Qubadakı Vətən Müharibəsi abidəsininin ərazisini kim zəbt edib? .....                     "Başqa ittifaqlara ehtiyacımız yoxdur... .....                     Xocalı qatili Balasanyan Volkovla Xocalıdakı görüşümüzdə “koordinator”luq etdi?.. .....                     SÜLHMƏRAMLI NAĞILI: Bitirmək lazımdr bu mövzunu... .....                     ““Qurani-Kərimdə “Peyğəmbər” sözü yoxdur” .....                     Qarabağ Qazilərinin pullarını mənimsəyən iş adamı .....                     Toivo Klaar Ermənistana səfərə gedir .....                     Büdcənin yükü: bir Naxçıvan deyil… .....                     Molla fitnəsi səngimir: Diversantları Qarabağa sızdı .....                     Vasif Talıbovun bu qanunsuz sərəncamı ləğv ediləcək .....                     Azərbaycanda yüksək vəzifələrdə çalışan MƏMUR QARDAŞLAR .....                     Arutyunyan Avropanı necə gəzə bilir? .....                     Kukla Teatrının yaradıcı heyəti dindirilməyə ÇAĞIRILDI .....                     Ermənistan müdafiə naziri Rusiyaya səfər edib .....                     Dəmir Yolları da DƏMİR YUMRUQ İSTƏYİR... .....                     "Azərsun" xörəyimizə HANSI DUZU QATIR? .....                     Gələn il hansı banklar bağlana bilər? .....                     "350 manat partiyanın mərkəzi ofisinin işıqpuluna çatmır" .....                     Ucarda quldurluq edən üç nəfər saxlanılıb .....                     Sülhə doğru daha bir addım: Gözləntilər nələrdir? .....                     Mədəniyyət Nazirliyinin başı üzərindən qara dumanlar çəkilmir .....                     Laçın dəhlizindəki müəmma .....                     Kəndin adı Xırmandalıdır... özünü XIRMAN DALI bilib istədiklərini edirlər... .....                     NATO üzvü olan Türkiyə sən demə, NATO üzvü deyilmiş... .....                     Ermənistanın QARABAĞ HİYLƏSİ... .....                     Göyçə mahalında eşidilən AZAN SƏSİ erməniləri DƏLİ ETDİ .....                     Naxçıvanın hər qarışında YEYİNTİ VAR .....                     İran: Daxili qırğın və xaricdəki həyəcan .....                     Cəlilabadda vətəndaşların şikayəti bitmək bilmir... .....                     Balakəndə spirtli içkilər oğurladığı mağazanı yandırmaq istəyən şəxs tutulub .....                     Artıq Naxçıvanda pomidoru da pomidor qiymətinə satırlar... .....                     İcbari Tibbi Sığorta xidmətin Covid-19 KORRUPSİYASI... .....                     Culfa gömrüyü hələ də ÖZÜNƏ YIĞIŞMIR... .....                     Heydər Əliyev Azərbaycanın gənclər siyasətinin banisidir .....                     Bu gün dollar neçəyə olacaq? .....                     Naxçıvanda nələr olacaq? .....                     "Baş nazirlərin müavinləri dəmir yolu ilə bağlı nəticə əldə etməyiblər" .....                     Talıbov Bakıya 200 “desant”ı niyə göndərmişdi? .....                     İlin sonuna qədər Azərbaycan XİN başçısı ilə görüşə dair razılıq var .....                     Azərbaycanda 39 milyonluq kompüter və noutbuk tenderi .....                 

Anar Kərimov NƏYİ NECƏ DƏYİŞDİ? - DƏYİŞDİMİ?
Tarix: 21-11-2022, 10:17 | Çap et
Anar Kərimov NƏYİ NECƏ DƏYİŞDİ?
Bildiyimiz kimi 1 noyabr 2022-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Mədəniyyət Nazirliyində əməliyyat keçirdi. Əməliyyat zamanı nazirin birinci müavini Elnur Əliyev başda olmaqla bir neçə vəzifəli şəxslər saxlanıldı. Özü də həmin şəxslərin əksəriyyəti Anar Kərimovun əmri ilə vəzifəyə təyin edilən şəxslər idi.

Xatırladaq ki, bundan əvvəl - 2020-ci ilin may ayının 8-də də DTX Mədəniyyət Nazirliyində əməliyyat aparmışdı. O zamanlar da aşkar olunmuş ciddi nöqsanlara və yeyintiyə görə Sabiq nazir Əbülfəz Qarayev başda olmaqla, bir neçə vəzifəli şəxslər işindən azad edilmişdir. 2021-ci ilin yanvar ayına qədər isə nazir vəzifəsini birinci müavin əvəz edirdi. 2021-ci ilin yanvar ayının 5-dən bugünə qədər isə prezidentin imzaladığı sərəncama əsasən, nazir kürsüsünə Anar Kərimov əyləşib. 2021-ci ilin sentyabr ayından bəri də Anar Kərimovun birinci müavini vəzifəsini Elnur Əliyev icra edirdi. Bu ilin noyabr ayının 1-də DTX yenidən əməliyyat keçirdi. Bu dəfə də birinci müavin və digər bir neçə vəzifəli şəxslər saxlanıldı.

Baxın!
Birinci əməliyyat zamanı aşkar edilmiş nöqsanlara görə Nazir vəzifəsindən azad edilir və onu birinci müavin əvəz edir. İkinci əməliyyat zamanı yenə də nöqsanlar aşkar edilir, bu dəfə isə birinci müavin saxlanılır, nazirə "gözün üstə qaşın var". deyən olmur.

Maraqlıdır, əgər bütün bu yeyinti və digər nöqsanların başında nazir özü durursa, yəni rəhbər məsuliyyət daşıyırsa, o zaman Anar Kərimov niyə həbs edilmədi, yaxud işindən azad edilmədi?

Əməliyyatdan belə rahatlıqla yaxa qurtaran Anar Kərimovun deyəsən "sehirli çırağı" var. Amma, nağıllarda deyilir ki, o çıraqlardakı cin yalnız "3 arzunu yerinə yetirir". Odur ki, hörmətli Anar Kərimovun bir şansı artıq, xərcləndi. Mədəniyyət sahəsindəki korrupsiya və özbaşınalıqlar davam etdikcə, bu cür 2-ci, 3-cü, 4-cü dalğalar da qaçılmazdır yəqin ki...

Kənardan baxıb, yalnız "oxuyub-oynamaq" gördüyümüz bu sahədə problem olmadığını düşünür adam. Amma, dərindən araşdırdıqda bəlli olur ki, əslində ən çox problem - korrupsiya, saymazlıq, "ödənişli hörmət" və sair hamısı Mədəniyyət Nazirliyində mövcuddur.

Bu arada bir haşiyəyə çıxmaq yerinə düşər.
Demək, Bakıda yaşadığımız üçün bizi özünün "yuxarıdakı adamı" hesab edən uzaq tanışlardan biri ötən il zəng edib, işinin düşdüyünü dedi. Qeyd edək ki, həmin tanış rayonlardan birinin mədəniyyət evinin müdiridir. Bizə düşən işi isə bu idi ki, deyir "Regional Mədəniyyət idarəsinə müdir yeri boşdur, ora 4.000 (dörd min) manat istəyirlər, mənim də əlimdə 2.000 (iki min) manat var, ona da yaxın durmurlar. Bəlkə siz desəniz o qədərlə də məni ora müdir götürərlər". Bu saf tanışımız daha bilmir ki, onlar hamısı jurnalist görəndə "qanadsız mələk" olurlar, pula yaxın durmurlar və hətta, "Vallah bizlik deyil, ora təyinatı birbaşa nazirlik özü verir" deyirlər.

Yox biz tanışın sözünü eşidib, ora ağız açmadıq. Sadəcə bu cür cavablar standart olduğu üçün dedik.

Yəni, sözümüzün canı o ki, Mədəniyyət naziri Anar Kərimov korrupsiya və digər nöqsanlara görə işindən azad edilən Əbülfəz Qarayevin yoxluğunu hiss etdirmir sağolsun.

Mədəniyyət nazirliyinə dövlət büdcəsindən ayrılan bu qədər milyonlara rəğmən, bölgələrin əksəriyyətində mədəniyyət evləri bərbad, baxımsız vəziyyətdədir. Yalnız bayram tədbirlərində (o da həmişə yox) məktəblilərin tədbirləri keçirilir vəssalam. Rayon mərkəzi kitabxanaları, rayon mədəniyyət evləri təmirsiz, bərbad gündə, kənd klubları da yox kimi. Amma, maraqlıdır ki, bütün rayonlarda, kəndlərdə mədəniyyət işçisi olaraq maaş alanlar var. Özü də bu adamlar xadimlərindən tutmuş, müdirinə qədər heç də təsadüfi adamlar deyil. Məsələn, ötən həftə "DogruXeber.az" informasiya agentliyinin tabeçiliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda yayımlanan "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Xaçmaz rayon Çılğır kənd sakini İlyas Ramazanov deyir, "Çılğır kəndində mədəniyyət klubunun qapıları həmişə bağlıdır. Heç bir fəaliyyət göstərmir. Xadiməsi də, işçiləri də hamısı Xaçmaz rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Yaqut Məsimovanın bacıları və yaxın qohumlarıdır". Yaqut xanım məmurdur və yenə də dövlət büdcəsindən maaş alanlar da məmur yaxınları.



Bu hər yerdə, hər sahədə belədir. Hətta, ümumiyyətlə mədəniyyət klubunun binasının belə mövcud olmadığı kəndlər var ki, orada da mədəniyyət klubunun xadimə və digər işçiləri var, o da yalnız kağız üzərində. Bir sözlə rayon mədəniyyət evlərində "ölü canlar" saxlanılır.

Təbii ki, bu qədər qanunsuz işlər görməyə tək bir adam risk etməz, ən azından bir dayağı olmalıdır. "Dayaqların dayaqları" da zəncirvari olaraq, həmişə rəhbərə qədər uzanır. Odur ki, sözügedən sahənin "gözüqıpığ" nümayəndələrinin "hörmətli nazirin bundan xəbəri yoxdur" cümləsi tamamilə yersizdir.

Mövzuya yenidən və daha detaylı şəkildə qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qubadakı Vətən Müharibəsi abidəsininin ərazisini kim zəbt edib? - FOTO
Bu gün, 10:00
"Başqa ittifaqlara ehtiyacımız yoxdur... - İndi Turan istiqamətinə gedirik"
Bu gün, 09:56
Xocalı qatili Balasanyan Volkovla Xocalıdakı görüşümüzdə “koordinator”luq etdi?.. - BU NƏDİ BELƏ?
Bu gün, 09:53
SÜLHMƏRAMLI NAĞILI: Bitirmək lazımdr bu mövzunu... - Bu da RUSİYANIN ASTAR ÜZÜ...
Bu gün, 09:48
““Qurani-Kərimdə “Peyğəmbər” sözü yoxdur” - Elşad Miri
Bu gün, 09:41
Qarabağ Qazilərinin pullarını mənimsəyən iş adamı – Özü 400 minlik, oğlu 200 minlik maşında gəzir
Bu gün, 09:38
Toivo Klaar Ermənistana səfərə gedir
Bu gün, 09:35
Büdcənin yükü: bir Naxçıvan deyil… - Ekspert ÇÖZƏLƏYİR...
Bu gün, 09:28
Molla fitnəsi səngimir: Diversantları Qarabağa sızdı - NƏ BAŞ VERİR?
Bu gün, 09:25
Vasif Talıbovun bu qanunsuz sərəncamı ləğv ediləcək - Başqa yolu YOXDUR!
Bu gün, 09:24
Azərbaycanda yüksək vəzifələrdə çalışan MƏMUR QARDAŞLAR - ARAŞDIRMA
Bu gün, 09:23
Arutyunyan Avropanı necə gəzə bilir? - AKTUAL
Bu gün, 09:21
Kukla Teatrının yaradıcı heyəti dindirilməyə ÇAĞIRILDI - Yoxlamalarla bağlı
Bu gün, 09:19
Ermənistan müdafiə naziri Rusiyaya səfər edib - MƏXFİDİR?
Bu gün, 09:17
Dəmir Yolları da DƏMİR YUMRUQ İSTƏYİR... - İSLAHAT ZƏRURƏTİ
Bu gün, 09:16
"Azərsun" xörəyimizə HANSI DUZU QATIR? - XƏBƏRİNİZ VARMI?
Bu gün, 09:10
Gələn il hansı banklar bağlana bilər? - AÇIQLAMA
Bu gün, 09:06
"350 manat partiyanın mərkəzi ofisinin işıqpuluna çatmır" - ETİRAZ
Bu gün, 09:04
Ucarda quldurluq edən üç nəfər saxlanılıb
Bu gün, 09:02
Sülhə doğru daha bir addım: Gözləntilər nələrdir? - GƏLİŞMƏ
Bu gün, 09:01
Mədəniyyət Nazirliyinin başı üzərindən qara dumanlar çəkilmir - NƏ ETMƏLİ?
Bu gün, 08:59
Laçın dəhlizindəki müəmma - Hələlik bir şey məlumdur ki, heç nə məlum deyil...
Bu gün, 08:57
Kəndin adı Xırmandalıdır... özünü XIRMAN DALI bilib istədiklərini edirlər... - GİLEY
Bu gün, 08:54
NATO üzvü olan Türkiyə sən demə, NATO üzvü deyilmiş... - Görünəni budur...
Bu gün, 08:52
Ermənistanın QARABAĞ HİYLƏSİ... - Atəşi ona görə açırlar ki...
Bu gün, 08:44
Göyçə mahalında eşidilən AZAN SƏSİ erməniləri DƏLİ ETDİ - VİDEO
Bu gün, 08:38
Naxçıvanın hər qarışında YEYİNTİ VAR - Daha bir FAKT
Bu gün, 08:35
İran: Daxili qırğın və xaricdəki həyəcan - İNCƏLƏMƏ...
Bu gün, 08:32
Cəlilabadda vətəndaşların şikayəti bitmək bilmir... - MÜRACİƏT
Bu gün, 08:30
Balakəndə spirtli içkilər oğurladığı mağazanı yandırmaq istəyən şəxs tutulub - FOTO
Bu gün, 08:27
Artıq Naxçıvanda pomidoru da pomidor qiymətinə satırlar... - "Keçən il bu vaxtı 24 manat idi..."
Bu gün, 08:25
İcbari Tibbi Sığorta xidmətin Covid-19 KORRUPSİYASI... - İTTİHAM VAR!
Bu gün, 08:18
Culfa gömrüyü hələ də ÖZÜNƏ YIĞIŞMIR... - ÖZBAŞINALIQ!
Bu gün, 08:14
Heydər Əliyev Azərbaycanın gənclər siyasətinin banisidir - MƏQALƏ
Bu gün, 08:06
Bu gün dollar neçəyə olacaq?
Bu gün, 08:04
Naxçıvanda nələr olacaq? - “Rəhbər Vasif olsun, Ağasif olsun, kim olursa olsun...”
Dünən, 19:00
"Baş nazirlərin müavinləri dəmir yolu ilə bağlı nəticə əldə etməyiblər" - Paşinyan
Dünən, 18:10
Talıbov Bakıya 200 “desant”ı niyə göndərmişdi? - İLGİNC
Dünən, 18:08
İlin sonuna qədər Azərbaycan XİN başçısı ilə görüşə dair razılıq var - Mirzoyan
Dünən, 18:06
Azərbaycanda 39 milyonluq kompüter və noutbuk tenderi - BU SİRKƏT QALİB GƏLDİ
Dünən, 17:48
“İranı beynəlxalq məhkəməyə verməli, rus hərbçilərini ərazilərimizdən çıxarmalıyıq” - ekspertdən UYARI
Dünən, 17:47
Rusiya güzəştə məcbur oldu: - “Azərbaycan antiterror əməliyyatı ərəfəsindədir”
Dünən, 17:42
Lüks həyat, bahalı maşınlar, ayda 16 min maaş... - Bakıda “Crowd-1” dələduzluğu
Dünən, 17:36
Fransadan MƏDƏT UMANLARA... - YORULMADINIZ?!!
Dünən, 17:32
Mətbuat Şurasının sədri deputata ÇAĞIRIŞ ETDİ
Dünən, 17:21
Teatrdan çıxarılan 65 yaşlı aktrisa: - “Xəstə adam 320 manatla necə dolansın?”
Dünən, 17:18
“Rusiya Azərbaycan-Ermənistan dialoquna maneə törədir” – İdeal vasitəçi kim ola bilər?
Dünən, 17:14
Cənab Əmrullayev... 4 məktəbdə şagirdlər DONUR!!! - NARAZILIQ VAR!
Dünən, 17:11
Donuz qripi Azərbaycanda da yayılacaq? - AKTUAL
Dünən, 17:07
Pensiyalar Füzuli Ələkbərovun dövründə saxtalaşdırılıb - REAKSİYA
Dünən, 17:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru