Ağsu icra başçısı dəfn olundu .....                     “Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” .....                     "Tonayan cinayət əməllərinə görə cavab verməlidir" .....                     AzTV əməkdaşını şantaj edən sabiq TV rəhbərinin oğlu hakim qarşısında .....                     Ermənistan prezidenti Rusiyaya gedib .....                     “Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub” .....                     “Hell”in 130 min cərimələnməsi ilə bağlı qərar verildi .....                     “Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var” .....                     "Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirib .....                     Evi tərk edən COVID-19 xəstələri saxlanıld .....                     Ağsuda COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb .....                     Ağcabədidə daha 3 COVİD-19 xəstəsi barədə qanunamüvafiq tədbirlər görülüb .....                     Xudat sakini dəm qazından boğulub .....                     Zümrüd Bədəlova “Xəzər”dən ARB-yə keçdi .....                     “Qaydalara riayət etsək, yaxın həftələrdə koronavirusa yoluxmada azalmaya nail ola biləcəyik” .....                     Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb .....                     Məlahət Mürşüdlü vəfat edib .....                     İstisu qəsəbəsindən görüntülər .....                     Paşinyan hakimiyyəti təhvil verməyə hazırlaşır .....                     Navalnıdan AB-yə: Onlara sanksiya tətbiq edin! .....                     Gürcüstanda son sutkada 4 472 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 121-ə çatıb .....                     Donbasdakı son durum açıqlandı .....                     Laçın həsrətinin bitməsinə 2 gün qaldı .....                     Polis rəisinin müavini ürək tutmasından öldü .....                     Ermənistan müdafiə nazirliyində xaos yaşanır .....                     Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır .....                     "Hakimiyyət detallı məlumat verməlidir" .....                     Pentensiar Xidməti 48 min manata Azərbaycan bayrağı aldı .....                     Azərbaycanın qızıl “bitən” torpaqları: .....                     Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... .....                     Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb .....                     “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər” .....                     Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri ilə görüşüb: .....                     Bakıda körpəsini və özünü bıçaqlayanın məhkəməsi başlayır .....                     Gəncədə də eyni bəhanələr qüvvədədir... .....                     “Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” .....                     Azərbaycan nefti yenidən bahalaşıb .....                     DSMF 2-ci qrup əlilə niyə rədd cavab verir?.. .....                     İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... .....                 

“Ərazimizin heç bir hissəsini güzəştə gedə bilmərik” - Prezidentin köməkçisi
Tarix: 27-10-2020, 16:11 | Çap et
 “Ərazimizin heç bir hissəsini güzəştə gedə bilmərik”
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibə verib.

APA-nın xəbərinə görə, Ermənistanın hərbi təxribatları barədə danışan Prezidentin köməkçisi deyib ki, sentyabrın 27-də baş vermiş hadisələrə geniş vaxt çərçivəsində baxılmalıdır: “27 sentyabr hadisələri gözlənilmədən baş vermiş adi hadisələr deyil. Azərbaycan Ermənistanın belə hücum edəcəyini gözləyirdi. Belə ki, iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən Azərbaycanın Tovuz rayonunda bir hadisə baş verdi. Bu, Ermənistan silahlı qüvvələrinin törətdiyi adi hadisə deyildi. Bu, Azərbaycan Silahlı Qüvvələrinə qarşı qabaqcadan planlaşdırılmış hərbi əməliyyat idi. Məqsəd Azərbaycanın mühüm logistika yollarına nəzarəti ələ keçirmək üçün strateji yüksəklikləri ələ keçirmək idi.

Bundan sonra erməni təxribatçı qruplarının aktivləşdiyini gördük. Ermənistan silahlı qruplaşmalarının sayı təmas xətti boyu artırıldı. Ermənistan silahlı qüvvələrinin bu şəkildə təmərküzləşməsi və aktivləşməsi onu göstərirdi ki, Ermənistan bizə qarşı hücum planı hazırlayıb. Ermənistanın baş naziri Paşinyan demişdi ki, “Qarabağ Ermənistandır”. Bu, o deməkdir ki, ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqlar və irəli sürülən təşəbbüslər uğursuzluğa düçar olacaq. Ermənistanın müdafiə naziri isə yeni hərbi doktrina qəbul etdiklərini və güc tətbiqi ilə yeni ərazilər əldə edəcəklərini bildirmişdi. Bu, o deməkdir ki, onlar Azərbaycanda yeni torpaqlar ələ keçirməyi planlaşdırırlar. Onlar düşünürdülər ki, beləliklə, işğal etdikləri torpaqlarımızda özlərinin təhlükəsizliyini təmin etmiş olacaqlar. Ermənistanın baş qərargah rəisinin müavini 2018-ci ildə verdiyi bəyanatda bildirmişdi ki, ölkəsinin silahlı qüvvələri Azərbaycanda mülki obyektləri hədəf seçəcək, onların vurulması strateji hədəf və tələbdir. Beləliklə, aydın görünür ki, Ermənistanın sentyabrın 27-də başladığı hücum əvvəlcədən planlaşdırılıb. Azərbaycan da əks-hücum əməliyyatı həyata keçirməyə məcbur oldu”.

ABŞ-ın problemin həllində iştirakı ilə bağlı suala cavabında Prezidentin köməkçisi qeyd edib ki, Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir: “ABŞ bizə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş təklifini verdi. Azərbaycan belə təklifləri heç vaxt rədd etmir. Azərbaycan 30 il ərzində səbir və gözləmə siyasəti aparıb, danışıqlar aparmağı müharibədən üstün tutub, bu danışıqlara töhfə verib. Lakin danışıqlar nəticəsiz qalıb. Çünki Ermənistan işğal siyasətindən əl çəkmək istəmir”.

Türkiyənin bu məsələdə iştirakı ilə bağlı sualı cavablandıran Hikmət Hacıyev Ermənistanın bununla əlaqədar qaralama kampaniyası apardığını diqqətə çatdırıb. O deyib ki, Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri, eyni zamanda, müştərək strateji dəyərlər var.

“Türkiyə bu müharibədə iştirak etməyib və buna ehtiyac da yoxdur. Azərbaycan Silahlı Qüvvələri hərbi əməliyyatları öz imkanları ilə uğurla yerinə yetirir. Ermənistan qəbul etsə də, etməsə də Türkiyə danışıqlar masasında iştirak edir. 1992-ci ildə fəaliyyətə başlamış ATƏT-in Minsk qrupuna 11 üzv dövlət daxildir. Üç dövlət - ABŞ, Rusiya və Fransa Minsk qrupuna həmsədrlik edir. Türkiyə 1992-ci ildən bəri qrupa üzv dövlətlər arasındadır. Türkiyə Azərbaycanla sıx əlaqələri olan dövlətdir. Həmçinin Türkiyə region ölkələrindəndir, Cənubi Qafqaz coğrafiyasına aid dövlətdir. Cənubi Qafqazdakı problemlər, oradakı müharibələr Türkiyənin təhlükəsizliyinə də təsir edir. Buna görə də qardaş Türkiyənin müharibədən sonrakı mərhələdə daha fəal iştirakında israr edirik. Ermənistan buna etiraz etsə də, bu vacibdir”, - deyə o əlavə edib.

Münaqişənin həllində Rusiya-Türkiyə-İran vasitəçiliyi formatında danışıqlara dair təkliflə bağlı suala cavabında Prezidentin köməkçisi deyib ki, Minsk formatı qalır, onu ləğv etmək və ya dayandırmaq niyyətimiz yoxdur: “Lakin biz bu prosesi daha da inkişaf etdirmək istəyirik. Bütün müharibələrdə görünüb ki, region ölkələrinin prosesdə iştirakı faydalıdır. Başa düşürük ki, İran, Rusiya, Türkiyə baş verən hadisələrin ölkələrinə təsirindən çəkinirlər. Ona görə də Minsk qrupu ilə paralel olaraq, bizimlə yaxşı əlaqələri olan İran, Rusiya və Türkiyənin iştirakı ilə başqa qrupların fəaliyyəti faydalı ola və Cənubi Qafqazda möhkəm sülhün yaranmasına gətirib çıxara bilər”.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını hərbi yolla, beynəlxalq hüquqa və qanunlara məhəl qoymadan ələ keçirib.

“Ermənistan işğal etdiyi ərazilərdə bəşəri cinayətlər və qırğınlar, eləcə də etnik təmizləmə törədib. Bu azmış kimi, işğal etdikləri ərazilərdə Azərbaycan xalqının mədəni və dini abidələrini dağıdıb. Onlar məscidlərimizi dağıdıblar. İslama aid dəyərli nə varsa, hamısını hədəfə alıblar. Azərbaycan torpağı olan Dağlıq Qarabağla yanaşı, ətraf 7 rayon da Ermənistan tərəfindən işğal edilib. Ermənilər 700 min azərbaycanlını bu rayonlardan didərgin salıblar. Həmçinin Dağlıq Qarabağdan da azərbaycanlılar qovulublar. Bu köçkünlərin sayına Ermənistandan qovulan azərbaycanlı qaçqınların sayını da əlavə etsək 1 milyon nəfər edir. Bütün danışıqlarımızda ilk olaraq Dağlıq Qarabağın ətrafındakı rayonlarımızın işğaldan dərhal azad edilməsini tələb etmişik. Lakin Ermənistan bunu rədd edib. Otuz ildir ki, Ermənistan Azərbaycanın bu rayonlarını qaytarmamaq üçün prosesi uzadıb. Razı idik ki, işğal addım-addım bitsin, məcburi köçkünlər geri qayıtsın. Lakin Ermənistan qəti şəkildə bununla razı olmadı. Çünki o, bu ərazilərin ilhaqına cəhd edir”, - H. Hacıyev bildirib.

“Azərbaycanın bu problemin həlli üçün nəyi güzəştə gedə bilər?” sualını cavablandıran Prezidentin köməkçisi qeyd edib ki, bizim qırmızı xətlərimiz var: “Bu, bütün dünya dövlətlərinə də aiddir. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Bu, bütün dünyada qəbul edilən məsələdir, hər bir xalq və dövlət üçün müqəddəs məsələdir. Ərazimizin heç bir hissəsini güzəştə gedə bilmərik. Bütün dövlətlərin ərazi bütövlüyünə hörmət etmək lazımdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Lakin Qarabağ və ətraf rayonların işğalı problemi var. Birinci hədəfimiz işğala son qoymaqdır. Ermənistan silahlı qüvvələri işğal olunmuş bütün ərazilərimizdən çıxmalıdır və azərbaycanlı köçkünlər, həmçinin Dağlıq Qarabağa geri qayıtmalıdır. Onların sayı 80 min nəfərdən çoxdur. Lakin bu, Dağlıq Qarabağın erməni əhalisinin hüquqlarının pozulması da demək deyil. Onlar burada qalmalıdırlar. Onlar azərbaycanlılarla birlikdə yaşaya biləcəklər. Onların yaşayışı təmin ediləcək. Elə yol tapa bilərik ki, onlar öz işlərini özləri də idarə edə bilərlər. Qarşılıqlı razılıq əsasında özünüidarə formasına da nail olmaq mümkündür. Dünyada buna oxşar nümunələr vardır. Biz bu nümunələrə baxa bilərik. Lakin Ermənistan bunu qəbul etməlidir. Ermənistan bunu qəbul etmir. Onun aydın hədəfi budur ki, işğal etdiyi ərazilərə azərbaycanlıların qayıtmasını əngəlləsin və əraziləri ilhaq etsin”.

Humanitar atəşkəsin pozulması ilə bağlı suala münasibət bildirən Hikmət Hacıyev, ilk növbədə, qeyd edib ki, bu atəşkəsi digər atəşkəsdən fərqləndirən cəhət var: “Humanitar atəşkəs zamanı humanitar fəaliyyətlər həyata keçirilir, əsgərlərin cəsədlərinin dəyişdirilməsi prosesi baş verir. Buna Azərbaycan müsbət cavab verib. Lakin Ermənistan vədlərinə sadiq qalmayıb. Oktyabrın 11-də Moskvada humanitar atəşkəslə bağlı bəyanat verildi. Ertəsi gün Ermənistan Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni “SCUD” raketi ilə vurdu. Burada 500 min insan yaşayır. Bu, o deməkdir ki, Ermənistan mülki əhalinin sıx yaşadığı yaşayış məskəninə atəş açıb. Bu, o deməkdir ki, Ermənistan humanitar atəşkəsi pozub. Ondan sonra ikinci dəfə humanitar atəşkəs elan edildi. Ermənistan bunu da pozdu. İkinci humanitar atəşkəs elan ediləndən 2 dəqiqə sonra Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutdu. Onlara necə etibar etmək olar?! Onlar ikinci dəfə də Gəncə şəhərini “SCUD” raketi ilə vurdular, nəticədə 14 mülki şəxs öldü və 40-dan çox insan yaralandı. İndiyədək 60-dan çox mülki azərbaycanlı öldürülüb. Döyüşlər başlayandan bəri 250 mülki şəxs yaralanıb. Bu, o deməkdir ki, Ermənistan humanitar məqsədli atəşkəsdə maraqlı deyil. Əksinə bundan istifadə edərək vaxt qazanmaq, yenidən qruplaşmaq, yeni hücumlara hazırlaşmaq istəyir”.

Jurnalistin Ermənistanın mülki şəxslərə hücumlar etdiyini inkar etməsinə dair sualına cavabında Hikmət Hacıyev deyib ki, bu, şərəfsizlikdir: “Bu qədər mülki insanı öldürəsən, sonra deyəsən ki, bunu mən etməmişəm. Doğrudan da bu, şərəfsizlikdir. Erməni hərbçiləri həmişə döyüş meydanında məğlub olanda deyirdilər ki, onlar mülkiləri hədəf alacaqlar. Onlar bunu etdilər. Əgər raketin haradan atıldığını xatırlaya bilmirlərsə, onlara bunun Ermənistan ərazilərindən atıldığını göstərə bilərik - Ermənistanın Vardenis şəhərindən atılıb. Onun əsl adı Basarkeçərdir. Vaxtilə oranın əhalisinin çoxu azərbaycanlılar olub. Əgər bunu Ermənistan atmayıbsa, bəs kim edib? Azərbaycanda bu silahlar yoxdur. Bəs haradan gəldi bu raket?! Radarlar və müasir texnologiya ilə onun haradan gəldiyini görmək və qeydə almaq mümkündür. Mən əminəm ki, təkcə Azərbaycan deyil, həm də qonşu dövlətlərin radarları raketin atıldığı və düşdüyü yeri qeydə alıblar. Məqsəd də çoxlu sayda mülki şəxsi öldürmək olub”.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu heç vaxt mülki şəxsləri hədəfə almır: “Xankəndi və başqa şəhərlərə baxsaq, görərik ki, Ermənistan ordusu atəş nöqtələrini, hərbi obyektləri insanların yaşadıqları yerlərdə qoyurlar, oradan da Azərbaycanı hədəfə alırlar. Bu, terrorçuların istifadə etdikləri üslubdur. Xankəndidə erməni ordusunun üç əsas nöqtəsi var idi. Azərbaycan şəhərlərinə oradan raket atırdılar. Azərbaycan Ordusu həmin hərbi hədəfləri məhv etdi. Ola bilər ki, orada mülkilər arasında itkilər olsun. Lakin bu, məqsədli şəkildə edilməyib. Ermənistandan fərqli olaraq, Azərbaycan erməniləri məqsədli şəkildə bilərəkdən hədəfə almır”.

Ermənistan tərəfinin Azərbaycanı Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə təhdid etməsinə münasibət bildirən Prezidentin köməkçisi qeyd edib ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı heç bir siyasi, hüquqi, tarixi əsas və sənəd yoxdur. Qarabağ tarixən Azərbaycan torpağıdır. Hüquqi baxımdan beynəlxalq aləm Qarabağı Azərbaycan torpağı hesab edir. Siyasi baxımdan bu addım ədalətli ola bilməz. Hətta Ermənistanın özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Tanıya bilmir. Bu addımın atılması bütün danışıqların sona çatması deməkdir.

Azərbaycana xaricdən döyüşçülərin gətirilməsi ilə bağlı iddialara dair sualı cavablandıran Prezidentin köməkçisi Azərbaycanın bunu qəti şəkildə rədd etdiyini bildirib. Xaricdən döyüşçüləri gətirib müharibədə istifadə etmək - Azərbaycanın siyasətində belə bir şey yoxdur. Azərbaycanın nizamlı, peşəkar ordusu var. Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirə bilir. Xaricdən döyüşçülərin Azərbaycana gətirilməsi iddialarını irəli sürənlər konkret bir şey demirlər, ümumi şəkildə “Qarabağda xarici muzdlular var” deməklə kifayətlənirlər. Əksinə, erməni tərəfindən xüsusilə Suriya və Livandan gətirilən muzdlular var. Ermənistan onları Azərbaycan Ordusuna qarşı döyüşlərdə istifadə edir. Həmçinin Avropa ölkələrinin, Kanada, ABŞ kimi ölkələrin erməni əsilli vətəndaşları da onlar tərəfindən vuruşurlar. Ermənistanın terrorçu PKK silahlılarından da istifadə etdikləri barədə məlumatlarımız var. Azərbaycan kiçik dövlətdir. Əgər burada muzdlular olsaydı, hamı bunu bilər və bu barədə eşidərdi. Heç kim muzdluları görməyib və bu barədə eşitməyib. Hesab edirəm ki, bu iddialar Ermənistanın qara təbliğatının bir hissəsidir. Ermənilər qəbul edə bilmirlər ki, onların qarşısında duran, onları məğlub edən müzəffər Azərbaycan Ordusudur. Türkiyə Ordusunun da bu müharibədə iştirak etməsi ilə bağlı iddialar tamamilə yalandır. Türkiyə bizə mənəvi, diplomatik və siyasi dəstək verir. Bu müharibədə üçüncü tərəf yoxdur. Azərbaycan Ordusu ölkəmizin ərazisini azad etmək üçün vuruşur.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağsu icra başçısı dəfn olundu
Bu gün, 12:07
“Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” - GƏLİŞMƏ
Bu gün, 12:06
"Tonayan cinayət əməllərinə görə cavab verməlidir" - Prezidentin köməkçisi
Bu gün, 12:04
AzTV əməkdaşını şantaj edən sabiq TV rəhbərinin oğlu hakim qarşısında
Bu gün, 12:03
Ermənistan prezidenti Rusiyaya gedib
Bu gün, 12:02
“Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub” - Ərdoğan
Bu gün, 12:01
“Hell”in 130 min cərimələnməsi ilə bağlı qərar verildi
Bu gün, 11:48
“Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var” - deputat
Bu gün, 11:44
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirib - FOTO
Bu gün, 11:42
Evi tərk edən COVID-19 xəstələri saxlanıld
Bu gün, 11:35
Ağsuda COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb
Bu gün, 11:34
Ağcabədidə daha 3 COVİD-19 xəstəsi barədə qanunamüvafiq tədbirlər görülüb
Bu gün, 11:32
Xudat sakini dəm qazından boğulub
Bu gün, 11:28
Zümrüd Bədəlova “Xəzər”dən ARB-yə keçdi
Bu gün, 11:16
“Qaydalara riayət etsək, yaxın həftələrdə koronavirusa yoluxmada azalmaya nail ola biləcəyik”
Bu gün, 11:13
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb
Bu gün, 11:11
Məlahət Mürşüdlü vəfat edib
Bu gün, 11:10
İstisu qəsəbəsindən görüntülər - VİDEO
Bu gün, 11:08
Paşinyan hakimiyyəti təhvil verməyə hazırlaşır – Ermənistan mətbuatı
Bu gün, 11:07
Navalnıdan AB-yə: Onlara sanksiya tətbiq edin!
Bu gün, 11:05
Gürcüstanda son sutkada 4 472 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb
Bu gün, 11:00
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 121-ə çatıb
Bu gün, 11:00
Donbasdakı son durum açıqlandı
Bu gün, 10:51
Laçın həsrətinin bitməsinə 2 gün qaldı - təcavüzkarın “son çırpıntıları” nəticəni dəyişməyəcək
Bu gün, 10:48
Polis rəisinin müavini ürək tutmasından öldü - Vəzifəyə yenicə təyin olunmuşdu
Bu gün, 10:45
Ermənistan müdafiə nazirliyində xaos yaşanır
Bu gün, 10:37
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır
Bu gün, 10:35
"Hakimiyyət detallı məlumat verməlidir" - Erməni ombudsman
Bu gün, 10:34
Pentensiar Xidməti 48 min manata Azərbaycan bayrağı aldı
Bu gün, 10:31
Azərbaycanın qızıl “bitən” torpaqları: - Ermənilərin daşıdığı milyardlar nə olacaq?
Bu gün, 10:30
Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... - Prezidentə müraciət olundu
Bu gün, 10:26
Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb
Bu gün, 10:22
“Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər” - Fuat Oktay
Bu gün, 10:21
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri ilə görüşüb: - bəs Fuad Əliyev hardadır?
Bu gün, 10:17
Bakıda körpəsini və özünü bıçaqlayanın məhkəməsi başlayır
Bu gün, 10:09
Gəncədə də eyni bəhanələr qüvvədədir... - BÜROKRATİYA...
Bu gün, 10:08
“Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” - Tofiq Zülfüqarov
Bu gün, 10:06
Azərbaycan nefti yenidən bahalaşıb
Bu gün, 10:03
DSMF 2-ci qrup əlilə niyə rədd cavab verir?.. - Yenə də absurd bəhanə...
Bu gün, 10:02
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
Bu gün, 09:59
Terror təşkilatlarına qoşulmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 09:57
Ermənistan ordusunun komandanı məhkəməyə verildi
Bu gün, 09:50
Yağış “Kristal Abşeron”un ayıbını ortaya çıxardı... - FOTO
Bu gün, 09:48
"Dağıdılmış ruhlar şəhəri Ağdam urbisidin nümunəsidir" - Hikmət Hacıyev
Bu gün, 09:44
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY
Bu gün, 09:41
"Elə gizlədirsiniz ki, elə bil bilsək, sizi insan alverinə dəvət edəcəklər"
Bu gün, 09:37
Həm əfv, həm də amnistiya gözlənilir - Hüquq müdafiəçilərindən müjdə
Bu gün, 09:35
Ermənistan böyük sülhü yaxına buraxmaq istəmir... - TƏHLİL
Bu gün, 09:33
Qonşularımız pullarını "öldürürlər", biz - vergini... - Malı kimə satmalı?
Bu gün, 09:28
Respublika Veteran Təşkilatında QALMAQAL - Qurumu qoçu dəstəsi işğal edib?
Bu gün, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru