Cəlladın hiyləsi: Köçəryan Ermənistanı "gözətçi it" roluna qaytarmaq istəyir .....                     Alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irs .....                     Qubada qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyatlar zamanı 9 nəfər saxlanılıb .....                     Paşinyan `nə yardan doyur, nə də əldən qoyur`... .....                     “Rusiya nüvə silahı tətbiq etsə, bir neçə saata...” .....                     Tərtərdə 2 nəfər minaya düşüb .....                     Putin Ukrayna ərazilərini niyə ilhaq etdi? .....                     “KTMT bizim itimizdir, amma nə dişləyir, nə də hürür” .....                     Kremlin təhlükəli planı: “KTMT Qarabağa sülhməramlı göndərmək istəyir” .....                     “Yararsızdır” deyib əsgər aparılmayan şəxsə niyə əlillik verilmir? .....                     Maləsəf, Qazi ünvanından sui-istifadə edənlərimiz də var... .....                     Kremlin Putindən sonrakı potensial rəhbəri .....                     Siyavuş Novruzov cəbhəyə yazıldığını TƏSDİQLƏDİ: .....                     "Tehranın Qafanda baş konsulluq açması Türkiyə və Azərbaycana..." .....                     Vüsal Kərimliyə bağlı şirkət “BakıKart”dan milyonlar qazanır .....                     Rusiya “5-ci kalon”unun ümdə arzusu: “Cənubi Qafqaz Federal Dairəsi...” .....                     "Amma ola bilməzmi ki, müəyyən tikinti üçün ayrılmış ərazinin 40 faizində yaşıllıqlar salınsın?" .....                     Manatın sabitliyi nəyə zərərdir və bunun qarşısını almaq lazımdırmı .....                     Gücünüzü yetim-yesirə deyil, harınlamış məmur balalarına göstərin... .....                     "Azərbaycan Çinin nailiyyətlərini görməkdən sevinc hissi keçirir" .....                     Yeni savaşa tədarük görən Ermənistana HAQLI SUAL: .....                     "Bu şəxsi tanıyanlar varsa, xahiş edirəm mənə yazsınlar" .....                     Şirvanda 84 nəfərin qoluna qandal vurulub .....                     “Sədərək Yusif”in obyektində müştərini GİROV SAXLAYIBLAR... .....                     Azərbaycanla sərhədyanı bölgədə Ermənistan əsgərinin meyiti aşkarlanıb .....                     Səs yazısı yayılan direktor İŞƏ ÇIXMIR .....                     Əvəz Zeynallı ev dustaqlığına buraxılarmı? .....                     Suraxanıda 222 nəfər saxlanılıb .....                     Bəs bunu hansı kitaba yazaq, CƏNAB BABAYEV? .....                     "Tərtər işi" ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir" .....                     Erməni məktəblilər Tərtər rayonu ərazisində avtomat silahlarla təlim keçdi?.. .....                     Paşinyan Rusiya qarşısında nə qədər duruş gətirə biləcək... .....                     “Şou həmişə var, istərdim şəhidlərimiz, qazilərimiz haqda verilişlər hazırlansın” .....                     Həbsdə olan jurnalist Sənan Həsənoğlu təcili əməliyyat edilməlidir... .....                     “Ukrayna Silahlı Qüvvələri yaxın 72 saat ərzində Liman şəhərini azad edə bilər” .....                     "Yaxşı, təkid edirsənsə, onda 10 noyabr Bəyannaməsi yoxdur" .....                     “Polad Həşimovun ailəsi mənə zəng etdi...” .....                     "Ali iqtisadi təhsilə lazımlı ixtisaslar ləğv edilib" .....                     Qəzalı evdə yaşayan İsmayıllı sakini kömək istəyir... .....                     Millət nə hayda... Ağalar Vəliyevin oğlu nə hayda... .....                 

"Gənc Tamaşaçılar Teatrının direktoru müharibədə iştirak etsəm də mənə iş verməyib" - "Hərbidən yayınan iki aktyoru işə götürdü..."
Tarix: 19-09-2022, 09:51 | Çap et
"Gənc Tamaşaçılar Teatrının direktoru müharibədə iştirak etsəm də mənə iş verməyib"
“Müharibədən qayıdandan sonra 4-5 ay psixologiyamı toparlamaq üçün çox əziyyətlər çəkdim. O dönəmdə də heç bir yerdə çalışmırdım. Nə öz sahəmdə, nə də digər sahələrdə. Yanvar ayından sonra qərara gəldim ki, öz sahəm üzrə fəaliyyətimi davam etdirim. Mənim ilk müraciət etmək istədiyim teatr Gənc Tamaşaçılar Teatrı oldu. Niyə görə?! Oranın kollektivində tanıdığım dostlarım var idi, onlarla birlikdə çalışmaq istəyirdim. Bu həm mənim psixologiyamın toparlanmağına kömək edəcəkdi, həm də öz işimlə, bitirdiyim ixtisasla məşğul olacaqdım”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a aktyor, Qarabağ müharibəsi veteranı Cavidan Kəsəmənli deyib. O, daha sonra Gənc Tamaşaçılar Teatrına nə qədər müraciət etsə də, müraciətlərinin cavabsız qaldığını bildirib.

“Bu teatra ilk müraciətim təxminən yanvar ayının ortalarında oldu. Teatrın direktoru Naidə İsmayılzadənin nömrəsini tapmışdım, müraciət etdim. Dedilər ki, “hə, gəlin görüşək”. Siz təsəvvür edin ki, mən həmin teatra 4 dəfə gedib-gəldim. İndi sual verə bilərsiniz ki, müraciət bir dəfə olur, niyə 4 dəfə gedib-gəlmisiniz?! Mənə konkret tarix deyilmişdi ki, “filan vaxtda gələrsiniz”. Mən yola çıxmışam ki, gedim görüşüm, görüş vaxtına 5-10 dəqiqə qalmış mənə zəng edib deyirlər ki, “rəhbərimiz Naidə İsmayılzadə işdə deyil”. Daha sonra dedilər ki, “filan vaxt gəl”! O gün də görüşə 5-10 dəqiqə qalmış dedilər ki, “başqa vaxt gələrsiniz”. Bu vəziyyət daha sonra bir dəfə də təkrarlandı. Müharibə iştirakçısının görüşünə gəlməməyin özü böyük bir qəbahətdir. 4-cü dəfə nəhayət ki, direktor işdə idi. Oturub danışdıq. Dedi ki, “biz istərdik sizinlə əməkdaşlıq edək, təəssüflər olsun ki, bizdə yer yoxdur, ştatımızda yer olanda özümüz sizə müraciət edəcəyik”. Onlarla normal sağollaşdım, heç bir problem yaratmadım, hansı ki, mən burada haqlı tərəf idim. Üstündən bir az keçdi. Gənc Tamaşaçılar Teatrının işə iki aktyor qəbul etdiyini öyrəndim. Bu dəqiq məlumatdır. Hansı ki, mənə deyilmişdi ki, “hal-hazırda ştatda boş yer yoxdur, sizə teatrımızda aktyor kimi iş verə bilmərik”. Onların işə götürdüyü həmin oğlanlar nə təhsil səviyyəsi üzrə məndən üstündürlər, nə də istedad cəhətdən! İkisi də bakalavr bitirmiş, hərbi xidmətdən yayınmış aktyor dostlarımızdır. Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə onları işə götürüb, məni bir bəhanə ilə geri göndərdi. Gənc Tamaşaçılar Teatrı mənim çox qəlbimi qırdı! Mən bilirəm ki, onlar istəsəydilər bunu edə bilərdilər. Mənim kifayət qədər o teatrda çalışmağa haqqım var axı! Niyə bəhanə edirsiniz?! Ən azından gedib Mədəniyyət Nazirliyinə müraciət edə bilərdiniz, yer olmasaydı belə bir nəfərlik ştat açıb, məni o ştata qəbul edə bilərdiniz! Əgər o müraciət olsaydı bilirəm ki, məni işlə təmin edəcəkdilər. Yerin olmamağı sadəcə olaraq bir bəhanə idi. Mən bilirəm ki, teatrlara Mədəniyyət Nazirliyi tərəfindən Qarabağ veteranları və qazilərinin işlə bağlı göstərişi var. Bu göstəriş verildiyi halda məni qapıdan göndərirlərsə, bu artıq vəzifədən sui-istifadədir. Bunun başqa bir açıqlaması yoxdur. Bir neçə yerə müraciət etsəm də mənim şikayətlərimə, müraciətlərimə baxılmadığına görə, onlardan heç bir müsbət cavab ala bilmədiyim üçün indi məcbur oldum ki, bunu mətbuatda işıqlandırım. Görünür ki, bəzi qurumları Qarabağ veteranlarının, qazilərinin problemləri maraqlandırmır. Mənim sənətə sevgim sonsuzdur, öz sənətimi sevirəm. Bu qədər tərs məqamlara, haqsızlıqlara, məni teatr mühitindən uzaqlaşdırmaq istəyən insanlara baxmayaraq mən hələ də sənətimdə var olmaq, nələrəsə nail olmaq istəyirəm. Ümumiyyətlə Azərbaycan incəsənətinə töhfə vermək istəyirəm. Amma təəssüflər olsun ki, bunların qarşısını alan, problem çıxaran insanlar var. Mənim tələbim odur ki, bu insanları mədəniyyət sahəsindən uzaqlaşdırsınlar. Və yaxud da hansısa tədbirlər görülsün, onlar işlərini obyektiv görsünlər. Nəzərə alsınlar ki, mən bu torpağın azadlığı uğrunda döyüşmüşəm. Ondan əlavə, mən kənar ixtisas üzrə özümə iş tələb etmirəm! Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı aktyoru fakültəsinin həm bakalavr, həm magistr pilləsini bitirmiş bir tələbə kimi haqqım olan teatrda işlə təmin olunmağıma dəstək olan insanlar yoxdur! Nəinki dəstək olmaq, hətta bunun qarşısını alan məlum şəxs var! Çox istərdim ki, bu məsələ aidiyyatı qurumlar tərəfindən araşdırılsın! Buna da kifayət qədər haqqımın olduğunu düşünürəm və sona qədər də mən bu tələbimi edəcəyəm. Çünki mənə qarşı çox ciddi haqsızlıq var və bunun hər hansısa bir nəticəsi olmalıdır. Dediyim hər bir sözümün də arxasındayam, çünki mən həqiqətləri sizə danışdım” deyə müsahibimiz bildirib.

Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini də işıqlandırmağa hazırıq!

Onu da qeyd edək ki, Cavidan Kəsəmənli böyük şairimiz Nüsrət Kəsəmənlinin nəvəsidir.





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəlladın hiyləsi: Köçəryan Ermənistanı "gözətçi it" roluna qaytarmaq istəyir - GƏLİŞMƏ
Dünən, 14:00
Alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irs - MƏQALƏ
Dünən, 12:33
Qubada qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyatlar zamanı 9 nəfər saxlanılıb - VİDEO
Dünən, 12:30
Paşinyan `nə yardan doyur, nə də əldən qoyur`...
Dünən, 12:24
“Rusiya nüvə silahı tətbiq etsə, bir neçə saata...” - Ekspert danışır
Dünən, 12:22
Tərtərdə 2 nəfər minaya düşüb
Dünən, 12:12
Putin Ukrayna ərazilərini niyə ilhaq etdi? – Tələsik qərarın arxasındakı hədəf
Dünən, 12:06
“KTMT bizim itimizdir, amma nə dişləyir, nə də hürür” - Arşakyan
Dünən, 12:04
Kremlin təhlükəli planı: “KTMT Qarabağa sülhməramlı göndərmək istəyir” - NƏ ETMƏLİ?
Dünən, 12:01
“Yararsızdır” deyib əsgər aparılmayan şəxsə niyə əlillik verilmir? - GİLEY
Dünən, 11:59
Maləsəf, Qazi ünvanından sui-istifadə edənlərimiz də var... - TƏFƏRRÜAT
Dünən, 11:52
Kremlin Putindən sonrakı potensial rəhbəri - "Super casus", "Gənc şahzadə", "Qəssab" və...
Dünən, 11:47
Siyavuş Novruzov cəbhəyə yazıldığını TƏSDİQLƏDİ: - “Kifayət qədər döyüş təcrübəm var”
Dünən, 11:45
"Tehranın Qafanda baş konsulluq açması Türkiyə və Azərbaycana..." - İran mediası
Dünən, 11:40
Vüsal Kərimliyə bağlı şirkət “BakıKart”dan milyonlar qazanır - BU DA FAKT!!!
Dünən, 11:37
Rusiya “5-ci kalon”unun ümdə arzusu: “Cənubi Qafqaz Federal Dairəsi...” - Diqqət, TƏHLÜKƏ!!!
Dünən, 11:33
"Amma ola bilməzmi ki, müəyyən tikinti üçün ayrılmış ərazinin 40 faizində yaşıllıqlar salınsın?" - ETİRAZ
Dünən, 11:31
Manatın sabitliyi nəyə zərərdir və bunun qarşısını almaq lazımdırmı - AKTUAL
Dünən, 11:19
Gücünüzü yetim-yesirə deyil, harınlamış məmur balalarına göstərin... - Replika
Dünən, 11:08
"Azərbaycan Çinin nailiyyətlərini görməkdən sevinc hissi keçirir" - Prezident İlham Əliyev
Dünən, 11:07
Yeni savaşa tədarük görən Ermənistana HAQLI SUAL: - NƏYNƏN, ALIŞ?..
Dünən, 11:05
"Bu şəxsi tanıyanlar varsa, xahiş edirəm mənə yazsınlar" - VİDEO
Dünən, 10:58
Şirvanda 84 nəfərin qoluna qandal vurulub - VİDEO
Dünən, 10:31
“Sədərək Yusif”in obyektində müştərini GİROV SAXLAYIBLAR... - İLGİNC FAKT
Dünən, 10:22
Azərbaycanla sərhədyanı bölgədə Ermənistan əsgərinin meyiti aşkarlanıb
Dünən, 10:10
Səs yazısı yayılan direktor İŞƏ ÇIXMIR - Töhmət verildi və...
Dünən, 10:09
Əvəz Zeynallı ev dustaqlığına buraxılarmı? - Gözlənti
Dünən, 10:05
Suraxanıda 222 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:01
Bəs bunu hansı kitaba yazaq, CƏNAB BABAYEV? - Maləsəf, BU FAKTDIR!
Dünən, 10:00
"Tərtər işi" ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir" - Baş prokuror AÇIQLADI
Dünən, 09:53
Erməni məktəblilər Tərtər rayonu ərazisində avtomat silahlarla təlim keçdi?.. - BU NƏDİ BELƏ?
Dünən, 09:38
Paşinyan Rusiya qarşısında nə qədər duruş gətirə biləcək... - GƏLİŞMƏ
Dünən, 09:33
“Şou həmişə var, istərdim şəhidlərimiz, qazilərimiz haqda verilişlər hazırlansın”
Dünən, 09:32
Həbsdə olan jurnalist Sənan Həsənoğlu təcili əməliyyat edilməlidir... - ÇAĞIRIŞ
Dünən, 09:28
“Ukrayna Silahlı Qüvvələri yaxın 72 saat ərzində Liman şəhərini azad edə bilər” - ABŞ
Dünən, 09:26
"Yaxşı, təkid edirsənsə, onda 10 noyabr Bəyannaməsi yoxdur" - Paşinyana GƏRƏKƏN CAVAB
Dünən, 09:23
“Polad Həşimovun ailəsi mənə zəng etdi...” - Rais Rəsulzadə
Dünən, 09:11
"Ali iqtisadi təhsilə lazımlı ixtisaslar ləğv edilib" - Ekspert danışır
Dünən, 09:07
Qəzalı evdə yaşayan İsmayıllı sakini kömək istəyir... - MÜRACİƏT
Dünən, 09:04
Millət nə hayda... Ağalar Vəliyevin oğlu nə hayda... - İLGİNC
Dünən, 08:57
Əhəd Abıyevin qohumları QOÇULUQ EDİR - “Birinci qrup əlil oğlumu döyüb, qolunu, qabırğasını sındırdılar”
Dünən, 08:52
“Bu hardan bilsin ki, Ziya Məmmədov, Cavid Qurbanov zavoda nə qədər metal göndərib... - Səlahiyyətsiz bir işçi olub”
Dünən, 08:45
Moskva ikili oynayır, Paşinyan komandası isə... - NƏ BAŞ VERİR?
Dünən, 08:42
Xaçmazda Qazi haqqını ALA BİLMİR... - "Mən məhkəməyə çatanda dedilər ki, artıq qərar çıxıb"
Dünən, 08:39
"Mən demirəm ki, bu vəziyyəti indiki icra hakimiyyəti, indiki bələdiyyə yaradıb" - QOSQOCA YOL YOXA ÇIXIB...
Dünən, 08:38
"Bərdədə doğuş edərkən ölən qadının meyitini gizlədib, 2 gün sonra veriblər" - Bərdədən şikayət
Dünən, 08:35
ABŞ və Fransa bölgədə xaos yaratmağa çalışır! - FAKT BUDUR!
Dünən, 08:34
“Putinin "referendum" oyunu Rusiya üçün təhlükədir” - Ekspert danışır
Dünən, 08:32
Ağdam sakini HAQSIZLIQLA ÜZ-ÜZƏ... - Nə edəcəyini bilmir...
Dünən, 08:30
Putin ölkəsini və dünyanı çıxılmaza saldı... - İNCƏLƏMƏ...
Dünən, 08:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru