Quba sakinləri narkotiklə yaxalandılar .....                     Daha hansı başçını yola salacaqlar? .....                     Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək .....                     DTX-nın tutduğu YAP-ın namizədi .....                     Vasif Talıbov Ali Məclisə yeni Aparat rəhbəri təyin etdi .....                     Azərbaycan nefti 2 dollar ucuzlaşıb .....                     Zərdabda polis əməkdaşları məktəblilərin qonağı olub .....                     Bakıda hava limanında nəzarət gücləndirilib: .....                     “Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub .....                     Büdcəni dağıdan saxta tender şirkətləri kimlərin adınadır? .....                     Azərbaycanda vəzifəli şəxs vəfat edib .....                     Bakıda nəfəs borusunda dərman həbi qalan 3 yaşlı uşaq ölüb .....                     "Vurğun müəllim, bizim protokolları verin, çıxıb gedək..." .....                     Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Bala Bəhmənli kəndində keçirilib .....                     Bakıda tələbə dəm qazından boğulub .....                     Əhəd Abıyevin işdən çıxarılan qardaşı danışdı .....                     Qohum olan keçmişli-indikili DEPUTATLAR… .....                     "Tahir Kərimov da İsmayıl Vəliyev kimi qanun qarşısında cavab verməlidir" .....                     Əhmədzadənin çətiri altında ilginc olaylar... .....                     Həbs olunan icra başçısını nə gözləyir? .....                     Şabranın icra başçısı da sahibkar imiş... .....                     Neftçalada tender udan şirkətlər... .....                     "DTX-nin Neftçalada keçirdiyi əməliyyatdan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır..." .....                     İsmayıl Vəliyevin obyektlərinin siyahısı yayıldı... .....                     Tofiq Zülfüqarovun iştirakçısı olduğu yol qəzası ilə bağlı sürücüyə bəraət verilib .....                     "Rəhman Rəhmanovun vəziyyəti günü-gündən pisləşir" .....                     "Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib" .....                     Baş redaktor Şeyx Sərdar Hacıhəsənli azadlığa çıxıb .....                     Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırdı .....                     İsmayıl Vəliyevin qollarındakı qandal... .....                     Kremlin gizli planına qarşı İrəvanın Xocalı şantajı .....                     Bakıda qadın evdə bıçaq xəsarətləri alıb .....                     Zibil qutusunda yeni doğulmuş körpənin meyiti tapıldı .....                     Paşinyan Münhen məğlubiyyətinin depressiyasından çıxa bilmir .....                     Hacıqabul ikinci dəfə silkələndi .....                     Neft yenidən ucuzlaşıb .....                     MSK parlament seçkiləri ilə bağlı yekun qərar verəcək .....                     İstehsalatda bədbəxt hadisələr: .....                     Daxili bazarda yerli istehsal xarici məhsulla rəqabət aparmaq gücündə deyil .....                     Harada və necə çəkiliş aparmaq olar? .....                 

Əli Həsənov haqqında ŞOK TƏFƏRRÜATLAR - "Geyindiyiniz səmimiyyət donunu çıxarın!” –
Tarix: 6-02-2020, 04:29 | Çap et
Əli Həsənov haqqında ŞOK TƏFƏRRÜATLAR
Yazım bir az uzundur, amma səbir edib oxusanız, Sona və Əli Həsənovlarla bağlı bilməyiniz gərəkən məqamlarla tanış olacaqsınız.

Əvvəlcədən deyim ki, bu yazımı qisasçı yazı kimi görməyin, xahiş edirəm. Nə də ki, “indi vəzifədə deyil deyə yazmağa başlayıb” kimi düşüncəyə qapılmayın. Bilənlər bilir, mən hər zaman sözümü mədəniyyət çərçivəsində deməyi bacarmışam. Sadəcə yazmaq istədiyim və yaza bilmədiyim, ya da yazıb sonradan sildiyim yazılar başqalarını pis vəziyyətdə qoymamaq üçün olub. Tək özümü düşünməmişəm heç vaxt. Hər şeyi çılpaqlığı ilə demək olmur. Amma, onların dost dedikləri insanlara etdikləri xəyanət də üzə çıxdığı üçün, artıq onlar barədə yazmağımın heç kimə zərəri olmayacağı üçün yeri gəldiyi zaman yazıram. Durduğum yerdə, qisas alım deyə yazmıram. Belə xarakter sahibi deyiləm. Olan olub, keçən keçib. Hər kəs yoluna pis ya da yaxşı davam edir.

İndi sizə, maraqlı bir yazı təqdim edəcəyəm.

Mətbuatdan oxudum ki, Sona Vəliyeva (Əli Həsənovun həyat yoldaşı) bir müraciət edib. Rəhbərlik etdiyi “Kaspi” qəzeti bu il KİV-ə yardımdan məhrum edilib. Hər il şəxsi büdcələrini dövlət hesabına artıran bu ailə bu məsələdən çox narahat olub və Sona xanım müraciət edib.

Sona Vəliyeva, pulla sınanmaq çox pis bir haldır, doğru deyilmi? Siz və yoldaşınız bu hissi bundan sonra anlaya bilərsiniz yəqin.

Sona Vəliyeva müraciətində 1999-cu ildə təsis etdikləri qəzeti tarixi “Kaspi” qəzeti ilə əlaqələndirib. KONKRET.az-da “Sona Vəliyeva hakimiyyətə meydan oxuyur” yazısında bütün bunların qısa izahı verilib.

Mən başqa bir məsələyə toxunmaq istəyirəm.

Sona Vəliyevanın yazısını oxuyanda belə hiss olunur ki, guya o, özünü yox, işçiləri düşünür. Guya işçiləri işsiz qalacaq deyə narahatdır. Nədənsə belə insanlar dar anlarında həssas məqamları xatırlayır və işçilər işsiz qalar deyə duyğu sömürüsü edərək kimlərəsə mənəvi təsir göstərməyə çalışır.

Sona Vəliyeva, inciməyin, riyakarsınız. Heç vaxt səmimi olmadığınız üçün, indi bu geyindiyiniz səmimiyyət donu sizə yaraşmır. Əyninizə böyük gəlib. İçində üzürsünüz. Çünki səmimiyyət çox böyük ölçülüdü. Sizin ölçüləriniz işə çox-çox xırdadır. Çıxarın bu donu. Özünüz “şair”siniz, guya “mənəviyyat” insanısınız. Siz bunları bilməlisiniz. Mövlana nə deyib? Deyib ki, “Necə insanlar gördüm, üstünde elbisesi yok, necə elbiseler gördüm, içinde insan yok!”. İndi sizin də bu “səmimiyyət” donunuz var, amma içi boşdu. Siz yoxsunuz orda.

Siz də Əli Həsənovun və özünüzün səmimiyyətdən uzaq, riyakar olduğunuzu bilirsiniz, amma mən də xatırladım sizə.

Əvvəla, siz mətbuata sırınmısınız. Sizin mətbuatla heç bir peşəkar əlaqəniz olmayıb, bağlarınız olub. Bu da sırf biznes bağlarıdır. Sizin üçün qəzet bir mətbuat orqanı yox, bir maliyyə mənbəyidir. Sizin üçün qəzet cəmiyyətə faydalı olmaq yox, bir kağız yığınıdır. Bu kağız da puldur, üstünə dəyərlərin yazıldığı bir kağız yox a, əslində dəyərləri silən, şərəfləri satın alan kağız, yəni pul. Çünki siz həyat yoldaşınızla bunları yaxşı bilirsiniz.

Çünki siz bu yolla neçə-neçə şərəflər satın almısınız. Ona görə də həyat yoldaşınız işdən çıxarılanda, onun haqqında həqiqətləri ilk onun böyük pullar verdiyi insanlar yazdı. Çünki onlar bunu yoldaşınıza bağışlamamışdı. Yoldaşınız onların dəyərlərini öz “dəyərləri” ilə, yəni pulla satın almışdı. Həmin adamlar pulu yeyə bilmişdilər, amma şərəflərinin əldən getdiyini həzm edə bilməmişdilər, çünki şərəflərini almışdı onlardan. Şərəf asan alış-veriş predmeti deyil. Düzdür, həyat yoldaşınız heç nə qazanmamışdı, amma satan çox şey itirmişdi. Geri ala da bilmirdi, çünki elə şeylər var ki, bir dəfə itirsən, ikinci dəfə qazana bilmirsən. Yəni pul kimi deyil.

Ən azı, guya işçilərinizin işsiz qalması səbəbini əsas gətirərək prezidentə bu müraciəti etməyə ailəcə sizin mənəvi haqqınız yoxdur. Ona görə yoxdur ki, siz özünüz də bilirsiniz ki, sizin həyat yoldaşınız mən də daxil olmaqla neçə-neçə tanınmış, peşəkar və şəxsiyyət kimi duruşunu ortaya qoyan jurnalisti işsiz qoyub. O jurnalistlərin icazəsi olmadan adlarını yazmaq istəmirəm, amma bu gün insanların sual verərək “filan jurnalist niyə yoxdu”, deyib axtardığı bütün jurnalistləri sizin həyat yoldaşınız Əli Həsənov işsiz qoyub. Hətta bununla kifayətlənməyib, onlar kənardan pul da qazana bilməsin deyə mütəmadi təqib elətdirib, hər yerdən yollarını bağlatdırıb. Hər TV-də və media orqanındakı adamlarına tapşırtdırıb onları tamamilə mətbuatdan silmək, ac və möhtac qoymaq istəyirdi ki, nəticədə heç yerdən iş tapmayıb, çarəsiz qalsın və onun ayağına getsin. O da 300-500 manata onların şərəfini satın alsın və öz troll ordusuna qatsın. Beləcə ”bir jurnalisti də sındırdım” deyib dəftərçəsində onun adının qarşısına “buna da bir quş” deyib qeyd eləsin. Siz bunları yaxşı bilirsiniz. Və yaxşı bilirsiniz ki, həmin bu jurnalistləri də işdən çıxartdıranda prezidentin adından istifadə edib media rəhbərini qorxudurdu. Mənim məsələmdə siz də ondan təmiz deyildiniz.

Xatırlayırsınızsa, sizin ofisinizdə görüşmüşdük. Mənim Rövnəq Abdullayevlə bağlı mütəmadi yazdığım yazılardan Əli müəllim də narahat idi və Rövnəq müəllim də. Əli Həsənovun mənimlə nə ədavətinin olduğunu soruşmaq üçün sizin ofisinizdə üzbəüz görüşmüşdük. Siz də mənə demişdiniz ki, “Ramal, sən Əli müəllimin yox, prezidentin qəzəbinə tuş gəlmisən”. Amma halbuki mənim gözümün içinə baxa-baxa yalan danışırdınız. Unudurdunuz ki, qarşınızda əlaqələri güclü olan bir jurnalist oturub. O, bu məsələni çoxdan bilir. Amma siz ailəcə çirkin əməllərinizi prezidentin adı ilə edirdiniz.

Sona Vəliyeva, sizin həyat yoldaşınız məni işdən çıxartdıranda, o, baxmamışdı ki, mənim böyük məbləğdə kreditim var və bu insan böyük zərərə və borca düşəcək. Sizin yoldaşınız Xəzər TV-ni öz oğluna vermək, televiziyanın T-sından anlayışı olmayan övladınıza böyük bir TV biznesi yaratmaq üçün başqasının oğluna pislik etmişdi, haqqına girmişdi. Tək mənim yox, neçəsinin. Bu haqq sizin boğazınızdan keçir…

Həyat yoldaşınız televiziyanı ələ keçirmək üçün məndən istifadə etmişdi. Mənim verilişimi bir hadisəyə çevirib, bu hadisədən TV rəhbəri Hüseyn Dinləməzi yanına çağırıb onu küçə söyüşləri ilə təhqir etmişdi. O Hüseyn Dinləməz ki, onun rəhbərliyi dövründə Xəzər TV ən mənəviyyatlı və azad bir kanal idi. O insanı sənin həyat yoldaşın ağlaya-ağlaya geri göndərmişdi. Hüseyn Dinləməz məni ağlaya-ağlaya işdən çıxarmışdı və yoldaşın ona demişdi ki, Ramal hardasa danışsa, bil ki, sizi iti qovan kimi qovacam ölkədən. Mənim bütün verilişlərimi və işçiləri də işdən çıxartdı. Amma halbuki, mən demişdim ki, problem mənəmsə, o zaman mən gedirəm, bu günahsız insanları işə qaytarın və mən də onlara, sizə görə susacam.

Sona Vəliyeva, həyat yoldaşın bilməsin deyə kanal rəhbəri mən iş tapana qədər mənə maddi dəstək oldu, mən kreditimi ödəyim deyə mənə gizlincə dəstək olurdu. Əli Həsənov bilməsin, bilsə bizi məhv edər… İşçisinin işsiz qalmasından narahat olan insanlar onlar idi. Amma yoldaşın sakitləşmirdi, izlətdirirdi. Mən şirkətdə görünəndə didik-didik araşdırtdırırdı ki, Ramal niyə gəlib və ən sonda mən o yardımdan da imtina etməli oldum ki, mənə görə onlar problem yaşamasın.

Daha sonra yoldaşınız nə etdi, bunu da bilirsiniz. Mənə bir nəfərin üzünə durum deyə zəng etdi. Dedi ki, bilirəm, sənə qarşı haqsızlıqlar olub. Utanmadan öz etdiyini 3-cü şəxslərə yazmaq istəyirdi. Dedi ki, filankəsi həbs etdirmək lazımdı, bunu edək, sənə hər yerdə yaşıl işiqdı. Çox acınacaqlıdır, düzdü? Şərəf alqı-satqısı sırası mənə gəlmişdi. Mən öz ləyaqətimə görə bu çirkin təklifə getmədim. Çünki bilirdi ki, ehtiyac içində qalmışam və indi zamanıdır. İşə keçim… Amma bunu eləmədim deyə, ümumiyyətlə, mənlə danışmaq məsələsini belə bağladı. Çünki onun qürurlu, dəyərləri olan insanlardan acığı gəlirdi. Bunların hər birinin sübutu var. Diqqətli olan şəxslər medianı izləsə, məsələni anlayacaq.

Sona Vəliyeva, həyat yoldaşın TV-nin vitse-prezidentinin nurçu adı ilə gizlincə ölkəyə girməsinə qadağa qoyanda və adam aeroportdan geri göndəriləndə gözünün yaşına baxmadınız, niyə? O da bir işçi deyildi? Ailəsinə aid olan əşyalarını belə götürməyə izn vermədiniz. Türkiyəyə qayıtsaydı, həbs ediləcəkdi, Gürcüstana getdi və əşyalarını kimlərsə gücü çatdığı qədər ona verə bilmişdi. Bəs bu, hansı insanlığa sığırdı? Nurçularla mübarizədə də riyakar idiniz. Əgər məqsəd Nurçu məsələsi idisə, o zaman nə üçün onlardan biri, reklam müdiri Gökhan hələ də TV-nin reklam müdiridir? Onu niyə göndərmədiniz? Çünki türk şirkətlərinin reklamını gətirirdi? Pul axı sizin üçün dövlət maraqlarından da üstün idi. İndi siz bunları bilmirdim desəniz, çox gülərəm. Bu hələ öz üzərimdən misal gətirdiyim faktdır.

İndi siz də qalxıb müraciət edirsiniz ki, işçilər işsiz qalacaq? Ərinizin işsiz qoyduğu işçilərin haqqını müdafiə etmək üçün nə etdiniz bəs? Gəlmişdim yanınıza ki, mənimlə nə dərdi var o insanın? Cavabınız nə oldu? O səni çox istəyir, sən peşəkar televiziyaçısan, sənlə heç vaxt problemi olmaz. Amma siz hər zamankı kimi yalan danışırdınız. Səmimi deyildiniz. O televiziyanı ələ keçirmək üçün məndən istifadə etdi.

Guya sizin oğlunuz onun işdən çıxardığı jurnalistlərdən çox bilirdi və məhz o, TV rəhbəri olmalıydı. Amma peşəkarlar gedib fəhlə işləməliydi? Sizin oğlunuz prezident olmalıdı və efiri mənəviyyatdan mənəviyyatsızlığa doğru aparmalıydı? Oğlunuzu hansı tv təcrubəsinə görə, o vəzifəyə layiq bildiniz? Seriallara ayrılan büdcələrin də sizə axıdılması üçün oğlunuza açdığınız film şirkətində filmlər çəkdirirdi ona görə? Film çəkmək istəyirdi, gedib filmini çəksin də, tv rəhbəri niyə olmalıydı ki? TV film deyil ki, fantaziya üzərində qurulsun. TV qaydaları olan, real həyatın özüdü. O qaydalar ki, sizin oğlunuzun ondan xəbəri yox idi. Amma prezident olmalıydı, eləmi?

Sizin məqsədiniz peşəkar jurnalistləri və redaktorları müğənni produserlərinə yem etmək idi? Produserləri TV rəhbərliyinə qədər gətirdi oğlunuz. Adi kondisioner işləməyəndə müğənni prodüseri redaktordan şikayətlənəndə, sizin oğlunuz ona bilirsinz də nə deyirdi? Kimdi o, çıxarım işdən! Kondisioner işləmir, sevimli prodüseriniz bundan redaktoru məsul tutur və oğlunuz da deyir ki, de onu işdən çıxarım. Siz də indi işçiləri düşünürsünüz guya? Sizin ailəcə çörəyə bais olmaq kimi sevimli məşğuliyyətiniz var. Mən sizi ailənizdən ayrı tuta bilmərəm, inciməyin, çünki o oğul da sizindi, o ər də. Siz haqsızlıqlara susmusunuzsa, ya da bir addım atmamısınızsa, deməli mənəviyyat yox, maddi maraqlar sizin üçün önəmli olub və indi də guya işsiz qalacaq işçiləri düşünən qayğıkeş obrazına bürünməyin.

Sona Vəliyeva, müraciətinizdə deyirsiniz ki, qəzetin işçilərinin işsiz qalması yolverilməzdir. Sizə sual verirəm, ölkədə ANS kimi kanal bağlandı, işçilər işsiz qaldı. Bəs siz işsiz qalan insanlar üçün müraciət etdinizmi? Yox əlbəttə… Niyə? Çünki kanalın bağlanmasında da ərinizin birbaşa əli var idi. APA xəbər agentliyi kimi böyük qurum bağlandı və işçiləri işsiz qaldı. O zaman danışdınızmı? Yenə də YOX. İndi öz əliniz əzilib deyə, səsiniz yaman bərk çıxır.

Sona Vəliyeva, başqa bir sual verim sizə. Eyni məzmunda fəaliyyət göstərən dövlət qəzetləri var ikən, büdcədən özəl qəzetə niyə yardım edilməlidir? Özünüzdə bu haqqı necə görə bilirsiniz? Dövlətin büdcəsinə nə üçün yük olmalısınız? Media sahəsində 3 radio, bir TV və saytların sahibisiniz. Onlar da ələ keçirmədi. Bir qəzetiniz də olmasın. Eybi yoxdu, o qəzetinizdə işlətdiyiniz qohum-əqrəbanız, sizə yaxın jurnalistlər olmasın. 300 manat pul verirsiz, onlar harda işləsələr o 300 manatdan çox alacaqlar. Çox düşünürsünüzsə, başqa bizneslərinizdən gələn gəlirlərlə idarə edin qəzetinizi və işçilərinizi. Sizdə pul yoxdu ki? Ən ucuz evinizi satsanız, hələ 5 qəzetə də 5 il maliyyə dəstəyi verə bilərsiniz. Bir az da siz düşünün.
Ramal Dövran Hüseynov
//konkret.az//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Quba sakinləri narkotiklə yaxalandılar
Bu gün, 12:27
Daha hansı başçını yola salacaqlar? - GƏLİŞMƏ
Bu gün, 12:25
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək - QƏRAR
Bu gün, 12:19
DTX-nın tutduğu YAP-ın namizədi cəmi 351 səs alıb
Bu gün, 12:18
"Bunu Damlaya qadağan etmişəm"
Bu gün, 12:16
Vasif Talıbov Ali Məclisə yeni Aparat rəhbəri təyin etdi
Bu gün, 12:12
Azərbaycan nefti 2 dollar ucuzlaşıb
Bu gün, 12:08
Zərdabda polis əməkdaşları məktəblilərin qonağı olub
Bu gün, 12:07
“80 yaşımda deputat olmaq arzum yaransa…” - Azər Qərib
Bu gün, 12:02
Bakıda hava limanında nəzarət gücləndirilib: - Koronovirusa nəzarətçi heyətin sayı artırılıb
Bu gün, 11:58
“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub
Bu gün, 11:56
Büdcəni dağıdan saxta tender şirkətləri kimlərin adınadır? - İLGİNC SİYAHI
Bu gün, 11:54
Xalq artistinin tüfeyli həyat yaşayan oğlu - “Qadınlara sataşır, özünü apara bilmir”
Bu gün, 11:52
Azərbaycanda vəzifəli şəxs vəfat edib
Bu gün, 11:42
Bakıda nəfəs borusunda dərman həbi qalan 3 yaşlı uşaq ölüb
Bu gün, 11:34
"Vurğun müəllim, bizim protokolları verin, çıxıb gedək..." - VİDEO
Bu gün, 11:33
Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Bala Bəhmənli kəndində keçirilib
Bu gün, 11:29
Bakıda tələbə dəm qazından boğulub
Bu gün, 11:17
Tanınmış azərbaycanlı teleaparıcı təcili xəstəxanaya yerləşdirildi –"Çox pis virusdur..."
Bu gün, 11:16
Əhəd Abıyevin işdən çıxarılan qardaşı danışdı - "Burada başaa məna axtarmağa lüzum yoxdur"
Bu gün, 11:15
Əməkdar artist depressiyaya düşdü - "Əməliyyat olunmalıyam, amma..."
Bu gün, 11:11
Qohum olan keçmişli-indikili DEPUTATLAR… - SİYAHI
Bu gün, 11:08
"Tahir Kərimov da İsmayıl Vəliyev kimi qanun qarşısında cavab verməlidir" - Salyan sakinlərindən ÇAĞIRIŞ
Bu gün, 11:06
Əhmədzadənin çətiri altında ilginc olaylar... - VİDEO
Bu gün, 11:02
Həbs olunan icra başçısını nə gözləyir? – Ağır cəza...
Bu gün, 10:57
Şabranın icra başçısı da sahibkar imiş... - FOTO
Bu gün, 10:54
Neftçalada tender udan şirkətlər... - Onların da işi araşdırılmalıdır...
Bu gün, 10:45
"DTX-nin Neftçalada keçirdiyi əməliyyatdan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır..." - deputat
Bu gün, 10:41
İsmayıl Vəliyevin obyektlərinin siyahısı yayıldı... - Adam rüşvəti biznesə yatırırmış...
Bu gün, 10:39
Tofiq Zülfüqarovun iştirakçısı olduğu yol qəzası ilə bağlı sürücüyə bəraət verilib
Bu gün, 10:33
“Efiri bazara çevirmisən” - Yeni qalmaqal
Bu gün, 10:32
"Rəhman Rəhmanovun vəziyyəti günü-gündən pisləşir"
Bu gün, 10:30
"Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib" - QALMAQAL
Bu gün, 10:27
Baş redaktor Şeyx Sərdar Hacıhəsənli azadlığa çıxıb - FOTO
Bu gün, 10:25
Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırdı
Bu gün, 10:23
İsmayıl Vəliyevin qollarındakı qandal... – Yaxud keçilərin SİNFONİYASI
Bu gün, 10:23
Kremlin gizli planına qarşı İrəvanın Xocalı şantajı - TƏHLİL
Bu gün, 10:21
Bakıda qadın evdə bıçaq xəsarətləri alıb
Bu gün, 10:19
Zibil qutusunda yeni doğulmuş körpənin meyiti tapıldı - Sumqayıtda DƏHŞƏT
Bu gün, 10:18
Paşinyan Münhen məğlubiyyətinin depressiyasından çıxa bilmir - GƏLİŞMƏ
Bu gün, 10:15
Hacıqabul ikinci dəfə silkələndi - YENİLƏNİB
Bu gün, 10:13
Neft yenidən ucuzlaşıb
Bu gün, 10:12
MSK parlament seçkiləri ilə bağlı yekun qərar verəcək
Bu gün, 10:09
İstehsalatda bədbəxt hadisələr: - Kim necə gəldi işləyir, təhlükəsizlik təmin edilmir
Bu gün, 08:28
Daxili bazarda yerli istehsal xarici məhsulla rəqabət aparmaq gücündə deyil - TƏHLİL
Bu gün, 08:22
Harada və necə çəkiliş aparmaq olar? - Qanun nə deyir?
Bu gün, 08:20
Həbsə aparan qanunsuzluq: Məmurlar niyə dərs götürmür? - İLGİNC
Bu gün, 08:18
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin foyesindəki bankomat – NƏ QƏDƏR VƏ NİYƏ YIĞILIR?
Bu gün, 08:14
Nazir Gəncə RAEİM-ni “yağışdan çıxarıb yağmura saldı” - İTTİHAM
Bu gün, 08:07
Gəncəni necə dizi üstə çökdürülür... - DTX buraları da təmizləməlidir
Bu gün, 08:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru