3 erməni hərbçinin ölümünə görə hərbi hissə komandiri və müavini işdən qovuldu .....                     Baxımsız kondsionerlər xəstəlik mənbəyidir! .....                     NATO-ya qoşulmaq üçün texniki cəhətdən tam hazırıq .....                     Bu həftə qlobal maliyyə bazarlarına təsir edəcək xəbərlər açıqlanacaq .....                     Həsən Ruhani Azərbaycan prezidentinə məktub göndərib .....                     Qazaxıstanlı alimlər Qazax rayonunda tədqiqat aparacaqlar .....                     NATO fərqindədir ki, Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə çox böyük töhfə verir .....                     "Forbes" dünyanın ən bahalı şirkətlərinin yeni reytinqini açıqlayıb .....                     Sarı kabriolet, bahalı nömrə .....                     "Milli Ön"dən pul oğurlayan tutulub .....                     Sülh Platforması Vahan Martirosyanla bağlı bəyanat yayıb .....                     Fərhad Əhlimanoğlu hansı duet ortağı ilə yeni işlə gəlir? .....                     Mingəçevirdəki dəhşətli qətlin təfərrüatları .....                     Azərbaycanlı alim Böyük İyirmiliyin Beyin Sammitində .....                     "Azərbaycan öz yolu ilə gedir, bu yol Azərbaycan xalqının maraqlarına cavab verir" .....                     Cəlilabad sakinləri çayda boğulublar .....                     Məktəb yoldaşını döyərək öldürdü .....                     Dövlət imtahanı verməmək üçün şou yaradanların “arqument”ləri əsassızdır .....                     Model Nigar Talıbovanın adı Tramp-Rusiya təhqiqatında: .....                     Bakı sakini hasardan yıxılaraq ölüb .....                     Putinlə danışıqlardan sonra Səudiyyə Ərəbistanının müdafiə naziri Bakıya gəlir .....                     İsmayıllıda 2 yaşlı qız uşağı su çənində boğulub .....                     ...hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək .....                     Bakıda xarici vətəndaşı döyən şəxslər saxlanılıblar .....                     Mingəçevirdə oğul anasını güllələyərək qaçıb .....                     Bakıda yüksək dozada narkotik qəbul edərkən ölən şəxsin meyitini .....                     Azərbaycan ordusundan möhtəşəm TƏLİM .....                     "Şükriyyə" mahnısı oğurluq çıxdı .....                     Heydər məscidində Ramazan söhbətləri təşkil edilir .....                     “Azərbaycan xanımları Kann festivalının ulduzlarından geridə qalmır” .....                     Ərdoğan 7-8 naziri bu tarixdə vəzifədən çıxarır .....                     Gürcüstan türkiyəli müəllimi ekstradisiya etmək istəyir .....                     “Dövlətlərin ərazi bütövlüyünün qorunması NATO üçün mühüm əhəmiyyət kəsb edir” .....                     Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı keçirilir .....                     LDU-da açıq qapı günü və məzun yarmarkası keçirilib .....                     Azərbaycanda planşetlər ucuzlaşdı .....                     İran PJAK-ın hücumuna görə Türkiyəni ittiham edib .....                     Filippində İŞİD-i dəstəkləyən silahlılarla döyüşlər davam edir: .....                     ABŞ-ın Yuta Ştat Senatı Azərbaycanın Respublika günü ilə əlaqədar Bəyannamə qəbul edib .....                     Kaliforniya Senatının və Assambleyasının üzvləri .....                 

Azərbaycan əsgərinə çarpayı hazırlayan işçiləri kim çörəksiz qoydu? - MTN “çetesi” ilə bağlı daha bir FAKT
Tarix: 4-01-2017, 11:22 | Çap et
Azərbaycan əsgərinə çarpayı hazırlayan işçiləri kim çörəksiz qoydu?
MTN “çetesi” ilə bağlı cinayət materillarını oxuduqca göz önündə qorxunc filmlərdəki səhnələr canlanır. Sahibkarlara, iş adamlarına, qızıl alverçilərinə, mağaza sahiblərinə qənim kəsilən sabiq MTN əməkdaşları onları müxtəli üsullarla tora salıb, hədə-qorxu gəlib, qurduqları biznesi asanlıqla çökdürə biliblər.

Virtualaz.org istintaq materiallarına istinadən xəbər verir ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin baş idarənin sabiq rəis müavini Fizuli Əliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri də “Qardaşlar mebel” MMC-nin sahibi Əli Mirzəyev olub.

Zərərçəkmiş Əli Mirzəyev istintaqa verdiyi ifadəsində göstərib ki, qardaşı İbrahim Mirzəyev lə birlikdə “Qardaşlar mebel” MMC-ni təsis edib. Biləcəri qəsəbəsində qardaşına məxsus sahədə mebel sexi inşa ediblər. 2012-2014-cü illər ərzində sexdə 30-40 nəfər işçi çalışıb. 2013-cü ilin dekabr ayında Müdafiə Nazirliyi ilə ümumilikdə 2 milyon 500 min manat dəyərində 1500-2000 əsgər çarpayısı hazırlayıb verməyini öhdəsinə götürmək barədə qanuni müqavilə bağlayıb. Müqavilə şərtlərinin tam icra edilib tamamlanmasına az qalmış 2014-cü ilin yanvar ayında MTN əməkdaşları özünü “yetirib”: ”Səhər saatlarında uşağı bağçaya aparırdım. Üç avtomobillə beş nəfər gəldi, onlardan biri - Samir Mehdiyev MTN əməkdaşı olduqlarını dedi, sürcüyə maşını idarə etməsinə imkan vermədilər. MTN-ə getməli olduğumu dedilər. Səbəbini soruşdum, heç nə bildirmədilər. Hərbi Əks-Kəşfiyyat idarəsinin adını çəkmədilər, özlərini yalniz MTN işçiləri kimi təqdim etdilər. MTN əməkdaşlarının müşayiəti ilə uşağı bağçaya düşürdüm, özüm də avtomobilimdən düşüb maşını sürücüyə təhvil verdim, onlarla birlikdə getdim”.

Zərərçəkmişin ifadəsinə görə, onu Azadlıq prospektində yerləşən MTN-nin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə gətiriblər. S.Mehdiyevin göstərişi ilə ikinci mərtəbəyə qalxıblar: ”Təxminən yarım saatdan sonra özünü şöbə rəisi kimi təqdim edən 45-50 yaşlarında, dolu bədənli bir nəfər otağa gəldi, mənimlə çox kobud danışdı. Dedi ki, sən Müdafiə Nazirliyi ilə işləyirsən, yaz ki, onlara rüşvət vermisən. Rüşvət vermədiyim halda, bunu edə bilməyəcəyimi söylədim. Bunu dedikdə hədə-qorxu gəlməyə başladı. “Sənin telefon danışıqlarından hər şeyi üzə çıxara bilərik” dedi və təkidlə 20 min manat verməyi tələb etdi. Sonrasa adım əks olunmuş, məzmununu xatırlamadığım möhürlü məhkəmə qərarı göstərib dedi ki, qərar da hazırdır, səni burada həbs edə bilərik. Qorxuya düşdüm, tələb olunan məbləği verəcəyimi bildirdim”.

MTN əməkdaşları pulu gətirməsi üçün sahibkarı buraxıblar. Ə.Mirzəyev oradan çıxan kimi qardaşı İbrahim Mirzəyevə zəng vurub, başına gələni danışıb, onunla görüşüb, pul aldıqdan sonra elə həmin gün geri qayıdaraq məbləği onlara verib. Bundan sonra Müdafiə Nazirliyi daha ona heç bir sifariş verməyib. Bu hadisədən bir müddət sonra 2014-cü ilin yay aylarında “Nəriman Nərimanov” metro stansiyası yaxınlığındakı ofisdən çıxıb maşına əyləşərkən saxlanılıb. On nəfərə yaxın MTN əməkdaşı ilə əhatə olunan sahibkarı tutaraq ofisə qaytarıblar. Ofisdəki işçiləri - Mahal Göyüşov, Yusif Balacayev, Vasif Kərimovu tutaraq axtarış aparmağa başlayıblar. Seyfdəki 10 min manat məbləğində pul, iki noutbuk, sənədlər götürülüb, sahibkarı işçilərlə birlikdə MTN-ə aparıblar.

”Ofisdəki axtarışa rəhbərliyi Fizuli Əliyev edib. Onunla birlikdə Natiq Alıyev, Zaur Məmmədov və digərləri də olub. Bizi MTN-nin binasına aparıb ikinci mərtəbəyə qaldırdılar, dəhlizdə saxladlar. Fizuliyə pul verməyəcəyimi dedikdə işçilərin yanında məni təhqir etdi, cavab qaytardıqda bir neçə MTN əməkdaşı ilə məni döyməyə başladı. Fizuli qoluma qandal vurub ayaqyoluna salınmağım barədə göstəriş verdi. Zaur Məmmədov məni ayaqyoluna salaraq başıma yumruq vurdu”, - iş adamı deyir.

Sonradan Ə.Mirzəyevi kabinetinə gətizdirən F.Əliyev “niyə ipə-sapa yatmırsan, niyə pul vermirsən, biz də dolanmalıyıq” deməklə sahibkarı tənbeh edib. MTN əməkdaşı sahibkara hədə-qorxu gələrək işlədiyi şirkətləri çağırtdıracağını, onu tutduracağını, karyerasını məhv edəcəyini deyib. Söhbət əsnasında onu qorxutmaq üçün tez-tez xidməti tapançasını çıxararaq stolun üstünə qoyub. Həmin gecə işçiləri ilə birgə MTN-də saxlanılıb.

Ertəsi gün Əli Mirzəyevlə Mahal Göyüşovu MTN-nin yaxınlığındakı “Sultan” kafesinə aparıblar. Kafenin kabinetində Fizuli Əliyev təklikdə onunla söhbət apararaq azad olunması üçün 2 milyon manat pul tələb edib, sonra məbləği 1 milyona kimi azaldıb. Sahibkar bu qədər pulu ona vermək imkanı olmadığını izah edib. Son olaraq F.Əliyev 500 min manat verilməsini tələb edib, bunun müqabilində üç ilə biznesinə dəyməyəcəyini deyib.

Gecəni qanunsuz olaraq onu və işçilərini MTN-də saxlayan şəxsin hədələrindən, onu tutacaqlarına inandığından deyilənlərlə razılaşmağa məcbur olub. Bundan sonra onları buraxıblar. Yenidən qardaşı ilə telefon əlaqəsi saxlayan Ə.Mirzəyev onunla Təbriz küçəsindəki “Məxməri” restoranın qarşısında görüşüb, başına gələnləri danışıb. Tələb olunan məbləği yığmaq üçün 15-20 nəfərə yaxın dost-tanışa müraciət ediblər. Həmin gün pulları topladıqdan sonra Ə.Mirzəyev Natiq Alıyevin telefonuna zəng vurub: “Qardaşımla birlikdə “Sultan” kafesinin yanına gəldik. Kafenin qarşısında pulları Füzuli Əliyevlə Natiq Alıyevə verdik. Həmin pulun cəmi 50 min manatı qardaşımla mənə məxsus olub. Pulları verəndən sonra Natıq Alıyev ofisdən götürdükləri bütün sənədləri, kompüterləri özümümzə qaytardı”.

Qeyd edək ki, yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq sabiq MTN əməkdaşları qulluq mövqelərindən sui-istifadə etməkdə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin gizli qaydada telefon danışıqlarını dinləməkdə, çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını ələ keçirməkdə, bu əməllərində odlu silahdan istifadə etmədə, vətəndaşlara qarşı zorakılıqda, sahibkarların və digər vəzifəli şəxslərin qanunsuz azadlıqdan məhrum edilməsində ittiham olunurlar.

Virtualaz.org






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
3 erməni hərbçinin ölümünə görə hərbi hissə komandiri və müavini işdən qovuldu
Dünən, 15:44
Baxımsız kondsionerlər xəstəlik mənbəyidir! - NƏ TƏKLİF EDİRİK?
Dünən, 15:12
NATO-ya qoşulmaq üçün texniki cəhətdən tam hazırıq - Georgi Kvirikaşvili
Dünən, 15:09
Bu həftə qlobal maliyyə bazarlarına təsir edəcək xəbərlər açıqlanacaq
Dünən, 15:07
Həsən Ruhani Azərbaycan prezidentinə məktub göndərib
Dünən, 15:01
Qazaxıstanlı alimlər Qazax rayonunda tədqiqat aparacaqlar
Dünən, 14:44
NATO fərqindədir ki, Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə çox böyük töhfə verir - deputat
Dünən, 14:30
"Forbes" dünyanın ən bahalı şirkətlərinin yeni reytinqini açıqlayıb
Dünən, 14:26
Sarı kabriolet, bahalı nömrə - Aygün bu maşını sürür
Dünən, 14:22
"Milli Ön"dən pul oğurlayan tutulub
Dünən, 14:18
Sülh Platforması Vahan Martirosyanla bağlı bəyanat yayıb
Dünən, 14:16
Fərhad Əhlimanoğlu hansı duet ortağı ilə yeni işlə gəlir?
Dünən, 14:09
Mingəçevirdəki dəhşətli qətlin təfərrüatları AÇIQLANDI
Dünən, 13:23
Azərbaycanlı alim Böyük İyirmiliyin Beyin Sammitində
Dünən, 13:19
"Azərbaycan öz yolu ilə gedir, bu yol Azərbaycan xalqının maraqlarına cavab verir" - Əli Həsənov
Dünən, 13:18
Cəlilabad sakinləri çayda boğulublar
Dünən, 13:04
Məktəb yoldaşını döyərək öldürdü - Masallıda
Dünən, 12:59
Dövlət imtahanı verməmək üçün şou yaradanların “arqument”ləri əsassızdır - ADU
Dünən, 12:55
Model Nigar Talıbovanın adı Tramp-Rusiya təhqiqatında: - general Flinn və 530 min dollar...
Dünən, 12:53
Bakı sakini hasardan yıxılaraq ölüb
Dünən, 12:41
Putinlə danışıqlardan sonra Səudiyyə Ərəbistanının müdafiə naziri Bakıya gəlir
Dünən, 12:32
İsmayıllıda 2 yaşlı qız uşağı su çənində boğulub
Dünən, 12:25
...hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək - Belə deyirlər...
Dünən, 12:24
Bakıda xarici vətəndaşı döyən şəxslər saxlanılıblar
Dünən, 12:22
Mingəçevirdə oğul anasını güllələyərək qaçıb
Dünən, 12:21
Bakıda yüksək dozada narkotik qəbul edərkən ölən şəxsin meyitini dostları küçəyə atıb
Dünən, 12:20
Azərbaycan ordusundan möhtəşəm TƏLİM - FOTOLAR, VİDEO
Dünən, 12:17
"Şükriyyə" mahnısı oğurluq çıxdı — Vidadi Bərdəlinin toy kasetindən kəsilmiş görüntüləri
Dünən, 12:08
Heydər məscidində Ramazan söhbətləri təşkil edilir - FOTO
Dünən, 12:06
“Azərbaycan xanımları Kann festivalının ulduzlarından geridə qalmır” - Cazibədar Fəxriyyə Xələfova
Dünən, 11:49
Ərdoğan 7-8 naziri bu tarixdə vəzifədən çıxarır
Dünən, 11:25
Gürcüstan türkiyəli müəllimi ekstradisiya etmək istəyir
Dünən, 11:22
“Dövlətlərin ərazi bütövlüyünün qorunması NATO üçün mühüm əhəmiyyət kəsb edir” - NATO PA-nın prezidenti
Dünən, 11:18
Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı keçirilir
Dünən, 11:14
LDU-da açıq qapı günü və məzun yarmarkası keçirilib - FOTOLAR
Dünən, 11:12
Azərbaycanda planşetlər ucuzlaşdı - RƏSMİ
Dünən, 10:47
İran PJAK-ın hücumuna görə Türkiyəni ittiham edib
Dünən, 10:42
Filippində İŞİD-i dəstəkləyən silahlılarla döyüşlər davam edir: - 42 ölü
Dünən, 10:38
ABŞ-ın Yuta Ştat Senatı Azərbaycanın Respublika günü ilə əlaqədar Bəyannamə qəbul edib - FOTO
Dünən, 10:37
Kaliforniya Senatının və Assambleyasının üzvləri Azərbaycanla bağlı qətnamə qəbul ediblər
Dünən, 10:17
Putin Parisə gedir
Dünən, 10:15
NATO Tiflisə girir: - Bakı bu fürsətdən istifadə edə bilər
Dünən, 10:14
Neft ucuzlaşıb
Dünən, 10:12
Mədət Quliyevə yeni müavin təyin olunub - RƏSMİ
Dünən, 10:11
"Başqalarından tam asılılıq dövrü bitdi" - Merkel
Dünən, 10:09
Abşeronda bir ay əvvəl ailə qurmuş gənc avtomobil qəzasında ölüb
Dünən, 10:01
“Fitch” “PAŞA Bank” və onun Türkiyədəki törəməsinin reytinqlərini endirib
Dünən, 09:52
Cəbhə xəttində erməni təxribatı davam edir
Dünən, 09:50
APA TV-nin 4 yaşı tamam olur
Dünən, 09:49
Aygün Kazımova karyerasının 30 illiyinə hazırlaşır
Dünən, 09:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru