"Ermənistan işğal olunmuş zonanı genişləndirmək istəyirdi" .....                     Təhsil Nazirliyində vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır .....                     “Əgər erməni kilsəsi erməniləri insan kimi tərbiyə etsəydi, bu qədər vəhşiliklər törətməzdilər” .....                     Ermənistan Müdafiə Nazirliyində “təmizləmə” əməliyyatı .....                     Deputat təhsil haqlarının artırılmasından danışdı .....                     Mobil postlar ləğv edilir? .....                     "Təhlükəli xəstəlikləri olan şagirdlər, onların daşıyıcıları dərslərə gəlməsin" .....                     Bakıda xəttə köhnə avtobus buraxıldı: Pulu da konduktor yığır .....                     "Vətəndaşlara ötən ay və bu ay 190 manat verilsin" .....                     Azərbaycanın bu bölgəsində COVID-19-a yoluxanların sayı 247-yə çatıb .....                     İki bələdiyyə sədri və market direktoru .....                     Fəttah Heydərov dəfn edildi .....                     “Qanuni oğru”ların Avropa “revanşı”: Haqq-hesab əlbəyaxa davada həll olunur: .....                     “Bəzi şəxslər mövcud qərarlarla bağlı spekulyativ rəy formalaşdırmağa çalışırlar” .....                     “Küləyin çimərliyə nə dəxli var?” .....                     Belarusda təcili səfərbərlik gedir .....                     Onlar artıq birlikdə fotolarını yayımlayırlar .....                     ƏDV-nin geri qaytarılması ilə bağlı pozuntular aşkarlanıb .....                     Fəttah Heydərov dəfn edilir .....                     Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkimlərə qan uddurur .....                     Prezidentin köməkçisindən ATƏT-in Minsk Qrupuna İTTİHAM .....                     Bakıda məşhur klinikanın həkimindən ölümə aparan şok hərəkət .....                     İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib .....                     Azərbaycan Türkiyə bazarında Rusiyaya sarsıdıcı zərbələr endirir .....                     Bakı Tikiş Evinin mağazaları açılır .....                     Kommunal borclar dövlət tərəfindən ödənilə bilərmi? .....                     “Bu qanunun qəbulu ilə əlavə 40-50 min nəfərə işsizlikdən sığorta haqqı vermək imkanı yaranacaq” .....                     Azərbaycanda boş deputat yerlərinin sayı 5-ə çatıb .....                     Bəzi yerlərdə leysan olub .....                     “Azpetrol”un Bərdədəki YDM-də özbaşınalıq .....                     Masallıda oğurluq edənlər saxlanılıb .....                     Biləsuvarın memarının milyonlarla dollar dəyəri olan mülkü üzə çıxdı .....                     Biləsuvarda əxlaqsız yuva aşkarlandı .....                     Gəncədə ÖZBAŞINALIQ: vətəndaş şikayətçidir .....                     Əlilliyin təyinatı ilə bağlı yeni meyarlar hazırlanır .....                     Azərbaycanda iki vəzifəli şəxs cinayət məsulyyətinə cəlb edilib .....                     Göyçayda mal-qara oğruları saxlanılıb .....                     Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 768 nəfərə çatıb .....                     Prokurorluq Qazaxdakı qətllə bağlı məlumat yaydı .....                     Uhanda COVID-19-la mübarizə aparmış tibbi heyət .....                 

Dərmanları həm baha, həm də saxta... - İTTİHAM
Tarix: 21-10-2019, 09:57 | Çap et
Dərmanları həm baha, həm də saxta...
Beynəlxalq statistik göstəricilərə görə, Azərbaycan dünyanın bahalı ölkələri cərgəsindədir.
Biz bu hesabata özünəməxsus düzəliş eləsək, vətəndaşları ən çox soyan ölkələr sırasında olduğumuzu əminliklə söyləyə bilərik.

Axı hər yerdə insanlar vahiməli soyğunçuluqla qarşılaşır – restoranda, hoteldə, marketdə, ticarət mərkəzində və…aptekdə!

Əhalinin neçə faizinin xəstəlikdən əziyyət çəkdiyini demək çətindir. Amma sağlam insanın az olduğunu asanlıqla deyə bilərik.

Ölkədə şəkərli diabet, hepatit, onkoloji xəstəliklərdən tutmuş dəri-zöhrəvi, sinir, mədə, böyrək, zob və s. ağır və yüngül xəsətliklərdən müalicə alan milyonlarla azərbaycanlı var.

Azərbaycanda səhhətimizin hansı səviyyədə, əhalinin sağlamlığının nə dərəcədə olduğunu bilmək üçün “velosiped” kəşf etmək lazım deyil, apteklərin sayı, hər tin başında fəaliyyət göstərməsi faciəli nəticədir. Deməli, nəyə çox tələbat varsa, o da artır.

Məsələn, Hollandiya ya da Avstriyada qəfil qızdırmanız qalxsa, şəhəri ələk-vələk edib güc-bəla aptek taparsınız.

Axı insanlar sağlamdır, apteklərə çox müraciət eləmirlər. Bizdə isə gecə-gündüz bütün apteklərin kassalarında növbədir.

Ən dəhşətlisi isə restoranda, marketdə olduğu kimi aptekdə də bahalıq, soyğunçuluq, dərmanların “od” qiymətinə satılmasıdır.

Reportyor.info həftə sonu apardığı araşdırma zamanı müəyyən edib ki, bu bahalığın səbəbi illərdir “dərman mafiyası”nın öz gücünü saxlamasıdır.

Məntiqlə ən ucuz elə dərman olmalıdır ki, təqaüdçü də, yoxsul da ölməmək üçün ala bilsin.

Azərbaycanın dərman bazarında isə əjdahanın neçə başı olduğunu deyə bilməsək də, başı var və bulağın qarşısını kəsərək su içməyə gələndən xırs-quldurbasan kimi xərac yığır.

Yəni, dərman mafiozları apteklərdə ucuzlaşmaya imkan vermirlər və ağır sabit şəraiti saxlamaqda maraqlıdırlar.

Araşdırmalar göstərir ki. xüsusən “Avromed” dərman bazarının əsas inhisarçısı, monopolistidir, qiymətlərə ciddi təsir edə bilir.

Əməkdaşlarımızın bir neçə aptekdə keçirdiyi sorğulardan çıxan nəticələr də belə deməyə əsas verir ki, “Avromed” baş inhisarçıdır.

Bəs, onlar buna necə müvəffəq olurlar? – araşdırma qrupumuzun qeydlərinə görə, aptek sahibləri “Avromed”lə işləməyə məcbur edilir.

Bazarda olan depolar, ayrı-ayrı firmalar müxtəlif təzyiq üsulları ilə sıxışdırılır, apteklərə mal verən mənbə olaraq yalnız adıçəkilən şirkət qalır.

Misal üçün, araşdırma zamanı müəyyən eləmişik ki, “Binə” deposu deyilən dərman məntəqəsi “Avromed” tərəfindən sıxışdırılır. Həmin depo apteklərə nisbətə ucuz dərman paylaması ilə fərqlənir.

Bu da bazarın hökrmanı olan “Avromed”in ürəyinə yatmır. Amma “Binə” deposu ilk belə hədəf seçilən qurban deyil. Bu illər ərzində onlarla belə dərman idxalçıları “zərərsizləşdirilib”, bazarı tərk eləməli olub.

“Azerimed” və “Asfarma” kimi iri firmalar da inhisarçılığa görə küncə sıxılırlar. Hazırda “Avromed”lə yanaşı “Zeytun” da aptekləri dərmanla təmin edir. Ancaq hələ də onunla başa-baş rəqabət aparmaq iqtidarında deyil.

O səbəbdən də rəqabətsizlik apteklərdə bahalığa, vətəndaşların cibinə uyğun olmayan qiymətlərə gətirib çıxarır.

Sorğularımızın qənaətinə görə, əhali apteklərdə bahalıqdan çox şikayətçidir. Baş Nazir, Tarif Şurası və ümumən hökumət səviyyəsində qiymət siyasətinə heç bir müdaxilə yoxdur.

Hökumət firmaları qiymətləri endirməyə çağırmalıdır, bazarda qiymətlərin tənzimlənməsi üçün siyasət həyata keçirməlidir.

Hətta 2015-ci ildə prezident İlham Əliyev dərmanların başqa ölkələrlə müqayisədə Azərbaycanda baha olduğunu açıqlamışdı.

Sitat: “Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır və insanlar məcbur olub bu dərmanları alırlar.

Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır. Bu məsələ dərindən öyrənilib.

Digər tərəfdən, dərmanlar var ki, müxtəlif ölkələrdə istehsal olunur. İnkişaf etmiş ölkələrdə onların qiyməti bahadır. O qədər də inkişaf etməmiş ölkələrdə o qiymət aşağıdır.

Gedirlər ən ucuzunu, ən aşağı keyfiyyətlisini alırlar, gətirirlər, ən baha qiymətə satırlar. Bu, hələ məsələnin az bir hissəsidir.

Mən burada bu barədə çox danışmaq istəmirəm. Ancaq bu sahədə çox ciddi pozuntular olub və var. Bu pozuntulara son qoyulmalıdır”.

***

Reportyor.info-nun araşdırma qrupunun qeydlərinə görə, prezidentin çıxışından 5 ilə yaxın vaxt keçir və dərman şirkətlərinin, əsasən də “Avromed”in məsuliyyətsizliyi davam edir.

Bu şirkətin səhmdarlarından biri deputat Cavanşir Feyziyevdir. Cavanşir Feyziyev iddia etdi ki, 2015-ci ildə növbəti parlament seçkilərindən sonra “Avromed”də təsisçilik hüququndan imtina edib və öz səhmlərini satıb.

Əcəba Cavanşir Feyziyev bu səhmləri kimə satıb? Onu təsisçilik hüququndan imtina etməyə nə vadar edib? Bu suallar hələ də açıq qalır…

Şirkət haqqında şaiyələr yayılır ki, guya dərman bazarında öz yerini sürətlə itirir, regionlardakı filiallarıbağlanır, Pfizer, Novartis, Roche, Sanofi-Aventis, Abbot, Alcon, Berlin Chemie, Novo Nordisk, Eli Lilly, Takeda kimi əczaçılıq nəhəngləri artıq şirkətlə əməkdaşlığı dayandırır. Hamısı manipulyasiyadır, diqqətdən yayındırmaq cəhdləridir.

Faktiki olaraq, “Avromed”ə rəhbərlik edən deputat Cavanşir Feyziyevdir, apteklərə mal paylayan yenə həmin şirkətdir, bahalığın, inhisarın baiskarı da onlardır, prezidentin tənqidlərini qulaqardı edən də biznesmen-deputatdır.

O, həmin deputatdır ki, “Quska” ləqəbli keçmiş deputat, həbsdə olan Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alması, müğənni Gülyazın adına rəsmiləşdirməsi ilə gündəmə gəlmişdi.

C.Feyziyevin ondan az əvvəl də ölümlə nəticələnən qəzada adı keçmişdi. “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında deputat Cavanşir Feyziyev olubmuş.

Amma haşiyədən kənara çıxmayaq və qeyd etməliyik ki, dərman bazarında bahalıq ciddi narazılıq doğurmaqdadır.

Bu, İ.Əliyevin xəbərdarlıqlarına daban-dabana zidd getmək və öz maraqlarını diqtə etmək siyasətidir. C.Feyziyev və “Avromed” kimə arxayındır?

Onu da deməliyik ki, Azərbaycanda hələ də dövlət farmakopeyası, dərmanlarla bağlı dövlət reyestri yoxdur.

İnsanlar bilmir ki, Azərbaycan ərazisində istifadəsi üçün icazə verilən dərman preparatlar hansılardır.

Preparat keyfiyyətsiz olanda firmadan nəsə tələb etmək üçün hüquqi əsas olmalıdır. Ölkənin dərman bazarında çox anormal vəziyyət hökm sürür.

Hərdən dərmanın üstündə yazılmış istehsalçı ölkə düzgün göstərilmir.

Yoxlayanda bilinir ki, bu ölkədə heç bu dərmanın adını tanıyan yoxdur, amma Azərbaycanda bu dərman satılır. Məsələyə milli maraqlardan yanaşılmalıdır, korporativ maraqlarından yox.
//bia.az//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ermənistan işğal olunmuş zonanı genişləndirmək istəyirdi" - I vitse-prezidentin köməkçisi
Bu gün, 14:56
Təhsil Nazirliyində vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır - Diqqət!
Bu gün, 14:55
“Əgər erməni kilsəsi erməniləri insan kimi tərbiyə etsəydi, bu qədər vəhşiliklər törətməzdilər” - Partiya sədri
Bu gün, 13:15
Ermənistan Müdafiə Nazirliyində “təmizləmə” əməliyyatı
Bu gün, 13:14
Deputat təhsil haqlarının artırılmasından danışdı – Qiymətlər endirilməlidir
Bu gün, 13:13
Mobil postlar ləğv edilir? – DİN
Bu gün, 13:10
"Allah ona lənət eləsin, onun işi ancaq fağır-füqərayladır" - Xalq artisti
Bu gün, 13:08
"Karantin canımı sıxır"
Bu gün, 13:05
"Təhlükəli xəstəlikləri olan şagirdlər, onların daşıyıcıları dərslərə gəlməsin" - ekspertdən ÇAĞIRIŞ
Bu gün, 13:04
Bakıda xəttə köhnə avtobus buraxıldı: Pulu da konduktor yığır -“Şirkətə irad bildiriləcək”
Bu gün, 13:03
"Vətəndaşlara ötən ay və bu ay 190 manat verilsin" - AKTUAL
Bu gün, 12:55
Azərbaycanın bu bölgəsində COVID-19-a yoluxanların sayı 247-yə çatıb
Bu gün, 12:52
İki bələdiyyə sədri və market direktoru CƏRİMƏLƏNDİ
Bu gün, 12:50
Fəttah Heydərov dəfn edildi
Bu gün, 12:43
“Qanuni oğru”ların Avropa “revanşı”: Haqq-hesab əlbəyaxa davada həll olunur: - Lotu Quli də tərəfdir
Bu gün, 12:40
“Bəzi şəxslər mövcud qərarlarla bağlı spekulyativ rəy formalaşdırmağa çalışırlar” - deputat
Bu gün, 12:35
“Küləyin çimərliyə nə dəxli var?” - Baş infeksionist
Bu gün, 12:34
Belarusda təcili səfərbərlik gedir - RUSİYA İLƏ SƏRHƏD REGİONLARDA...
Bu gün, 12:33
Onlar artıq birlikdə fotolarını yayımlayırlar
Bu gün, 12:23
ƏDV-nin geri qaytarılması ilə bağlı pozuntular aşkarlanıb
Bu gün, 12:18
Fəttah Heydərov dəfn edilir - FOTO
Bu gün, 12:15
"Əşyaları aid olduğu yerə, insanları isə layiq olduğu yerə qoy…"
Bu gün, 12:10
Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkimlərə qan uddurur - İTTİHAM
Bu gün, 12:08
Prezidentin köməkçisindən ATƏT-in Minsk Qrupuna İTTİHAM - “Həmsədrlərin mandatının əsasını təşkil edən məqsədlər həyata keçirilməyib”
Bu gün, 12:01
Bakıda məşhur klinikanın həkimindən ölümə aparan şok hərəkət - TƏFƏRRÜAT
Bu gün, 11:58
"Mən Musaya nəyi deyirəm onu geyinir" - Təranə Qumral
Bu gün, 11:54
Toy etmək istəyənlərin nəzərinə: - Bu tarixdən sonra icazə veriləcək
Bu gün, 11:51
İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib
Bu gün, 11:47
Azərbaycan Türkiyə bazarında Rusiyaya sarsıdıcı zərbələr endirir - TƏHLİL
Bu gün, 11:41
Bakı Tikiş Evinin mağazaları açılır - İbtidai siniflərdə dərslər başlayacaq?
Bu gün, 11:38
Toysuz qalıb pulsuz qalmayan məşhurlar... - SİYAHI
Bu gün, 11:36
Kommunal borclar dövlət tərəfindən ödənilə bilərmi? - AKTUAL
Bu gün, 11:34
“Bu qanunun qəbulu ilə əlavə 40-50 min nəfərə işsizlikdən sığorta haqqı vermək imkanı yaranacaq” - deputat
Bu gün, 11:33
Azərbaycanda boş deputat yerlərinin sayı 5-ə çatıb
Bu gün, 11:31
Bəzi yerlərdə leysan olub - Nazirlik faktiki hava durumunu açıqladı
Bu gün, 11:30
“Azpetrol”un Bərdədəki YDM-də özbaşınalıq - GİLEY
Bu gün, 11:24
ARB TV-nin adından saxtakarlıq - FOTOFAKT
Bu gün, 11:21
Masallıda oğurluq edənlər saxlanılıb
Bu gün, 11:18
Biləsuvarın memarının milyonlarla dollar dəyəri olan mülkü üzə çıxdı - İDDİA
Bu gün, 11:17
Biləsuvarda əxlaqsız yuva aşkarlandı
Bu gün, 11:13
Gəncədə ÖZBAŞINALIQ: vətəndaş şikayətçidir - VİDEO
Bu gün, 11:11
Əlilliyin təyinatı ilə bağlı yeni meyarlar hazırlanır - Nazirlik
Bu gün, 11:06
Azərbaycanda iki vəzifəli şəxs cinayət məsulyyətinə cəlb edilib - narkotiklərlə bağlı
Bu gün, 10:59
Göyçayda mal-qara oğruları saxlanılıb
Bu gün, 10:58
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 768 nəfərə çatıb
Bu gün, 10:57
Prokurorluq Qazaxdakı qətllə bağlı məlumat yaydı
Bu gün, 10:56
Uhanda COVID-19-la mübarizə aparmış tibbi heyət Azərbaycana yola düşüb
Bu gün, 10:54
Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:53
DİM 5-11-ci siniflər üzrə sınaq imtahanları keçirir
Bu gün, 10:34
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı… - SKANDAL
Bu gün, 10:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru