Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı iyunun 9-dək uzadılıb .....                     Qarabağda Ermənistan hərbçilərini daşıyan avtomobil aşıb, ölən və yaralanan var .....                     Ağcabədinin içməli su təchizatı və kanalizasiya sistemləri .....                     Xətai sakinlərinin şikayətçi olduğu bu obyekti kimlər tikir? .....                     Fuadın şəhid anasını söyməkliyi və erməniylə “bratanlığı”… .....                     Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb .....                     Pandemiya dövrünün büdcəsi: Ucuz neft hansı risklər yaradır? .....                     Ağcabədidə yeni zavod istifadəyə verilib .....                     Prezident İlham Əliyev Ağcabədidə taxıl biçininə başlanması mərasimində .....                     Prezident İlham Əliyev Ağcabədi rayonuna .....                     “Dağıstanda sərhəddə dözülməz şərait yaranıb” .....                     Gözətçini vəhşicəsinə qətlə yetirdilər .....                     “İnanmayanlara demək istəyirəm ki…” .....                     AZAL Nyu York-Bakı aviabiletini 900 dollara satır? .....                     "Şərq Tərəfdaşlığı"nın zirvə görüşü videokonfrans şəklində keçiriləcək .....                     Ermənistan parlamentinin keçmiş sədri öldü .....                     “Krediti olanlar da sosial yardım ala biləcəklər” .....                     Sabah dollar neçəyə olacaq? .....                     Gəncədə şərəfsiz oğul 85 yaşlı anasını döyüb .....                     Azercell uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verdi .....                     Su kanalında atılan heyvan leşləri məhv edilib .....                     Uşaq Psixologiya Mərkəzində koronavirus qalmaqalı: .....                     Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət veriləcək .....                     Prezident Ağdamda .....                     Yerli gəlirlərin ən aşağı icrası Saatlıda olub .....                     "OPEC+" çərçivəsində mövcud kvotanın saxlanılmasına dair razılıq əldə edilib .....                     Tərtər rayonunda yeni məktəb binası tikiləcək .....                     Prezident Tərtərdə 21 subartezian quyusunun qazılmasına .....                     Qarabağ döyüşçüsü niyə separatçı oldu? .....                     Paşinyanın arvadı Sarkisyanın kürəkənini məhkəməyə verdi .....                     Hesablama Palatası büdcənin icrası haqqında qanun layihəsindən və hesabatdan narazı qalıb .....                     Nazir Elamin Dibirovu direktor təyin etdi .....                     “SOCAR Polymer” yeni növ polimer istehsalına başlayıb .....                     Yeni nazirin kimliyi DƏQİQLƏŞDİ? .....                     Dövlət Vergi Xidməti vergi və sosial qanunvericiliyə edilmiş əsas dəyişiklikləri şərh edib .....                     “Xəzər Dəniz Gəmiçiliyi”nin 4 əməkdaşı koronavirusa .....                     “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi payız sessiyasında müzakirəyə çıxarılacaq .....                     Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb .....                     Evdən oğurluq edən erməni hərbçi saxlanıldı .....                     Kamran Əliyevdən təqdirəlayiq addım .....                 

"Artıq çıxış yolum olmadığı üçün Prezidentə müraciət etmişəm..." - GİLEY
Tarix: 2-08-2019, 11:55 | Çap et
"Artıq çıxış yolum olmadığı üçün Prezidentə müraciət etmişəm..."
Ağcabədi rayon sakini Nərgiz Nazim qızı Rüstəmova rəsmi nikaha daxil olmadan yaşadığı Ağdam rayon sakini Əli Adil oğlu Baxşalıyevin avtomobilində qəza keçirdikdən sonra sonuncu tərəfindən tərk edilib və aldadılıb.

Məsələ ilə bağlı Axar.az-a müraciət edən Nərgiz Rüstəmova bildirib ki, Əli Baxşalıyev evli olduğu halda onu 21 yaşında qaçırdıb.

“21 yaşım olanda Əli məni qaçırtdı. Həmin vaxt onun evli olmasından xəbərsiz idim və bunu bir müddət sonra öyrəndim. Mənimlə olduğu müddətdə Əli Baxşalıyevin o xanımdan boşanması üçün məhkəmə prosesi gedirdi. Birinci həyat yoldaşı ilə tam boşanmamışdı deyə, biz rəsmi nikaha daxil ola bilmədik. Qayınanam da istəmirdi ki, biz münasibətimizi rəsmiləşdirək. Evliliyimizin 3-cü ayında, yəni 2016-cı il iyunun 2-də Ağdamdan Bakıya qayıdan zaman Hacıqabul rayonu ərazisində yüksək sürət səbəbindən qəzaya düşdük. Əslində, onun sürücülük vəsiqəsi yox idi və həmin avtomobil qayınanamın adına idi. Qəzadan sonra Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilmişdim. Ağır xəsarət aldığım üçün məni Bakıya, Kliniki Tibbi Mərkəzə gətirdilər. Qayınatam mənim əməliyyatım üçün ailəmdən 5 min manat istəyib. Atamın maddi durumu yaxşı olmadığından o, borc alaraq əməliyyatım üçün lazım olan pulu qayınatama göndərib. Lakin sonradan məlum oldu ki, onlar əməliyyat üçün üz-çənə cərrahı həkim Elnur Abdullayevə cəmi 2500 manat ödəyiblər. Xəstəxanadan çıxdıqdan sonra Əli Baxşalıyev məni bəyənmədiyini dedi və qəbul etmədi. O gündən bəri nə müalicə almağım üçün maddi yardım edib, nə də səhhətimlə maraqlanıb. Hətta mən ailə quran zaman ailəm tərəfindən mənə hədiyyə verilən qızıllarımı belə qaytarmadılar. Mən onların aldığı qızılları deyil, ailəmin aldığı qızılları istəyirəm”, - Nərgiz Rüstəmova bildirib.

"Artıq çıxış yolum olmadığı üçün Prezidentə müraciət etmişəm..."

N.Rüstəmova deyib ki, bununla bağlı Baş prokuror Zakir Qaralova və Hacıqabul, Ağdam rayon məhkəmələrinə müraciət etsə də, rəsmi nikahları olmadığı üçün onun şikayət ərizəsinə baxılmayıb:

“Mən əmək qabiliyyətimi itirmişəm. Buna görə də pensiyaya çıxarılmağım və növbəti əməliyyat xərclərimin qarşılanması, qızıllarımın qaytarılması üçün bir sözlə, mənə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün Zakir Qaralova müraciət etdim. O, müraciətimə baxdıqdan sonra işim Hacıqabul Rayon Məhkəməsinə göndərildi. Burada mənə bildirdilər ki, sığorta müraciətimə müsbət cavab veriləcək və tələblərim qarşılanacaq. İki həftədən sonra isə mənə məktub gəldi ki, işim Ağdam Rayon Məhkəməsinə verilməlidir. Buna görə də yenidən Ağdam məhkəməsinə müraciət etdim. Lakin oradan da bildirdilər ki, rəsmi nikahım olmadığı üçün şikayətimə baxılmayacaq. Artıq çıxış yolum olmadığı üçün Prezidentə müraciət etmişəm. Ümid edirəm, müraciətim cavabsız qalmayacaq. 3 ildir ki, xəstəxanalara külli miqdarda xərcimiz çıxıb. Üzümdəki, bədənimdəki çapıqlar qəza nəticəsində əmələ gəlib və gözlərimdə problem yaranıb. Keçmiş həyat yoldaşım iddia edib ki, gözümdəki problem qəzada xəsarət almağımla bağlı deyil, amma Hacıqabul məhkəməsində ekspertizadan keçəndə səhhətimdəki problemlərin qəza nəticəsində olduğu təsdiqləndi. Qolum sınıb, çənəm plastikdir. Çörək belə yeyə bilmirəm. Onlar məhkəməyə ödəniş edib, öz xeyirlərinə qərar qəbul etdirdilər. Mənim ailəmin maddi durumu aşağıdır. Həkim gözümə uyğun eynək yazıb, amma almağa pulum yoxdur. Hazırda çox çarəsiz vəziyyətdəyəm”.

Məsələ ilə bağlı danışan hüquqşünas Könül Quliyeva bildirib ki, Nərgiz Rüstəmovanın rəsmi nikahı olmadığı üçün qarşı tərəfdən hər hansı tələb irəli sürməsinin müsbət nəticəsi olmayacaq:

“Ailə Məcəlləsinə görə, əmək qabiliyyətini itirmiş ər-arvadın bir-birindən aliment tələb etmək hüququ var. Ancaq xanımla adıçəkilən şəxsin ər-arvad münasibətləri rəsmi xarakter daşımadığı üçün xanımın hər hansı bir tələb irəli sürməsinin heç bir perspektivi yoxdur. Faktiki nikah münasibətləri yalnız o halda hüquqi öhdəliklər yaradır ki, onu məhkəmə qaydasında tanıtmış olsunlar”.

Nərgiz Nazim qızı Rüstəmovaya qəza nəticəsində aldığı ağır xəsarətlərə görə pensiya düşüb-düşməməsi ilə bağlı danışan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov isə bildirib ki, N.Rüstəmovanın əlillik vəziyyətinin qiymətləndirilməsi üçün o, ilk növbədə səhiyyə müəssisəsinə müraciət etməli və səhiyyə müəssisəsi tərəfindən onunla bağlı diaqnozun əks olunduğu göndəriş (forma 88) əlilliyin qiymətləndirilməsi üzrə elektron sistemə daxil edilməlidir:

“Bundan sonra göndərişdəki fərdi məlumatlar adsızlaşdırılacaq, yalnız diaqnoz üzrə məlumatlar əsasında və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə” uyğun olaraq, N.Rüstəmovaya əlillik təyin olunub-olunmamasına dair qərar qəbul ediləcək, özünə də bu barədə məlumat veriləcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elgün Səfərov isə bildirib ki, Nərgiz Rüstəmova onlara müraciət edərsə, hüquqlarının bərpa edilməsi üçün lazımi köməklik komitə tərəfindən göstəriləcək.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı iyunun 9-dək uzadılıb
Dünən, 18:14
Qarabağda Ermənistan hərbçilərini daşıyan avtomobil aşıb, ölən və yaralanan var
Dünən, 17:59
Ağcabədinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib
Dünən, 17:58
Xətai sakinlərinin şikayətçi olduğu bu obyekti kimlər tikir? - VİDEO
Dünən, 17:57
Fuadın şəhid anasını söyməkliyi və erməniylə “bratanlığı”…
Dünən, 17:55
Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb - FOTO
Dünən, 17:54
Pandemiya dövrünün büdcəsi: Ucuz neft hansı risklər yaradır? - deputat danışır
Dünən, 17:53
Ağcabədidə yeni zavod istifadəyə verilib
Dünən, 17:46
"Deyirlər ki, karantində gedin, kəbin kəsdirin, bu toy hesab edilsin, olmaz axı"
Dünən, 17:44
Prezident İlham Əliyev Ağcabədidə taxıl biçininə başlanması mərasimində iştirak edib
Dünən, 17:42
Prezident İlham Əliyev Ağcabədi rayonuna səfər edib
Dünən, 17:41
“Dağıstanda sərhəddə dözülməz şərait yaranıb” - İnsanlar çadır düşərgəsində hazırlanan yeməkdən imtina ediblər
Dünən, 17:40
Gözətçini vəhşicəsinə qətlə yetirdilər - RƏSMİ MƏLUMAT
Dünən, 17:38
“İnanmayanlara demək istəyirəm ki…” - Koronavirusa yoluxan jurnalist
Dünən, 17:35
AZAL Nyu York-Bakı aviabiletini 900 dollara satır? – AZAL-dan AÇIQLAMA
Dünən, 17:31
"Şərq Tərəfdaşlığı"nın zirvə görüşü videokonfrans şəklində keçiriləcək
Dünən, 17:28
Aysel Şükürova söyüşlərə görə üzr istədi
Dünən, 17:27
Ermənistan parlamentinin keçmiş sədri öldü
Dünən, 17:17
“Krediti olanlar da sosial yardım ala biləcəklər” - Deputatdan şad xəbər
Dünən, 17:02
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:00
“Əliqismət Lalayevin etdiklərinə dözə bilmirəm” — Əməkdar artistdən şikayət
Dünən, 16:59
Gəncədə şərəfsiz oğul 85 yaşlı anasını döyüb
Dünən, 16:57
Azercell uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verdi
Dünən, 16:57
“Özgəsinin sirrini demək satqınlıq…”
Dünən, 16:51
Su kanalında atılan heyvan leşləri məhv edilib
Dünən, 16:46
Röya və Rəhim barədə ŞOK SÖZLƏR: - "Anası, atası ölsün..."
Dünən, 16:44
Uşaq Psixologiya Mərkəzində koronavirus qalmaqalı: - Rəhbər susur
Dünən, 16:39
Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət veriləcək
Dünən, 16:37
Prezident Ağdamda “N” saylı hərbi hissədə olub
Dünən, 16:32
Yerli gəlirlərin ən aşağı icrası Saatlıda olub - Hesablama Palatası
Dünən, 16:31
"OPEC+" çərçivəsində mövcud kvotanın saxlanılmasına dair razılıq əldə edilib
Dünən, 16:30
Tərtər rayonunda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM
Dünən, 16:21
Prezident Tərtərdə 21 subartezian quyusunun qazılmasına 1.47 milyon manat ayırıb
Dünən, 16:20
Qarabağ döyüşçüsü niyə separatçı oldu? - Axtarışa verilən Eldar Orucov...
Dünən, 16:19
Paşinyanın arvadı Sarkisyanın kürəkənini məhkəməyə verdi
Dünən, 16:15
Hesablama Palatası büdcənin icrası haqqında qanun layihəsindən və hesabatdan narazı qalıb
Dünən, 16:13
Nazir Elamin Dibirovu direktor təyin etdi – Ucar Gənclər Evinə
Dünən, 16:12
“SOCAR Polymer” yeni növ polimer istehsalına başlayıb
Dünən, 16:12
Yeni nazirin kimliyi DƏQİQLƏŞDİ? - Daha bir İDDİA
Dünən, 16:07
Dövlət Vergi Xidməti vergi və sosial qanunvericiliyə edilmiş əsas dəyişiklikləri şərh edib - VİDEO
Dünən, 16:05
“Xəzər Dəniz Gəmiçiliyi”nin 4 əməkdaşı koronavirusa YOLUXDU
Dünən, 16:03
"Nazirlik 20 il bizi görməzdən gəldi, indi isə...”
Dünən, 16:00
“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi payız sessiyasında müzakirəyə çıxarılacaq - deputat
Dünən, 15:57
Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb
Dünən, 15:56
Xalq artisti Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb - VİDEO
Dünən, 15:55
Evdən oğurluq edən erməni hərbçi saxlanıldı
Dünən, 15:50
Mir Şahin AzTV-nin “Ağ-Qara”sını 4 dəqiqəyə dağıtdı - VİDEO
Dünən, 15:48
Kamran Əliyevdən təqdirəlayiq addım - kürəkənini işdən çıxartdı
Dünən, 15:44
Bakıda qadın qızının sevgilisini bıçaqladı - Qızı ilə evlənmək istəmədiyi üçün
Dünən, 15:41
Nyu-Yorkdakı aksiyanı işıqlandıran "Xəzər TV"-nin əməkdaşı çətin anlar yaşadı
Dünən, 15:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru