Türk ordusu hücuma başlayır .....                     BMT Baş Assambleyası Azərbaycanın həmmüəllifi olduğu qətnaməni qəbul edib .....                     Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb .....                     Sabunçu rayonunda kobud qayda pozuntuları törədən sürücülərə qarşı reyd keçirilib .....                     Dərsə getməyən qızın atası polisdə dindirilib .....                     Bakıda evli qadını fotoları ilə hədələyərək pul alan şəxsin şikayəti əsasında məhkəmə başlayıb .....                     “Köhnə parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi vacib idi” .....                     Abel Məhərrəmovun adamları aradan çıxmaq istəyirlər... .....                     Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb .....                     Şəhid hərbi qulluqçulardan 1115-i üzrə vərəsələrə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib .....                     Azərbaycan nefti bahalaşıb .....                     Həyat yoldaşını bıçaqladı... .....                     “Canımla əlləşirəm, nə şirkət, nə tikinti...” .....                     Ailə üzvlərinin hamısı əlil olan evsiz vətəndaş Sahil Babayevə müraciət etdi .....                     Əli Kərimli və Orduxan Teymurxanın “dirilməsinin” pərdəarxası .....                     Ankarada qatar qəzasının səbəbi açıqlandı .....                     Zaqatalada vətəndaşın başına belə oyun açdılar... .....                     “Şimal-Cənub” dəhlizi üzrə dəmir yolunun tikintisi altına düşən torpaqları bu qurum alacaq .....                     Sahil Babayevlə “Şapka Mamed”in oğlunun adı mal-qara biznesində hallanır .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Qarabağ məsələsi qardaş ölkənin və Alyansın diqqətində .....                     Paşinyan niyə Ankaraya üz tutur? .....                     Gəncədə “şah” peyda olub, “Xəmsə bağı”nı öz sarayına qatmaq istəyir .....                     Azad Rəhimov qohumunun qatilini ömürlük həbsə yollada bilər .....                     Daha bir neçə bankın "kitabı bağlana bilər"... .....                     ABŞ İranın raket proqramına qarşı mübarizə üçün koalisiya toplamaq niyyətindədir .....                     Paşinyanın Qarabağ siyasəti işimizə yarıyacaqmı? .....                     Çempionlar Liqasının 1/8 final mərhələsinin bütün iştirakçıları məlum olub .....                     Yəmən neft və qaz ixracını bərpa edir .....                     Rövşən Rzayev etimadı itirib ki... .....                     Trampın keçmiş vəkili 3 il müddətinə həbs olunub .....                     Moskva ilə İrəvan arasında soyuq küləklər əsir .....                     “Şimal-Cənub” dəhlizi üzrə dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları alacaq orqan müəyyənləşib .....                     Bakı qarşı duran qlobal güclərin görüş məkanı rolunda .....                     Rusiyanın XİN rəhbəri bu gün Azərbaycana .....                     ABŞ Türkiyəni Suriyanın şimal-şərqində əməliyyat aparmamağa çağırıb .....                     “Bir çox şeyləri şou-biznesdə mən dəbə gətirdim” .....                     Azərbaycanda 200 ildə 418 vulkan püskürüb .....                     Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb .....                     Bu gün dollar neçəyədir? .....                 

Ziya Məmmədovun oğlunun başı üzərində qara buludlar... - GƏLİŞMƏ
Tarix: 9-10-2018, 09:49 | Çap et
Ziya Məmmədovun oğlunun başı üzərində qara buludlar...
Son günlər Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin adı yenidən mətbuatın gündəmindədir. Yerli mətbuatda onun haqqında məlumatları Bakıdan çıxmaq yasağı qoyulan bacısı tirajlayır.

C.Hacıyevin bacısı bu günlərdə iddia edib ki, qardaşı ona yeni ittiham verilməsinə etiraz edərək aclıq aksiyası keçirir, amma onunla vəkilləri görüşə bilmir, üstəlik doğmaları ilə telefonla danışmaq yasağı qoyulub. Penitensiar Xidmət isə bu iddiaları təkzib edir.

Qeyd edək ki, rəsmi şəkildə C.Hacıyevə hansı maddələrlə yeni ittiham verildiyi açıqlanmayıb, amma bacısının iddiasına görə, söhbət Beynəlxalq Bankın Moskva filialındakı külli-miqdarda yeyintilərdən gedir. Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankından az qala 15 milyard manata yaxın pullar kreditlər adı altında müxtəlif layihələrə, kağız üzərində offşor şirkətlərin hesablarına yönəldilib və geri qayıtmayıb.

Bu arada isə C.Hacıyevə birbaşa aid olan sensasion xəbər yayılıb. Bu dəfə isə Britaniyada... Virtualaz.org “Banksta” adlı Telegram-kanala istinadən məlumat verir ki, çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində məhkəmə həbsdəki bankirin xanımı Zamirə Hacıyevanın Londonda dəyəri 28.5 milyon dollar olan elit malikanəsini müsadirə etmək barədə qərar çıxarıb. Belə ki, məhkəmə prosesində Z.Hacıyevanın vəkilləri həmin daşınmaz əmlakın qanuni şəkildə əldə edilmiş gəlirlər hesabına alındığını sübut edə bilməyiblər. Britaniyanın mütəşəkkil cinayətkarlıqla mübarizə Ofisi artıq bəyan edib ki, Z.Hacıyeva ərinin Beynəlxalq Bankından çıxardığı pullar hesabına özünə Londonda iki daşınmaz əmlak alıb. Bundan əvvəlki məhkəmə dinləmələrində bildirilirdi ki, bankir xanımı Londonda kraliçalarsayağı həyat tərzi keçirib. O, özəl təyyarədən istifadə edib, bir dəfə isə Londondakı “Harrods” univermağından 16 milyon funt sterlinq məbləğində alış-veriş həyata keçirib. Dinləmələrdə başqa fakt da açıqlanıb: bankir xanımı 150 min funt sterlinqə brilyant alıb. Bildirilir ki, o, əmlakın müsadirəsinə dair çıxarılmış hökmdən verdiyi apelyasiyanı ötən həftə London Yüksək Məhkəməsində uduzub.

“Yeni Müsavat” bildirir ki, bu barədə ilk dəfə bu ilin iyununda məşhur “Daily Mail” qəzeti yazmışdı. Orada Z.Hacıyevanın vəkili Ceyms Lyuisin də mövqeyi var idi. Vəkil Milli Cinayət Agentliyini (“National Crime Agency”) müdafiə etdiyi şəxsin (Z.Hacıyeva) əri (C.Hacıyev) haqqında həqiqətə uyğun olmayan mövqedə günahlandırmışdı. Vəkil bildirirdi ki, qadının əri doğrudan da uğurlu iş adamı olub, amma ölkəsində “ədalətsiz məhkəmə hökmü nəticəsində həbsxanadadır”. Vəkil iddia edirdi ki, qadının əri nə qədər ki, həbsxanadadır, əmlakın qanuni gəlirlə əldə edilməsini sübut edə bilməz. Bunun üçün onun ərinin azadlıqda olması lazımdır.

Qeyd edək ki, Azərbaycanda Zamirə Hacıyeva barəsində həbs qərarı 2016-cı ilin iyunun 1-də çıxarılıb və o, beynəlxalq axtarışa verilib. Cahangir Hacıyevin həyat yoldaşının barəsində həbs-qətimkan tədbirini Nərimanov Rayon Məhkəməsi çıxarıb. Z.Hacıyevaya qarşı Cinayət Məcəlləsinin 179.1.2 və 179.1.3 maddələri ilə ittiham irəli sürülüb. C.Hacıyevin arvadı 2009-2015-ci illərdə plastik kartlarla Azərbaycan ərazisində və bir çox xarici ölkələrdə olan bankomatlardan Beynəlxalq Bankdan 13.5 milyon dollar, 2.8 milyon avro və 4 milyon manat (o vaxtkı məzənnə ilə cəmi 18 milyon manat) çıxarıb.

Bu pullar C.Hacıyevin arvadı və ailə üzvləri üçün təyyarə biletlərinin, qızıl-zinət əşyalarının alınmasına, təhsil haqlarının ödənilməsinə, Avropanın dəbdəbəli istirahət mərkəzlərində dincəlməyə, gözəllik salonlarında göstərilən xidmətlərə, restoranlara və digər şəxsi məqsədlərə xərclənib.

Z.Hacıyeva barədə məhkəmə qərarından o da məlum olurdu ki, bankir arvadı xeyli müddət əvvəl – 15 noyabr 2014-cü ildən Bakını tərk edib və bir daha Azərbaycana qayıtmayıb.

C.Hacıyevin məhkəmə prosesinin birində (2016-ci il 3 oktyabr) sabiq bankirin vəkili Aqil Layıcov bu işlə bağlı sensasion açıqlama vermişdi. Vəkil bildirmişdi ki, Zamirə Hacıyevanın ölkəyə gətirilməsi üçün xüsusi əməliyyat qrupu Londona göndərilib. A.Layıcov iddia etmişdi ki, əməliyyat qrupu Zamirə Hacıyevanı Britaniya hökumətindən alıb gətirə bilməyib. Məlumata görə, Azərbaycanla Birləşmiş Krallıq arasında hüquqi yardımlaşma barədə rəsmi əməkdaşlıq müqaviləsi yoxdur və bu səbəbdən də Z.Hacıyevanın həbsi və ekstradisiyası mümkün olmur.

Bu, Böyük Britaniyada çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində xarici vətəndaşlar tərəfindən korrupsiya yolu ilə əldə edilmiş əmlakın müsadirəsinə dair ilk qərardır. Amma son olmaya bilər. Çünki adları korrupsiyada hallanan bəzi azərbaycanlı oliqarxların və iş adamlarının da Londonda dəyəri milyonları aşan malikanələrinin olması sirr deyil. Britaniyanın Cinayətkarlığa qarşı Mübarizə Agentliyi yaydığı hesabatda bildirilirdi ki, Londonu çirkli pulların yuyulması və qanunsuz daşınmaz əmlakın alınması mərkəzinə çevirən şirkətlər və dövlətlər arasında Azərbaycanın da adı var. Həmçinin digər beynəlxalq hesabatlarda Z.Hacıyevanın qızının həyat yoldaşı, sabiq MTN şefi Eldar Mahmudovun oğlu Anar Mahmudovun da adına rast gəlinir.

Ötən ilin yanvarında isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun da Londonda dəyəri milyonlarla dollar olan mənzil aldığı xəbəri yayılmışdı. Xəbərdə deyilirdi ki, Londonun mərkəzində tikilmiş çox bahalı “One Hyde Park” yaşayış kompleksində mənzil sahiblərindən biri də Anar Məmmədovdur. İndi onlar üçün də təhlükə yaxınlaşmaqdadır...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türk ordusu hücuma başlayır - Ərdoğan anons etdi
Bu gün, 10:40
BMT Baş Assambleyası Azərbaycanın həmmüəllifi olduğu qətnaməni qəbul edib
Bu gün, 10:35
Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb
Bu gün, 10:27
Sabunçu rayonunda kobud qayda pozuntuları törədən sürücülərə qarşı reyd keçirilib
Bu gün, 10:25
Anardan QALMAQALLI SÖZLƏR: - “Bir o qalıb desin ki, şkafda alt tumanı haradadı”
Bu gün, 10:24
Dərsə getməyən qızın atası polisdə dindirilib
Bu gün, 10:16
Bakıda evli qadını fotoları ilə hədələyərək pul alan şəxsin şikayəti əsasında məhkəmə başlayıb
Bu gün, 10:11
“Köhnə parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi vacib idi” - Sülhəddin Əkbər
Bu gün, 09:56
Abel Məhərrəmovun adamları aradan çıxmaq istəyirlər... - İDDİA
Bu gün, 09:53
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 09:51
Şəhid hərbi qulluqçulardan 1115-i üzrə vərəsələrə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib - Nazirlik
Bu gün, 09:46
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:45
Həyat yoldaşını bıçaqladı...
Bu gün, 09:43
“Canımla əlləşirəm, nə şirkət, nə tikinti...” - Yasamalın sabiq icra başçısı
Bu gün, 09:37
Ailə üzvlərinin hamısı əlil olan evsiz vətəndaş Sahil Babayevə müraciət etdi - “Dördümüz də ikinci qrup əlilik”
Bu gün, 09:36
Əli Kərimli və Orduxan Teymurxanın “dirilməsinin” pərdəarxası
Bu gün, 09:35
Ankarada qatar qəzasının səbəbi açıqlandı
Bu gün, 09:33
Zaqatalada vətəndaşın başına belə oyun açdılar... - GİLEY
Bu gün, 09:27
“Şimal-Cənub” dəhlizi üzrə dəmir yolunun tikintisi altına düşən torpaqları bu qurum alacaq
Bu gün, 09:23
Sahil Babayevlə “Şapka Mamed”in oğlunun adı mal-qara biznesində hallanır - İDDİA
Bu gün, 09:21
“Şou-biznesdə olan xanımı heç vaxt...” - Müğənnimiz qız axtarır
Bu gün, 09:19
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:18
Qarabağ məsələsi qardaş ölkənin və Alyansın diqqətində - GƏLİŞMƏ
Bu gün, 09:14
Paşinyan niyə Ankaraya üz tutur? – Pərdəarxası məqamlar
Bu gün, 09:10
Gəncədə “şah” peyda olub, “Xəmsə bağı”nı öz sarayına qatmaq istəyir - FOTOLAR
Bu gün, 09:05
Azad Rəhimov qohumunun qatilini ömürlük həbsə yollada bilər - Dəhşət saçan cinayətin detalları
Bu gün, 09:02
Daha bir neçə bankın "kitabı bağlana bilər"... - GƏLİŞMƏ
Bu gün, 09:00
ABŞ İranın raket proqramına qarşı mübarizə üçün koalisiya toplamaq niyyətindədir
Bu gün, 08:57
Paşinyanın Qarabağ siyasəti işimizə yarıyacaqmı? - TƏHLİL
Bu gün, 08:56
Şəmistan Əlizamanlıdan tarixi türk serialında MÖHTƏŞƏM ÇIXIŞ
Bu gün, 08:54
"Bəzi "kişiciklər” bərbərliyə can atırlar ki, arvadlarının saçını qırxsınlar..."
Bu gün, 08:49
Çempionlar Liqasının 1/8 final mərhələsinin bütün iştirakçıları məlum olub
Bu gün, 08:46
Yəmən neft və qaz ixracını bərpa edir
Bu gün, 08:45
Rövşən Rzayev etimadı itirib ki... - GİLEY
Bu gün, 08:44
Trampın keçmiş vəkili 3 il müddətinə həbs olunub
Bu gün, 08:38
Moskva ilə İrəvan arasında soyuq küləklər əsir - Gümrü olayı böyüyə bilər
Bu gün, 08:37
“Şimal-Cənub” dəhlizi üzrə dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları alacaq orqan müəyyənləşib
Bu gün, 08:32
Bakı qarşı duran qlobal güclərin görüş məkanı rolunda - TƏHLİL
Bu gün, 08:31
Rusiyanın XİN rəhbəri bu gün Azərbaycana səfər edəcək
Bu gün, 08:28
ABŞ Türkiyəni Suriyanın şimal-şərqində əməliyyat aparmamağa çağırıb
Bu gün, 08:27
“Bir çox şeyləri şou-biznesdə mən dəbə gətirdim”
Bu gün, 08:26
Azərbaycanda 200 ildə 418 vulkan püskürüb – İlk dəfə 1810-cu ildə
Bu gün, 08:24
Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb
Bu gün, 08:23
Bu gün dollar neçəyədir?
Bu gün, 08:22
Abşeronda 16 yaşlı qız itkin düşdü
Bu gün, 08:21
Bərdə sakini həmyerlisi tərəfindən bıçaqlanıb
Bu gün, 08:21
Həştərxanda ulu öndər Heydər Əliyevin anım mərasmi keçirili
Dünən, 18:18
Ermənistanın yeni parlamentinin ilk iclasının keçiriləcəyi tarix açıqlanıb
Dünən, 18:15
Səudiyyə Ərəbistanı yeni ittifaq yaratdı
Dünən, 18:09
21 Azər hərəkatı və davam edən əsarət - TARİXİMİZ
Dünən, 18:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru