MTN generalı və onunla birlikdə ittiham olunan şəxslər barəsində olan hökm dəyişdirilib .....                     İsrail müdafiə nazirinin Həsənov və Quliyevə telefon zəngindəki sirlər .....                     Azərbaycanlı doğulub, əqidəsinə görə fars olanlar .....                     Od tutub yanan "qaraj" qiymətləri: .....                     İrəvanda daha bir ETİRAZ .....                     "Hökumət əhaliyə ödədiyi 190 milyon manatı geri alır" .....                     Ukraynada Rusiya ordusunun 2 mayoru öldürülüb .....                     YTP məhkəmə qərarını icra etmir .....                     Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslər təltif edilib .....                     Gənclər üçün Prezident mükafatları verilib .....                     Vasif Talıbov və Natiq Sadıqov arasında nələr baş verir… .....                     İtə meyxana qoşan Ağamirzədən AÇIQLAMA: .....                     "Əli Həsənovun oğlu işçilərin gözü önündə "Xəzər TV"nin kafesində qəlyan çəkirdi" .....                     GÜNÜN BAXIŞ BUCAĞI... .....                     Ermənistanda bu dəfə nazir unitaz mövzusu ilə .....                     “Vosmoy bazar”ının keçmiş sahibi Ali Məhkəməyə .....                     "Sem-Az" şirkəti .....                     Zeynəb Dostəliyeva .....                     Erməni "Telegram" kanallarının növbəti "fake"i .....                     Kərəm Mustafayevin yadına QAYDA-QANUN DÜŞÜB... .....                     Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə .....                     Naxçıvanın sabiq prokuroru müavin postuna qanunsuz təyin olunub .....                     Gültəkin Hacıbəyliyə bəraət verildi .....                     Sabah dollar neçəyə olacaq? .....                     Taksilərin də QİYMƏTİ QALXIR? .....                     Azərbaycanda banklar bağlanır? .....                     DİN-dən İranın Azərbaycandakı NARKOŞƏBƏKƏSİNƏ QƏFİL ZƏRBƏ .....                     Dərman qıtlığı daha da DƏRİNLƏŞİB .....                     İranın PSİXİ PROBLEMİ... .....                     Naxçıvan həkimləri ayağa qalxdı: Tibbi sığortaya görə .....                     Azərbaycanda 39 nəfər COVID-19-a yoluxub, .....                     İranın bir dövlət kimi beynəlxalq arenadakı nüfuzu da HEÇ OLUB... .....                     Çevik Polis Alayına komandir təyin edilib .....                     Belə şərait(sizlik)də İNSAN YAŞAYAR?.. .....                     2,6 milyard kapitalı olan "Bakı Metropoliteni” vergi borcunu vaxtında ödəmir... .....                     Erməni politoloqdan gülməli iddia: .....                     Erməni saytı İrəvanı ifşa etdi: .....                     Xoya yardım edən futbolçunun hesabı bloklandı .....                     İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis .....                     Abşerona polis rəisi təyin edilib .....                 

"Aşfaran-A" MMC ilə bağlı QALMAQAL - Baş Prokurora MÜRACİƏT
Tarix: 19-01-2023, 09:01 | Çap et
"Aşfaran-A" MMC ilə bağlı QALMAQAL
Bəli, Azərbaycanda mənzil dələduzluğunun tarixi 90-cı illərdən ortaya çıxdı, tutulan-tutuldu, mənzili əlindən alınan və əli hər yerdən üzülənlər ölüb getdi… Amma onların ah-naləsi yerdə qalmadı. İstintaq orqanlarının, məhkəmələrin… binəva vətəndaşları zəlil günə qoyan dələduz MTK və ya MMC rəhbərləri ilə əlbirliyinin sonu həm də bu oldu ki, dövlətimizin məhkəmə-istintaq və hüquq sisteminə qara ləkə oldular, Azərbaycanın adı bir dəstə dələduzun sayəsində Avropa Məhkəmələrindən gəldi…

Prezident İlham Əliyevin tövsiyyələrini, Baş Prokuror Kamran Əliyevin tapşırığını eşitməyən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaq idarəsinin rəisi heç olmasa Allahdan da qorxmur???

«Təzadlar»a şikayətə gəlib özünü od vurub yandırmaq həddində hiss edən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, M.Kazımovski küçəsi, ev 32/15, mənzil 22 ünvanında yaşayan Rüstəmov Seymur Qəzənfər oğlunu redaksiyanın hüquqşünası ilə birlikdə dinlədik. Sənədlərini öyrəndik. Təsəvvür edirsinizmi, vətəndaş qonum-qonşudan borc alıb həyatını Azərbaycan vətəndaşına yaraşan xoşbəxt formada qurmaq istəyi ilə üz tutub Xırdalandakı “AFŞARAN-A” MMC-nin (indi guya Amerika kəşf ediblər kimi bu MMC-nin adını dəyişib “FAM-88” qoyublar) direktoru, əslən Biləsuvardan olan Hüseynov Fəxrəddin Balaxan oğlunun ofisinə. Və tələb olunan məbləği verib mənzil alır. Bununla da həyatını zəhərə döndərirlər… «Kaş bu MMC dələduzuna rəast gəldiyim günə bir qara daş düşəydi», -deyən Rüstəmov Seymur Qəzənfər oğlu hirsindən ağlamaq dərəcinə gəlir. Deyir: «…Bir ildir Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi istintaq idarəsinin rəisi Fərid Nağıyev şikayətimə baxıb bu dələduzlara cinayət işi başlamır. Və müstəntiq Ələsgər Qocaman isə açıqca deyir ki, bu dələduzları həbs etmək bir saatlıq işdir, amma mən neyləyim, rəis dələduzların hüquqlarını qoruyur, mənə göstəriş vermir…».

Təsəvvür edin, məsuliyyətdən yayınmaq üçün “AFŞARAN-A” MMC-nin direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu bu MMC-ni ləğv etdirib əvəzində “FAM-88” MMC yaradıb və öz həmyerlisini və əməlinə şərik etdiyi Tağıyev Rafiq Nərçə oğlunu bu MMC-yə direktor təyin edir. İndi şikayətçilər qalıb iki direktorun dələduz əməlinin burulğanında.

Dələduzluğun qardaşlığı və 16 illik məhkəmə hökmü…

«…İstərdim Biləsuvar sakinləri bilsinlər ki, bu Hüseynov qardaşları bir mənzili 3-5 adama satmaqla qanunsuz və Allahsız əməl tutmaqdadırlar… Bu nəslin bir böyüyü, insaflısı, Allah adamı olanı yoxdur onlara başa salsın ki, başqasının göz yaşı, ah-naləsi üstündə necə xoşbəxt həyat yaşamaq olar? Dələduz ailənin oğlunu, qızını, həyat yoldaşını, atasını, anasını, qardaşını, qohum-əqrabasını necə müsbət xatırlamaq olar axı?! Hüseynov Fəxrəddin Balaxan oğlunun işi istintaqda, digər qardaşı Mehman Hüseynov eyni əməlin yolçusu, başqa bir qardaşı Elxan Hüsyenov isə bir mənzili bir neçə adama satdığı üçün məhkəmə hökmü ilə 16 il azadlıqdan məhrum edilib, hələ də cəza çəkir…», -deyir şikayətçi.

Şikayətçini dinlədikcə dələduzlara deyil, Baş Prokuror Kamran Əliyevin belə, tapşırığını eşitməyən, saya salmayan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi Fərid Nağıyevin əməlinə və gələcək həyatına… acıyırıq.

***

Beləliklə, gəlin şikayətçi Rüstəmov Seymur Qəzənfər oğlunun Baş Prokuror Kamran Əliyevə göz yaşları içərisində yazdığı ərizəsini birlikdə oxuyaq:

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə!

Çox hörmətli Kamran müəllim!

Mən, Rüstəmov Seymur Qəzənfər oğlu 2021-ci ildə Sizə şikayət edərək əvvəlki adı “AFŞARAN-A” MMC olan, indiki “FAM-88” MMC-nin keçmiş direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu və hazırkı direktoru Tağıyev Rafiq Nərçə oğlunun qanunsuz əməlləri nəticəsində mənə külli miqdarda maddi zərər dəyməsini bildirmişəm. Mənim şikayətim Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan digər bir işə birləşdirilmiş və istintaq idarəsinin rəis Fərid Nağıyev tərəfindən müstəntiq Ələsgər Qocamana həvalə edilmişdir. Lakin bir il ərzində İstintaq İdarəsi tərəfindən hər hansı bir tədbir görülmədiyindən 2022-ci ilin noyabr ayında Sumqayıt şəhərində vəkilim Mansur Osmanovla birlikdə Sizin qəbulunuzda olmuşam. Qəbulda olduğumuz vaxt bizə bildirdiniz ki, mənim işimi şəxsən nəzarətə götürəcəksiniz və bu barədə Korrupsiya İdarəsinin rəisinə tapşırıq verəcəksiniz, həmçinin mənə məlumat veriləcəkdir. Lakin hal-hazıra qədər İstintaq İdarəsinin rəisi Fərid Nağıyev bircə dəfə bizi qəbul edərək bildirdi ki, istintaq bütün tələb olunan hərəkətləri edəcəkdir, narahat olmayın. Və guya bununla bağlı Fərid Nağıyev müstəntiqə bütün göstərişlərini də vermişdir. Lakin “AFŞARAN-A” MMC-nin direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu açıq şəkildə bildirməkdədir ki, mən korrupsiyada «işimi görmüşəm» və s. Belə ki, şikayətimdə və sonradan verdiyim ifadəmdə göstərmişəm ki, “AFŞARAN-A” MMC-nin keçmiş direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu ilə aramızda bağlanmış 31.12.2016-cı il tarixli, 134 nömrəli müqavilə əsasında MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında 4-cü blok, 7-ci mərtəbədə yerləşən 231 nömrəli mənzili izolə olunmuş 2 (iki) otaqdan ibarət pay kimi 54152 (əlli dörd min yüz əlli iki) manat əvəzində mənə verməyi öz öhdəsinə götürmüş, lakin təqdim olunmuş maliyyə arayışına əsasən pulunu alsa da öhdəliklərini icra etməmişdir. Məndə olan həmin mənzilə aid bütün sənədlərin əsilləri müstəntiqə təqdim edilmişdir. Həmçinin sonradan adı dəyişərək “FAM-88” MMC olan “AFŞARAN-A” MMC-nin yeni direktoru Tağıyev Rafiq Nərçə oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vəzifə saxtakarlığına yol vermiş və mənə məxsus mənzili dəyərindən çox aşağı qiymətə, yəni təqdim edilmiş maliyyə arayışına əsasən 30944 (otuz min doqquz yüz qırx dörd) manata Məmmədov Teymur İldırım oğluna qanunsuz olaraq satmışdır. Məlum olur ki, bu iki MMC-lərin əməllə və məqsədi bu imiş: əvvəlki ləğv edilir, sonra gələn direktor isə istədiyini edir, şikayətçiyə deyir ki, get mənzili keçmiş MMC-dən istə! Dələduzların qurduğu oyun belədir! Sözügedən mənzillə bağlı hər hansı bir başqa istintaq orqanında və ya məhkəmədə mübahisə getməsə də, müstəntiq bildirir ki, 231 nömrəli mənzilin başqa şəxsə satılması, mənim həmin mənzildən imtina etməyim və pulumu geri almağım barədə guya ortada sənədlər var və onların əsli “FAM-88” MMC tərəfindən ona təqdim edilmədiyindən o, yəni müstəntiq hər hansı bir tədbir görə bilmir.

Hörmətli Kamran müəllim! Yəni müstəntiqin sözündən belə çıxır ki, “FAM-88” MMC ona nə desə o da onu edəcək. Halbuki, Rüstəmov Seymurun və Hüseynov Fəxrəddinin və qeyrilərinin izahatları artıq alınmış, mövcud bütün sübutlar əsasında iş üzrə istintaq hərəkətləri davam etdirilə bilər və hətta mən zərərçəkmiş şəxs kimi tanına da bilərəm. Amma hansısa bilinməyən səbəbdən müstəntiq bu işi aparmaq istəmir, məni zərərçəkmiş kimi də tanımır.

Yuxarıda adı çəkilən mənzildən başqa “AFŞARAN-A” MMC-nin keçmiş direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu ilə mənim həyat yoldaşım Əlizadə Şəhla və anam Rüstəmova Raya arasında eynitipli müqavilələr bağlanmış, 339 və 261 nömrəli mənzillər onlara satılmışdır. Daha sonra Şəhla Əlizadənin adına olan 339 nömrəli mənzilin dəyəri Fəxrəddin Hüseynov tərəfindən məcbur olaraq mən-Rüstəmov Seymur Qəzənfər oğluna qaytarıldığından həmin mənzilin sənədlərini mən Fəxrəddin Hüseynova vermişəm. Rüstəmova Rayanın adına olan 261 nömrəli mənzilin sənədləri isə Fəxrəddin Hüseynov tərəfindən aldadılaraq, dəyərinin qaytarılacağı vədi edilərək məndən geri alınmış, lakin dəyəri qaytarılmamış və mənzil başqa şəxsə satılaraq pulu Fəxrəddin Hüseynov tərəfindən mənimsənilmişdir. Həmin mənzilin qaytarılması tələbi ilə anam Raya Rüstəmova tərəfindən Abşeron rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin məhkəmə gedişatında ekspert rəyi əsasında müəyyən edilmişdir ki, anam Raya Rüstəmovanın da imzasını saxtalaşdıraraq, guya mənzilindən imtina etməsi və dəyərini alması göstərilmişdir. Anama məxsus mənzil də qanunsuz olaraq başqasına satılmışdır.

Mən dəfələrlə Fəxrəddin Hüseynovun yanında, ofisində olmuş, ondan 73.808 manat, 32000 manat armaturlara görə olan digər borcunun və qanusuz olaraq başqa şəxslərə satılmış mənzillərimizin dəyərinin qaytarılmasını tələb etmişəm. Lakin Fəxrəddin Hüseynov öz havadarlarına çox arxayın olduğundan məni aldatmaqda davam edir, İstintaq İdarəsi isə buna göz yumur, açıq şəkildə onu müdafiə edir.

Artıq 1 ildən çoxdur ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 178.3.2., 308.1, 313 və 314-2.1-ci maddələri ilə istintaqı aparılan 212026308 saylı cinayət işi üzrə mən yalnız şahid qismində bir dəfə 2021-ci ilin dekabr ayında və 2022-ci ilin oktyabr ayının 8-də dindirildikdən sonra barəmdə də zərərçəkmiş şəxs qismində cəlb etmə qərarı belə qəbul edilməmiş, həmçinin Fəxrəddin Hüseynov məsuliyyətə cəlb olunmamışdır.

Hörmətli cənab Baş Prokuror!

Onu da diqqətinizə çatdırıram ki, “FAM-88” MMC öz qanunsuz əməllərini ört-basdır etmək üçün mənə qarşı iddia tələbi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, yuxarıda adını çəkdiyim 231 saylı mənzilə aid olan 31.12.2016-cı il tarixli, 134 nömrəli müqavilənin etibarsız hesab edilməsini tələb etmiş, laki ifşa olunacağını dərk edərək, iddia tələbinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Abşeron rayon Məhkəməsinin 2(012)-751/2022 saylı, 08.04.2022-ci il tarixli qərardadı ilə “FAM-88” MMC-nin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardad vəkilim tərəfindən Cinayət işinə əlavə edilməsi üçün cinayət işini aparan müstəntiqə təqdim edilmişdir. Lakin yenə də hər hansı bir istintaq hərəkəti aparılmamışdır.

Cənab Baş Prokuror!

212026308 saylı cinayət işi üzrə şahid qismində cəlb edilmiş mən-Rüstəmov Seymur Qəzənfər oğlunun etibarından sui-istifadə edərək məni aldadan şəxslər “FAM-88” MMC-nin keçmiş direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu və hazırki direktoru Tağıyev Rafiq Nərçə oğludur. Mən həmin şəxslərdən şikayətçiyəm və onların CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini, həmçinin mənə vurulmuş maddi zərərin qaytarılmasını tələb edirəm. Yuxarıda qeyd edilənlərə əsasən Sizdən xahiş edirəm ki, mənim şikayətim üzrə materialları 212026308 saylı cinayət işindən ayıraraq cinayət işinin başlanması üçün başqa istintaq orqanına göndərəsiniz.

Cənab Baş Prokuror!

İstintaq İdarəsinin rəisi Fərid Nağıyev və yuxarıda adı çəkilən dələduzlar artıq məni o həddə çatdırıblar ki, intihar edim. Mənim ölkədə hüquqi islahatların aparıldığı bir vaxtda hüquqlarımın bu şəkildə pozulmasına necə dözmək olar? İstintaq İdarəsinin rəisi Fərid Nağıyev Sizi eşitmir, qanunları saya salmır. Xahiş edirəm, tədbir görün. 500-1000 manat pul mənimsəyən məktəb direktorunun barəsində həbs qətimkan tədbiri seçən Fərid Nağıyev nədən bu mənzil dələduzlarına qarşı eyni addımı atmır??? Xahiş edirəm, tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verəsiniz.

Redaksiyadan: Bu dəqiqələrdə zərərçəkmiş-şikayətçi Seymur Rüstəmovun vəkilindən hüquqlarını müdafiə etdiyi şəxsin imzasının necə saxtalaşdırıldığını təsdiq edən ekspertiza rəyini bizə göndərdi. Sual yaranır: Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin rəisi Fərid Nağıyev bu dəfə də dələduzlara qarşı tədbir görməyəcək???

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MTN generalı və onunla birlikdə ittiham olunan şəxslər barəsində olan hökm dəyişdirilib
Bu gün, 18:34
İsrail müdafiə nazirinin Həsənov və Quliyevə telefon zəngindəki sirlər - İNCƏLƏMƏ...
Bu gün, 18:10
Azərbaycanlı doğulub, əqidəsinə görə fars olanlar - DƏRD BUDUR EEE...
Bu gün, 18:08
Od tutub yanan "qaraj" qiymətləri: - 1 maşın yeri üçün nə qədər istəyirlər?
Bu gün, 18:06
İrəvanda daha bir ETİRAZ - "Çörək məsələsidir, sonadək gedəcəyik"
Bu gün, 18:01
"Hökumət əhaliyə ödədiyi 190 milyon manatı geri alır" - BU NƏDİ BELƏ?
Bu gün, 17:58
Ukraynada Rusiya ordusunun 2 mayoru öldürülüb
Bu gün, 17:56
YTP məhkəmə qərarını icra etmir - Rezidentlə texnopark arasında qalmaqal davam edir
Bu gün, 17:49
Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslər təltif edilib - SƏRƏNCAM
Bu gün, 17:47
Gənclər üçün Prezident mükafatları verilib - SİYAHI
Bu gün, 17:45
Vasif Talıbov və Natiq Sadıqov arasında nələr baş verir… - İKİNCİNİN ÖLKƏDƏN QAÇDIĞI BİLDİRİLİR…
Bu gün, 17:43
İtə meyxana qoşan Ağamirzədən AÇIQLAMA: - “Xoruza, keçiyə olar, itə olmaz?”
Bu gün, 17:41
"Əli Həsənovun oğlu işçilərin gözü önündə "Xəzər TV"nin kafesində qəlyan çəkirdi"
Bu gün, 17:37
GÜNÜN BAXIŞ BUCAĞI... - HƏ... BELƏDİR...
Bu gün, 17:35
Ermənistanda bu dəfə nazir unitaz mövzusu ilə gündəmə çevrildi
Bu gün, 17:30
“Vosmoy bazar”ının keçmiş sahibi Ali Məhkəməyə - ŞİKAYƏT EDİB
Bu gün, 17:25
"Sem-Az" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 17:21
Zeynəb Dostəliyeva ÖLÜM AYAĞINDADIR
Bu gün, 17:18
Erməni "Telegram" kanallarının növbəti "fake"i - Gəncədə hərbi hissədə yanğın məlumatı yalandır
Bu gün, 17:12
Kərəm Mustafayevin yadına QAYDA-QANUN DÜŞÜB... - İDDİA
Bu gün, 17:11
Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə - GƏLİŞMƏ
Bu gün, 17:03
Naxçıvanın sabiq prokuroru müavin postuna qanunsuz təyin olunub - DETALLAR
Bu gün, 17:02
Gültəkin Hacıbəyliyə bəraət verildi
Bu gün, 17:01
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
Taksilərin də QİYMƏTİ QALXIR? - AÇIQLAMA
Bu gün, 16:58
Azərbaycanda banklar bağlanır? - “Bu gündən qoyulan yeni qayda...”
Bu gün, 16:57
DİN-dən İranın Azərbaycandakı NARKOŞƏBƏKƏSİNƏ QƏFİL ZƏRBƏ - KÜTLƏVİ HƏBS VƏ...
Bu gün, 16:55
Dərman qıtlığı daha da DƏRİNLƏŞİB – Məsələ niyə həll OLUNMUR?
Bu gün, 16:47
İranın PSİXİ PROBLEMİ... - NƏ ETMƏLİ?
Bu gün, 16:38
Naxçıvan həkimləri ayağa qalxdı: Tibbi sığortaya görə - NARAZILIQ VAR!
Bu gün, 16:37
Azərbaycanda 39 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib
Bu gün, 16:33
İranın bir dövlət kimi beynəlxalq arenadakı nüfuzu da HEÇ OLUB... - Ekspert danışır
Bu gün, 16:30
Çevik Polis Alayına komandir təyin edilib - AÇIQLAMA
Bu gün, 16:26
Belə şərait(sizlik)də İNSAN YAŞAYAR?.. - 21-ci əsrdir eee...
Bu gün, 16:24
2,6 milyard kapitalı olan "Bakı Metropoliteni” vergi borcunu vaxtında ödəmir... - BU DA FAKT!!!
Bu gün, 16:22
Erməni politoloqdan gülməli iddia: - “Səfirlikdəki terroru Britaniya Turan layihəsinə görə törədib”
Bu gün, 16:20
Erməni saytı İrəvanı ifşa etdi: - "Xankəndidə naringi də satılır, yerkökü də"
Bu gün, 16:17
Xoya yardım edən futbolçunun hesabı bloklandı - Bu da onların MÜSƏLMANÇILIĞI...
Bu gün, 16:15
İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis TƏYİN OLUNDU
Bu gün, 16:13
Abşerona polis rəisi təyin edilib - ƏMR
Bu gün, 16:12
MOLLA MEYMUNLUĞU: Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirildi - Məzələnirlər?..
Bu gün, 16:01
“PSG Finans” BOKT - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 15:59
“Hər kəs bilsin ki, biz İranla müharibə astanasındayıq” - ÇAĞIRIŞ
Bu gün, 15:57
Naxçıvanda xəstəxana işçiləri Fuad Nəcəfliyə müraciət etdilər - "Ayrılan müavinətdən yararlana bilməmişik..."
Bu gün, 15:53
“Gömrük Komitəsi sahibkarları lazımsız sənədlər içində boğur” - deputat
Bu gün, 15:49
Xətai rayonudan qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Bu gün, 15:45
Türkiyə-Naxçıvan sərhədi açılıb - MÜJDƏ
Bu gün, 15:43
"Böyük etibarsızlıq nümunəsisiniz, Rabitabank!" - NARAZILIQ VAR!
Bu gün, 15:41
ANAMA sədrinə birinci müavini TƏYİN OLUNDU
Bu gün, 15:35
İqtisadiyyat Nazirliyinin ləğvini tələb etdiyi tenderi "udan" şirkət kimindir? - 385 minlik qalmaqal
Bu gün, 15:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru