İrəvanda anti-Putin HAYqırtılarının arxasında kim durur? .....                     "Oğurluğa gedəndə yox e, vətəni qoruyanda yaralanmışam, NİYƏ SAHİB ÇIXMIRSINIZ?" .....                     ABŞ-Yunanıstan yaxınlaşması: .....                     MDB-nin son toplantısı və mühüm MESAJLAR .....                     Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır .....                     Keçmiş nazir raketlərdən nə qədər “otkat” alıb? .....                     "Dedi, ana, POLAD HƏŞİMOV şəhid olub, onun qanın yerdə qoymamalıyam" .....                     Tarif Şurası işığın qiymətini QALDIRDI .....                     Batumidə bina uçqununda günahlandırılan AZƏRBAYCANLI kimdir .....                     Saakaşvilinin hakimiyyətə gəlişi real görünür .....                     1-ci sinif şagirdi koronavirusdan öldü .....                     Mingəçevirdə həyətdə çoxlu sayda insan skeletləri tapılıb .....                     "Pis sülh, yoxsa yaxşı müharibə": Bizim üçün hansı məqbuldur? .....                     Stoltenberqin xüsusi nümayəndəsi Tiflisə gəlir .....                     HHM bölmələrinin döyüş atışları keçirilir .....                     Milli Məclis Zəfər Günü ilə bağlı xüsusi iclas keçirəcək .....                     Göyçayda toy təşkilatçısı cərimələnib .....                     Livan İkinci Vətəndaş müharibəsi astanasında: .....                     Kəramət Böyükçölün səhhətində irəliləyiş var .....                     "Vətən müharibəsi zamanı rayonun 16 dinc sakini həlak olub" .....                     ELMİRA SÜLEYMANOVA HƏR RESTORANI BƏYƏNMİRMIŞ... .....                     “Müstəlliyimizin bərpasını istəməyənlər az sonra onun maddi bəhrələrinə də yiyələndi...” .....                     Ağstafada dələduzluq edən “falçı” saxlanılıb .....                     Cənub küləyi əsəcək .....                     "Məktəbin zibillərini stadiona tökürlər..." .....                     Yaxın vaxtlarda Talış və Soquvuşana 500-ə yaxın ailə köçürüləcək .....                     Arutyunyandan 200 milyonluq fırıldaq .....                     Ermənistanla Azərbaycan arasında hansı razılıqlar var? .....                     Füzuli Hava Limanına beynəlxalq status verilib .....                     "Budoyanı və qrupunu Cəbrayılda qısa müddətdə məhv etdilər" .....                     “Müharibə dövründə Tərtərə 21 "Smerç" raketi atılıb” .....                     Niyə məşhurlar cəmiyyətə normal övlad bəxş edə bilmirlər? .....                     Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşünün nəticələri .....                     İcra başçısının Vətən müharibəsi barədə kobud səhv edən direktor arvadı .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 5 754-ə çatıb .....                     “Saakaşvili azadlığa çıxması üçün ən azı 6 il həbsdə yatmalıdır...” .....                     Fəallığı artıran ERMƏNİ TERRORÇULARI: .....                     Tovuzda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxs həbs olunub .....                     "Erməniləri Qafqaza xristian buferi yaratmaq üçün köçürdülər" .....                     Deputatdan İrana MESAJ: .....                 

"Almalı" ilə bağlı yeni ŞOK İDDİALAR - Necə və niyə müflis elan edildi?
Tarix: 14-12-2016, 08:35 | Çap et
"Almalı" ilə bağlı yeni ŞOK İDDİALAR
Faktinfo.az-ın elektron ünvanına Rusiya vətəndaşı olan soydaşımız Həsənov Elmar Səməd oğlu tərəfindən məktub göndərilib.Məktubda bir zamanlar məşhur olan “Almalı” marketlər şəbəkəsinin çökdürülməsi ilə bağlı sensasion fikirlər yer alıb.Mətn hazırkı dövrdə xüsüsi əhəmiyyət kəsb etdiyindən olduğu kimi dərc edirik:

Mən, Həsənov Elmar Səməd oğlu, Bakı şəhərində anadan olmuşam. Moskvada MQU-nu (Moskva Dövlət Universiteti) bitirdikdən sonra bir müddət Çin Xalq Respubilkasında işlədim. Hal -hazırda Rusiya vətəndaşı olmaqla iri Çin şirkətlərindən birinin MDB dövlətləri və bir sıra Şərqi Avropa ölkələri nümayəndəliklərinin Baş direktoru vəzifəsində çalışıram. “Almalı” marketlər şəbəkəsinin bizim ailənin başına gətirdiyi müsibətlər haqda faktları ictimaiyyətə çatdırmaq istəyirəm. Atam, Həsənov Səməd Ağa oğlu Sovetlər dövründə uzun müddət Çörək zavodunda ekspeditor işləyib. İşlədiyi müddətdə ticarət aləmində haqq-hesabda düzlüyünə görə xüsusi hörmət qazanıb. SSRİ dağıldıqdan sonra, böyük ticarət obyektlərinin topdan və pərakəndə satış mərkəzlərində də ekspeditor kimi çalışıb. Atam fəhləliklə 3 övladına da Ali təhsil verməyi özünə borc bilirdi. O,bir çox orta və kiçik sahibkarlıqla məşğul olan obyektləri ərzaq və qeyri ərzaq məhsulları ilə nisyə təmin edən ekspeditorlardan biri olub. 2006-cı ildə Respublikamızda ilk dəfə iri miqyaslı və misli görünməyən ticarət şəbəkəsi olan “Almalı” marketləri ilə əməkdaşlığa başladı. Atamın “Almalı” marketləri ilə aylıq ticarət dövriyyəsi qısa zamanda 100 000 manatı ötdü. Əmtəə sırasında çörək çeşidləri, dondurulmuş toyuq, ət, təmizləyici və sanitariya vasitələri və s. xırdavatlar var idi. Bir müddət sonra satılmış malların pullarının verilməsində kəsirlər əmələ gəlməyə başladı. Hər ay kəsirlər böyüyürdü. Atama belə dedilər: “Dövriyyən onsuz da bilinmir, narahat olma,sən bizim topdan təminatçımızsan. Bizimlə əməkdaşlıq etmək istəyənlər növbəyə düzülüb, bilirsən haralardan zənglər olur. Ancaq biz səninlə işləyirik”

Bir il ərzində satılmış mallardan 100 000 manata qədər kəsir əmələ gəldi. Bu isə o dövrün məzənnəsi ilə 125 000$ dollar təşkil edirdi. Atam iri topdan satış mərkəzləri ilə hər ay balanslaşdırılmış hesabat apardığından bir müddət kəsirlə işləmək mümkün oldu. “Almalı” rəhbərliyi isə müxtəlif bəhanələr gətirərək hər dəfə borcu həcmini böyüdürdü. Atama söz verirdilər ki, sən yaxşı ticarətçisən, narahat olma, səni təzə açılacaq mağazalardan birinə direktor təyin edəcəyik. Bu minvalla atam yaranan kəsiri gözləyirdi, halbuki, atam tərəfindən verilmış mallar çoxdan satılmışdı. Ancaq yaşamaq üçün yeganə bacardığı iş olduğu üçün əməkdaşlığı davam etdirirdi. Onun işlədiyi şirkətlər bir gün qəti şəkildə pullarını tələb etməyə başladılar. Atam “Almalı” mağazalarının müdirlərinə, sonra isə ümumi rəhbərlərinin yanına getməyə başladı. Hər dəfə “narahat olma ,ağsaqqal, yaxın günlərdə pul olacaq,xaricdən kredit gəlir” və s. boş- boş vədlərlə atamı yola salırdılar. Hətta elə vəziyyət yaranmışdı ki, o verdiyi malların geri qaytarılmasına və yaxud əvəzində digər mallar götürməyə də razı idi. Təxminən bir il yarım yalançı vədlərlə aparıb gətirdilər. Son üzləşmə aktına əsasən 105 000 manat (134 000 dollar) mənimsənilmişdi.

Bu müddət ərzində atamın mal götürdüyü sahibkarlar borclarını tələb etməklə, müxtəlif hədə- qorxu gəlməklə məcbur etdilər ki, yaşadığımız mənzili girov qoyub kredit alaq.Beləliklə, evimizi girov qoyaraq bankdan kredit götürüb borcların əsas hissəsini bağladıq. Lakin, “Almalı”dan pulumuzu ala bilmirdik, orada müxtəlif işçılərlə görüşürdük. Bizə deyirdilər ki, “Almalı”nın sahibi tanınmış iş adamı Araz Ağalarovdu.

O zaman mən Rusiyada tələbə olduğumdan Moskvada “Krokus” şrkətinə yollandım. “Krokus” şirkətinin administrasiyasından qətiyyətlə bildirdilər ki, cənab Ağalarovun Azərbaycanda heç bir “Almalı” marketlər biznesi yoxdur və olmayıb.Bundan sonra “Almalı” rəsmilərinin qəbuluna atam dəfələrlə getdi. Nəsimi Lətifov, Bəhruz Hüseynov və baş direktor Rafael Haciyev dəfələrlə və təkidlə bildirirdi ki, heç kim heç kimin pulunu yeyə bilməz. Bir az səbr etmək lazımdır.

Lakin məsələ həllini tapmadı, bizim pulu yedilər. Bu müddətdə biz artıq Bank faizlərini ödəyə bilmədiyimiz üçün evimizi satmağa məcbur olduq. 3 otaqlı evimizi 7-ci mikrorayonda satıb Yeni Günəşlidə 1 otaqlı mənzilə köçdük.Bununla bərabər, atam bütün işlərini itirdi. Bundan sonra heç bir sahibkar atamla işləmək istəmədi. “Almalı”ilə əməkdaşlıq bizim ailəmizi məhv etdi. Atam insult oldu və 2014-cü ildə dünyasını dəyişdi. Mən isə təhsilimi Moskvada fərqlənmə diplomu ilə bitirib, Çin şirkətlərinin birində direktor işlədim, paralel olaraq “Almalı” rəhbərləri ilə maraqlanmağa başladım. Çünki, onlar yeni investorlar vasitəsi ilə 5 il ərzində pulları qaytaracaqlarını vəd etmişdilər. Heç demə,

bu mütəşəkkil formada “afyor”luğun bir forması imiş.

Araşdırmalara başladım. Baş direktor Mobil Şərifovu (Keçmiş Gəncə Beynəlxalq Bankın sədri) tapdım. Onun sözlərinə görə ,“Almalı” şirkəti tamamilə müflisləşib. “Nəğd satılmış malımın pulu necə müflisləşə bilər”sualıma cavab olaraq dedi ki, mənlik deyil, dağıdanlar dağıtdı.Rafael Hacıyev (Keçmiş Sumqayıt Beynəlxalq Bankın sədri) bilir, onunla danışın. Rafaeli tapa bilmədim, dedilər Bakıdan köçüb.

Bundan sonra “Almalı”nın digər məsul işçisi Elşad Şirinbəyovla (Keçmiş Yasamal Beynəlxalq Bankın sədri) görüşdüm. Nəhayət ki, “Almalı”nın əsl sahibi haqda məlumat aldım. Dedi ki, bu işlərin arxasında Beynəlxalq Bankın keçmış sədri Fuad Axundov dayanırdı. Bütün bu problemləri yaradan o olub. Dərhal Mobil Şərifovla əlaqə saxladım . Mobil müəllim də t bu işin başında Fuad Axundovun durduğunu təsdiqlədi. Daha sonra müəyyən etdim ki, Fuad Axundovun bacısı Nigar Axundovanın əri Asim Salamov “Almalı”marketlərinin Təchizat və İşlər Departamentinin rəhbəri, Fuad Axundovun həyat yoldaşı Fərəh Axundovanın qardaşı Ağası Hüseynov isə Nəqliyyat və Təminat Departamentinin rəhbəri kimi “Almalı” AİLƏ sindikatının üzvləridirlər. Bundan başqa onlarla tanışları və dostları da burada fəaliyyət göstəriblər.

“Almalı” sindikatının Təhlükəsiszlik xidmətinin keşmiş işçisinin (rəsmi araşdırma başlayana qədər adlarının məxfi saxlanmasını xahiş ediblər) bizimlə bölüşdüyü arxiv video materiallardan aydın görünür ki, Fuad Axundov xüsusi təm-təraqla “Almalı”nın Baş ofisinə, mühafizəçilərinin muşayiəti ilə dəfələrlə 90 AA 632 dövlət nişanlı Mersedes S klass markalı avtomobillə şəxsən təşrif buyurur. Bundan başqa digər arxiv video görüntülərdən müəyyən olunur ki, Lerik rayonun “Relax” istirahət Mərkəzində Fuad Axundovun rəhbərliyi ilə “Almalı” sindikatının toplantısı keçirilir. Korporativ iclasın tərkibindən bəlli olur ki, bu avantüranı həyata keçirən qohum-işbazlardı.

Daha sonra “Almalı”nın maliyyə idarəsinin keşmiş işçilərinin dediklərindən (rəsmi araşdırma başlayana qədər adlarının məxfi saxlanmasını xahiş etmişlər) müəyyən olundu ki, 2-3 il ərzində mütamadi olaraq hər gün iş günü bitdikdə bütün şəbəkələrdən gündəlik əldə olunan nəğd pullar yığılaraq “Almalı”nın Babək prospektindəki Baş ofisinə göndərilib. Sonralar bu ünvan Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsindəki ofislə əvəzlənib. Yığılan vəsaitlərin bir hissəsi söz- söhbətlərin yaranmaması üçün sahibkarlara verilir, digər hissəsi isə Fuad Axundovun tapşırığına uyğun olaraq müəyyən olunmamamış istiqamətdə qeyb olurdu.

Mərhələli formada əmtəə təminatçılarına borclar yaranırdı. Bu borclar təminatçıları narahat etmirdi, çünkü sünü yaradılmış “Almalı” bazarına girmək problemi sahibkarları bu fikirdən uzaqlaşdırırdı.İşbazların başlıca məqsədi də bu idi. Maksimal borclanmaya getdikdən sonra son 6 ayı “Almalı” Ticarət şəbəkələrində işləyənlərində zəhmət haqqı verilmədi,

“Almalı” müflis elan edildi.

“Vəziyyət”dən”çıxmaq üçün o, hətta özünə məxsus Rus Dram Teatrının (Molakan bağı) qarşısında, Xəqani küçəsi ilə Mərdanov qardaşları küçəsinin kəsişməsində yerləşən çox otaqlı mənzilini guya ki, “Almalı” şəbəkəsinin inkişafına yönəldiləcəyi niyyəti ilə “Əmrahbank”a girov qoymaqla, 700 000 (yeddiyüz min) manat götürdü. Bunu da bilərəkdən ictimailəşdirdi. Sonda isə “Almalı” şəbəkəsini müflis elan edərkən, üzünün də müflis olmasını xüsusi qeyd etməklə hətta evinin də bankda girov qalaraq əldən çıxmasını çox təəssüflə bildirdi.Halbu ki, girovdan əldə edilmiş vəsaitin heç 1 manatı belə “Almalı” şəbəkəsinə yönəldilməmişdi. Bu vəsaitlə Fuad Axundov müddət gözləmədən Antalyada iqamətgah əldə edib.

Bu arada isə Rafael Hacıyev başda olmaqla, Fuad Axundovun bütün silahdaşları, o cümlədən Asim Salamov (Fuad Axundovun bacısı Nigar Axundovanın həyat yoldaşı), Ağası Hüseynov (Fuad Axundovun həyat yoldaşı Fərəh Axundovanın qardaşı) bir ağızdan “Almalı” şəbəkəsinin müflis olması və Fuad Axundov başda olmaqla hər birinin müflis olması və külli miqdarda pul itirmələrini bəyan etdilər.

Eyni zamanda Fuad Axundovun şəxsi göstərişi ilə, əlavə olaraq tanışlardan, sahibkarlardan və digər fiziki şəxslərdən İnvestisiya yatırımı və şəbəkələrin genişləndirilməsi adı altında illik faizi 25-30% olmaqla qeyri-qanuni vəsaitlər toplandı. Məlumat üçün qeyd edək ki, bu tələyə Fuad Axundov bir çox tanışlarını da salıb. Belə ki, Mobil Şərifovun yaxın adamı buraya 700 000 manat vəsait cəlb etmişdir və bu günə qədər bir qara qəpik geri ala bilməmişdir və s. Bu qanunsuz əməlləri həyata keçirən birbaşa Rafael Hacıyev olub. Beləliklə də dələduzluq piramidası nəticəsində 100-lə iş adamına küllü miqdarda ziyan vurulmuşdur. Ziyan çəkənlərin siyahisı yığılır. Qeyd olunan faktarla bağlı konkret ziyan çəkmiş şəxslər var.

Onu da qeyd edim ki, Fuad Axundov Beynəlxalq Bankın sədrliyindən mərhum Prezident Heydər Əliyev tərəfindən məhz dələduzluq üstündə qovulmuşdu. Belə ki, o dövrlərdə Fuad Axundov Azərbaycan Beynəlxalq Bankının səhmlərinin əsas hissəsini özünün yaxın adamlarının vasitəsilə mənimsəməsi ilə yanaşı ,müvəqqəti olaraq ABB-də yerləşdirilən Dövlət Neft Fondunun küllü miqdarda ehtiyatlarından öz xeyrinə istifadə etməkdə təqsirləndirilmişdi.

Bununla yanaşı həmin dövrdə Fuad Axundov özünə “Arko” bank açmış və ora Nazim adlı dostunu rəhbər təyin etmişdi. Həmin bank vasitəsi ilə F.Axundov gizli bank əməliyyatları nəğdləşmə, Azərbaycan Beynəlxalq Bankına məxsus aktivlərin mənimsənilməsi və ölkədən qeyri qanuni pulların çıxarılması istiqamətində transzaksiya əməliyyatları keçirirdi. Sonda isə çoxsaylı iş adamlarının ziyanı ilə həmin bank müflis elan edildi. Fuad Axundov isə İngiltərə Banklarına 15 milyon funt yatıraraq bu əməliyyatlardan ziyansız çıxdı. Gördüyünüz kimi Fuad Axundov dəsti-xətti o dövrdən məhşurdu.

Qeyd etmək lazımdır ki, Fuad Axundov ABB-dan mərhum Prezident Heydər Əliyev tərəfindən uzaqlaşdırılarkən onun yerinə o dövrdə Bankın Kredit Departamentinin rəhbəri Cahangir Hacıyev təyin edilmişdi. Cahangır Hacıyevi ümumiyyətlə Bank sisteminə isə Fuad Axundov gətirmişdi. Belə ki, onlar hər ikisi ABŞ Texas Universitetində birgə MBA kursaları keçərkən tələbə dostları olublar. Beləliklə, bu günkü ABB-nin bəlalarının əsasını da Fuad Axundov qoyub,Cahangir Hacıyev davam etdirib.

2001-ci ildə canını İngiltərəyə qaçmaqla qurtaran Fuad Axundov, 2003-cü ildə Prezident Heydər Əliyevin vəfatından sonra ilk növbədə Moskvada Uralsib İnvestisiya Bankına (sonralar investisiya şirkəti) işə düzəlir. Burada öz “bacarığını” işə salaraq irəliləməyi bacarır.Qısa zamanda Bakıda da “Nikoyl Bank”ın açılmasını təşkil edir. Burada da öz qohumları və dostları Mobil Şərifov, yeznəsi Asim Salamov və qayını Ağası Hüseynovu və digərlərini görmək olardı. Qısa zamanda Fuad Axundov burada da işbazlığını işə salır və bir neçə yəhudi milliyətindən olan iş adamlarının vəsaitlərini ustalıqla mənimsəyir. Maraqlısı budur ki, yenədə eyni ssenari işlədilib: “İş alınmadı, bağışlayın”.

Lakin, yəhudi milliyətindən olan iş adamları rəsmi şikayətlə ayidiyyəti qurumlara müraciət edib və Fuad Axundov 2005-ci ildə Heydər Əliyev adına Hava limanının VİP zalından DİN-nin əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə aparılıb. Təbiətcə qorxaq adam olan Fuad Axundov dərhal şikayət edənlərin tələbini qarşılayıb, Azərbaycanı tərk edib.

Və nəhayət 2006-2010- cu illərdə iş adamlarının və sahibkarların məlum “Almalı” soyqırımı ilə tarixə düşüb. Xatırlatdığımız kimi, Fuad Axundov maksimal borclanmaya getdikdən sonra bir vaxtlar qərb dünyasında ən geniş yayılmış dələduzluq formasından istıfadə edərək “Almalı” Ticarət şəbəkəsini süni müflis elan edib. Beləliklə, Fuad Axundov müflisləşmə yolu ilə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması nəticəsində ümümi dəyəri 70 milyon manata qədər vəsaiti mənimsəyib. Nəzərə almaq lazımdır ki, 70 milyon manat 2012-ci ildə 0.78 qəpik məzənnə ilə təxminən 89 745 000 (səksən doqquz milyon yeddiyuz qırx beş min) ABŞ dolları təşkil edirdi. Beləliklə də Fuad Axundov özünü və biznesini süni müflis etməklə küllü miqdarda vəsaiti ölkədən çıxarmağa nail olub.

Bu arada bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Belə ki,Fuad Axundovla sabiq MTN naziri Milli Məclisin arxasındakı 9- mərtəbəli yaşayış kompleksində qonşu olublar və bir- birlərini şox gözəl tanıyıblar. Lakin bir fakt işləri korlayıb. Fuad Axundovun yerinə 2001-ci ildə ABB-nin prezidenti olan Cahangir Hacıyevin sabiq MTN-lə quda olması vəziyyəti dəyişdi. Bunu görən F. Axundov hiyləgərliyini yenidən işə salır və “cavanlıq-qardaşlıq xatirəsi” mövzusunu ortalığa atmaqla C.Hacıyevin “uzaqgörənliyindən” istifadə edir. Bu barışığın eşqinə hətta Cahangir Hacıyev Fuad Axundovun bacanağı İbrahim Cəfərovu ABB-yə məsul vəzifəyə təyin edir. Beləliklə də, dələduzluq əməliyyatlarının həyata keçirilməsi üçün bütün münbüt şərait təkrar yaradılır.

Onu da qeyd edim ki,Dövlət Başçısına,hüquq- mühafizə orqanlarına faktların araşdırılması və dövrün irimiqyaslı dələduzluq əməllərinə hüquqi qiymət verilməsi üçün layihə müraciət məktubları hazırlanıb. Hazırda ziyançəkənlərin bir araya gəlməsi və dəymiş ziyanların ümumi klassifikasiya olunması işləri tamamlanır.Bu arada “Almalı” marketlərinin dələduzluq əməllərindən hər hansı bir formada ziyan çəkmiş fiziki və hüquqi şəxslərdən (icarə haqqı borcları, əmək haqqı borcları, görülmüş işlərlə bağlı müqavilə üzrə boclar, satılmış mallar üzrə ödənilməmiş borclar, nəğd şəkildə qeyri qanuni yığılmış depozitlər üzrə borclar və s. yaranmış borclar) şəxsi e.meylimə müraciət etməyinizi xahiş edirəm. Hazırda 142 nəfər qeydiyyatdan keçməklə küllü miqdarda dələduzluq faktları bir araya gətirilib. Saytınızda mənim e.meylimin [email protected] dərc olunmasını artıq dərəcədə xahiş edirəm.





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanda anti-Putin HAYqırtılarının arxasında kim durur? - DETALLAR
Bu gün, 15:02
"Oğurluğa gedəndə yox e, vətəni qoruyanda yaralanmışam, NİYƏ SAHİB ÇIXMIRSINIZ?" - Çarəsiz QAZİ
Bu gün, 15:00
ABŞ-Yunanıstan yaxınlaşması: - Bu dəfə hədəfdə kimdir?
Bu gün, 14:54
MDB-nin son toplantısı və mühüm MESAJLAR – Putin nəyə işarə vurdu?
Bu gün, 13:26
Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır - Rəsmi Bakıdan ÇAĞIRIŞ
Bu gün, 13:16
Keçmiş nazir raketlərdən nə qədər “otkat” alıb?
Bu gün, 13:07
"Dedi, ana, POLAD HƏŞİMOV şəhid olub, onun qanın yerdə qoymamalıyam" - VİDEO
Bu gün, 13:03
Tarif Şurası işığın qiymətini QALDIRDI - aşağı qiyməti 1 qəpik, yuxarı isə 2 qəpik bahalaşıb
Bu gün, 13:01
Batumidə bina uçqununda günahlandırılan AZƏRBAYCANLI kimdir və indi o, haradadır?
Bu gün, 12:56
Saakaşvilinin hakimiyyətə gəlişi real görünür - GƏLİŞMƏ
Bu gün, 12:47
1-ci sinif şagirdi koronavirusdan öldü - Bakıda ŞOK HADİSƏ
Bu gün, 12:44
Mingəçevirdə həyətdə çoxlu sayda insan skeletləri tapılıb
Bu gün, 12:43
"Pis sülh, yoxsa yaxşı müharibə": Bizim üçün hansı məqbuldur? - TƏHLİL
Bu gün, 12:41
Stoltenberqin xüsusi nümayəndəsi Tiflisə gəlir
Bu gün, 12:40
HHM bölmələrinin döyüş atışları keçirilir - VİDEO
Bu gün, 12:38
Milli Məclis Zəfər Günü ilə bağlı xüsusi iclas keçirəcək
Bu gün, 12:31
Göyçayda toy təşkilatçısı cərimələnib
Bu gün, 12:30
Livan İkinci Vətəndaş müharibəsi astanasında: - Beyrutda açılan atəş İranı necə silkələyəcək?
Bu gün, 12:28
Kəramət Böyükçölün səhhətində irəliləyiş var - AÇIQLAMA
Bu gün, 12:26
"Vətən müharibəsi zamanı rayonun 16 dinc sakini həlak olub" - Tərtərin icra başçısı
Bu gün, 12:23
ELMİRA SÜLEYMANOVA HƏR RESTORANI BƏYƏNMİRMIŞ... - Sabiq nazirdən sabiq ombudsmanla bağlı maraqlı paylaşım
Bu gün, 12:22
“Müstəlliyimizin bərpasını istəməyənlər az sonra onun maddi bəhrələrinə də yiyələndi...” - Ayaz Mütəllibov
Bu gün, 12:20
Ağstafada dələduzluq edən “falçı” saxlanılıb - FOTO
Bu gün, 12:15
Cənub küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:12
"Məktəbin zibillərini stadiona tökürlər..." - GİLEY
Bu gün, 12:10
Yaxın vaxtlarda Talış və Soquvuşana 500-ə yaxın ailə köçürüləcək - MÜJDƏ
Bu gün, 12:09
Arutyunyandan 200 milyonluq fırıldaq – Paşinyan QƏRAR VERƏCƏK
Bu gün, 11:59
Ermənistanla Azərbaycan arasında hansı razılıqlar var? - AÇIQLAMA
Bu gün, 11:56
Füzuli Hava Limanına beynəlxalq status verilib
Bu gün, 11:55
"Budoyanı və qrupunu Cəbrayılda qısa müddətdə məhv etdilər" - Gevorqyan
Bu gün, 11:53
“Müharibə dövründə Tərtərə 21 "Smerç" raketi atılıb” - İcra başçısı
Bu gün, 11:51
Niyə məşhurlar cəmiyyətə normal övlad bəxş edə bilmirlər? - Cinayətkar balalar...
Bu gün, 11:50
Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşünün nəticələri - Kreml nə etmək istəyir?
Bu gün, 11:38
İcra başçısının Vətən müharibəsi barədə kobud səhv edən direktor arvadı İŞDƏN ÇIXARILDI
Bu gün, 11:36
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 5 754-ə çatıb
Bu gün, 11:32
“Saakaşvili azadlığa çıxması üçün ən azı 6 il həbsdə yatmalıdır...”
Bu gün, 11:27
Fəallığı artıran ERMƏNİ TERRORÇULARI: - "Cənablar, biz buna da hazır olmalıyıq"
Bu gün, 11:21
Tovuzda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxs həbs olunub - CƏZASI SƏRT OLMALIDIR!
Bu gün, 11:17
"Erməniləri Qafqaza xristian buferi yaratmaq üçün köçürdülər" - Danielyandan etiraf
Bu gün, 11:16
Deputatdan İrana MESAJ: - “İran nəticə çıxarmalıdır”
Bu gün, 11:12
“Atamın Cıdır düzündə adını yazdığı daşı ziyarətə gedəcəyik...”
Bu gün, 11:09
Hökuməti tənqid edən iranlı jurnalistə hücum olundu
Bu gün, 11:01
Rus Pravoslav Kilsəsi Ermənistan ərazisində yeparxiya qurdu - Yepiskop "İrəvan və Erməni" titulu daşıyacaq
Bu gün, 10:57
Qarabağdan atəş səsləri tək revanşistlərin işi deyil... - Rusiyanın kölgəsi görünür
Bu gün, 10:55
Gürcüstanda daha 5 076 nəfər COVID-19-a yoluxub, 44 nəfər ölüb
Bu gün, 10:54
“Terrorçuların təxribatları onu göstərir ki, sülh prosesi asan olmayacaq” - FAKT BUDUR!
Bu gün, 10:44
Erməni separatçıları əndazəni aşdı - antiterror əməliyyatları şərt oldu
Bu gün, 10:41
Yaponiya-Rusiya münasibətləri: - Gərginlik durmadan artır
Bu gün, 10:38
Qərb Saakaşvilini həbsxanada çürüdəcəkmi? - GƏLİŞMƏ
Bu gün, 10:36
SOCAR Mübariz Mənsimovun Türkiyədəki əmlakına həbs qoydurub - TƏFƏRRÜAT
Bu gün, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru