"Svetlana Tixanovskaya təhlükəsizlikdədir, o, Litvadadır" .....                     11 saylı vergi idarəsində qanunları sayan yoxdur... .....                     Xaçmazda qadın əri tərəfindən öldürüldü .....                     Səhiyyə naziri bu həkimdən niyə qorxur? .....                     Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviçin .....                     “Tərəqqi” texniki-humanitar liseyində yerlər SATILIR? .....                     2020-ci ilin büdcəsi niyə indi dəyişdirildi... .....                     "Matçın neytral meydanda keçirilməsi müzakirə mövzusu deyil" .....                     Ağ Ev yaxınlığındakı atışmanın təfərrüatı .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     İcazələri olmadan Qusar rayonuna istirahətə gələn 18 nəfər cərimələnib .....                     “Ölkə təhsili fövqəladə vəziyyətə hazır deyil” .....                     Ceyhun Bayramov Türkiyədə rəsmi səfərdədir .....                     "İnqilabçı" baş nazirin “qayığı” batır... .....                     “KTMT heç vaxt Azərbaycan ərazilərində hərbi münaqişəyə daxil olmayacaq” .....                     Rövşən Rzayevin “Kebabzade” qayğıları… .....                     “Prezident gənc kadrların üzə çıxarılması istiqamətində real addımlar atmaqdadır” .....                     Goranboyda evdə gizli ad günü keçirmək istəyən şəxslər saxlanılıb .....                     “Bank VTB (Azərbaycan)”da komitə sədri dəyişdi .....                     İcra başçısını bu ailə maraqlandırmır? .....                     Cahangir Əsgərovdan yeni "AZAL RƏQSİ"... .....                     Əhmədzadənin korrupsiyalaşmış CAHANI... .....                     Paşinyan Qarabağ problemini növbəti dalana gətirəndən sonra... .....                     Hər halda məktəblilər formasız dərsə gedə bilməz... .....                     "Sürücülərin bir-birinə güvənməməsi, onların biri digəri haqqında pis düşünmələri anlamına gəlməməlidir" .....                     Neftin qiyməti bahalaşmaqda davam edir .....                     İki milyonluq tenderin qalibi olan MMC rəhbərinin atası hansı dövlət məmurudur? .....                     “Əsas diqqət şəffaflıq və hesabatlığın təmin olunmasına yönəldilməlidir” .....                     Azərbaycan Sənaye Korporasiyası ASC-də "papağı günə verənlər" .....                     Qanunsuz fəaliyyət göstərən şirkətlər dövlətə 100 min manatlarla ziyan vurur .....                     ABŞ prezidenti Putini G7 sammitinə dəvət etmək istəyir .....                     Pandemiyaya qarşı qonşulardan kim daha çox pul ayırıb? .....                     Gəncədə gənc oğlan intihar edib .....                     İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı .....                     Bu gün dollar neçəyə olacaq? .....                     Buraxılış imtahanlarının nəticələri elan olunub .....                     Buraxılış imtahanlarının nəticələri elan olunub .....                     “Gələn həftə rayonlara gediş-gəliş və beynəlxalq uçuşlar bərpa oluna bilər” .....                     “8-ci kilometr” bazarında ilginc mənzərə: .....                     Gürcüstandakı iğtişaşda .....                 

Azərbaycan FETÖ-sünün diplomatiya ayağı – Kimlər bu şəbəkəyə daxildir?
Tarix: 21-07-2020, 10:12 | Çap et
Azərbaycan FETÖ-sünün diplomatiya ayağı
“Diplomatik korpusda ciddi islahatlar gözlənilir. Hakimiyyət kulislərində gəzən söz-söhbətə görə, budəfəki kadr islahatlarında Ramiz Mehdiyev-Əli Həsənov çetesinin diplomatik uzantıları tamamilə sıradan çıxarılacaq”.

Ovqat.com xəbər verir ki, iqtisadçı ekspert Elçin Qurbanovun saytımız üçün qələmə aldığı məqalədə belə deyilir.

Maraqlı informasiyalarla zəngin olan məqaləni təqdim edirik.

Prezident İlham Əliyevin Xarici İşlər naziri Elmar Məmmədyarovu işdən azad etməmişdən əvvəl keçirdiyi məşhur müşavirədə səsləndirdiyi bir cümlə bu strukturda aparılacaq kadr islahatlarının əsl səbəbini ortaya qoyur. Xatırlayırsınızsa, diplomatik korpusun yarıtmaz fəaliyyətiylə bağlı danışarkən ölkə başçısı bildirmişdi ki, Azərbaycan XİN-nin bu zamanadək sərgilədiyi mövqe “kiminsə xoşuna gəlmək” məqsədi daşıyıb: “Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır”.

Prezidentin bu sözlərini dərindən incələyəndə məsələnin təkcə “kiminsə xoşuna gəlmək” olmadığını, Azərbaycan diplomatiyasının həm də başqa ölkələrin direktivləriylə oturub durduğunu, ölkə başçısından çox xarici havadarlarını eşitdiyini anlamaq mümkündür. Bu isə elə öz milli maraqlarının xilafına gedərək, başqa dövlətlərin maraqlarına qulluq etmək, yumşaq desək, “5-ci kolonçuluq” deməkdir.

Üstəlik, Azərbaycanın milli maraqlarına zidd fəaliyyət təkcə sabiq nazirin öz erməni həmkarıyla koronavirus məsləhətləşmələriylə də bitmir. Ölkəmizi xarici dövlətlərdə təmsil edən səfirlərimiz də öz yarıtmaz fəaliyyətilə nazirdən heç də geri qalmayıblar. Bunu Prezidentin həmin iclasda dilə gətirdiyi fikirlərdən aydın sezmək mümkündür: “Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük”.

Ölkə başçısının bu fikirləri XİN-də aparılan təmizləmə əməliyyatının yaxın günlərdə səfirliklərə qədər uzanacağından xəbər verir. Hakimiyyət dairələrindən aldığımız məlumatlar da bu ehtimalı qüvvətləndirir.

Məlumata görə, yaxın günlərdə nazirlikdə başlayacağı gözlənən kadr islahatlarında əsasən Ramiz Mehdiyev-Əli Həsənov çetesinin uzantıları işdən uzaqlaşdırılacaq. Hansı ki, bəzi mütəxəssislər tərəfindən Azərbaycanın “FETÖ”-sü adalandırılan bu çete uzun illər boyu hakimiyyətin ən yüksək pillələrində təmsil olunarkən əllərindəki fürsətdən faydalanıb, bir çox strukturlara öz adamlarını yerləşdirib, sarsılmaz şəbəkə meydana gətiriblər. İddialara görə, XİN-də də bu şəbəkənin güclü dayaqları var. Hakimiyyət kulislərində gəzən söz-söhbətlər əsasında həmin çetenin bəzi üzvlərinin kimliyini ortaya çıxara bilmişəm.

Bunlardan diqqətimizi ən çəkəni isə Nəcəfov qardaşlarıdır. Bəli, bəli, söhbət hansısa siğə oxuyub əhd bağlamış dostlardan yox, dos-doğma qardaşlardan gedir. Azərbaycanda bəzi ailələr prokuror, icra başçısı, iş adamı, nazir və s. istehsal etdiyi kimi, diplomat zavodu olan ailələr də varmış. Nəcəfovlar onlardan sadəcə biridir. Ramiz Mehdiyev-Əli Həsənov şəbəkəsinin himayədarlığı ilə Azərbaycandan çox, başqa xarici dövlətə işləyən diplomatik çetenin üzvü olan Nəcəfovlardan biri Rumıniya, digəri Estoniya səfirliyinə rəhbərlik edir. Onların bir başqa qardaşı isə XİN-nin Asiya ölkələri idarəsinin sədr müavinidir.

Nəcəfovların sonbeşiyi Murad Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniyadakı Fövqəladə və Səlahiyyətli Səfiridir. Bundan əvvəl o, Azərbaycanın İsveçrə Konfederasiyasında eyni vəzifəni icra edib. Haqqında üzqızardıcı ittihamlar irəli sürülsə də, biz şəxsi məsələlərə çox qarışmaq istəmədiyimizdən bu barədə susmağa üstünlük veririk.

Murad Nəcəfbəylinin şəxsi dosyesində bir məqam diqqəti xüsusilə cəlb edir. O, 1994-cü ildən etibarən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışmaqdadır. Diplomat kimi yetişdirilməsi isə harda baş tutsa, yaxşıdır? - Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında. XİN-də işə düzələn kimi, yəni 1994-cü ildə diplomat kimi yetişdirilmək üçün Moskvaya göndərilən Murad Nəcəfbəyli 2 il həmin akademiyada təhsil alıb. Sözsüz ki, bu 2 ildə ona təkcə diplomatiyanın sirləri də öyrədilməyib. Həm də Azərbaycandakı “5-ci kolon”-un nümayəndəsi kimi yetişdirilən Murad Nəcəfbəylinin daha sonra Ramiz Mehdiyev-Əli Həsənov çetesinin sıralarına cəlb olunduğu qeyd edilir.

Murad Nəcəfbəylinin böyük qardaşı Hüseyn Nəcəfov isə bu yolu qardaşından xeyli il əvvəl keçib. Qardaşların “5-ci kolon”-a cəlb olunması da elə Hüseyn Nəcəfovla başlayıb. İddialara görə, 1985-1992-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirən Hüseyn Nəcəfov məzun olduqdan sonra Rusiya Federasiyası XİN-in Diplomatik Akademiyasında təhsilə başlayıb. Rusiyanın XİN-ə bağlı olan akademiyanı 2 ildən sonra fərqlənmə diplomu ilə bitirən Hüseyn Nəcəfov dərhal Azərbaycana göndərilib və 1995-ci ildə XİN-də işə başlayıb. 3 il nazirliyin müxtəlif şöbələrində işlədikdən sonra 1998-ci ildə olduqca mühüm posta -Azərbaycan Respublikasının NATO yanındakı Daimi Nümayəndəliyinə və Belçika Krallığındakı Səfirliyinə göndərilib. Əvvəl bu diplomatik nümayəndəliklərdə üçüncü katib kimi işə başlayan Hüseyn Nəcəfov qısa ərzində ikinci və birinci katib vəzifəsinə yüksəlib.

Hüseyn Nəcəfovun əsl yüksəlişi isə Elmar Məmmədyarovun nazir təyin olunması dövrünə düşür. 2004-cü ilin aprel ayında həmin vəzifəyə gətirilən sabiq nazirin təqdimatıyla o, Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı Səfirliyində yüksək vəzifəyə təyin olunur. 2008-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin “qara qutusu” sayılan Ümumi Katibliyin rəisi vəzifəsini icra edən şəbəkə üzvü 2010-cu ildə ən yüksək diplomatik ünvanla təltif olunur. Prezident İlham Əliyev tərəfindən birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsinə layiq görülür. Elə həmin il Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərində Baş Konsulu təyin olunan Hüseyn Nəcəfov 2016-cı ildə Azərbaycan Respublikasının Xarici İşlər Linqvistik Təminat İdarəsinin rəisi vəzifəsinə gətirilir. 2018-ci ildən isə Estoniyada səfirlik edir.

Nəcəfovların digər qardaşı Eldar Nizami oğlu Nəcəfov hazırda XİN-nin Avrasiya İdarəsinin rəis müavinidir. İddilara görə, Nazirliyin Avrasiya idarəsi viza maxinasiyalarında ən çox adı hallanan qurumdur. Çünki digər qitələrdən fərqli olaraq, bir sıra Avrasiya ölkələri ilə Azərbaycan arasında e-viza sistemi yoxdur və xarici vətəndaşlara viza verilməsində böyük rüşvət çərxləri fırlanır. DTX-nin son zamanlarda XİN-də apardığı əməliyyatlarda həbs edilənlərin böyük əksəriyyətinin Avrasiya ölkələri ilə viza maxinasiyası ilə uğraşan şəbəkə üzvləri olduğu xəbər verilir.

Əldə etdiyimiz məlumatda eynilə belə deyilir: “Nəcəfov qardaşlarının heç birinin bilik və bacarıqları tutduqları vəzifəyə uyğun deyik, hansı mənsəbə qulluq etdikləri, nə ilə məşğul olduqları, hansı nəticələr əldə etdikləri ciddi araşdırılmalıdır”.

Elçin Qurbanov

P.S. Mehdiyev-Həsənov şəbəkəsinin digər diplomatları barədə daha sonrakı yazılarımızda tanış olacaqsınız.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Dövlət vəsaitlərinin hara xərclənməsi ilə bağlı obyektiv yazılar verilməlidir ki...” - Qulu Məhərrəmli
Bu gün, 10:05
"Svetlana Tixanovskaya təhlükəsizlikdədir, o, Litvadadır"
Bu gün, 10:02
11 saylı vergi idarəsində qanunları sayan yoxdur... - Özbaşınalıq
Bu gün, 10:00
Pərvin çimərlik fotolarına görə tənqid olundu
Bu gün, 09:58
Xaçmazda qadın əri tərəfindən öldürüldü
Bu gün, 09:51
Səhiyyə naziri bu həkimdən niyə qorxur? - "Gözün üstündə qaşın var" deyən də yoxdur...
Bu gün, 09:49
Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviçin Azərbaycana səfəri başlayıb
Bu gün, 09:46
“Tərəqqi” texniki-humanitar liseyində yerlər SATILIR? - GİLEY
Bu gün, 09:38
2020-ci ilin büdcəsi niyə indi dəyişdirildi... - TƏHLİL
Bu gün, 09:33
"Matçın neytral meydanda keçirilməsi müzakirə mövzusu deyil"
Bu gün, 09:31
Ağ Ev yaxınlığındakı atışmanın təfərrüatı - VİDEO
Bu gün, 09:26
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:19
İcazələri olmadan Qusar rayonuna istirahətə gələn 18 nəfər cərimələnib - FOTO
Bu gün, 09:18
“Ölkə təhsili fövqəladə vəziyyətə hazır deyil” - ekspert
Bu gün, 09:16
Ceyhun Bayramov Türkiyədə rəsmi səfərdədir
Bu gün, 09:10
"İnqilabçı" baş nazirin “qayığı” batır... - TƏHLİL
Bu gün, 09:09
“KTMT heç vaxt Azərbaycan ərazilərində hərbi münaqişəyə daxil olmayacaq” - deputat
Bu gün, 09:07
Rövşən Rzayevin “Kebabzade” qayğıları… - İTTİHAM
Bu gün, 09:06
“Prezident gənc kadrların üzə çıxarılması istiqamətində real addımlar atmaqdadır” - GƏLİŞMƏ
Bu gün, 09:02
Goranboyda evdə gizli ad günü keçirmək istəyən şəxslər saxlanılıb - FOTO
Bu gün, 09:00
“Bank VTB (Azərbaycan)”da komitə sədri dəyişdi – TƏYİNATLAR
Bu gün, 08:58
İcra başçısını bu ailə maraqlandırmır? - Bir ailə intihar həddində...
Bu gün, 08:56
Cahangir Əsgərovdan yeni "AZAL RƏQSİ"... - "Pullar hara gedib" deyə axtarmayaq...
Bu gün, 08:54
Əhmədzadənin korrupsiyalaşmış CAHANI... - "Ağsaqqal"ın kölgəsində yeyilən milyonlar...
Bu gün, 08:48
Paşinyan Qarabağ problemini növbəti dalana gətirəndən sonra... - TƏHLİL
Bu gün, 08:42
Hər halda məktəblilər formasız dərsə gedə bilməz... - GƏLİŞMƏ
Bu gün, 08:36
"Sürücülərin bir-birinə güvənməməsi, onların biri digəri haqqında pis düşünmələri anlamına gəlməməlidir" - deputat
Bu gün, 08:30
“Bəhram Bağırzadə ilə bağlı səhv bəyanat verildi”
Bu gün, 08:24
"Neft çıxan ölkədə kim 200 manat maaş yazırsa, Allah ona lənət eləsin..."
Bu gün, 08:21
Neftin qiyməti bahalaşmaqda davam edir
Bu gün, 08:16
İki milyonluq tenderin qalibi olan MMC rəhbərinin atası hansı dövlət məmurudur? - İLGİNC
Bu gün, 08:15
“Əsas diqqət şəffaflıq və hesabatlığın təmin olunmasına yönəldilməlidir” - GƏLİŞMƏ
Bu gün, 08:12
Azərbaycan Sənaye Korporasiyası ASC-də "papağı günə verənlər" - Büdcə pulları belə boşuna sərf olunur...
Bu gün, 08:09
Qanunsuz fəaliyyət göstərən şirkətlər dövlətə 100 min manatlarla ziyan vurur - İTTİHAM
Bu gün, 08:03
ABŞ prezidenti Putini G7 sammitinə dəvət etmək istəyir
Bu gün, 07:56
Pandemiyaya qarşı qonşulardan kim daha çox pul ayırıb? - ARAŞDIRMA
Bu gün, 07:54
“Köhnə nəsil isternetdən istifadə edə bilmədiyinə görə, kitabxanalar hələ ki lazımlılığını qoruyur"
Bu gün, 07:53
Gəncədə gənc oğlan intihar edib
Bu gün, 07:48
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı
Bu gün, 07:47
Bu gün dollar neçəyə olacaq?
Bu gün, 06:10
Buraxılış imtahanlarının nəticələri elan olunub - Diqqət!
Bu gün, 06:07
Buraxılış imtahanlarının nəticələri elan olunub - Diqqət!
Bu gün, 06:05
“Gələn həftə rayonlara gediş-gəliş və beynəlxalq uçuşlar bərpa oluna bilər”
Dünən, 18:34
Damla koronavirusa yoluxubmuş
Dünən, 18:32
“8-ci kilometr” bazarında ilginc mənzərə: - dükanlar açılıb, insanların çoxu isə maskasızdır
Dünən, 18:24
Gürcüstandakı iğtişaşda RUSİYA “İZ”İ...
Dünən, 18:22
Qırıcı və bombardmançılar YENİDƏN QARŞI-QARŞIYA
Dünən, 18:13
Sakinlərlə maarifləndirici söhbətlər aparılıb
Dünən, 18:02
"Noyabra 80 toy yazmışam"
Dünən, 17:55
Konstitusiya Məhkəməsi əmanətlərin sığortalanması ilə bağlı qərar verdi
Dünən, 17:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru