Bakıda kriminal avtoritet qətlə yetirilib .....                     “Turanbank”ın səhmdarlarının pay bölgüsü dəyişib .....                     Azərbaycan və Bolqarıstan Baş Prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir .....                     Mançesterdə terror törədən şəxsin adı açıqlanıb .....                     Səudiyyə Ərəbistanının Kralı və Niderland Kralı Prezident İlham Əliyevə .....                     Beş ölkənin kralı Azərbaycan prezidentinə məktub ünvanlayıb .....                     Frank-Valter Ştaynmayer Azərbaycan prezidentinə məktub göndərib .....                     "Porche” ilə 24 yaşlı ananı öldürən Ağaəlidən XƏBƏR VAR .....                     "Azərlotereya" büdcə öhdəliklərinin icrasına nəzarəti gücləndirməlidir .....                     Azercell-in online ingilis dili kurslarında iştirak edəcək jurnalistlər bəlli oldu .....                     “Eldar Mahmudov məni həbs etdirməklə yanlış adam seçmişdi" .....                     Aqşin Evrən buna görə xəcalət çəkir .....                     Dolların sabaha olan məzənnəsi açıqlanıb .....                     Heydər Hüseynov torpağının pulunu tələb edir .....                     "Gürcüstan, Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimləri olacaq" .....                     AZAL dövlət büdcəsinə olan borcunun 99,9%-ni qaytarıb .....                     Bakı-Tbilisi-Qars regionun taleyini dəyişəcək .....                     Nanənin yaşı bilindi: hamı şokda .....                     “İslam Həmrəyliyi Oyunları Azərbaycanda aparılan siyasətin bəhrəsini verdiyini nümayiş etdirdi" .....                     "Həyatımın ən yaddaqalan anı ümummilli liderimiz Heydər Əliyevlə ilk görüşdüyüm gün olub" .....                     Könül Xasıyevanın dərdi bilindi .....                     "Qaçqınkom" şefinə dövlətin iradları da yetərli deyilmiş... .....                     Zaqataladakı Diva kimdir? .....                     Putinin şəxsi aşpazı Ermənistanı qarışdırdı .....                     Bakıda keçmiş məmurun qətlini sifariş verən dəstə üzvlərinə hökm oxunub .....                     Prokuror "Vosmoy Elməddin"ə cəza istəyib .....                     Bakıda dollar ucuzlaşdı .....                     Prezident İlham Əliyev və xanımı IV İslam Həmrəyliyi Oyunlarının qalibləri, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə .....                     Qeyri-sabit hava davam edəcək, intensiv yağış, dolu gözlənilir .....                     Bakı Lift İdarəsinin qalmaqallı rəisi niyə işə çıxmır?.. .....                     "Qəbələ" klubu Rəşad Sadiqovla yollarını ayırıb .....                     Sammitdə Azərbaycanın bayrağı olmayıb?! .....                     Keçmiş nazir müavini dünyasını dəyişdi .....                     İslam Oyunlarının keçirildiyi yer həmin ölkənin idmana hazırlığı ilə ölçülür .....                     Ermənilər Xocalı aeroportundan uçuşlara başlayır .....                     Rusiyada mayın 28-də təxribat planlaşdıran ermənilərə .....                     Londonda 3.3 milyard dollarlıq borca görə danışıqlar başlayır .....                     Bakıda xüsusi zolaqlara daxil olduğuna görə 1319 sürücü cərimələnib .....                     "Bizi aldatdı ki, işləməyə gedirəm" .....                     Gülənlə Maradonanı görüşdürən menecer nəzarətə götürüldü .....                 

“MTN əməkdaşı Eldar Mahmudovun adını çəkərək 500 min manat pul tələb etdi” - Zərərçəkmiş
Tarix: 5-01-2017, 09:09 | Çap et
“MTN əməkdaşı Eldar Mahmudovun adını çəkərək 500 min manat pul tələb etdi”
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə “Met-Ak” MMC-nin təsisçisi və rəhbəri Kərimov Alik Kainbəy oğlu zərərçəkmiş şəxs qismində tanınıb.
"Report"un xəbərinə görə, A.Kərimov istintaqa verdiy ifadəsində göstərib ki, 2015-ci ilin sentyabr ayının 29-30 tarixlərində onun istifadəsində olan mobil telefon nömrəsinə tanımadığı telefondan zənglər gəlməyə başlayıb.
O, həmin nömrənin MTN əməkdaşlarına məxsus olduğunu güman edib: “Şirkətin maliyyə direktoru Fuad Zülfüqarovdan həmin ilin yanvar ayında hədə-qorxu gəlməklə külli miqdarda pul alınıb. Buna görə də Fuad Zülfüqarovdan MTN-in VI Baş İdarənin əməkdaşı Akif Əliyev vasitəsi ilə həmin nömrənin sahibinin kimliyini və onların nə istədiyini öyrənməyini tapşırdım. Bir müddətdən sonra Akif Əliyev Fuad Zülfüqarova zəng edib, həmin nömrənin MTN-nin 4-cü Baş İdarənin əməkdaşı Natiq Alıyevin istifadəsində olduğunu dedi. Akif Əliyev bildiridi ki, Natiq Alıyev Baş idarənin rəisi Sübahir Qurbanovla yaxındır və o, hamını bezdirir, fikri yalnız pul toplamaqdır və onun zənglərinə cavab verməməyi məsləhət gördü”.
A.Kərimovun sözlərinə görə, bir müddət həmin şəxsin zənglərinə cavab verməyib, bundan sonra N.Alıyevin istifadəsindəki nömrədən oğlu Aydın Kərimovun telefonuna zənglər gəlməyə başlayıb: ”Məcbur olub MTN-də onların kuratoru İlkin Əsgərovla əlaqə saxlayıb, bu barədə məlumat vermək üçün onu ofisə dəvət edik. Ona baş verənlərin hamısını danışıb köməklik etməsini xahiş etdik. İlkin Əsgərov isə bu barədə rəisinə məruzə etdikdən sonra cavab verəcəyini bildiridi. Səhəri günü İlkin Əsgərov Natiq Alıyevlə bağlı hər hansı bir tədbir görə bilməyəcəyini söyləyib”.
Zərərçəkmiş söyləyib ki, N.Alıyev onun oğlu A.Kərimov və F.Zülfüqarovdan MTN-ə gəlmələrini tələb edib: “Həmin gün Rusiya Federasiyasının Mineralnıye Vodı şəhərinə getdim. 08.10.2015-ci il tarixdə Fuad Zülfüqarov mənə zəng edib, oğlumun avtomobilinin Baksol yolunda həyəcan işıqları qoşulu vəziyyətdə qaldığını, özünün isə itdiyi barədə məlumat verdi. Narahat olduğum üçün Bakıda olan tanışlarıma zəng vurdum. 2-3 saatdan sonra Fuad Zülfüqarov yenidən zəng edərək Aydını Natiq Alıyevin MTN-ə apararaq orada saxladığını bildirdi. Həmin ayın 11-də Bakıya qayıtdıb, Natiq Alıyevin mobil telefonuna zəng etdim. O, mənə sabah MTN-ə gəlməyimi söylədi. Mən isə ona birlikdə nahar etməyimizi təklif etdim. Razılaşıb, MTN-nin yaxınlığında olan “Naxçıvan” restoranında görüşdük”.
A.Kərimov təxminən 3 saata yaxın söhbət etdiklərini, söhbət əsnasında N.Alıyevin onu hədələdiyini bildirib: “O, mənə “dövlət mənə silah verib, bu dövlətin obaxeysi mənəm, mən kimə qarşı istəsəm bu silahı işlədə bilərəm” dedi. Bundan başqa, Natiq Alıyev oğlumu 3 aylıq həbs edə biləcəyini, MMC-nin 5 illik fəaliyyətini yoxlatdıracağını, Fuadın da başına oyun açacağını, dizi üstə qoyacağını bildirdi. Bu sözlərdən sonra Natiq Alıyev işləri yoluna qoymaq və MTN-nin nəzərində təmizə çıxarmaq üçün 500 min manat pulumu alacağını söylədi. Bu məbləğin çox olduğunu dedikdə, Natiq Alıyev mənə “nazir Eldar Mahmudov deyib ki, bir yerə bir dəfə girib, bir dəfəlik götürmək lazımdır, nazirliyin adı var. Ona görə 500 min manatı hazırla” dedi. Ona fikirləşəcəyimi deyərək 2 gün möhlət istədim. Səhərisi yenidən “Naxçıvan” restoranında görüşüb, toplaya bildiyim 50 min manat olduğunu Natiq Alıyevə bildiridim. O, rəisi Fizuli Əliyevə zəng edib məlumat verdi. 15-20 dəqiqədən sonra Fizuli Əliyev bizim masasına yaxınlaşıb, ona verə biləcəyim 50 min manat pulu çox rahat qəbul etdi. Daha sonra o, 35 min manatlıq materialların siyahısını verib, sabaha göndərməyimi xahiş etdi və “eybi yoxdur sən bunu et, mən də sənə köməklik edərəm, bir təhər bunu general Sübahir Qurbanovdan keçirərik” dedi. 2-3 saatdan sonra Natiq Alıyev mənə zəng edib, işi həll etdiklərini, 50 min manatın razılığını Sübahir Qurbanovdan aldıqlarını bildirərək, pulu nə vaxt gətirəcəyimi soruşdu. Ona ayın 14-də pulu gətirib verə biləcəyini dedim”.
A.Kərimov ifadəsində qeyd edib ki, ötən il oktabr ayının 14-də N.Alıyev ona MTN-in yaxılığında olan “Sultan” kafesində görüş təyin edib: “Orada Natiq Alıyevlə görüşüb, 50 min manat pulu verdim. Natiq Alıyev pulu götürməyə tək gəlmişdi, lakin söhbətin sonuna yaxın onun evində istilik sistemlərini quraşdıran Oqtay adlı türk usta da bizim yanımıza yaxınlaşdı. Onlarla birgə çay içib, istilik sistemlərinə dair bəzi detalları soruşdular. İki gün sonra isə istehsalat sahəsindən iki yük avtomobili ilə Fizuli Əliyevin verdiyi siyahı üzrə materialları yola saldım. Həmin materialları Fizulinin mühəndisi Vəli gəlib anbardan apardı”.
İstintaq zamanı keçirilən üzləşdirmələrdə zərərçəkmiş şəxs qismində tanınan A.Kərimov ifadəsini təqsirləndirilən şəxslər F.Əliyev və N.Alıyevin üzlərinə təsdiq edib. F.Əliyev ifadə verməkdən imtina edib, N.Alıyev isə A.Kərimovun ifadəsini qismən təsdiq edib. N.Alıyev F.Əliyevin nazirin göstərişi ilə onun A.Kərimova zəng etməsini tapşırdığını, dəfələrlə sonuncuya və oğlu Aydına zəng etsə də cavab vermədiklərini, sonradan F.Əliyevin ona “sən onlara zəng etmə, onlar özləri sənə zəng edəcəklər” deyib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar.
İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun icraatına verilib. Yasamal Rayon Məhkəməsində keçiriləcək iclas yanvarın 19-na təyin edilib.






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda kriminal avtoritet qətlə yetirilib
Bu gün, 19:34
“Turanbank”ın səhmdarlarının pay bölgüsü dəyişib
Bu gün, 18:15
Azərbaycan və Bolqarıstan Baş Prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir
Bu gün, 18:09
Mançesterdə terror törədən şəxsin adı açıqlanıb
Bu gün, 18:06
Səudiyyə Ərəbistanının Kralı və Niderland Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Bu gün, 17:45
Beş ölkənin kralı Azərbaycan prezidentinə məktub ünvanlayıb
Bu gün, 17:37
Frank-Valter Ştaynmayer Azərbaycan prezidentinə məktub göndərib
Bu gün, 17:36
"Porche” ilə 24 yaşlı ananı öldürən Ağaəlidən XƏBƏR VAR - VİDEO
Bu gün, 17:34
"Azərlotereya" büdcə öhdəliklərinin icrasına nəzarəti gücləndirməlidir - Hesablama Palatası
Bu gün, 17:27
Azercell-in online ingilis dili kurslarında iştirak edəcək jurnalistlər bəlli oldu
Bu gün, 17:25
“Eldar Mahmudov məni həbs etdirməklə yanlış adam seçmişdi" - MÜSAHİBƏ
Bu gün, 17:22
Aqşin Evrən buna görə xəcalət çəkir
Bu gün, 17:20
Dolların sabaha olan məzənnəsi açıqlanıb - 1,7023 manat
Bu gün, 17:16
Heydər Hüseynov torpağının pulunu tələb edir - İDDİA
Bu gün, 17:13
"Gürcüstan, Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimləri olacaq" - Nazir
Bu gün, 17:08
AZAL dövlət büdcəsinə olan borcunun 99,9%-ni qaytarıb
Bu gün, 16:36
Bakı-Tbilisi-Qars regionun taleyini dəyişəcək - Binəli Yıldırım
Bu gün, 14:14
Nanənin yaşı bilindi: hamı şokda - FOTO
Bu gün, 14:11
“İslam Həmrəyliyi Oyunları Azərbaycanda aparılan siyasətin bəhrəsini verdiyini nümayiş etdirdi" - Prezident İlham Əliyev
Bu gün, 14:09
"Həyatımın ən yaddaqalan anı ümummilli liderimiz Heydər Əliyevlə ilk görüşdüyüm gün olub" - Vüqar Rəhimzadə
Bu gün, 14:08
Könül Xasıyevanın dərdi bilindi — Ev istəyirmiş
Bu gün, 13:47
"Qaçqınkom" şefinə dövlətin iradları da yetərli deyilmiş... - RƏSMİ
Bu gün, 13:42
Zaqataladakı Diva kimdir? - “Hərbi hissələrdə konsertlərim təşkil olunub”
Bu gün, 13:35
Putinin şəxsi aşpazı Ermənistanı qarışdırdı
Bu gün, 13:32
Bakıda keçmiş məmurun qətlini sifariş verən dəstə üzvlərinə hökm oxunub
Bu gün, 13:31
Prokuror "Vosmoy Elməddin"ə cəza istəyib
Bu gün, 13:00
Bakıda dollar ucuzlaşdı - Hərrac
Bu gün, 12:55
Prezident İlham Əliyev və xanımı IV İslam Həmrəyliyi Oyunlarının qalibləri, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə iştirak edirlər
Bu gün, 12:54
Qeyri-sabit hava davam edəcək, intensiv yağış, dolu gözlənilir - Belə deyirlər...
Bu gün, 12:53
Bakı Lift İdarəsinin qalmaqallı rəisi niyə işə çıxmır?.. - MÜƏMMA
Bu gün, 12:38
"Qəbələ" klubu Rəşad Sadiqovla yollarını ayırıb - RƏSMİ
Bu gün, 12:36
Sammitdə Azərbaycanın bayrağı olmayıb?! – FOTOFAKT
Bu gün, 12:33
Keçmiş nazir müavini dünyasını dəyişdi
Bu gün, 12:30
İslam Oyunlarının keçirildiyi yer həmin ölkənin idmana hazırlığı ilə ölçülür - deputat
Bu gün, 12:28
Ermənilər Xocalı aeroportundan uçuşlara başlayır – TƏXRİBAT
Bu gün, 12:06
Rusiyada mayın 28-də təxribat planlaşdıran ermənilərə xəbərdarlıq edilib
Bu gün, 12:02
Londonda 3.3 milyard dollarlıq borca görə danışıqlar başlayır - Azərbaycan üçün kritik gün
Bu gün, 11:57
Bakıda xüsusi zolaqlara daxil olduğuna görə 1319 sürücü cərimələnib
Bu gün, 11:55
"Bizi aldatdı ki, işləməyə gedirəm" - Ankarada tutulan İŞİD-çinin atası
Bu gün, 11:48
Gülənlə Maradonanı görüşdürən menecer nəzarətə götürüldü - FOTO
Bu gün, 11:43
Başçı yolunun üstündə bunları görmürmü? - FOTOFAKT
Bu gün, 11:41
UNEC-in tələbə və magistrləri nüfuzlu şirkətdə ödənişli təcrübə imkanı əldə edəcək - FOTOLAR
Bu gün, 11:35
Gömrük Komitəsi video yaydı - VİDEO
Bu gün, 11:28
İş adamına arvadından şok ittihamlar - “Məni otağa salıb...”
Bu gün, 11:26
Firuzə İbadova Mehriban Əliyevadan imdad diləyir: - “Məni küçəyə atırlar”
Bu gün, 11:18
"Azərbaycan dövləti terrora qarşı çox sərt mövqe nümayiş etdirir" - Zakir Həsənov
Bu gün, 11:16
Bakıda qadınlar arasında KÜTLƏVİ DAVA
Bu gün, 11:11
Aprel döyüşlərində yaralanan erməni əsgər Moskvaya aparılıb
Bu gün, 11:10
Bəstəkar gömrük məmurunu məhkəməyə verdi
Bu gün, 11:07
Fərman Ceyranlı həbs olundu
Bu gün, 11:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru