Bakıda qadın əri tərəfindən dabankeşlə döyülərək başından ağır xəsarət alıb .....                     Bakıda kişi aldatma yolu ilə daxil olduğu evin sahibini bıçaqlayıb .....                     Bu gün dollar neçəyədir? .....                     Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib .....                     Vilyam Hacıyev çaba sərf edir... .....                     Paşinyanla Xankəndi arasında SAVAŞ .....                     Səhiyyə Nazirliyi əhalini Çin restoranlarına getməkdən çəkinməyə çağırıb .....                     Vəzifəli şəxslərin telefonla məxfi danışıq qaydaları müəyyənləşib .....                     Millət vəkillərinin övladları harada işləyir? .....                     Allahşükür Paşazadəyə medal təqdim olunub .....                     Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb .....                     Seçicilərdən Şeyxin qardaşına etiraz: .....                     AQTA koronavirusla bağlı Çindən bir sıra məhsulların idxalına qadağa qoyub .....                     “İranlı generallar Bakı ilə İrəvanı səhv salırlar” .....                     Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir .....                     Əli Həsənov həbs olunur... .....                     Hadisə yerindən qaçan sürücü tutulub .....                     Çin vətəndaşı Gürcüstanda koronavirus şübhəsi ilə nəzarətə götürülüb .....                     “Mən deputatlığa səlahiyyət kimi yox, məsuliyyət kimi baxıram” .....                     Azərbaycanda koronavirusla bağlı şübhəli xəstə aşkar olunmayıb .....                     Prezident İlham Əliyev koronavirusla bağlı tapşırıq verib, .....                     "Millinin baş məşqçi postuna 32 namizədimiz var" .....                     Müsavat AKM cinayәt әmәllәri ilә Almaniyaya xәyanәt edib .....                     Səhər bəzi yerlərdə zəif duman olacaq .....                     Azərbaycan Mərkəzi Bankında 4 yeni departament yaradılıb .....                     Koronavirusla bağlı Ağciyər Xəstəlikləri İnstitutunda 8 palata ayrılıb .....                     Taleh Qaraşov da seçkidə qurban gedəcək... .....                     Brakonyerlər cəzalanıb .....                     “Bu il yerli ixracatçı şirkətlərin biri ilə tam blokçeyn texnologiyaları vasitəsilə pilot daşımaları təşkil ediləcək” .....                     Radikal müxalifət düşərgəsi darmadağın olub .....                     Xəzərdə quşların kütləvi ölümü olubmu? .....                     Samir Şərifov sahibkarlara qarşı "SƏLİB YÜRÜŞÜNƏ" çıxıb .....                     Xırdalanın Heydər Əliyev prospekti əsaslı şəkildə yenidən qurulur .....                     “Oturmağa stul yoxdur, soyuq döşəmədə yatırıq, astma xəstəsiyəm” .....                     Yasamal sakinləri Ülvi Quliyevin xidmətlərini yüksək qiymətləndirir .....                     Eyvazov rəisi vəzifəsindən azad etdi .....                     "Sizin səsiniz rol oynamır, mandatım cibimdədir" .....                     Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb .....                     Ağdaşda oğurluq edən qardaşlar saxlanılıb .....                     AFFA-nın İcraiyyə Komitəsinin heyəti müəyyənləşib .....                 

Rövşən Bağırov istədiyini edir?.. - Belə çıxır...
Tarix: 14-12-2019, 11:29 | Çap et
Rövşən Bağırov istədiyini edir?..
Lerik rayon sakini İlham İbadov redaksiyamıza gələrək şikayətlənib. O, bildirib ki, 3 ay öncə etdiyi şikayət üzündən 3 otaqlı mənzili qərəzli şəkildə əlindən alınıb:

“Bu ilin sentyabrın 24-də Lənkəran şəhərində daxili işlər naziri Vilayət Eyvazovla vətəndaşların görüşü keçirilmişdi. Mən də həmin qəbulda oldum və Lerik Rayon İcra Hakimiyyətində baş verən rüşvət və korrupsiya halları ilə bağlı nazirə məlumat verdim. Bundan sonra rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov mənimlə qərəzli davranmağa, Lerik şəhəri H.Aslanov küçəsindəki 18 mənzilli binadakı 3 otaqlı mənzilimi əlimdən almaq üçün müxtəlif oyunlar oynamağa başladı.

Əvvəlcə evimin qapısının qıfılı gah dəyişdirildi, gah sındırıldı, daha sonra evdə olmadığım gün evimə basqın edərək, başqa ailəni evimə köçürdü. Halbuki ailəmə və mənə məxsus bütün əşyalar evdə idi və biz onların heç birini çıxara bilmədik. Mənzillə bağlı Lerik İcra Hakimiyyətinin 2009-cu il 20 iyul tarixli mənə verilən sənəddə bildirilir: “2009-ci ilin 20 iyulunda Lerik şəhəri H.Aslanov küçəsində tikilən 18 mənzilli yaşayış binasında Lerik şəhər sakini İbadov İlham Mürvət oğluna fərdi evin tikintisinə maliyyə imkanları olmaması, mənzilə ehtiyacının böyük olması nəzərə alınaraq ona binanın üçüncü blokunda 18 nömrəli, ümumi sahəsi 71.90 kvadrat, yaşayış sahəsi 45.36 metr kvadrat olan 3 otaqlı mənzil verilmişdir. Binadakı mənzillərin sənədləşdirilməsi, onun rayon mənzil istismar sahəsinin balansına verilməsi prosesləri müəyyən vaxt tələb etdiyindən bu işlər tamamlanadək yuxarıda qeyd olunan mənzil vətəndaş İlham İbadova mənzil üzərində mülkiyyət hüququ saxlanılmaq şərti ilə ona təhkim olunub. Vətəndaş yaşadığı mənzildə ümumi birgə yaşayış normalarına əməl etməklə mənzilin qorunmasına, onun saxlanılmasına, qanunvericiliyin tələblərinə müvafiq məsuliyyət daşıyır”".

Şikayətçi bildirib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də, nəticəsi olmayıb: “Aidiyyəti orqanlara dəfələrlə müraciət etmişəm, mənə bildirilib ki, rayon icra hakimiyyətinin şifahi sərəncamı ilə bu iş görülüb. Qeyd edim ki, evdən çıxarılmağımla bağlı mənə heç bir rəsmi xəbərdarlıq edilməyib, sərəncam göstərilməyib. Məlum məsələdir ki, hansısa vətəndaş yalnız məhkəmə qərarı və yaxud sərəncam əsasında mənzilindən çıxarıla bilər. Artıq 10 ildir ki, ailəm ilə birgə həmin mənzildə yaşayıram. Əgər qeyd olunan mənzildə yaşamağımla bağlı hər hansı problem, qanunsuzluq olsaydı, 10 il ərzində mənə bildirilə, xəbərdarlıq olunardı. Niyə məhz indi bu olaylar baş verir? Beləliklə, sentyabr ayının 25-dən ailəmlə birgə küçələrdəyəm. Hazırda ”üçəm" uşaqları olan Firuzə Quliyeva adlı qadını gətirib mənim evimdə yerləşdiriblər. Aidiyyəti qurumlardan xahiş edirəm ki, yenidən mənə aid olan mənzilimin mənə geri qaytarılması, pozulan hüquqlarımın bərpası üçün mənə köməklik göstərsinlər".

Məsələyə aydınlıq gətirmək üçün şikayətdə adı keçən Lerik Rayon İcra başçısı Rövşən Bağırovun da mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı. Əvəzində icra başçısının müavini Habil Məlikov suallarımızı cavablandırdı. Qurum rəsmisi vətəndaşın şikayətinin əsassız olduğunu bildirdi: “Bildirim ki, 2008-ci ildə Heydər Əliyevin vəsaiti hesabına Lerikdə 350 yerlik məktəb binası tikildi. Məktəb binası tikiləndə ərazidə yaşayış binası var idi və onun sökülməsi zərurəti yarandı. Eyni zamanda, rayonda Şəhidlər Xiyabanı da salındı və bununla bağlı olaraq həmin ərazidə olan 2 ailənin də evinin sökülməsi zərurəti yarandı və evlər söküldü. Həmin ərəfədə Neft Şirkəti tərəfindən yeni 18 mənzilli yaşayış binası tikildi və evləri sökülən sakinlər həmin binada mənzillə təmin olundu. Həmin binada həm evi sökülən, həm şəhid və imkansız olan bir neçə ailəyə də ev verildi. Məsələn, həmin vaxt bir Qarabağ əlili, ”üçəm" körpələr dünyaya gətirən ana da həmin binada evlə təmin olundu. O cümlədən İlham İbadova da ev verdik və müvəqqəti olaraq evi ona təhkim etmişdik. Beləliklə, yeni tikilən binaya 18 ailə köçürüldü, onların 17-nə mənzillə bağlı qanuni sənəd verildi, İlham İbadov isə mənzilə müvəqqəti olaraq təhkim olunduğundan ona sənəd verilmədi. Çünki vətəndaşın şəhərin mərkəzində A.Əəsdullayev küçəsi, ev 22-də mənzili var idi. O bildirmişdi ki, evi təmirsizdir və müvəqqəti olaraq mənzilə ehtiyacı var. İlham İbadov vaxtilə bizim aparatın işçisi olduğundan ona da müvəqqəti olaraq mənzillə təmin etmişdik. Biz həmin evi verərkən bildirmişdik ki, mənzili tezliklə dövlətə təhvil verməlidir. Lakin vətəndaş evi tərk etmədi və uzun müddət orada yaşadı. Hətta son illərdə həmin mənzildə yaşamayıb. Bir neçə ildir ki, ailəsi ilə birgə A.Əsədullayev küçəsindəki iki otaqlı mənzildə yaşayır və ailəsinin qeydiyyatı da məhz həmin mənzilədir. Biz həmin mənzili komissiya vasitəsi ilə təhvil götürərkən evdə heç bir yaşayış avadanlıqları yox idi. Sadəcə dəmir, boru qırıqları və digər bu kimi əşyalar var idi. Qeyd edim ki, həmin mənzilin bir otağını vaxtilə “üçəm” körpə dünyaya gətirən Firuzə Quliyevaya vermişdik. Hazırda onların ailə üzvlərinin sayı artdığından mənzilin digər 2 otağını da onlara vermişik".
//musavat.com//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda qadın əri tərəfindən dabankeşlə döyülərək başından ağır xəsarət alıb
Bu gün, 08:22
Bakıda kişi aldatma yolu ilə daxil olduğu evin sahibini bıçaqlayıb
Bu gün, 08:20
Bu gün dollar neçəyədir?
Bu gün, 08:19
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib
Dünən, 17:29
Vilyam Hacıyev çaba sərf edir... - İDDİA
Dünən, 17:12
Paşinyanla Xankəndi arasında SAVAŞ
Dünən, 17:08
Səhiyyə Nazirliyi əhalini Çin restoranlarına getməkdən çəkinməyə çağırıb
Dünən, 17:05
Vəzifəli şəxslərin telefonla məxfi danışıq qaydaları müəyyənləşib
Dünən, 17:00
“Ermənilərin Qarabağa köçürülməsi ilə bağlı filmin çəkilişlərinə hazırıq” - Mixalkov
Dünən, 16:58
Millət vəkillərinin övladları harada işləyir? - NAZİR MÜAVİNİ, GÖMRÜK SƏDRİ, FOND RƏHBƏRİ
Dünən, 16:55
Allahşükür Paşazadəyə medal təqdim olunub
Dünən, 16:49
Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb - Səhiyyə Nazirliyi
Dünən, 16:42
Yataq xəstəsi olan Ağakərimin SON HALI - Heç kimi tanımır
Dünən, 16:40
Seçicilərdən Şeyxin qardaşına etiraz: - "Gedib biznesini, məscidini işlətsin"
Dünən, 16:33
"Mən bahalı müğənniyəm"
Dünən, 16:31
AQTA koronavirusla bağlı Çindən bir sıra məhsulların idxalına qadağa qoyub
Dünən, 16:26
“İranlı generallar Bakı ilə İrəvanı səhv salırlar” - “Boz qurd” batalyonunun komandiri
Dünən, 16:25
Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir
Dünən, 16:22
Əli Həsənov həbs olunur... - İDDİA
Dünən, 16:11
Hadisə yerindən qaçan sürücü tutulub
Dünən, 16:06
Çin vətəndaşı Gürcüstanda koronavirus şübhəsi ilə nəzarətə götürülüb
Dünən, 16:02
“Mən deputatlığa səlahiyyət kimi yox, məsuliyyət kimi baxıram” - Vüqar Bayarmov
Dünən, 15:56
Azərbaycanda koronavirusla bağlı şübhəli xəstə aşkar olunmayıb - RƏSMİ
Dünən, 15:42
Prezident İlham Əliyev koronavirusla bağlı tapşırıq verib, hökumət müşavirə keçirib
Dünən, 15:41
"Millinin baş məşqçi postuna 32 namizədimiz var"
Dünən, 13:05
Müsavat AKM cinayәt әmәllәri ilә Almaniyaya xәyanәt edib - MÜHACİR QALMAQALI yenidən gündəmdə
Dünən, 13:04
Azərbaycanlı aktrisanın səsi batdı
Dünən, 13:03
Səhər bəzi yerlərdə zəif duman olacaq - Belə deyirlər...
Dünən, 12:59
Azərbaycan Mərkəzi Bankında 4 yeni departament yaradılıb
Dünən, 12:59
Koronavirusla bağlı Ağciyər Xəstəlikləri İnstitutunda 8 palata ayrılıb
Dünən, 12:51
Kərimdən qalmaqallı açıqlama: - “Arvaddan qorxuram”
Dünən, 12:50
Taleh Qaraşov da seçkidə qurban gedəcək... - İDDİA
Dünən, 12:47
"Məni danışdırma, ölürəm" - Günay İbrahimli anasını belə qorxutdu
Dünən, 12:42
Brakonyerlər cəzalanıb
Dünən, 12:37
“Bu il yerli ixracatçı şirkətlərin biri ilə tam blokçeyn texnologiyaları vasitəsilə pilot daşımaları təşkil ediləcək” - Səfər Mehdiyev
Dünən, 12:30
AzTV-nin yeni loqoları – 28 MİN MANATA BAŞA GƏLİB
Dünən, 12:19
Bülənt Ərsoya 100 minlik üzük bağışlayan Nigar danışdı - Görün hansı şirkətin sahibi imiş
Dünən, 12:15
Radikal müxalifət düşərgəsi darmadağın olub - VİDEO
Dünən, 12:11
Xəzərdə quşların kütləvi ölümü olubmu? - RƏSMİ AÇIQLAMA
Dünən, 11:53
Samir Şərifov sahibkarlara qarşı "SƏLİB YÜRÜŞÜNƏ" çıxıb - Cəzalar işə düşüb
Dünən, 11:42
Xırdalanın Heydər Əliyev prospekti əsaslı şəkildə yenidən qurulur
Dünən, 11:38
“Oturmağa stul yoxdur, soyuq döşəmədə yatırıq, astma xəstəsiyəm” - Şəhid anası bu evdə yaşayır
Dünən, 11:35
Yasamal sakinləri Ülvi Quliyevin xidmətlərini yüksək qiymətləndirir
Dünən, 11:27
Eyvazov rəisi vəzifəsindən azad etdi
Dünən, 11:25
"Efirə gəlmir ki, axşam toyum var"
Dünən, 11:23
"Sizin səsiniz rol oynamır, mandatım cibimdədir" - İqbal Məmmədov
Dünən, 11:13
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Dünən, 11:09
Ağdaşda oğurluq edən qardaşlar saxlanılıb
Dünən, 11:07
AFFA-nın İcraiyyə Komitəsinin heyəti müəyyənləşib - SİYAHI
Dünən, 11:06
Ötən ilki haqqımızı bu il geri qaytaracaqlar? - Gözlənti
Dünən, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru