ABŞ, Avropa Birliyi Gürcüstan müxalifəti və hakimiyyətini ümumi yollar tapmağa çağırıb .....                     Bu gün dollar neçəyədir? .....                     “İşləyə bilmirəm, istirahət etmək istəyirəm…” .....                     Əli Kərimlinin də mühacir biznes şəbəkəsi ifşa olunur .....                     Azərbaycan buğda idxalını kəskin artırıb .....                     Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın multietnik strukturunu vurğulayır .....                     Bakıda azyaşlı qıza təcavüz edən şəxsin məhkəməsi başladı .....                     Əfqanıstanda İŞİD-in 615 üzvü təslim olub .....                     Mandatı təhvil ver, İqbal Məmmədov! .....                     Mingəçevirdə usta təmir etdiyi evdə naməlum şəraitdə ölüb .....                     Ələt qəsəbəsində sakinlərin problemləri müzakirə olunub .....                     İranda benzinin bahalaşması ilə bağlı etiraz aksiyasında bir nəfər həlak olub .....                     YAP-ın MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib .....                     Qazanxanaların qaz təchizatı bərpa edilib .....                     “Azəriqaz” “Azəristiliktəchizat”a qadağa qoydu .....                     Pulsuzdursa, niyə 210 manat ödəyirik? .....                     "Atam Rüstəm İbrahimbəyova görə 5 il ev dustağı oldu, o isə... " .....                     Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi .....                     Əli Kərimlinin mühacir biznes şəbəkəsi ifşa olunur .....                     Dariqa Nazarbayeva Paşinyanla görüşdü .....                     “Qara mühasibatlıq”dan belə xilas olmaq olar .....                     Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib .....                     “Gördülər ki, ölkəmizdə fərqli dinə qarşı nifrət yoxdur” .....                     Qeyri-neft sektorunun inkişafında əsas maneə: rəqabət mühiti .....                     İranda yanacağın qiymətinin bahalaşmasına görə etiraz aksiyaları keçirilib .....                     Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib .....                     Şimal-şərq küləyi əsəcək .....                     74 yaşlı prorektor yenidən deputat olmaq istəyir: .....                     Qlobal qazma şirkəti 142 min manat cərimələnib .....                     Bakıda növbəti bahalaşma təhlükəsi: .....                     "Faşistlərlə ortaq olan Qaregin Njdenin xatirə lövhəsini boyayan şəxs vətəndaş qəhrəmanlığı edib" .....                     Dəhşətli qətl: Sinif yoldaşını öldürüb, yandırıb, sandığa gizlətdi .....                     "Mehriban Əliyevanın UNESKO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir" .....                     “Sarı jiletlilər”ə görə metro stansiyaları bağlandı .....                     Abşeronda avtomobil ADNSU-nun laboratoriya müdirini vuraraq öldürüb .....                     “70-80 yaşında insanın nə potensialı ola bilər axı?” .....                     Ermənistanda BƏƏ-dən olan iş adamının 1,07 milyon dolları mənimsənilib .....                     "S-400" raketləri Azərbaycanda yerləşdirilə bilərmi? .....                     "Sürücülər barəsində hazırda inzibati tənbeh görülmür" .....                     "Bəlkə Uelsə uduzub, Slovakiyaya qalib gəldik" .....                 

Şəhid ailəsi “Qaçqınkom”un cavab məktublarından “oboy” kağızı hazırlayır - GİLEY
Tarix: 29-11-2018, 10:19 | Çap et
Şəhid ailəsi “Qaçqınkom”un cavab məktublarından “oboy” kağızı hazırlayır
Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlik siyasətindən bəhrələnən vətəndaşlar az deyil. Məskunlaşdıqları yerlərdə özünə ev-eşik, biznes quranlar da çoxdur. Amma müşahidələr göstərir ki, burda da zirəklər qabağa düşür, necə deyərlər, “dilsiz-ağızsızlar” karvandan geri qalır. Sirr deyil ki, bir çox hallarda bu məsələlərdə korrupsiya, süründürməçilik, bürokratik əngəllər öz sözünü deyir. Ancaq bu yazımızda biz heç kimi ittiham etmək niyyətində deyilik. Mövcud problemin dərinləşməkdə olduğunu bir daha əlaqədar qurumların diqqət mərkəzinə gətirmək istəyirik.

Füzuli rayonunun Şəhərcik kəndindən məcburi köçkün, Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədov küçəsi – 19/25 ünvanda, Humanitar Kollecin yataqxanasında məskunlaşmış Əliyeva Fazilə Xanlar qızı redaksiyamıza müraciət edərək, özünün və məcburi köçkün qonşularının Azərbaycan Respublikasının Prezidentinə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinnin sədrinə ünvanladıqları müraciətnamənin surətini açıq formada qəzetimizdə dərc olunmasını xahiş etmişdir. Köçkünlərin KİV-də ictimailəşdirmək istədikləri problemlərdən söz açılan həmin müraciətnamədən oxuyuruq:

“Möhtərəm Prezident! Ölkəmizdə dövlətin qaçqın və məcbiri köçkünlərə yönəlik qayğılı siyasəti bütün dünyada təqdir olunur. Bu zümrədən olan insanların sosial rifah səviyyəsinin yaxşılaşdırılması, onların mənzillə təmin olunması istiqamətində görülən tədbirlər alqışa layiqdir. Buna baxmayaraq, yerlərdə həllini tapmamış problemlər qalmaqdadır. Biz – məcburi köçkünlər, 1992-ci ildən məskunlaşmış olduğumuz Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədov küçəsi – 19/25 ünvanda (Humanitar Kollecin yataqxanasında) illərdir ki əziyyət içində, acınacaqlı şəraitdə yaşayırıq. Kommunal xidmət infrastrukturu yox səviyyəsindədir. Yataqxana binası köhnə, demək olar ki, qəzalı vəziyyətdədir. Baş verə biləcək yanğın və digər fövqəladə hallara qarşı müdafiə sistemi yoxdur. Əlaqədar təşkilatlardan ara-sıra gəlib bizim mənzillə təmin olunacağımız yönündə iş aparıldığını desələr də, heç bir irəliləyiş yoxdur. Burada körpəli, qocalı, xəstəsi olan ailələr yaşayır (Əgər buna yaşamaq demək olarsa). Qarşıdan qış gəlir. Qaz təminatı olmadığından, soyuqda nə edəcəyimizi bilmirik. Odur ki, bizim mənzillə təminat məsələmizin mümkün qədər tez həllini tapmasına köməklik göstərməyinizi xahiş edirik”.

Məcburi köçkünlərin məskun olduqları yataqxanadakı vəziyyətlə yerində tanış olduq. Məktubdakı birinci imzanın sahibi Əliyev Fazilə Xanlar qızının yaşadığı otaq yataqxananın beşinci mərtəbəsində yerləşir. Divarın yuxarı küncü dam örtüyünün bərbad olması səbəbindən yağıntının təsiri ilə uçuqlamış, üstünün oboy kağızı ilə birgə qopub tökülmüşdür.

Həmin ünvanda yaşayan iki şəhid ailəsindən birinin qonağı olduq. Ağdam rayonundan olan məcburi köçkün, şəhid Əliyev Elşad İldırım oğlunun ailə üzvü Əliyeva Mətanət Teyyub qızı xatırlayır ki, “Qaçqınkom”un sədri Rövşən müəllim bir neçə ay qabaq vəzifəsinin icrasına təzə başlayan vaxtı özü gəlib yataqxananın həyətinə, buradakı şəraitlə, daha doğrusu, şəraitsizliklə tanış olub. Sual verib onu da öyrəndik ki, Komitədə, eləcə də Ağdam rayon İcra Hakimiyyətində şəhid ailəsinə mənzil növbəsi sırasında neçənci olduğu da bildirilməyib.

Mətanət xanım deyir ki, rəhmətlik Elşad Əliyev şəhid düşəndə oğulları Məhəmməd qundaqda 37 günlük körpə imiş: “Artıq oğlumun 25 yaşı var. İki ildir ki, nişanlıdır. Gəlinim də Tərtərdəndir, cəbhə bölgəsində yaşayır. Orda hər dəfə atışma baş verməsi barədə xəbər yayılanda ürəyimi yeyirəm ki, görən nə oldu. Gəlini gətirməyə yer tapmıram. Üçün dördə (3×4 metr sahə – red.) balaca otağa sığınmışıq. Yarım oklad 64 manat maaşla xadimə işləyirəm. Bu məvaciblə necə ev ala bilərəm?”

Şəhid Elşad Əliyevin ailəsinin mənzil sahəsi ilə təmin olumaqla bağlı Prezidentə ünvanladıqları müracətlərinə adətən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən belə cavab verilir ki, hazırda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına əsasən, Bakı və Bakıətrafı qəsəbələrdə yeni salınmış qəsəbələrdə və hündürmərtəbəli binalarda boş mənzil fondu olmadığından, onların mənzil sahəsi ilə təmin olunmaları hələlik imkan xaricindədir. Cavab məktublarında həmçinin qeyd olunur ki, ölkə başçısının 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”ına Əlavələr təsdiq edilmişdir. Həmin Əlavənin 1.7-ci bəndində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi nəzərdə tutulmuşdur. Vəd olunur ki, Dövlət Proqramına edilmiş Əlavələrin icrası həyata keçirilərkən onların də mənzil sahəsi ilə təmin olunması məsələsinə qanunla nəzərdə tutulan qaydada baxılacaqdır.
Mətanət xanım deyir ki, artıq bu eyni məzmunlu, mücərrəd xarakterli məktublardan beziblər: “O məktublar o qədərdir ki, “oboy” əvəzinə yapışdırsaydıq, divarı örtə bilərdik. Çoxunu əsəbdən cırıb atmışıq. Niyə bu qədər nefti-qazı olan ölkənin bizi mənzillə təmin etməyə gücü çatmır?”

Sonra da yerə sərdikləri örtüyü qaldırıb döşəmənin çürümüş yerini, pəncərənin sınıq-salxaq çərçivəsinə şüşə əvəzinə salınmış polietileni göstərir: “Bu vəziyyətdə nə vaxtadək yaşamaq olar?”

Məsələ burasındadır ki, qaçqın və məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlik dövlət proqramları həyata keçirilərkən imtiyazlara görə ardıcıllıq nəzərə alınmır. Torpaqlarımızın bütövlüyü uğrunda mücadilədə canlarından keçən şəxslərin ailələri, müharibə əlilləri, veteranları ardıcıllıqla dövlətin sosial siyasətindən yararlanmalıdırlar. Əgər şəhid ailəsi acınacaqlı şəraitdə yaşayırsa, digərlərini ev növbəsində qabağa salmaq nə dərəcədə ədalətlidir?

Pünhan Şükür

Şəhid ailəsi “Qaçqınkom”un cavab məktublarından “oboy” kağızı hazırlayır
Şəhid ailəsi “Qaçqınkom”un cavab məktublarından “oboy” kağızı hazırlayır





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ, Avropa Birliyi Gürcüstan müxalifəti və hakimiyyətini ümumi yollar tapmağa çağırıb
Bu gün, 08:50
Bu gün dollar neçəyədir?
Bu gün, 08:46
“İşləyə bilmirəm, istirahət etmək istəyirəm…” - Komitə sədrinin 70 yaşlı müavini
16-11-2019, 17:11
Əli Kərimlinin də mühacir biznes şəbəkəsi ifşa olunur - Baş Prokurorluqda istintaq aparılır
16-11-2019, 17:09
Azərbaycan buğda idxalını kəskin artırıb
16-11-2019, 17:06
Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın multietnik strukturunu vurğulayır - Tomas Qolts
16-11-2019, 17:05
Bakıda azyaşlı qıza təcavüz edən şəxsin məhkəməsi başladı
16-11-2019, 17:03
""Mama roza" olsaydım ən birinci xalan qızını çıxardardım" - Təranədən keçmiş əri Kərimə SƏRT CAVAB
16-11-2019, 17:00
Əfqanıstanda İŞİD-in 615 üzvü təslim olub
16-11-2019, 16:58
Elçin Əlibəyli Kərim və Lalə Məmmədova haqqında gündəmə BOMBA ATDI: - gey, erməni dığası, fahişə, "Mama roza"...
16-11-2019, 16:57
Mandatı təhvil ver, İqbal Məmmədov! - DEPUTATA AÇIQ MƏKTUB!
16-11-2019, 16:54
Mingəçevirdə usta təmir etdiyi evdə naməlum şəraitdə ölüb
16-11-2019, 16:52
Ələt qəsəbəsində sakinlərin problemləri müzakirə olunub
16-11-2019, 16:48
İranda benzinin bahalaşması ilə bağlı etiraz aksiyasında bir nəfər həlak olub
16-11-2019, 16:43
YAP-ın MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib
16-11-2019, 16:42
Qazanxanaların qaz təchizatı bərpa edilib - “Azəriqaz”
16-11-2019, 16:41
“Azəriqaz” “Azəristiliktəchizat”a qadağa qoydu - Bakıda heç bir binaya istilik verilmir
16-11-2019, 14:10
Pulsuzdursa, niyə 210 manat ödəyirik? - “Bu qədər böyük qiymət qoymaq...”
16-11-2019, 14:07
"Atam Rüstəm İbrahimbəyova görə 5 il ev dustağı oldu, o isə... " - Videomüsahibə
16-11-2019, 13:58
Şeyxülislam Allahşükür Paşazadənin ailəsində XOŞ GÜN
16-11-2019, 13:55
Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi
16-11-2019, 13:26
Əli Kərimlinin mühacir biznes şəbəkəsi ifşa olunur - Yeni faktlar üzə çıxdı
16-11-2019, 13:23
Dariqa Nazarbayeva Paşinyanla görüşdü
16-11-2019, 13:19
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya ailəsi ilə birgə vaxt tapıb konsertimə gəldikləri üçün təşəkkürümü bildirirəm - Maksim Qalkin
16-11-2019, 13:15
“Qara mühasibatlıq”dan belə xilas olmaq olar - MODEL
16-11-2019, 13:12
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16-11-2019, 13:03
“Gördülər ki, ölkəmizdə fərqli dinə qarşı nifrət yoxdur” - deputat
16-11-2019, 12:58
Qeyri-neft sektorunun inkişafında əsas maneə: rəqabət mühiti - TƏHLİL
16-11-2019, 12:57
İranda yanacağın qiymətinin bahalaşmasına görə etiraz aksiyaları keçirilib
16-11-2019, 12:51
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16-11-2019, 12:49
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
16-11-2019, 12:48
74 yaşlı prorektor yenidən deputat olmaq istəyir: - "YAP-dan cavab gözləyirəm"
16-11-2019, 12:46
Qlobal qazma şirkəti 142 min manat cərimələnib
16-11-2019, 12:42
Bakıda növbəti bahalaşma təhlükəsi: - İctimai nəqliyyatın və taksilərin qiyməti artır?
16-11-2019, 12:42
Saxta ittihamla həbs olunan, güllələnən Azərbaycan aktyoru - ANIM
16-11-2019, 12:35
"Faşistlərlə ortaq olan Qaregin Njdenin xatirə lövhəsini boyayan şəxs vətəndaş qəhrəmanlığı edib" - Rusiyalı ekspert
16-11-2019, 12:32
Dəhşətli qətl: Sinif yoldaşını öldürüb, yandırıb, sandığa gizlətdi - VİDEO
16-11-2019, 12:31
"Mehriban Əliyevanın UNESKO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir" - Xoşməramlı səfirlər
16-11-2019, 12:28
“Sarı jiletlilər”ə görə metro stansiyaları bağlandı - Bakda yox, Parisdə...
16-11-2019, 12:04
Abşeronda avtomobil ADNSU-nun laboratoriya müdirini vuraraq öldürüb - YENİLƏNİB
16-11-2019, 12:00
“70-80 yaşında insanın nə potensialı ola bilər axı?” - Vəzifədən azad edilən məmur
16-11-2019, 11:59
Ermənistanda BƏƏ-dən olan iş adamının 1,07 milyon dolları mənimsənilib
16-11-2019, 11:55
"S-400" raketləri Azərbaycanda yerləşdirilə bilərmi? - GƏLİŞMƏ
16-11-2019, 11:53
"Sürücülər barəsində hazırda inzibati tənbeh görülmür"
16-11-2019, 11:50
"Bəlkə Uelsə uduzub, Slovakiyaya qalib gəldik"
16-11-2019, 11:48
Bakının məşhur zavodu satışa çıxarıldı
16-11-2019, 11:47
Şəhid atasının ürəkağrıdan durumu... - "Ürəyim istəyir ət alıb yeyəm, görürəm pulum çatmır"
16-11-2019, 11:45
Gənclər bilik yarışına qatıldılar
16-11-2019, 11:40
Ağdamın icra başçısı aprel qazisini incidir - VİDEO
16-11-2019, 11:39
Arif Hacılı özünü vә ortaqlarını müdafiә etmәk üçün artıq aksiomaları da tәkzib edir - Yafəz Əkrəmoğlu
16-11-2019, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru