Bakının qisas əməliyyatı: Vətən müharibəsi qapıda! .....                     Şəhid general Həşimov dəfn edilir .....                     Bir kürsüdə iki nəfər oturanda belə olur... .....                     DTX-nın həbs etdiyi Rəhim Qazıyev kimlərin maşası imiş? .....                     "Səriştəsiz məmurlar təcili dəyişdirilməli, xalq üçün çalışmaq niyyəti olanlar iş başına gətirilməlidir" .....                     "Ermənilərə məlumatı Elmar Məmmədyarov və Ramiz Mehdiyev ötürür" .....                     Azərbaycanda günlük sağalanları sayın yoluxanların sayını geridə qoydu, lakin... .....                     İrəvan bu savaşla Qarabağa nəzarəti itirə bilər .....                     Məmurlar ölkə iqtisadiyyatını necə çökdürür .....                     Ermənistanın müttəfiqləri Azərbaycana savaş açacaqmı .....                     "Bakı kəndlərində qızları 5-6-cı sinifdən çıxarıb oturdurlar evdə” .....                     “Azərbaycan Qarabağ cəbhəsində iki istiqamətdə hücuma keçəcək” .....                     Tramp: “Avropa Birliyi ABŞ-ı istismar etmək üçün yaradılıb” .....                     İcra başçıları pullarını ölkədən qaçırır... .....                     “SMS sistemi ləğv olunsun, obyektlər açılsın” .....                     Payızı gözləyək, vəziyyət bir az da pisləşə bilər .....                     Bakıda yürüş iştirakçıları Milli Məclisin binasına girdilər .....                     Milyonları olan sabiq məmurlar koronavirusla mübarizəyə cüzi məbləğ ayırmaqla kifayətləniblər... .....                     ABŞ-ın məşhur radiosunda Ermənistanın təcavüz faktları açıqlanıb .....                     Gürcüstanın mövqeyi təəccüblüdür! .....                     Generalın ölümü: böyük müharibə ola bilər .....                     Girdman çayında azyaşlını xilas edən gənc qız boğulma təhlükəsi ilə üzləşib .....                     Neft bahalaşıb .....                     Bu gün dollar neçəyədir? .....                     "Qarabağda doğulan, əcdadları Şuşada dəfn olunan bir insan kimi şəxsi mövqeyim ondan ibarətdir ki..." .....                     Ermənistanın növbəti hərbi obyekti darmadağın edildi .....                     "Bölmələrimiz tərəfindən "Qrad"dan istifadə edilməyib" .....                     Azərbaycanda bu günədək 584466 koronavirus testi aparılıb .....                     Azərbaycanda indiyədək 25113 nəfər COVID-19-a yoluxub, 319 nəfər vəfat edib .....                     Bu gün Azərbaycanda daha 510 nəfər koronavirusdan sağalıb, .....                     Tovuzda döyüş bölgəsində olan Qənirə Paşayeva xəsarət aldı .....                     “Ata Sığorta”nın Direktorlar Şurasına daha bir təyinat var .....                     “Azərbaycan Türkiyə ilə hərbi saziş imzalamalıdır” .....                     “Bu təxribatda Rusiya agenti olan erməni generalların rolu var” .....                     Tovuzda gərginlik davam edir .....                     Şəhid General-mayor Polad Həşimovun bacısı: .....                     Xaçmazda 30 yaşlı kişi intihar etdi .....                     “Hazırda bizə mane olan yoxdur” .....                     NATO Minsk qrupuna çağırış etdi .....                     Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib .....                 

Naxçıvanda "Cənab Sədr" dövrü bitir – Səlahiyyətlər kimə keçəcək?
Tarix: 23-05-2020, 11:25 | Çap et
Naxçıvanda "Cənab Sədr" dövrü bitir
Naxçıvan Ali Məclisinin növbəti sessiyasi çağırılıb. Sessiyanın gündəliyində 3 məsələ var. Ən əsas məsələ isə Muxtar Respublikanın Baş nazirinin seçilməsidir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun mayın 14-də imzaladığı fərmanla sabiq Baş nazir Əlövsət Qəzənfər oğlu Baxşıyev 20 illik vəzifəsindən uzaqlaşdırılmış, yerinə yeni kadr axtarışına başlanılmışdır. Ondan əvvəl isə bir çox strukturlarda “kadr islahatları” aparılmışdır. İşdən kənarlaşdırılan bütün kadrlar isə Muxtar Respublikada uzun illərdən bəri kötükləşmiş fiqurlardı.

Ovqat.com-un məlumatına görə, Naxçıvanda 20 illik daşların yerindən oynadılması təsadüfi deyil və Muxtar Respublikada artıq neçə ildir planlaşdırılan siyasi islahatların tərkib hissəsidir.

Bildirilir ki, neft erasının bitməsiylə Azərbaycan hakimiyyəti qarşısında dayanan ən ciddi problemlərdən biri indiki şəraitə uyğun yeni iqtisadi sistem qurulmasıdır. Bu zamana qədər ölkəyə axan neft kapitalları artıq gəlməyəcək və qeyri-neft sektoru inkişaf etdirilməlidir. Bu isə həm də regionların öz başının çarəsinə baxması anlamına gəlir. Nədən ki, Azərbaycanın növbəti mərhələdə həyata keçirməyi nəzərdə tutduğu qeyri-neft sektorunun inkişafı strategiyasında əsas yeri aqrar sektor tutur. Aqrar sektorun isə regionlarla bağlı olduğu heç kimə sirr deyil.
Regional icra strukturları isə bu zamana qədər paytaxtdan gələn dotasiyalar sayəsində ayaqda durmağa çalışırdılar. Onların korrupsiya yolu ilə rayona ayrılan vəsaitləri mənimsəmə vərdişlərindən əl çəkə bilməməsi paytaxtı sərt tədbirlər görməyə vadar edir. İndiyədək DTX-nın müxtəlif rayonlarda keçirdiyi əməliyyatlar da bu zərurətdən doğur və həmin əməliyyatlar zamanı yerli “xan”ların bu mərəzə hansı dərəcədə mübtəla olduqları ortaya çıxır.

Sirr deyil ki, Naxçıvan Muxtar Respublikası paytaxtdan ən çox dotasiya alan bölgələrdəndir. Son zamanlara qədər Muxtar Respublikaya ayrılan dotasiyanın miqdarı 400 milyon manat civarında idi. Di gəl ki, bu dotasiya da Muxtar Respublika iqtisadiyyatının inkişafına gətirib çıxarmayıb. Muxtar Respublikada il ərzində yerli imkanlar çərçivəsində cəmi 80 milyon manat büdcə vəsaiti toplanması kiçik torpaqda vəziyyətin nə qədər acınacaqlı olduğundan xəbər verir.

Bu da azmış kimi, Muxtar Respublikaya ayrılan dotasiya indiyədək yerli sakinlərin rifahına xidmət etməyib. Beynəlxalq Sülh və İnkişaf Fondunun üzvü, Aygün Həsənoğlunun təbirilə desək, Muxtar Respublika hakimiyyəti naxçıvanlılara yox, Naxçıvana sahib çıxıb. Bu isə Naxçıvanın bir şəxs tərəfindən özəlləşdirilməsi mənasına gəlir.

Əslində paytaxt Bakıda da açıq dilə gətirməsələr, də Aygün Həsənoğlunun bu fikirlərini bölüşürlər. Üstəlik, Naxçıvana dotasiya ayırmaq da artıq problemə çevrilib. Xatırlayırsınızsa, ötən il Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan rəhbərini qəbul edərkən dotasiyaları azaldacağı barədə ciddi siqnallar vermiş və bu istiqamətdə əməli addımlar atmışdı. Ötən illə müqayisədə Azərbaycan indi daha çətin vəziyyətdədir. Neftin qiymətləri hələ də dövlət büdcəsində proqnozlaşdırılan həddə gəlməyib. Qazın qiymətlərində də ciddi ucuzlaşmalar gedir. Dolayısıyla hazırda rayon rəhbərliklərinin çiyninə öz kisələrindən yemək, hətta yeri gələndə mərkəzi büdcəyə də vergi ödəmək öhdəlikləri düşür. Bu isə texnokrat hakimiyyətlərin qurulmasını tələb edir.

Artıq paytaxtda hökumət ətrafından bu istiqamətdə ciddi işlər gedir. Bir çox rayonlara xaricdə təhsil alanlar icra başçısı təyin olunur. Nazirlər Kabinetində də bir çox kadr və struktur islahatları aparılır və daha geniş miqyaslı islahatlar hələ qabaqdadır.

Azərbaycanın bu gün ən mürəkkəb yeri isə Muxtar Respublikadır. Məsələ burasındadır ki, Muxtar Respublikanın indiki rəhbərliyi də dotasiya hesabına başını fırlamağa vərdiş edib. 25 illik vərdişi ona unutdurmaq isə xeyli müşkül məsələdir. Bu isə Naxçıvanda ciddi islahatlar aparılmasını şərtləndirir.

Digər tərəfdən, Muxtar Respublikanın ali rəhbər şəxsinin səhhətində müəyyən problemlər var. Ağır diabet xəstəliyindən əziyyət çəkən Vasif Talıbov bütün strukturlara əvvəlki kimi nəzarət edə bilmir. Onun ətrafına topladığı insanlar isə sədrlə yerli sakinlər arasında ciddi sədd yaradıblar. Heç kim bu səddi aşıb dərdini sədrə deyə bilmir. Nəticədə ümidi hər yerdən üzülən Naxçıvan əhalisi Muxtar Respublikanı tərk etmək məcburiyyətində qalır. Sədrin bu cür təcrid vəziyyətə salınması da onu üzərinə düşən yorucu səlahiyyətlərin böyük qismindən azad olunmasını tələb edir.

Problem həm də orasındadır ki, Muxtar Respublikanın indiki konstitusion quruluşu da nə demokratik dövlət formasına, nə də Azərbaycanın spesifik idarəetmə ənənələrinə uyğun gəlir. Belə ki, demokratik dövlət quruluşlarında hakimiyyət bölgüsü deyilən vazkeçilməz prinsip var. Bu isə o deməkdir ki, hakimiyyətin səlahiyyət və vəzifələri 3 yerə bölünür: Qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə sistemi. Naxçıvanın indiki strukturunda isə Ali Məclisin sədri həm qanunvericilik, həm də icraedici hakimiyyətin rəhbəridir. Azərbaycanda isə Milli Məclisin öz sədri, hökumətin isə öz prezidenti var.

Muxtar Respublikanı yaxından tanıyan keçmiş məmurlardan birindən aldığımız məlumata görə, Naxçıvanda aparılacaq islahatlar üçün “nə şiş yansın, nə kabab” prinsipi ən uğurlu variant kimi seçilib. Bildirilir ki, sabahkı Baş nazir seçkilərindən sonra növbəti addım Muxtar Respublikanın Konstitusiyası Azərbaycan Konstitusiyasına uyğunlaşdırmaq olacaq. Bu zaman Ali Məclis sədrinin icraedici səlahiyyətləri Baş nazirə tapşırılacaq. Vasif müəllimə isə ildə bir və ya iki dəfə keçirilən Ali Məclisə rəhbərlik etmək missiyası qalacaq. Yəni Ali Məclisin sədri Naxçıvan parlamentinin rəhbərindən başqa heç kim olmayacaq.

Vasif Talıbovun icraedici fəaliyyətini dövr ediləcəyi şəxsin adı da artıq məlumdur. İndiyədək namizədlər arasında ən çox Mirsənani Seyidovun adı hallansa da, onun namizədliyinə yaşıl işıq yandırılmayıb. Məlumat üçün bildirək ki, Muxtar Respublika Konstitusiyasının 37-ci maddəsinə əsasən, Naxçıvanın Baş nazirini Ali Məclisinin sədri təkbaşına təyin edə bilməz. O, Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təyin edilir. Məlumata görə, paytaxtda Muxtar Respublikanın Baş Nazirinin müavini - Maliyyə naziri Səbuhi Hidayət oğlu Məmmədovu bu posta daha layiqli namizəd kimi görüblər. Maraqlıdır ki, Səbuhi Məmmədov 2 il bundan əvvəl indiki postuna təyin olunmuşdu.

Yeni Baş nazir postina təyin olunması gözlənilən Səbuhi Məmmədov Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının məzunudur. Uzun illər də məhz aqrar sektorla bağlı vəzifələrdə çalışıb. İş fəaliyyətinə Azərbaycan Respublikası Aqrar-Sənaye Bankının Şərur rayon şöbəsində mütəxəssis olaraq başlayan Səbuhi müəllim ötən dövr ərzində baş mütəxəssis, şöbə rəisi, Birləşmiş Universal Səhmdar Bankının Şərur rayon filialının müdiri, Aqrarkredit Səhmdar Kredit Təşkilatının Naxçıvan Muxtar Respublika filialının müdiri, Kapital Bank Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin rəisi vəzifələrində işləyib. Nəzərə alsaq ki, qeyri-neft sektorunun inkişafında aqrar sektora daha çox üstünlük veriləcək, aqrarçı olan Səbuhi Məmmədovun iki il ərzində iki pillə yuxarıya sıçrayışı təsadüfi görünməyə bilər.

Uzun sözün qısası, Naxçıvanda hakimiyyət strukturunda islahatlar yeni Baş nazirin xeyrinə aparılacaq. Vasif müəllim isə fəxri istirahətə göndəriləcək.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının qisas əməliyyatı: Vətən müharibəsi qapıda! - GƏLİŞMƏ
Bu gün, 09:23
Şəhid general Həşimov dəfn edilir - FOTO
Bu gün, 09:21
Bir kürsüdə iki nəfər oturanda belə olur... - ATMACA
Bu gün, 09:18
DTX-nın həbs etdiyi Rəhim Qazıyev kimlərin maşası imiş? - Şok reaksiyalar
Bu gün, 09:12
"Səriştəsiz məmurlar təcili dəyişdirilməli, xalq üçün çalışmaq niyyəti olanlar iş başına gətirilməlidir" - deputat
Bu gün, 09:11
"Ermənilərə məlumatı Elmar Məmmədyarov və Ramiz Mehdiyev ötürür" - Hafiz Hacıyevdən ŞOK AÇIQLAMALAR
Bu gün, 09:09
Azərbaycanda günlük sağalanları sayın yoluxanların sayını geridə qoydu, lakin... - GƏLİŞMƏ
Bu gün, 09:04
İrəvan bu savaşla Qarabağa nəzarəti itirə bilər - Ukraynalı ekspert
Bu gün, 09:03
“Yürüş səhv addım idi, provakasiya idi” - Mirşahin
Bu gün, 08:58
Məmurlar ölkə iqtisadiyyatını necə çökdürür - GƏLİŞMƏ
Bu gün, 08:51
Ermənistanın müttəfiqləri Azərbaycana savaş açacaqmı – Əminlik var ki...
Bu gün, 08:49
"Bakı kəndlərində qızları 5-6-cı sinifdən çıxarıb oturdurlar evdə” - hüquq müdafiəçisi
Bu gün, 08:41
“Azərbaycan Qarabağ cəbhəsində iki istiqamətdə hücuma keçəcək” - Müsahibə
Bu gün, 08:40
Tramp: “Avropa Birliyi ABŞ-ı istismar etmək üçün yaradılıb”
Bu gün, 08:37
İcra başçıları pullarını ölkədən qaçırır... - ADLAR
Bu gün, 08:36
“SMS sistemi ləğv olunsun, obyektlər açılsın” - iqtisadçının təklifləri
Bu gün, 08:31
Payızı gözləyək, vəziyyət bir az da pisləşə bilər - Bəla gələndə tək gəlmir
Bu gün, 08:28
Bakıda yürüş iştirakçıları Milli Məclisin binasına girdilər - TOQQUŞMA OLDU
Bu gün, 08:21
Milyonları olan sabiq məmurlar koronavirusla mübarizəyə cüzi məbləğ ayırmaqla kifayətləniblər... - bəziləri isə ərzağın qiymətini qaldırırlar
Bu gün, 08:18
"Mən Azərbaycan əsgərinə çox inanıram" - Xalq artisti
Bu gün, 08:16
ABŞ-ın məşhur radiosunda Ermənistanın təcavüz faktları açıqlanıb
Bu gün, 08:12
Gürcüstanın mövqeyi təəccüblüdür! - “Sanki, Rusiyanın bəyanatıdır”
Bu gün, 08:10
Arif Əliyevdən sərt tənqid: - “İki dezinformasiyanın yayıldığını gördüm”
Bu gün, 08:07
Generalın ölümü: böyük müharibə ola bilər - GƏLİŞMƏ
Bu gün, 08:04
Girdman çayında azyaşlını xilas edən gənc qız boğulma təhlükəsi ilə üzləşib
Bu gün, 08:01
Neft bahalaşıb
Bu gün, 08:00
Bu gün dollar neçəyədir?
Bu gün, 07:59
"Qarabağda doğulan, əcdadları Şuşada dəfn olunan bir insan kimi şəxsi mövqeyim ondan ibarətdir ki..." - Səfir
Bu gün, 07:50
Ermənistanın növbəti hərbi obyekti darmadağın edildi - VİDEO
Bu gün, 07:46
"Bölmələrimiz tərəfindən "Qrad"dan istifadə edilməyib" - Vaqif Dərgahlı
Bu gün, 07:45
Azərbaycanda bu günədək 584466 koronavirus testi aparılıb
Dünən, 20:37
Azərbaycanda indiyədək 25113 nəfər COVID-19-a yoluxub, 319 nəfər vəfat edib
Dünən, 20:37
Bu gün Azərbaycanda daha 510 nəfər koronavirusdan sağalıb, 6 nəfər isə vəfat edib
Dünən, 20:36
Tovuzda döyüş bölgəsində olan Qənirə Paşayeva xəsarət aldı - "Koxa Nəbi kəndində evimizi vurublar"
Dünən, 20:33
“Ata Sığorta”nın Direktorlar Şurasına daha bir təyinat var
Dünən, 20:29
“Azərbaycan Türkiyə ilə hərbi saziş imzalamalıdır” - AKTUAL
Dünən, 20:28
“Bu təxribatda Rusiya agenti olan erməni generalların rolu var” - AÇIQLAMA
Dünən, 20:08
Tovuzda gərginlik davam edir - Nazirlik məlumat yaydı
Dünən, 20:05
DİN Nura Suri ilə bağlı MƏLUMAT YAYDI
Dünən, 20:03
Şəhid General-mayor Polad Həşimovun bacısı: - "Hamımızın Poladıdı"
Dünən, 20:00
Xaçmazda 30 yaşlı kişi intihar etdi
Dünən, 19:57
“Hazırda bizə mane olan yoxdur” – Politoloq cəbhədəki vəziyyətdən danışdı
Dünən, 19:54
NATO Minsk qrupuna çağırış etdi
Dünən, 19:52
Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib - VİDEO
Dünən, 19:50
Şəhid generalın və şəhid polkovnikin cənazələri ata ocaqlarına aparılıb - FOTO
Dünən, 19:12
"KTMT-nin 7 üzvündən hər biri ayrı-ayrılıqda Azərbaycanla çox yaxın münasibətlərə malik olan ölkələrdir" - AÇIQLAMA
Dünən, 19:05
“Döyüşləri Dağlıq Qarabağda davam etdirməliyik” - Rauf Arifoğlu
Dünən, 18:52
"MƏN ATƏŞKƏS YOX, QİSAS İSTƏYİRƏM!..." - Şəhid polkovnikin xanımı səhid generaldan yazdı
Dünən, 18:49
"İlin əvvəlindən bu günə qədər avtomobillərin qiymətində 10-15 min manata qədər ucuzlaşma baş verib” - ekspert
Dünən, 18:37
“Rusiya və Fransanın fikri bizi tam qane etmir” – AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədrindən ilginc açıqlama!
Dünən, 18:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru