Qardaş olub Hayastan... Azərbaycan... .....                     Diasporla İş üzrə Dövlət Komitəsində Ramin Məmmədov müəmması .....                     Korgöz qəsəbəsində sakinlərin problemləri müzakirə olunub .....                     Rusiya saxladığı 3 gəmini Ukraynaya təhvil verib .....                     "Siyasi mühacir" alverinin gizlinləri .....                     Şəfəq Ağacanın məhkəməsi başlayır .....                     Yol polisi saxladı, akt yazarkən qaçdılar .....                     Yeni sayt fəaliyyətə başladı .....                     Sahil Babayev yeni kadrların ən uğursuzudur? .....                     Avropaya "siyasi mühacir" kimi "sığınıb" Azərbaycanda "demokratiya" davası döyənlər sadəcə ucuz alverçilərdir .....                     Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək .....                     Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir .....                     DİA.AZ-a davamlı haker hücumları var... .....                     Sumqayıt səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb .....                     Nə olsun ki Albert yəhudidir? .....                     Qış parkının qərib sakini və ya “məchul” Orxan kimdir? .....                     İran hökumətinin sözçüsü: .....                     Sabah dollar neçəyə olacaq? .....                     Azərbaycan Dövlət İqtisad Universitetində kadr təyinatı olub .....                     Qubadlıda başçı dəyişikliyi gözlənilir .....                     Bakıda küçədən qadın meyiti tapılıb .....                     Bakıda tələbə qız anasının müdirəsinin 40 yaşlı ərinə qoşulub qaçdı .....                     “İcra hakimiyyətindən təklif gəlsə, yolu yenidən qura bilərik” .....                     Bayram HüseynzadəƏli İnsanova açıq məktub YAZDI .....                     "Naxçıvanın 383 milyon manatlıq büdcəsinin cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır" .....                     "Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır" .....                     Qarabağdakı qanunsuz məskunlaşma beynəlxalq təşkilatlarda qaldırılırmı? .....                     Tiflisdə etirazların keçirildiyi əraziyə xüsusi təyinatlı polis dəstələri gətirilib .....                     "Naxçıvandakı bütün dağ postlarına yollar çəkilib" .....                     "Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir" .....                     Prezident İlham Əliyev Vasif Talıbovu .....                     İcazəsiz aksiyada inzibati həbs olunan daha 3 nəfər azadlığa buraxıldı .....                     Azərbaycanın Trans-Xəzər boru kəməri layihəsinə qoşulması ölkənin imicini yüksəldəcək .....                     Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: .....                     "Bakcell" Azərbaycanda ən sürətli mobil interneti təqdim edir .....                     Gələn il dövlət büdcəsi haqqında qanun layihəsi II oxunuşda Milli Məclisin plenar iclasına .....                     Plyonka ilə bağlı tapşırığı Vilayət Eyvazov verib .....                     Oqtay Gülalıyevdən yeni .....                     Bakıda evdən meyit tapılıb .....                     Tofiq Yaqublu azadlığa çıxıb .....                 

Ceyhun Bayramova SUAL: - Tələbələrə təhsil kreditinin verilməsi niyə yubanır?
Tarix: 10-10-2019, 11:13 | Çap et
Ceyhun Bayramova SUAL:
Dünyada tələbələrə təhsil kreditinin verilməsi ənənəsi geniş yayılsa da, Azərbaycanda tələbələrin təhsil krediti alması ciddi problemə çevrilib. Ölkəmizdə "Maarifçi" Tələbə Kredit Fondu tələbələrə belə bir imkan təklif edir, amma bu o qədər də geniş tələbə kütləsini əhatə etmir. Odur ki, bu gün ali məktəblərdə ödənişli əsaslarla təhsil alan tələbələrin bir hissəsi təhsil haqqını ödəməkdə çətinlik çəkir. Onların arasında məhz bu səbəbdən universiteti yarımçıq buraxanlar da var.

Bu günlərdə Azərbaycan Dillər Universitetinin ispan filologiyası ixtisası fakültəsinin II kurs tələbəsi Əsədulla Cəfərovun evdən qaçmasının səbəbi də məhz təhsil haqqını ödəməkdə çətinlik çəkməsi ilə bağlı idi. Tələbənin ailəsinin maddi durumu ağır olduğundan iş adamlarından biri Əsədullanın üç illik təhsil haqqını öz üzərinə götürüb.

Qeyd edək ki, hazırda Əsədulla Cəfərovun yaşadığı problemlə üzləşən tələbələrin sayı az deyil. Onlar universitetlərin müəyyən etdiyi müddətə qədər təhsil haqlarının ən azı yarısını ödəməsələr, imtahanlara buraxılmırlar.

Sputnik Azərbaycan tələbələrin qarşılaşdığı bu problemi araşdırmaq məqsədilə onların özləri və ailə üzvləri ilə həmsöhbət olub. Əsədulla Cəfərovun atası Əfqan Cəfərov bildirib ki, kiçik oğlu Dövlət İqtisad Universitetində ali təhsil alır. Ə.Cəfərovun sözlərinə görə, Saatlı rayonundan Bakıya məhz övladlarına ali təhsil almaqda dəstək olmaq üçün gəlib. Paytaxtda kirayədə yaşayan ailə övladlarının təhsili üçün əllərindən gələni etməyə çalışsa da, oğlunun təhsil haqqını ödəməkdə çətinlik çəkdiyini gizlətmir.

Bakı Dövlət Universitetində təhsil alan tələbələr arasında da təhsil haqqını ödəməkdə çətinlik çəkdiklərini söyləyənlər oldu. Adlarının çəkilməsini istəməyən tələbələr kirayədə yaşayaraq təhsil haqqını ödəməyin valideynləri üçün çətin olduğunu gizlətmədilər. Tələbələrlə söhbət zamanı öyrəndik ki, "Maarifçi" Tələbə Kredit Fondundan onlara bu ayın sonundan tələbə kreditlərinin veriləcəyi bildirilib.

Sputnik Azərbaycan "Maarifçi" Tələbə Kredit Fondu tərəfindən təhsil kreditlərinin verilməsində yaranmış ləngimənin səbəbini araşdırıb. Fonddan Sputnik Azərbaycan-a bildiriblər ki, tələbələrə təhsil kreditlərinin verilməsində gecikmə universitetlərdən cavabın gecikməsi ilə əlaqədardır:

"Bizim Fond Azərbaycanda 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Tələbələrə təhsil kreditlərinin ayrılması üçün əməkdaşlıq etdiyimiz universitetlərdən razılıqla bağlı bizə təsdiq gəlməlidir. Tələbə kreditlərinin verilməsinə nə vaxtdan başlanılacağını dəqiq demək olmaz. Bu, çox həssas məsələdir. Biz desək ki, gələn aydan başlayacağıq, universitetlərdən o vaxta kimi təsdiq gəlməsə, tələbələr Fonda üz tutacaqlar. Ona görə də biz bu tədris ilində tələbə kreditlərini verməyə nə vaxt başlayacağımızı ancaq təsdiq gəldikdən sonra açıqlaya bilərik".

"Maarifçi" Tələbə Kredit Fondundan onu da bildirdilər ki, hazırda Fonddan kredit ancaq Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universitetində təhsil alan tələbələrə verilir.

Amma bu o demək deyil ki, sadalanan universitetlərdə təhsil alan tələbələr təhsil kreditindən faydalana bilərlər.

Fondun təqdim etdiyi kreditlər üzrə müraciət edən tələbələr müəyyən tələblərə cavab verməlidirlər: "Tələblər ondan ibarətdir ki, tələbə Azərbaycan vətəndaşı olmalı, hazırda Fondun təsisçisi və ya tərəfdaşı olan ali təhsil müəssisələrinin birində təhsil almalı, təhsilini davam etdirməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olmalı, valideynlərinin və özünün daha əvvəl aldığı kreditlər üzrə defolt hadisəsi baş verməməlidir.
Bu tələblərdən savayı, hər bir elan sessiyası üzrə ayrıca xüsusi tələblər müəyyən olunur. Buraya valideynlərinin illik gəlir həddi, tələbənin yaşı, təhsil dərəcəsi, təhsil növü, kursu, ixtisası, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG), Akademik borcun mövcudluğu da daxildir. Bu tələblər seçim meyarı rolunu oynayır və Fond tərəfindən təqdim olunan kredit növləri və elan sessiyaları üzrə fərqlənə bilər. Bütün hallarda tələbənin müraciət zamanı yuxarıda qeyd olunan meyarlara cavab verdiyini təsdiq edən müvafiq sənədi təqdim etməsi şərtdir.

Güzəştli kreditlərdən ailə başçısını itirmiş, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, sağlamlıq imkanları məhdud şəxslər yararlana bilərlər. Həmçinin tələbə müraciət zamanı yuxarıda qeyd olunan meyarlara cavab verdiyini təsdiq edən müvafiq sənədi təqdim etməlidir".

Fonddan onu da bildirdilər ki, tələbənin ümumi orta müvəffəqiyyət göstəricisinin 71 və ya daha yuxarı olması da şərtdir. Akademik borcu olanlar isə təhsil krediti üçün Fonda müraciət edə bilməzlər. Bununla yanaşı, tələbənin yaşı maksimum 25 olmalıdır.

O ki qaldı bu kateqoriyalara uyğun gələn tələbələrə kreditlərin verilməsinə, Sputnik Azərbaycan Fondun əməkdaşlıq etdiyi universitetlərlə əlaqə saxlayıb. Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Fonddan onlara məktub gəlib, ancaq hələ ki daxil olan məktuba baxılmayıb. Digər universitetlərdən də buna bənzər cavab verildi. Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva Sputnik Azərbaycan-a açıqlamasında dedi ki, məktub universitetə həftəsonu daxil olub: "Məktuba rektor hələ baxmayıb. Yəqin ki, müsbət dəyərləndiriləcək".







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qardaş olub Hayastan... Azərbaycan... - AYIB!!!
Bu gün, 18:14
Diasporla İş üzrə Dövlət Komitəsində Ramin Məmmədov müəmması - İLGİNC
Bu gün, 18:13
Korgöz qəsəbəsində sakinlərin problemləri müzakirə olunub
Bu gün, 18:11
Rusiya saxladığı 3 gəmini Ukraynaya təhvil verib
Bu gün, 18:09
"Siyasi mühacir" alverinin gizlinləri — Ermənilərdən kim nə qədər alırmış - ŞOK DETALLAR
Bu gün, 18:03
Şəfəq Ağacanın məhkəməsi başlayır
Bu gün, 17:59
“ATV Plus” yenidən təşkil olunur
Bu gün, 17:58
Yol polisi saxladı, akt yazarkən qaçdılar
Bu gün, 17:57
Yeni sayt fəaliyyətə başladı
Bu gün, 17:56
Sahil Babayev yeni kadrların ən uğursuzudur? - İDDİA
Bu gün, 17:53
Avropaya "siyasi mühacir" kimi "sığınıb" Azərbaycanda "demokratiya" davası döyənlər sadəcə ucuz alverçilərdir - Azər Həsrət
Bu gün, 17:37
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Bu gün, 17:34
Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir - deputat
Bu gün, 17:30
DİA.AZ-a davamlı haker hücumları var...
Bu gün, 17:29
Sumqayıt səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb
Bu gün, 17:28
Nə olsun ki Albert yəhudidir? - Azərbaycan üçün canından keçən hər kəsin xatirəsi əzizdir
Bu gün, 17:22
Qış parkının qərib sakini və ya “məchul” Orxan kimdir? - GİLEY
Bu gün, 17:08
İran hökumətinin sözçüsü: - “İğtişaşlar səngiyib”
Bu gün, 17:06
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:05
Azərbaycan Dövlət İqtisad Universitetində kadr təyinatı olub
Bu gün, 17:03
Qubadlıda başçı dəyişikliyi gözlənilir - İDDİA
Bu gün, 17:01
Bakıda küçədən qadın meyiti tapılıb
Bu gün, 16:55
Bakıda tələbə qız anasının müdirəsinin 40 yaşlı ərinə qoşulub qaçdı
Bu gün, 16:41
“Heç kimin ailəsini müzakirə etməyin”
Bu gün, 16:36
“İcra hakimiyyətindən təklif gəlsə, yolu yenidən qura bilərik” - QALMAQAL
Bu gün, 16:34
Bayram HüseynzadəƏli İnsanova açıq məktub YAZDI
Bu gün, 16:33
"Naxçıvanın 383 milyon manatlıq büdcəsinin cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır" - Prezident
Bu gün, 16:31
"Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır" - Prezident
Bu gün, 16:29
Qarabağdakı qanunsuz məskunlaşma beynəlxalq təşkilatlarda qaldırılırmı? - Üç DEPUTAT
Bu gün, 16:24
Tiflisdə etirazların keçirildiyi əraziyə xüsusi təyinatlı polis dəstələri gətirilib
Bu gün, 16:21
"Naxçıvandakı bütün dağ postlarına yollar çəkilib" - Vasif Talıbov
Bu gün, 16:19
"Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir" - Prezident İlham Əliyev
Bu gün, 16:18
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib
Bu gün, 16:16
İcazəsiz aksiyada inzibati həbs olunan daha 3 nəfər azadlığa buraxıldı
Bu gün, 16:08
Azərbaycanın Trans-Xəzər boru kəməri layihəsinə qoşulması ölkənin imicini yüksəldəcək - Stanislav Pritçin
Bu gün, 16:05
Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: - “Meliorasiya və Su Təsərrüfatı” ləğv edilir
Bu gün, 16:03
"Bakcell" Azərbaycanda ən sürətli mobil interneti təqdim edir
Bu gün, 16:00
Gələn il dövlət büdcəsi haqqında qanun layihəsi II oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub
Bu gün, 15:55
Plyonka ilə bağlı tapşırığı Vilayət Eyvazov verib - FOTO
Bu gün, 15:52
Oqtay Gülalıyevdən yeni XƏBƏR VAR
Bu gün, 15:46
Bakıda evdən meyit tapılıb
Bu gün, 15:44
“Beynimi 100 milyona sığortalandıracam” - Telli Borçalı
Bu gün, 15:44
Tofiq Yaqublu azadlığa çıxıb
Bu gün, 15:41
SEPAH İranda keçiriən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb
Bu gün, 15:33
Nardaranda adam öldürən şəxs həbsdə ölüb
Bu gün, 15:30
İradə Gülməmmədova vətəndaşların fərdi şəkildə qəbulunu keçirdi
Bu gün, 15:28
Məhkəmə "Holcim"in 216 min manatlıq iddiası ilə bağlı qərar qəbul edib
Bu gün, 15:25
"Mühacir alverçilәri"nin həbsi Avropa üzrә genişlәnәcәk, sırada Hollandiya vә İsveçdir - Yafəz Əkrəmoğlu
Bu gün, 15:23
Əyləncəyə milyonlar xərcləyən rəhbər... – Bakıda qalmaqal
Bu gün, 15:21
Xəzərdə neftçi batıb - YENİLƏNİB
Bu gün, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru