Qanunsuz ov hallarına qarşı tədbirlər davam etdirilir .....                     Azercell-in dəstəyi ilə IV Uşaq Paralimpiya oyunları keçirilib .....                     Kosmosda dövlət quran azərbaycanlı milyarder haqq qoydu .....                     Zorla istəmədiyinə verilən 16 yaşlı qız nişan günü elə bir hərəkət etdi ki... .....                     Dünyaca məşhur hoteldə səfir qalmaqalı .....                     Saatlı Gigiyena və Epidemiologiya Mərkəzi niyə “ölü təşkilat”a çevrilib? .....                     Günəş enerjisi ilə qidalanan lövhələri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb .....                     İki həkim arasında qalmaqal: Cinayət, şikayət, model…. .....                     Rusiya vətəndaşının evindən 30 min dollarlıq oğurluq .....                     Dilçilik İnstitutunun təklifi media cameəsində birmənalı qarşılanmadı .....                     Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir .....                     Türkiyədə güclü qar dərslərin dayanmasına səbəb oldu .....                     Ermənistanda yezidilərə qarşı milli zülm siyasəti aparılır .....                     Cinayət başında yaxalandılar .....                     Niderlandda apelyasiya məhkəməsi Azərbaycan-Türk diasporunun rəhbəri barəsində hökmü dəyişməyib .....                     Qarabağda yol qəzası olub, 3 erməni ölüb .....                     Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə .....                     Azərbaycanın İsraildəki dostu yüksək posta doğru .....                     Vergilər Nazirliyində Fazil Məmmədov ab-havası... .....                     ABŞ Rusiyanı Dəməşqə təzyiq göstərməyə çağırıb .....                     Yasamalda qadın kirayə qaldığı evdə qətlə yetirilib .....                     Bakının ən cazibədar avtomobil sürücüsü Zümrüd .....                     Hacı Qalib dövlət məmurlarına hücum çəkdi .....                     Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb .....                     Cəlilabad polisi ADPU-nun Cəlilabad filialında "Narkomaniya və erkən nikaha yox deyək" tədbiri keçirib .....                     "Vəkilliklə bağlı Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıqdan məmnunluq duyuruq" .....                     Bu gün Milli Məclisdə büdcə müzakirələri sona çatacaq .....                     Əli Həsənovla bağlı ŞOK MƏLUMAT .....                     Metropolitendən Fazil Mustafaya cavab .....                     Soyducu xarab oldu, milyarder Ayrapetyanın orqanları çürüdü .....                     Rəsmi Ankara Kaşıkçı cinayəti ilə bağlı beynəlxalq istintaqın aparılmasının tərəfdarıdır .....                     Xarici İşlər Nazirliyinin həbs edilən əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib .....                     "İlin Favoriti 2018"in keçirilmə tarixi bəlli oldu .....                     Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır .....                     “Qəbələ”nin məşqçisi qəzada həlak oldu .....                     İlqar Rəhimovun 25 illik hökmranlığının sonu .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Sürücülərə XƏBƏRDARLIQ! Bu gün sonuncu gündür .....                     Azərbaycanın antiişğal ssenarisi .....                     Büdcədən ayrılan pul cibə qoyulur, əvəzində isə... .....                 

AĞCABƏDİNİN İCRA BAŞÇISININ “QARA DOSYASI”
Tarix: 29-01-2013, 12:30 | Çap et
AĞCABƏDİNİN İCRA BAŞÇISININ “QARA DOSYASI”
ŞAHİN MƏMMƏDOV ƏHALİNİ TAM OLARAQ ÜSYAN ÜZƏRİNDƏ KÖKLƏYƏ BİLİB

DİA.AZ: - Ağcabədi rayonu zamanında respublikamızın ən qabaqcıl rayonlarından biri hesab olunurdu. Hələ Sovet illərində həm istehsal gücünə, həm potensialına, həm də digər göstəricilərinə görə Ağcabədi Azərbaycanın qabaqcılları sırasında sayılırdı. Sonrakı illəri isə təəssüf ki, Ağcabədi rayonunun tənəzzül illəri kimi xarakterizə etmək olar. Bu isə hər şeydən öncə rayona rəhbərlik edən şəxslərin səriştəzliyindən qaynaqlanır. Hər halda, fərdlər də mühüm rol oynayır.

DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun yarıtmaz idarəçiliyi nəticəində rayonda əsl xaos hökm sürməkdədir. Bütün bunlar haqda bir qədər sonra, hələlikə gəlin Şahin Məmmədovla daha yaxından tanış olaq.

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov əslən buralı deyil. Şahin Kərim oğlu Məmmədov 1959-cü ildə Bərdə şəhərində anadan olub. 1965-1975-ci illərdə Bərdə şəhər 3 saylı orta məktəbdə oxuyub. Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1975-1983-cü illərdə «Azelektromontaj» idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

Şahin Məmmədov 1983-1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib, 1992-1993-cü illərdə Maliyyə Nazirliyinin «Azəraudit» mərkəzinin Bərdə rayon şöbəsinin rəisi, 1993-1995- ci illərdə Bərdə rayon İcra Hakimiyyəti başcısının sosial - iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri, 1996-2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində çalışıb. Ölkə Prezidentinin 26 dekabr 2005-ci il tarixli sərəncamı ilə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Ancaq onun icra başçısı kimi fəaliyyətini heç də uğurlu saymaq mümkün deyil. Hər halda onunla bağlı indiyə qədər səsləndirilən ittihamlar və ortada olan faktlar belə düşünməyə əsas verir. Həmin faktlardan biriylə tanış olmaq üçün bir qədər keçmişə ekskurs etmək lazım gəlir.

Belə ki, bir müddət öncə Ağcabədi rayonunda rüsvayçı olayın baş verməsini buna misal götürmək olar. Məlumata görə, Maliyyə Nazirliyi rayondakı səhiyyə müəssisələrində ciddi yoxlamalar keçirib və dərman preparatlarının alınması üçün ayrılan 200 min manat vəsaitin mənimsənildiyi ortaya çıxıb. Fakt aşkarlandıqdan sonra rayonun icra hakimi Şahin Məmmədovun əmri ilə Səhiyyə İdarəsinin müdiri Arif Quliyev vəzifəsindən azad edilib. Qeyd edək ki, A.Quliyev həm də YAP-ın rayon təşkilatının sədri olub. Hadisədən sonra iə səhər vəzifəsindən azad edilən A.Quliyev ictimaiyyətin gözü qarşısında icra başçısının yaxasından yapışaraq «Mən 200 min manatı hesabdan çıxarıb, sənə vermişəm. Pulumu qaytar» deyib. Orada olan şəxslərin müdaxiləsindən sonra A.Quliyevi sakitləşdirmək mümkün olub. Yalnız bundan sonra Şahin Məmmədov rayon icra hakimiyyətinin binasına gedib.

İcra başçısını ifşa edən daha bir rüsvayçı faktla tanış olaq. Belə ki, Ağcabədi rayon Yol İstismar İdarəsinin müdürü Vidadi Hüseynovun rayonun İcra başçısı Şahin Məmmədovun arasında qalmaqal və qarışıdurma yaşanmaqdadır. Belə ki, İcra Hakimiyyətində keçirilən toplantılardan birində İcra başçısı ilə idarə müdürü arasında açıq qarışıdurma baş verib. Qarşıdurma nəticəsində Şahin Məmmədovla Vidadi Hüseynov arasında baş verən söz atışmasından sonra, icra başçısı idarə müdürünü toplantıdan qovub. Sonra isə Şahin Məmmədov nə düşünübsə, Vidadi Hüseynovun geri çağırılmasını əmr edib. Həmin ərəfədə mətbuatın yazdığına görə, İcra başçsı ilə Yol İstismar İdarəsinin müdürü arasında soyuq küləklər çoxdan əsir. Hələ bimr müddət əvvəl İcra başçısı Yol İstismar İdarəsinin müdürünü işdən azad edib və onun əvəzinə bir başqasını təyin etməyə cəhd edib. Lakin «Azəryolservis» ASC-də dayaqları olan Vidadi Hüseynov öz vəzifəsinin icrasını davam etdirib. Məlumatda iddia olunur ki, icra başçısı isə Vidadi Hüseynovu yenidən öz vəzifəsinə bərpa etmək üçün ondan külli-miqdarda pul istəyib.

İikili arasında son qarşıdurmadan əvvəl isə Şahin Məmmədov Vidadi Hüseynovu kabinetinə dəvət edərək, ondan Ağcabədidəki yolları kosmetik təmir etməyi və «yuyulan» pulların böyük hissəsini ona gətirməsini tapşırmasından sonra olub. Bu barədə daxil olan məlumatda bildirilir ki, Yol İstismar İdarəsinin müdürü başçının bu tələbinə etiraz edib. İstədiyini əldə edə bilməyən icra başçısı bundan sonra ümumrayon toplantısında Vidadi Hüseynova qarşı hücuma keçib və sonuncu bu hücumun qarşılığını verdikdə isə çarəni idarə müdürünü toplantıdan qovmaqda görüb. Yuxarıda da bildirildiyi kimi bir qədər sonra başçı öz fikrini dəyişdirərək idarə müdürünün geri çağırılmasını əmr edib.

Məlumatda göstərilir ki, İcra başçısını qəzəbləndirən əsas məsələ Vidadi Hüseynovun ona qarşı saymamazlıq nümayiş etdirməsi və əldə etdiyi gəlirləri icra başçısınıdan gizlətməsidir. Belə ki, təkcə son bir ildə guya Ağcabədi yollarına sərf olunan 500 000 mant vəsait itə-bata düşüb. Təbii ki, bu yağlı tikədən icra hakimiyyətinin başçısı Şahin Məmmədovda öz payını almaq istəyir. Amma hələlik başçının buna nail ola bilmədiyi bildirilir.

Şahin Məmmədovun adı eyni zamanda qalmaqallı «boru əməliyyatı» ilə bağlı da hallanıb. Bildirək ki, mətbuatda Ağcabədinin icra başçısı Şahin Məmmədov Qarqar çayından rayon mərkəzinə axan suyun borularını çıxararaq satması barədə məlumat verilib. Bu faktı qəzetlərə ötürən mənbənin sözlərinə görə, uzunluğu 18 km olan borunun böyük bir hissəsi satılıb. Yalnız kiçik hissəsi qalıb ki, icra başçısı onları sata bilmir. Bunun səbəbi isə rayon sakinlərinin Şahin Məmmədova təpki göstərməsidir.

Əməkdaşımızın araşdırmaları nəticəsində bəlli olub ki, Qarqardan Ağcabədinin mərkəzinə kimi uzanan 18 km-ə qədəri çuqundan ibarətdir. 1 çuqun borunun uzunluğu 4,20 metr, çəkisi 534 kq-dır. Bu isə o deməkdir ki, bu rəqəmi də 15-dəfə yüksəldəndə 3750 ədəd çuqun boru edir. 15 km-lik çuqun borunun ümumi çəkisini tapmaq üçün isə sonuncu rəqəmi bir borunun çəkisinə, yəni 534 kq-a vuranda 2 002 500 kq - 2002.5 ton edir. 1 ton çuqunun qiyməti ən aşağı hesabla götürsək, 165 dollardır. Bunun cəmi isə 330330 dollara gəlib çıxır. Beləliklə də Şahin Məmmədov «boru əməliyyatı» nəticəsində külli miqdarda gəlir əldə edib.

Təəssüflər olsun ki, bütün bu sadalananlar Ağcabədidə baş verən maxinasiyaların yalnız kiçicik bir hissəsidir. Hələ bizə bəlli olmayan neçə-neçə qanunsuzluqlar mövcudur ki, onlar haqda da sizlərə gələcəkdə daha ətraflı məlumat verməyə çalışacağıq.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qanunsuz ov hallarına qarşı tədbirlər davam etdirilir
Bu gün, 11:50
Azercell-in dəstəyi ilə IV Uşaq Paralimpiya oyunları keçirilib
Bu gün, 11:49
Kosmosda dövlət quran azərbaycanlı milyarder haqq qoydu - ASGARDİYA VƏTƏNDAŞLIĞI ÜÇÜN İLDƏ 100 AVRO...
Bu gün, 11:47
55 yaşlı xalq artistinin makiyajsız halına təriflər yağdı
Bu gün, 11:45
Zorla istəmədiyinə verilən 16 yaşlı qız nişan günü elə bir hərəkət etdi ki... - Azərbaycanda
Bu gün, 11:40
Dünyaca məşhur hoteldə səfir qalmaqalı
Bu gün, 11:37
Saatlı Gigiyena və Epidemiologiya Mərkəzi niyə “ölü təşkilat”a çevrilib? - İTTİHAM
Bu gün, 11:36
Günəş enerjisi ilə qidalanan lövhələri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 11:32
İki həkim arasında qalmaqal: Cinayət, şikayət, model…. – Təfərrüat
Bu gün, 11:31
Rusiya vətəndaşının evindən 30 min dollarlıq oğurluq - BAKIDA
Bu gün, 11:27
Dilçilik İnstitutunun təklifi media cameəsində birmənalı qarşılanmadı
Bu gün, 11:23
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir - FOTO
Bu gün, 11:15
Türkiyədə güclü qar dərslərin dayanmasına səbəb oldu
Bu gün, 11:11
Ermənistanda yezidilərə qarşı milli zülm siyasəti aparılır
Bu gün, 11:09
Cinayət başında yaxalandılar
Bu gün, 11:06
"Efirlərin heç birində meyxanaçıların adını çəkib onlara şərəf verməyəcəm" - QALMAQAL
Bu gün, 11:05
Niderlandda apelyasiya məhkəməsi Azərbaycan-Türk diasporunun rəhbəri barəsində hökmü dəyişməyib
Bu gün, 11:02
Qarabağda yol qəzası olub, 3 erməni ölüb
Bu gün, 11:00
Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub
Bu gün, 10:53
Azərbaycanın İsraildəki dostu yüksək posta doğru – İlginc gəlişmə
Bu gün, 10:50
Vergilər Nazirliyində Fazil Məmmədov ab-havası... - İDDİA
Bu gün, 10:46
Tanınmış jurnalistə vəzifə verildi
Bu gün, 10:42
ABŞ Rusiyanı Dəməşqə təzyiq göstərməyə çağırıb
Bu gün, 10:40
Yasamalda qadın kirayə qaldığı evdə qətlə yetirilib
Bu gün, 10:39
Bakının ən cazibədar avtomobil sürücüsü Zümrüd
Bu gün, 10:37
"Hicran"ın SİRRİ 30 il sonra açıldı: - "Nəsibə xanım Siyavuş və Hacıbabadan buna görə incimişdi"
Bu gün, 10:35
Hacı Qalib dövlət məmurlarına hücum çəkdi - Bilgəhdə qovğa
Bu gün, 10:29
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Bu gün, 10:25
Cəlilabad polisi ADPU-nun Cəlilabad filialında "Narkomaniya və erkən nikaha yox deyək" tədbiri keçirib - FOTO
Bu gün, 10:23
"Vəkilliklə bağlı Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıqdan məmnunluq duyuruq" - Ədliyyə nazirinin müavini
Bu gün, 10:15
Bu gün Milli Məclisdə büdcə müzakirələri sona çatacaq
Bu gün, 10:12
Əli Həsənovla bağlı ŞOK MƏLUMAT - 2 milyard manat mənimsəyib
Bu gün, 10:10
Metropolitendən Fazil Mustafaya cavab
Bu gün, 10:06
Soyducu xarab oldu, milyarder Ayrapetyanın orqanları çürüdü - “DQR”IN BAŞ SPONSORUNUN HƏBSXANADA ÖLÜMÜ...
Bu gün, 10:05
Rəsmi Ankara Kaşıkçı cinayəti ilə bağlı beynəlxalq istintaqın aparılmasının tərəfdarıdır
Bu gün, 10:03
Xarici İşlər Nazirliyinin həbs edilən əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib - VİDEO
Bu gün, 10:02
“Maşın”da kimlər olacaq? - Getməyənlər daha çoxdur...
Bu gün, 09:55
"İlin Favoriti 2018"in keçirilmə tarixi bəlli oldu
Bu gün, 09:50
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır - deputat
Bu gün, 09:48
“Qəbələ”nin məşqçisi qəzada həlak oldu
Bu gün, 09:12
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
Bu gün, 09:11
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:07
Sürücülərə XƏBƏRDARLIQ! Bu gün sonuncu gündür - Pərdə və jalüzlərə görə
Bu gün, 09:06
Azərbaycanın antiişğal ssenarisi - düşmənə “2-ci cəbhə” xəbərdarlığı
Bu gün, 09:03
Büdcədən ayrılan pul cibə qoyulur, əvəzində isə... - Yeyinti ittihamı
Bu gün, 09:01
Bakıda WADA-nın Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclası başlayıb
Bu gün, 08:55
Azərbaycan elmində biabırçı "Arif Alışanov ştrixi"... - İTTİHAM
Bu gün, 08:53
Ermənistan aclıqla üz-üzə: Seçkidən sonra kütləvi həbslər gözlənilir - TƏHLİL
Bu gün, 08:46
UEFA Millətlər Liqasında V turun oyunlarına start veriləcək
Bu gün, 08:44
Sabiq nazirlərin milyardları geri qaytarılacaq? - GƏLİŞMƏ
Bu gün, 08:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru