Baş prokuror Sabunçuda azyaşlı qardaşlara işgəncə verilməsi faktını nəzarətə götürdü .....                     Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib .....                     Dünyasını dəyişən tanınmışlar: Bu il kimləri itirdik? .....                     Prezident İlham Əliyev Yeni Suraxanı qəsəbəsində yollarının təmirinə .....                     Bakıda qadının 8 min manatlıq qızılı oğurlanıb .....                     Paşinyan Petrosyanın intiqamını alır .....                     "Gəlin qardaşının qayınatası ilə bir yataqda yaxalandı" .....                     AMEA doktorantura və dissertanturaya qəbul elan edib .....                     Bakıda marşrut böhranı yaşanır .....                     “Erkin Qədirlinin bu mövzuda sərbəst qərar vermək ixtiyarı yoxdur” .....                     Ermənilərə verilən növbəti diplomatik cavab: faktla danışanda düşmən susur .....                     “Azərbaycanda gənclərin siyasi arenaya daxil olması çox əhəmiyyətlidir” .....                     DYP-nin sahə rəisi bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb .....                     Fazil Məmmədovdan xəbər VAR .....                     "Bizə də gənc kadr başçı göndərilsin..." .....                     Bu il Rusiya və Azərbaycan arasında bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərin inkişafı üçün çox uğurlu olub .....                     Keçmiş PA rəsmisinin obyektlərində VERGİ YOXLAMASI .....                     Vilayət Eyvazov Bağırova VƏZİFƏ VERDİ .....                     Azərbaycan qazı gələn ilin oktyabrınadək Avropaya çatdırılmağa hazır olacaq .....                     Aygün Kazımovanı "10-luq"dan çıxartdı .....                     Rusiya olimpiya oyunlarında və dünya çempionatlarında iştirak hüququndan məhrum edilib .....                     2.5 milyonluq saxta pul əməliyyatı .....                     Tikinti şirkətinin direktoru həbs edildi .....                     Fuad Muradov komitənin adının dəyişdirilməsi məsələsinə münasibət bildirdi .....                     Azərbaycanda xanım yeni audit şirkəti yaradıb .....                     Rusiya Arktika üzərində havadan müdafiə qübbəsi yerləşdirəcək .....                     Axşam yağış yağacağı ehtimalı var .....                     Bakıda bacı və qardaşı bıçaqlayan şəxs saxlanılıb .....                     Bakıda 3 yeniyetmə hədələnərək pulları əllərindən alınıb .....                     Ermənistanın baş naziri Sarqsyana qarşı cinayət işinin başlanılmasını istəyib .....                     Bu il 50 adda dini ədəbiyyatın Azərbaycana idxalına razılıq verilməyib .....                     Bayram Nurlunun namizədliyini vermək istədiyi seçki dairəsindəki məntəqələrdə qohumluq şəbəkəsi .....                     “Ona 21 qoyun verilmişdi, amma direktor müavini olmaqda israr edirdi...” .....                     İcra başçısının müavininin evinə basqın edən şəxsin işi yenidən məhkəməyə göndərilib .....                     Putinlə Zelenski arasında üz-üzə görüşün təfərrüatları məlum oldu .....                     Sumqayıtda mənzildən kişi meyiti tapılıb .....                     “Qızım intihar etməyib, ayağı sürüşüb düşüb” .....                     “Yas mərasimlərinin keçirilməsində hər hansı qadağadan söhbət gedə bilməz” .....                     10 yaşlı Tovuz sakini qəzadan sonra itkin düşüb .....                     BAXCP növbədənkənar parlament seçkilərində iştirak edəcək .....                 

“BU CÜR SPEKULYASİYA İSLAMA ƏN BÖYÜK HÖRMƏTSİZLİKDİR”
Tarix: 11-11-2011, 10:54 | Çap et
“BU CÜR SPEKULYASİYA İSLAMA ƏN BÖYÜK HÖRMƏTSİZLİKDİR”

“BİZİM ÜÇÜN TƏHLÜKƏ İRANDAN GƏLİR”

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafanın APA-ya müsahibəsi

- Azərbaycan Venesiya Komissiyasının xarici vətəndaşların ölkədə partiya yaratmaq, partiyaları maliyyələşdirmək və siyasi partiya üzvü olmaq hüququna malik olması barədə təklifini qəbul etməyib. Siz necə fikirləşirsiniz, Azərbaycan bu təklifi qəbul etməli idimi?

- Məncə bu məsələdə Venesiya Komissiyasının rəyi tövsiyə xarakteri daşıyır. Yəni məcburi deyil. Azərbaycan hökumətinin bu rəyə aludə olaraq özünün düzgün saydığı qanun layihəsindən yayınması yanlış olardı. Xarici ölkə vətəndaşının Azərbaycanda siyasi partiya yaratmaq, yaxud maliyyələşdirməsi məsələsinin mümkünsüzlüyü Azərbaycan tərəfindən daha çox müharibə vəziyyətinin olması ilə izah edilə bilər. Yəni əgər Venesiya Komissiyasının təklifi qəbul olunarsa, hansısa Ermənistan vətəndaşı Azərbaycanda siyasi partiya yarada bilər. Yaxud Azərbaycandakı hansısa siyasi partiyanı Ermənistanın xüsusi xidmət orqanları maliyyələşdirə bilər. Azərbaycan buna necə imkan verə bilər? Ona görə də bu təklifə müsbət cavab verilməsi doğru olmazdı və real deyil.

- Uzun müddətdir siyasi partiyalara dövlət büdcəsindən maliyyə ayrılması mexanizmləri mövzusunda müzakirələr gedir. Sizin bu məsələ ilə bağlı mövqeyiniz necədir?

- Bu məsələ ilə bağlı bizim konkret layihəmiz var. Həmin layihədə maliyyələşmə üçün bir neçə variant nəzərdə tutulub. Partiyalara maliyyə yardımı ilk öncə ona görə edilməlidir ki, partiyaların effektiv fəaliyyət göstərmək imkanları açılsın. Düşünürəm ki, maliyyə məsələsində parametr olaraq sonuncu parlament seçkisinin nəticələri götürülməlidir. Yəni parlamentdə təmsilçilik, sonra isə parlamentdəki təmsilçilərin sayı əsas götürülməlidir. Digər meyar olaraq ölkədə demokratiyanın inkişafı naminə parlamentdə təmsil olunmayan, lakin son seçkilərdə bəlli bir səviyyədə səs toplamış partiya və bloklar maliyyələşmənin subyekti ola bilər. Məsələn, 20-25 min səs toplamış partiyaya maliyyə yardımı ayrılır. Əgər bunlar olarsa, Azərbaycanda yeni dövrün başlandığını elan edə bilərik.

- Bu yaxınlarda Milli Məclisdə dini fəaliyyətlə bağlı qanuna dəyişikliklər layihəsi müzakirə olundu. Öz hesabına xaricdə dini təhsil alan şəxslərin Azərbaycanda din sahəsində çalışmasını qadağan edən bəndə qarşı çıxmağınızı necə izah edərdiniz?

- Bu, sadəcə problemin mahiyyətini dərindən dərk etmədən onu daha çox kriminallaşdırmaq yolu ilə irəli sürülən təşəbbüslərdir. Məsələn, Azərbaycanda narkomaniya ilə bağlı proseslər dərindən öyrənilmədiyi və ona daha çox kriminal hadisə kimi baxıldığına görə narkotik istifadəçilərin, həmçinin onu satanların sayı kütləvi şəkildə artıb. Narkotik istifadəçilərinin müalicəsi barədə düşünmək lazımdır, nəinki onları bir neçə illiyə həbs edərək azadlığa çıxdıqdan sonra yenidən istifadəçiyə çevrilmələrinə şərait yaratmaq. Dini məsələyə vicdan azadlığı kontekstində baxmaq lazımdır. Sanki bizdə bəziləri belə düşünür ki, bir dindən çıxmaq bir partiyadan çıxmaq kimi bir şeydir. Yəni bunu vicdan məsələsi kimi anlaya bilmirlər. Prosesin içinə girib ona sahib çıxmaq, dindarlara da bir vətəndaş kimi yanaşmaq, problemlərini anlayaraq onların daha çox dövlətlə, cəmiyyətlə iç-içə olma yollarını axtarmaq lazımdır. Ancaq əksinə, onları cəmiyyətdən təcridetmə yoluna gedirlər. O qədər absurd yanaşma var ki... Məsələn, xaricdə təhsil alanlar islam ayin və mərasimlərini həyata keçirə bilməzlər. Bu, ancaq islama aiddir. Əslində bu nə deməkdir? Birincisi, keyfiyyətli təhsil almaq hüququna qəsddir. Bu məsələdə bütün xarici təhsilli vətəndaşlarımıza şübhə ilə yanaşmaq yerinə, əgər bu adamların əcnəbi xüsusi xidmət orqanları ilə bağlılığı varsa, bunu müvafiq orqanlarımız araşdırıb ortaya qoysun, hüquqi qiymət verilsin. Amma bütün vətəndaşlarımızın - əgər xaricdə təhsil alıbsa, göndərişlə getməyibsə - hamısından ehtiyat edəriksə, artıq dinin cəhalət tərəfi inkişaf etməyə başlayacaq. Yaxud, kimsə Həcdən qayıdanda kiməsə beş təsbeh bağışlayıbsa, həmin adam artıq inzibati məsuliyyət daşıyır. Bunlar hamısı süni maneələrdir və dindarlarla dövlət arasında uçurum yaradır. Artıq neçənci dəfədir ki, bu cür dəyişikliklər olur. Özü də əsasən islamla bağlı olur bu məhdudiyyətlər. Əgər dinlərə bərabər yanaşılırsa, onda islama niyə məhdudiyyət qoyulur? Ümumilikdə bu cür dəyişikliklər yumşaq desək, xeyirli deyil.

- Azərbaycana din pərdəsi altında gələn təhlükənin miqyası nə qədərdir?

- Açığı, Azərbaycan üçün dinlə bağlı gələn təhlükənin əsas iki mənbəyi var: İran və Səudiyyə Ərəbistanı. Türkiyədən Azərbaycan üçün elə təhlükəli məqam, istiqamət yoxdur. Adını çəkdiyim iki ölkədən gələn təhlükə hətta o qədər irəli gedib ki, İranın səviyyəsiz bir ayətullahı Azərbaycan dövlətini hədələməklə məşğuldur. Buna yol verməmək üçün dindarlara, dinə qarşı bayaq sadaladığım kimi mövqe qoymaq yanlış olar. Əksinə, daha doğru islamın, daha səmimi, savaş içində olmayıb islamı siyasətə alət etməyən bir istiqamətin ölkəmizdə stimullaşdırılması önəmlidir.

- Azərbaycan İslam Partiyasının ölkədə qeydiyyatdan keçmədən fəaliyyət göstərməsinə münasibətiniz necədir?

- Bu məsələyə kriminal olay kimi yanaşmaq, yaxud hüquq-mühafizə orqanlarının üzərinə bu qədər problemi yükləmək əvəzinə daha anlayışlı addımlar atmaq lazımdır. Söhbət maarifçilik addımlarından gedir. Məsələn, islam adında partiyanın olması islama hörmətsizlikdir. Bu, cəmiyyətə təbliğ olunmalıdır. Təsəvvür edin, sabah bu adda partiya hakimiyyətə gəldi, hansısa sosial problemi həll edə bilmədi. Onda hörmətdən düşən islam olmalıdır? Bu adın bu cür spekulyasiya edilməsi islama ən böyük hörmətsizlikdir. Kimlər islam sözündən istifadə etməklə partiya yaradırlar, onlar islamın mənasını dərk eləmirlər.

- Ölkədə müxalifətdaxili inteqrasiya, əməkdaşlığın səviyyəsi sizi qane edirmi? Ümumiyyətlə, belə bir əməkdaşlıq varmı?

- Müxalifətdaxili inteqrasiya üçün çox çətin bir vəziyyət yaranıb. Bunun üçün ilk növbədə dövlətin siyasi partiyalarla bağlı siyasətində korrektələr edilməlidir və siyasi partiyaların rolunun artırılması istiqamətində addımlar atılmalıdır. İkincisi, siyasi partiyaların fəaliyyət müstəvisi hüquqi əsaslara dayanmalıdır. Çox təəssüf ki, Azərbaycanda müxalifətin fəaliyyətinin hüquqi bazası yoxdur. Ancaq odur ki, iqtidarda deyiləmsə, deməli, müxalifətəm, bu cür fəaliyyət göstərirəm. Ona görə də müxalifətin hər hansı şəkildə ölkə protokolunda yeri yoxdur. Ölkənin idarə olunmasında isə heç bir rolundan söhbət gedə bilməz. Bunlar demokratiyanın atamanlığını göstərir. Ona görə də biz çalışmalıyıq ki, ilk növbədə müxalifət fəaliyyətini hüquqi müstəviyə oturdaq.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Baş prokuror Sabunçuda azyaşlı qardaşlara işgəncə verilməsi faktını nəzarətə götürdü
Bu gün, 16:28
Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib - SƏRƏNCAM
Bu gün, 16:23
Dünyasını dəyişən tanınmışlar: Bu il kimləri itirdik?
Bu gün, 16:22
Prezident İlham Əliyev Yeni Suraxanı qəsəbəsində yollarının təmirinə 7,8 milyon manat ayırıb
Bu gün, 16:19
Bakıda qadının 8 min manatlıq qızılı oğurlanıb
Bu gün, 16:16
Paşinyan Petrosyanın intiqamını alır
Bu gün, 16:14
"Gəlin qardaşının qayınatası ilə bir yataqda yaxalandı" - Bakıda ŞOK OLAY
Bu gün, 16:12
Çingiz Mustafayevin qardaşı - “İNS ÇM” ŞİRKƏTİNİ YARADIB
Bu gün, 16:07
AMEA doktorantura və dissertanturaya qəbul elan edib
Bu gün, 16:05
Bakıda marşrut böhranı yaşanır - GİLEY
Bu gün, 16:03
“Erkin Qədirlinin bu mövzuda sərbəst qərar vermək ixtiyarı yoxdur” – İlqar Məmmədov
Bu gün, 15:58
Ermənilərə verilən növbəti diplomatik cavab: faktla danışanda düşmən susur - TƏHLİL
Bu gün, 15:56
“Azərbaycanda gənclərin siyasi arenaya daxil olması çox əhəmiyyətlidir” - ATƏT PA-nın prezidenti
Bu gün, 15:55
DYP-nin sahə rəisi bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb
Bu gün, 15:43
"Münasibətlər bitəndən sonra fikirləşirsən ki, yox, sən demə, mən sevməmişəm"
Bu gün, 15:30
Fazil Məmmədovdan xəbər VAR - "Bakıda öz biznesilə məşğuldur"
Bu gün, 15:24
Günay Mehdizadə səfirlə ailə qurdu - FOTO
Bu gün, 15:22
"Bizə də gənc kadr başçı göndərilsin..." - Balakəndən müraciət...
Bu gün, 15:18
Bu il Rusiya və Azərbaycan arasında bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərin inkişafı üçün çox uğurlu olub - Prezident İlham Əliyev
Bu gün, 15:13
Keçmiş PA rəsmisinin obyektlərində VERGİ YOXLAMASI - İDDİA
Bu gün, 15:07
Vilayət Eyvazov Bağırova VƏZİFƏ VERDİ
Bu gün, 14:59
Azərbaycan qazı gələn ilin oktyabrınadək Avropaya çatdırılmağa hazır olacaq
Bu gün, 14:58
İTV-dəki verilişin aparıcısı görün kimin qızı imiş?
Bu gün, 14:55
Aygün Kazımovanı "10-luq"dan çıxartdı
Bu gün, 14:49
Rusiya olimpiya oyunlarında və dünya çempionatlarında iştirak hüququndan məhrum edilib
Bu gün, 14:46
2.5 milyonluq saxta pul əməliyyatı - saxlanılanlardan biri ölüb
Bu gün, 14:45
Tikinti şirkətinin direktoru həbs edildi - DƏLƏDUZLUQ
Bu gün, 14:43
Fuad Muradov komitənin adının dəyişdirilməsi məsələsinə münasibət bildirdi
Bu gün, 13:12
Azərbaycanda xanım yeni audit şirkəti yaradıb
Bu gün, 12:59
Rusiya Arktika üzərində havadan müdafiə qübbəsi yerləşdirəcək
Bu gün, 12:57
Axşam yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:55
Bakıda bacı və qardaşı bıçaqlayan şəxs saxlanılıb
Bu gün, 12:49
Bakıda 3 yeniyetmə hədələnərək pulları əllərindən alınıb
Bu gün, 12:45
Fira yanacaqdoldurma məntəqəsindəki hadisəyə belə cavab verdi - VİDEO
Bu gün, 12:44
Ermənistanın baş naziri Sarqsyana qarşı cinayət işinin başlanılmasını istəyib
Bu gün, 12:40
Bu il 50 adda dini ədəbiyyatın Azərbaycana idxalına razılıq verilməyib
Bu gün, 12:39
Polad Bülbüloğlu adının “İlin ən fəal səfiri” sorğusuna salınmasına etiraz edib
Bu gün, 12:38
Bayram Nurlunun namizədliyini vermək istədiyi seçki dairəsindəki məntəqələrdə qohumluq şəbəkəsi - SİYAHI
Bu gün, 12:36
“Ona 21 qoyun verilmişdi, amma direktor müavini olmaqda israr edirdi...” - Laçın icra hakimiyyəti özünü asan keçmiş təhsil işçisi barədə
Bu gün, 12:32
İcra başçısının müavininin evinə basqın edən şəxsin işi yenidən məhkəməyə göndərilib
Bu gün, 12:29
Putinlə Zelenski arasında üz-üzə görüşün təfərrüatları məlum oldu
Bu gün, 12:28
Sumqayıtda mənzildən kişi meyiti tapılıb
Bu gün, 12:23
“Qızım intihar etməyib, ayağı sürüşüb düşüb” - məktəb direktoru
Bu gün, 12:19
“Yas mərasimlərinin keçirilməsində hər hansı qadağadan söhbət gedə bilməz” - Mübariz Qurbanlı
Bu gün, 12:17
10 yaşlı Tovuz sakini qəzadan sonra itkin düşüb - İstintaq versiyası
Bu gün, 12:10
BAXCP növbədənkənar parlament seçkilərində iştirak edəcək
Bu gün, 12:09
Kadırov erməni generalla - FOTO
Bu gün, 12:06
Türkiyənin 20 rayonu Ermənistanın tərkibində göstərildi - Etiraz notası hazırlanır
Bu gün, 12:03
KİVDF-nin tərkibi dəyişdirilir - GƏLİŞMƏ
Bu gün, 12:02
Bakının yeni Baş Planının bəzi detalları açıqlanıb
Bu gün, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru