Ermənistanı silahlandırırlar! .....                     Pomidor-yumurta bişirilən məktəbin direktoru “xəstələndi” .....                     Paşinyan özündən əvvəlki hakimiyyətləri Qarabağı Azərbaycan torpağı kimi tanımaqda .....                     Azərbaycanın təhvil verdiyi 17 hərbçi işgəncələrə məruz qalmayıb .....                     Azərbaycanın HDQ komandanı İtaliyada səfərdədir .....                     "İbtidai təhsildən başlayaraq tam orta təhsilə qədər ciddi yenilənmə olmalıdır" .....                     Təhsilhaqqını ödəyə bilməyən tələbələr dərsə buraxılmayıb .....                     "Paşinyanın cəsarətlənməsinin kökündə ABŞ, Fransa və İran dayanır" .....                     Mərhum nazirin şirkəti 7 milyonluq TENDERİ `UDDU` .....                     “Rusiya Ermənistanı Amerikaya asanlıqla verməyəcək” .....                     “Azərbaycan Ermənistandan artıq heç nə gözləmir” .....                     Kiyev tutduğu İran PUA-sını Rusiyaya qarşı işə saldı .....                     Qazaxda direktorlarının və müavinlərin iştirakı ilə müşavirə keçirilib .....                     Şirvanda Beynəlxalq Müəllimlər Günü qeyd edilib .....                     Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib .....                     "Azərbaycanın 5 şərtində qəbuledilməz heç nə yoxdur" .....                     Etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qidaların ölkəyə idxalı dayandırılıb .....                     İrəvanın səfərbərlik çağırışı. Savaş olacaq... .....                     Azərbaycan Prezidenti İlham Əliyev Praqada Paşinyanla görüşəcək .....                     “AtaSığorta” ASC-də .....                     Bu gün dollar neçəyə olacaq? .....                     Paşinyan Praqada Ərdoğanla görüşəcəyini deyib .....                     Əvəz Zeynallı ilə bağlı daha bir .....                     Putin Ramzan Kadırova general-polkovnik rütbəsi verib .....                     DİA.AZ xəbər yaydı, polis hərəkətə keçdi .....                     Mərdəkan və Binə qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıb .....                     "Şəhid statusu yoxdursa, onların adı əbədiləşdirilmir" .....                     Abid Şərifova məxsus olduğu deyilən şirkətin 300 mindən çox borcu var .....                     “İranda nümayişçilər hədəflərinə çatıblar” .....                     “ABŞ Azərbaycanın mövqeyini dəstəkləyəcək” .....                     Ali Məhkəmə Ramiz Tatarovun cəzasını azaldıb .....                     Azərbaycanda son sutkada 108 nəfər koronavirusa yoluxub, .....                     Həbsdə ölən sabiq İH başçısının 600 minlik əmlakının müsadirə olunması ilə bağlı protest .....                     Direktor ad gününə pul yığır: “Qızım, 100 manat azdır da…” .....                     ""Uşaqpulu" qısa müddətdə həll olunan məsələ deyil, vəsait ordunun güclənməsinə yönəldilməlidir" .....                     “Ermənistan suveren ölkə kimi yox olmaq təhlükəsi qarşısındadır" .....                     Ağcabədidə insanların əməyini istismar etməklə onları hədələyən sahibkar niyə cəzalandırılmır? .....                     Ramin Hacılının məhkəməsində şahidlər zərərçəkmiş kimi tanınmadı .....                     Qubadlının sabiq icra başçısı 5 nəfərin ölümündə təqsirləndirilir .....                     Luqansk təhlükə altındadır .....                 

YADDAŞ ÖLÜMDƏN GÜCLÜDÜR...
Tarix: 4-05-2013, 13:14 | Çap et
YADDAŞ ÖLÜMDƏN GÜCLÜDÜR...
Qələbə günü – faşizm və nasizmin çökdürüldüyü tarixi gün ərəfəsində – “Böyük Vətən müharibəsini ilk günündən son gününədək (zaman baxımından), həm də Qafqazdan Berlinə qədər (məkan baxımından) savaşaraq keçmiş”, döyüş meydanlarında misilsiz qəhrəmanlıqlar göstərmiş Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovu xatırlamaq sadəcə olaraq mənəvi borcumuzdur.
Cəsarəti, iradəsinin gücü və inadkarlığı bu İNSANı ömrü boyu müşayiət etmişdi. O, özünün bu keyfiyyətlərini sülh dövründə də itirməmişdi. Elmi fəaliyyəti ilə fəth elədiyi əraziləri də beləcə – Vətəni kimi, şərəflə və cəsarətlə müdafiə etmişdi. Amma onun təkcə sovet alimləri yox, həm də xarici ölkə alimləri tərəfindən etiraf edilən mübahisəsiz elmi nailiyyətləri qonşu respublikanın nümayəndələrinə hələ də rahatlıq vermir. Təəssüflər olsun ki, onlar bu gün elmi də savaş meydanına çeviriblər.
Saxtakar erməni alimlərinin isterikası 50 ilə yaxındır ki, dayanmır. “Sancma”, “cırmaqlama” metodlarından istifadə etməklə, cürbəcür iyrənc üsullardan yararlanmaqla onlar akademik Z.Bünyadovun nəinki əsərlərini, hətta adını da ləkələməyə çalışırlar. Belə “mütəxəssislər” və “ifşaçılar” öz sürülərinə məşhurlaşmaq və xırda personalarına diqqəti cəlb etmək həvəsinə düşənləri (Z.Bünyadov belələrini “mesenatlıq edən məddahlar” adlandırırdı – Z.Q.) cəlb etməklə, dairələrini ilbəil daha da genişləndirlər. Onların sırasına mediyevistikadan olduqca uzaq olsa da, “Bünyadovu kəskin tənqid atəşinə tutan erməni alimləri ilə həmrəy olan” Viktor Şnirelmanı (REA Etnologiya və Antropolgiya İnstitutunun baş elmi işçisi) da aid etmək olar. (Википедия. Буниятов Зия Мусаевич. Шнирельман В.А. Албанский миф//Войны памяти: мифы, идентичность и политика в Закавказье. - М.: Академкнига, 2003). Lakin qəribə də olsa, “Azərbaycan VII-IX əsrlərdə” monoqrafiyasına vaxtilə yaxşı rəy vermiş erməni alimləri ilə yanaşı, başqa millətlərin nümayəndəsi olan alimlər də var. Onlardan V.Minorski (Kembric), B.Brands (Frankfurt), B.Şupler (Hamburq), Y.Belyayaev (Rusiya), P.Qryazneviç (Rusiya), V.Qukasyan (Azərbaycan), V.Beylis (Ukrayna) və başqalarının adını çəkmək olar. V.Şnirelmanın bu alimlərin fikirlərinə etiraz etməsi üçün elmdə onların səviyyəsinə çatmasına hələ çox var.
Acınacaqlı da olsa, vəhşicəsinə qətlə yetirilmiş akademikin ruhunu narahat etmək məcburiyyətindəyik. Çünki bütün dünya xalqlarının “ölüləri narahat etməyin” tövsiyəsinə məhəl qoymayan azğın daşnaksevərlər onu hətta ölümündən sonra (artıq 16 ildir) da, rahat qoymurlar. Çətin ki, kim isə tənqidçilərinə və narahatedənlərinə Ziya müəllimin özündən daha tutarlı cavab verə bilsin. Onun sözləri ilə desək, “adi bir həqiqəti unutmaq olmaz ki, qədim və orta əsrlər tarixi üzrə əsər yazmaq qədim dilləri bilməyi, xüsusi dil hazırlığı keçməyi, mənbəşünaslıq və mətnşünaslıq işlərindən xəbərdar olmağı tələb edir və yalnız bundan sonra materialın tarixi cəhətdən dərk edilməsi prosesi başlayır...” (З.Б. ?зв. АН Аз.ССР, ?ФП, 1987, № 4, s.133).
Görünür, Z.Bünyadovun qarşısında qorxu hissi o qədər güclüdür ki, bu gün də dünyasını dəyişmiş tək akademikə qarşı qrup, daha doğrusu, sürü halında çıxış edirlər. Gəmirmək, məhv etmək, soyadına ləkə yaxmaq, problemin məğzindən xəbərsiz olan təzə oxucuların beynini qarışdırmaq üçün! Z.Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” monoqrafiyasını nəyə görə yazıb, nəyə görə “Qafqazda erməni dövlətçiliyinin tarixi ənənələrini sual altında qoyub?!” – deyə...
Yenə də Z.Bünyadovun özünə müraciət edək: “Son zamanlar bəzi erməni alimləri və onlarla şərik olanlar albanşünaslığı qəti şəkildə özlərinin inhisarına alıb, başqa regionların, o cümlədən Azərbaycan alimlərini bu problemlə məşğul olma imkanından məhrum ediblər. Bu “qadağa” ilə raslaşan və ilk dəfə onun “dadını” görənlərdən biri də mənəm. Lakin həmin illərdə hələ sağlam düşüncəli erməni alimləri vardı. Onlardan professor S.Yeremyanın adını qeyd edə bilərəm. İndi isə Ermənistanın bəzi alimləri “dairəni genişləndirmə” prinsipi əsasında sıralarını artıraraq vahid cəbhə ilə albanşünaslığı elm sahəsindən çıxarıb siyasət sahəsinə çeviriblər. Unudublar ki, Albaniya – bir çox xalqların və ilk növbədə Azərbaycanlıların mədəni irsidir. Akademik İ.Orbeli “ermənilərin millətçi elməbənzər uydurmaları barədə” doğru deyirdi (Bax:. ?збр. труды, Ереван, s.292). Onun sözləri bu sahədə qanuniləşmişdi, çünki o qafqazşünaslıq və albanşünaslığın banilərindən biri, eləcə də Ermənistan Elmlər Akademiyasının banisi idi” (З.Б. ?зв. АН Аз.ССР, ?ФП, 1987, № 4, s.135).
Akademik Z.Bünyadovun illər öncə yazdıqlarını oxuyanda onun uzaqgörənliyinə təəccülənməmək olmur. Onlar bu gün necə də akyual səslənir: “Son illərdə elmi cəhətdən savadsız və yarısavadlı məqalələrin sayı get-gedə dalğavari şəkildə çoxalır, onların müəllifləri demək olar ki, qanuniləşmiş tarixi faktlarla manipulyasiya edir, müxtəlif ölkələrin aparıcı alimlərinin qədim və orta əsr yazılı mənbələrindən əldə etdikləri, dəfələrlə yoxlanmış və qəbul edilmiş materialları təftiş eləyirlər. Bütün bunların hamısı, ixtisası təzədən mübahisə predmetinə çevirmək, təkzib etmək istədikləri məsələ və problemlərdən olduqca uzaq olan nadan adamlar tərəfindən edilir”. (З.Б. ?зв. АН Аз.ССР, ?ФП, 1987, №3, s.124).
Və sonra akademik onilliklər öncədən monoqrafiyasından narahat olan adamların hamısına cavab verir: “Mənin “Azərbaycan VII-IX əsrlərdə” kitabım 1965-ci ildə nəşr olunub. Ona 1982-ci ildə (17 il sonra) təzədən müraciət etməkdə məqsəd nədir? (və 2013-cü ildə – 48 il sonra!!! – Z.Q.). Həm də ona görə ki, əsər haqqında o qədər yazılıb ki, onlardan bütöv bir kitab tərtib etmək olar. Amma ona maraq bu gün də səngimir və bir müəllif olaraq mənə ləzzət edir ki, Sarkis Tarziyan fondu öz pulunu hətta Robert Hyusenin cızma-qaralarına xərcləyir” (З.Б. ?зв. АН ССР, ?ФП.1988, №2, s.113).
İllər Robert Hyusenin ağlını başına gətirməyib, o, özünün yalan torunu bu günə qədər ustalıqla hörməkdə davam edir ki, bəlkə birisi ona ilişdi. Və budur, V.A.Şnirelman ilişib, amma görünür “Armenia today”ın qonararları onun mənəvi itkilərini kompensasiya edir. Özü bilər, Allahı bilər!
Zaman keçir, nəsillər dəyişir, Ziya Bünyadovu şəxsən tanıyan insanların sayı get-gedə azalır. Müasir gənclər isə tez-tez soruşurlar: “Ziya Bünyadov kim olub?”. O, Berlinin Pankov rayonunun Fəxri vətəndaşı, Urgənçin ilk Fəxri vətəndaşı, Astara və Göyçayın Fəxri vətəndaşı, 1988-ci ildən Türk Tarix Qurumunun fəxri üzvü idi. Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun fəxri ad və mükafatlarının sayı olduqca çoxdur. Əlbəttə, onun haqqında çox danışmaq olar. Lakin ən doğrusu, bu böyük şəxsiyyət haqqında öz fikrini düzgün formalaşdırmaq istəyən hər kəsin bunun üçün İnternetdə yağışdan sonra göbələk kimi yayılan daşnak ittihamlarından və qarayaxmalarından yox, onun öz əsərlərindən, müasirlərinin onun haqqında dərc etdirdikləri məqalə, resenziya və xatirələrdən bəhrələnməsidir.
Tanış olun, əmin edirəm ki, zənginləşəcəksiniz və bu əfsanə İNSANı heç vaxt unutmayacaqsınız. Çünki Böyük Vətən müharibəsində vuruşan milyonlarla döyüşçü arasında cərimə batalyonunda vuruşub Sovet İttifaqı Qəhrəmanı adı alan cəmi iki nəfər(!!!) vardı: rus Sezar Kunikov və azərbaycanlı Ziya Bünyadov. Bunun üçün isə sadəcə qəhrəman olmaq kifayət deyildi. O, sülh dövründə öz vətəninin – Azərbaycanın tarixini və sərhədlərini də belə vicdan və cəsarətlə qoruyurdu. O, sahib olduğu çoxlu adlara və dərəcələrə rəğmən həmişə sadə, hər kəs üçün əlçatan məsləhətçi və hami idi.
Ziya müəllim deyirdi: “Mən, keçmişi idealizə etmək fikrindən uzağam, ancaq xalq öz tarixini bilməlidir... Bugünkü fikir gücü dünənkindən alır. Arzu edirəm ki, keçmişin qəlbi, ağlı və ruhu ilə bu günün sarsılmaz əlaqəsini təmin etmək üçün mənim çoxillik zəhmətimin bəhrələrindən yalnız tarixçilər deyil, başqa peşə sahibləri də faydalansınlar”. O, daim gənclərə müraciət edirdi: “Keçmişi bilmədən, tarixi təcrübəni ümumiləşdirmə qabiliyyətinə sahib olmadan, ondan lazımi nəticələr çıxarmaq, gələcəyi proqnozlaşdırmaq, hansısa ciddi planlar qurmaq mənasızdır!”. Akademik Z.Bünyadov qeyd edirdi ki, “öz xalqının tarixini, qonşu ölkələrin tarixini bilmək hər kəs üçün, lakin böyüməkdə olan gənc nəsil üçün daha vacibdir. Onlar qəhrəmanlıq səhifələri vətənpərvərlik və Vətənlə bağlı hər şeyə məhəbbət hissləri tərbiyə edən Azərbaycan tarixi ilə bağlı dərin bilgilərə sahib olmalıdırlar”.
Alim özünün çoxsaylı çıxışlarında dəfələrlə bu mövzuya toxunmuşdu. Müharibə illərində uğrunda savaşdığı və sülh dönəmində müdafiə elədiyi gələcəyin kimin əlinə keçəcəyi onu harahat edirdi. O deyirdi: “Elmi əsərlər kiçik tirajlarla nəşr olunur və əsasən mütəxəssislər tərəfindən alınır. Bütün bunları kütləvi tirajlarla nəşr etmək tələbə gənclər arasında tədris vəsaiti kimi, yaymaq lazımdır ki, ...gənc insanlar, çox-çox əsrlər bundan öncə öz ölkələrində nələrin baş verdiyini öyrənsinlər”.
Akademik Z.Bünyadovun əsərləri hansı kütləvi tirajla nəşr olunur-olunsun, heç vaxt onları əldə etmək istəyən oxucuların hamısına çatmayıb. Amma zaman və müasir texnologiyalar indi hamımızın köməyinə çatır. Bundan sonra İnternet və yeni yaradılmış ziyabunyatov.com veb-saytı sayəsində hər kəs akademikin irsi (monoqrafiyaları, məqalələri, resenziyaları, publisistikası) ilə maneəsiz tanış olmaq imkanı əldə edəcək. Buradan alınan bilgilər onlara kimin yalan, kimin doğru danışdığını müəyylənəlşdirməkdə, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun əslində kim olduğunu öyrənməkdə kömək göstərəcək. Sayt Ziya müəllim üçün müqəddəs olan, bütün ömrü boyu böyük sevinc və kədər hissi ilə qarşıladığı, qanlı savaş meydanlarında can verən saysız-hesabsız döyüşçü dostlarının xatirəsini anım günündə – onların görə bilmədiyi Qələbə günündə fəaliyyətə başlayacaq.

Zemfira QURBANOVA




 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanı silahlandırırlar! – “İran, ABŞ, Fransa və Hindistan...”
Dünən, 19:00
Pomidor-yumurta bişirilən məktəbin direktoru “xəstələndi” - VİDEO
Dünən, 18:14
Paşinyan özündən əvvəlki hakimiyyətləri Qarabağı Azərbaycan torpağı kimi tanımaqda ittiham etdi
Dünən, 18:09
Azərbaycanın təhvil verdiyi 17 hərbçi işgəncələrə məruz qalmayıb - Ermənistan İstintaq Komitəsi
Dünən, 18:06
Azərbaycanın HDQ komandanı İtaliyada səfərdədir
Dünən, 18:02
"İbtidai təhsildən başlayaraq tam orta təhsilə qədər ciddi yenilənmə olmalıdır" - ÇAĞIRIŞ
Dünən, 18:01
Təhsilhaqqını ödəyə bilməyən tələbələr dərsə buraxılmayıb - GİLEY
Dünən, 17:58
"Paşinyanın cəsarətlənməsinin kökündə ABŞ, Fransa və İran dayanır" - Ekspert danışır
Dünən, 17:54
Mərhum nazirin şirkəti 7 milyonluq TENDERİ `UDDU` - TƏFƏRRÜAT
Dünən, 17:52
“Rusiya Ermənistanı Amerikaya asanlıqla verməyəcək” - Sərdar Cəlaloğlu
Dünən, 17:45
“Azərbaycan Ermənistandan artıq heç nə gözləmir” - ŞƏRH
Dünən, 17:43
Kiyev tutduğu İran PUA-sını Rusiyaya qarşı işə saldı
Dünən, 17:28
Qazaxda direktorlarının və müavinlərin iştirakı ilə müşavirə keçirilib
Dünən, 17:26
Şirvanda Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Dünən, 17:25
Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib
Dünən, 17:23
"Azərbaycanın 5 şərtində qəbuledilməz heç nə yoxdur" - Mirzoyan
Dünən, 17:18
Etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qidaların ölkəyə idxalı dayandırılıb - Diqqət!
Dünən, 17:15
İrəvanın səfərbərlik çağırışı. Savaş olacaq... - Ambarsumyan
Dünən, 17:11
Azərbaycan Prezidenti İlham Əliyev Praqada Paşinyanla görüşəcək - Paşinyan AÇIQLADI
Dünən, 17:09
“AtaSığorta” ASC-də - YENİ TƏYİNAT
Dünən, 17:07
Bu gün dollar neçəyə olacaq?
Dünən, 17:00
Paşinyan Praqada Ərdoğanla görüşəcəyini deyib
Dünən, 16:59
Əvəz Zeynallı ilə bağlı daha bir MÜRACİƏT
Dünən, 16:58
Putin Ramzan Kadırova general-polkovnik rütbəsi verib
Dünən, 16:56
DİA.AZ xəbər yaydı, polis hərəkətə keçdi - Həbs olunan var
Dünən, 16:55
Mərdəkan və Binə qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıb - VİDEO
Dünən, 16:52
"Şəhid statusu yoxdursa, onların adı əbədiləşdirilmir" - Ramaldanov
Dünən, 16:48
Abid Şərifova məxsus olduğu deyilən şirkətin 300 mindən çox borcu var - “Qardaşı” borcdan necə çıxır?
Dünən, 16:46
“İranda nümayişçilər hədəflərinə çatıblar” – Rejimdən geri addım...
Dünən, 16:41
“ABŞ Azərbaycanın mövqeyini dəstəkləyəcək” – Politoloqdan PROQNOZ
Dünən, 16:39
Ali Məhkəmə Ramiz Tatarovun cəzasını azaldıb - QƏRAR
Dünən, 16:37
Azərbaycanda son sutkada 108 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb
Dünən, 16:36
Həbsdə ölən sabiq İH başçısının 600 minlik əmlakının müsadirə olunması ilə bağlı protest TƏMİN EDİLİB
Dünən, 16:25
Direktor ad gününə pul yığır: “Qızım, 100 manat azdır da…” - SƏSYAZISI YAYILDI...
Dünən, 16:23
""Uşaqpulu" qısa müddətdə həll olunan məsələ deyil, vəsait ordunun güclənməsinə yönəldilməlidir" - deputat
Dünən, 16:20
“Ermənistan suveren ölkə kimi yox olmaq təhlükəsi qarşısındadır" - Fransız senator
Dünən, 16:19
Ağcabədidə insanların əməyini istismar etməklə onları hədələyən sahibkar niyə cəzalandırılmır? - NARAZILIQ VAR!
Dünən, 16:14
Ramin Hacılının məhkəməsində şahidlər zərərçəkmiş kimi tanınmadı - QƏRAR
Dünən, 16:09
Qubadlının sabiq icra başçısı 5 nəfərin ölümündə təqsirləndirilir - FAKTLAR AÇIQLANDI...
Dünən, 16:08
Luqansk təhlükə altındadır – “lxr” narahatdır
Dünən, 16:06
AMEA-da daha bir qalmaqal: Elmi işçi institut direktorunu məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 15:57
Yazıçılar Birliyinin qurultayı yenə təxirə salındı
Dünən, 15:55
Qoca Səmədovun səhhəti pisləşib - Vəkilindən AÇIQLAMA
Dünən, 15:53
Taleh Qaraşovun sonu GÖRÜNÜR? – Rəhbərlik etdiyi beşinci rayonda BAŞ VERƏNLƏR
Dünən, 15:51
Emin Əmrullayevdən "özəl" Müəllimlər Günü MÜSAJI - Təhsil naziri Azərbaycan şriftlərindən istifadə etmir
Dünən, 15:48
Putin bu gün müharibə elan edəcək? - “Yaxın günlərdə...”
Dünən, 15:45
“Müəllim şərəfinə layiq olmayan...” - Misir Mərdanov
Dünən, 15:42
BŞİH Rusiya səfirliyinin qarşısında piket keçirilməsinə icazə verməyib - FOTO
Dünən, 15:41
Putin bu gün müharibə elan edəcək? - “Yaxın günlərdə...”
Dünən, 15:34
Xankəndidə “vəzifə”yə gətirilən Vardanyan açıqlama verdi: - “Bir az gözləyin”
Dünən, 15:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru