"Çelsi" "Qarabağ"la oyun ərəfəsində hücumçu problemi ilə üzləşib .....                     Bakıda yeni televiziya qülləsinin istifadəyə veriləcəyi TARİX açıqlandı .....                     Prezident “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında .....                     Azərbaycan Prezidenti latviyalı həmkarını .....                     Kanada şirkəti Azərbaycanın quru yatağından hasilatın həcmini açıqlayıb .....                     “Nurgun Motors” prezidentinin “avtoş” oğlu həbsdən çıxır .....                     Azərbaycanda növbəti yeraltı təkan baş verib .....                     Oğurlanmış qoyunlar sahibinə qaytarıldı .....                     Dolların noyabrın 20-nə olan məzənnəsi .....                     NATO baş katibi Türkiyədən üzr istəyib .....                     Səməd Seyidov Ərdoğanın Qarabağ və Putinlə bağlı bəyanatı haqda .....                     Motosikletçilər yaponiyalını soydular .....                     Moskva məhkəməsində 6 məhbus damarını doğrayıb .....                     Fəal vikipediyaçıdan “Milli Dirçəliş Günü”nə töhfə .....                     Damla “Gülsah Lange ile Mutfak Sohbetleri”ndə .....                     Məktəbli qıza qarşı qeyri-etik hərəkətlər edən şəxs saxlanılıb .....                     Ərinin ölümündə təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb .....                     2018-ci il kimlərə xoşbəxtlik gətirəcək? .....                     Seysmoloji Xidmət Mərkəzindən İTTİHAMLARA cavab: .....                     BDU-da Milli Dirçəliş Gününü qeyd ediblər .....                     Sumqayıtda törədilən dəhşətli qətlin üstü açılıb .....                     Qanun sərtləşməlidir, bu qara niyyətlilər… .....                     Yığıncaqda “Lotu Quli”yə səs veriləcək .....                     “Bakcell” 3 gəncin layihəsini maliyyələşdirdi .....                     “MHP ilə seçkiqabağı ittifaqın yaradılması barədə düşünə bilərik” .....                     Arif Alışanovun həbs etdirdiyi sahibkarın qızı 1-ci vitse-prezidentə müraciət etdi .....                     “Özbəkneftqaz”la birgə layihələrin həyata keçirilməsi üçün böyük perspektivlər var .....                     “Kontakt Home”un daha bir dələduz əməli ifşa olundu .....                     NATO təlimində Ərdoğan və Atatürkün fotoları hədəf kimi seçilib .....                     Şirvanda yol polisi reyd keçirdi .....                     Polislər tatamidə güclərini sınadılar .....                     Xarici sularda üzən gəmilərimizin fəaliyyət coğrafiyası genişlənir .....                     Zimbabvedə prezidentin impiçmentinə hazırlıq görülür .....                     “ABŞ İŞİD-ə çoxlu dollar verib” .....                     "Payız-qış mövsümündə işıq problemi olmayacaq" .....                     Azərbaycanda "Rəşadət” ordeni təsis edilib .....                     "Lider TV" maddi sıxıntı ucbatından regional bölmələrini bağlayıb .....                     Yeni nəsil şəxsiyyət vəsiqələri yanvarın 1-dən veriləcək .....                     Ermənilər Ağdamda dinc sakinləri atəşə tutub .....                     Milli Məclis “Prokurorluq haqqında” qanuna dəyişiklik edib .....                 

Xaçmazda problem var... - GİLEY
Tarix: 8-11-2017, 10:33 | Çap et
Xaçmazda problem var...
Hələ Sovetlər Birliyi dövründə Xaçmaz şəhərində Gəncəli kəndindən gələn ana işıq xəttində problemlər olub. Dövr keçib, Azərbaycan müstəqil dövlət də olub, Xaçmaz şəhər sakinlərinin sayı da artıb, küçələri də çoxalıb. Eşitdiyimizə görə hələ, bu ana xəttdən başqa kəndlər də istifadə edir. Problemsə düzəlmir ki, düzəlmir.
Yaxşı yadımızdadır, “Azərişıq” ASC təsis edilməmişdən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev keçirdiyi müşavirələrin birində “Azərenerji” rəhbərliyinə ciddi iradlar tutdu. Dövlət başçısı bildirdi ki, bəzi rayonlarda biraz külək əsən kimi işıqlar kəsilir. Vəziyyət həqiqətən də belə idi. Bundan sonra “Azərişıq” ASC yarandı. Hamı ümid edirdi ki, vəziyyət kökündən dəyişəcək. Ədalət naminə deyək ki, Xaçmaz rayonunun və şəhərin müəyyən yerlərində yeni transformatorlar quraşdırılıb, elektrik dirəkləri basdırılıb. Bəzi problemlər qismən həll olunub. Amma Xaçmaz şəhərində harada nə dəyişirsə-dəyişsin, Sülh, İsrafil Məmmədov adına, Xudu Məmmədov adına, M. F. Axundzadə adına, Cəfər Əzizov adına və digər küçələrdə heç nə dəyişmir. Yay və yaxud qış olsun, fərqi yoxdur, hər gün işıqlar beş-altı dəfə sönür-yanır. Bu yay dəfələrlə Xaçmaz rayon elektrik şəbəkəsinə müraciət etmişik. Cavab veriblər ki, işıqların sönməsi təmir-bərpa işləri ilə əlaqədardır. Yaxşı, yayı dözdük. İndi qışın astanasındayıq. Yenə də eyni vəziyyətdir. Bəzən bütün gecəni işıq olmur. Adamı təəccüb bürüyür: Xaçmaz rayon elektrik şəbəkəsinin işçiləri geclərdəmi təmir-bərpa işləri ilə məşğul olurlar? Jurnalistlər olaraq bir məsələ də bizə maraqlıdır. Bu yenidənqurma işləri nə vaxt başa çatacaq və bunun üçün nə qədər vəsait ayrılıb?
Bu yaxınlarda “Azərişıq” bir açıqlama yaydı. Orada deyilirdi ki, elektrik enerjisi haqqını ödəməyənlərin işıqları dərhal kəsiləcək. Yaxşı, bunu başa düşdük. İşıq yandırmısansa pulunu da ödəməlisən. Bəs “Azərişığ”ın ucbatından xarab olan elektrik cihazlarının haqqını kim ödəyəcək? Külək əsməyəndə də kəsilən işıqlara görə cavabdehlik daşıyan tapılacaqmı? Axı insanların əsəbləri ilə nə qədər oynamaq olar? Bəlkə “Azərişıq” ASC-nin Xaçmaz rayon elektrik şəbəkəsinin rəhbərliyi istəyir ki, insanlar küçələrə çıxsınlar? İşıqlara da prezident cavab verməlidir? Xaçmazda tez-tez dəyişən rəislər söz verirlər ki, problemləri yoluna qoyacaqlar. Bəs nə vaxt? Məgər elektrik şəbəkəsi idarəsinin işi-peşəsi yalnız qapı-qapı gəzib pul yığmaqdan ibarətdir? Və yaxud yetim-yesirin işıqlarını kəsməkdən? Bilmirəm, aldığımız informasiya nə dərəcədə doğrudur, ya deyil, deyilənə görə, Nabrandakı bəzi villaların sahibləri enerji pulunu ödəmirlər. Elə imkanlılar da var ki, pulları olsa da işıq pulunu vermirlər. Belələrinə gözün-üstə qaşın var deyən yoxdur. Amma qeyd etdiyim kimi, enerji pulu kasıb-kusubun boğazından çıxarılır. Vətəndaşları vaxtlı-vaxtında elektrik enerjisi ilə təmin etmək, onların qarşısında bir məsuliyyət hiss etmək heç kəsi düşündürmür.
Xaçmaz rayon elektrik şəbəkəsi ilə bağlı başqa informasiyalarımız da var. Obyektiv səbəblərə görə, hələlik onları dərc etmirik. Bircə onu deyə bilərik ki, adıçəkilən qurumda dövlət vəsaitlərinin xərclənməsi ilə əlaqədar ciddi yoxlama aparılmalıdır.
Yazdıqlarımıza bir aydınlıq gətirmək üçün Xaçmaz rayon elektrik şəbəkəsinin baş mühəndisi Famil Əliyevlə telefon əlaqəsi saxladıq. İdarənin rəsmisi yuxarıda adıçəkilən küçələrdə işıqların tez-tez yanıb-sönməsi ilə əlaqədar dedi: “Bir-iki yerdə iş görülür. Tutaq ki, 9 nömrəli məktəb tərəfdə RİH-in xətti ilə ağaclar kəsiblər. Bir dəfə ona görə söndürüblər. Bizim uşaqlar kabelləşmə işləri görürlər, ona görə yandırıb-söndürürlər. Mən şəbəkənin baş mühəndisiyəm, ən düz sözü də hər halda mən deyərəm. Konkret olaraq təmirlə bağlıdır, qəza ilə yox”(Söhbət işıqların sönməsindən gedir-red). Baş mühəndis Gəncəli xətti ilə bağlı problemə belə aydınlıq gətirdi. “Transformatorlar təzələnir, axıra qədər dəyişməsə qüsurlar və qəzalar hələ də olacaq.Sırağagün yağış yağmışdı, qəza ilə bağlı idi. Dünən, bu gün təmir. Düz deyirsiniz, “Gəncəli xətti” vaxtilə qısa xətt olub. Sonra Niyazabad yolu, Qobuqırağına da birləşib. Əhalinin sayı artdıqca qeyri-standart çəkib aparırlar. Biz də istəyirik ki, normal şəbəkə qurulsun. İnşallah, bu mütləq olacaq”.
Cənab F. Əliyevin dediklərini demək olar ki, olduğu kimi verdik. Baş mühəndis “Gəncəli xətti” ilə bağlı problemlərin mövcudluğunu təsdiqlədi. Lakin yenidən qurma işlərinə və əhalinin narazılığına nə vaxt son qoyulacağından konkret heç nə demədi. Onu da qeyd edək ki, əvvəlki illərdə də bu məsələnin həll ediləcəyinə söz veriblər. Biz cənab Əliyevin səmimiyyətinə inanmaq istərdik. Lakin qış yaxınlaşdıqca sözügedən ərazilərdə problemlər də çoxalır. Xaçmaz rayon elektrik şəbəkəsinin rəisi Ramil Məmmədovsa tələsənə oxşamır. Amma idarə rəhbərləri bilməlidirlər ki, sakinlər vəziyyətin eyni qalacağı təqdirdə bu qışı əvvəlki illərdə olduğu kimi sakit qarşılamayacaqlar. Bizə edilən zənglər buna sübutdur. Onda haqlı kütləvi narazılığın bütün məsuliyyəti Xaçmaz rayon elektrik şəbəkəsi rəhbərliyinin üzərinə düşəcək.
“Şimal xəbərləri”







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Çelsi" "Qarabağ"la oyun ərəfəsində hücumçu problemi ilə üzləşib
Bu gün, 18:15
Bakıda yeni televiziya qülləsinin istifadəyə veriləcəyi TARİX açıqlandı
Bu gün, 18:09
Prezident “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında sərəncam imzalayıb
Bu gün, 18:08
Sədaqət Arifqızı Mətbuat Şurasına müraciət etdi: - “Sifarişli, qərəzli yazılara son qoyulsun!”
Bu gün, 18:05
Azərbaycan Prezidenti latviyalı həmkarını təbrik edib
Bu gün, 17:56
Kanada şirkəti Azərbaycanın quru yatağından hasilatın həcmini açıqlayıb
Bu gün, 17:55
“Nurgun Motors” prezidentinin “avtoş” oğlu həbsdən çıxır - İTTİHAM
Bu gün, 17:46
Azərbaycanda növbəti yeraltı təkan baş verib
Bu gün, 17:43
Oğurlanmış qoyunlar sahibinə qaytarıldı - Biləsuvarda
Bu gün, 17:35
Nicat Rəhimov belə "İsyan" etdi - VİDEO
Bu gün, 17:33
Dolların noyabrın 20-nə olan məzənnəsi
Bu gün, 17:22
NATO baş katibi Türkiyədən üzr istəyib
Bu gün, 17:21
Səməd Seyidov Ərdoğanın Qarabağ və Putinlə bağlı bəyanatı haqda DANIŞDI
Bu gün, 17:09
Motosikletçilər yaponiyalını soydular - Bakıda
Bu gün, 17:05
Moskva məhkəməsində 6 məhbus damarını doğrayıb
Bu gün, 17:02
Fəal vikipediyaçıdan “Milli Dirçəliş Günü”nə töhfə
Bu gün, 17:01
Damla “Gülsah Lange ile Mutfak Sohbetleri”ndə
Bu gün, 16:59
Məktəbli qıza qarşı qeyri-etik hərəkətlər edən şəxs saxlanılıb
Bu gün, 16:55
Ərinin ölümündə təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb
Bu gün, 16:50
2018-ci il kimlərə xoşbəxtlik gətirəcək? - Şərq təqvimi üzrə PROQNOZ
Bu gün, 16:48
Seysmoloji Xidmət Mərkəzindən İTTİHAMLARA cavab: - “Bilməmək ayıb deyil”
Bu gün, 16:47
BDU-da Milli Dirçəliş Gününü qeyd ediblər
Bu gün, 16:45
Sumqayıtda törədilən dəhşətli qətlin üstü açılıb
Bu gün, 16:43
Qanun sərtləşməlidir, bu qara niyyətlilər… - Aynur Camalqızı
Bu gün, 16:41
Yığıncaqda “Lotu Quli”yə səs veriləcək - Moskvanın yeni “KRAL”I KİM OLACAQ?
Bu gün, 16:39
“Bakcell” 3 gəncin layihəsini maliyyələşdirdi
Bu gün, 16:37
“MHP ilə seçkiqabağı ittifaqın yaradılması barədə düşünə bilərik”
Bu gün, 16:27
Arif Alışanovun həbs etdirdiyi sahibkarın qızı 1-ci vitse-prezidentə müraciət etdi - GİLEY
Bu gün, 16:21
AMEA-nın 60 yaşlı direktoru ukraynalı modelin açıq-saçıq fotosunu paylaşdı
Bu gün, 16:18
“Özbəkneftqaz”la birgə layihələrin həyata keçirilməsi üçün böyük perspektivlər var - Rövnəq Abdullayev
Bu gün, 16:15
“Kontakt Home”un daha bir dələduz əməli ifşa olundu - FOTO
Bu gün, 16:13
NATO təlimində Ərdoğan və Atatürkün fotoları hədəf kimi seçilib - ŞƏRƏFSİZLİK!
Bu gün, 16:11
Şirvanda yol polisi reyd keçirdi - FOTOLAR
Bu gün, 16:10
Polislər tatamidə güclərini sınadılar - FOTO
Bu gün, 16:07
Xarici sularda üzən gəmilərimizin fəaliyyət coğrafiyası genişlənir
Bu gün, 15:11
Mahnı qoşub, şeir yazıb, qəpik-quruş alanlar - ARAŞDIRMA
Bu gün, 14:33
Zimbabvedə prezidentin impiçmentinə hazırlıq görülür
Bu gün, 14:12
“ABŞ İŞİD-ə çoxlu dollar verib” - Rəcəb Tayyib Ərdoğan
Bu gün, 14:06
"Payız-qış mövsümündə işıq problemi olmayacaq" - "Azərişıq" vəd verir
Bu gün, 14:05
Azərbaycanda "Rəşadət” ordeni təsis edilib
Bu gün, 13:58
"Lider TV" maddi sıxıntı ucbatından regional bölmələrini bağlayıb - İDDİA, CAVAB
Bu gün, 13:57
Yeni nəsil şəxsiyyət vəsiqələri yanvarın 1-dən veriləcək
Bu gün, 13:55
Ermənilər Ağdamda dinc sakinləri atəşə tutub - VİDEO
Bu gün, 13:53
Milli Məclis “Prokurorluq haqqında” qanuna dəyişiklik edib
Bu gün, 13:43
Milli Məclisdə vətənpərvərlik verilişləri üçün televiziyalara maliyyə ayrılması təklif edilib
Bu gün, 13:42
“Zeynəb xanım kişi adamdır” - Rasim Balayev
Bu gün, 13:41
Müştəri “Mc Donald’s”dan şikayətçidir, restoran isə... - FOTOLAR
Bu gün, 13:37
“Afrində ABŞ-ın oyununa aldanmaq istəmirik” – Ərdoğan Afrin əməliyyatının başlaması siqnalını verdi
Bu gün, 13:32
Almaniyada partlayış törətmək istəyən “azərbaycanlı” erməni imiş - GƏLİŞMƏ
Bu gün, 13:27
Milli Məclis prokurorluq orqanlarına əlavə səlahiyyət verilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib
Bu gün, 13:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru