"Problemlər təkcə icra başçılarında deyil, arada vasitəçi olan adamları da araşdırmaq lazımdır" .....                     Hüseynqulu Bağırovla Zakir Sultanov əlbir olanda... .....                     Eldəniz Quliyevin gedişi Cəmil Həsənlinin “xərclənməsi” ilə davam edir... .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     İngiltərəyə 17 milyon dollar aparan azərbaycanlı ər-arvad kimdir? .....                     Ənənəvi tədrisə son: “Təhsil inqilabı"na" hazırıq? .....                     Yarım milyon ailə "havada" .....                     "5 rayonda icra hakimiyyəti rəhbərlərinin həbsi sübut etdi ki..." .....                     Virus böyük köç hazırlayır: İşsizlər ölkəyə geri qayıdacaq? .....                     Rayonların idarə olunması ilə bağlı yeni təklif .....                     ABŞ prezidenti illik maaşını ölkənin ehtiyaclarına ianə etdiyini açıqlayıb .....                     Manatın növbəti xilas yolu... .....                     “Şuşaya niyə raket atmadıq” sualına cavab .....                     AzTV-də Rövşən Məmmədovun "sezon finalı": .....                     Əli Həsənov daha bir media rıçaqını itirir .....                     Yeni icra başçısının ingiliscə çıxışı gülüş obyektinə çevrildi .....                     Gömrük rəisinin müavini haqda iddia .....                     Azərbaycanın mədəniyyət “mafiyası”... .....                     Trampın “Twitter” paylaşımlarının kim tərəfindən yazıldığı məlum oldu .....                     İcra başçısı məhkəməyə verildi .....                     Futbol üzrə İtaliya çempionatının bərpa olunacağı vaxt bəlli oldu .....                     Dünyada koronavirusa daha 101,5 min yoluxma qeydə alınıb .....                     "Bakının daşınmaz əmlak bazarında aktivlik artıb" .....                     Dövlət Gömrük Komitəsi nə zaman YOXLANILACAQ? .....                     Lənkəranda COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir .....                     Bakıda bərbad vəziyyətdə olan kitabxana binası ilə bağlı .....                     Gürcüstan Ermənistanın səhiyyə nazirinə cavab verdi .....                     Güclü külək bəzi rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub .....                     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti videokonfrans keçirilib .....                     Bu il məscidlərdə bayram namazı qılınmayacaq .....                     İşğala qarşı yeni platforma: Azərbaycan GUAM-ı dirçəldə bilər .....                     Cərimələr niyə ləğv edilməlidir? .....                     Azərbaycan və Türkmənistan Xəzərin dibi ilə kabel xəttinin çəkilməsi şərtlərini müzakirə edib .....                     "Cəmiyyətimiz müharibəyə hazır deyil..." .....                     Kürdəmir sakinini həmkəndlisi döydü .....                     Daha bir qadının boğazı kəsildi .....                     İranın Qarabağ aktivliyi: nə baş verir? .....                     Nazirlik hərəkətə keçdi: YOXLAMA BAŞLADI .....                     Kamran Əliyevdən avtomobillərin texniki baxışı ilə bağlı .....                     “Hazırda islahatlara mane olanların sıradan çıxarılması prosesi gedir” .....                 

Qəzənfər Ağayev rayonda əlini “ağdan qaraya” vurmaq istəmir - Astaranın "astar üzü"...
Tarix: 20-05-2020, 09:17 | Çap et
Qəzənfər Ağayev rayonda əlini “ağdan qaraya” vurmaq istəmir
Koronavirus təhlükəsi Azərbaycana yaxınlaşanda atılan ilk addımlardan biri İranla sərhədi bağlamaq olmuşdu.

Əvvəlcə gediş-gəliş məhdudlaşdırılmış, yalnız həkimə gedənlərə və hər iki tərəfdən ölkəsinə qayıtmaq istəyənlərə şərait yaradılmışdı.

Sonra gedişat qorxunc vəziyyət yaranacağı ilə bağlı həyəcan təbili çalanda İranla (və təbii ki, digər qonşu ölkələrlə) sərhədlər tamamilə bağlandı.

O zaman biz İranla sərhəd olan Astaradan reportaj hazırlayanda insanlar tibbi maskada, küçələr seyrək, gömrük məntəqəsinin qarşısı demək olar bomboş idi. Deyirdilər ki, koronavirus İrandan gəlir və sürətlə yayılacaq.

Bu səfər Astaraya və İranla sərhəd qapısına gedişimizdə fərqli bir mənzərə ilə qarşılaşdıq. Hər şeydən qabaq demək lazımdır ki, cənub bölgəsində koronavirusun İranla sərhəd olan Astaradan çox, Lənkəranda yayıldığını öyrəndik.

Elə bu səbəbdən İranla sərhəd olan Astarada karantin ləğv olunsa da, Lənkəranda qalır. Çox maraqlıdır ki, İran Astarası ilə bizim Astara arasında 1 kilometr məsafə ola, ya olmaya. Bu qədər yaxınlığa baxmayaraq, rayonda tək-tük şəxs infeksiyaya yoluxub.

Bunun səbəblərini araşdırarkən sakinlərin sözlərindən belə məlum oldu ki, virus İrandan Azərbaycana o qədər də keçməyib. Çünki bizə yaxın Ərdəbil, Rəşt, Ənzəli, Astara kimi İran şəhərlərində kütləvi yoluxmalar qeydə alınmayıb.

Bu cəhətdən bizim Astaranın camaatının bəxtinin gətirdiyini söyləmək olar. Bəs niyə Lənkəranda, konkret hansısa kəndlərdə yoluxma daha çox olub və nə üçün bura “qırmızı zona” elan edilib sualına gəlincə, növbəti reportajımızda detallı biləcəksiniz...

***

İndi isə Astaradakı mənzərəni sizə təsvir edək: karantindən sonra insanlar küçələrdə dolaşmağa başlasalar da, ehtiyatı əldən vermirlər, yəni maska taxanlar az deyil.

Xüsusən sərhəd qapısına yaxın yerlərdə maskadan istifadə edənlər daha çoxdur. Onlar hələ də güman edirlər ki, İrandan virus gələ bilər, təhlükə sovuşmayıb.

Söhbətləşdiyimiz sakinlər deyirlər ki, koronavirusa yoluxanların bir qismi Masallıda, bir hissəsi Astarada müalicə olunur. Ona görə də insanlar özlərini qorumağa davam edirlər.

Bildirirlər ki, Lənkəranda koronavirus daha çox yayılsa da, müalicəsi Masallı və Astarada təşkil edilib.

Bununla belə, astaralılar karantinin ləğvinə sevinirlər. Xüsusən də yaşı 65-dən yuxarı olanlar evdən çıxmağa icazə verilməsinə görə şükür edirlər.

Onlar bildirirlər ki, Azərbaycan dövlətinin rəhbərliyi karantinin sərt dövründə vətəndaşların həm sağlamlığını, həm də sosial şəraitini nəzərə aldı.

Heydər Əliyev Fondu tərəfindən göndərilən yardımdan alan rayon sakini Nadir kişi dedi ki, İran bazarının bağlandığı bir vaxtda bu dəstəyə çox ehtiyac var idi...

Rayonda kafe-restoranlar açıq olsalar da, işlər çox zəifdir.

Bir tərəfdən İrana gedənlər yoxdur ki, kafelərdə otursunlar, bir yandan da əhali çayxanalara axışmağa tələsmir.

Yeri gəlmişkən, İranla sərhədin bağlanması gömrük-keçid məntəqəsinin qarşısındakı dükanların işinə təsir edib. Çünki 3 ay olar ki, İrandan mal gəlmir və mağazalar boşalıb.

Gömrüyün ətrafındakı əksər mağazalar, çayxanalar fəaliyyət göstərmirlər. Onların qazancı İrana gedən və gələnlərdən idi.

Gömrükdə isə içəridə bir sərhədçi əsgərin olduğunu gördük. O, nəzarətçi postda dayanmışdı.

Gömrüyün qabağındakı dükanlardan isə bir neçəsi açıq idi.

Onlar da deyirlər ki, arabir gəlib mağazaya baş çəkirlər, yerdə qalan 3-5 qutu malın hesab-kitabını aparırlar. Bir də ümid edirlər ki, bəlkə kənardan müştəri gələ, ortada qalan mallardan ala...

Dükanların piştaxtalarında isə demək olar ki, heç nə qalmayıb. Olanlar da 3 aydır satılmayan məhsullardır - çay, bal, düyü, yağ, konfet, şampun, sabun və s.

Satıcıların sözlərinə görə, Bakıdan, Gəncədən, Lənkərandan gəlib alver edənlər olurdu. Onlar bildirirlər ki, İrana getməyənlər gömrüyün qarşısındakı bu dükanlardan alver edib evlərinə qayıdırdılar.

İndi isə gələn yoxdur, istisna halda yolu buradan keçən adam dükana boylanıb hansısa məhsulla maraqlanır.

Onlar gözləyirlər ki, sərhədlər nə vaxt açılacaq, onda mal gətirib dükanlarını dolduracaqlar: “Bu günə də şükür, dədə. Bircə üstümüzdən xəta-bəla sovuşsun, millətin virusdan canı qurtarsın, qalan işlər düzələr”.

Dükan sahibləri deyirlər ki, İrandan Azərbaycan TIR-larla mal gətirilir: “Onlar da şirkətlərin malıdır, bizə heç bir dəxli yoxdur. Biz gərək sərhəd açılsın ki, gedib mal vurub gətirək. Deyirlər ki, iyulda açıla bilər. Görək necə olur. Sərhədin açılması tək bizə yox, İrana alverə və həkimə gedənlərin hamısına lazımdır”.

Satıcılar söyləyirlər ki, karantinin sərt dövründə Astara küçələri səhralığa oxşayırdı: “Dövlət əlindən gələni etdi. Bütün bu addımlar çətinlik yaratsa da, bizə görəydi. Camaatı fikirləşib qadağalar qoydular.

Görürsünüz, hamı deyirdi ki, İranın qulağının dibidir, virus Astarada çox olacaq. Amma ən az yayılan rayonlardan biri oldu. Buna sevinmək lazımdır".

Onu da demək lazımdır ki, gömrük məntəqəsi rayonun mərkəzinə çox yaxındır. Hətta demək olar ki, mərkəzdədir...

Astaranın mərkəzində isə sosial problemlər olduğu kimi qalıb.

İcra başçısı Qəzənfər Ağayev, deyəsən, rayonda əlini “ağdan qaraya” vurmaq istəmir. Elə icra hakimiyyəti binasının qarşısındakı fontanın vəziyyəti bütün reallığı ifadə edir. Heç olmasa fontana əl gəzdirsinlər.

İH-in bir addımlığında isə akademik Ziya Bünyadovun büstü baxımsız qalıb. Əslən astaralı olan akademikin büstü əyilib və yüngül bir təmirə ehtiyac var. Ümid edirik ki, tədbir görüləcək.

Astaranın yolları da bərbad gündədir. Ümumilikdə, rayonda kosmetik də olsa abadlıq-quruculuq işləri aparılmayıb. Belə səfalı bölgənin inkişaf etdirilməsinə, turizm potensialından istifadə olunmasına ciddi ehtiyac var.

Bizsə karantindən çıxan, koronavirusun böyük ziyan vura bilmədiyi Astaradan ayrılaraq, Lənkərana yollanırıq və niyə bu şəhərdə epidemiyanın çox yayılmasının səbəblərini araşdırmağa başlayırıq...
//musavat.com//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Problemlər təkcə icra başçılarında deyil, arada vasitəçi olan adamları da araşdırmaq lazımdır"
Bu gün, 09:36
Hüseynqulu Bağırovla Zakir Sultanov əlbir olanda... - GİLEY
Bu gün, 09:34
Eldəniz Quliyevin gedişi Cəmil Həsənlinin “xərclənməsi” ilə davam edir...
Bu gün, 09:30
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:19
İngiltərəyə 17 milyon dollar aparan azərbaycanlı ər-arvad kimdir? - İLGİNC
Bu gün, 09:18
"Mədəniyyət naziri vəzifəsi mənlik deyil, mən bacarmaram"
Bu gün, 09:14
Ənənəvi tədrisə son: “Təhsil inqilabı"na" hazırıq? - GƏLİŞMƏ
Bu gün, 09:08
Yarım milyon ailə "havada" - "Onlar sökülə bilməz"
Bu gün, 09:07
"5 rayonda icra hakimiyyəti rəhbərlərinin həbsi sübut etdi ki..."
Bu gün, 09:03
Virus böyük köç hazırlayır: İşsizlər ölkəyə geri qayıdacaq? - GƏLİŞMƏ
Bu gün, 08:55
"Öləndə də onların bişirilmə qaydasını özümlə aparacağam"
Bu gün, 08:52
Rayonların idarə olunması ilə bağlı yeni təklif - EFFEKT VERƏCƏKMİ?
Bu gün, 08:47
ABŞ prezidenti illik maaşını ölkənin ehtiyaclarına ianə etdiyini açıqlayıb
Bu gün, 08:46
Manatın növbəti xilas yolu... - “Bir müddət bu çətinliyə dözərək…”
Bu gün, 08:45
“Şuşaya niyə raket atmadıq” sualına cavab - AKTUAL
Bu gün, 08:40
AzTV-də Rövşən Məmmədovun "sezon finalı": - Nə dəyişdi, nə qaldı və nə baş verir..?
Bu gün, 08:38
“Dövlətin vəsaiti uzun müddət mənasız serialların çəkilişinə sərf olunub”
Bu gün, 08:35
Əli Həsənov daha bir media rıçaqını itirir - İDDİA
Bu gün, 08:24
Yeni icra başçısının ingiliscə çıxışı gülüş obyektinə çevrildi - VİDEO
Bu gün, 08:20
Gömrük rəisinin müavini haqda iddia - milyonluq obyekti hansı vəsaitlə tikir?
Bu gün, 08:18
Azərbaycanın mədəniyyət “mafiyası”... - İTTİHAM
Bu gün, 08:15
Trampın “Twitter” paylaşımlarının kim tərəfindən yazıldığı məlum oldu
Bu gün, 08:14
İcra başçısı məhkəməyə verildi - SƏBƏB
Bu gün, 08:13
Futbol üzrə İtaliya çempionatının bərpa olunacağı vaxt bəlli oldu
Bu gün, 08:11
Dünyada koronavirusa daha 101,5 min yoluxma qeydə alınıb
Bu gün, 08:05
"Bakının daşınmaz əmlak bazarında aktivlik artıb"
23-05-2020, 13:26
Dövlət Gömrük Komitəsi nə zaman YOXLANILACAQ? - Sahibkarlar TƏLƏB EDİR
23-05-2020, 13:24
Lənkəranda COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir - FOTO
23-05-2020, 13:03
Bakıda bərbad vəziyyətdə olan kitabxana binası ilə bağlı RƏSMİ AÇIQLAMA
23-05-2020, 12:54
"Qadın sevdiyi kişinin cinayətlərini belə ilahiləşdirir"
23-05-2020, 12:52
Gürcüstan Ermənistanın səhiyyə nazirinə cavab verdi
23-05-2020, 12:48
Güclü külək bəzi rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub - FOTO
23-05-2020, 12:47
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti videokonfrans keçirilib
23-05-2020, 12:46
Bu il məscidlərdə bayram namazı qılınmayacaq - QMİ
23-05-2020, 12:34
''Mənim təmtəraqla aram yoxdur''
23-05-2020, 12:23
İşğala qarşı yeni platforma: Azərbaycan GUAM-ı dirçəldə bilər - GƏLİŞMƏ
23-05-2020, 12:17
Cərimələr niyə ləğv edilməlidir? - DYP-dən cavab
23-05-2020, 12:13
Azərbaycan və Türkmənistan Xəzərin dibi ilə kabel xəttinin çəkilməsi şərtlərini müzakirə edib
23-05-2020, 12:09
"Cəmiyyətimiz müharibəyə hazır deyil..." - deputat
23-05-2020, 12:08
"Karantində arvadımı daha çox sevdim" - Xalq artisti
23-05-2020, 12:04
Kürdəmir sakinini həmkəndlisi döydü
23-05-2020, 11:57
“Belələrinə 100 manat verirsən, ürəyin nə istəyir yazdırırsan”
23-05-2020, 11:56
Daha bir qadının boğazı kəsildi - Bakıda DƏHŞƏTLİ QƏTL
23-05-2020, 11:54
İranın Qarabağ aktivliyi: nə baş verir? - TƏHLİL
23-05-2020, 11:53
Nazirlik hərəkətə keçdi: YOXLAMA BAŞLADI - Neçə icra başçısının başı ağrıyacaq
23-05-2020, 11:48
Kamran Əliyevdən avtomobillərin texniki baxışı ilə bağlı VACİB AÇIQLAMA
23-05-2020, 11:46
“Hazırda islahatlara mane olanların sıradan çıxarılması prosesi gedir” - deputat
23-05-2020, 11:38
Lənkəranda yaşayış evindən külli miqdarda tiryək aşkarlanıb
23-05-2020, 11:37
Yol polisinin yazdığı cərimələr ləğv olunmalıdır - Baş nazirə müraciət
23-05-2020, 11:35
Bayram Səfərovun gedişi yenidən gündəmdə... - İDDİA
23-05-2020, 11:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru