Şəmkirdə vətəndaş DAD DEYİR... .....                     Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb .....                     Aİ Azərbaycandan qaz tədarükünü artırmağı istəyəcək .....                     "4 aydır ət üzünə həsrətik, ailəm xəstədir, soyuducuda yeməyə heç nə yoxdur" .....                     Azərbaycanda daha 3 564 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb .....                     "Yasmin"dəki sahibkarlar DƏRD İÇİNDƏ... .....                     Qırğız-tacik savaşı yenidən qızışır .....                     "Baxın, BƏRBAD HALDADIR, BAXAN YOXDUR" .....                     Rusiya veteranları faşist Njde haqqında film çəkən Rusiya Erməniləri İttifaqına qarşı çıxıblar .....                     Bərdədə şagirdlərlə görüş keçirilib .....                     “Bu, savadsız və cahil bir toplum üçündür” .....                     "Ağlım sığortalanmağa layiqdir" .....                     Füzuli rayonunda traktor minaya düşüb .....                     Ağstafa Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib .....                     Murad Dadaşovun Kardaşyan TUTQUSU .....                     Xaçmazda polis əməkdaşları məktəblilərin qonağı olublar .....                     Sərhəd qarşıdurması, yoxsa KTMT-ni xilas planı? .....                     Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə .....                     Şərqşünas virtual həcc ziyarətini dəstəkləmir: .....                     Hər binada 4 nömrəli mənzil alıb .....                     Sabah dollar neçəyə olacaq? .....                     Oğlunun gözü önündə arvadına 30 bıçaq vurdu: .....                     YAP-da görəv alanlar .....                     Qubada spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb .....                     Salyan rayon sakini itkin düşüb .....                     İki deputat YAP-dakı .....                     YAP rayon təşkilatlarına yeni sədrlər təyin olunub .....                     Prezident Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı .....                     Tibbi sığortanın uğursuzluğu və Niyazi-Zəbur tandeminin zəlil gününə qoyduğu səhiyyə sistemi .....                     Hava şəraiti dəyişəcək, güclü külək əsəcək .....                     Şabranda polis əməkdaşları məktəblilərlə görüşüblər .....                     Sabunçu rayonunda 7000 manata “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb .....                     Vilayət Eyvazov bölmə rəisini nöqsanlara görə İŞDƏN ÇIXARDI .....                     "Sezen Aksu demişkən, bu ağılla yesinlər sizi!" .....                     Tərtər rayonunda indiyədək vətəndaşlara 106 min 286 doza vaksin vurulub .....                     Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb .....                     İki nəhəng inhisarçı qurum birləşir: .....                     Pensiya yaşından tez ölənlərin pulu varisə veriləcək? .....                     Bizə Vahid Dövlət İmtahanı lazımdırmı? .....                     Operativ Qərargah Prezidentin fərmanını niyə nəzərə almayıb? .....                 

“Dəmir yumruğ”u dünyaya tanıdacaq filmlər niyə hələ də yoxdur? - AKTUAL
Tarix: 13-10-2021, 08:43 | Çap et
“Dəmir yumruğ”u dünyaya tanıdacaq filmlər niyə hələ də yoxdur?
Vətən müharibəsinin başlanmasından artıq 1 ildən çox zaman keçir. Müharibə bitər-bitməz bir çox kinematoqrafçılar həm Qarabağ müharibəsi, həm də ümumiyyətlə, Azərbaycanın tarixi şəxsiyyətləri, onun qəhrəmanlıq tarixi haqqında film çəkəcəkləri haqda anonslar verdi. Hətta bir ara türkiyəli kinematoqrafçılarla birlikdə dünyaya çıxa bilən film və serialların çəkiləcəyini desə də, hələ ki ortalıqda heç nə gözə dəymir.

Xatırladaq ki, sovet dövründə Azərbaycanın tarixi qəhrəmanları haqqında bir sıra filmlər çəkilib. Onlardan “Babək”, “Qaçaq Nəbi”, Həzi Aslanov haqqında çəkilən “Mən sizi dünyalar qədər sevirdim” və digər filmləri qeyd etmək olar. Lakin əlbəttə ki, bu filmlər də zamanın ideologiyasını təbliğ edib, tarixə və şəxsiyyətlər barəsində məlumatlara müəyyən dəyişikliklər edilib.

Müstəqilliyimiz dövründə də tarixi şəxsiyyətlər və qəhrəmanlıq tarixi haqqında müəyyən filmlər çəkildi. Məsələn, dövlət maliyyəsi hesabına çəkilmiş “Cavad xan”, “Hökmdarın taleyi” filmləri bu qəbildəndir. Lakin bu filmlər yalnız ölkə daxilində, Azərbaycan cəmiyyəti üçün maraq kəsb edir. Eləcə də birinci Qarabağ müharibəsini özündə əks etdirən “Fəryad”, “Nabat” filmləri çəkilib. Bu filmlər də daxili publika üçün nəzərdə tutulduğundan onların dünya tamaşaçılarını cəlb etməsi mümkünsüzdür.

Bəs niyə hələ də Azərbaycanı, onun qəhrəmanlıq tarixini dünyaya tanıdacaq filmlər yoxdur? Hansı ki, bu cür filmlərin olması tariximizin həqiqətlərlə təbliği, gənc nəslin milli ruhda böyüməsi üçün də çox vacibdir.

Tanınmış rejissor Namiq Ağayev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bugünlərdə Vaqif Mustafayevin “Fəryad II” filminin çəkildiyi haqda anonslar getdi. Lakin bu film də dünya ekranları üçün deyil, daxili publika üçün nəzərdə tutulub. Mədəniyyət Nazirliyinin müştərək işləri əsasında Qarabağ müharibəsi, tariximiz haqda xeyli sayda sənədli filmlər çəkilir. Lakin fundamental, sanballı bədii filmlər hələ də çəkilmir. Doğrudur, Mədəniyyət Nazirliyinin kino şöbəsində müəyyən qədər kadr dəyişiklikləri oldu. Lakin göründüyü kimi, təkcə kadr deyil, burada sistem dəyişməlidir. Əlbəttə ki, dünyaya çıxacaq filmlər çəkmək üçün həm də çox yaxşı büdcə sistemi lazımdır. Amma hələ ki nazirlikdə bu cür sistem yoxdur. Köhnə müdiriyyət yarıqanuni, yarı qeyri-qanuni operativ sistem düzəltmişdi. Yeni gələn kadrlar da bu sistem qarşısında çaşıb qalırlar və “çürük” sistemin üzərində dayanmaq məcburiyyətindədirlər. Beləliklə də yalnız sənədli filmlər çəkməyə gücləri çatır. Yaradıcılıq məsələsinə gəldikdə isə hələ də bu sahədə aktiv müzakirə sistemindən çox narazıyam. Məsələn, “İrəvan” xanlığı haqqında film çəkməyi düşünürdüm. Bunun həlli yolunun heç olmasa müzakirə dövrünü həyata keçirmək lazım idi, lakin heç nəyə nail ola bilmirik. Müharibə bitəndən bir qədər sonra türkiyəli kinematoqrafçılarla birgə sanballı filmlərin çəkiləcəyi deyilirdi, bir il vaxt keçsə də bu məsələdən də xəbər yoxdur. Bu baxımdan düşünürəm ki, bəlkə özüm Türkiyəyə gedib, oradan nəsə bir işlər görməyə çalışım”.

Kino tənqidçisi Sevda Sultanova qeyd etdi ki, əgər Qarabağ müharibəsi mövzusunda dünyaya çıxa biləcək film çəkilərsə, onun süjeti universal olmalı və dünyanın istənilən yerində yaşayan insana emosional baxımdan toxunmalı, düşündürməlidir: “İstər Mədəniyyət Nazirliyi tərəfindən, istərsə də müstəqil maliyyələşən filmlər əgər mövzu Qarabağdırsa, istehsalçı və yaxud rejissor özü üçün aydınlaşdırmalıdır ki, bu film daxili publika, yoxsa festival üçün çəkilir. Çünki bildiyiniz kimi, festivallarda nümayiş olunan bütün filmlərin öz qaydaları var və bu da normaldır. Məsələn, əgər festivala müharibə mövzusunda film gedirsə, orada rəqib, düşmən tərəf alçaldılmamalı, təhqir edilməməlidir və ona olan nifrət, qəzəb miliyyətçilik kontekstində təzahür etməməlidir. Bunlar qızıl qaydalardır. Lakin onu da qeyd edim ki, həm sırf Azərbaycan publikası üçün, həm də dünyaya çıxacaq filmlər çəkməyə imkanımız var, sadəcə olaraq, onların ortaya çıxması üçün şərait yaratmaq lazımdır.

Tarixi şəxsiyyətlərimiz haqqında çəkilə biləcək filmlərə gəldikdə isə müasir kino tariximizdə bununla bağlı filmlər var. Məsələn, “Cavad xan”, “Hökmdarın taleyi”, həmçinin M.F.Axundov, H.Cavid haqqında çəkilən filmlər var. Qeyd edim ki, bu filmlərin həm rejissor, həm də ssenari işi çox biabırçıdır. Ümumiyyətlə, düşünürəm ki, bu filmlərə ayrılan pullar havaya sovrulmuş pullardır. Lakin kino tariximizdə şəxsiyyətlər haqqında çəkilmiş nümunəvi filmlər də var. Onlardan “Babək”, Həzi Aslanov haqqında çəkilən “Mən sizi dünyalar qədər sevirdim”i göstərmək olar".





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəmkirdə vətəndaş DAD DEYİR... - MÜRACİƏT
Dünən, 19:00
Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Dünən, 18:47
Aİ Azərbaycandan qaz tədarükünü artırmağı istəyəcək - KİV
Dünən, 18:45
"4 aydır ət üzünə həsrətik, ailəm xəstədir, soyuducuda yeməyə heç nə yoxdur" - II qrup ƏLİLİN ETİRAZI
Dünən, 18:40
Azərbaycanda daha 3 564 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb
Dünən, 18:39
"Yasmin"dəki sahibkarlar DƏRD İÇİNDƏ... - NƏ ETSİNLƏR?
Dünən, 18:37
Qırğız-tacik savaşı yenidən qızışır - 11 min nəfər bölgədən təxliyə edildi
Dünən, 18:31
"Baxın, BƏRBAD HALDADIR, BAXAN YOXDUR" - Lənkaran tibb məntəqəsinin ACINACAQLI DURUMU
Dünən, 18:28
Rusiya veteranları faşist Njde haqqında film çəkən Rusiya Erməniləri İttifaqına qarşı çıxıblar
Dünən, 18:23
Bərdədə şagirdlərlə görüş keçirilib
Dünən, 18:18
“Bu, savadsız və cahil bir toplum üçündür” - deputat
Dünən, 18:14
"Ağlım sığortalanmağa layiqdir" - Elza Seyidcahan
Dünən, 18:09
Füzuli rayonunda traktor minaya düşüb
Dünən, 17:54
Ağstafa Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib - ƏMR
Dünən, 17:45
Murad Dadaşovun Kardaşyan TUTQUSU - Xəzər TV prezidentinin erməni sevgisi haradandır?
Dünən, 17:43
Xaçmazda polis əməkdaşları məktəblilərin qonağı olublar
Dünən, 17:34
Sərhəd qarşıdurması, yoxsa KTMT-ni xilas planı? - İNCƏLƏMƏ...
Dünən, 17:29
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib
Dünən, 17:26
Şərqşünas virtual həcc ziyarətini dəstəkləmir: - “Bu, ziyarət sayılmır”
Dünən, 17:24
Hər binada 4 nömrəli mənzil alıb - 30 MİLYONLUQ ƏMLAK SİYAHISI
Dünən, 17:20
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:18
Oğlunun gözü önündə arvadına 30 bıçaq vurdu: - “Yalvarıram, məni öldürmə”
Dünən, 17:16
YAP-da görəv alanlar - SİYAHI
Dünən, 17:14
Qubada spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb
Dünən, 16:49
Salyan rayon sakini itkin düşüb - FOTO
Dünən, 16:48
İki deputat YAP-dakı vəzifələrini itirdilər
Dünən, 16:43
YAP rayon təşkilatlarına yeni sədrlər təyin olunub
Dünən, 16:39
Prezident Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı SƏRƏNCAM İMZALAYIB
Dünən, 16:32
Tibbi sığortanın uğursuzluğu və Niyazi-Zəbur tandeminin zəlil gününə qoyduğu səhiyyə sistemi - “Naxçıvan harayı”
Dünən, 16:31
Hava şəraiti dəyişəcək, güclü külək əsəcək - Belə deyirlər...
Dünən, 16:24
Şabranda polis əməkdaşları məktəblilərlə görüşüblər
Dünən, 16:19
Sabunçu rayonunda 7000 manata “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:17
Vilayət Eyvazov bölmə rəisini nöqsanlara görə İŞDƏN ÇIXARDI
Dünən, 16:14
"Sezen Aksu demişkən, bu ağılla yesinlər sizi!" - deputat
Dünən, 16:07
Tərtər rayonunda indiyədək vətəndaşlara 106 min 286 doza vaksin vurulub
Dünən, 16:02
Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Dünən, 16:00
İki nəhəng inhisarçı qurum birləşir: - alqışlayanlar da var, daha ziyanlı sayanlar da
Dünən, 15:59
Pensiya yaşından tez ölənlərin pulu varisə veriləcək? - "Ölüm haqq, miras halal"
Dünən, 15:54
Bizə Vahid Dövlət İmtahanı lazımdırmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:47
Operativ Qərargah Prezidentin fərmanını niyə nəzərə almayıb? - FOTOFAKT
Dünən, 15:43
Şabran sakini evində olan odlu silahı polisə təhvil verdi
Dünən, 15:38
Azərbaycanda 5 şirkət - “PMD Group”a QOŞULUR
Dünən, 15:37
AMEA-nın Coğrafiya İnstitunda tualet yoxdur - Direktor
Dünən, 15:33
Agentlikdən vətəndaşın əlillik təyinatı ilə bağlı şikayətinə CAVAB
Dünən, 15:28
Ermənistan ordusunun acınacaqlı aqibəti: - otuz illik böyük yalan və terror
Dünən, 15:26
“Milli Broker” şirkətinə yeni direktor təyin edilib
Dünən, 15:23
Abdin Fərzəliyev Masazır, Novxanı və Saray qəsəbələrindəki şəhidlərin məzarlarını ziyarət edib, onların ailə üzvləri ilə görüşdü
Dünən, 15:22
Səməd Seyidov AŞPA-nı tənqid edib
Dünən, 15:20
"OBA" marketin qabağında insanları söyən şəxs bir nəfəri öldürüb - TƏFƏRRÜAT
Dünən, 15:18
"Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru