Azərbaycanın Avstraliyadakı fəxri konsulu vəzifəsindən .....                     AMEA-nın həqiqi və müxbir üzvlərinin maaşları artırılıb .....                     Prezident İlham Əliyev Şəkidə yol tikintisinə .....                     Badamdarda sürüşmə sahəsində çatlar genişlənib .....                     Eldar Mahmudovun iş ortağının məhkəməsində iki dövlət qurumu mülki iddia qaldırıb .....                     "Krımdakı partlayışın səbəbləri ətraflı araşdırılır" .....                     Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadiyyatının dayanıqlılığı öz əksini tapıb .....                     Bakıda yolun çökməsinə səbəb olan şirkətin adı .....                     “Ayıq sürücü” Bakıda iri biznesmenin oğlunun pulunu oğurladı .....                     Putin Türkiyəyə səfər edəcək .....                     “Ermənistan cəbhədə ciddi gərginlik yaradıb, arxasında dura bilməz” .....                     Ramil Usubov İcra Hakimiyyətinə sahibsiz itlərə yer ayrılması ilə bağlı .....                     Sabah dolar neçəyə olacaq? .....                     Abramyanın qardaşı 5 milyona azadlığa çıxdı .....                     Çin yuanının ucuzlaşması Azərbaycandan bu ölkəyə qeyri-neft məhsullarının ixracını zəiflədə bilər .....                     “Qlobal Enerji Azərbaycan” LTD öhdəsinə götürdüyü müqaviləni yerinə yetirirmi? .....                     Səudiyyə Ərəbistanı Türkiyədəki səfirini vəzifəsindən uzaqlaşdırdı .....                     "Lotu Quli" məhkəmə qarşısına çıxarılır: .....                     "Azərbaycanda "Yehovanın Şahidləri"nin fəaliyyətinin məhdudlaşdırılması barədə məlumatlar yalandır" .....                     Bakıda vətəndaşları aldadan şirkət rəhbərinin məhkəməsi başladı .....                     Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirilib .....                     Krımda teraktı törətmiş gəncin fotoşəkli yayıldı .....                     Krımda baş verən partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb .....                     Badamdarda quyuların qazılması yolu ilə qrunt suları çıxarılsa, sürüşmə dayanacaq .....                     Maşın təmiri sexləri müştəriləri aldadır, vergidən yayınır .....                     ABŞ səfirinin təəccüb doğuran Qarabağ açıqlaması .....                     Ədalət Qənbərovun himayədarı kimdir? .....                     Qaxda ağacdan yıxılan 21 yaşlı oğlan ölüb .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi .....                     Bakıda məhbus xəstəlikdən öldü .....                     "Onlar ölkəmizdə gedən inkişafın paxıllığını çəkirlər" .....                     Aprel döyüşlərinin qəhrəmanı komadadır: .....                     Azərbaycan iqtisadiyyatına xarici investisiyalar azalıb .....                     FHN şefi onu "Gilan"dan qovacaq... .....                     Türkiyədən Ermənistana keçən 4 nəfər saxlanıldı .....                     Paşinyan istefa verdi: Bəs sonra? .....                     Moskvada Krımın baş nazirinin müavini saxlanıldı .....                     SOCAR istiqrazlarının sahibləri növbəti gəlirlərini əldə ediblər .....                     Nikol Paşinyan ABŞ səfirinin sözlərinə fikir verməməyə çağırıb .....                     Azərbaycanlı kriminal avtoritet güllələnərək öldürüldü .....                 

"Səhiyyə Nazirliyi dərmanların sayını azaldıb..." - GİLEY
Tarix: 8-06-2018, 10:29 | Çap et
"Səhiyyə Nazirliyi dərmanların sayını azaldıb..."
2017-ci ilin oktabr ayında Səhiyyə Nazirliyində endokrinoloq həkimlərin iştirakı ilə iclas keçirilib. İclasda iştirak etmiş həkimlərdən əldə etdiyimiz məlumata görə, onlara şəkərli diabet xəstələrinə (hər bir xəstə ücün ayrıca) təyin edilən pulsuz dərmanların sayının azaldılması ilə bağlı sənəd verilib. Həkimlər oxuduqdan sonra həmin sənədlər onlardan yığılıb. Belə desək, həkimlərə qeyri-rəsmi olaraq göstəriş verilib ki, şəkərli diabet xəstələrinə (hər bir xəstə ücün ayrıca) təyin edilən pulsuz dərmanların sayı azaldılsın.

Səhiyyə Nazirliyinin aldığı bu qərar həkimlərlə xəstələri üz-üzə qoyub. Dövlət təminatında olan tibb müəssələrində şikayətlərin ardı-arası kəsilmir. Bunların çoxu imtiyazlı şəxlərin dərman və müalicə təminatı ilə bağlıdır. Belə ki, əgər əvvələr şikayətlər müharibə veteranları və onlara bərabər tutulan şəxlərdən idisə, indi diabet xəstələrindən gələn şikayətlərin sayı artmaqdadır. Bu da 2017-ci ilin son 3 ayında dövlətin onlara verdiyi dərmanların və başqa tibbi ləvazımatların (spris, spirt, qlyukometr) azaldılmasından qaynaqlanır. Passientlərin dediyinə görə onlar dərmanların azlığından Səhiyyə Nazirliyinin qaynar xəttinə müraciət etdikdə, onlara bu vəsaitlərin azaldılmaması bildirilsə də, həkimlər bunun tam əksini deyirlər. Bundan əlavə hər ay diabet xəstələrinə xidmət göstərən həkimlərin otaqları önündə növbə çoxluğundan passientlər biri-birinə fiziki xəsarət yetirməkdən belə çəkinmirlər. Apardığımız araşdırmaya görə hər həftə orta hesabla 3-4 yeni xəstə daxil olur. Səhiyyə qanunlarına görə həkim bir saatda 5 xəstə qəbul etməli olduğu halda yarım ştat işləyən həkimlər bir iş günü ərzində 60-70 xəstəyə baxmağa məcbur olurlar. Əlbəttə ki, bu zaman hansısa müalicənin keyfiyyətindən danışmaq olmaz.

Xəstələrlə söhbət zamanı məlum olur ki, dərmanların verildiyi günlər polikilinkalarda növbəyə görə söz-söhbətlər də düşür.

12 yaşlı 6 ildir şəkər xəstəsi olan Ramilin atası Yunusov Məmməd dərmanların alınmasında yaranan çətinlikdən Yenicag.az-a danışıb:

“Oğlum Bakıda Tibb Universitetinin Tədris korpusunda qeydiyyatdadır. İldə bir dəfə orada yatır. Uşaq böyüdükcə dərmanların dozaları artıq. Artan dozaları ümumiyyətlə vermirlər. Ondan danışmağa dəyməz. Həkim resept yazır. Aptekə gedirsən. Bəzən birini verir, bəzən də, deyir ki, yoxdur. Çox zaman da bildirirlərki, həmin dərmandan yoxdur, yerinə başqasını verək. Açığı həkimlərdə heç bir günah görmürəm. Onlar resept və sayı yazır. Dərmanları vermirlər. Fakt bilirik ki, gəlir. Ancaq dərmanları verəndə deyirlər ki, çatmır”.

Dərmanların verilməməsindən şikayətlənən Məmməd Yunusov bildirir ki, uşağının adına gələn dərmanların hara getdiyini bilmir:

“Uşağımın adına gələn dərmanı hara, kimə verirlər bilmək istəyirəm. O dərman mənim uşağımın adına gəlibsə, mənə çatmalıdır. Deyirlər ki, xəstə çoxdur, dərman çatmır. Bir dəfə bu məsələdən bezdiyim üçün bütün yüksək instansiyalara şikayət etmişdim. Ondan sonra 1 il rahat dərmanları aldım. Ancaq oktyabr ayından bezmişəm. Adam iyrənir növbədə gözləməkdən. Hər dəfə dərman almağa gedəndə mütləq dava düşür. Çünki xəstələri çox incidirlər. Həkimlərdən və aptekdə işləyən əczaçılardan eşitdiyimə görə, Səhiyyə Nazirliyi dərmanların sayını azaldıb. Bunun nə qədər doğru olduğunu bilmirəm, ancaq hər şey ortadadır. Fakt həkim 2 dərman yazır, 1-ni güclə ala bilirəm. Yerinə başqa dərmanlar təklif edirlər, o da uşağa lazım deyil”.

Azad istehlakçılar İctimai Birliyinin nəznində yaradılmış “Tibbi müayinə, müalicə, eləcə də profilaktik və bərpa iştirakçı hüquqların müdafiəsi” komissiyasının sədri Əhməd Rəhmanov məsələ ilə bağlı bunları dedi:

“Səhiyyə Nazirliyi həkimlərə tapşırıq verib ki, dərmanların sayı azaldılsın. Oktyabr ayından bizim mərkəzə gələn şikayətlərin sayı-hesabı yoxdur. Dərman almaq istəyən xəstələr arasında dava-dalaşın düşdüyünü də bilirik. Hər kəs dərman almaq istəyir. Şikayətlərin sayı çoxladıqdan sonra polikilinkaları gəzməyə başladıq. Xəstə gəlib deyir ki, necə olur, ötən ay mənə 10 dərman verirdin, indi 6. Həkim deyir, Səhiyyə Nazirliyi bu qədər verir. Xəstələr, dəfələrlə özüm Səhiyyə Nazirliyinə zəng etmişik, deyirlər ki, biz heç nəyi azaltmamışıq”.

Baş verənlərdən belə nəticə çıxır ki, Səhiyyə Nazirliyi həkimlərlə xəstələri üz-üzə qoyub.

Əhməd Rəhmanovun sözlərinə görə, bu məsələ ilə bağlı dəfələrlə nazirliyə müraciət ediblər ki, birgə monitorinq keçirilsin:

“Nazirlik buna cavab olaraq bildirir ki, monitorinq keçirmək lazım deyil. Biz dərmanların sayını azaltmamışıq. Əgər azaldılma olmayıbsa, bu qədər həkimin başı xarab deyil ki, bu sözü desin. Dərmanların sayında azalma yoxdursa, xəstələr niyə bu qədər şikayət edir? Şəkər xəstələri Asossasiyasına müraciət etdim. Onlar bir sənəd göndərib. Məlum olur ki, Səhiyyə Nazirliyi Ukrayndan insulinin çox aşağı tərkibli formasıdır. Həmin dərmanı Ukrayna satışı qadağan edilib. Çünki, dərmanın əks effekti olduğu məlum olub. Nazirlik bilə-bilə dərmanların sayını zaaldıb ki, xəstələr məcbur olub, gedib apteklərdən satış üçün gətirilən dərmanları alsın.

Səhiyyə Nazirliyi böyüklər üçün dərmanların sayın azaltsa da, uşaqların dərmanlarına toxunmurdu. Bir neçə gün əvvəl bir həkim mənimlə əlaqə saxladı, dedi ki, uşaqların da dərmanını azaldıblar. Sonradan onların şəkəri dieta və müxtəlif yollarla düşür, ancaq uşaqlarda bu belə deyil.

Hər ayın 5-dən 15-nə qədər poliklinkalarda dərmanlar verilir. Həmin günlərdə qırğın olur. Həkimlər də yaranmış vəziyyətdən şikayət edirlər”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın Avstraliyadakı fəxri konsulu vəzifəsindən geri çağırılıb
Bu gün, 18:13
AMEA-nın həqiqi və müxbir üzvlərinin maaşları artırılıb - SƏRƏNCAM
Bu gün, 18:09
Prezident İlham Əliyev Şəkidə yol tikintisinə 20,08 milyon manat ayırıb
Bu gün, 18:06
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
Bu gün, 18:04
ATV-nin efirindəki doğuş rəzalətinə reaksiyalar: - “Yaxşı ki, cinsi münasibəti göstərmirlər”
Bu gün, 17:45
Eldar Mahmudovun iş ortağının məhkəməsində iki dövlət qurumu mülki iddia qaldırıb
Bu gün, 17:42
"Krımdakı partlayışın səbəbləri ətraflı araşdırılır"
Bu gün, 17:39
Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadiyyatının dayanıqlılığı öz əksini tapıb - deputat
Bu gün, 17:34
Bakıda yolun çökməsinə səbəb olan şirkətin adı AÇIQLANDI
Bu gün, 17:33
“Ayıq sürücü” Bakıda iri biznesmenin oğlunun pulunu oğurladı
Bu gün, 17:25
Putin Türkiyəyə səfər edəcək
Bu gün, 17:23
Leyla Əliyeva uşaqlıq fotosunu paylaşdı - FOTO
Bu gün, 17:21
“Ermənistan cəbhədə ciddi gərginlik yaradıb, arxasında dura bilməz” - General Aydəmirov
Bu gün, 17:18
Ramil Usubov İcra Hakimiyyətinə sahibsiz itlərə yer ayrılması ilə bağlı müraciət edib
Bu gün, 17:15
Sabah dolar neçəyə olacaq?
Bu gün, 17:13
Abramyanın qardaşı 5 milyona azadlığa çıxdı
Bu gün, 17:09
Çin yuanının ucuzlaşması Azərbaycandan bu ölkəyə qeyri-neft məhsullarının ixracını zəiflədə bilər - TƏHLİL
Bu gün, 17:05
“Qlobal Enerji Azərbaycan” LTD öhdəsinə götürdüyü müqaviləni yerinə yetirirmi? - İTTİHAM
Bu gün, 17:04
Səudiyyə Ərəbistanı Türkiyədəki səfirini vəzifəsindən uzaqlaşdırdı
Bu gün, 16:49
"Lotu Quli" məhkəmə qarşısına çıxarılır: - SON QƏRAR
Bu gün, 16:48
“Savaşçı” serialında Turan ordusu qurulur
Bu gün, 16:45
"Azərbaycanda "Yehovanın Şahidləri"nin fəaliyyətinin məhdudlaşdırılması barədə məlumatlar yalandır" - Səyavuş Heydərov
Bu gün, 16:42
Bakıda vətəndaşları aldadan şirkət rəhbərinin məhkəməsi başladı
Bu gün, 16:35
Azərbaycanlı xanəndə Gülnar İsayeva TRT Musiqi kanalının “Könül bağı” proqramında qonaq olub
Bu gün, 16:32
Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirilib
Bu gün, 16:29
Krımda teraktı törətmiş gəncin fotoşəkli yayıldı - FOTO
Bu gün, 16:26
Krımda baş verən partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb - VİDEO
Bu gün, 16:23
Badamdarda quyuların qazılması yolu ilə qrunt suları çıxarılsa, sürüşmə dayanacaq - Coğrafiya İnstitutu
Bu gün, 16:11
Maşın təmiri sexləri müştəriləri aldadır, vergidən yayınır - PROBLEM
Bu gün, 16:09
ABŞ səfirinin təəccüb doğuran Qarabağ açıqlaması - TƏHLİL
Bu gün, 16:07
Ədalət Qənbərovun himayədarı kimdir? - Dələduzluq və ya küçəyə atılan körpələr...
Bu gün, 16:03
Qaxda ağacdan yıxılan 21 yaşlı oğlan ölüb
Bu gün, 16:00
Qaradağ Rayon İcra Hakimiyyətinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
Bu gün, 15:58
Bakıda məhbus xəstəlikdən öldü
Bu gün, 15:51
"Onlar ölkəmizdə gedən inkişafın paxıllığını çəkirlər" — Deputat Sevinc Osmanqızına CAVAB VERDİ
Bu gün, 15:49
Əli Mirəliyevin daha bir biabırçılığı - VİDEO
Bu gün, 15:47
"Röya tez böyüdü, ulduz oldu" - Roza
Bu gün, 15:44
Aprel döyüşlərinin qəhrəmanı komadadır: - Vəziyyəti ağırdır
Bu gün, 15:40
Azərbaycan iqtisadiyyatına xarici investisiyalar azalıb
Bu gün, 15:37
"MedEra"da həkimlər arasında DAVA - Xəstəni səhv müalicə etdiyinə görə
Bu gün, 15:33
FHN şefi onu "Gilan"dan qovacaq... - İDDİA
Bu gün, 15:26
Türkiyədən Ermənistana keçən 4 nəfər saxlanıldı - VİDEO
Bu gün, 15:15
“Türkiyədə rol alsam, bütün sülaləm kasıbçılıqdan qurtular” - Əməkdar artist
Bu gün, 15:03
Paşinyan istefa verdi: Bəs sonra? - TƏHLİL
Bu gün, 14:49
Moskvada Krımın baş nazirinin müavini saxlanıldı
Bu gün, 14:42
SOCAR istiqrazlarının sahibləri növbəti gəlirlərini əldə ediblər
Bu gün, 14:40
İlhamə Quliyevanın ailəsində QALMAQAL
Bu gün, 14:39
Nikol Paşinyan ABŞ səfirinin sözlərinə fikir verməməyə çağırıb
Bu gün, 14:35
Azərbaycanlı kriminal avtoritet güllələnərək öldürüldü - Lənkəranskinin adamıdır
Bu gün, 14:34
Ağstafada 64 yaşlı kişi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib
Bu gün, 14:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru