ABŞ İrana qarşı sanksiyaları genişləndirib .....                     "Buna cavab olaraq ərəb ölkələrindən bir səs çıxdımı?" .....                     Bu artıq neçənci belə hadisədir .....                     Qarabağ Azadlıq Təşkilatı mitinq qərarı verdi .....                     " "Kontakt Home" işlənmiş malları 50% endirimlə satdı..." .....                     Rusiyada narkomanlar sürücülük hüququndan məhrum edilə bilər .....                     Paşinyanın generallarla qapalı görüşünün detalları üzə çıxdı .....                     Fransa mətbuatı Birinci vitse-prezident Mehriban Əliyevanın .....                     Paşinyan Əliyevlə görüşmək üçün Vyanaya yollanır .....                     Qadın qaynı ilə birlikdə ərini öldürüb cəsədi tualetə atdı .....                     Bu da Əbülfəs Qarayevin adına yazılacaq ayıb... .....                     Yanğınların arxasında nə dayanır? .....                     "Women'secret" mağazası müştəriləri necə aldadır? .....                     Bacısını evdə yad kişi ilə tutdu, ikisini də öldürdü .....                     Su təmizləmə qurğularında texnoloji və digər standartlar: .....                     Qolan yüksəkliklərində neft tapıldı .....                     Trampın "Qolan təpələri həngaməsi"nin təpəsində... .....                     Vergilərlə sığorta ödənişləri arasında fərq olmalıdır .....                     KİV-lər Ermənistan XİN rəhbərinin Moskvaya gizli səfəri barədə məlumat yayıb .....                     Siyəzən sakini kimdən narazıdır... .....                     Sabirabadda tüfənglə həmkəndlisinin itini vuran şəxs saxlanıldı .....                     Bakı-Tbilisi-Qars xətti üzrə hərəkət edəcək sərnişin qatarı Gürcüstanda test olunur .....                     İlkin məlumata görə, yanğın gül dükanından başlayıb .....                     Kriminal avtoritetdən Əli İnsanova cavab .....                     Köçəryan Dəmirçiyana verilmiş səsləri Sevan gölündə məhv etdirib .....                     “Binanın zirzəmisində yanğınsöndürmə işləri davam etdirilir” .....                     Nazirlikdən Eldar Mahmudovun oğluna İTTİHAM .....                     Prezident İlham Əliyev Bakı metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə .....                     Yeznəsini başqa qadınla tutdu, üstünə benzin töküb yandırdı .....                     Rusiyada valyutadəyişmə məntəqəsinə hücum edən azərbaycanlı saxlanılıb .....                     Prezident İlham Əliyevin sosial sahəyə dair fərman və sərəncamları sözün əsl mənasında inqilabi qərarlardır .....                     Şəkinin icra başçısı haqda ŞOK FAKT .....                     Şirvanda narkotiklə yaxalanan şəxslərin oğurluqları üzə çıxıb .....                     Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb .....                     "O adamların dollarla kredit götürməsi qadağandır" .....                     Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda bərpa olunan enerji sahəsinə dəstək verəcək .....                     İlham Əliyevin əfv sərəncamı həbsdəki MTN generallarını ruhlandırıb .....                     Sabah hava .....                     “Kimsə Qarabağa xidmətə göndərilirsə deməli onun sonudur?” .....                     "Səhər aşağı obyektdən səs gəldi ki, dönərxana yanır" .....                 

Heydər Əsədov bu işdə Aydın Əliyevlə ortaq hərəkət edib - İTTİHAM
Tarix: 10-05-2018, 08:54 | Çap et
Heydər Əsədov bu işdə Aydın Əliyevlə ortaq hərəkət edib
Bu gün qeyri-neft sektorunun, əsasən də iqtisadiyyatın ayrılmaz hissəsi olan kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet sahələrindən biridir. Çünki kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində, o cümlədən regionlarda yaşayan insanların məşğulluğunda xüsusi əhəmiyyət kəsb edir. Məhz elə bu səbəbdən də son illər ərzində kənd təsərrüfatının ənənəvi sahələrindən olan maldarlığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar bir sıra hüquqi aktlar, o cümlədən dövlət proqramları qəbul edilib.

Yəni aqrar sektorun inkişafı üçün dövlət tərəfindən yetərincə dəstək verilib, bu sahəyə cavabdeh olan qurum - Kənd Təsərrüfatı Nazirliyi maliyyə vəsaitiylə artıqlamasıyla təmin olunub. Lakin buna baxmayaraq, hazırda ölkənin kənd təsərrüfatı iflic vəziyyətdədir və heç bir irəliləyişdən söhbət gedə bilməz. Bunun məsuliyyəti isə birbaşa keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun üzərinə düşür. Çünki o, vəzifədə olduğu 5 il (2013-2018-ci illər-red.) ərzində rəhbərlik etdiyi sahənin inkişafına, fermerlərin problemlərinin həllinə, dövlət tərəfindən ayrılan subsidiyaların tam şəkildə ünvanına çatdırılmasına nail ola bilməyib. Elə buna görədir ki, yeni kənd təsərrüfatı naziri İnam Kərimov vəzifəsinin icrasına başlayar-başlamaz Heydər Əsədovun zamanında mövcud olan neqativ halların aradan qaldırılması, o cümlədən fəaliyyəti dövründə kobud nöqsanlara yol vermiş vəzifə sahiblərinin Kənd Təsərrüfatı Nazirliyi sistemindən uzaqlaşdırılması istiqamətində konkret tədbirlərə start verib. Belə ki, İnam Kərimovun nazirliyin ən çox korrupsiyalaşmış strukturu kimi xarakterizə olunan "Aqrolizinq" ASC-nin rəhbəri Elşən Məmmədovu vəzifəsindən uzaqlaşdırması, bunun ardınca isə Kənd Təsərrüfatı Nazirliyinin digər strukturlarında ciddi yoxlamalara başlaması bunu bariz sübutudur.

Bu arada, nazirlikdəki mənbənin azpolitika.info-ya verdiyi məlumata görə, İnam Kərimovun "Aqrolizinq"dən sonra əsas diqqəti Dövlət Baytarlıq Xidmətinə yönəlib. Mənbə iddia edir ki, hazırda nazir bu xidmətin rəhbərliyinin fəaliyyətini qiymətləndiri: "Elə ilk araşdırmalar nəticəsində bu xidmətin də çox ciddi şəkildə korrupsiyaya bulaşdığı öz təsdiqini tapıb. Məsələn, məlum olub ki, xidmətin rəhbərliyi ətlik mal-qara idxalçıları ilə işbirliyi quraraq, ölkəyə gətirilən ətlik mal-qaranın çox əhəmiyyətli hissəsini damazlıq kimi sənədləşdirib. Bilirsiniz ki, ölkəyə gətirilən damazlıq mal-qara gömrük rüsumundan azaddır. Baytarlıq Xidməti rəhbərliyinin işbazlarla bu işbirliyi dövləti külli miqdarda ziyana salsa da, əksinə, onların özlərinə milyonlar qazandırıb". Məlumatda qeyd olunur ki, belə faktlar yüzlərlədir və buna görə də yaxın günlərdə yeni nazirin Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanovla bağlı qərar verəcəyi gözlənilir. Məhz bu mövzu ilə bağlı musavat com-a danışan mənbə isə bildirib ki, bu saxtalaşdırma prosesi birbaşa xidmətin rəisi Azər Süleymanovun nəzarətində olub: "Gətirilən hər mal-qara dolu maşın üçün ona xüsusi pul ödənir. Buna görə də bu əməliyyatları Azər Süleymanov birbaşa nəzarətində saxlayır". Verilən informasiyaya görə, Azər Süleymanov Dövlət Baytarlıq Xidmətinin alqı-satqılarından da ciddi gəlir mənbəyi kimi istifadə edib. Belə ki, baytarlıq laboratoriyaları üçün gətirilən avadanlıqları ucuz qiymətə alıb baha rəsmiləşdirilib. Ölkədə tibbi spirt və pambıq istehsal olunsa da, xidmət yerli məhsulu almayıb. Baha rəsmiləşdirmək mümkün olsun deyə xaricdən alınıb. Məsələn, dabaq xəstəliyinə qarşı olan vaksini 100 dozasını 43 manata rəsmiləşdiriblər. Halbuki qiymət bundan xeyli ucuzdur.

Gördüyünüz kimi, ortada Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı kifayət qədər ciddi korrupsiya faktları var və bu olaylar keçmiş nazir Heydər Əsədovun zamanına təsadüf edir. Bundan başqa, Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanovun Heydər Əsədovun razılığı və ya xəbəri olmadan ətlik mal-qaranın böyük bir hissəsini gömrük rüsumundan yayındırmaq məqsədiylə damazlıq kimi sənədləşdirməsi inandırıcı deyil. O da danılmaz faktdır ki, Dövlət Gömrük Komitəsinin "xeyir-duası" alınmadan heç kim bu qədər ətlik mal-qaranı damazlıq kimi sənədləşdirə bilməz. Görünən odur ki, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov və Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanov bu işdə Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevlə ortaq hərəkət edib. Əks halda, Dövlət Gömrük Komitəsinin əməkdaşları ətlik mal-qaranın damazlıq kimi sənədləşdirilməsinə və bu yolla külli miqdarda vəsaitin dövlət büdcəsindən yayındırılmasına göz yummazdılar. Deməli, ortada öncədən əldə olunmuş razılaşma var. Və bu razılaşmaya əsasən tərəflərin hər biri yetərincə gəlir əldə edib. Əgər belə olmasaydı, o zaman Dövlət Gömrük Komitəsi Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidməti (DTX) ilə birgə "dərman mafiyası"na qarşı mübarizə apardığı kimi, ətlik mal-qaranın damazlıq kimi sənədləşdirilməsinə şərait yaradanlara qarşı da müvafiq tədbir görərdi. Yeri gəlmişkən, məlumat üçün bildirək ki, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Anar Kamran oğlu Məmmədova məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. İlkin istintaqla müəyyən edilib ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən hazıradək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri isə bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 faizi dəyərində haqq alıb, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər. DTX-da davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Məmmədli Fərman Həmzə oğlu, Xıdırov Vasif Teymur oğlu, Mehtiyev Cəmil Səlim oğlu, Atanur Ateş Adem oğlu, Məmmədov Anar Kamran oğlu, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

Beləliklə, yuxarıda qeyd olunan məlumatdan da aydın şəkildə görünür ki, Dövlət Gömrük Komitəsi "dərman mafiyası"na qarşı mübarizə məqsədiylə Baş Prokurorluq və DTX ilə əməkdaşlıq edib, nəticədə dövlət qeydiyyatından keçməyən, külli miqdarda qanunsuz dərman vasitələrinin aşkarlanmasına, o cümlədən komitənin nəzdində fəaliyyət göstərən qurumların rəhbər şəxslərinin qanunamüvafiq formada cəzalandırılmasına şərait yaradıb. Təbii ki, əgər marağında olsaydı, o zaman Dövlət Gömrük Komitəsi ətlik mal-qaranı damazlıq kimi sənədləşdirən və bu yolla külli miqdarda vəsaiti dövlət büdcəsindən yayındıranlara da göz yummazdı. Əgər adıçəkilən qurum bunu görməzdən gəlibsə, deməli, bu faktın özü sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov və Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanovun bu işdə Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevlə ortaq hərəkət etdiyini deməyə əsas verir.

Ümumiyyətlə, heç kimə sirr deyil ki, son illər ərzində Kənd Təsərrüfatı Nazirliyinə büdcədən külli miqdarda vəsait ayrılıb. Heydər Əsədov isə öz növbəsində, hələ nazir təyin olunmamışdan öncə Kənd Təsərrüfatı Nazirliyindəki mənimsəmə mexanizmlərindən yetərincə məlumatlı idi. Çünki o, Hesablama Palatasının sədri olduğu dönəmdə Kənd Təsərrüfatı Nazirliyini, "Aqrolizinq" ASC-ni, Dövlət Baytarlıq Nəzarəti və Fitosanitar Nəzarəti xidmətlərini yoxlamışdı. Bu səbəbdən də Kənd Təsərrüfatı Nazirliyi və onun nəzdindəki strukturlarda aşkarlanan korrupsiya mexanizmləri Heydər Əsədova yaxşı tanış idi. Məhz buna görə də o, nazir kleslosunda əyləşər-əyləşməz "Aqrolizinq" ASC-nin, Dövlət Baytarlıq Nəzarəti və Fitosanitar Nəzarəti xidmətlərinin, eyni zamanda regional və rayon şöbələrinin rəhbərlərini dəyişib öz komandasını formalaşdırdı. Son nəticədə, komanda dəyişsə də, mənimsəmə mexanizmi olduğu kimi qaldı. Elə bu səbəbdəndir ki, kənd təsərrüfatının inkişafı həmişə büdcədə kifayət qədər yüklü sahələrdən olub. Statistik məlumatlar da məhz bunu deyir. Məsələn, təkcə 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyi üzrə 12 milyon, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə (KTL KİEDX) 594,7 min, Baytarlıq və Fitosanitar xidmətlərə uyğun olaraq 520,9 min və 380,8 min, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə (BSQ TNDX) 383 min manat ayrılması nəzərdə tutulub. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 596,6 milyon ayrılıb. Bunun da 570,4 milyonu kənd təsərrüfatına, 11,1 milyon birbaşa nazirliyə, 1,5 milyon BSQ TNDX-yə, 22.1 milyon Baytarlıq, 3,9 milyon Fitosanitar xidmətlərə verilib. Kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsi 1 milyon, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərə 186,2 milyon manat ayrılıb. Həmin dövrdə maddi-texniki təminatın möhkəmləndirilməsi 50 milyon, islahatlar 30 milyon, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 8,9 milyon, meşə təsərrüfatı 11,6 milyon, KTL KİE DX-yə (aqrar sektora kreditlərin verilməsi) də 5 milyon vəsait hesablanıb. 2017-ci ilin dövlət büdcəsində də bu sahəyə ayrılan maliyyə 517,4 milyon manat olub. Vəsaitin 479,2 milyonu sırf kənd təsərrüfatı üçün nəzərdə tutulub. Nazirliyə bu puldan 10,8 milyon, BSQ TNDX-yə 1,6 milyon, Dövlət Baytarlıq Xidmətinə 25,3 milyon, Dövlət Fitosanitar Nəzarəti Xidmətinə 4,3 milyon, kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsi 1 milyon və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərə də 190,2 milyon ayrılıb. Yəni, bir çox sahələr üzrə ayrılan vəsaitdə artım olub. Üstəlik, prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyi 20,4 milyon manat alıb.

Gördüyünüz kimi, təkcə son iki il ərzində büdcədən Kənd Təsərrüfatı Nazirliyinə milyonlarla manat vəsait ayrılıb. Lakin buna baxmayaraq, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov üzərinə düşən vəzifəni layiqincə icra edə, ölkə başçısının etimadını doğrulda bilməyib. Əslində, bu məsələdə Hesablama Patalası və Maliyyə Nazirliyinin də üzərinə yetərincə məsuliyyət düşür. Çünki dövlət büdcəsindən ayrılan vəsait məhz Maliyyə Nazirliyinin vasitəsiylə Kənd Təsərrüfatı Nazirliyinə köçürülür. Buna görə də Maliyyə Nazirliyi Heydər Əsədovun və kadrlarının ayrılan pulların necə və hara xərclədiklərinə nəzart etməli idi. Hesablama Palatasına gəlincə, bu qurum təşkilati və funksional müstəqilliyə malik olan dövlət büdcə-maliyyə nəzarəti orqanı olduğundan, mütləq, büdcədən Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin təyinatı üzrə xərclənib xərclənmədiyini yoxlamalı idi. Buradan da belə çıxır ki, Hesablama Patalası və Maliyyə Nazirliyi hansısa səbəbdən sabiq nazir Heydər Əsədovun zamanında yeyintilərə yol verilməsinə ya şərait yaradıb, ya da olub-bitənlərə göz yumub.

Bu arada, ölkəyə gətirilən ətlik mal-qaranın böyük bir hissəsinin damazlıq kimi sənədləşdirilməsi məsələsi ilə bağlı mövqeyini öyrəndiyimiz kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov hesab edir ki, mövcud qanunvericilik məmurlar arasında hər hansı sövdələşmənin olmasına və bunun nəticəsində dövlətə külli miqdarda ziyan dəyməsinə imkan verməməlidir: "Əgər belə bir sövdələşmə olubsa, o zaman burda digər qurumların, o cümlədən qayda və qanunlardan yayınan, müəyyən maxinasiyalara yol verən, dövlətə ziyan vuran məmurların da günahı var. Daha doğrusu, burada cinayət əməli var. Əlbəttə buna yol verilməməli idi. Ümumiyyətlə, biz hələ bir müddət əvvəl açıqlamışdıq ki, kəsim üçün gətirilən heyvanları elə qiymətə sənədləşdirirdilər ki, adam təəccüblənməyə bilmir. Məsələn, 150 kq təmiz ət verən cöngəni 30 manata sənədləşdirirdilər. 15-16 kq təmiz ət verən qoyunu isə 9-10 dollara sənədləşdirirdilər. Bu isə mümkün deyil. Deməli, bunlar arasında müəyyən sövdələşmə olurdu və sonda bu cür cinayət işinə gedirdilər. Əgər Kənd Təsərrüfatı Nazirliyi hansısa sahibkara Gürcüstandan, Rusiyadan və ya Ukraynadan ətlik üçün gətirdiyi heyvanın guya damazlıq heyvan kimi sənədləşdirilməsinə şərait yaradıbsa, o zaman buna görə həm adıçəkilən nazirlik, həm də bu işdə əli olan digər qurum və şəxslər məsuliyyət daşımalıdır".

Ekspertin sözlərinə görə, ətlik mal-qaranın bir hissəsinin damazlıq kimi sənədləşdirilməsi nəticəsində artıq ət istehsalı yerli sahibkarlar üçün demək olar ki, o qədər də ciddi maraq kəsb etmir: "Yəni elə şərait yaradıblar ki, artıq ət istehsalı bizim sahibkarlar üçün maraqlı deyil. Çünki bu iş onlara ziyanla başa gəlir. Buna görə də onlar xaricdən daha ucuz ət gətirirlər. Qeyd edim ki, bu ilin 3 ayında kəsim üçün gətirilən mal-qaranın sayı 3 dəfədən çox artıb. O cümlədən ət idxalı da artıb. Yəni ətlik mal-qaranın bir hissəsinin damazlıq kimi ucuz qiymətə sənədləşdirilməsi daxili bazara ciddi şəkildə təsir edib, yerli istehsalın qarşısını alıb. Odur ki, burda həm cinayət əməli var, həm də ölkə iqtisadiyyatına maliyyə və gələcək perspektiv baxımından ciddi ziyan vurulub. Bu səbəbdən də, düşünürəm ki, aidiyyatı qurumlar mütləq bu məsələyə lazımı şəkildə reaksiya verməlidir".

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Hurriyyet.org





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
Bu gün, 18:34
"Buna cavab olaraq ərəb ölkələrindən bir səs çıxdımı?" - Rəsmi Ankara
Bu gün, 17:51
Bu artıq neçənci belə hadisədir - Deputat yanğından danışdı
Bu gün, 17:49
Qarabağ Azadlıq Təşkilatı mitinq qərarı verdi
Bu gün, 17:45
" "Kontakt Home" işlənmiş malları 50% endirimlə satdı..." - FOTO
Bu gün, 17:42
Rusiyada narkomanlar sürücülük hüququndan məhrum edilə bilər
Bu gün, 17:32
Ayselə "Porche" aldığı iddia edilən kişi illər sonra həyat yoldaşı ilə görüşdü
Bu gün, 17:30
"Qarabağı unudub, başımızı şou-biznesə qatmışıq" - Səidə Sultan özündən çıxdı
Bu gün, 17:23
Paşinyanın generallarla qapalı görüşünün detalları üzə çıxdı - Qarabağla bağlı şok tapşırıq
Bu gün, 17:18
Fransa mətbuatı Birinci vitse-prezident Mehriban Əliyevanın Parisə səfərindən yazıb
Bu gün, 17:15
Paşinyan Əliyevlə görüşmək üçün Vyanaya yollanır
Bu gün, 17:09
Qadın qaynı ilə birlikdə ərini öldürüb cəsədi tualetə atdı — Qəbələdə dəhşətli hadisə
Bu gün, 17:08
Bu da Əbülfəs Qarayevin adına yazılacaq ayıb... - FOTO
Bu gün, 16:58
Yanğınların arxasında nə dayanır? - "Təsəvvür edin, "Sədərək" və "Binə" yanır"
Bu gün, 16:50
"Women'secret" mağazası müştəriləri necə aldadır? - İTTİHAM
Bu gün, 16:44
Aydın Xırdalanlının üç mərasimindən… – Rəşad Dağlı, Oktay, Mehman
Bu gün, 16:33
“Oxuyanda “xoruz buraxmıram” - QALMAQAL
Bu gün, 16:27
Bacısını evdə yad kişi ilə tutdu, ikisini də öldürdü — Göygöldə qanlı cinayət
Bu gün, 16:24
Su təmizləmə qurğularında texnoloji və digər standartlar: - qurğunun standartı necə olmalıdır?
Bu gün, 16:21
Qolan yüksəkliklərində neft tapıldı
Bu gün, 16:17
Trampın "Qolan təpələri həngaməsi"nin təpəsində... - TƏHLİL
Bu gün, 16:15
Vergilərlə sığorta ödənişləri arasında fərq olmalıdır - deputat
Bu gün, 16:12
KİV-lər Ermənistan XİN rəhbərinin Moskvaya gizli səfəri barədə məlumat yayıb
Bu gün, 16:10
Siyəzən sakini kimdən narazıdır... - GİLEY
Bu gün, 16:04
Rəqsanənin qızı qalmaqaldan danışdı: - "Yaşım az olsa da..."
Bu gün, 15:56
Sabirabadda tüfənglə həmkəndlisinin itini vuran şəxs saxlanıldı
Bu gün, 15:53
Bakı-Tbilisi-Qars xətti üzrə hərəkət edəcək sərnişin qatarı Gürcüstanda test olunur
Bu gün, 15:49
İlkin məlumata görə, yanğın gül dükanından başlayıb - FHN rəsmisi
Bu gün, 15:42
Kriminal avtoritetdən Əli İnsanova cavab
Bu gün, 15:41
Köçəryan Dəmirçiyana verilmiş səsləri Sevan gölündə məhv etdirib
Bu gün, 15:37
“Binanın zirzəmisində yanğınsöndürmə işləri davam etdirilir” - DYMX-nin rəis müavini
Bu gün, 15:36
Aydın Xırdalanlı narkotikdən ölməyib
Bu gün, 15:35
Nazirlikdən Eldar Mahmudovun oğluna İTTİHAM - yanğın təhlükəsizliyi qaydalarına əməl edilməyib
Bu gün, 15:30
Prezident İlham Əliyev Bakı metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub
Bu gün, 15:27
Müğənni Nazəninin verilişində NƏLƏR OLDU?
Bu gün, 15:26
Yeznəsini başqa qadınla tutdu, üstünə benzin töküb yandırdı — Tovuzda dəhşət
Bu gün, 15:24
Rusiyada valyutadəyişmə məntəqəsinə hücum edən azərbaycanlı saxlanılıb
Bu gün, 15:22
Prezident İlham Əliyevin sosial sahəyə dair fərman və sərəncamları sözün əsl mənasında inqilabi qərarlardır - deputat
Bu gün, 15:21
Şəkinin icra başçısı haqda ŞOK FAKT - VİDEO
Bu gün, 15:18
Şirvanda narkotiklə yaxalanan şəxslərin oğurluqları üzə çıxıb
Bu gün, 15:15
Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb
Bu gün, 15:12
"O adamların dollarla kredit götürməsi qadağandır" - deputat
Bu gün, 13:21
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda bərpa olunan enerji sahəsinə dəstək verəcək
Bu gün, 13:18
İlham Əliyevin əfv sərəncamı həbsdəki MTN generallarını ruhlandırıb - PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 13:17
Sabah hava NECƏ OLACAQ?
Bu gün, 13:12
“Kimsə Qarabağa xidmətə göndərilirsə deməli onun sonudur?” - BUNT QALDIRAN ƏSGƏRLƏRİN VALİDEYİNLƏRİ ILƏ OVANİSYAN ARASINDA MÜBAHİSƏ
Bu gün, 13:10
"Səhər aşağı obyektdən səs gəldi ki, dönərxana yanır" - Yanğının şahidi danışdı
Bu gün, 13:03
"Belə qərara gəlindi ki, Nemət Pənahlının İdarə Heyətinin üzvü olub-olmaması barədə yenidən səsvermə keçirilsin" - AÇIQLAMA
Bu gün, 12:58
Ticarət mərkəzində baş verən yanğının ilkin səbəbi açıqlanıb
Bu gün, 12:55
"Mən danışıqlar prosesində müsbət nəticənin əldə olunmasının bundan başqa alternativini görmürəm" - deputat
Bu gün, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru