Bakıda sahibsiz itlər kütləvi şəkildə məhv edildi .....                     Lukaşenko hökumətə yeni baş nazir və nazirlər təyin edib .....                     "Belarus heç vaxt kiminsə vassalı olmayacaq" .....                     Prezident İlham Əliyev əfqanıstanlı həmkarını .....                     Husilər yenidən Səudiyyəni hədəf aldı .....                     Nazir məhkəməyə verildi .....                     Prezident İlham Əliyev Lerikdə yol tikintisinə 11,3 milyon manat ayırıb .....                     Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb .....                     "Mühasirəyə düşən ermənilər "UAZ”ı yandırıb qaçdı" .....                     DGK sədri Bakı Baş Gömrük İdarəsində və "Qoşa Təpə" gömrük postunda olub .....                     Fermerlər alıcı tapmaqda çətinlik çəkirlər .....                     Koçaryan üçün yeni “layihə”: Keçmiş prezidenti siyasətə kim və niyə qaytarır? .....                     “Ermənistanda iqtisadi siyasət yoxdur” .....                     Kofi Annan ölüb .....                     “Moody’s” və “Standart&Poors” Türkiyənin kredit reytinqini aşağı salıb .....                     Ermənistan ordusunun baş qərargah rəisi Qarabağa gəlib .....                     “BakuBus”un marşrutunda kişinin 400 manatını oğurladılar .....                     General Rəsul Çunayevin rütbəsini artırdı .....                     Əli Əhmədov Türkiyəyə gedib .....                     Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb .....                     Şəkidə küçədən kişi meyiti tapılıb .....                     Azərbaycanda elektron xidmət növlərinin siyahısı genişləndirilib .....                     Məhkəmə Hüseyn Abdullayevin anasının ev dustaqlığını daha iki ay uzadıb .....                     Tramp xüsusi muzdlu ordu yaradır .....                     Putin avstriyalı nazirin toyundan sonra Merkellə görüşəcək .....                     Alimlər kişi və qadınların hansı yaşda qarşı tərəf üçün daha cazibədar olduğunu araşdırıblar .....                     Sabah yağış yağacaq, şimşək çaxacaq .....                     11 illik hakimiyyətin SONU ÇATIR .....                     Azərbaycan vətəndaşı olan qadın Ukraynada avtomobil qəzasında ölüb .....                     “Özünü də, məni də bədbəxt etdi” .....                     Sosial şəbəkələr, informasiya terroru və həqiqətin dəyəri .....                     "Bu cür edirlər ki, turistlər də daha gəlmək istəmir" .....                     ABŞ-dan Trampla Putinin əlaqəsinə dair etiraf .....                     Merkelin Azərbaycan səfərinin arxasında nələr durur? .....                     11 mənzildən oğurluq edən şəxs videokamera görüntüsü ilə saxlanıldı .....                     Qardaşlar uzun illərdən sonra bir-birini Həcc ziyarətində tapdı .....                     Azərbaycan nefti bahalaşmaqda davam edir .....                     Mərkəzi Neftçilər Xəstəxanasında ÖZBAŞINALIQ .....                     Salyanda zəlzələ olub .....                     Azərbaycanda 13 azyaşlı qızı fahişəliyə cəlb etdilər .....                 

Azərbaycanı Kərbala müsibətinə dartmaq cəhdləri - SENSASİON FAKTLAR
Tarix: 1-12-2017, 10:14 | Çap et
Azərbaycanı Kərbala müsibətinə dartmaq cəhdləri
Bu il Bakıda keçirilən aşura mərasimlərinə bütün məhdudiyyətlərə, o cümədən qanunvericiliklə müəyyən olunmuş məhdudlaşdırmalara baxmayaraq yüz minlərlə adamın qatılması Azərbaycanda dini radikalizmin yayılması təhlükəsindən narahatlıq keçirənlərdə sual yaratdı: nə baş verir, Azərbaycanda dini fanatizm meyllərinin ildən ilə güclənməsi bəzilərinin iddia etdiyi kimi sosial narazılıqların din müstəvisində özün büruzə verməsidir, yoxsa islam inqilabının ixracını özünün dövlət siyasətinin prioriteti elan etmiş İranın ideoloji və kəşfiyyat fəaliyyətinin nəticəsidir?

Belə görünür ki, Azərbaycanda dini fanatizm meyllərinin güclənməsinin səbəbləri üzərində baş sındırarkən yenə də bir nömrəli amil olaraq məhz İran nəzərdən keçirilməlidir. virtualaz.org qeyd edir ki, bunu artıq arxada qalmış Məhərrəmlik ayında “Ərbəyin” mərasimləri üçün İran üzərindən İraqın Kərbəla və Nəcəf şəhərlərinə gedən minlərlə azərbaycanlı zəvvarlar arasında Tehran ayətullahlarının və SEPAH xəfiyyələrinin hansı ideoloji iş apardığına dair əldə edilən informasiyalar da təsdiq edir.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, Bakıda kütləvi Aşura mərasimlərinə qatılanların sayı ildən ilə artdığı kimi Kərbəla ziyarətinə gedənlərin də sayı sürətlə artır. Müşahidələr və Kərbəla ziyarətlərini təşkil edən turizm şirkətlərinin statistikası göstərir ki, bu il ərzində Azərbaycandan Kərbəla ziyarətinə təxminən 30 min nəfər gedib. Bu, ötən illə müqayisədə 33 faiz (!) çoxdur.

İlk baxışdan belə sual yarana bilər ki, axı Kərbəla İraq şəhəridir və nədən Azərbaycandan bu şəhərə ziyarətə gedənlərin artmasında İranın rolu barədə danışılır?

Lakin Kərbəlaya səfərlərin təşkilindən tutmuş zəvvarların təhlükəsiz hərəkətinə, yerləşmələrinə və ziyarətlərini həyata keçirmələrinə qədər bütün işlərə məhz İrana bağlı strukturlar və şəxslər nəzarət edir. Bunu Kərbəla ziyarətindən dönən zəvvarlarla aparılmış söhbətlər də təsdiqləyir.

Ümumiyyətlə, Azərbaycandan Kərbəlaya ziyarətlərin təşkili Həcc ziyarətindən fərqli olaraq nəzarətdən kənardır. Bu işlə həm çoxsaylı turizm şirkətləri , həm fərdi şəxslər məşğul olur. İnternetdə kiçik araşdırma aparmaq kifayətdir ki, Kərbəla ziyarəti üçün xidmətlərini təklif edən çoxsaylı bələdçilərin elanlarına rast gələsən.

Araşdırmalar isə göstərir ki, Azərbaycandan zəvvarların şiələr üçün müqəddəs məkanlarına-İranın Məşhəd, Qum, İraqın Kərbəla, Nəcəf və sair şəhərlərində yerləşən ziyarətgahlara aparılmasını 40-a yaxın Azərbaycan turizm şirkəti və 250-dən çox qrup rəhbəri həyata keçirir. Bu sahədə fəaliyyət göstərən əsas turizm şirkətləri “Ziyarət Tur”, “Uğur Travel”, “Türbət” MMC, “Məsum Tur”, “Sindibad Tur”, “Nur Ziyarət Tur”, “Merac Tur”, “Qaim Tur” və s. hesab olunur.

Yaxın Şərqi qan gölünə çevirmiş sünnü-şiə düşmənçiliyi, İraqda hər gün baş verən qanlı terror aktları (hansı ki, bu terror hücumlarının hədəfi bir qayda olaraq şiələr olur) şəraitində bu ziyarətlərin nə dərəcədə təhlükəli olduğu ayrı məsələdir. Çünki həmin turizm şirkətləri və bələdçilər ziyarətçilərin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görmək imkanları məhduddur. Belə bir vaxtda Kərbəlada keçirilən aşura mərasimlərinin təhlükəsizliyi ilə İranın İnqilab Keşikçiləri Korpusu və ona bağlı “Haşdi Sabi” silahlı qruplaşmasının döyüşçüləri məşğul olur.

Xəbərlərə görə bu il noyabrın ilk ongünlüyündə Kərbəlada keçirilən “Ərbəyin” mərasimi də zəvvarların çoxluğu ilə yadda qalıb. İraq KİV-lərinin xəbərlərinə görə 30 milyona yaxın adam ziyarətə qatılıb və onların da əksəriyyəti digər ölkələrdən gələnlər olub. Və Azərbaycandan “Ərbəyin” mərasimlərinə gedənlərin də sayı ötən ilkinə nisbətən xeyli çox olub.

Əlbətdə, əhalisinin əksəriyyəti şiə müsəlmanlar olan ölkədən bu ziyarətə gedənlərin artması təəcüblü görünməyə bilərdi. Azərbaycanda din azadlıqları hökm sürür, əhalinin öz dini dəyərlərini qoruması və ona sahib çıxması yaxşıdır, əlbətdə, “kənar müdaxilələr”, bu inanclardan maraqlı qüvvələrin sui-istifadə cəhdələri olmasaydı...

Ancaq hər il olduğu kimi, bu il də azərbaycanlıların Kərbəla ziyarəti həmin “kənar müdaxilələrin”, Azərbaycana radikal dini ideologiyaların ekspansiyası səylərini dayandırmayan qüvvələrin nəzarəti altında keçib.

Ziyarətdən yenicə dönən zəvvarlarımızın sözlərinə görə, Azərbaycandan gedənlərin bu dəfə çox olduğunu görən bəzi “din adamları” fürsətdən istifadə edərək ziyarətə gələnlər arasında əməlli-başlı anti-Azərbaycan təbliğatı aparmağa çalışıblar.

Bu təbliğat zamanı xüsusən hüquq-mühafizə orqanlarının iki il əvvəl Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat müzakirəyə çıxarılıb. Qəsəbədə radikal dini elementlərə qarşı görülmüş tədbirlər “şiələrin sıxışdırılması, təqib olunması” kimi qələmə verilib. Zəvvarların dediyinə görə, bu təbliğatda Rusiyada yaşayan, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Fəxri İlyasov, İranda təhsil alan Azər Cəbiyev, Famil Cəfərov adlı şəxslərin birləşdiyi qrup daha fəal olub.

Bundan başqa, hətta Nəcəf və Kərbəlada bir neçə yerdə divarlara Taleh Bağırzadənin, Mövsüm Səmədovun, eləcə də Nardaran əməliyyatı zamanı tutulanların şəkilləri yapışdırılaraq, onları “Azərbaycandakı islam mücahidləri”, “Azərbaycan şiələrinin liderləri” kimi təqdim ediblər. Müsəlman Birliyi Hərəkatının üzvləri isə Nardaran əməliyyatı zamanı ölənlərin övladlarını da özləriylə götürərək, onları səfər boyu zəvvarlara “şəhid övladları” kimi tanıtdırıb, hakimiyyəti sərt tənqid ediblər…

Səfərlərini İranın bir neçə şəhəri üzərindən salanlarla isə Ərdəbil və Qumun Azərbaycan əleyhinə danışmaqda ixtisaslaşmış mollalarıyla, o cümlədən adı Azərbaycan ictimaiyyətinə yaxşı tanış olan Ədəbilin imam-cüməsi Seyid Həsən Amuli ilə görüşlər təşkil edilib, həmin görüşlərdə Azərbaycan hakimiyyəti əleyhinə sərt ifadələr işlədilib, xüsusən də hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat pislənib. Bu təbliğatın məqsədi açıq-aşkar Azərbaycanda hakimiyyət-vətəndaş qarşıdurması yaratmağa hesablanmışdı. Çıxışçılar bir ağızdan deyiblər ki, Azərbaycan dövləti öz vətəndaşlarının qayğısına qalmır, onları həbsə atır.

İran ayətullahları görünür Azərbaycandan Kərbəla ziyarətinə gedənlərin hər il artmasından ruhlanaraq hakimiyyətə qarşı təbliğatın dozasını da artırıblar, azərbaycanlıların dini duyğularından siyasi maraqlar üçün istifadə cəhdlərini artırıblar və özlərini “məzlum , əzilən Azərbaycan şiələrinin” əsas himayəçisi kimi təqdim ediblər.

Yaxın Şərqdə Suriyanı, Yəməni, İraqı xarabalığa çevirən də məhz bu ideologiya deyilmi? Son bir neçə ildə milyonlarla günahsız insan məhz bir tərəfdən özünü vəhabiliyin beşiyi, sünniliyin mərkəzi elan etmiş Səudiyyə Ərəbistanı, digər tərəfdən şiəliyi və islam inqilabının yayılmasını rəsmi dövlət ideologiyasına çevirmiş İran tərəfdən qızışdırılan bu düşmənçiliyin qurbanı olmayıbmı?

Azərbaycan bu təlatümləri nəzərə alaraq öz vətəndaşlarının din azadlıqlarını qorumaqla bərabər tolerantlıq, multikulturalizm prinsiplərini də təbliğ edir, ölkəni təriqət düşmənçiliyinə yuvarlayıb Yaxın Şərqdə hər gün təkrarlanan Kərbəla müsibətlərinə dartmaq cəhdlərinin qarşısını almağa çalışır. Lakin dindən siyasi alət kimi istifadə edənlər də boş dayanmır və göründüyü kimi onların apardığı təbliğat getdicə aqressiv xarakter alır.

virtualaz.org





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda sahibsiz itlər kütləvi şəkildə məhv edildi – Tükürpədici VİDEO
Dünən, 17:43
Lukaşenko hökumətə yeni baş nazir və nazirlər təyin edib
Dünən, 17:34
"Belarus heç vaxt kiminsə vassalı olmayacaq" - Lukaşenko
Dünən, 17:28
Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib
Dünən, 17:23
Husilər yenidən Səudiyyəni hədəf aldı
Dünən, 17:15
Nazir məhkəməyə verildi - "Bəli, mən hazırda işsizəm"
Dünən, 17:12
Prezident İlham Əliyev Lerikdə yol tikintisinə 11,3 milyon manat ayırıb - SƏRƏNCAM
Dünən, 17:09
"Təranəni 3 ilədək həbs gözləyir" - Sonuncu məhkəmə olacaq
Dünən, 17:08
Emmaya qarşı saxtakarlıq: - "Ciddi böhtandır, görəcəklər..."
Dünən, 17:06
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb
Dünən, 17:04
"Mühasirəyə düşən ermənilər "UAZ”ı yandırıb qaçdı" - General baş verənlərdən danışdı
Dünən, 17:01
DGK sədri Bakı Baş Gömrük İdarəsində və "Qoşa Təpə" gömrük postunda olub - FOTOLAR
Dünən, 16:58
Sənətkara bu qədər hörmətsizlik olmaz
Dünən, 14:12
Fermerlər alıcı tapmaqda çətinlik çəkirlər
Dünən, 14:08
Koçaryan üçün yeni “layihə”: Keçmiş prezidenti siyasətə kim və niyə qaytarır? - TƏHLİL
Dünən, 14:06
“Ermənistanda iqtisadi siyasət yoxdur” - Vardan Bostanjyan
Dünən, 14:03
"Mənim tək rəqibim atamdır"
Dünən, 14:00
Kofi Annan ölüb
Dünən, 13:57
“Moody’s” və “Standart&Poors” Türkiyənin kredit reytinqini aşağı salıb
Dünən, 13:45
Ermənistan ordusunun baş qərargah rəisi Qarabağa gəlib
Dünən, 13:39
“BakuBus”un marşrutunda kişinin 400 manatını oğurladılar
Dünən, 13:36
General Rəsul Çunayevin rütbəsini artırdı - FOTO
Dünən, 13:29
Əli Əhmədov Türkiyəyə gedib
Dünən, 13:24
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb
Dünən, 13:23
Şəkidə küçədən kişi meyiti tapılıb
Dünən, 13:22
Azərbaycanda elektron xidmət növlərinin siyahısı genişləndirilib
Dünən, 13:21
Məhkəmə Hüseyn Abdullayevin anasının ev dustaqlığını daha iki ay uzadıb
Dünən, 13:16
Tramp xüsusi muzdlu ordu yaradır
Dünən, 12:51
Putin avstriyalı nazirin toyundan sonra Merkellə görüşəcək
Dünən, 12:49
Alimlər kişi və qadınların hansı yaşda qarşı tərəf üçün daha cazibədar olduğunu araşdırıblar
Dünən, 12:47
Oğlanla öpüşdüyü yerdə fotosu yayıldığı iddia edilən Pərvindən: - "Tüpürüm sifətinizə"
Dünən, 12:45
Sabah yağış yağacaq, şimşək çaxacaq
Dünən, 12:39
11 illik hakimiyyətin SONU ÇATIR - Belə deyirlər...
Dünən, 12:37
Azərbaycan vətəndaşı olan qadın Ukraynada avtomobil qəzasında ölüb
Dünən, 12:25
“Özünü də, məni də bədbəxt etdi” – Keçmiş məhkumların türmə söhbəti ölümlə nəticələndi
Dünən, 12:23
Sosial şəbəkələr, informasiya terroru və həqiqətin dəyəri - II HİSSƏ
Dünən, 12:19
"Bu cür edirlər ki, turistlər də daha gəlmək istəmir" - Dağı özəlləşdirib ərəbdən pul istədi
Dünən, 12:17
ABŞ-dan Trampla Putinin əlaqəsinə dair etiraf
Dünən, 12:11
Merkelin Azərbaycan səfərinin arxasında nələr durur? - TƏHLİL
Dünən, 12:09
11 mənzildən oğurluq edən şəxs videokamera görüntüsü ilə saxlanıldı — TƏFƏRRÜAT
Dünən, 12:08
Qardaşlar uzun illərdən sonra bir-birini Həcc ziyarətində tapdı - VİDEO
Dünən, 12:07
Azərbaycan nefti bahalaşmaqda davam edir
Dünən, 12:05
Mərkəzi Neftçilər Xəstəxanasında ÖZBAŞINALIQ - İDDİA
Dünən, 11:47
Salyanda zəlzələ olub
Dünən, 11:38
Azərbaycanda 13 azyaşlı qızı fahişəliyə cəlb etdilər - DƏHŞƏTLİ CİNAYƏT
Dünən, 11:35
Paşinyan komediya aktyorunu mer görmək istəyir
Dünən, 11:33
Elza Paşinyana şeir yazacaq
Dünən, 11:30
Gəncədə ata və qızını öldürən şəxs tutuldu
Dünən, 11:26
Əməkdar artistin klipinə çəkilən model: - "Röya Ayxanı qucaqlayanda..."
Dünən, 11:25
Azərbaycanlı xanım ifaçı 3-cü dəfə qəzaya düşdü - FOTO
Dünən, 11:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru