia qaldırıb məni qeydiyyatdan çıxartdırdılar. Hazırda heç yerdə qeydiyyatım yoxdu, havadan asılı vəziyyətdəyəm, yay aylarında bibilərim ailələri ilə birgə bura gələcək, o zaman mən ailəmlə birgə evdən çıxmalı olacağam, getməyə isə yerim yoxdur.

Prezidentimiz İlham Əliyevdən, 1-ci vitse-prezident Mehriban xanımdan, aidiyyati qurumlardan xahiş edirəm, tam müalicə olunub ayağa qalxmağım üçün mənə yardım etsinlər”.

Müəllifdən: Vətən uğrunda sağlamlığını itirən gənc qazinin məktubunu ürək ağrısı ilə oxuduq, redaksiyamıza yolladığı fotolar isə bizi dəhşətə gətirdi. İki övlad atası, vətəninin bütövlüyünü qorumağı özünə peşə seçən mərd Azərbaycan oğlu bu gün ağır durumdadır. Bədənindəki yaralar ona əzab verir, 3 ildir hərəkətsiz qalıb, ailəsini dolandıra bilmir. Dövlətin ona ayırdığı pulun böyük hissəsini aybaay banka verməli olur. Bütün ailə və yorğan-döşək xəstəsi olan qazimiz aclıq və səfalət içində yaşayır.

İnanırıq ki, nə ölkə başçımız, nə də birinci vitse-prezidentimiz vətən yolunda sağlamlığını itirən qazimizin düşdüyü ağır duruma biganə qalmayacaq. Azərbaycanda qazilərə hər zaman xüsusi diqqət və qayğı göstərilib.

Biz də öz adımızdan cənab İham Əliyevə və Mehriban xanım Əliyevaya, eləcə də aidiyyati qurumlara müraciət edərək, onlardan 1-ci qrup Qarabağ qazisi Amin Sadıqova yardım etmələrini xahiş edirik.

“Kapitalbank”ın rəhbərliyindən isə qazimizin müalicə üçün götürdüyü 10 mini ona bağışlamağı xahiş edirik. Bağışlamaq mümkün deyilsə, heç olmasa, faiz silinsin. Milyonlarla aylıq gəliri olan bir bank sağlamlığını itirən qaziyə belə kiçik bir güzəşt etməklə kasıblamaz, əksinə bu hərəkəti ilə çoxlarına gözəl örnək olar.

Gənc qazimizin yenidən sağlamlığına qovuşması üçün cəmi 30 min manat tələb olunur. Azərbaycan kimi zəngin yeraltı və yerüstü sərvətləri olan bir ölkə üçün 30 min manat çox cüzi bir məbləğdir. Heç kəs üçün sirr deyil ki, bu məbləğ yüksək vəzifəli məmurlarımızın az qala gündəlik yemək puludur. Söhbət isə bir insan həyatından, bir gəncin, iki azyaşlı övladı olan atanın gələcəyindən gedir.

Vətən uğrunda canından keçən, sağlamlığını itirən oğul və qızların özlərinə və ailələrinə qayğı, diqqət göstərmək xeyriyyəçilik deyil, borcdur, dövlətin borcudur.

Bu gün şəhidlərimizin ailəsi, sağlamlığını itirən qazilərimiz dövlət qayğısından kənarda qalarsa, sabah heç bir soydaşımız öz övladını vətəni qorumağa yollamaz.

İnanırıq ki, qazimizin harayı cavabsız qalmayacaq, ən tez zamanda dövlətimizin dəstəyi ilə sağalıb ayağa qalxacaq və sağlam canla ailəsinə qovuşacaq qeyrətli vətən oğlu.

Sahil Babayevin bu qazimizdən xəbəri varmı?
Sahil Babayevin bu qazimizdən xəbəri varmı?





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir həkim koronavirusa yoluxdu - "Boğulma, öskürək yorur"
Bu gün, 15:29
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsinə hansı halda yenidən baxılacağı açıqlanıb
Bu gün, 15:26
Prezident İlham Əliyev Vladimir Putinə təbrik məktubu göndərib
Bu gün, 15:25
Enerji içkiləri: - Suallar, gümanlar, rəylər
Bu gün, 13:01
Tərtərdə videokonfrans keçirildi
Bu gün, 12:59
Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında qarşılıqlı olaraq vizadan azad etmə haqda Sazişi təsdiqləyib
Bu gün, 12:57
Prezident İlham Əliyev Putinə zəng etdi
Bu gün, 12:53
Paşinyan Rusiyanı hiddətləndirir: Məşhur aparıcı Ermənistana qəzəbləndi – ŞƏRH
Bu gün, 12:52
İcra başçısının yeni birinci müavini kimdir?
Bu gün, 12:48
Ziya Məmmədovun qardaşının adamı "bu, bizim küçədir" deyir - Özbaşınalıq
Bu gün, 12:45
Musa Quliyevin adının hallandığı borc qalmaqalı “şişir” - VİDEOGİLEY
Bu gün, 12:41
Seyran meksikalı müğənni üçün klip çəkdi - VİDEO
Bu gün, 12:34
SMS icazə ilə evdən çıxan şəxsin avtomobili üçün İCAZƏYƏ EHTİYAC YOXDUR
Bu gün, 12:26
Bakı şəhər prokuroruna iki müavin və iki köməkçi, bəzi idarələrə isə yeni rəislər təyin edilib - ADLAR
Bu gün, 12:21
“Reanimasiya şöbələrində boş yer yoxdur” - Erməni nazir
Bu gün, 12:15
“Toyuq-cücə saxlamaqla başımı qatıram” - 82 yaşlı Xalq artisti
Bu gün, 12:14
Kamran Əliyevdən DAHA BİR TƏYİNAT
Bu gün, 12:12
Polis Gününə həsr olunmuş sənədli film - VİDEO
Bu gün, 12:09
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində YENİ TƏYİNAT
Bu gün, 12:06
Bakıda kişi tualetdə özünü asdı
Bu gün, 12:04
Bəhram Bağırzadə özünə gəldi və... - HƏKİMLƏRİN SUALLARINI CAVABLANDIRDI
Bu gün, 12:02
Şəkidə I qrup əlili öldürən şəxsin məhkəməsi başlayır
Bu gün, 11:58
Samirin ölümündən əvvəlki səsyazısı haqda araşdırma başladı
Bu gün, 11:54
Azərbaycanın əməkdar geoloqu vəfat edib
Bu gün, 11:51
Sürücülərin icazə alması qaydası müəyyənləşib - 8103-də daha bir YENİLİK
Bu gün, 11:49
Radikal müxalifət bisavadlığı ilə heyrətləndirməyə davam edir - VİDEO
Bu gün, 11:46
Sabiq deputatdan hədələyici AÇIQLAMA - “Oğlanlarım başınıza daş salıb?”
Bu gün, 11:40
Azərbaycanda 13 biznesmenə qarşı ŞOK CİNAYƏT - TƏFƏRRÜAT
Bu gün, 11:39
Azərbaycanın bu bölgəsində yoluxma sayı 125-ə çatıb
Bu gün, 11:33
Naxçıvanda pandemiya dövründə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar təsdiqlənib
Bu gün, 11:32
"Onun “milli şura” deyil, “antimilli şura” adlandırılması daha doğru və ədalətli olar" - Əli Əhmədov
Bu gün, 11:28
SOCAR-dan Ali Məhkəməyə - TRANSFER OLDU
Bu gün, 11:26
"Sevdiyim insanı itirdim, ana ola bilmədim" - VİDEO
Bu gün, 11:23
Dilimizi bilmirlər, bilmirlər... Bəs bu vaxta qədər niyə öyrənmirdilər?! - REAKSİYALAR
Bu gün, 11:20
Polis postlarının götürülməsindən sui-istifadə edilməməlidir - DYP-dən XƏBƏRDARLIQ
Bu gün, 11:14
Mahir Emreli karantin qaydalarını pozdu
Bu gün, 11:11
Nazirdən Elşad Hacıyevlə bağlı - ƏMR
Bu gün, 11:05
Ermənistanda son sutkada daha 593 nəfər COVID-19-a yoluxub, 6 nəfər ölüb
Bu gün, 11:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 11:03
Bodrumdakı 48 avroluq dönəri almanlar ələ saldı - FOTO
Bu gün, 11:02
YAP Əli İnsanovun partiyasını təşkilatlandırmasından narahat deyil - deputatdan açıqlama
Bu gün, 10:53
Növbəti HƏDƏF: Siraqəddin Cabbarov... - İDDİA
Bu gün, 10:51
"Elə bil koronavirus Çində yox, Azərbaycanda yaranıb"
Bu gün, 10:45
Kapital Bankın sistemi çökdü? - Müştəri şikayətləri artdı
Bu gün, 10:43
İşdən çıxan icra başçısının müavini danışdı - “Qardaşım məni el arasında biabır etdi”
Bu gün, 10:39
Gəncədə epidemiya qaydalarını pozan şəxs barəsində cinayət işi başlanıb
Bu gün, 10:37
Gənc aparıcımız fotokamera qarşısında...
Bu gün, 10:36
2 İyul - Polisi günü balacaların diqqətindən kənarda qalmadı - VİDEO
Bu gün, 10:33
Ancelina Coliyə müraciət edən azərbaycanlı xanım: - "Ona deyəcəyik ki..."
Bu gün, 10:31
Gürcüstanda koronavirusa yoluxanların sayı 939 nəfərə çatıb
Bu gün, 10:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru