1-ci günə qədər dollar bu qiymətə olacaq... .....                     Donald Tramp Əfqanıstan ilə bağlı yeni qərarlar qəbul olunduğunu bildirib .....                     Jirinovski Moskva bazarında corab satdı .....                     İqtidar-müxalifət görüşü olmayacaq .....                     Ukraynada 200 milyon avro oğurluğa görə axtarışda olan Fransa vətəndaşı saxlanılıb .....                     Azərbaycanda çayların mövcud vəziyyəti açıqlanıb .....                     Tbilisi "Dinamo"su Qəbələyə gəlib .....                     Küçə itlərinin yaratdığı qorxu .....                     İsveç 106 yaşlı miqrantı ölkədən çıxarır .....                     Lerikdə avtomobil dərəyə aşıb, .....                     Musa Yaqub nəvəsinə elə bir yerdə toy edir ki... .....                     Şəkidə toydan çıxıb evə gedən kişi kanalizasiya quyusuna düşdü .....                     Amerikalı analitik Azərbaycana qarşı dezinformasiya hücumuna görə Kremldən şübhələnir .....                     Prezident Göygöldə .....                     Rusiya paytaxtının dəyişdirilməsi təklif olunur .....                     Azərbaycan kimya məhsullarının ixracından gəlirini 30% artırıb .....                     Daha bir dərslik RÜSVAYÇILIĞI: İşğalda olan torpaqlar İRONİYA HƏDƏFİNDƏ .....                     Salyanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 11,8 milyon manat ayrılıb .....                     Keçmiş icra başçısının klinikasına ittiham .....                     Əslən qazax olan haker ABŞ-a təslim olur .....                     Azərbaycan türkcəsi “Google” səsli axtarış sisteminə daxil edilib .....                     Erməni ordusunda BÖHRAN .....                     Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır .....                     Bakıda kobud qayda pozuntusuna yol verən .....                     Azərbaycan nefti 1% bahalaşıb .....                     Sabir Rüstəmxanlıdan türkiyəli professora DƏSTƏK: .....                     "Qaçqınkom" bu ailələrlə maraqlanmırmı? .....                     “Əli Kərimli övladlarının təhsilinə 2 milyon manat ödəyib” .....                     Rövşən Bağırov milyonları necə mənimsəyir... .....                     “Kopenhagen”dən Azərbaycana qadağa .....                     Yevlax Gömrüyünün işçiləri QOÇULUQ EDİR .....                     Əli Həsənovun istefası tələb olunur .....                     Sumqayıtda meyvə satan qadın döyülüb .....                     Atasına heykəl qoyan deputatdan şok açıqlama .....                     Uşaq paralimpiyaçılarımız boccia üzrə beynəlxalq yarışda .....                     Rusiya raketlərini Avropaya tuşlayıb .....                     Seyran İsmayılxanov beynəlxalq festivalda çıxış edib .....                     Mahir parodiyaçı Samiraldoya nələr dedi: .....                     Göyçay İcra Hakimiyyəti mərkəzi bazarı bağladı: .....                     Siyavuş Novruzovdan Şeyxin qudasına irad .....                 

Yollardakı reklamlar: pullar kimin cibinə gedir... - “İcra hakimiyyətləri korrupsiyanın başında oturub”
Tarix: 10-06-2017, 10:09 | Çap et
Yollardakı reklamlar: pullar kimin cibinə gedir...
Yəqin ki, piyada və ya sürücü olan hər kəs yol kənarında yerləşən reklam lövhələrini görür. Hər halda reklam işi ilə məşğul olmayan sıradan bir insan üçün də maraqlıdır ki, həmin lövhələrə reklam yerləşdirmək üçün hara müraciət etmək lazımdır. Yaxud reklamlar hansı müddətdə və hansı məbləğ qarşılığında qoyulur.

“İcra hakimiyyətləri korrupsiyanın başında oturub”

Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev Modern.az saytına bu haqda ətraflı məlumat verib. O bildirib ki, açıq məkanda reklam yerləşdirmək üçün müvafiq icra orqanlarına müraciət etməli və bunun qarşılığında texniki şərtlər pasportu almaq lazımdır:

“Bütün respublika üçün icra hakimiyyəti orqanları fəaliyyət göstərir. Lakin biz Bakı Şəhər İcra Hakimiyyətindən başqa orqan olmadığını qəbullanmışıq. Bu, belə deyil.

İcra hakimiyyətinin səlahiyyəti açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportunu verməyə çatır. Reklam haqqında qanunda qeyd edilib ki, yol kənarında, yolların kəsişdiyi yerdə reklam qoymaq olmaz. Çünki bu, sürücü və piyada arasında narahatlıq doğurur.

Buna yollara nəzarət edən dövlət yol polis idarəsi baxmalıdır. Eyni zamanda icra orqanları reklam yerləşdirmək istəyənlərə mütləq texniki şərtlər pasportu verməlidir. Amma icra orqanları belə etmir. Köhnə qayda ilə fəaliyyət göstərirlər və təzə qaydadan xəbərləri yoxdur. Sadəcə pul yığmaqla məşğuldurlar. Hətta fikrimcə, onlar korrupsiyanın başında oturub. Heç bir sənəd vermədən pul alırlar.

Reklamdan nə qədər pul yığılması barədə statistikada heç bir məlumat yoxdur. Pullar hara ötürülür, bilinmir. Qanunun 26-cı maddəsinin 2-ci bəndində də yazılıb ki, açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanından icazə almalı, ərazinin, daşınmaz əmlakın mülkiyyətçisi və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə müqavilə bağlamalıdır. Həmin müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən reklama dair texniki şərtlər pasportu hazırlanır. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Reklama dair texniki şərtlər pasportunun formasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Həmin texniki şərtlərdə reklamın yol kənarından nə qədər aralı olması barədə məlumat əks olunmalıdır. Bəlkə ordan bir kabel və ya telefon xətti keçir, bax bunlar yoxlanılmalıdır.

Bu, bütün icra orqanlarına aiddir. Tək səlahiyyət Bakı Şəhər İcra Hakimiyyətinin reklam idarəsinə verilməyib. Qanun bütün respublika üzrə verilib və Nazirlər Kabinetinin təqdim etdiyi işləmlərdir. Qanuna riayət etsələr, hər şey qaydasında olar. Eyni zamanda ictimai təşkilatlar, həmçinin Reklamçılar İttifaqı olaraq biz də buna nəzarət etməliyik. Qanunun 36-cı maddəsində qeyd edilib ki, reklam fəaliyyəti sahəsində özünütənzimləmə üçün birliklər, şuralar, assosiasiyalar, ittifaqlar və digər qeyri-hökumət təşkilatları yaradıla bilər. Bizim səlahiyyətimiz var, amma nəzarət edə bilmirik. Deməli Milli Məclisdə 36-cı maddə dəyişsə, o zaman icra orqanları üzərində nəzarəti gücləndirərik”.

“İndi şəhəri şəkil qalereyasına döndəriblər”

H.Atakişiyev reklamın qoyulma müddəti və məbləğindən də söz açıb. O bildirib ki, bu cür reklamları yerləşdirmək üçün qiyməti Tarif Şurası müəyyən edir:

“Reklamların qoyulma müddəti müqavilə əsasında müəyyən edilir. Pulu ödəyirsən və müddəti özün təyin edə bilirsən. Lakin Tarif Şurası 2015-ci ildə çıxan qanun əsasında hələki bir qiymət müəyyən etməyib. Buna görə də özbaşınalıq var. İcra orqanları havadan qiymət atır, bir müştəriyə başqa, digərinə başqa qiymət oxuyur.

Amma o dövlət orqanıdırsa, Tarif Şurasının qiymətləri ilə işləməlidir. İcra orqanları ictimai təşkilat deyil ki, özünün şurası olsun və qərar çıxarsın. Məsələn, reklam qoyulacaq yer neçə kvadrat metrdirsə, Tarif Şurası buna əsasən qiymət müəyyənləşdirməli və uyğun olaraq maksimum və ya minimum məbləği göstərməlidir.
Reklam istehsalçı və istehlakçı arasında münasibət yaradır, ona məlumat verir. Reklam şəkil deyil ki, şəhərə yapışdıraq. İndi şəhəri şəkil qaleriyasına döndəriblər. Belə olmaz.

Açıq məkanlarda reklamın yerləşdirilməsi dövlətin müəyyən etdiyi tariflə tənzimlənməlidir, reklamçının qiyməti ilə yox. Reklam agentliyi yeri alıb başqasına satanda üstünə 5-10 manat qoyub qazanc əldə edə bilər. Bu onun öz işidir. Amma bu gün icra orqanı Tarif Şurasının verdiyi qiymət əsasında bunu tənzimləməlidir”.

Azərbaycanda reklamdan bir milyardın üstündə gəlir götürmək olar

O əlavə edib ki, reklam qiyməti məsələsinə Tarif Şurası tərəfindən heç baxılmır və baxılmaq istənilmir.

“Yəni bazarda bir xaos yaradıblar, adını da qoyublar “reklam işi”. Məsələn, bizim hesablamalara görə bu gün Azərbaycanda bir milyardın üstündə reklamdan gəlir götürmək və büdcəyə əlavə etmək olar. Amma gedin icra orqanlarında soruşun ki, ildə nə qədər büdcəyə pul verirsiniz? Deyəcəklər ki, 1 milyon 200 min manat. Bu məbləğ nədir ki?! Bəs onun qalanları hara gedir?.

Heç kim bunları yoxlamır. Yoxlanılsa, hələ çox şey müəyyən etmək olar. Qanunun heç iki faizi yerinə yetirilmir. O zaman qanun nə üçündür? Əgər bu həyata keçirilməyəcəksə, Milli Məclis niyə bu qədər vaxt sərf edib bunun üzərində işləyir?

Bakı Şəhər İcra hakimiyyəti özünü elə aparır ki, guya bütün respublikada reklam işinə bunlar baxır. Halbuki, İsmayıllı, Quba və ya Gəncənin də öz icra orqanları var. Hərə öz hüdudları çərçivəsində o tarifləri götürüb işləməlidir.
Lakin onlar sırf özlərinin təşkil etdikləri reklam şirkətləri ilə işləyir və hər şeyi öz aralarında həll edirlər. Bununla da kənardan başqa bir adam ora girə bilmir. Nə şəhərdən reklam yeri ala bilirlər, nə də fəaliyyət göstərə bilirlər”.






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
1-ci günə qədər dollar bu qiymətə olacaq... - MƏZƏNNƏ
Dünən, 17:00
Donald Tramp Əfqanıstan ilə bağlı yeni qərarlar qəbul olunduğunu bildirib
Dünən, 16:48
Jirinovski Moskva bazarında corab satdı - VİDEO
Dünən, 16:36
İqtidar-müxalifət görüşü olmayacaq - AÇIQLAMA
Dünən, 16:27
Ukraynada 200 milyon avro oğurluğa görə axtarışda olan Fransa vətəndaşı saxlanılıb
Dünən, 16:01
Azərbaycanda çayların mövcud vəziyyəti açıqlanıb
Dünən, 15:59
Bred Pitt və Ancelina Coliyə boşanma öncəsi rekord təzminat
Dünən, 15:56
Tbilisi "Dinamo"su Qəbələyə gəlib
Dünən, 15:51
Küçə itlərinin yaratdığı qorxu - Problemin həlli üçün yeni təklif hazırlanıb
Dünən, 15:50
İsveç 106 yaşlı miqrantı ölkədən çıxarır
Dünən, 15:47
Lerikdə avtomobil dərəyə aşıb, ölən var
Dünən, 15:46
Musa Yaqub nəvəsinə elə bir yerdə toy edir ki... - TƏFƏRRÜATLAR
Dünən, 15:44
Şəkidə toydan çıxıb evə gedən kişi kanalizasiya quyusuna düşdü - VİDEO
Dünən, 14:53
Amerikalı analitik Azərbaycana qarşı dezinformasiya hücumuna görə Kremldən şübhələnir
Dünən, 14:52
Prezident Göygöldə SƏFƏRDƏDİR
Dünən, 14:47
Rusiya paytaxtının dəyişdirilməsi təklif olunur
Dünən, 14:36
Azərbaycan kimya məhsullarının ixracından gəlirini 30% artırıb
Dünən, 14:19
Daha bir dərslik RÜSVAYÇILIĞI: İşğalda olan torpaqlar İRONİYA HƏDƏFİNDƏ - FOTOFAKT
Dünən, 14:17
Salyanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 11,8 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 14:14
Keçmiş icra başçısının klinikasına ittiham VAR
Dünən, 14:11
Əslən qazax olan haker ABŞ-a təslim olur
Dünən, 14:01
“Kişi bir qadını sevərsə, başqa kişidən olan övladını qəbul etməlidir” - ƏRİNDƏN AYRILAN GƏNC AKTRİSA
Dünən, 14:00
Azərbaycan türkcəsi “Google” səsli axtarış sisteminə daxil edilib
Dünən, 13:54
Erməni ordusunda BÖHRAN
Dünən, 13:53
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır
Dünən, 13:47
Bakıda kobud qayda pozuntusuna yol verən 350 sürücü cərimələnib
Dünən, 13:46
Azərbaycan nefti 1% bahalaşıb
Dünən, 13:46
Sabir Rüstəmxanlıdan türkiyəli professora DƏSTƏK: - “Doğurdan da azəri deyilik”
Dünən, 13:25
"Qaçqınkom" bu ailələrlə maraqlanmırmı? - İcradan gəliblər, amma...
Dünən, 13:21
Əkiz övladları olan cütlük özünə toy etdi - Bakıda maraqlı hadisə
Dünən, 13:09
Səhnəyə alt paltarında çıxan 71 yaşlı müğənninin cavanlıq sirri AŞKAR OLDU
Dünən, 13:03
“Əli Kərimli övladlarının təhsilinə 2 milyon manat ödəyib” - açıqlama
Dünən, 13:00
Rövşən Bağırov milyonları necə mənimsəyir... - İTTİHAM VAR
Dünən, 12:58
“Kopenhagen”dən Azərbaycana qadağa - söyüşə görə
Dünən, 12:56
Yevlax Gömrüyünün işçiləri QOÇULUQ EDİR - GİLEY
Dünən, 12:55
Əli Həsənovun istefası tələb olunur – Müraciət
Dünən, 12:48
Sumqayıtda meyvə satan qadın döyülüb
Dünən, 12:45
Atasına heykəl qoyan deputatdan şok açıqlama — Məhkəmə ilə hədələdi
Dünən, 12:44
Uşaq paralimpiyaçılarımız boccia üzrə beynəlxalq yarışda - FOTOLAR
Dünən, 12:42
Rusiya raketlərini Avropaya tuşlayıb – “Qoca qitə” ölüm zonasına çevrilə bilər
Dünən, 12:40
Seyran İsmayılxanov beynəlxalq festivalda çıxış edib - FOTOLAR
Dünən, 12:38
Mahir parodiyaçı Samiraldoya nələr dedi: - "Sənin ürəyin kimi ürəyi olardı.."
Dünən, 12:35
Göyçay İcra Hakimiyyəti mərkəzi bazarı bağladı: - ticarətçilərlə qarşıdurma
Dünən, 12:32
Siyavuş Novruzovdan Şeyxin qudasına irad - "BU HARAMDIR"
Dünən, 12:29
Renkanın “Facebook”-da rəsmi səhifəsi açılıb
Dünən, 12:26
Rusiyanın tanınmış telekanallarından biri bağlanıb
Dünən, 12:24
Tovuzda camış bir qadını vuraraq öldürüb, digərini yaralayıb
Dünən, 12:23
Bakıda oğurluq edən qrup saxlanıldı: - aralarında qadın da var
Dünən, 12:21
Deputatın bu əməli səs-küy yaratdı - FOTO
Dünən, 12:20
Soçi görüşünün daha bir mühüm detalı...
Dünən, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru