Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarını pozanlar .....                     Xüsusi karantin rejiminin tətbiq edildiyi bölgələrdə işə gedib-gəlmə qaydası məlum olub .....                     Şəxs yaşayış yerini və olduğu yeri yalnız icazə üçün müsbət cavab aldıqdan sonra tərk edə bilər .....                     Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır .....                     Bulvarda 5 nəfərdən artıq toplaşmaq qadağan edilir .....                     4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metrosu işləməyəcək .....                     Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi elan olunub .....                     Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda bir sıra iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilməyəcək .....                     Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək uzadılır .....                     “Azərbaycan ərazisində yalnız bir xalq var, o da Azərbaycan xalqıdır” .....                     İnhisarçılar yenə iş başında: .....                     Azərbaycanda ümumilikdə 495 828 koronavirus testi aparılıb .....                     Azərbaycanda indiyədək 18 684 nəfər COVID-19-a yoluxub, 10 425 nəfər sağalıb, 228 nəfər vəfat edib .....                     Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 364 nəfər sağaldı, .....                     Balakəndə qonur ayının balalarını satmaq istəyən şəxslər tutulub .....                     AYİB prezidenti vəzifəsini tərk edir .....                     Bəlkə dincəlmək vaxtıdır, hörmətli professor?! .....                     Bəşəriyyətin bitməyən dərdi: .....                     Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib .....                     "Sərt karantin rejiminin tətbiq olunmadığı 77 şəhər və rayonda vəziyyət necədir?" .....                     “Həyat göstərir ki, biz bəzən uğursuz oluruq” .....                     Nərimanov rayonunda reyd keçirilib .....                     “Xüsusi komissiya yaradılmalı idi...” .....                     Baş prokuror Ombudsmanla görüşüb .....                     “Bələdiyyələrin öz ərazi mülkiyyətində olan torpaqlar haqqında tam məlumatı yoxdur” .....                     “Belə deputatlar Milli Məclisdə yox, Rusiya Dumasında oturmalıdırlar” .....                     Polis Akademiyasında buraxılış mərasimi keçirilib .....                     Azərbaycanda koronavirusa yoluxma artır: .....                     Azərbaycanlı professorun qızı koronavirusa yoluxdu .....                     Sabah dollar neçəyə olacaq? .....                     Azercell-dən 4G MiFi cihazı və 3 aylıq 10GB internet cəmi 119 AZN-a! .....                     Bakıda istehsal olunan qazsız suda bağırsaq çöpü bakteriyaları aşkar edilib .....                     Biləsuvarda vəziyyət uruscadır... .....                     “Şöbə müdiri niyə evdə, cüzi vəsaitlə müalicə olunmalıdır?” .....                     Baş epidemioloqdan ŞOK AÇIQLAMA .....                     Azərbaycanlı professor koronavirusun dərmanını tapdı .....                     Alimpaşa iş adamını necə aldatdı? .....                     Deputatımız seyrə balonlarla çıxır... .....                     Azərbaycana idxal edilən tibbi maska və əlcəklərin idxalı sentyabrın 1-dək .....                     İlham Əliyev Belarusun dövlət başçısına .....                 

"Oğlumun intiharına səbəb olanlar cəzasız qalıb" - GİLEY
Tarix: 13-06-2019, 10:48 | Çap et
"Oğlumun intiharına səbəb olanlar cəzasız qalıb"
”Oğlumu evimizin içində, həyat yoldaşının gözü önündə döydülər. Sonra şərlədilər. Dözməyib, intihar etdi. Amma özünü öldürməyə sövq etdirməklə bağlı kimsə cəza almadı”.

Göyçay rayonunun Hacıağabəyli kəndinin sakini Firəngiz Fətəliyeva belə deyir. O, oğlunun intihara sövq edildiyini, buna rəğmən yerli məhkəmələrin işi ədalətli araşdırmadığını söyləyir.

F.Fətəliyeva deyir ki, əvvəl gündən onların işinə soyuq yanaşılıb. Əvvəlcə Göyçay Rayon Prokurorluğu işi doğru-dürüst araşdırmayıb, sonra da məhkəmələr.

“Hadisə ötən il iyunun 20-də olub. Qonşu ailənin 7 nəfər üzvü oğlumun evinə hücum edərək onu yatağının içində döyüb, ölümcül etdilər. Guya gəlinlərinə sataşıb. Xəstəxanaya apardıq, baxan olmadı. Sonra polisə apardılar. Puldan basıb polislə hədələdilər. Oğlum da dözmədi, intihar etdi. O gün, bu gündür qalmışıq idarələrdə, məhkəmələrdə, ədalət axtarırıq. Ancaq ədaləti bərpa edən yoxdur”.

Ana deyir ki, oğlu döyüləndən sonra xəsarət dərəcəsini müəyyən emək üçün ekspertizaya müraciət ediblər. Həmin ekspertiza rəyini belə bugünədək ala bilmirlər:

“Məhkəmə deyir, prokurorluqdan, prokurorluq deyir, məhkəmədən alın. Nəhayət, Göyçay Rayon Məhkəməsi evə hücum edən 7 nəfərdən 4-ü haqqında qərar verdi. Evə basqın edib, adam döyməyə görə sataşdığı deyilən gəlinin qardaşı və həyat yoldaşına 6 ay həbs, 2 nəfər qadına isə inzibati cəza kəsildi. Onlar ictimai işlərə cəlb edildilər. 33 yaşlı, yeni evli övladımın ölümünə səbəb olublar. 6 ay həbs cəzası və ictimai işlər nədir ki, bunun yanında? Üstəlik, evə hücum edən 7 nəfərin cəmi 4 nəfəri cəza alıb. Buna da cəza demək olarsa. Evə hücum edib, şəxsə yüngül xəsarət yetirmək adı ilə… Sonrasını düşünən yoxdur”.

Firəngiz Fətəliyeva məhkəmənin qərarı ilə razılaşmadığından apelyasiya şikayəti verib. Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb:

“Biz bununla da razı deyilik. Odur ki, Ali Məhkəməyə müraciət etmişik. Yenə ədaləti bərpa etməsələr, sona, Avropa İnsan Haqları Məhkəməsinədək gedəcəyik. Bizim işimizi düzgün araşdırmırlar, ört-basdır edirlər. Mən buna imkan verməyəcəyəm. Günahkarların cəzasını layiqincə çəkməsini istəyirəm”.

2018-ci il iyunun 20-də baş verən hadisəni Firəngiz Fətəliyeva belə xatırlayır:

“Oğlum Anar Fətəliyev evində yatıbmış. Qonşu ailə evlərinə girərək oğlunu yataqdaca döyüb. Bu, səhər saat 10-da olub. Yazıqda salamat yer qoymamışdılar. 7 nəfər olublar. Onlara necə müqavimət göstərmək olardı? Uşağı stəkanla, daşla al qana boyayıblar. Sonra da çıxıb gediblər. Səbəb kimi də deyiblər ki, guya mənim oğlum səhər tezdən gedib onların gəlininə sataşıb. Halbuki, yazıq uşaq fəhləlikdən yorğun düşüb yatıbmış. Biz onu xəstəxanaya apardıq, vəziyyəti pis idi. Xəstəxanada da normal yiyə durmadılar. Elə bir az özünə gəlmişdi ki, polis gəlib apardı. Axşam heç nə sübut edə bilmədiklərinə görə buraxdılar”.

Ana deyir ki, xəsarət alan oğlunu xəstəxanaya aparıblar. Ancaq orada da ona yaxşı baxan olmayıb:

“Çox soyuq yanaşdılar. Elə bil xalq düşməni idi. Əsasən də ona atılan şərə görə çox pis çökmüşdü. Daha sonra isə hədələr dayanmadı. Polisə ifadəsi zamanı da oğlumu hədələmişdilər”.

Ana bu sözləri oğlunun intihardan öncə yazdığı məktubla əsaslandırır. Deyir, oğlu həm ona atılan şərə, həm də hədələrə dözməyib, intihar edib:

“İntihar etdiyi gün balaca bir vərəqə bir neçə cümlə yazmışdı: “Mən belə yaşaya bilmərəm. Mənə şər atdılar, böhtan atdılar. Məni hədələdilər. Mənə bundan sonra yaşamaq çətindir” – yazmışdı və 2 ay öncə tikdirdiyi tövlədə özünü asmışdı”.

Ana bildirir ki, məhkəmə və prokurorluq istintaqı ədalətli aparmayıb:

“Deyirəm, adam göndərilsin, ekspert gəlsin kəndimizə. Oğlumu qonşudan, dostdan-tanışdan, qohumlardan, nə bilim, sinif yoldaşlarından, kənd camaatından soruşsunlar. Belə bir şey edə bilən oğul olub, olmadığını araşdırsınlar. Bizi dindirsinlər, məsələnin kökünə getsinlər. Heç bir iş görülmür, iş araşdırılmır. Qarşı tərəf iddia edir ki, 3 uşaq anası olan gəlinlərinə sataşıb. Onun evinə səhər saat 10-da girib. Əgər eləydisə, onun evinə niyə həmin vaxt yox, saatlar keçəndən sonra gəliblər? Baş Prokurorluğa da yazmışam. Ədalətli istintaq tələb edirəm. Ancaq baxan, maraqlanan yoxdur”.

F.Fətəliyeva deyir ki, indiyə qədər qonşu ilə hər hansı düşmənçilikləri olmayıb. Oğlunun qapı qonşusu həmin ailənin yaxınıdır:

“Araları yaxşı idi. Gediş-gəlişləri vardı. Birdən-birə nə oldu, bilmirəm. Evli uşaqdı, gül kimi həyat yoldaşı vardı. Başqasına, özü də evli, 3 uşaq anasına niyə baxsın ki? Mənim övladımı intihar həddinə çatdırıblar. Burada ona şər atanların da, polisin də günahı var. Ancaq buna baxmayaraq ədalətli qərar verilmədi. Anarı özünü öldürmə həddinə çatdırmış bir qrup şəxsləri cinayət məsuliyyətindən kənarda saxladılar. Digərlərinə isə yüngülvari cəza verib, işi bağladılar. Bu ədalət harada yazılıb?”

F.Fətəliyeva ana kimi Prezident İlham Əliyevdən, onun xanımı Birinci vitse-prezident Mehriban Əliyevadan, Ədliyyə Nazirliyi və Baş prokuror Zakir Qaralovdan rica edir ki, oğlu Anar Fətəliyevin özünü asaraq öldürməsi ilə bağlı məhkəmənin ədalətli qərar çıxarmasına və işin yenidən araşdırılması ilə bağlı göstəriş versinlər:

“Ana kimi bağrım çatlayır. Mənim övladımı göz görə-görə ölüm həddinə çatdırmış insanların yüngülvari cəza ilə işin içindən çıxmasına izin verməyin. Bizim kəndimizdə cəmi 40-50 ev, 300-400 sakin var. Yalvarıram, gəlib araşdırsınlar. Mənim oğlum kiminsə qızına, gəlininə sataşacaq biriydimi? Niyə haqsız yerə ölümünə səbəb oldular? İndi hamı həyatına qaldığı yerdən davam edir. Biz isə bədbəxt olduq”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarını pozanlar inzibati və cinayət məsuliyyətinə cəlb ediləcək
Bu gün, 20:32
Xüsusi karantin rejiminin tətbiq edildiyi bölgələrdə işə gedib-gəlmə qaydası məlum olub
Bu gün, 20:29
Şəxs yaşayış yerini və olduğu yeri yalnız icazə üçün müsbət cavab aldıqdan sonra tərk edə bilər
Bu gün, 20:28
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır
Bu gün, 20:25
Bulvarda 5 nəfərdən artıq toplaşmaq qadağan edilir
Bu gün, 20:24
4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metrosu işləməyəcək
Bu gün, 20:22
Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi elan olunub
Bu gün, 20:21
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda bir sıra iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilməyəcək - SİYAHI
Bu gün, 20:18
Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək uzadılır - Operativ Qərargah
Bu gün, 20:13
“Azərbaycan ərazisində yalnız bir xalq var, o da Azərbaycan xalqıdır”
Bu gün, 18:46
İnhisarçılar yenə iş başında: - Səbəbsiz qiymət artımı
Bu gün, 18:44
Azərbaycanda ümumilikdə 495 828 koronavirus testi aparılıb
Bu gün, 18:42
Azərbaycanda indiyədək 18 684 nəfər COVID-19-a yoluxub, 10 425 nəfər sağalıb, 228 nəfər vəfat edib
Bu gün, 18:41
Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 364 nəfər sağaldı, 8 nəfər öldü
Bu gün, 18:40
Balakəndə qonur ayının balalarını satmaq istəyən şəxslər tutulub - FOTO
Bu gün, 18:36
AzTV Nura Suriyə qadağa qoydu? - Statusa görə
Bu gün, 18:30
AYİB prezidenti vəzifəsini tərk edir
Bu gün, 18:23
Bəlkə dincəlmək vaxtıdır, hörmətli professor?! - Replika
Bu gün, 18:21
Bəşəriyyətin bitməyən dərdi: - Hansı ölkələr ciddi su çatışmazlığı yaşayır?
Bu gün, 18:19
Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib
Bu gün, 18:16
“Övladımın 3 yaşı var, məni tanımır”
Bu gün, 18:14
"Sərt karantin rejiminin tətbiq olunmadığı 77 şəhər və rayonda vəziyyət necədir?" - AÇIQLAMA
Bu gün, 18:08
“Həyat göstərir ki, biz bəzən uğursuz oluruq” - Putin
Bu gün, 18:01
Nərimanov rayonunda reyd keçirilib
Bu gün, 17:56
“Xüsusi komissiya yaradılmalı idi...” - İqtisadçı su problemindən yazdı
Bu gün, 17:52
Baş prokuror Ombudsmanla görüşüb - FOTO
Bu gün, 17:51
"Allah virusun və onu yaradanın başına daş salsın"
Bu gün, 17:45
“Bələdiyyələrin öz ərazi mülkiyyətində olan torpaqlar haqqında tam məlumatı yoxdur”
Bu gün, 17:43
“Belə deputatlar Milli Məclisdə yox, Rusiya Dumasında oturmalıdırlar” - Keçmiş nazir
Bu gün, 17:37
“Azərbaycan xalqı öz polisini sevir”
Bu gün, 17:32
Polis Akademiyasında buraxılış mərasimi keçirilib - FOTO
Bu gün, 17:30
Azərbaycanda koronavirusa yoluxma artır: - görülən tədbirlər niyə səmərə vermir?
Bu gün, 17:24
Azərbaycanlı professorun qızı koronavirusa yoluxdu — Sosial şəbəkələrdə təhqir olundu
Bu gün, 17:17
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:04
Azercell-dən 4G MiFi cihazı və 3 aylıq 10GB internet cəmi 119 AZN-a!
Bu gün, 17:01
Bakıda istehsal olunan qazsız suda bağırsaq çöpü bakteriyaları aşkar edilib - DƏHŞƏT
Bu gün, 16:59
Biləsuvarda vəziyyət uruscadır... - GİLEY
Bu gün, 16:57
“Şöbə müdiri niyə evdə, cüzi vəsaitlə müalicə olunmalıdır?” - ETİRAZ
Bu gün, 16:56
Baş epidemioloqdan ŞOK AÇIQLAMA - "Heç nədən xəbərim yoxdur" (SƏS YAZISI)
Bu gün, 16:53
Azərbaycanlı professor koronavirusun dərmanını tapdı - İLGİNC
Bu gün, 16:51
Alimpaşa iş adamını necə aldatdı? – “Bir yerin iki sahibi” silsiləsindən
Bu gün, 16:49
Deputatımız seyrə balonlarla çıxır... - "...üzünü görmək mümkün olmur"
Bu gün, 16:46
Azərbaycana idxal edilən tibbi maska və əlcəklərin idxalı sentyabrın 1-dək gömrük rüsumundan azad edilib
Bu gün, 16:44
İlham Əliyev Belarusun dövlət başçısına məktub göndərib
Bu gün, 16:43
Əli Həsənovun mediası hələ də meydan sulayır... - Görməməzlikdən gəlirik...
Bu gün, 16:42
Qarabağın azərbaycanlı icmasına yeni sədr müavini təyin edildi
Bu gün, 16:34
"Karantini pozan rayonlulardır" deyən Şeyxə Rasim Balayevdən CAVAB
Bu gün, 16:29
Nursultan Nazarbayev koronavirusdan SAĞALDI
Bu gün, 16:02
CBC telekanalında 8 nəfər koronavirusa yoluxub
Bu gün, 15:59
Şəkidə meşələr balta,mişarla deyil,buldozerlərlə dağıdılır - ETİRAZ
Bu gün, 15:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru