İt döyüşü təşkil edənlər barəsində .....                     Azərbaycanda koronavirusa yoluxanların sayı 4 759-a, ölənlərin sayı isə 56-ya çatıb .....                     28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat .....                     Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi .....                     Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir .....                     Azyaşlının dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb .....                     İyunun 1-dən yas mərasimlər belə keçiriləcək .....                     Həbsdəki sabiq icra başçılarının məhkəməsi nə vaxt olacaq? .....                     Ərdoğan “Twitter”də Azərbaycanla bağlı paylaşım etdi .....                     “Standard İnsurance"ın müştəriləri İcbari Sığorta Bürosuna müraciət etməlidir .....                     "Maska taxmayanlar 5 manat cərimə olunsun, təsiri olacaq" .....                     Pandemiya dövründə işdən çıxarılan bağça işçiləri GİLEY EDİR .....                     Aqrar sığorta şirkətinin yaradılması ilə bağlı Mərkəzi Banka müraciət edilib .....                     Bakı əhalisinin sayı açıqlanıb .....                     Ermənistanda ağır koronavirus xəstələrinin sayı artdı .....                     Xameneyinin parlamentə göndərdiyi etnik mesajın mənası nədir? .....                     "Aprel ayı ilə müqayisədə neftin qiyməti ortalama olaraq iki dəfə yüksəkdir” .....                     Məhkəmə 7 nəfəri güllələyən Elnur Süleymanov haqqında .....                     Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasının və XI regionlararası forumunun vaxtı məlum olub .....                     "Rusiya-Azərbaycan sərhədində toplaşanların vətənə qayıtmasına çalışırıq" .....                     “Əksər hallarda yeni təyin olunan kadrların mahiyyətinə baxan yoxdur” .....                     "Azərbaycan xalqı haqqı olan istiqlala qovuşub" .....                     Ceyhun Bayramov necə yeyir... .....                     Özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən şəxsi polislər ifşa etdi .....                     Almaniyada irqçi hücuma məruz qalan Azərbaycan vətəndaşlarının sayı məlum olub .....                     Şirvanda bərabər yaşadığı qadını döyən jurnalist saxlanılıb .....                     Sabahdan Türkiyədə məscidlər açılacaq .....                     “İlk addımı Rusiyadan gözləmək düzgün deyil” .....                     Naxçıvanda hərbçilər üçün yeni yaşayış binası tikilir .....                     Ermənistan iqtisadiyyatının beli qırıldı, bu, yalnız başlanğıcdır... .....                     Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı .....                     Maşallah Əhmədov həbs edilən icra başçısından şikayət etdi .....                     Eldar Əzizov Tağıyevi rəis təyin etdi .....                     İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin .....                     Mayın 30-dan Bakıda şimal-qərb küləyi güclənəcək .....                     Əli Həsənov mediadan birdəfəlik gedir .....                     İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya .....                     Mülayim cənub küləyi əsəcək .....                     "İdeal Kredit" bağlanmış bankdakı PULUNU ALA BİLMİR .....                     “Dərs vaxtı”nın peşə təhsili ilə bağlı sabaha olan cədvəli açıqlanıb .....                 

"Narkoz verilən xəstəni palatada əməliyyat etmək olarmı?" - Oğlunu itirən atanın FƏRYADI
Tarix: 20-02-2020, 09:31 | Çap et
"Narkoz verilən xəstəni palatada əməliyyat etmək olarmı?"
Bir arı sancmasından 24-yaşlı oğlunu itirən Filman Həsənov iki ildən çoxdur prokurorluq və məhkəmə yollarındadır. Oğlunun ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edən ata həm günahkarların cəzalandırılmasını, həm də onu maraqlandıran suallara cavab almaq istəyir. Ancaq hələ heç birinə nail ola bilməyib.

DİA.AZ xəbər verir ki, mərhum Cavid İmanlını sağ çiynindən arı sancıb, həmin nahiyə şişib, ağrı verib. O, Sabunçudakı 3 saylı Kliniki Tibbi Mərkəzə gedib. Atasının dediyinə görə, Cavidi cərrahiyyə şöbəsinə yerləşdiriblər: «Həkim Tağı Əliyev şiş olan yerə iynə batırıb, çirkin olub-olmadığını yoxlayıb. Deyib ki, çirk yoxdur, bir gün sonra buraxacaqlar. Ertəsi gün anası onu çıxarmaq üçün xəstəxanaya gedəndə buraxmayıblar, deyiblər, təcili əməliyyat olunmalıdır. Anası etiraz edib. Həkim deyib ki, əməliyyat edilməsə, qanqren olacaq. Anası əməliyyat otağının qabağında Cavidin gətirilməsini gözləyib. Ancaq onu əməliyyat otağında yox, kifayət qədər xəstələr olan palatada gizli əməliyyat eləyiblər. Mənim oğlum həkim səhvinin qurbanı oldu...».

F.Həsənovun sözlərinə görə, sonradan biliblər ki, elə həmin gün oğlu vəfat edib. Ekspertiza rəy verib ki, Cavidin ölümünə çiynindəki irinli iltihab (absesləşmiş fleqmonası) və orqanizmin ümumi intoksikasiyası səbəb olub. Ekspertiza həmçinin, o nəticəyə gəlib ki, gəncin ölümündə həkim səhlənkarlığı yoxdur.

Ancaq oğlunu həkim səhvi üzündən (artıq dozada narkoz verilməsindən) itirdiyini iddia edən F.Həsənov prokurorluğa, ölkə rəhbərliyinə şikayətlər göndərməklə yanaşı, özü də müstəqil şəkildə araşdırma aparmaq qərarına gəlib. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna 7 suallıq sorğu göndərib. Suallar da belə olub: arı sancmasından 3 gün keçəndən sonra 24-25 yaşında cavan adam aneflatik şok keçirə bilərmi; narkoz verilən xəstəni palatada əməliyyat etmək olarmı; arı sancmış adamda fleqmona (hüceyrə boşluqlarının məhdudlaşmayan yayılmış kəskin irinli iltihabı-red.) ola bilərmi və s.

F.Həsənov deyir ki, Həkimləri Təkmilləşdirmə İnstitutu onun suallarına cavab verməkdən imtina edib. Daha doğrusu, cavab məktubunda yazılıb ki, «burada qaldırılan bütün sualları Səhiyyə Nazirliyinin ekspert komissiyası cavablandırıb». Ona görə də F.Həsənov institutu məhkəməyə verib. Yasamal rayon Məhkəməsi onun iddiasını rədd edib. Bu qərardan apellyasiya şikayəti versə də, nəticə dəyişməyib.

Ancaq Ali Məhkəmə fərqli qərar verib. Yazıb ki, Həkimləri Təkmilləşdirmə İnstitutu şikayətçinin məktubuna əsaslandırılmış cavab verməliydi: «Əgər suallar onun səlahiyyətinə aid deyilsə belə, aidiyyəti üzrə müraciət etməli olduğu subyekt göstərilməli idi. Lakin bütün sualların Səhiyyə Nazirliyinin ekspert komissiyası tərəfindən cavablandırıldığını əsas gətirib sualları cavablandırmayıb. İş materiallarından görünür ki, ekspert komissiyasının rəyində də Filman Həsənovun suallarına cavab yoxdur. Orada yalnız ölüm faktı ilə aparılmış müalicə arasında səbəbli əlaqənin olub-olmaması müəyyənləşdirilib».

İnstitutun nümayəndəsi və vəkili Rauf Abdullayev isə məhkəmədə deyib ki, məktubdakı suallardan bəziləri ümumi xarakter daşıyır, birmənalı cavabı yoxdur. Qalanları da konkret sahədə xüsusi elmi tədqiqatların aparılmasını tələb edir: «Bu tip sualların cavablandırılması üçün məhkəmə-tibbi ekspertizası var. Məsələ ilə əlaqədar araşdırmalar artıq aparılıb, Səhiyyə Nazirliyi məlumatları Filman Həsənova təqdim edib. Onun qoyduğu suallara Səhiyyə Nazirliyinin Ekspert Komissiyası və ya Məhkəmə Tibbi Ekspertizasının cavab vermək səlahiyyəti var. Bunu institutdan tələb edə bilməz».

Ali Məhkəmə aşağı instansiyaların qərarını ləğv edib, ötən il dekabrın 26-da bu işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Ancaq hələ ki, apellyasiya məhkəməsində baxılmayıb.

Bununla paralel ata oğlunun ölümünə görə həkimlərin məsuliyyətə cəlb edilməsi üçün də aylardır prokurorluq və məhkəmə arasındadır. Sabunçu rayon Prokurorluğu cinayət işi başlanmasını rədd edib. F.Həsənovun şikayətindən sonra məhkəmə də prokurorluğun qərarını ləğv edib, işin təkrar araşdırılmasına qərar verilib. Amma Sabunçu rayon Məhkəməsi yenə eyniməzmunlu qərar çıxarıb.

Ata yenə şikayət edib. Bu dəfə Bakı şəhər prokurorunun müavini Sabunçu rayon Prokurorluğunun qərarını ləğv edib. Bu iş Sabunçudan alınıb, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinə verilib. Bu idarədə də cinayət işinin başlanması yenidən rədd edilib. F.Həsənov yenə məhkəməyə üz tutub. Dekabrda Səbail rayon Məhkəməsi Bakı şəhər Prokurorluğunun rədd qərarını ləğv edib. Bundan sonrasından isə hələ ki, xəbər yoxdur.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İt döyüşü təşkil edənlər barəsində HƏBS QƏRARI ÇIXARILDI
Bu gün, 19:37
Azərbaycanda koronavirusa yoluxanların sayı 4 759-a, ölənlərin sayı isə 56-ya çatıb
Bu gün, 19:34
28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat
Bu gün, 19:32
Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi
Bu gün, 19:02
Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir — FOTOFAKT
Bu gün, 18:56
Azyaşlının dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb - Bakı polisi
Bu gün, 18:51
İyunun 1-dən yas mərasimlər belə keçiriləcək - VİDEO
Bu gün, 18:31
Həbsdəki sabiq icra başçılarının məhkəməsi nə vaxt olacaq? - GƏLİŞMƏ
Bu gün, 18:14
Ərdoğan “Twitter”də Azərbaycanla bağlı paylaşım etdi - FOTO
Bu gün, 18:00
"Kimsə anlamırsa, başını müalicə etdirsin"
Bu gün, 17:50
“Standard İnsurance"ın müştəriləri İcbari Sığorta Bürosuna müraciət etməlidir
Bu gün, 17:42
"Maska taxmayanlar 5 manat cərimə olunsun, təsiri olacaq"
Bu gün, 17:40
Pandemiya dövründə işdən çıxarılan bağça işçiləri GİLEY EDİR - "3 min manat istədilər"
Bu gün, 17:37
Aqrar sığorta şirkətinin yaradılması ilə bağlı Mərkəzi Banka müraciət edilib
Bu gün, 17:34
Bakı əhalisinin sayı açıqlanıb
Bu gün, 17:32
Ermənistanda ağır koronavirus xəstələrinin sayı artdı
Bu gün, 17:16
Nadir Qafarzadə övladlığa uşaq götürür
Bu gün, 17:13
Xameneyinin parlamentə göndərdiyi etnik mesajın mənası nədir? - TƏHLİL
Bu gün, 17:01
"Sizi döyən ərdən boşanın" - Xalq artisti
Bu gün, 16:54
"Aprel ayı ilə müqayisədə neftin qiyməti ortalama olaraq iki dəfə yüksəkdir” - ekspert
Bu gün, 16:50
Məhkəmə 7 nəfəri güllələyən Elnur Süleymanov haqqında QƏRAR VERDİ
Bu gün, 16:46
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasının və XI regionlararası forumunun vaxtı məlum olub
Bu gün, 16:36
"Rusiya-Azərbaycan sərhədində toplaşanların vətənə qayıtmasına çalışırıq" - Səfir
Bu gün, 15:51
“Əksər hallarda yeni təyin olunan kadrların mahiyyətinə baxan yoxdur” – İqtisadçıdan TƏKLİF
Bu gün, 15:34
"Azərbaycan xalqı haqqı olan istiqlala qovuşub" - deputat
Bu gün, 15:28
Ceyhun Bayramov necə yeyir... - İTTİHAM
Bu gün, 15:21
Özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən şəxsi polislər ifşa etdi - FOTO
Bu gün, 15:07
Almaniyada irqçi hücuma məruz qalan Azərbaycan vətəndaşlarının sayı məlum olub
Bu gün, 14:58
Şirvanda bərabər yaşadığı qadını döyən jurnalist saxlanılıb - VİDEO
Bu gün, 14:56
Koronavirusa yoluxduğu deyilən Əməkdar artist: - “Ağciyərlərimdə sətəlcəm aşkarlanıb”
Bu gün, 14:50
Sabahdan Türkiyədə məscidlər açılacaq
Bu gün, 14:43
“İlk addımı Rusiyadan gözləmək düzgün deyil” - Peskov
Bu gün, 14:41
Naxçıvanda hərbçilər üçün yeni yaşayış binası tikilir - VİDEO
Bu gün, 14:19
Ermənistan iqtisadiyyatının beli qırıldı, bu, yalnız başlanğıcdır... - Akop Koçaryan
Bu gün, 14:15
Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
Bu gün, 14:01
“Xəstəlik dizimə qədər gəlsə, əl arabasında gəzəcəm”
Bu gün, 13:59
Maşallah Əhmədov həbs edilən icra başçısından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 13:49
Eldar Əzizov Tağıyevi rəis təyin etdi - Bir Tağıyev getdi, o biri Tağıyev gəldi...
Bu gün, 13:38
"Müğənnilər niyə ağlayırlar?"
Bu gün, 13:34
İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışını etdi
Bu gün, 13:32
Mayın 30-dan Bakıda şimal-qərb küləyi güclənəcək - Xəbərdarlıq...
Bu gün, 13:18
Əli Həsənov mediadan birdəfəlik gedir - İDDİA
Bu gün, 13:11
Cahangir Məmmədlinin canlı yayımda halı pisləşdi - VİDEO
Bu gün, 13:03
İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi
Bu gün, 12:59
Mülayim cənub küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:53
"İdeal Kredit" bağlanmış bankdakı PULUNU ALA BİLMİR - NARAZILIQ...
Bu gün, 12:47
“Dərs vaxtı”nın peşə təhsili ilə bağlı sabaha olan cədvəli açıqlanıb
Bu gün, 12:46
"Oxusunlar, ancaq musiqimizi korlamasınlar" - Xalq artisti
Bu gün, 12:44
Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu
Bu gün, 12:34
Əməkdar artistin ailəsi test edilib, cavab gözləyirlər: - Həkimlər şübhələnirlər
Bu gün, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru