Daha bir namizəd ərzaq payladı... .....                     “İlqar Məmmədov mənim üçün rəqib deyil” .....                     Putin İsraildə səfərdədir .....                     Bakıda sulu qar yağacaq .....                     Dağıstan rəhbəri Azərbaycana səfər edəcək .....                     "Radikal cərəyanlar sosial platformada çox fəaldırlar və əsasən sosial şəbəkələr üzərindən işləyirlər" .....                     “26 il idi ki, onun qəbrini axtarırdıq” .....                     DYP sürücülərə müraciət edib .....                     Bakı sakini qəbiristanlıqda döyülüb .....                     72 yaşlı Əhliman Əmiraslanov gəncləşən parlamentə iddialıdır .....                     Ermənilər məşhur Şuşa qalasında restavrasiya işlərinə başlayır .....                     «Əjdaha dönər»dən etiraz: .....                     "İTV-nin fantastik qiymətləri namizədlərin əksəriyyəti üçün əlçatan deyil" .....                     Deputatın xaricdəki biznesini oğlu idarə edir .....                     İmişlidə kimliyi dəqiqləşdirilən şəhidin nəşi məzardan çıxarılıb .....                     Rəşad Qəribov seçiciləri necə şirnikləndirir? .....                     Xızıda narkotacir ələ keçdi .....                     Bakıda yaradılan mərkəzi rayonun yerləşəcəyi ərazilər açıqlanıb .....                     20 Yanvar şəhidlərinin ailələri narazılıq etdi, .....                     Məktəbli forması dəyişir: BTE yeni geyim hazırlayıb .....                     Bioqrafiyası zəngin olan namizəd .....                     Azərbaycan yenilənir, radikal müxalifətsə uçuruma yuvarlanır .....                     Azərbaycanın Birinci vitse-prezidenti Mixail Qusmanı .....                     Rüşvətə görə həbs edilən Zaqatala Məhkəməsinin keçmiş hakiminin şikayətinə baxılıb .....                     Seçkidən dərhal sonra... .....                     “Paşinyanın imicini qısaca xarakterizə etsək, bu, səriştəsizlikdir” .....                     Parlament seçkiləri ilə əlaqədar 210 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib .....                     Zəngin deputat sərvəti ilə göz qamaşdırır... .....                     “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hökumətə təqdim edilib .....                     Sərdar Cəlaloğlu seçicilərə ÇAĞIRIŞ ETDİ .....                     “Seçki platformamı bir cümlə ilə belə ifadə edə bilərəm: Hər şey dövlətim, xalqım və millətim üçün!” .....                     Azərbaycanda virus sindromu: Səhiyyə Nazirliyi niyə susur? .....                     Zakir Qaralova sözü olanların .....                     ”Exit-poll”la bağlı MSK-ya müraciətlər daxil olub” .....                     Prezident İlham Əliyev Davosda İsveçrə Prezidenti Simonetta Sommaruqa ilə .....                     Ərdoğanla Trüdo arasında telefon danışığı olub .....                     Qadına 16 bıçaq zərbəsi vuran Bakı sakini saxlanıldı .....                     Ülviyyə Ağayeva seçki qanunu necə pozur? .....                     İşsiz və təqaüdçü deputatlığa namizədlərin sayı məlum olub .....                     Vilyam Hacıyev iş günü rayonu icazəsiz tərk edib? .....                 

İcra başçısı daha “Rayonun Allahı” sayılmayacaq! - "Toxunulmazlar kastası"nı nə gözləyir?...
Tarix: 25-12-2019, 09:27 | Çap et
İcra başçısı daha “Rayonun Allahı” sayılmayacaq!
Kino incilərimizdən olan “Qanun naminə” (Mehman) filmində məşhur bir ifadə var – “Sən bilirsən prokuror kimdir? Rayonun Allahı!”...

Artıq uzun illərdir prokurorlar yox, əlindəki rəsmi və qeyri-rəsmi səlahiyyətlərdən, rıçaqlardan istifadə edən bir çox icra başçısı var ki, doğrudan da təyin olunduğu vəzifədə özünü “rayonun Allahına” çevirib. Belələrinin “iş metodlarını” isə təkcə yerli əhali deyil, onlara nəzarət etməli olan qurumlar da yaxşı görürdülər. Lakin son hadisələrə, struktur islahatlarına qədər hansısa icra başçısının birbaşa vəzifə başında həbs və ifşa edilməsinə rast gəlinməmişdi...

Ümumiyyətlə, hakimiyyət ierarxiyasında bir “toxunulmazlar kastası” yaranmışdı və bu “kastada” icra başçıları özünəməxsus yerə malik idilər. Lakin yerlərdəki bəzən hətta əhalinin kütləvi narazılıqlarına, ciddi qarşıdurmalara səbəb olan hadisələrdə əsas qıcıq və qəzab mənbəyi, eləcə də etirazların hədəfləri məhz həmin rayonların icra başçıları olub. Bunu Quba, İsmayıllı və digər rayonlarda baş verən bir neçə aksiyalara aid etmək olar. Doğrudur, belə aksiyaların sayı çox olmayıb və ölkə rəhbərliyi zamanında müdaxilə edərək, problemin mənbəyinə yönələn addımlar atmaqla, vəziyyəti stabilləşdirib. Bir çox vəzifəli şəxslər cəzalandırılsa da, başçıların həbsi praktikası olmayıb. Lakin belə başçıların idarəetmə fəlsəfəsi, daşıdığı mənəvi keyfiyyətlər və s. istər əhali, istərsə də siyasi hakimiyyət üçün problem və təhlükə mənbəyi olaraq qalırdı və təəssüf ki, bəzi rayonlarda hələ indi də qalmaqdadır. Deməli, böyük ehtimalla kasıb əhalinin maaş kartına göz dikən icra başçısı da təkcə Nizaməddin Quliyev deyil...

Son həbslər ölkə rəhbərliyinin artıq bütün əndazələri aşan belə korrupsiya hallarına göz yummayacağından xəbər verir. Lakin bu həbslərin və ölkə başçısı tərəfindən verilən bəyanatların zamanlaması da diqqət cəlb edir. Belə ki, bu hadisələr “köhnə qvardiyanın” yola salınmasından çox qısa müddət sonra, struktur və kadr islahatları olaraq başladılan proseslərlə paralel həyata keçirilir. Bu da təsadüfi sayıla bilməz. Çünki böyük ehtimalla indiyə qədər parlamentə hakimiyyətdəki ayrı-ayrı qruplaşmaların təmsilçiləri olaraq tanınan şəxslər düşdüyü kimi, icra hakimiyyətlərində də belələri var. Lakin onların namizədliyini irəli sürüb, təsdiq olunmasına çalışan və bəzən də buna nail olanların hakimiyyətin üst eşalonlarından uzaqlaşdırılması həmin başçıların “qoruyucu jiletdən” məhrum olması ilə nəticələnib.

İcra başçılarını “rayonun Allahı” edən ən başlıca məqamlardan biri isə bu struktura nəzarət etmək, onlardan hesabat tələb etmək, onları yoxlamaq və gərəkərsə qanunda nəzərdə tutulan formada məsuliyyətə cəlb etmək səlahiyyəti olan qurumların fəaliyyəti, yaxud fəaliyyətsizliyidir. Axı icra hakimiyyətlərini mütəmadi olaraq müxtəlif qurumlar yoxlaya bilir və yoxlayır da.

Azərbaycanda hamı bilir ki, icra hakimiyyətlərinin bir çoxunun keçirdikləri tenderlərin qalibləri icra başçıları ilə hansı qaydada “pay bölgüsü” aparırlar və ümumiyyətlə, bu tenderlər hansı “rəqabət mühitində” keçirilir. İnhisarçılıqla mübarizə aparmalı olan İqtisadiyyat Nazirliyinin bütün bunlardan xəbəri olmayıbmı? Hesablama Palatası da həmçinin - uzağı ortaya bir neçə “dişsiz” rəqəm qoymaqla, öz işini bitmiş hesab edib və məsələ qısa müddət sonra “bağlanıb”.

Bununla yanaşı, hüquq-mühafizə, prokurorluq orqanlarına, məhkəmələrə icra başçılarının və bu strukturda çalışan digər iri məmurların neqativ fəaliyyətilə bağlı materiallar, iddialar daxil olur. Hanı nəticəsi? Cəsarətləri çatıbmı tədbir görməyə? Xeyr, əksinə, çalışırlar ki, başçılarla konfliktə girməsinlər və mehriban, “qarşılıqlı anlaşma” şəraitində işləsinlər.

Nəhayət, bu ölkənin uzun illərdir əhalinin göndərdiyi qalaq-qalaq şikayət məktublarını elə həmin şikayət olunan icra başçılarına yönləndirən Prezident Administrasiyası var. İcra başçıları uzun illərdir əsas etibarilə həmin qurumdan başqa heç kimi tanımaq istəməyiblər. Digər səlahiyyətli qurumlar isə öz işinin öhdəsindən gəlməyə nə cəsarət, nə də həvəs göstəriblər. Əgər həmin oqranlar vaxtında öz işlərinin öhdəsindən gəlsəydilər, bu gün kifayət qədər böyük bir rayona Nizaməddin Quliyev kimi bu cür keyfiyyətlərə malik birisi başçılıq etməzdi, onun ifşası və həbsi isə, məsələn, prokurorluq yox, məhz DTX tərəfindən həyata keçirilməzdi...

Hazırda görünən reallıq budur ki, artıq əsas etibarilə toxunulmaz sayılan kasta tam sıradan çıxarılmaq üzrədir və ölkə rəhbərliyi tərəfindən ortaya yerlərdəki korrupsiyayla bağlı qəti iradə qoyulub. Ancaq hələ də nə baş verdiyini anlamayan, tamahı, nəfsi hər şeyə güc gələnlər var. Ümid edək ki, belələri bundan sonra rusların məşhur “Jadnost frayera qubit” (xəsislik frayeri məhv edir-red.) ifadəsini qulaqlarına sırğa edəcək, ölkə başçısının dediyi kimi, özlərini bədbəxt etməyəcəklər... (azpolitika)





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir namizəd ərzaq payladı... - Kaş ki seçki olaydı həmişə...
Bu gün, 13:23
"Televiziyanın vaxtı gedib, efirə niyə çıxmalıyam ki?!"
Bu gün, 13:20
“İlqar Məmmədov mənim üçün rəqib deyil” - Zahid Orucdan cavab
Bu gün, 13:18
Putin İsraildə səfərdədir
Bu gün, 13:13
Bakıda sulu qar yağacaq - Belə deyirlər...
Bu gün, 13:12
"Çox dedilər ki, sən iki-üç ay görünməsən yoxa çıxıb gedəcəksən"
Bu gün, 13:10
Dağıstan rəhbəri Azərbaycana səfər edəcək
Bu gün, 13:06
"Radikal cərəyanlar sosial platformada çox fəaldırlar və əsasən sosial şəbəkələr üzərindən işləyirlər" - Başlıca hədəfləri gənclərdir
Bu gün, 12:54
“26 il idi ki, onun qəbrini axtarırdıq” - Şəhidin qardaşı
Bu gün, 12:52
“Onlar əxlaqsız və namussuzdur”
Bu gün, 12:46
DYP sürücülərə müraciət edib - SƏBƏB
Bu gün, 12:43
Bakı sakini qəbiristanlıqda döyülüb
Bu gün, 12:33
72 yaşlı Əhliman Əmiraslanov gəncləşən parlamentə iddialıdır - Olsun eee, amma...
Bu gün, 12:31
Ermənilər məşhur Şuşa qalasında restavrasiya işlərinə başlayır - “GÖVHƏRAĞA” MƏSCİDİNİN ARDINCA...
Bu gün, 12:29
«Əjdaha dönər»dən etiraz: - «1 manatlıq dönərlərlə nə edəcəyimizi bilmirik»
Bu gün, 12:28
"İTV-nin fantastik qiymətləri namizədlərin əksəriyyəti üçün əlçatan deyil" - ETİRAZ
Bu gün, 12:26
Deputatın xaricdəki biznesini oğlu idarə edir – Vəliyevin biznes imperiyası ilə bağlı yeni faktlar
Bu gün, 12:23
İmişlidə kimliyi dəqiqləşdirilən şəhidin nəşi məzardan çıxarılıb - VİDEO
Bu gün, 12:21
Rəşad Qəribov seçiciləri necə şirnikləndirir? - FOTO
Bu gün, 12:17
Xızıda narkotacir ələ keçdi
Bu gün, 12:09
Bakıda yaradılan mərkəzi rayonun yerləşəcəyi ərazilər açıqlanıb
Bu gün, 12:08
20 Yanvar şəhidlərinin ailələri narazılıq etdi, nazirlik cavab verdi
Bu gün, 12:06
Məktəbli forması dəyişir: BTE yeni geyim hazırlayıb - Qiymətlər də dəyişəcək?
Bu gün, 12:05
"Fil boyda dərdim var" - Xalq artisti
Bu gün, 12:02
Bioqrafiyası zəngin olan namizəd
Bu gün, 12:00
Azərbaycan yenilənir, radikal müxalifətsə uçuruma yuvarlanır - VİDEO
Bu gün, 11:41
Azərbaycanın Birinci vitse-prezidenti Mixail Qusmanı təbrik edib
Bu gün, 11:40
Rüşvətə görə həbs edilən Zaqatala Məhkəməsinin keçmiş hakiminin şikayətinə baxılıb
Bu gün, 11:38
“AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir” - Xuraman Şuşalıdan şok ittiham
Bu gün, 11:37
"Xalqın övladını bədbəxt etmə"
Bu gün, 11:30
Seçkidən dərhal sonra... - O DA GEDİR!
Bu gün, 11:27
“Paşinyanın imicini qısaca xarakterizə etsək, bu, səriştəsizlikdir” - Rusiyalı ekspert
Bu gün, 11:15
Parlament seçkiləri ilə əlaqədar 210 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
Bu gün, 11:12
Zəngin deputat sərvəti ilə göz qamaşdırır... - seçicilərin qarşısına 2300 manatlıq köynəklə çıxdı
Bu gün, 11:06
“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hökumətə təqdim edilib
Bu gün, 11:04
Sərdar Cəlaloğlu seçicilərə ÇAĞIRIŞ ETDİ - VİDEO
Bu gün, 11:02
“Seçki platformamı bir cümlə ilə belə ifadə edə bilərəm: Hər şey dövlətim, xalqım və millətim üçün!” - Vüqar Məmmədovdan SEÇKİ AÇIQLAMASI
Bu gün, 11:01
Azərbaycanda virus sindromu: Səhiyyə Nazirliyi niyə susur? - MÜƏMMA
Bu gün, 10:58
Elməddinin serialı bəyənilmədi, başqasını çəkir
Bu gün, 10:50
Zakir Qaralova sözü olanların NƏZƏRİNƏ
Bu gün, 10:47
”Exit-poll”la bağlı MSK-ya müraciətlər daxil olub” - Rövzət Qasımov
Bu gün, 10:45
Prezident İlham Əliyev Davosda İsveçrə Prezidenti Simonetta Sommaruqa ilə görüşüb
Bu gün, 10:44
Ərdoğanla Trüdo arasında telefon danışığı olub
Bu gün, 10:37
“O xanım öncə bahalı hədiyyələr göndərirdi, sonra şantaj elədi”
Bu gün, 10:36
Qadına 16 bıçaq zərbəsi vuran Bakı sakini saxlanıldı
Bu gün, 10:31
Ülviyyə Ağayeva seçki qanunu necə pozur? – piarçı direktorlar, müəllimlər…
Bu gün, 10:24
"Mən şokdayam, bu müəmmalı ölüm idi" - Ələkbər Yasamallı
Bu gün, 10:22
İşsiz və təqaüdçü deputatlığa namizədlərin sayı məlum olub
Bu gün, 10:18
Vilyam Hacıyev iş günü rayonu icazəsiz tərk edib? – İcra başçısının xidməti avtomobili Bakıda belə qayda pozdu
Bu gün, 10:17
Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb
Bu gün, 10:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru