Azərbaycan sabitlik adasıdır .....                     SDU-da “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda Respublika elmi konfrans keçirildi .....                     Vüsal Şilderin qətlinə görə ittiham edilən keçmiş rəis müavinin kassasiya şikayətinə baxılıb .....                     Çernobıl qəzasının ildönümü ilə bağlı Azərbaycanda 500 nəfərə birdəfəlik maddi yardım ayrılıb .....                     "Dini dözümlülük, dini etiqada hörmət göstərmək vacibdir" .....                     Rus bölməsinə qəbul üzrə apelyasiya komissiyaları mayın 1-dək fəaliyyət göstərəcək .....                     Bakıda müəllim şagirdi vuraraq hədələyib, .....                     Mahmudovun əmisi oğlu ölkədən milyonlar çıxarıb .....                     Abşeron rayonunda 94 min 784 nəfər tibbi müayinədən keçib .....                     Xaliq Məmmədova qarşı İTTİHAM .....                     “Baku Steel Company” necə təhlükə yaradır... .....                     Keçmiş deputatın anası danışdı .....                     Bələdiyyə sədri saxtakarlıqda ittiham olunur .....                     Bakıda daha bir qanunsuz toyuq sexi aşkarlanıb .....                     “İçərişəhər məsələsinə münasibət bildirmək istəmirəm” .....                     "Buraxılış imtahanları ilə bağlı müzakirələr elmi müstəvidə aparılmalıdır" .....                     Ceyhun Bayramov Ceyhun Osmanlının anasını işdən çıxardı .....                     Səbail sakini intihar edib .....                     İntihar edən üç uşaq anasının məktubu tapıldı: .....                     Astarada torpaq sürüşməsi aktivləşib .....                     "İçərişəhər" Qoruğu İdarəsi sosial şəbəkələrdə yayılan fotogörüntülərlə bağlı açıqlama yayıb .....                     “Brent” neftinin qiyməti 75,47 dollara yüksəlib .....                     Nazir direktoru işdən çıxardı .....                     İndi də Mehdi Cəfərovu bezdirmək istəyirlər... .....                     Bakıda 21 dərəcə isti olacaq... .....                     İçərişəhərdə nə baş verir? .....                     Nikol Paşinyan ABŞ rəhbərliyindən narazıdır .....                     “Xalq Bank”ın mənfəəti azalıb .....                     Manatın məzənnəsi dəyişməz qalıb .....                     Balakəndə qadının evindən narkotik çıxdı .....                     Baş həkimin başı oğlunun qumarda uduzduğu bir milyon manatı bağlamağa qarışıb... .....                     Ukraynada dövlət dili haqqında qanun qəbul edilib .....                     Samuxda marşrut avtobusu minik maşını ilə toqquşub, .....                     Bakıda sahibli it qıza hücum etdi .....                     Seyidovanı qarət edən ələ keçdi .....                     “Lotos”un rəhbəri Araz Rəhimov 500 min dollarlıq ittihama cavab verdi .....                     “Formula 1” SOCAR Azərbaycan Qran-prisinin favoritləri .....                     Cavanşir Feyziyevə qarşı Vergilər Nazirliyi cinayət işi aça bilərmi? .....                     Səfər Mehdiyev Gömrük Komitəsində "NEHRƏM KLANI" FORMALAŞDIRIB .....                     Bakıda yeniyetmənin pulunu ve telefonunu əlindən aldılar .....                 

Rektorun qərarı universitetdə narazılıq yaradıb - Müraciət
Tarix: 5-02-2019, 09:39 | Çap et
Rektorun qərarı universitetdə narazılıq yaradıb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Sənaye iqtisadiyyatı və menecment” kafedrasının dosenti Teyyub Qəni oğlu Əliyev Azərbaycan Respublikasının Prezidentinə müraciət edib.

Reyting.az xəbər verir ki, Teyyub Əliyevin müraciətinə səbəb ADNSU-nun rektoru, professor Mustafa Babanlının qərarıdır.

T. Əliyev yazır ki, rektor M. Babanlının ADNSU-da çalışan professor-müəllim heyətinin öz vəzifələrinə yenidən seçilmək üçün mövcud qanunvericiliyə, o cümlədən Əmək Məcəlləsinə zidd olaraq tətbiq etdiyi qaydalarla əlaqədar 08 noyabr 2018-ci ildə və 21 noyabr 2018-ci ildə dövlət başçısına iki dəfə, üçüncü dəfə 28 noyabr 2018-ci ildə Təhsil naziri C. Bayramova, dördüncü dəfə 30 noyabr 2018-ci ildə Təhsil nazirinin müavini F. Qurbanova, beşinci dəfə 03 yanvar 2019-cu ildə Təhsil nazirinin digər müavini İ. İsayevə müraciət edib.

“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun “Müraciətə baxılma müddəti haqqında” 10-cu maddəsinə istinad edən dosent yazır ki, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, müraciətə qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa, bir ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə isə ən geci 15 gün ərzində baxılmalıdır:

“Müraciətə baxılmaq üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri və ya onun müavini müraciətə baxılma müddətini müstəsna hallarda ən çoxu bir ay uzada bilər. Bu barədə müraciət edən vətəndaşa, müraciətin baxılması dövlət hakimiyyəti orqanı tərəfindən nəzarətdə saxlandıqda isə dövlət hakimiyyəti orqanına məlumat verilməlidir.

Hörmətli cənab Prezident!

Sizə birinci dəfə yazdığım ərizədən 89 gün, ikinci dəfə yazdığım ərizədən 76 gün, Təhsil nazirinə yazdığım ərizədən 69 gün, Təhsil nazirinin müavinlərin yazdığım ərizədən 66 və 31 gün keçməsinə, ərizələrimə baxılması xahişi ilə iki dəfə Təhsil Nazirliyinin Elm və təhsil şöbəsinin əməkdaşlarının, bir dəfə Təhsil nazirinin müavini Firudin Qurbanovun qəbulunda olmağıma, qeyd etdiyim şöbənin əməkdaşları ilə dəfələrlə telefon əlaqəsi saxlamağıma baxmayaraq, hələ də mənə cavab verilməyib.

Qeyd edilən qanunun “Bu Qanunun pozulmasına görə məsuliyyət” adlanan 11-ci maddəsində qeyd edilir ki:

“Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri vətəndaşların təkliflərinin, ərizə və şikayətlərinin qəbul edilməsinin və onlara baxılmasının təşkili üçün məsuliyyət daşıyırlar. Vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması üçün müəyyən edilmiş qaydanı pozmaqda, habelə təkliflər, şikayətlər verməklə əlaqədar olaraq, yaxud onlardakı tənqidə görə vətəndaşları təqib etməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq olaraq intizam, mülki-hüquq və cinayət məsuliyyəti daşıyırlar”.

T. Əliyevin ərizə və müraciətlərində qaldırdığı məsələlərin qısa məzmunu belədir:

1. Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə görə ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin 5 illik fəaliyyət müddəti başa çatdıqda onların tutduqları vəzifələr vakant elan olunmalıdır və onlar öz vəzifələrinə yenidən seçilmələri üçün elan edilmiş müsabiqədə iştirak edə bilərlər. Nə “Ali təhsil haqqında” qanunda, nə də Əmək Məcəlləsində professor-müəllim heyətinin öz vəzifələrinə yenidən seçilmələri üçün müsabiqəyə buraxılmaları üçün 5 illik fəaliyyət müddətinin başa çatmasından əlavə heç bir tələb, o cümlədən hansısa miqdarda bal toplamaları nəzərdə tutulmayıb. Qanunvericiliyin qeyd edilən tələblərinin ziddinə olaraq ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin professor-müəllim heyətinin öz vəzifələrinə yenidən seçilmələri üçün öz "qaydalarını" müəyyənləşdirib. Belə ki, onun birbaşa təşəbbüsü ilə ADNSU-nun Elmi Şurası 23 dekabr 2015-ci ildə "Azərbaycan Dövlət Neft Və Sənaye Universitetində elmi işçilərin (?!) dərəcələrinin artırılması və təyinatı üzrə TƏLİMAT" qəbul edilib (Təlimat 01 mart 2016-cı ildə qüvvəyə minib). Təlimata uyğun olaraq professorların öz vəzifələrinə yenidən seçilmələri məqsədi ilə müsabiqədə iştirak etmələri üçün 110 bal, dosentlərin - 50 bal, assistentlərin - 35 bal toplaması tələb olunur. Cənab rektor nəzərə almır ki, heç bir aşağı orqanın, xüsusilə də müəssisənin, təşkilatın qanunvericiliyə zidd qərarlar qəbul etmək səlahiyyəti yoxdur.

2. Qeyd edilən qeyri-qanuni “Təlimat” cəmi iki il qüvvədə olmasına baxmayaraq (rektor öz “qaydalarını” 2018-ci ilin may ayından tətbiq etməyə başlayıb) cənab rektor onu professor-müəllim heyətinin 5 illik fəaliyyətinə şamil edir. Rektor, 5 illik fəaliyyət müddəti başa çatdığına baxmayaraq, qeyd edilən qeyri-qanuni balları toplamayan yüzlərlə müəllimi müabiqəyə buraxmır. Və bu zaman “unudur” ki, heç bir qanun, qərar geriyə şamil edilə bilməz!

3. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq müsabiqədən keçən professor-müəllim heyəti ilə müddətsiz müqavilə imzalanmalıdır və Məcəllənin qüvvədə olduğu bütün müddət ərzində onun bu tələbinə əməl olunub. Ancaq cənab rektor Məcəllənin bu maddəsinin tələblərinə zidd olaraq və yalnız özünə aydın olan səbəbdən, universitetin professor-müəllim heyəti ilə müddətli müqavilə imzalamağa cəhd edir. Bu məqsədlə 5 illik fəaliyyət müddəti başa çatmış professor-müəllim heyətindən tələb edir ki, özünün təşəbbüsü ilə qəbul edilmiş Təlimata uyğun ballar toplasınlar. Bu balları toplayanlardan tələb edir ki, işdən çıxmaq üçün ərizə yazsınlar və azad olunsunlar. Dərhal ikinci ərizəni yazaraq sonrakı gündən etbarən iki aylıq müvəqqəti müqavilə ilə işə qəbul olunmaq üçün ərizə yazsınlar. Yalnız bundan sonra öz vəzifələrinə yenidən seçilmək üçün elan edilmiş müsabiqədə iştirak edə bilərlər. Müsabiqədən keçənlərlə isə 5 illik müvəqqəti müqavilə bağlamaq niyyətindədir!?

ADNSU-nin rektorunun bu qərarı Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 6-cı bəndinin tələblərinə də ziddir. Əmək Məcəllənin 45-ci maddəsinin 3-cü bəndinə görə "Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz".

50-ci maddənin 6-cı bəndində isə qeyd edilir: “Müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir”.

4. Nəhayət ki, öz qeyri-qanuni qərarının Təhsil qanununa və Əmək Məcəlləsinə zidd olduğunu başa düşən rektor onu ləğv etmək əvəzinə, gülünc doğuracaq (əslində acınacaqlı) qaydada onu “əsaslandırmağa” cəhd edir. Belə ki, mənim ərizələrimlə bağlı rektor, Təhsil Nazarliyinə 03 yanvar 2019-cü ildə (!) ünvanladığı izahatında qeyd edir ki: “ADNSU-da professor-müəllim vəzifələrinin tutulması ilə bağlı keçiriləcək müsabiqədə iştirak etmək istəyən professor-müəllim heyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07 avqust 1996-cı il tarixli, 401 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında Əsanamə”nin tələblərinə uyğun olaraq ümumi tələblərə riayət olunması tövsiyə edilmişdir. Bu Əsasnamənin 1.1 bəndinə əsasən ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq, müsabiqə yolu ilə 5 il müdətinə tutulur. Ali təhsil müəssisəsi və onun kafedraları yeni təşkil edildikdə, yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yarandıqda və digər müstəsna hallarda ayrı-ayrı şəxslər həmin vəzifələrə sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərtilə) əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin təkrar uzadılmasına yol verilmir”.

Rektor özünün qərarına uyğun olaraq müsabiqəyə buraxdığı müəllimlərdən işdən çıxmaq, yenidən iki aylıq müvvəqəti müqavilə ilə işə qəbul olunmaq üçün dərhal ərizə yazmağı tələb etməsini, müsabiqədən keçənlərlə müddətli müqavilə bağlayacağını qeyd edilən Əsasnamənin 1.1 bəndi ilə “əsaslandırmaq” istəyir”.

T. Əliyev müraciətində bildirir ki, rektorun “izahatında” öz qeyri-qanuni qərarlarına haqq qazandırmaq üçün qeyd edilən Əsasnamənin 1.1-ci bəndinə istinad etməsinin heç bir qanuni əsası yoxdur: “Belə ki, nə ADNSU, nə də onun kafedraları yenidən təşkil edilməyib, vakant yerlər bu vəzifələrdə çalışan real şəxslər üçün elan edilib, yəni yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yaranmayıb, bu insanlar bir illik müvəqqəti əmək müqaviləsi əsasında deyil, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq müddətsiz müqavilə əsaında fəaliyyət göstərirlər! Rektor yəqin bilmir ki, ADNSU 99 ildir fəaliyyət göstərir!

5. ADNSU-nun rektoru “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin tələblərinə zidd olaraq Sizə ərizə yazdığım üçün məni və ADNSU-nun “Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının dosenti işləyən qızım Şəms Əliyevanı müxtəlif vasitələrlə təhdid edir, bizə iş prosesində problemlər yaradılacağı ilə bağlı mesajlar göndərir. Ən utanverici haldır ki, bəzi fakültə dekanlarının və kafedra müdirlərinin vasitəsilə bizə qarşı start verdiyi qarayaxma kompaniyasına dərs dediyimiz 19-20 yaşlı tələbələri də cəlb etməyə cəhdlər göstərilir. Rektorun vecinə deyil ki, bu, gənclərin mənəvi tərbiyəsinə kökündən ziyan vurur.

Rektor M. Babanlı işlədiyimiz “İqtisadiyyat və menecment” fakültəsinin professor-müəllim heyətini də bizə qarşı qaldırmaq istəyir: mesajlar göndərir ki, əgər biz onun istəyini yerinə yetirməsək fakültə bağlana, kafedralar, ixtisaslar ixtisara düşə, müəllimlərə problemlər yarada bilərlər. Rektorun birbaşa göstərişi ilə məni və qızımı işdən çıxarmaq üçün qeyri-qanuni, utanverici bir prosesə də start verilib. Belə ki, yuxarıda qeyd edilən qeyri-qanuni “Təlimat"a uyğun olaraq mən və qızım Ş. Əliyeva öz vəzifəmizə yenidən seçilmək üçün tələb olunan balları artıqlaması ilə toplamışıq. Bunu nəzərə alaraq “Respublika” qəzetinin 01 may 2018-ci il tarixli 96 (6129) sayında mənim işlədiyim “Sənaye iqtisadiyyatı və menecment” kafedrasında və Ş. Əliyevanın işlədiyi “Enerji və neft kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında vakant dosent vəzifəsini tutmaq üçün elanda-hər iki kafedrada - iki yer nəzərdə tutulmuşdu, biz müsabiqədə iştirak etmək üçün ərizələrimizi müvafiq qaydada təqdim etmişdik və ərizələrimiz qəbul edilmişdi. Ancaq qeyri-qanuni istəyinə nail olmayan rektorun təşəbbüsü ilə, əməkdaşların müsabiqədə iştirakının əngəllənməsi üçün, "Respublika" qəzetinin 01 iyun 2018-ci il tarixli 121 (6154) sayında ADNSU-də vakant yerləri tutmaq üçün verilmiş müsabiqə elanı kifayət sayda ərizələrin verilməməsi səbəbindən (?) ləğv etdirmiş və müsabiqənin qanunauyğun şəkildə (?) keçirilməsi üçün yeni elanın müvafiq zamanda veriləcəyi qeyd edilmişdi. “Respublika” qəzetinin 21 noyabr 2018-cil tarixli 260(6293) sayında artıq belə elan verilmiş və ona uyğun olaraq müsabiqələr keçirilmişdir. Ancaq Sizə yazdığım ərizədən hiddətlənən rektor mənim və qızımın bu müsabiqədə iştirakımızı əngəlləmək üçün “Respublika” qəzetinin 01 may 2018-ci il tarixli sayındakı elandan fərqli olaraq, bu elanda, “Sənaye iqtisadiyyatı və menecment” kafedrasında və “Enerji və neft kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında vakant dosent vəzifəsini tutmaq üçün iki yox, bir yer ayrılmışdır (?) və bizi bu müsabiqəyə buraxmamışlar. Bununla yanaşı, rektorun Təhsil Nazirliyinə göndərdiyi və yuxarıda qeyd edilən “izahatında” barəmdə aşağılayıcı ifadələrə də yer verilib.

6. Əvvəlki ərizələrimdə yazdığım kimi, rektorun yuxarıda qeyd edilən qərarı, eləcə də, tədris yükünün 500 saatdan 650 saata qaldırması, eyni məsələyə dair (məsələn, imtahan suallarının sayı və onların tərtibi qaydaları, imtahan biletlərinin tərtib edilməsi, imtahanların qəbulu qaydaları və s. haqqında) qərarlarının tez-tez dəyişdirilməsi, bakalar təhsilini ali təhsil hesab etməməsi (rektor 01 noyabr 2018-ci ildə “İqtisadiyyat və menecment” fakültəsinin əməkdaşları ilə görüşdə demişdir ki, bakalavr ali təhsil deyil), tələbə auditoriyalarında, tələbələrin qarşısında müəllimləri aşağılayan ifadələr işlətməsi ADNSU-də psixoloji mühiti həddindən artıq gərginləşdirmişdir. Şəhərin mərkəzində, ADNSU kimi nüfuzlu bir universitetin çoxsaylı şərəfli kollektivində qanunlara, həqiqətə inamsızlıq toxumu səpərək gərginliyin yaradılması kimə və nə üçün lazımdır?

7. Bakalavr təhsilini ali təhsil hesab etməyən, bu səbəbdən də bakalavr təhsili olub magistraturaya daxil olmayan, uzun müddət laborat işləyənlərdən magistraturaya daxil olmalarını tələb edən, əks halda işdən çıxaracağını deyən rektor, eyni zamanda III kurs (indi IV kurs), 741.5 saylı qrup tələbəsi Müqəddəs Əzizovu kafedra müdirinin xəbəri olmadan, onunla razılaşdırmadan, heç bir ehtiyac olmadığı halda laborant vəzifəsinə təyin edib. Ancaq bu tələbə laborant vəzifəsinə təyin olunduğu gündən bu günə qədər bir dəfə də olsun kafedraya gəlməyib, yəni faktiki olaraq “ölü candır”! Bu hal, yəni tələbinin laborant vəzifəsinə təyin edilməsi “İqtisadiyyat və menecment” fakültəsində yeganə hal deyil. Bunlardan xəbəri olan, “İqtisadiyyat və menecment” fakültəsinin dekanı vəzifəsini daşıyan, başqalarından intizam tələb edən, ancaq bir neçə yerdə işləməsi səbəbindən saatlarla kabenitində olmayan dosent İlham Rüstəmov da buna göz yumur.

8. Rektor Təhsil Nazirliyinə göndərdiyi və yuxarıda qeyd edilən “izahatında” mənim qaldırdığım məsələlərə aydınlıq gətirmək əvəzinə özünütərifə, “islahatçı rektor” olduğunu nümayiş etdirməyə daha çox yer ayırıb. Təbii, rektor təyin edildikdən sonra professor M. Babanlı çox iş görüb. Məsələn, univesitetdə avtoritar idarəetmə üslubu tətbiq edib, tədris prosesinin müasir tələblər səviyyəsində təşkil edilməsi üçün tədris auditoriyalarını müvafiq avadanlıqlarla təchiz etmək əvəzinə (auditoriyaların mütləq əksəriyyətində proyektorlar yoxdur, işlədiyim kafedrada cəmi bir səyyar proyektor vardır, kim qabağa düşsə dərsə o aparır, tək-tük auditoriyalar istisna olmaqla heç birində kompyüter yoxdur, müəllimlər özləri ilə proyektor və şəxsi noutbuk daşımağa məcburdurlar və s.) lüzumsuz yerə onların qapı və pəncərələrini dəyişib, tədris binasının dəhlizlərini təmir elətdirib, amma işlədiyim kafedranın yerləşdiyi otaqların divarlarına baxanda, yumşaq desək, adamın ürəyi bulanır, hər ay xaricə ezamiyyətə gedir, şirkətlərlə, universitetlərlə çoxsaylı müqavilələr imzalayıb və bu haqda şəkili ilə birlikdə KİV-ə məlumatlar göndərib, həqiqətə uyğun olmayaraq öz müsahibələrində dəfələrlə qeyd edib ki, güya professor-müəllim heyətinin maaşlarını orta hesabla iki dəfə qaldırıb, əslində isə 3 il qabaq müəllimlərin tədris yükünü 500 saatdan 650 saata qaldırmaqla (yəni 30.0%) maaşları müəyyən qədər qaldırıb (məsələn, 20 ildən artıq iş stajı olan dosentlərin maaşı təqribən 17.0% qaldırılıb), reallıqda ADNSU professor-müəllim heyətinin maaşlarının səviyyəsinə görə ali məktəblər arasında ən sonuncu yerlərdən birində qərarlaşıb və s. Rektorun həyata keçirdiyi bu “islahatların” tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə, universitetin maddi-texniki bazasının yaxşılaşdırılmasına təsiri hələlik hiss olunmur. Buna əmin olmaq üçün qış imtahan sessiyasının nəticələrinə baxmaq kifayətdir”.

Dosent T. Əliyev müraciətində diqqətə çatdırır ki, ADNSU rektorunun yuxarıda qeyd edilən fəaliyyəti, qaldırdığı məsələlər təkcə mənə aid deyil, universitetin yüzlərlə professor-müəllim heyətinə, onlarla laborantına da aiddir:

“Hamı səbirsizliklə ərizələrimə nə vaxt aidiyyatı üzrə baxılacağını gözləyir. Təəssüf ki, indiyədək yazdığım ərizələrə heç bir reyaksiyanın verilməməsi ADNSU-nun kollektivində birmənalı qarşılanmır.

Cənab Prezident!

Sizə üçüncü dəfə ünvanladığım bu ərizəmə, eləcə də əvvəlki ərizələrimə, nəhayət ki, baxılacağına, yuxarıda qeyd edilən qanunların tələblərinə əməl etməyən müvafiq vəzifə daşıyanlara qarşı həmin qanunların tələblərinə uyğun tədbirlər görüləcəyinə ümid edirik”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan sabitlik adasıdır - Rusiya Ortodoks kilsəsi
Bu gün, 16:22
SDU-da “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda Respublika elmi konfrans keçirildi
Bu gün, 16:15
Vüsal Şilderin qətlinə görə ittiham edilən keçmiş rəis müavinin kassasiya şikayətinə baxılıb
Bu gün, 16:11
Çernobıl qəzasının ildönümü ilə bağlı Azərbaycanda 500 nəfərə birdəfəlik maddi yardım ayrılıb
Bu gün, 16:07
"Dini dözümlülük, dini etiqada hörmət göstərmək vacibdir" - deputat
Bu gün, 16:03
Rus bölməsinə qəbul üzrə apelyasiya komissiyaları mayın 1-dək fəaliyyət göstərəcək
Bu gün, 15:59
Könül Kərimova 22 yaşlı qızın intiharında adı hallanan şəxsdən DANIŞDI: - "Heç bir icazə almadan..."
Bu gün, 15:53
Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır
Bu gün, 15:47
Mahmudovun əmisi oğlu ölkədən milyonlar çıxarıb – Məbləğ açıqlandı
Bu gün, 15:46
Abşeron rayonunda 94 min 784 nəfər tibbi müayinədən keçib - FOTO
Bu gün, 15:39
Xaliq Məmmədova qarşı İTTİHAM - belə davam edərsə...
Bu gün, 15:37
“Baku Steel Company” necə təhlükə yaradır... - İDDİA
Bu gün, 15:34
Keçmiş deputatın anası danışdı - "İşdən çıxarılmamışam"
Bu gün, 15:30
Bələdiyyə sədri saxtakarlıqda ittiham olunur - Siyəzən sakinindən ölkə başçısına MÜRACİƏT
Bu gün, 15:19
"Xəzər" TV-dən AzTV-yə keçdi
Bu gün, 15:14
Bakıda daha bir qanunsuz toyuq sexi aşkarlanıb - FOTO
Bu gün, 15:08
“İçərişəhər məsələsinə münasibət bildirmək istəmirəm” - Memarlar İttifaqının sədri
Bu gün, 15:00
"Mən yazdığınız kimi kobud ifadə işlədəcək insan..." - Əməkdar artist əsəbləşdi
Bu gün, 14:59
"Buraxılış imtahanları ilə bağlı müzakirələr elmi müstəvidə aparılmalıdır" - Məleykə Abbaszadə
Bu gün, 14:53
Ceyhun Bayramov Ceyhun Osmanlının anasını işdən çıxardı - FOTO
Bu gün, 14:51
Səbail sakini intihar edib
Bu gün, 14:50
Xadimə Zülfiyyə Xanbabayevanın evindən elə şeylər oğurladı ki... - SİYAHI
Bu gün, 14:49
İntihar edən üç uşaq anasının məktubu tapıldı: - Tənhalıqdan yorulmuşam…
Bu gün, 14:46
Astarada torpaq sürüşməsi aktivləşib
Bu gün, 14:45
"İçərişəhər" Qoruğu İdarəsi sosial şəbəkələrdə yayılan fotogörüntülərlə bağlı açıqlama yayıb
Bu gün, 14:41
“Brent” neftinin qiyməti 75,47 dollara yüksəlib
Bu gün, 14:39
Nazir direktoru işdən çıxardı - Şikayətlərə görə
Bu gün, 13:08
İndi də Mehdi Cəfərovu bezdirmək istəyirlər... - GİLEY
Bu gün, 13:05
Bakıda 21 dərəcə isti olacaq... - Belə deyirlər...
Bu gün, 13:03
İçərişəhərdə nə baş verir? - Tanınmışlar elə şeylər yazdı ki...
Bu gün, 12:57
Nikol Paşinyan ABŞ rəhbərliyindən narazıdır
Bu gün, 12:49
“Xalq Bank”ın mənfəəti azalıb
Bu gün, 12:43
"Ev problemim var, sponsorum yoxdur" - 63 yaşlı əməkdar artist
Bu gün, 12:42
Manatın məzənnəsi dəyişməz qalıb
Bu gün, 12:38
Balakəndə qadının evindən narkotik çıxdı
Bu gün, 12:32
Baş həkimin başı oğlunun qumarda uduzduğu bir milyon manatı bağlamağa qarışıb... - İTTİHAM
Bu gün, 12:31
Ukraynada dövlət dili haqqında qanun qəbul edilib
Bu gün, 12:24
Xəstəliklə çarpışan Ramiz Əzizbəyli: - “Həkimlər deyir ki…”
Bu gün, 12:23
Samuxda marşrut avtobusu minik maşını ilə toqquşub, yaralılar var
Bu gün, 12:18
Bakıda sahibli it qıza hücum etdi – Dəhşətli görüntülər
Bu gün, 12:15
Seyidovanı qarət edən ələ keçdi
Bu gün, 12:10
“Lotos”un rəhbəri Araz Rəhimov 500 min dollarlıq ittihama cavab verdi - AÇIQLAMA
Bu gün, 12:08
“Formula 1” SOCAR Azərbaycan Qran-prisinin favoritləri - TƏHLİL
Bu gün, 12:04
Cavanşir Feyziyevə qarşı Vergilər Nazirliyi cinayət işi aça bilərmi? - GƏLİŞMƏ
Bu gün, 12:02
Səfər Mehdiyev Gömrük Komitəsində "NEHRƏM KLANI" FORMALAŞDIRIB - DGK sədri ən mühüm və gəlirli postları həmyerlilərinə həvalə edib
Bu gün, 11:59
Nazirlik xalq artistini aldatdı - Rəzalət
Bu gün, 11:56
Bakıda yeniyetmənin pulunu ve telefonunu əlindən aldılar
Bu gün, 11:44
Özünü 7-ci mərtəbədən atan 22 yaşlı nişanlı qızın intiharı ilə bağlı YENİ XƏBƏR
Bu gün, 11:42
Qar uçqununa düşərək həlak olan hərbçi dəfn olunur
Bu gün, 11:34
Prezident İlham Əliyev Pekində daha iki şirkət rəhbəri ilə görüşüb
Bu gün, 11:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru