Ərdoğan Aİ və Ərəb Dövlətləri Liqasını tənqid edib: .....                     Aİ Türkiyəyə qarşı daha bir sanksiya tətbiq edəcək .....                     Ərdoğan Bakıdan bəyan etdi: .....                     Tənqid olunan şeir dərsliyə salınıb? .....                     Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşü .....                     Müsavat başqanlığına keçmiş iddialılar DANIŞDI: .....                     6 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraiti ilə bağlı çatışmazlıqlar aşkarlanıb .....                     Şok iddia: An-72 qəzası: “Putinin aşpazı” öldü .....                     "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik" .....                     Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün .....                     Deputat kimə qulluq edir, Rusiya dövlətinə, yoxsa dünya erməniliyinə? .....                     Rusiya Qvardiyasının əməkdaşlarına edilən hücumların .....                     Azərbaycanla Belarus arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında .....                     Tərtərdə ahıl kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib .....                     Bakıda universitet müəlliminin velosipedi oğurlanıb .....                     Sabah dollar neçəyə olacaq? .....                     Türkiyənin Suriyadakı əməliyyatına görə Rusiya da xeyir qazanacaq .....                     Nursultan Nazarbayev Azərbaycana gəlib .....                     Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib .....                     Donald Tramp növbəti dəfə Türkiyəni sanksiyalarla hədələyib .....                     “Vur, komandir, vur”un qəhrəmanı fəhlə işləyir? .....                     Bakıda gecə klubunda qızlar müştəri üstündə dava edib .....                     Rusiyalı deputatın Qarabağa səfəri Azərbaycan əleyhinə yönələn növbəti təxribatdır .....                     Nazir Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür .....                     DGK "Şimal Servis"dən "qanunsuz" ƏDV tələb edib? .....                     Etibar Məmmədovun planı pozuldu .....                     “Həmin müxalifətçi gülməli bir açıqlama vermişdi “ .....                     Mənim köküm türkdür .....                     Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gəlib .....                     Azərbaycan Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir .....                     “Premium Bank”a sədr təyin edilib .....                     Bakcell KİV nümayəndələri üçün növbəti seminar keçirib .....                     ATƏT-in Minsk qrupunun həmsədrləri regiona gəlib .....                     Xaçmaz polisində sakinlərlə görüş keçirildi .....                     Göygölün icra başçısı haqda ilginc iddia... .....                     Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşüb .....                     Qarabağın azərbaycanlı icması ABŞ-ın Nümayəndələr Palatasının rəhbərinə və konqresmenlərə etiraz məktubu göndərib .....                     Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası danışdı: .....                     “Ştaynmayer formulu” Ukraynanı xilas edə biləcəkmi? .....                     Rusiyada şəhər meri qəzada həlak olub .....                 

Baku Medical Plaza-nn rəhbəri NAZİRLİKDƏN ŞİKAYƏT ETDİ - "BU DƏQİQƏ SÜRÜNÜRÜK"
Tarix: 23-09-2019, 09:17 | Çap et
Baku Medical Plaza-nn rəhbəri NAZİRLİKDƏN ŞİKAYƏT ETDİ
Azərbaycanda fəaliyyət göstərən özəl klinikalar və tibb müəssisələri ciddi problemlə üzləşiblər. İndiyədək vergidən yayınma hallarının geniş yayıldığı sahəyə vergi nəzarəti güclənəndə məlum olub ki, bu sahədə vergi və gömrük rüsumları çox yüksəkdir və bu özəl tibb müəssisələrini çətin vəziyyətə salıb.

FED.az xəbər verir ki, bu barədə «Tibb biznesi forumu: Mövcud vəziyyət və perspektivlər» mövzusunda keçirilən tədbirdə bildirilib.

Özəl klinikaların problemlərini ölkənin ən böyük özəl tibb obyektlərindən olan «Baku Medical Plaza»nın direktoru Rafət Əliyev səsləndirib. Onun FED.az-a verdiyi məlumata görə, bütün vergiləri nəzərə alanda Azərbaycanda özəl tibb müəssisələrinin ödədiyi verginin ümumi faiz dərəcəsi 70%-ə çatır.

«Vergi düzgün işləməyəndə özəl tibbi sektor daha yaxşı inkişaf edirdi»

Rafət Əliyev bildirib ki, hazırda ölkənin özəl tibb müəssisələri böyük çətinliklərlə üzləşiblər: «Ölkənin ən böyük özəl tibbi klinikalarından biri olaraq demək istəyirəm ki, tənəzzül dövrü yaşayırıq və ölkədə özəl tibb sektorunun inkişaf mərhələlərinə baxmaq lazımdır».

Klinika rəhbərinin sözlərinə görə, bu gün yaranan vəziyyət tibbi turizmin, yəni xaricə gedən xəstələrin sayının artmasına və ölkədən valyuta axınına səbəb olub.

Gözlənildiyi kimi, Rafət Əliyevin əsas şikayəti vergi sahəsindəki yeniliklərlə bağlı olub. Qeyd edək ki, son vaxtlar özəl səhiyyə sahəsində nəzarət təbirlərinin güclənməsi nəticəsində vergi orqanları son dövrlər bu sahədə böyük vergidən yayınma halları aşkar ediblər. Məlum olub ki, indiyədək bu sahədə böyük vergidən yayınma halları mövcud imiş. Rəsmi dövriyyədən yayınma halları 230 milyon manata çatırdı. İndi isə «Baku Medical Plaza»nın rəhbəri bildirib ki, vergi orqanlarının pis işlədiyi dövrdə tibb sektoru daha yaxşı inkişaf edib: «Diqqətinizi yönəldirəm vergi qanunlarınınn pis işlədiyi və sonradan mövcud qanunvericiliyə uyğun olaraq vergilərin düzgün tətbiq edildiyi dövrə. Çox təəssüflər olsun ki, vergilərin məhz düzgün təşkil edilmədiyi dövrdə özəl tibbi sektor çox gözəl inkişaf etdi. Həmin dövrdə ölkəyə çox gözəl müasir avadanlıqlar gətirildi. İnkişaf etmiş bir çox ölkələrdə, o cümlədən Qərbi Avropa ölkələrində tətbiq edilən avadanlıqlar dərhal Azərbaycana da gətirilirdi. Eləcə də savadlı mütəxəssislərin Azərbaycana axını başladı. Bir çox professorlar, akademiklər gəlib Azərbaycanda unikal tibbi əməliyyatlar həyata keçirdi».

Başqa sözlə, R.Əliyev bildirib ki, bu sahədə bürokratoya olmadıından özəl tibbi sahə üçün münbit şərait yaranıb: «Bu onu göstərir ki, qanunvericilik baxımından müəyyən güzəştləri olsa bu sektor özü heç bir dövlət dəstəyi olmadan inkişaf edir»-deyə xəstəxana rəhbəri bildirib.

«Şəhərin bir nömrəli klinikası olaraq sizə deyirəm ki, sürünürük»

Rafət Əliyevin sözlərinə görə, ötən ilin sonlarından başlayaraq yeni vergi qanunvericiliyinin tətbiqi özəl klinikalarda işləri mənfiyə doğru dəyişib. Daha dəqiqi vergi sistemi qanuna uyğun çalışanda vergilərin və tutulan rüsumların nə qələr yüksək olduğu üzə çıxıb: «Hamımız bilirik ki, vergi qanunvericiliyinə rəayət edilməli, vergi ödənməlidir, yəni cinayət törədilməməlidir. Lakin bu zaman bir sıra çox ciddi problemlərlə üzləşdik»

«Baku Medical Plaza»nın rəhbəri bildirib ki, əsas problemlərdən biri özəl tibbi müəssisələrinin Əlavə Dəyər Vergisinə (ƏDV) cəlb edilməsi ilə bağlıdır: «Özəl tibbi sektorda ƏDV əslində sadələşdirilmiş vergi ödəyicilərindəki 4%, 2% və 6% kimi tətbiq edilir, yəni birbaşa dövriyyədən tutulur. Daha dəqiqi əlavə dəyər yaradılmadığı halda, ümumi dövriyyənin 18%-i vergiyə cəlb edilir».

R.Əliyev xatırladır ki, özəl klinikalarda daxil olmaların tam yarısı - 50-55%-i maaş fondudur, yəni işçilərin əməyinin ödənilməsinə gedir: «Bu maaş fondunun 15%-i də işə götürən tərəfindən əlavə olaraq ödənilir və bütün bunlar da sonradan 18%-lə cəlb edilir. Nəticədə toplamda çıxan pul yükü, yəni faktiki vergi yükü 70% təşkil edir. Yerdə qlaan 30% pulla klinikanı idarə etməlisən, dərman vasaitləri almalısan, müəyyən təmir xərcləri olmalıdır və cihazları da sağlam saxlamalısan. İndi gəlin görək bu günkü durumda komunal xərxləri də nəzərə alsaq 30% yetərlidirmi biz inkişaf edək? ».

R.Əliyev deyir ki, yaranmış vəziyyət. Başqa onun rəhbərlik etdiyi klinika olmaqla, özəl tibb müəssisələrini çətin vəziyyətə salıb: «Biz hamımız sürünürük, açıq deyirəm sizə. Mən digər klinikaların hansı vəziyyətdə olduğunu bilmirəm, amma şəhərin bir nömrəli klinikası olaraq sizə deyirəm ki, sürünürük».

«Şəffaflıq olanda məlum oldu ki, işləyə bilməyəcəyik»

Rafət Əliyev etiraf edir ki, indiyədək özəl tibb sektorunda, xüsusilə də həkimlərin əmək haqqında vergidən yayınma halları olub. Amma şəffaf işləmək lazım gəldikdə məlum olub ki, bu vəziyyətdə klinikalar işləyə bilməyəcək: «Dövriyyədən yayınmalar, DSMF ödənişləri, hansılar ki, bu sirr deyil, əvvəllər bu olub, hamı da bilir ki, həkimlərə verilən maaşların əksər hissəsi də vergiyə cəlb olunmayıb, şəffaflıq olmayıb. Amma bu gün şəffaflıq prosesi başlayanda bir partlayış, nonses yarandı ki, sən demə, biz düzgün işləməyə başlayanda bankrot oluruq».

"Yaxşı həkimlər ölkəni tərk etməkdədir"

Klinika rəhbəri bildirir ki, indiyədək yüksək gəlirləri olan həkimlərin maaşlarını azaldanda onlar işləmək istəmir və klinikaları tərk etmək təhlükəsi yaranır. Həmin həkimlərə yüksək maaşı yalnız vergidən yayınan klinikalar verə bilir, həkimlər də onlara üz tutur: «Heç kimə sirr deyil ki birdən-birə nəsə dəyişmək çətin olur. Əgər həkim ayda 2 min, 5 min 10 min alırdısa bu gün onun azalmağının tərəfdarı deyil. Ona görə də bir çox müəssisələrin arasında sağlam olmayan rəqabət yaranır. Yəni ki, kimlər ki vergidən qaça bilir, vergini gizlədə bilir, onda o hkimlərə də münbit şərait yaradırlar. Həkimlər də harada daha çox pul qazanacaqsa ora qaçır».

Rafət Əliyev qeyd edib ki, artıq bu gün Azərbaycandan savadlı həkimlərin xaricə axını başlayıb: «Çünki onlar istədikləri pulu Orta Asiya regionunda bir klinika qurmaqla qazana bilirlər. Həmçinin Özbəkistandan və Gürcüstandan bir çox bacarıqlı mütəxəssislərimizə təkliflər gəlir və onlar da gedirlər».

Rafət Əliyev bildirib ki, tibb müəssisələri bu məsələni Vergilər Nazirliyində müzakirə ediblər: «Amma hər bir qurumun öz vəzifələri və büdcənin doldurulması baxımından maraqları var. İstəyirik bizim vergi yükümüzün azaldılması istiqamətində hər hansı mövcud addımlar atılsın»- deyə Rafət Əliyev deyib.

Rafət Əliyevin sözlərinə görə, problemin həlli üçün bu sahənin peşəkarları arasında görüşlər keçirilib. Hətta assosiasiya yaradılması məsələsi də müzakirə edilib. Amma bu qurumun faydası olmayacağı təqdirdə yaradılmaması qənaətinə gəlinib

«Azərbaycanda şprisdən başqa heç bir tibbi ləvazimat və ya dərman buraxılmır»

R.Əliyevin sözlərinə görə, digər ciddi problem xaricdən gətiridən tibbi ləvazimat və dərmanlara görə vergi və gömrük rüsumlarının yüksək olmasıdır. Klinika rəhbəri bildirir ki, hazırda özəl sektorda istifadə olunan ləvazimatlar və dərmanlar demək olar ki, bütünlüklə xaricdən gətirilir: «Hazırda Azərbaycanda şpris zavodundan başqa, ümumiyyətlə heç bir tibbi ləvazimat və ya dərman istehsal edilmir. Bütün istifadə olunan dərman vasitələri və ləvazimatları, yəni ölkə əhalisinin sağlamlığına yönəlik bütün vasitələr xaricdən gətirilir».

«Hər MRT aparatına 25-30 min dollar xərcləyirik»

Xaricdən gətirilən avadanlıq və dərmanlarla yanaşı, reagentlər və digər vasitələr də böyük vəsaitə başa gəlir. Rafət Əliyevin sözlərinə görə, hazırda klinakalardakı hər bir MRT (maqnit-rezonans tomoqrafiya cihazı) aparatına hər 3 aydan bir 20-25 min dollarlıq helium almaq lazımdır: «Hələ bu 20-25 min dollar xaricdəki qiymətdir. Onun nəqliyyat, gömrük xərclərini, köçürmə pullarını üstünə gələndə məbləğ 30 min dollara çatır. 30 mini MRT-dən keçən pasiyentlərin sayına böləndə biznes marağı ortaya çıxır, otkat sistemi işə düşür. Hər bir klinika istəyir ki daha çox pasient cəlb etsin ki, heç olmasa maya dəyərini qoruyub saxlaya bilsin»-deyə o bildirib.

Bu isə böyük rüsumlar və çətinliklər deməkdir: «18% ƏDV, daha sonra xaricdən aldığın malın pulunun xaricə köçürülməsi üçün pulu dövriyyədən çıxarmalı olursan. Gömrük rüsumlarını nəzərə alanda, həmin pul 18% deyil, 36%-ə yüksəlir.

«Xəstələr yenidən xaricə getməyə başlayıb»

Rafət Əliyevin sözlərinə görə, özəl klinikalarda yaranan vəziyyətə, o cümlədə qiymət artımına görə, Azərbaycandan olan xəstələr yenidən xaricə üz tutmuğa başlayıblar: «2018-ci ilin may ayına qədər Azərbaycandan xaricə müalicə üçün gedənlərin sayı 2014-cü ilə qədər olanların sayından 5 dəfə az olub. Bu gün isə qonşu Gürcüstan və İran əhalinin müalicəsi üçün qiymət baxımından daha sərfəli olub».

«ƏDV vergisi azaldılmalıdır»

Rafət Əliyevin sözlərinə görə, vəziyyəti düzəltmək üçün ilk növbədə tibb sahəsi üçün vergilər azaldılmalıdır. Belə güzəştlər qonşu ölkələrdə mövcuddur: «Türkiyədə sağlamlıq sektoruna tətbiq edilən vergi, yəni ƏDV 8%-dır. İsrail və ABŞ-da bu göstərici 4%, Gürcüstan və Rusiyada isə 9%-dir». Klinika rəhbərinin sözünə görə, Azərbaycanda da belə güzəştlər olmalı və onlar təkcə klinikalara deyil, tibbi ləvazimatlar, cihazlar və dərmanları da əhatə etməlidir: «Çünki mənim dediyim kimi ümumi daxil olmadan bizə qalan 30%-ın içində biz cihazları da işlək vəziyyətdə saxlamalıyıq».

«Onsuz da həmin əmliyyatları gizli edirlər, imkan verin qanuni olsun»

Rafət Əliyev özəl tibb müəssisələrinin dirçəlməsi üçün əlavə təkliflər verib. Onun sözlərinə görə, ilk növbədə «Reproduktiv sağlamlıq haqqında» qanun nahayət ki qəbul edilməlidir: «Birinci repreduktiv sağlamlıq haqqında qanunun qəbul edilməsi niyə bu qədər uzanır. Bunu başa düşümrük. Əslində əlimiz-qolumuz açılardı və xarici gedən tibbi turizmin qarşısını alardıq və xarici dövlətlərdən də cəlb edəridk».

Klinika rəhbəri deyir ki, bundan başqa, Azərbaycanda ekstrakorporal mayalanma əməliyyatlarına da icazə verilməlidir. Onsuz da bu əməliyyatları ölkəmizdə gizli edirlər, rəsmi icazə olsa, daha geniş yayılar: «Nəyəsə görə bəzi strukturlar ekstrakorporal mayalanmanı istəmir. Halbüki bir çox həkimlər bu sahədə qeyri-qanunu fəaliyyət göstərirlər. Tutulsalar qanun qarşısında cavab verməli olacaqlar. Məsələnin mənəvi baxımından götürəndə heç də pis ertmirlər, övladı olmayan ailələrə uşaq bəxş edirlər».

Hazırda bu əməliyyat üçün ölkə vətəndaşları İran və Rusiyaya üz tutur, pulu da həmin ölkələrdə xərcləyirlər: «Gedib İranda, Rusiyada , Gürcüstanda 15-20 min dollar xərcləyib bu eksportanal mayalanma edirlər. Azərbaycanda isə daha ucuz başa gəlir. Bu qanun tətbiq edilsə və ƏDV dən azad olunsa, sizi inandırıram, qonşu Rusiyadan elə Dağıstandan hamı axışıb bura gələcək. Çünki orada qiymət çox bahadır. Həmçinin bu sahə genetikanın bir sahəsi olduğu üçün fikirləşin nə qədər mütəxəssislər inkişaf edəcək. Nə qədər savadlı mütəxəssislərimiz olacaq» - deyə Rafət Əliyev bildirib.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərdoğan Aİ və Ərəb Dövlətləri Liqasını tənqid edib: - “Atdığımız addımdan vaz keçməyəcəyik”
Bu gün, 18:27
Aİ Türkiyəyə qarşı daha bir sanksiya tətbiq edəcək
Bu gün, 18:07
Ərdoğan Bakıdan bəyan etdi: - "Başladığımız işi bitirəcəyik"
Bu gün, 18:05
Tənqid olunan şeir dərsliyə salınıb? - Nazirlik
Bu gün, 18:03
Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşü
Bu gün, 17:51
Müsavat başqanlığına keçmiş iddialılar DANIŞDI: - “İsa Qəmbər bu ədalətsizliyə öz töhfəsini verdi”
Bu gün, 17:46
6 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraiti ilə bağlı çatışmazlıqlar aşkarlanıb
Bu gün, 17:43
Şok iddia: An-72 qəzası: “Putinin aşpazı” öldü - VİDEO
Bu gün, 17:42
"Ərimin harasınısa görmək istəyirsinizsə..." - Afətdən Xatun və Rövşanəyə
Bu gün, 17:39
"Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik" - Türkiyə prezidenti
Bu gün, 17:32
Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün Azərbaycana gəlib
Bu gün, 17:32
Deputat kimə qulluq edir, Rusiya dövlətinə, yoxsa dünya erməniliyinə? - ZATULİN ADINDA LƏKƏ...
Bu gün, 17:23
Rusiya Qvardiyasının əməkdaşlarına edilən hücumların VİDEOSU yayılıb
Bu gün, 17:21
"10 dəfə Hacı adını almışam" - Xalq artisti
Bu gün, 17:16
Azərbaycanla Belarus arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında saziş təsdiqlənib
Bu gün, 17:14
Tərtərdə ahıl kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib
Bu gün, 17:05
Bakıda universitet müəlliminin velosipedi oğurlanıb
Bu gün, 17:03
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
Türkiyənin Suriyadakı əməliyyatına görə Rusiya da xeyir qazanacaq - TƏHLİL
Bu gün, 17:00
Nursultan Nazarbayev Azərbaycana gəlib - FOTO
Bu gün, 16:51
Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib
Bu gün, 16:49
Donald Tramp növbəti dəfə Türkiyəni sanksiyalarla hədələyib
Bu gün, 16:48
"Bu gün sizə dəhşətli görünə biləcək vəziyyət sabah sizin gülüşünüzə səbəb ola bilər"
Bu gün, 16:37
“Vur, komandir, vur”un qəhrəmanı fəhlə işləyir? - AÇIQLAMA
Bu gün, 16:32
Bakıda gecə klubunda qızlar müştəri üstündə dava edib - BİABIRÇILIQ...
Bu gün, 16:30
Rusiyalı deputatın Qarabağa səfəri Azərbaycan əleyhinə yönələn növbəti təxribatdır - XİN
Bu gün, 16:29
Nazir Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür - İnanılmaz FƏRQ
Bu gün, 16:28
DGK "Şimal Servis"dən "qanunsuz" ƏDV tələb edib? - RƏSMİ
Bu gün, 16:25
Etibar Məmmədovun planı pozuldu – AMİP lideri toplantıya niyə qatılmadı?
Bu gün, 16:23
“Həmin müxalifətçi gülməli bir açıqlama vermişdi “ - Vüsalə Mahirqızı
Bu gün, 16:18
Mənim köküm türkdür – Rus ekspert
Bu gün, 16:13
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 16:11
Azərbaycan Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir - Əli Həsənovdan ÖNƏMLİ AÇIQLAMA
Bu gün, 16:10
“Premium Bank”a sədr təyin edilib
Bu gün, 16:09
Bakcell KİV nümayəndələri üçün növbəti seminar keçirib
Bu gün, 16:07
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona gəlib
Bu gün, 16:06
Xaçmaz polisində sakinlərlə görüş keçirildi
Bu gün, 16:05
Göygölün icra başçısı haqda ilginc iddia... - Belə deyirlər...
Bu gün, 16:03
Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşüb - FOTO
Bu gün, 15:59
Qarabağın azərbaycanlı icması ABŞ-ın Nümayəndələr Palatasının rəhbərinə və konqresmenlərə etiraz məktubu göndərib
Bu gün, 15:48
Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası danışdı: - “Cavidi öz dostu öldürüb”
Bu gün, 15:47
“Ştaynmayer formulu” Ukraynanı xilas edə biləcəkmi? - TƏHLİL
Bu gün, 15:44
Rusiyada şəhər meri qəzada həlak olub - VİDEO
Bu gün, 15:37
“Heç bir kişinin arvadı belə etməz” – Azər Axşama böyük sabotaj
Bu gün, 15:34
Türkiyə Prezidenti Azərbaycana gəlib
Bu gün, 15:32
Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü - FOTO
Bu gün, 15:30
AzTV-nin Bədii Şurasının növbəti iclası keçirilib
Bu gün, 15:24
Hadi Rəcəbli Rusiyada işləyən azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib
Bu gün, 15:21
Almaniyadakı qətldə "Altes Qrup"un prezidentinin adı hallandı - İLGİNC
Bu gün, 15:20
Gəncəda yolu keçən üç qadını maşın vurub
Bu gün, 15:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru