Cəlladın hiyləsi: Köçəryan Ermənistanı "gözətçi it" roluna qaytarmaq istəyir .....                     Alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irs .....                     Qubada qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyatlar zamanı 9 nəfər saxlanılıb .....                     Paşinyan `nə yardan doyur, nə də əldən qoyur`... .....                     “Rusiya nüvə silahı tətbiq etsə, bir neçə saata...” .....                     Tərtərdə 2 nəfər minaya düşüb .....                     Putin Ukrayna ərazilərini niyə ilhaq etdi? .....                     “KTMT bizim itimizdir, amma nə dişləyir, nə də hürür” .....                     Kremlin təhlükəli planı: “KTMT Qarabağa sülhməramlı göndərmək istəyir” .....                     “Yararsızdır” deyib əsgər aparılmayan şəxsə niyə əlillik verilmir? .....                     Maləsəf, Qazi ünvanından sui-istifadə edənlərimiz də var... .....                     Kremlin Putindən sonrakı potensial rəhbəri .....                     Siyavuş Novruzov cəbhəyə yazıldığını TƏSDİQLƏDİ: .....                     "Tehranın Qafanda baş konsulluq açması Türkiyə və Azərbaycana..." .....                     Vüsal Kərimliyə bağlı şirkət “BakıKart”dan milyonlar qazanır .....                     Rusiya “5-ci kalon”unun ümdə arzusu: “Cənubi Qafqaz Federal Dairəsi...” .....                     "Amma ola bilməzmi ki, müəyyən tikinti üçün ayrılmış ərazinin 40 faizində yaşıllıqlar salınsın?" .....                     Manatın sabitliyi nəyə zərərdir və bunun qarşısını almaq lazımdırmı .....                     Gücünüzü yetim-yesirə deyil, harınlamış məmur balalarına göstərin... .....                     "Azərbaycan Çinin nailiyyətlərini görməkdən sevinc hissi keçirir" .....                     Yeni savaşa tədarük görən Ermənistana HAQLI SUAL: .....                     "Bu şəxsi tanıyanlar varsa, xahiş edirəm mənə yazsınlar" .....                     Şirvanda 84 nəfərin qoluna qandal vurulub .....                     “Sədərək Yusif”in obyektində müştərini GİROV SAXLAYIBLAR... .....                     Azərbaycanla sərhədyanı bölgədə Ermənistan əsgərinin meyiti aşkarlanıb .....                     Səs yazısı yayılan direktor İŞƏ ÇIXMIR .....                     Əvəz Zeynallı ev dustaqlığına buraxılarmı? .....                     Suraxanıda 222 nəfər saxlanılıb .....                     Bəs bunu hansı kitaba yazaq, CƏNAB BABAYEV? .....                     "Tərtər işi" ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir" .....                     Erməni məktəblilər Tərtər rayonu ərazisində avtomat silahlarla təlim keçdi?.. .....                     Paşinyan Rusiya qarşısında nə qədər duruş gətirə biləcək... .....                     “Şou həmişə var, istərdim şəhidlərimiz, qazilərimiz haqda verilişlər hazırlansın” .....                     Həbsdə olan jurnalist Sənan Həsənoğlu təcili əməliyyat edilməlidir... .....                     “Ukrayna Silahlı Qüvvələri yaxın 72 saat ərzində Liman şəhərini azad edə bilər” .....                     "Yaxşı, təkid edirsənsə, onda 10 noyabr Bəyannaməsi yoxdur" .....                     “Polad Həşimovun ailəsi mənə zəng etdi...” .....                     "Ali iqtisadi təhsilə lazımlı ixtisaslar ləğv edilib" .....                     Qəzalı evdə yaşayan İsmayıllı sakini kömək istəyir... .....                     Millət nə hayda... Ağalar Vəliyevin oğlu nə hayda... .....                 

Ağalar Vəliyev, Elnur Allahverdiyev, İqbal Məmmədov..: Onlar YENİ HEYƏTDƏ OLMAYACAQLAR... - İLGİNC GƏLİŞMƏ
Tarix: 14-09-2022, 09:52 | Çap et
Ağalar Vəliyev, Elnur Allahverdiyev, İqbal Məmmədov..: Onlar YENİ HEYƏTDƏ OLMAYACAQLAR...
DİA.AZ: - Qanunvericilik Milli Məclis deputatları, eyni zamanda dövlət qulluğunda çalışan məmurların bizneslə məşğul olmasını qadağan edir. Bizneslə məşğul olub sonradan vəzifəyə təyinat alan şəxslər bu missiyalarını yaxın adamları, övladları, qardaşlarına ötürürlər. Bununla da rəsmi sənədlərdə artıq heç bir biznes fəaliyyəti ilə məşğul olunmadıqları qeyd edilir. Bir sözlə, biznes fəaliyyətlərini öz yaxın çevrələrinin adlarına rəsmiləşdirməklə məsuliyyətdən yayınmağa çalışırlar. Faktiki olaraq isə onlar öz biznes imperiyalarına elə dövlətin təmsilçisi kimi himayədarlıq etməklə davam edirlər.

Bu problem deyəsən, "yuxarıların" da diqqətini cəlb edib. DİA.AZ-a hökumətdəki mənbələrdən daxil olan informasiyalardan aydın olur ki, Milli Məclisin yeni heyətinə əl gəzdirilməsi hakimiyyətin son zamanlar müşahidə olunan yenilənmə siyasətinin tərkib hissəsi kimi çıxış edəcək.

Mənbənin dia.az-a söylədikləri: "Planlaşdırılan növbədənkənar seçkilərə gedilmədi. Çünki partiyalarla bağlı məsələ hələ qaranlıq idi. Qərar verildi ki, yeni parlamentdə yeni partiya siyasəti də əks olunsun. Eyni zamanda oliqarxlaşmış deputatların da KİTABI BAĞLANACAQ..."

Mənbə qeyd edir ki, təbii olaraq bu yenilik həmin biznesmen deputatlıar üçün böyük zərbə olacaq. Ən azından dünənə qədər mandatına güvənib meydan sulayan Elnur Allahverdiyev, Ağalar Vəliyev, Ülvi Quliyev, İqbal Məmmədov və digər bu kimi deputatları yeni heyətdə görə bilməsək, onların biznesləri də eyni qaydada HİMAYƏSİZ hesab olunacaq.

DİA.AZ olaraq Milli Məclisin biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputatlarının siyahısını təqdim edirik, yəni kimlər yeni Milli Məclis heyətinə düşməyə bilər. Beləliklə:

121 saylı Laçın seçki dairəsinin Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mahir Abbaszadənin paytaxt Bakıda aksessuar butikləri, saat və Moskva Univermağında qızıl köşklərinə sahib olduğu bildirilir.

20 saylı Nərimanov ikinci seçki dairəsinin təmsilçisi, Milli Məclis sədrinin müavini Adil Əliyevin də daşınmaz əmlak, idman ləvazimatları dükanları, müxtəlif tikinti şirkətlərinə sahib olması ilə bağlı məlumatlar var. Bir müddət öncə şəhərin mərkəzində ona məxsus olduğu iddia edilən tikinti şirkəti ilə vətəndaşlar arasında insidenti yatırtmaq üçün də deputat Adil Əliyevin hadisə yerinə gəldiyi, gərginliyi azaltmağa çalışdığı iddia olunurdu.
65 saylı Saatlı-Sabirabad- Kürdəmir seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı olan Əhliman Əmiraslanova məxsus klinikanın olduğu, həmçinin, dərman satışı, dərman depoları, tibbi ləvazimatların satışı mərkəzlərinə sahib olduğu iddia edilir.

45 saylı Abşeron seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı olan Oqtay Əsədov isə su biznesi ilə tanınır. Onun balıq vətəgələri, restoran və dəmir-beton zavodları, xaricdə əyləncə mərkəzlərinə sahib olduğu bildirilir.

11 saylı Qaradağ seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı seçilən Aydın Hüseynov əmlak alqı-satqısı, bağ evlərinin tikintisi və satışı, ofis ləvazimatlarının topdan satışı, çap mərkəzlərinin sahibi kimi tanınır.
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı Naqif Həmzəyev təmsil etdiyi şəhərdə iş adamı kimi tanınır. Onun Gəncədə avtomobil təmiri məntəqələri, ticarət köşkləri və brend geyimlər mağazasına sahib olduğu deyilir.
67 saylı Cəlilabad şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı olan Malik Həsənov ölkədə ev və bina tikintisi, antik əşyaların satışı ilə ad qazanıb. Deputatın əmlak tikintisi və satışı, ofislərin icarəyə verilməsi, cənub bölgəsində bir neçə istirahət mərkəzi, Bakıda tikinti materiallarının satış mərkəzini idarə etdiyi söylənilir.

73 saylı Lənkəran şəhər seçki dairəsinin bitərəf deputatı Rüfət Quliyev isə Azərbaycanda və Ukraynada siqaret satışı, tütün məmulatlarının idxalı ilə ad çıxarıb. Millət vəkilinin tütün məmulatlarının ölkəyə idxalı, siqaret biznesi, Ukraynada restoran və meyvə-tərəvəz alqı-satqısı işində də mahir olduğu bilgisi var.

15 saylı Yasamal birinci seçki dairəsinin bitərəf deputatı Ülvi Quliyevi seçiciləri az-az görsə də, onu tikinti sektorunda daha çox görmək olar. Karateçi deputatın ən yaxşı bildiyi sahə bina tikintisi, ofis və evlərin təmiridir. Həmçinin ona məxsus tikinti briqadaları da fəaliyyət göstərir. Deputatın idman ləvazimatlarının satışı işini yaxşı bilənlərdən biri kimi tanındığı deyilir.

Nabranda Həmkarlar İttifaqına məxsus bütün sanatoriyaların ərazisini satan və icarəyə verən 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsinin bitərəf deputatı Səttar Möhbalıyev ölkədə həmçinin, kağız satışı ilə də tanınan iş adamlarından hesab edilir. Onun Nabranda, Bakının mərkəzində restoran və bir neçə ailəvi istirahət mərkəzi, restorana sahib olması gələn xəbərlər sırasındadır.

10 saylı Binəqədi üçüncü seçki dairəsinin “əbədi” deputatı Madər Musayevin biznes imperiyası isə dodaq uçuqladır. Hacı Madər Bakıda ilk şadlıq evi işlədən iş adamlarındandır. Eyni zamanda qocaman deputat uzunömürlülüyün sirri kimi bərk özüllü işlərə də baş qoşub. Onun beton zavodları, marketlər şəbəkəsi, su istehsalı və satışı işində də əlinə su tökən tapılmadığı iddiaları var.

96 saylı Goranboy-Naftalan seçki dairəsindən Yeni Azərbaycan Partiyasının gənc deputatlarından olan Anar Məmmədovun keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun klanını uğurla davam etdirmək niyyətində olduğu deyilir. İki illik deputat postunda səsinə cəmiyyətimizi tamarzı qoyan Anar Məmmədov Ziya Məmmədovun ən yaxın dostu Qulam Ələkbərovun kürəkəni kimi bir çox işlərdə uğurlara imza atıb. Gənc deputat qayınatasının tövsiyələrinə əsasən tikinti sektorunda fəaldır. O özü də gənc iş adamı kimi Dərnəgüldə Tikinti satış mərkəzləri, villaların icarəyə verilməsi, ev tikintisi, avto-təmir məntəqələrinin sahibi kimi heç də havadarlarından geri qalmadığını nümayiş etdirir.

78 saylı Lerik seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı Məmmədov İqbal Nəriman oğlunu isə ölkədə restoranlar şəbəkəsinin sahibi kimi hamı tanıyır. Cənub bölgəsində “Relax İqbal” kimi ad qazanan İ.Məmmədov Bakıda, Lerik və Yardımlıda restoran, ailəvi istirahət mərkəzləri, sanatoriya biznesi ilə məşğul olduğunu bilməyən qalmayıb. Bir müddət öncə onun restoranında vergi müfəttişlərinin oğlu və qardaşı uşaqları tərəfindən amasızcasına döyülməsi faktını isə kimsə unutmayıb. Cənublular onun əlindən təngə gəldiklərini, çayların məcrasını dəyişdiyini, harada bir səfalı yer gördü onu hasara alıb restoran açdığını deyirlər.

70 saylı Masallı şəhər seçki dairəsinin Yeni Azərbaycan Partiyasından olan millət vəkili Məşhur Məmmədov da oturuşmuş iş adamlarındadndır. Məşhur müəllimi ən çox “məşhurlaşdıran” isə şəhid evinə şampun, bir dəfəlik istifadə üçün parfüm və sabun göndərməsi olmuşdu. Amma o da kiçik biznesmenlerdən deyil. Millət vəkili ərzaq mallarının satışı deposu, kimyəvi təmizləmə mərkəzləri, kosmetik məhsulların satışı işində usta adam hesab edilir.

"Embawood" şirkətinin həmtəsisçisi olduğu deyilən Məşhur Məmmədov Nyu-Yorkda milyonluq villası ilə ad çıxarıb, təzəlikcə ABŞ-da yaşayan oğlu Məmməd Şahbazovun adına “Masalli Enterprise LLC”ni təsis edib.

117 saylı Oğuz-Qəbələ seçki dairəsindən Yeni Azərbaycan Partiyasınin deputatı seçilən Aqiyə Naxçıvanlı təmsilçisi olduğu Oğuz rayonunu elə-belə seçməyib. Xanım deputat Qaxda və Oğuzda fındıq sahələri, su istehsalı sexləri, gözəllik salonlarının təmiri və icarəyə verilməsi məsələsində qadın sahibkarlar arasında öncül yerdədir.

75 saylı Lənkəran-Masallı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı Cavanşir Paşazadə taxta-şalban deposu və topdan və pərakəndə satış mərkəzləri, Keşlədə taxta satış deposu, mərasim zallarının tikintisi və icarəsi, mərasimlərə təqdim edilən ərzaq mallarının istehsalı müəssisələrinə sahib olduğu deyilir.

82 saylı Ağcabədi seçki dairəsindən Yeni Azərbaycan Partiyasının millət vəkili Tahir Rzayevin Mərkəzi Univermaqda bir neçə qızıl satışı köşkünə, qızıl satışı və qəbulu məntəqələrinə sahib olduğu bildirilir.

27 saylı Sabunçu ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı olan Əlabbas Salahzadə atası Qalib Salahzadənin yolunu davam etdirən bir iş adamıdır. Hacı Qalibin biznes imperiyasını böyük uğurla idarə edən oğul deputat Ə.Salahzadə məlumatlara görə, Sabunçuda dini və mərasim zalları, su istehsalı sexləri, məzar daşlarının hazırlanması, mozaika, bəzək daşlarının istehsalı, satışı mərkəzini təkbaşına idarə edir.
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı Ağalar Vəliyev ağsaqqal iş adamlarındandır. “Kristal Abşeron”un sahibi olan Ağalar Vəliyevin bu sahədə böyük bir imperiyaya sahib olduğu vurğulanır. Qocaman deputatlardan olan Ağalar Vəliyevin xarici ölkələrdə də bina tikintisi, təmir və satışı işi ilə məşğul olduğu deyilir.

25 saylı Nizami ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı Sədaqət Vəliyeva da bizneslə məşğuldur. İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin yaxın qohumu olduğu deyilən Sədaqət Vəliyeva uzun müddət xəstəxana rəhbəri kimi öz biznes imkanlarının dairəsini genişləndiməyi bacarıb. Xanım deputatın Qarayev metrosunun yaxınlığında bir neçə restoran, geyim və gözəllik salonları, tibbi ləvazimatların satışı mərkəzinə sahib olması heç kəsə sirr deyil.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəlladın hiyləsi: Köçəryan Ermənistanı "gözətçi it" roluna qaytarmaq istəyir - GƏLİŞMƏ
Dünən, 14:00
Alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irs - MƏQALƏ
Dünən, 12:33
Qubada qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyatlar zamanı 9 nəfər saxlanılıb - VİDEO
Dünən, 12:30
Paşinyan `nə yardan doyur, nə də əldən qoyur`...
Dünən, 12:24
“Rusiya nüvə silahı tətbiq etsə, bir neçə saata...” - Ekspert danışır
Dünən, 12:22
Tərtərdə 2 nəfər minaya düşüb
Dünən, 12:12
Putin Ukrayna ərazilərini niyə ilhaq etdi? – Tələsik qərarın arxasındakı hədəf
Dünən, 12:06
“KTMT bizim itimizdir, amma nə dişləyir, nə də hürür” - Arşakyan
Dünən, 12:04
Kremlin təhlükəli planı: “KTMT Qarabağa sülhməramlı göndərmək istəyir” - NƏ ETMƏLİ?
Dünən, 12:01
“Yararsızdır” deyib əsgər aparılmayan şəxsə niyə əlillik verilmir? - GİLEY
Dünən, 11:59
Maləsəf, Qazi ünvanından sui-istifadə edənlərimiz də var... - TƏFƏRRÜAT
Dünən, 11:52
Kremlin Putindən sonrakı potensial rəhbəri - "Super casus", "Gənc şahzadə", "Qəssab" və...
Dünən, 11:47
Siyavuş Novruzov cəbhəyə yazıldığını TƏSDİQLƏDİ: - “Kifayət qədər döyüş təcrübəm var”
Dünən, 11:45
"Tehranın Qafanda baş konsulluq açması Türkiyə və Azərbaycana..." - İran mediası
Dünən, 11:40
Vüsal Kərimliyə bağlı şirkət “BakıKart”dan milyonlar qazanır - BU DA FAKT!!!
Dünən, 11:37
Rusiya “5-ci kalon”unun ümdə arzusu: “Cənubi Qafqaz Federal Dairəsi...” - Diqqət, TƏHLÜKƏ!!!
Dünən, 11:33
"Amma ola bilməzmi ki, müəyyən tikinti üçün ayrılmış ərazinin 40 faizində yaşıllıqlar salınsın?" - ETİRAZ
Dünən, 11:31
Manatın sabitliyi nəyə zərərdir və bunun qarşısını almaq lazımdırmı - AKTUAL
Dünən, 11:19
Gücünüzü yetim-yesirə deyil, harınlamış məmur balalarına göstərin... - Replika
Dünən, 11:08
"Azərbaycan Çinin nailiyyətlərini görməkdən sevinc hissi keçirir" - Prezident İlham Əliyev
Dünən, 11:07
Yeni savaşa tədarük görən Ermənistana HAQLI SUAL: - NƏYNƏN, ALIŞ?..
Dünən, 11:05
"Bu şəxsi tanıyanlar varsa, xahiş edirəm mənə yazsınlar" - VİDEO
Dünən, 10:58
Şirvanda 84 nəfərin qoluna qandal vurulub - VİDEO
Dünən, 10:31
“Sədərək Yusif”in obyektində müştərini GİROV SAXLAYIBLAR... - İLGİNC FAKT
Dünən, 10:22
Azərbaycanla sərhədyanı bölgədə Ermənistan əsgərinin meyiti aşkarlanıb
Dünən, 10:10
Səs yazısı yayılan direktor İŞƏ ÇIXMIR - Töhmət verildi və...
Dünən, 10:09
Əvəz Zeynallı ev dustaqlığına buraxılarmı? - Gözlənti
Dünən, 10:05
Suraxanıda 222 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:01
Bəs bunu hansı kitaba yazaq, CƏNAB BABAYEV? - Maləsəf, BU FAKTDIR!
Dünən, 10:00
"Tərtər işi" ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir" - Baş prokuror AÇIQLADI
Dünən, 09:53
Erməni məktəblilər Tərtər rayonu ərazisində avtomat silahlarla təlim keçdi?.. - BU NƏDİ BELƏ?
Dünən, 09:38
Paşinyan Rusiya qarşısında nə qədər duruş gətirə biləcək... - GƏLİŞMƏ
Dünən, 09:33
“Şou həmişə var, istərdim şəhidlərimiz, qazilərimiz haqda verilişlər hazırlansın”
Dünən, 09:32
Həbsdə olan jurnalist Sənan Həsənoğlu təcili əməliyyat edilməlidir... - ÇAĞIRIŞ
Dünən, 09:28
“Ukrayna Silahlı Qüvvələri yaxın 72 saat ərzində Liman şəhərini azad edə bilər” - ABŞ
Dünən, 09:26
"Yaxşı, təkid edirsənsə, onda 10 noyabr Bəyannaməsi yoxdur" - Paşinyana GƏRƏKƏN CAVAB
Dünən, 09:23
“Polad Həşimovun ailəsi mənə zəng etdi...” - Rais Rəsulzadə
Dünən, 09:11
"Ali iqtisadi təhsilə lazımlı ixtisaslar ləğv edilib" - Ekspert danışır
Dünən, 09:07
Qəzalı evdə yaşayan İsmayıllı sakini kömək istəyir... - MÜRACİƏT
Dünən, 09:04
Millət nə hayda... Ağalar Vəliyevin oğlu nə hayda... - İLGİNC
Dünən, 08:57
Əhəd Abıyevin qohumları QOÇULUQ EDİR - “Birinci qrup əlil oğlumu döyüb, qolunu, qabırğasını sındırdılar”
Dünən, 08:52
“Bu hardan bilsin ki, Ziya Məmmədov, Cavid Qurbanov zavoda nə qədər metal göndərib... - Səlahiyyətsiz bir işçi olub”
Dünən, 08:45
Moskva ikili oynayır, Paşinyan komandası isə... - NƏ BAŞ VERİR?
Dünən, 08:42
Xaçmazda Qazi haqqını ALA BİLMİR... - "Mən məhkəməyə çatanda dedilər ki, artıq qərar çıxıb"
Dünən, 08:39
"Mən demirəm ki, bu vəziyyəti indiki icra hakimiyyəti, indiki bələdiyyə yaradıb" - QOSQOCA YOL YOXA ÇIXIB...
Dünən, 08:38
"Bərdədə doğuş edərkən ölən qadının meyitini gizlədib, 2 gün sonra veriblər" - Bərdədən şikayət
Dünən, 08:35
ABŞ və Fransa bölgədə xaos yaratmağa çalışır! - FAKT BUDUR!
Dünən, 08:34
“Putinin "referendum" oyunu Rusiya üçün təhlükədir” - Ekspert danışır
Dünən, 08:32
Ağdam sakini HAQSIZLIQLA ÜZ-ÜZƏ... - Nə edəcəyini bilmir...
Dünən, 08:30
Putin ölkəsini və dünyanı çıxılmaza saldı... - İNCƏLƏMƏ...
Dünən, 08:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru