Paşinyan ombudsmanı istefaya göndərmək istəyir .....                     Goranboy rayonunda silah-sursat tapılıb .....                     Njdeyə Qarabağda heykəl qoymağın mənası... .....                     Yusif İldırımzadənin qardaşı oğlunun həbs müddəti uzadılıb .....                     “Nar” onlayn təhsil alanlar üçün yeni internet paketi təqdim edib .....                     Şəki sakini başçıya dəfələrlə müraciət etdiyini deyir, amma... .....                     “Toy edə bilməyən cütlüklər gərginlik keçirir” .....                     Humay Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək .....                     Cavad Zərifdən erməni həmkarına şillə kimi CAVAB .....                     DİM doktoranturaya yeni qəbul şərtlərini açıqladı .....                     XİN-in sabiq vəzifəli şəxsləri barəsində seçilmiş ev dustaqlığının müddəti uzadılıb .....                     Azərbaycanda ümumilikdə 229584 nəfər COVID-19-a yoluxub, 3105 nəfər vəfat edib .....                     Azərbaycanda son sutkada 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib .....                     Azərbaycanda indiyədək 2 380 074 koronavirus testi aparılıb .....                     Ceyhun Bayramov fransalı həmsədrlə telefonla danışıb .....                     "Dünyada qaynar qlobal münaqişələrə yol vermək olmaz" .....                     Ermənistan daha 750 milyon dollar “borc almaq” istəyir .....                     “Xüsusi yer axtarmağa məcbur olduğum üçün siqareti azaltmışam” .....                     "Fransa cəmiyyətinin mövqeyi Azərbaycanda təəssüflə qarşılanır" .....                     Vüqar Səfərli ilə birgə həbs olunan direktor apelyasiya şikayəti verdi .....                     Qulu Məhərrəmli AMEA-nı sərt tənqid etdi: .....                     AŞPA koronavirusa qarşı vaksinasiyaya dair qətnamə qəbul edib .....                     Gəncədə yeniyetmə qız özünü bıçaqlayıb .....                     ABŞ şirkətləri Qarabağın bərpasında iştirak edə bilər .....                     Əlillik pensiyası səbəb göstərilmədən dayandırılıb .....                     "Hər şey əvvəlki qaydasına düşənə kimi çətinliklər mütləq olacaq" .....                     "Azərbaycan və Türkiyənin üzərinə yeni vəzifə və öhdəliklər düşür” .....                     Milli Məclisin İntizam komissiyasının iclası keçirilib .....                     Ermənistan İranın Qarabağ planını niyə qəbul etməyib? .....                     Qaxda antisanitar şəraitdə fəaliyyət göstərən müəssisə aşkarlandı .....                     ABŞ ordusunun iki ölkədən çıxması qərarı ləğv edilir? .....                     Dünyada yumşalma, Azərbaycanda isə..: .....                     Aksiz dərəcələrinin artırılması mərhələli şəkildə nəzərdə tutulur .....                     Burada ehtiyatsız bir hərəkət faciəyə səbəb ola bilər .....                     Fransa Azərbaycana “barışıq əli” uzadır? .....                     “Azərbaycana müəyyən miqdar Pfizer/BioNTech peyvəndi də gətiriləcək" .....                     “Azərbaycan dördtərəfli görüş tələb etməlidir” .....                     Jurnalistlər KİVDF-ni lənətləyir, MEDİA-nı isə doğru yola dəvət edirlər .....                     Ermənistan müxalifətinin lideri həbs oluna bilər .....                     “Bölgədəki bütün ölkələrin ərazi bütövlüyü əhəmiyyətlidir” .....                 

Başçı "hiking" turuna çıxa bilir, vətəndaşa isə vaxt ayıra bilmir... - GİLEY
Tarix: 15-09-2020, 09:58 | Çap et
Başçı "hiking" turuna çıxa bilir, vətəndaşa isə vaxt ayıra bilmir...
“Bu ilin aprelində ölkə başçısı İlham Əliyevin çıxışını izlədim. Cənab Prezident deyirdi ki, dövlət məmurlarının yaramaz əməllərinin qarşısını almaq lazımdır. Rüşvətxorluğa qarşı mübarizədə prokurorluq orqanları ilə yanaşı, sadə vətəndaşlar da fəallıq göstərməlidir. Prezident insanları səsləyib ki, qanunsuz hesab etdiyiniz əməlləri mənə yazın, yaxud müvafiq orqanlara müraciət edin”. DİA.AZ bildirir ki, bu sözləri İsmayıllı rayonu, Qubaxəlilli kənd sakini Fikrət Şirəliyev deyir.

Söyləyir ki, ölkə başçısının çıxışından sonra kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yaşar Cəlalovdan İsmayıllı Rayon Prokurorluğuna şikayət edib: “Prokurorluqda ərizə yazdım ki, mənim bu adamın qanunsuz hesab etdiyim əməlləri araşdırılsın. Onlar da bilmirəm necə, nə cür araşdırdılar. Prokurorluq onun əməllərində heç bir yanlışlıq görmədi. Yaşar Cəlilov da bəraət qazanmağını fürsət bilib, məni İsmayıllı Rayon Məhkəməsinə verdi ki, guya onun şərəf və layəqətinə toxunuşam, təhqir etmişəm. Mənə otuz min manat təzminat ödəmək, təkzib məktubu yazmaq və üzr istəmək tələbi qoydu. Məhkəmə Yaşar Cəlilova dörd min manat təzminat ödəməyimə dair qərar çıxardı”.

İsmayıllı Rayon Məhkəməsinin bu il sentyabrın 2-də çıxardığı qərarını qərəzli sayan Fikrət Şirəliyev Şəki Apelyasiya Məhkəməsinə müraciət edəcək: “Hakimə dedim ki, günahımı deyin, bundan sonra mənə dörd min yox, lap qırx min təzminat kəsin. Camaat toplaşıb, mənə əlli-yüz manat kömək edəcək, o pulu verəcəyəm. Amma mən günahımı bilim. Körpə uşağın qarşısında yanlışım olsa - altmış yaşı haqlamışam - ondan belə üzr istəməyə hazıram. Amma belə haqsızlıq olmaz, yazdıqlarımda bir dənə də olsun böhtan yoxdur. Kəndimizdə yeddidən-yetmişə hamı o adamdan narazıdır. Lakin jurnalistlər gəlib, çəkiliş aparsalar, heç kim qorxusundan onun haqqında fikir bildirməyə cəsarət etməyəcək. Uzaqbaşı, beş-altı nəfər danışacaq, onlardan biri də mənəm. Təsəvvür edin, məhkəmə işindən sonra rayonda insanlar mənə salam verməyə də qorxur, yan gəzirlər”.

Şikayətçi deyir ki, mal-qaraları üçün nəzərdə tutulan torpaq sahələri Yaşar Cəlilov tərəfindən zəbt olunub. Buna etiraz edən bir neçə kənd sakini isə məhkəməyə verilib: “Onlardan biri də mənəm. Bu adamın qanunsuz əməllərinə necə göz yummaq olar? Prezidentimizin çıxışından sonra mən də bir vətəndaş, insan olaraq həmin sözlərə güvənib, arxayın olub, bu addımı atdım. Mitinq etmədim, bunu “Kirpi” satirik jurnalına vermədim. Yeganə şikayət etdiyim yer İsmayıllı Rayon Prokurorluğu olub. Bundan ötrü adama dörd min manat təzminət kəsərlər? Hansı vəkil işimə baxırsa deyir ki, bu, ağlagəlməz bir söhbətdir. Sizə buna görə təzminat kəsə bilməzlər. Oturub o stolda, başının üstündə mərhum Heydər Əliyevin, qarşısında isə Prezident İlham Əliyevin şəklini asıb, istədiyi özbaşınalığı edir. Mən buna dözə bilmirəm. Haram yeyən insanların əlində qalmışıq”.

“Bu adam 1999-cu ildə Qubaxəlilli kənd inzibati ərazi dairələri üzrə nümayəndəsi seçilib. Həmin vaxtdan kəndimizin qara günləri başlayıb”, - Fikrət Şirəliyev belə deyir: “Qubaxəlilli kəndinin böyük bir ərazisini Ağsu rayonuna verdi. Bununla bağlı çox yerə getdik, lakin nəticəsiz qaldı. Bildirildi ki, həmin torpaqları bələdiyyə qanuni yolla verib. Burada böyük bir mədəniyyət evi var idi. 1994-1995-ci illərdə istifadəyə verilmişdi, onu viran qoydu. Evinin yanında internat var idi. Qonşu kəndlərdə, tam onillik məktəblər olmadığından uşaqlar oxumaq üçün bizim məktəbə gəlirdi. Müstəqillik illərindən sonra həmin məktəblərə ehtiyac qalmadı. Gənc ailələr özlərinə ev-eşik düzəldənə qədər həmin binada yaşamağa başladılar. Bu adam həmin binanı “Kasimsot” traktorlarının ağzına verib dağıtdı və ərazini mənimsədi. Hadisə camaatın gözünün qarşısında baş verdi. Bu haqda prokurorluğa etdiyim müraciətdə yazmışdım. Araşdırma zamanı məlum olub ki, bu həmin yeri satmayıb, özü alıb. Hara əl vurursan, altından bu adam çıxır. Hamısına da yalan-doğru kağız düzəldib. Bütün bunların hamısı kənddə körpə uşağa da bəllidir. Kəndimizin yaxınlığında camaatın ümumi istifadəsində olan yer var idi. Onu mənimsədi, hazırda orada ferması var. Biz həmin yer üçün 2000-ci ilin əvvəllərində ovaxtkı Prezident Aparatına, Torpaq və Xəritəçəkmə Komitəsinə, Ali Məhkəməyə dəfələrlə müraciət etdik. Aylarla Bakıda qaldıq. Ona da yalançı sənəd düzəltdilər. Kənddə bir adam qapısında balaca bir hin tikirsə, gəlib ona görə də haqq alır”.

Fikrət Şirəliyev İsmayıllı Prokurorluğundan öncə yeni təyin olunmuş icra başçısı Nahid Bağırova müraciət etmək istəyib. Həmin ərəfədə prezident icra başçısına karantin dönəmində “hiking” turunda iştirak etdiyinə görə, töhmət verdiyi üçün (“Hiking” əvvəlcədən müəyyənləşdirilmiş yollarla yürüyüş parklarında, meşə, yaxud göl ətrafı ərazidə edilən qısa (8-12 km) yürüyüşlərə deyilir -red) şikayətçi fikrindən daşınıb: “Yeni başçı bir ay idi gəlmişdi, prezidentdən töhmət aldı. Düşündüm ki, hələ tələsməyim, bu rayonun adını hallandırmayım. Prokurorluqdan başqa heç bir yerə şikayət vermədim. Düşündüm ki, üzərindən 5-6 ay keçəndən sonra yeni icra başçısı Yaşar Cəlilovu tanıyar. Hazırda bu məsələ ilə bağlı dəfələrlə icra hakimiyyətinə getmişəm, başçının qəbuluna düşə bilmirəm. İcra hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsindəki Nazim Səfərovun Allah canını sağ eləsin. Şikayətə gələnləri idarənin qarşısında qarşılayır, insanların dərdini soruşur, qeydiyyatını aparır. Lakin icra hakimiyyətinə hələ də buraxılmırıq. Deyirəm ki, başçı ilə onlayn görüşüm, dərdimi deyim. Deyirlər ki, yox, olmaz, məktub yaz. Yeganə istədiyim budur ki, prezidentimiz bu özbaşınalığı görsün və müvafiq göstərişlər versin. Biz kasıbların da canı belə haqsızlıqdan qurtarsın”.



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan ombudsmanı istefaya göndərmək istəyir
Bu gün, 16:44
Goranboy rayonunda silah-sursat tapılıb - FOTO
Bu gün, 16:43
Njdeyə Qarabağda heykəl qoymağın mənası... - Korotçenko
Bu gün, 16:41
Yusif İldırımzadənin qardaşı oğlunun həbs müddəti uzadılıb
Bu gün, 16:39
“Nar” onlayn təhsil alanlar üçün yeni internet paketi təqdim edib
Bu gün, 16:38
Şəki sakini başçıya dəfələrlə müraciət etdiyini deyir, amma... - "Biz bu ölkənin vətəndaşı deyilik?"
Bu gün, 16:36
“Toy edə bilməyən cütlüklər gərginlik keçirir” – Qadağanın götürülməsi Milli Məclisdə müzakirə olunacaq
Bu gün, 16:30
Humay Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək
Bu gün, 16:27
Cavad Zərifdən erməni həmkarına şillə kimi CAVAB - İLGİNC
Bu gün, 16:25
DİM doktoranturaya yeni qəbul şərtlərini açıqladı - Diqqət!
Bu gün, 16:22
XİN-in sabiq vəzifəli şəxsləri barəsində seçilmiş ev dustaqlığının müddəti uzadılıb
Bu gün, 16:21
Azərbaycanda ümumilikdə 229584 nəfər COVID-19-a yoluxub, 3105 nəfər vəfat edib
Bu gün, 16:20
Azərbaycanda son sutkada 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib
Bu gün, 16:19
Azərbaycanda indiyədək 2 380 074 koronavirus testi aparılıb
Bu gün, 16:18
Ceyhun Bayramov fransalı həmsədrlə telefonla danışıb
Bu gün, 16:16
"Dünyada qaynar qlobal münaqişələrə yol vermək olmaz" - Vladimir Putin
Bu gün, 16:15
Ermənistan daha 750 milyon dollar “borc almaq” istəyir
Bu gün, 16:12
“Xüsusi yer axtarmağa məcbur olduğum üçün siqareti azaltmışam” - deputat
Bu gün, 16:11
"Fransa cəmiyyətinin mövqeyi Azərbaycanda təəssüflə qarşılanır" - Anar Kərimov
Bu gün, 16:09
Vüqar Səfərli ilə birgə həbs olunan direktor apelyasiya şikayəti verdi
Bu gün, 16:08
Qulu Məhərrəmli AMEA-nı sərt tənqid etdi: - "Dağıdırlar…"
Bu gün, 16:07
AŞPA koronavirusa qarşı vaksinasiyaya dair qətnamə qəbul edib
Bu gün, 16:03
Gəncədə yeniyetmə qız özünü bıçaqlayıb
Bu gün, 16:00
ABŞ şirkətləri Qarabağın bərpasında iştirak edə bilər
Bu gün, 15:57
Əlillik pensiyası səbəb göstərilmədən dayandırılıb - GİLEY
Bu gün, 15:56
"Hər şey əvvəlki qaydasına düşənə kimi çətinliklər mütləq olacaq"
Bu gün, 15:52
"Azərbaycan və Türkiyənin üzərinə yeni vəzifə və öhdəliklər düşür” - Hikmət Hacıyev
Bu gün, 15:50
Milli Məclisin İntizam komissiyasının iclası keçirilib
Bu gün, 15:50
Ermənistan İranın Qarabağ planını niyə qəbul etməyib? - GƏLİŞMƏ
Bu gün, 15:47
Qaxda antisanitar şəraitdə fəaliyyət göstərən müəssisə aşkarlandı
Bu gün, 15:44
ABŞ ordusunun iki ölkədən çıxması qərarı ləğv edilir?
Bu gün, 15:15
Dünyada yumşalma, Azərbaycanda isə..: - Qərargah tədbirlərə niyə "yox" deyir?
Bu gün, 15:10
Aksiz dərəcələrinin artırılması mərhələli şəkildə nəzərdə tutulur - Dövlət Vergi Xidməti
Bu gün, 15:08
Burada ehtiyatsız bir hərəkət faciəyə səbəb ola bilər - VİDEO
Bu gün, 15:06
Fransa Azərbaycana “barışıq əli” uzadır? - GƏLİŞMƏ
Bu gün, 15:04
“Azərbaycana müəyyən miqdar Pfizer/BioNTech peyvəndi də gətiriləcək" - Hande Harmancı
Bu gün, 15:03
“Azərbaycan dördtərəfli görüş tələb etməlidir” – Kreml düşünsün
Bu gün, 15:01
Jurnalistlər KİVDF-ni lənətləyir, MEDİA-nı isə doğru yola dəvət edirlər - GƏLİŞMƏ
Bu gün, 14:59
Ermənistan müxalifətinin lideri həbs oluna bilər
Bu gün, 14:58
“Bölgədəki bütün ölkələrin ərazi bütövlüyü əhəmiyyətlidir” - Zərif
Bu gün, 14:56
Məcburi köçkünün ata yurdunda ev tikməsinə icazə veriləcəkmi? – Deputat şərtləri açıqladı
Bu gün, 14:54
Prezidentin tapşırıqlarına kimlər əməl etmir? - NARAZILIQ!
Bu gün, 14:49
"Vaxtı çatanda mən də koronavirusa qarşı peyvənd olunacam" - deputat
Bu gün, 14:47
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
Bu gün, 14:45
"Şuşadakı villalardan biri Ermənistan rəhbərliyində təmsil olunan zəngin, rüşvətxor məmura məxsusdur" - Prezident
Bu gün, 14:44
"Azərbaycan hərbçiləri Şuşanı qoruyurlar, ətraf yüksəklikləri nəzarətdə saxlayırlar" - Dövlət başçısı
Bu gün, 14:43
"Vaqifin məqbərəsi bu il bərpa olunmalıdır" - Prezident
Bu gün, 14:42
"Nəyi demişəmsə, onu da etmişəm" - Ali Baş Komandan
Bu gün, 14:42
“Onların bütün tarixi saxtakarlıq və mifologiya üzərində qurulub” - Prezident
Bu gün, 14:41
“Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib, ermənilər Şuşanı tərk ediblər. Ağ yalandır!” - İlham Əliyev
Bu gün, 14:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru