Nikol Paşinyan istədiyi adamları vəzifəyə təyin edə bilmir .....                     Xızıda sürücü polisləri silahla hədələyib .....                     Məmurar bu ölkəni nə vaxt bölüb qurtaracaqlar? .....                     BNA-nın manatlıq taksi kabusu... .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Başqa dildə olan məhsulların Azərbaycanda satılması əhali üçün təhlükəlidir...” .....                     Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı .....                     “İsa Qəmbər mənə bildirdi ki, başqa daha yararlı və dəyərli namizədini göstər...” .....                     Ermənilər Qazax istiqamətində təxribat törətdi .....                     Şamaxıda kütləvi dava: .....                     “Hər şeyə ağız büzmək insanlarmız arasında geniş yayılan xəstəlikdir” .....                     Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub .....                     “Şərurlu İsfəndiyar”la bağlı qərarın icrasna başlandı .....                     Bakıda metro yaxınlığında “piyada tələsi” .....                     Qida Təhlükəsizliyi Agentliyinə qarşı İTTİHAMLAR: .....                     İran XİN: ABŞ sanksiya siyasətinin uğursuz olduğunu qəbul etməlidir .....                     UEFA "Qarabağ"ı növbəti dəfə cərmələyib .....                     Adil Vəliyevin bu şəhid ailəsindən xəbəri varm? .....                     Güney Azərbaycanda “kəfənli aksiya”: .....                     Bakıda 46 yaşlı kişi yoxa çıxdı .....                     TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib .....                     İMF növbəti illər üçün neftin orta illik qiymətlərinin proqnozlarını açıqlayıb .....                     Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... .....                     DEPUTAT MANDATININ “BAZAR QİYMƏTİ” .....                     Dünya bazarlarında neft ucuzlaşıb .....                     "Azərbaycanın Ermənistanla heç bir ticarət əlaqəsi yoxdur və ola da bilməz" .....                     Ermənilərin məhsulunu Bakıya gətirən və satan şəbəkə .....                     "Yüksək səviyyədə görüşləri alqışlayırıq" .....                     Xalq Cəbhəsi adlı siyasi bataqlıq, “qara mələyin” faciəli çöküşü... .....                     Şəki sakinini incidən kimdir? .....                     “Bizim həyət” layihəsi çərçivəsində Bakıda daha bir həyət abadlaşdırılıb .....                     Zaqatalada fındıq oğruları tutuldu .....                     “İnterpol”un axtardığı “Akula Akif” Bakıda 7 milyon dollar qazandı .....                     Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb .....                     "Ucar rayon icra hakimiyyətində aqressiv sözlərlə qarşılanıram..." .....                     Azərbaycanın strateji obyektləri necə qorunur .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Seva yenə getdi .....                     Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq .....                     “Paşinyan Qərblə Rusiya arasında sıxılmış vəziyyətdədir...” .....                 

Təhsil Nazirliyində tender maxinasiyası: - LDU-da tikintini aparan kimdir?
Tarix: 1-08-2019, 09:55 | Çap et
Təhsil Nazirliyində tender maxinasiyası:
Dövlət büdcəsindən 2018-ci ilin təhsil xərclərinə 2 milyard 1,5 milyon manat vəsait xərclənib.

Bu rəqəm 2017-ci illə müqayisədə 210,3 milyon manat və ya 11,2%, 2016-cı ildə ayrılan vəsaitlə müqayisədə 247,1 milyon manat və ya 14,1 faiz çoxdur.

Göründüyü kimi dövlətin digər sahələrə olduğu kimi təhsil sahəsinə də ayırdığı vəsait hər il artan templə davam etməkdədir.

Dövlətin 2018-ci ildə təhsil xərclərinə ayırdığı vəsaitin 1 milyard 82,1 milyon manatı və ya 54,1 faizi ümumi təhsil xərclərinin, 628,3 milyon manatı və ya 31,4 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin, 175,3 milyon manatı və ya 8,7 faizi məktəbəqədər təhsil xərclərinin, 41,3 milyon manatı və ya 2,1 faizi orta ixtisas təhsili xərclərinin, 42,7 milyon manatı və ya 2,1 faizi ali təhsil xərclərinin, 28,0 milyon manatı və ya 1,4 faizi ilk-peşə ixtisas təhsilinin, 3,7 milyon manatı və ya 0,2 faizi əlavə təhsilin maliyyəlləşdirilməsinə xərclənməyi nəzərdə tutulmuşdur.

Bəs, görəsən, dövlətin təhsilin inkişafına ayırdığı vəsaitlər aidiyyatı üzrə xərclənirmi?

Qlobal.az İnformasiya Portalı dövlət başçısı İlham Əliyev cənablarının ölkədə apardığı uğurlu iqtisadi siyasətdə şəffaflığın təmin edilməsinə dəstək olmaq məqsədi ilə silsilə jurnalist araşdırmaları aparır.

Qlobal.az İnformasiya Portalının bu dəfəki araşdırması Lənkəran Dövlət Universitetinin 2018-ci ildə sifarişçisi olduğu tenderlərlə bağlıdır.

Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin (LDU) 2 (iki) lot üzrə keçirdiyi tenderlərin ümumi məbləği 313.629 (üç yüz on üç min altı yüz iyirmi doqquz) manat olub.

Universitetin "cari təmir işlərinin satın alınması" adlı I lot üzrə keçirdiyi tenderin smetası 210.000 manat, yenə də "cari təmir işlərinin satın alınması" II lot üzrə tenderin smetası isə 103.629 manat olub.

Hər iki tenderin qalibi "Convertal Servis" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.

Ancaq Lənkəran Dövlət Universitetinin sifarişçisi olduğu 2 (iki) lot üzrə 313.629 manat dəyərində tenderin qalibi olan "Convertal Servis" MMC-nin nə əlaqə telefonu, nə web ünvanı var.

İnternet üzərindən apardığımız araşdırmada "Convertal Servis" MMC barəsində heç bir informasiyaya rast gəlinmir.

İndiyədək hansı işləri görməsi barədə heç bir məlumat olmayan "Convertal Servis" MMC-nin maddi-texniki bazası, işçi qüvvəsi, mütəxəssis kontingenti və eləcə də mallar üzrə mənşə və uyğunluq sertifikatlarının olub-olmaması barədə də informasiya yoxdur.

Təhsil nazirliyinə universitet tikən şirkətin sahibi kimdir?

"Convertal Servis" MMC 2018-ci ilin mart ayının 1-də təsis edilib.

10 manat nizamnamə kapitalına sahib olan "Convertal Servis" MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri Corat qəsəbəsi, Məhərrəmoğlu küçəsi, 86 ünvanıdır.

Şirkətin təsisçisi və direktoru Cavadov Murad Vahid oğludur.

Əldə etdiyimiz məlumata görə 1996-cı il təvəllüdlü, orta təhsilli Cavadov Murad hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət günəmuzd fəhlə işləsə də, hazırda işsizdir.

Murad Cavadov eyni zamanda "Convertal Servis" MMC-nin yox, ümumilikdə 5 MMC-nin təsisçisi və direktorudur.

İşi yoxdu, amma dövlətə bir milyon yarıma yaxın borcu var

Cavadov Murad Vahid oğlu ötən il Təhsil Nazirliyinin tenderinin qalibi olmuş "Convertal Servis" MMC ilə yanaşı, daha dörd MMC-nin təsisçisi və direktorudur.

Cavadov Murad Vahid oğlunun adına təsis edilən şirkətlərin beşi də eyni gündə, 2018-ci ilin mart ayının birində dövlət reyestrində qeydiyyata alınıb. Bu şirkətlərin - "Hennes İnşaat" MMC, "Sanofi Eko Təchizat" MMC, "Roche Trading" MMC, "İntel Dizayn" MMC və "Convertal Servis" MMC-nin hər birinin nizamnamə kapitalı 10 manatdır.

Təsis olunduqları müddətdən 15 ay keçən şirkətlərin ciddi vergi borcu yaranıb. Vergilər nazirliyinin rəsmi saytından əldə etdiyimiz məlumata görə adıçəkilən şirkətlərin bu günə olan vergi borcu ("Hennes İnşaat" MMC - 115.387 manat, "Sanofi Eko Təchizat" MMC - 553.364 manat, "Roche Trading" MMC - 41.333, "İntel Dizayn" MMC - 30.403 manat, Convertal Servis" MMC -531.076 manat) ümumilikdə 1.271.562 manatdır.

Ölkədən çıxışına qadağa qoyulub

Təhsil Nazirliyində tender maxinasiyası:

Azər İsmayılov (Mənbə: https://courts.gov.az/az/main/judge/Azer-Ismayilov_65)

2018-ci ilin 13 dekabrında 2 saylı Ərazi Vergilər İdarəsinin iddiası ilə Sumqayıt Şəhər Məhkəməsində hakim Azər İsmayılovun sədrliyi ilə Cavadov Murad Vahid oğlunun ölkədən çıxışına qadağa qoyulub.

Səbəb kimi isə "Hennes İnşaat" MMC, "Sanofi Eko Təchizat" MMC, "Roche Trading" MMC, "İnten Dizayn" MMC və "Convertal Servis" MMC-lərin dövlətə yaranmış külli miqdarda vergi borclarının olması göstərilib.

Təhsil nazirliyi və Universitet rəhbərliyi susur

Təhsil Nazirliyində tender maxinasiyası:

Natiq İbrahimov (Mənbə:https://www.lsu.edu.az/rector.html )

Məsələ ilə bağlı Lənkəran Dövlət Universitetindən mövqe öyrənməyə çalışdıq. Lənkəran Dövlət Universitetinin rektor əvəzi Natiq İbrahimova ünvanladığımız suallara universitetdən qısa zamanda cavablandıracaqlarını desələr də, heç bir cavab verilmədi.

Təhsil nazirliyindən də məsələyə mövqe öyrənməyə çalışdıq.

Lakin Təhsil nazirliyi də Lənkəran Dövlət Universiteti kimi suallarımızı cavablandırmadı.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüqquqlarının Müdafiəsi Dövlət Xidməti deyir bizlik deyil

Təhsil Nazirliyində tender maxinasiyası:

Zahid İsayev (Xidmət rəisi - mənbə: google)

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüqquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayevin adından Qlobal.az-a daxil olan məktubda deyilir:

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qаnununun 2-ci maddasinə uyğun olaraq satınalan təşkilat malları (işləri və xidmətləri) satınalan dövlət müəssisə va təşkilatları (idаrələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çох olan müəssisə və təşkilatlardır. Həmin Qanunun 6.2-ci maddəsinə uyğun olaraq satınalma prosedurlarında iştirak etmak üçün malgöndərənlərin (podratçılann) ixtisas göstəriciləri həmin maddadə qeyd olunan tələblərə cavab verməlidir.

Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə əsasən mаlgöndərənlərin (podratçılarln) ixtisas göstəriсilərinin "Dövlət satınalmaları haqqında" Qanunda müəyyən olunmuş tələblərə uyğunluğununu müəyyən edilməsi, tenderin əsas şərtlər toplusunun va tепdеr еlапının təsdiq olunması, iddialılardan daxil оlап tепdеr təkliflərinin qiymət|əndirilməsi, müvafiq satınalma рrоsеdurunun qalibinin müəyyənləşdirilməsi, satınalma müqaviləsinin bağlanması satınalan təşkilat və опuп tərəfindən formalaşdırılan tender komissiyasının səlahiyyətlərinə aiddir.

Hesablama Palatası deyir hələ hesablamamışıq

Təhsil Nazirliyində tender maxinasiyası:

Vəfa Mütəllimova (Mənbə: http://www.sai.gov.az/1/static/103)

Lənkəran Dövlət Universitetində 2018-ci üzrə audit aparılıb-aparılmaması ilə bağlı Hesablama Palatasına müracit etdik.

Hesablama Palatasının İcmal Analitik Şöbəsinin müdiri Vəfa Mütəllimova Lənkəran Dövlət Universitetində 2018-ci il üzrə audit aparılmadığını bildirdi.

Qlobal.az

Cahandar İsmiyev
Zəfər İmanquliyev

Cavadov Murad Vahid oğlunun ölkədən çıxışına qadağa qoyulması barədə Məhkəmə qətnaməsinin surəti

Təhsil Nazirliyində tender maxinasiyası:
Təhsil Nazirliyində tender maxinasiyası:

Cavadov Murad Vahid oğlunun adına təsis edilən MMC-lər


Təhsil Nazirliyində tender maxinasiyası:
Təhsil Nazirliyində tender maxinasiyası:
Təhsil Nazirliyində tender maxinasiyası:
Təhsil Nazirliyində tender maxinasiyası:
Təhsil Nazirliyində tender maxinasiyası:




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nikol Paşinyan istədiyi adamları vəzifəyə təyin edə bilmir - “Jamanak” qəzeti
Dünən, 12:15
Xızıda sürücü polisləri silahla hədələyib
Dünən, 12:14
Məmurar bu ölkəni nə vaxt bölüb qurtaracaqlar?
Dünən, 12:02
BNA-nın manatlıq taksi kabusu... - "Bakının ictimai nəqliyyat sistemində problemlər var"
Dünən, 11:58
Azərbaycan nefti cüzi bahalaşıb
Dünən, 11:52
Elçin Şıxlı İTV-də işə başladı
Dünən, 11:48
“3 günlük məşhurluq mənə lazım deyil”
Dünən, 11:46
“Başqa dildə olan məhsulların Azərbaycanda satılması əhali üçün təhlükəlidir...” - QALMAQAL
Dünən, 11:42
Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - FOTO
Dünən, 11:32
"Bir həyat yoldaşım olub, iki göz istəyir ona baxsın" - Xalq artisti
Dünən, 11:26
“İsa Qəmbər mənə bildirdi ki, başqa daha yararlı və dəyərli namizədini göstər...”
Dünən, 11:24
Ermənilər Qazax istiqamətində təxribat törətdi - FOTO
Dünən, 11:21
Şamaxıda kütləvi dava: - tərəfləri ayıran kişinin qulağını kəsdilər
Dünən, 11:19
“Hər şeyə ağız büzmək insanlarmız arasında geniş yayılan xəstəlikdir” - Vilayət Quliyev
Dünən, 11:18
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
Dünən, 11:16
“Şərurlu İsfəndiyar”la bağlı qərarın icrasna başlandı - GƏLİŞMƏ
Dünən, 11:15
Bakıda metro yaxınlığında “piyada tələsi” - FOTO
Dünən, 11:08
Qida Təhlükəsizliyi Agentliyinə qarşı İTTİHAMLAR: - “Leş mafiyası”na sertifikat verirlər”
Dünən, 11:06
İran XİN: ABŞ sanksiya siyasətinin uğursuz olduğunu qəbul etməlidir
Dünən, 11:03
UEFA "Qarabağ"ı növbəti dəfə cərmələyib
Dünən, 11:02
Adil Vəliyevin bu şəhid ailəsindən xəbəri varm? - "Hec olmasa övladımı məktəbə göndərə bilim..."
Dünən, 11:01
Dəhşətli qəzada diri-diri yanan gənc İTV-nin sabiq əməkdaşı, Murad Dadaşovun işçisidir
Dünən, 10:48
Güney Azərbaycanda “kəfənli aksiya”: “Qoyma, vətənim satıldı getdi” - VİDEO
Dünən, 10:45
Bakıda 46 yaşlı kişi yoxa çıxdı
Dünən, 10:35
TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib - Türkiyənin energetika naziri
Dünən, 10:34
İMF növbəti illər üçün neftin orta illik qiymətlərinin proqnozlarını açıqlayıb
Dünən, 10:33
Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... - ŞOK SƏS YAZISI
Dünən, 10:29
DEPUTAT MANDATININ “BAZAR QİYMƏTİ” – 300 min çoxdur, yoxsa az?…
Dünən, 10:23
Dünya bazarlarında neft ucuzlaşıb
Dünən, 10:19
“Aysudan öncə başqa xanıma görə...” - Məşhur meyxanaçının həyat yoldaşı
Dünən, 10:18
"Azərbaycanın Ermənistanla heç bir ticarət əlaqəsi yoxdur və ola da bilməz" - DGK
Dünən, 10:15
Ermənilərin məhsulunu Bakıya gətirən və satan şəbəkə - VİDEO
Dünən, 10:12
"Yüksək səviyyədə görüşləri alqışlayırıq" - Dövlət katibi Qarabağ münaqişəsi haqqında
Dünən, 10:10
Xalq Cəbhəsi adlı siyasi bataqlıq, “qara mələyin” faciəli çöküşü...
Dünən, 10:08
Şəki sakinini incidən kimdir? - "Sahil Babayevdən xahiş edirəm ki..."
Dünən, 10:06
“Bizim həyət” layihəsi çərçivəsində Bakıda daha bir həyət abadlaşdırılıb
Dünən, 10:00
Zaqatalada fındıq oğruları tutuldu
Dünən, 09:50
“İnterpol”un axtardığı “Akula Akif” Bakıda 7 milyon dollar qazandı - İLGİNC
Dünən, 09:46
“Yaxşı aktyorun kaprizi olmalıdır”
Dünən, 09:44
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb
Dünən, 09:42
"Ucar rayon icra hakimiyyətində aqressiv sözlərlə qarşılanıram..." - Şəhid atası kömək üçün müraciət etdi...
Dünən, 09:41
Azərbaycanın strateji obyektləri necə qorunur - Səudiyyə insidentindən çıxarılan nəticə
Dünən, 09:34
Cəbhə xəttində erməni təxribatı davam edir
Dünən, 09:30
Seva yenə getdi
Dünən, 09:27
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
Dünən, 09:24
“Atamı şərlədirlər, iki il yarım həbsdə qaldı” - Əməkdar artist
Dünən, 09:22
“Paşinyan Qərblə Rusiya arasında sıxılmış vəziyyətdədir...” - TƏHLİL
Dünən, 09:16
Fırıldaqçı deputatın fəaliyyəti araşdırılmalıdır - GƏLİŞMƏ
Dünən, 09:09
Bakının “Rus NATO-su”ndakı gizli adamı - İrəvanda təlaş
Dünən, 09:07
"Zövqümü korlamamaq üçün seriallara baxmıram"
Dünən, 09:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru