Yeni nazir Kənd Təsərrüfatı Nazirliyinin bir sıra müəssisələrinin fəaliyyəti ilə tanış olub .....                     “Alabala”, “paket” maaşlar… .....                     "Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlar prosesinə qayıdacaq" .....                     Mətbuat Şurasında Zakir Fəxrinin 70 illik yubileyi keçirilib .....                     BDU-da Koreyanın Kinq Seconq İnstitutu Fondunun nümayəndələri ilə görüş olub .....                     “İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya .....                     DİN-də geniş əməliyyat müşavirəsi keçirilib .....                     Hüseyn Abdullayevə əlavə ittihamlar irəli sürülüb .....                     Kreml Ermənistandakı vəziyyət haqda .....                     “Bəzi rayonların icra başçıları dəyişdiriləcək” .....                     18 yaşlı qızın ölümünə səbəb olan plastik cərrahın işi prokurorluğa niyə qaytarıldı? .....                     Suriya ordusu İŞİD mövqelərini məhv edib .....                     Türkiyədə prezidentliyə namizədlərin irəli sürülməsi tarixi açıqlanıb .....                     "Böyük Britaniya Azərbaycanda "Formula 1" yarışlarının keçirilməsinə böyük önəm verir" .....                     Aqil Abbasdan kəndçi qalmaqalına reaksiya: .....                     Deputatlığa namizədin cəzası 1 il 6 ay azaldıldı .....                     Ev dustağı olan şəxslərin kütləvi aksiyalarda iştirakına qadağa tətbiq edilib .....                     Almaniyada axtarılan, Türkiyədə tutulan Hüseyn Abdullayevin həbsxana yolu... .....                     Nəsimi rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş “İnsanlara nur bəxş edən alim” adlı tədbir keçirilib .....                     "Korrupsiya hesabatı"nın əsas hədəfi bəzi ölkələri qaralamaqdır .....                     Şabran icra başçısı kənd sakinlərini ayağa qaldırdı: .....                     “Məni bu hesabata ona görə daxil ediblər ki, məhbuslarla görüşmüşəm?” .....                     "Bakcell” Frankofoniya gününə həsr edilmiş konsertə dəstək olub .....                     "Bunun arxasında böyük cinayət dayanır" .....                     "Bank Standard"dan təminatsız verilmiş kreditlərə görə əlavə 55 mln. manatlıq girov qoyulacaq .....                     Türkiyənin keçmiş baş naziri deputatlığa namizəd olmayacağını açıqlayıb .....                     Bu mükafat onun üçün çox önəmlidir .....                     Misli görünməmiş FIRILDAQ: .....                     Bakıda idarədən pulla dolu seyf oğurlanıb .....                     Azad Rəhimovun oğlundan UTANC .....                     "Niyə yalnız Azərbaycan? Axı bir ay əvvəl Ermənistan xalqının qovduğu Sarkisyanı alqışlayırdınız" .....                     Füzulidə yas mərasimləri, ehsan süfrələri .....                     Aygün Kazımovanın "Hardasan"ı 500 min baxışı keçib .....                     Qanunsuz saxlanılan silahlar aşkar edilərək götürülüb .....                     Oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb .....                     Uğurlarınız bol olsun .....                     Xamneyi müsəlman ölkələrinə çağırış etdi: .....                     "Artıq dövlətə dəyən ziyan da ödənilib" .....                     “İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycanın sürətli inkişafının davamlı olmasını təmin edəcək” .....                     Diaspora işlərində mərhələlər .....                 

Dövlətin pulları necə talan edilməkdədir... - AzTV sədrinin “Şamaxı əhvalatı”nın pərdəarxası
Tarix: 7-04-2018, 09:56 | Çap et
Dövlətin pulları necə talan edilməkdədir...
“Bu işdə 6 milyona yaxın puldan, əmlakdan söhbət gedir. Arif Alışanovda hardandı bu pullar? Necə qazanıb? Hansı yolla?” Bu suallar Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Alışanovun “zərərçəkmiş” olduğu iş üzrə keçirilən prosesdə səslənib. Vəkillər AzTV sədri Arif Alışanovun adının zərərçəkən statusunda keçdiyi iş üzrə bu suallara aydınlıq gətirilməsini vəsatətlə tələb etmişdilər.

Lakin hakimlər vəsatəti baxılmamış saxlayıb “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovun bunca sərvətinin mənbəyinin aydınlaşdırılmasını əngəlləmişdilər. 1 aydan çoxdur ki, məhkəmədə verilən bu suallar açıqdır. İctimayyətdə belə bir fikir formalaşıb ki, ölkədə fəaliyyət göstərən bütün telekanalların rəhbərləri Arif Alışanov kimi böyük sərvət sahibdirlər. Hətta bəziləri media kapitanlarını da rəsmi milyonçular sırasına qatmağa tələsirlər.

Əslində vəziyyət necədir? Arif Alışanovun AzTV sədri olaraq gəlirləri onun milyonçular sırasına qatılmasına imkan verirmi?

Media üzrə ekspert və jurnalist Qulu Məhərrəmli deyir ki, əslində sualın cavabı ortalıqdadır: “Alışanovun pullarının mənbəyi haqda neçə illərdir mətbuatda yazılar dərc olunur. Müxtəlif maliyyə əməliyyatlarında, pulların nəğdləşdirilməsi ilə bağlı məharəti haqda danışırlar. Tenderlərdəki qanunsuzluqlar, azad zonalara ötürülən pullarla bağlı da adı hallanır. Şamaxı əhvalatı da ortaya çıxandan sonra bir daha sübut olunur ki, yazılanlar havayı deyil, pulun mənbəyi haradandır. Düzdür, Alışanov izahatlarında göstərir ki, qohum-əqrəba yığışıb pul qoyublar. Bir qohumu 3 milyon, o biri 2 milyon qoyub. Belədirsə, niyə məhz bu adam ortada fəallıq edib?”

Qulu Məhrrəmli deyir ki, baş verənlər bəzi adamların dövlət büdcəsinə divan tutmasının sübutudur: “Bu məhkəmə təkcə maddi məsələləri deyil, həm də mənəvi məsələləri də ortaya çıxarıb. Məsələn, orada qətl hadisəsi haqda söhbət açılır. Əslində bu məsələ çox ciddi şəkildə araşdırılmalıdır. Mətbuat da bu məsələnin araşdırılmasından kənar qalmamalıdır. Çox məyusedicidir ki, AzTV tarixində belə bir fiqur ortaya çıxıb. Bu məsələlər təkcə televiziyanın adını batırmır, həm də orada çalışan çox dəyərli insanların adına xələl gətirir”.

Ekspert deyir ki, məhkəmədə üzə çıxan çoxmilyonluq pul qovğası ilk növbədə korrupsiya faktları haqda fikirlər formalaşdırır: “AzTV-dən fərqli olaraq İctimai Televiziyada çalışanlar aybaay maaş, quruluş haqqı alırlar. Televiziyada texnika alınması, quruluş haqlarının ödənməsi, dizayn, dublyaj məsələlərində rəqəmləri dolaşdırmaq, pul əldə etmək mümkündür. Bütövlükdə bu sözləri İTV sədrinə aid etmək olmaz. AzTV-dən başqa digər televiziyalarda bu cür irimiqyaslı korrupsiya faktları yoxdur. AzTV-də isə var və mətbuat dəfələrlə bu haqda yazıb, bu gün də çox tutarlı faktlarla yazılmaqdadır. İTV və AzTV dövlət büdcəsindən maliyyələşdirilir. AzTv-nin ötən illərə qədər 50 milyon manat büdcəsi var idi. Sonra bu məbləği 31 milyon manata qədər endirdilər. Bu məbləğin özü də çox böyük maliyyədir. Bundan əlavə, prezidentin xüsusi göstərişi ilə texnika alınması üçün də əlavə maliyyə ayrılırdı. AzTv-nin maliyyəsi Gürcüstan və Ermənistanın bütün televiziyalarının maliyyəsindən çoxdur.

Amma bu qədər maliyyənin qabağında görülən iş göz qabağındadır. İri həcmli filmlər, tamaşalar, iri maliyyə tələb edən televiziya məhsulları da ortaya çıxmır. Ona görə də məhkəmədə torpaq alınması üçün xərclənən pulların mənbəyi təxminən görünür. Bu pulların haradan formalaşması haqda fikirlər yaranır. Diqqətlə araşdırılsa, məlum olar ki, üzə çıxan çox cüzi bir maliyyədir. Başqa əməliyyatlar, başqa biznes işləri üçün də daha böyük maliyyə var. Məhkəmədə də səslənir ki, bu adamın başqa rayonlarda - Qubada, Xızıda, Zərdabda, Sabirabadda da biznesi var. Məhkəmədə üzə çıxanlar hamısı dövlətin, prezidentin ayırdığı maliyyənin necə xərcləndiyini göstərir. Prezident çıxışlarında ictimai nəzarətin gücləndirilməsinə dair tövsiyələr verir. Mətbuat ictimai nəzarətin ən təkmil, sınanmış formasıdır. Mətbuat bu məsələni müstəqil şəkildə araşdırıb ortaya qoymalıdır. Hansısa hakimin bu məsələni öz istədiyi kimi, subyektiv məsələlərlə əlaqəli araşdırması obyektiv nəticəni ortaya qoya bilməz. Hakim məhkəmədə deyir ki, bəlkə bu pullar atasından qalıb. Amma bu gülüncdür, ədalətsiz yanaşmadır. Hər bir məmur bilməlidir ki, əvvəl-axır dövlət büdcəsindən oğurladığı pulların hesabatını verəcək”.

Ekspertin sözlərindən belə aydın olur ki, AzTV-də əmək haqqı problemi yaşanır. Büdcədən 31 milyon manat vəsait ayrılan bir təşkilatda əmək haqqı probleminin yaşanmasının səbəbi nədir?

Qulu Məhərrəmli deyir ki, işçilərin az bir qisminə əmək haqqı verilir: “AzTV-də yüksək vəzifə tutanlar əmək haqı alır. Bu da az bir qismdir. Orada işləyənlərin 3/4-ü əmək haqqı almır. Veriliş çəkilir, təhvil verilir. Orada komissiya var. Verilişi qəbul etmir və işçilərə də əmək haqqı yazılmır. Bu, çox dəhşətli sistemdir və bütövlükdə əmək hüquqlarının pozulmasıdır. Yüzlərlə belə işçilər var. AzTV-də çox acınacaqlı vəziyyətdir. Halbuki AzTV-yə büdcədən ayrılan 31 milyon manatdan əlavə də gəlirlər daxil olur. Sponsorluq, reklamdan gələn gəlirlərin hesabatı ictimiyyətdən gizlədilir. AzTV-də yayımlanan reklamların pulu hara gedir? AzTV-nin rejissoru Nərgiz Cabbarlı Arif Alışanovu məhkəməyə vermişdi. Həmin məhkəmədə üzə çıxdı ki, işçilərə əmək haqqı yazılıb və bu haqda məlumatlar Sosial Müdafiə Fonduna göndərilib. İşçilərə həmin əmək haqqı verilməyib! Saxta hesabatlar yazılıb və əmək haqları verilməyib. Hesab edirəm ki, bu məsələlər çox ciddi şəkildə araşdırılmalıdır”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. İttiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək Şamaxıda və Bakıda külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Munasib Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər.
“Yeni Müsavat”







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni nazir Kənd Təsərrüfatı Nazirliyinin bir sıra müəssisələrinin fəaliyyəti ilə tanış olub
Bu gün, 18:35
“Alabala”, “paket” maaşlar… - Vəzifədən gedən məmurlar necə yadda qaldılar?
Bu gün, 18:32
"Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlar prosesinə qayıdacaq" - Zaxarova
Bu gün, 18:22
Mətbuat Şurasında Zakir Fəxrinin 70 illik yubileyi keçirilib
Bu gün, 18:18
Əri alt paltarsız efirə çıxan Könülün qaşını partladıb
Bu gün, 18:13
BDU-da Koreyanın Kinq Seconq İnstitutu Fondunun nümayəndələri ilə görüş olub
Bu gün, 18:11
“İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
Bu gün, 18:09
DİN-də geniş əməliyyat müşavirəsi keçirilib
Bu gün, 18:07
Hüseyn Abdullayevə əlavə ittihamlar irəli sürülüb - RƏSMİ
Bu gün, 18:06
Bakirə olmayan qızla evlənənləri dəstəkləyirəm - Samir Bayramlı
Bu gün, 16:51
Amaliya Pənahova kövrəldi: - “8 ildir onsuzam”
Bu gün, 16:44
Kreml Ermənistandakı vəziyyət haqda AÇIQLAMA verdi
Bu gün, 16:39
“Bəzi rayonların icra başçıları dəyişdiriləcək” - Gözlənti
Bu gün, 16:36
18 yaşlı qızın ölümünə səbəb olan plastik cərrahın işi prokurorluğa niyə qaytarıldı? — ARAŞDIRMA
Bu gün, 16:34
Suriya ordusu İŞİD mövqelərini məhv edib - VİDEO
Bu gün, 16:29
Türkiyədə prezidentliyə namizədlərin irəli sürülməsi tarixi açıqlanıb
Bu gün, 16:26
"Böyük Britaniya Azərbaycanda "Formula 1" yarışlarının keçirilməsinə böyük önəm verir" - Stiven Smit
Bu gün, 16:22
Aqil Abbasdan kəndçi qalmaqalına reaksiya: - “Hansısa bir düşük...”
Bu gün, 16:20
Deputatlığa namizədin cəzası 1 il 6 ay azaldıldı
Bu gün, 16:15
Ev dustağı olan şəxslərin kütləvi aksiyalarda iştirakına qadağa tətbiq edilib
Bu gün, 16:13
400 minlik toyu olan məmur qızı ilk əri haqqında: - "Dözə bilmədim"
Bu gün, 16:10
Almaniyada axtarılan, Türkiyədə tutulan Hüseyn Abdullayevin həbsxana yolu... - GƏLİŞMƏ
Bu gün, 16:07
Nəsimi rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş “İnsanlara nur bəxş edən alim” adlı tədbir keçirilib
Bu gün, 16:05
"Korrupsiya hesabatı"nın əsas hədəfi bəzi ölkələri qaralamaqdır - Azərbaycan deputatı
Bu gün, 16:00
Şabran icra başçısı kənd sakinlərini ayağa qaldırdı: - Əkin sahələrini şumlatdırdı
Bu gün, 15:51
Ağadadaş Ağayevin sözləri Arif Babayevi özündən çıxardı: - “Səni başa salaram”
Bu gün, 15:47
“Məni bu hesabata ona görə daxil ediblər ki, məhbuslarla görüşmüşəm?” - Stefan Şennak
Bu gün, 15:44
"Bakcell” Frankofoniya gününə həsr edilmiş konsertə dəstək olub
Bu gün, 15:41
"Bunun arxasında böyük cinayət dayanır" - Zorlandığı iddia olunan məktəblinin XALASI DANIŞDI:
Bu gün, 15:36
"Bank Standard"dan təminatsız verilmiş kreditlərə görə əlavə 55 mln. manatlıq girov qoyulacaq
Bu gün, 15:34
Röyanın keçmiş qaynatasının məhkəməsində daha bir şahid ifadə verib
Bu gün, 15:33
Türkiyənin keçmiş baş naziri deputatlığa namizəd olmayacağını açıqlayıb
Bu gün, 15:30
Bu mükafat onun üçün çox önəmlidir
Bu gün, 15:29
Muğam ifaçısından Ağadadaş Ağayevə mesaj: - “Danışma, get pulunu qazan!”
Bu gün, 15:27
Misli görünməmiş FIRILDAQ: - Qadın kişini 9-cu mərtəbə çıxardıb...
Bu gün, 15:24
Bakıda idarədən pulla dolu seyf oğurlanıb
Bu gün, 15:20
Azad Rəhimovun oğlundan UTANC - FOTOFAKT
Bu gün, 15:15
“İstədiyimi tapmamışam” – Sevda Yahyayeva
Bu gün, 15:13
"Niyə yalnız Azərbaycan? Axı bir ay əvvəl Ermənistan xalqının qovduğu Sarkisyanı alqışlayırdınız" - Səməd Seyidov
Bu gün, 15:08
Füzulidə yas mərasimləri, ehsan süfrələri
Bu gün, 15:05
Aygün Kazımovanın "Hardasan"ı 500 min baxışı keçib
Bu gün, 15:02
Qanunsuz saxlanılan silahlar aşkar edilərək götürülüb
Bu gün, 15:01
Oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Bu gün, 14:59
Uğurlarınız bol olsun
Bu gün, 14:57
Xamneyi müsəlman ölkələrinə çağırış etdi: - ABŞ-a qarşı birləşin
Bu gün, 14:54
"Artıq dövlətə dəyən ziyan da ödənilib" - Yurdunu itirmiş ana prezidentdən nə istədi?
Bu gün, 14:53
“İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycanın sürətli inkişafının davamlı olmasını təmin edəcək” - Britaniyalı nazir
Bu gün, 14:49
Diaspora işlərində mərhələlər
Bu gün, 14:47
May ayı üçün qeyri-iş günləri açıqlanıb
Bu gün, 13:06
Axtarışda olan şəxs saxlanılıb
Bu gün, 13:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru