Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşü .....                     Müsavat başqanlığına keçmiş iddialılar DANIŞDI: .....                     6 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraiti ilə bağlı çatışmazlıqlar aşkarlanıb .....                     Şok iddia: An-72 qəzası: “Putinin aşpazı” öldü .....                     "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik" .....                     Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün .....                     Deputat kimə qulluq edir, Rusiya dövlətinə, yoxsa dünya erməniliyinə? .....                     Rusiya Qvardiyasının əməkdaşlarına edilən hücumların .....                     Azərbaycanla Belarus arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında .....                     Tərtərdə ahıl kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib .....                     Bakıda universitet müəlliminin velosipedi oğurlanıb .....                     Sabah dollar neçəyə olacaq? .....                     Türkiyənin Suriyadakı əməliyyatına görə Rusiya da xeyir qazanacaq .....                     Nursultan Nazarbayev Azərbaycana gəlib .....                     Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib .....                     Donald Tramp növbəti dəfə Türkiyəni sanksiyalarla hədələyib .....                     “Vur, komandir, vur”un qəhrəmanı fəhlə işləyir? .....                     Bakıda gecə klubunda qızlar müştəri üstündə dava edib .....                     Rusiyalı deputatın Qarabağa səfəri Azərbaycan əleyhinə yönələn növbəti təxribatdır .....                     Nazir Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür .....                     DGK "Şimal Servis"dən "qanunsuz" ƏDV tələb edib? .....                     Etibar Məmmədovun planı pozuldu .....                     “Həmin müxalifətçi gülməli bir açıqlama vermişdi “ .....                     Mənim köküm türkdür .....                     Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gəlib .....                     Azərbaycan Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir .....                     “Premium Bank”a sədr təyin edilib .....                     Bakcell KİV nümayəndələri üçün növbəti seminar keçirib .....                     ATƏT-in Minsk qrupunun həmsədrləri regiona gəlib .....                     Xaçmaz polisində sakinlərlə görüş keçirildi .....                     Göygölün icra başçısı haqda ilginc iddia... .....                     Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşüb .....                     Qarabağın azərbaycanlı icması ABŞ-ın Nümayəndələr Palatasının rəhbərinə və konqresmenlərə etiraz məktubu göndərib .....                     Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası danışdı: .....                     “Ştaynmayer formulu” Ukraynanı xilas edə biləcəkmi? .....                     Rusiyada şəhər meri qəzada həlak olub .....                     Türkiyə Prezidenti Azərbaycana gəlib .....                     Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü .....                     Hadi Rəcəbli Rusiyada işləyən azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib .....                     Almaniyadakı qətldə "Altes Qrup"un prezidentinin adı hallandı .....                 

“Bağımızı zəbt edənlər ötən yay Mingəçevir SES-də yanğın olanda şadyanalıq edirdilər...” - GİLEY
Tarix: 4-07-2019, 10:31 | Çap et
“Bağımızı zəbt edənlər ötən yay Mingəçevir SES-də yanğın olanda şadyanalıq edirdilər...”
Moderator.az redaksiyasına Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhər sakini, keçmiş hərbi qulluqçu Əliyeva Bahar Əli qızının Baş Prokuror Zakir Qaralova ünvanlanmış müraciəti daxil olub. Vətəndaş həmin müraciətin saytımız vasitəsilə ictimailəşdirilməsini xahiş edib.

Müraciətdə deyilir:

"Hörmətli cənab Baş Prokuror!

Bəzilərinin qanunsuz hərəkətləri sayəsində həyatımızda yaranan süni problemlərlə yanaşı, mənim və doğmalarımın şəxsi təhlükəsizliyi də təhdid altında olduğundan Sizə müraciət edərək vaxtınızı almaq məcburiyyətində qalıram.
Məni- Azərbaycan Respublikası vətəndaşını, qanuni halalca mülkümü zəbt etməkləri azmış kimi, hədələyən, ölümlə təhdid edənlərin kimliyi barədə Sizdə təsəvvür yaransın deyə, başıma gələnləri bir az detallı şəkildə nəzərinizə çatdırıram.

Cənab Baş Prokuror! Artıq neçə ildir ki, qəyyumluğumda olan iki nəfər ikinci qrup əlil qardaşlarımdan birinin - Əliyev Etibar Əli oğlunun adına 1989-cu ildə- hələ Azərbaycan sovet höküməti tərəfindən (Maştağa qəsəbəsi, “Ləhic bağları” deyilən ərazidə)qanuni orderlə verilmiş bağımızı tanımadığımız adamlar zəbt ediblər. 12 sot bağın 9.6 sot hissəsi zəbt edilib, qalan 2.4 sot hissəsinə isə həmin adamlar tərəfindən kanalizasiya axıdılıb, çirkab suları ilə bağın bir hissəsini bərbad hala salıblar. Bu bəs deyilmiş kimi, həmin hissə üstəlik, zibilliyə çevrilib və zibilləri yandırmaqla bağın torpaq hissəsini də məhv ediblər. Bağdakı çoxsaylı əncir ağaclarını kəsib atıblar.

Sonradan topladığım məlumatlar əsasında öyrəndim ki, bağımızı zəbt edənlər Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Kəngərli kəndi,Vilayət 10 ünvanında qeydiyyata alınmış 20.10.1953 təvəllüdlü, şəxsiyyət vəsiqə nömrəsi AZE 02235310 olan Tamoyeva Sofiya və onun oğlu hesab edilən Naxçıvan Muxtar Respublikası, Babək rayonu Yuxarı Uzunoba kəndində qeydiyyata alınmış, şəxsiyyət vəsiqə nömrəsi AZE 15402870 olan, 08.06.1981-ci il tarixdə Rusiyanın Elista şəhərində doğulmuş Hüseynov Zaur adlı şəxslərdir.

Məlumat üçün bildirim ki, biz 1989-cu ildən bağımızın ətrafını ümumi olaraq 171 metr ölçüdə, hündürlüyü 2 metr olan qalın dəmir setka ilə hasarlamışdıq. Və həmin setkanı saxlamaq üçün yerə hər 1 metrdən bir 2,5 metr uzunluğunda qalın dəmir borular basdırmışdıq.

Bağın içərisində daşdan tikilmiş müvəqqəti istifadə üçün bir otaq və ondan əlavə dəmir vaqon otaq da var idi. İl boyu ailəliklə bağımıza gedib-gəlir, yay aylarıda qalırdıq ki, dənizə getmək rahat olsun.

1994-cü ildə anam 56 yaşında vəfat etdi, Anamdan 8 il sonra 2002-ci ildə atamı da itirdik. Mənim və bacımın himayəsində qalan iki əlil qardaşımın qayğıları, az yaşlı uşaqlarımız və yaşadığımız məlum yoxsulluq ucbatından ata-anamın sağlığında olduğu kimi, bağımıza tez-tez gedib-gələ bilmədik...

Təxminən 2007-ci ildə növbəti dəfə bağımıza gedəndə gördüm ki, bağın ətrafına çəkdiyimiz dəmir setka, basdırılmış borular, dəmir vaqondan olan ev yerli-dibli yoxdur. Daşdan tikilmiş otaq da uçurulub, içində olan əşyalarımız da yoxdur. Və bizim bağımızda yad, tanımadığım adamlar var. Onlar qardaşımın adına olan bağımızda daşdan bir daxma tikib özlərininki kimi rahat oturublar...
Onlara yaxınlaşdım ki, bura bizim bağımızdır, siz kimsiniz.
Mənə belə cavab verdilər: “Yox, bura artıq bizim bağımızdır, biz buranı almışıq. Sizinki o biri tərəflərdir, odeyyy, her yer boşdur, siz də gedin o biri tərəflərə...”
Həmin vaxt ətrafdakı hər yer doğrudan da açıqlıq, çöllük idi. Amma bütün torpaq sahələri və bağların sənədlə sahibləri var idi. Və biz bütün qonşular on illərdir ki, biri- birimizi tanıyırdıq... Mən etiraz edərək dedim:
“Siz gəlib bizim bağı dağıdıb zəbt etmisiniz. Mən sizi xatırladım, biz sonuncu dəfə bağdan çıxıb gedəndə siz bizim bağın arxa tərəfində olan "3881-42" saylı bağın içində, yerdən daş qırıqları yığıb bir yerə toplayırdınız...” .


Mənim onları sorğu-sual etdiyimi görüb kimlərəsə zəng etdilər, haralardansa bir neçə nəfər çağırdılar. Güya onlardan biri bələdiyyə idarəsindəndir, ikisi də onlara bağı satan qardaşlardır. Sahə müvəkkili də gəlmişdi ki, güya dava çıxa bilər. Mən tək idim, onlar 8-10 nəfər.Və başa düşdüm ki, onlar öncədən dəvət etdikləri adamlar ilə bu işə mütəşəkkil hazırlanıblar. Bu vəziyyətdə mübahisənin nəticəsi olmayacağını görüb çıxıb getdim...


Qısa müddət sonra təkrar bağımıza getdim. Artıq bizim daşdan tikilən otağın yeri də qalmamışdı. Qəsbkarlar yerləşib oturmuşdular və özlərini bağın əsil sahibi kimi aparırdılar. Onlarla bir daha mədəni şəkildə danışdım, nə anlatdımsa, faydası olmadı...
Bir dahakı dəfə gedəndə isə gördüm ki, düzəltdikləri daxmanın pəncərə-qapısını da götürüb gediblər.Yalnız üstü açıq divarlar qalıb. Qonşulardan soruşdum, dedilər ki, Saray qəsəbəsində təzə yer tapıblar, yığışıb gediblər ora. Deyiblər gəlib daşları da aparacaqlar.

Bundan sonra mən həmişəki kimi arada gedib bağımıza baş çəkib geri qayıdırdım. Ancaq 2014-cü ildə növbəti dəfə bağımıza getdim və gözlərimə inanmadım. Eyni adamlar qayıdıb gəlmiş və yenidən bizim bağa yerləşmişdilər. Bu dəfə də bağımızdakı bir neçə qədim əncir ağacını kəsmişdilər. Həmin üstü açıq qalmış daxmanın üstünə şiferlər düzüb, onun üstünə də daşlar yığmışdılar, qapı-pəncərəni də yerinə qoyub orada oturmuşdular.

Mən yenə onlardan insan kimi mülayimcəsinə xahiş etdim ki, bizim bağdan birdəfəlik getsinlər. Əvəzində onların özünün və onlara qonaq gələn qohumlarının (qadın və kişilərin) hücumuna məruz qaldım. Onlara “özünüzə başqa bir yaşayış yeri tapın və bağımızdan birdəfəlik çıxıb gedin” dedim və getdim. Qısa bir müddət sonra bağa baş çəkmək üçün bir daha gedəndə gördüm, oturduqları daxmanın yanına yenə nəsə tikib artırıblar.

2017-ci ilin sentyabr ayının əvvəlində gedib onlarla bir daha danışdım, onlara bizim bağdan birdəfəlik yığışıb getmələri üçün 5 ay, yəni 2018-ci ilin mart ayına qədər zaman verdim. Və bir daha çıxıb getmələrini xahiş etdim. Getmədilər, əvəzində yenə də məni hədələməyə başladılar.

Onlarla insan kimi danışmağın heç bir mənası olmadığını tam anladım və 2018-ci ilin mayında sahə müvəkkilinə rəsmən müraciət etdim. Bağımıza onunla birlikdə getdim, bağın sənədlərini də apardım. Polis müvəkkili bağın kimə məxsus olduğunu bir daha dəqiqləşdirmək üçün Maştağa Bələdiyyə İdarəsindən nümayəndə dəvət etdi, sənədlərlə gələn rəsmi nümayəndə bağımızı zəbt edənlərin iştirakı ilə yeri bir daha ölçdü, koordinatlarını göstərdi, işarələdilər, bağın bizə məxsus olduğu bir daha sənədlərlə təsdiqləndi...


Nəticədə mən sahə müvəkkili və onun bələdiyyə idarəsindən dəvət etdiyi nümayəndənin yanında bildirdim ki, bağın ətrafına daş hasar çəkmək istəyirəm. Onlar razılaşdı və polis müvəkkili bağımızı zəbt edənlərə mənə mane olmasınlar deyə, tapşırıq verdi. Ertəsi gündən usta briqadası dəvət etdim. Daş gətirtdim və koordinatlara görə tam dəqiq şəkildə bizə məxsus olan bağımızın ətrafına daş hasar çəkdirməyə başladıq. Bizim tərəfdən mən tək gedirdim.
Ustalardan xahiş etdim ki, bağımızı zəbt edənlər tərəfindən hər hansı bir provakasiya xarakterli hərəkət olsa, heç biri müdaxilə etməsin. Onların hərəkətlərinə reaksiya verməsinlər. Dedim, onlar tərəfindən hər hansı bir xoşagəlməz bir hadisə olsa, siz mənə xəbər verin, zəng edəcəyəm, sahə müvəkkili yaxınlıqdadır, gələcək.

10-12 gün hasar tikintisi işi getdi və mən bir neçə dəfə bağımızı zəbt edənlərin yaratdığı problemlə əlaqədar sahə müvəkkilini çağırmaq məcburiyyətində qaldım.
Bağın daşla hasarlanma işi tam olaraq başa çatmadı. Çünki nədənsə bayaqdan məni müdafiə edən hüquq-mühafizə orqanı əməkdaşı bağımı zəbt edənlərin tərəfinə keçdi və “sən onları bağdan çıxara bilməyəcəksən, onlar artıq orada məskunlaşıblar”- deyib, məni dinləmək istəmədi. Bu ondan sonra baş verdi ki, həmin əməkdaş hasar çəkilən vaxt gəlib məndən 500 manat pul istədi, dedim mən sizə bir dəfə 100 manat vermişəm, ondan artıq mən sizə pul verməyəcəyəm. O da mənə dedi ki, mənə zənglər edirlər, bağı zəbt edənlərin arxasında yüksək rütbəli adamlar var. “Mən sənə və sənin bağ məsələnə görə işimdən ola bilmərəm”. Mən isə ona onun bir dövlət məmuru olduğunu xatırlatdım. Əsəbdən üzü qızardı, əlini yellədərək mənə belə dedi: “Mən olmasaydım, bunlar səni çoxdan öldürüb, quma basdırardılar, heç kim də axtarıb tapmazdı ki, hara yox olmusan, harada itmisən” və maşınını sürüb getdi.

Sonrakı günlər daha başqa xoşagəlməz hadisələr yaşandı. Mən narahat oldum ki, ustalar məni qorumaq üçün hər hansı bir hərəkət etsələr, onları tutub cəzalandıra bilərlər. Onlar hamısı yazıq, kasıb, ailəsinə yavan çörək pulu qazanan zəhmətkeş insanlardır. Bu səbəbdən hasar çəkmək işini tamamlaya bilmədim, yarımçıq saxladım...

Bütün bunlar baş verə-verə mən Azərbaycan Respublikasının qanunla haqq və hüquqları müdafiə olunmalı bir vətəndaş kimi dəfələrlə onlayn və ya mətbuat vasitəsi ilə əlaqədar yerli- Sabunçu rayonu və mərkəzi qurum rəhbərlərinə müraciət etdim.
Lakin təəssüf ki, bu günədək heç bir real nəticə yoxdur. Bağımızı zəbt edənlər öz işlərindədir...
Cənab baş prokuror! Onu da nəzərinizə çatdırım ki, bağımızı zəbt edənlərin dövlətçiliyimiz əleyhinə olan şəxslər olduğu qənaətinə gəlmişəm. Qonşulardan aldığım məlumata görə bilirəm ki, zəbt etdikləri bizim bağa dəstə ilə qadın ve kişilər yığışır, gecə yarısına qədər yemək-içmək, musiqi, mahnı oxumaq, rəqs məclisləri düzəldirlər.

2018-ci ilin iyulunda Mingəçevir SES-də ölkənin işıqsız qalması ilə nəticələnmiş məlum hadisələrdən 2 gün öncə bəhs etdiyim hüquq-mühafizə orqanı əməkdaşı gecə saatlarında bağı zəbt edənlərlə birlikdə bizim bağımızda olub?! Hadisə günlərində (bütün respublikada isıqlar sönən, dövlətimizə qarşı təxribatlara cəhd edilən günlər) əlil qardaşıma məxsus zəbt olunmuş bağımızda bir dəstə dövlətə müxalif insanlar toplaşaraq şadyanalıq ediblər. Bağda işıq problemi olmayıb. Çünki məşhur iş adamlarındna birinin Nardarandakı malikanəsinə gedən işıq və su xətləri Maştağadan, bizim bağımızın yanından keçdiyi üçün həmin ərazidə heç vaxt işıqlar sönmür və qaz, su problemi olmur...

Cənab Baş Prokuror! Təsəvvür edin ki, mən hər dəfə o adamların bağımızdan çıxıb getmələrini tələb etdikdə bəhs etdiyim hüquq-mühafizə orqanı əməkdaşı “onlar səni öldürüb quma basdıracaqlar” deyir. Həmin dövlət işçisi özü də əgər DİN-ə məlumat versəm, başıma yüz oyun açacağı ilə məni hədələyir. Təsəvvür edin ki, öz bağımıza gedəndə “bura niyə gəlmisən?” deyə məni sorğulayırlar. Bağı zəbt edənlərin arasında mənə hücumlar edən, məni təhqir edən ən fəal isə 99 MT 384 nömrəli zoğalı rəngli “Jiquli” markalı maşının sahibidir. O belə deyir: “Biz naxçıvanlıyıq, Azərbaycanı biz yaratmışıq, biz qurmuşuq, istədiyimizi də edərik. Sən kimsən, hələ ver sənədlərini səni “kqb” də yoxladım, görüm sən kimsən, sənin başına oyunlar açım...”

Onu da nəzərinizə çatdırım ki, 04.08.2018 tarixdə mənə zəng edərək hansı idarədən olduğunu deməyən, özünü müstəntiq kimi təqdim edən şəxs bildirdi ki, bağınızı zəbt edən adamlar həmin bağdan çıxmayacaqlar. Mən ondan bu sözlərinə görə rəsmi cavab istədim və bildirdim ki, yaxın günlərdə o adamlar həmin bağdan çıxmasalar, BMT- yə müraciət edəcəyəm, qəyyumluğumda olan əlil qardaşımın hüquqlarının qorunması üçün kömək istəyəcəyəm. Özünü müstəntiq kimi təqdim edən şəxs isə cavabında ironiya ilə güldü və dedi ki, hara, kimə istəyirsən yaz. “BMT 30 ildir Azərbaycan torpaqlarını ermənilərdən alıb Azərbaycana qaytara bilmir, gözlə, BMT sənə bağ qaytaracaq”-deyib telefonu bağladı. Adam da bağı zəbt edənlərlə eyni ləhcədə danışdığından onun gerçəkdın müstəntiq olub-olmadığını bilmirəm.

Cənab Baş Prokuror! Əlaqədar qurumlara etdiyim müraciətlərin detallarını və onların nəticələrini sadalayıb vaxtınızı daha çox almıram. Əgər lazım bilsəniz, əməkdaşlarınız Sabunçu rayonunun müvafiq qurumlarından hər şeyi öyrənə bilərlər.

Sizdən xahiş edirəm, səlahiyyətiniz və qanunlar çərçivəsində mənim və doğmalarımın təhlükəsizliyinə şərait yaradılması və o adamların kimliyinin araşdırılıb bizim bağdan çıxarılmaları, mənə, ailəmə qarşı etdikləri hədə- qorxulara son qoyulması və bizə qarşı mənəvi və eləcə də maddi ziyanın ödənilməsi üçün tədbir görəsiniz.

Cənab Baş Prokuror! Sizdən bir daha xahiş edirəm, təcili bu işi həll edin və məni, himayəmdə olan iki nəfər ikinci qrup əlil və bir tələbə ilə birlikdə çətin vəziyyətdən qurtarın.

Hörmətlə:

Azərbaycan Respublikası vətəndaşı: Əliyeva Bahar Əli qızı





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşü
Bu gün, 17:51
Müsavat başqanlığına keçmiş iddialılar DANIŞDI: - “İsa Qəmbər bu ədalətsizliyə öz töhfəsini verdi”
Bu gün, 17:46
6 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraiti ilə bağlı çatışmazlıqlar aşkarlanıb
Bu gün, 17:43
Şok iddia: An-72 qəzası: “Putinin aşpazı” öldü - VİDEO
Bu gün, 17:42
"Ərimin harasınısa görmək istəyirsinizsə..." - Afətdən Xatun və Rövşanəyə
Bu gün, 17:39
"Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik" - Türkiyə prezidenti
Bu gün, 17:32
Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün Azərbaycana gəlib
Bu gün, 17:32
Deputat kimə qulluq edir, Rusiya dövlətinə, yoxsa dünya erməniliyinə? - ZATULİN ADINDA LƏKƏ...
Bu gün, 17:23
Rusiya Qvardiyasının əməkdaşlarına edilən hücumların VİDEOSU yayılıb
Bu gün, 17:21
"10 dəfə Hacı adını almışam" - Xalq artisti
Bu gün, 17:16
Azərbaycanla Belarus arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında saziş təsdiqlənib
Bu gün, 17:14
Tərtərdə ahıl kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib
Bu gün, 17:05
Bakıda universitet müəlliminin velosipedi oğurlanıb
Bu gün, 17:03
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
Türkiyənin Suriyadakı əməliyyatına görə Rusiya da xeyir qazanacaq - TƏHLİL
Bu gün, 17:00
Nursultan Nazarbayev Azərbaycana gəlib - FOTO
Bu gün, 16:51
Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib
Bu gün, 16:49
Donald Tramp növbəti dəfə Türkiyəni sanksiyalarla hədələyib
Bu gün, 16:48
"Bu gün sizə dəhşətli görünə biləcək vəziyyət sabah sizin gülüşünüzə səbəb ola bilər"
Bu gün, 16:37
“Vur, komandir, vur”un qəhrəmanı fəhlə işləyir? - AÇIQLAMA
Bu gün, 16:32
Bakıda gecə klubunda qızlar müştəri üstündə dava edib - BİABIRÇILIQ...
Bu gün, 16:30
Rusiyalı deputatın Qarabağa səfəri Azərbaycan əleyhinə yönələn növbəti təxribatdır - XİN
Bu gün, 16:29
Nazir Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür - İnanılmaz FƏRQ
Bu gün, 16:28
DGK "Şimal Servis"dən "qanunsuz" ƏDV tələb edib? - RƏSMİ
Bu gün, 16:25
Etibar Məmmədovun planı pozuldu – AMİP lideri toplantıya niyə qatılmadı?
Bu gün, 16:23
“Həmin müxalifətçi gülməli bir açıqlama vermişdi “ - Vüsalə Mahirqızı
Bu gün, 16:18
Mənim köküm türkdür – Rus ekspert
Bu gün, 16:13
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 16:11
Azərbaycan Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir - Əli Həsənovdan ÖNƏMLİ AÇIQLAMA
Bu gün, 16:10
“Premium Bank”a sədr təyin edilib
Bu gün, 16:09
Bakcell KİV nümayəndələri üçün növbəti seminar keçirib
Bu gün, 16:07
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona gəlib
Bu gün, 16:06
Xaçmaz polisində sakinlərlə görüş keçirildi
Bu gün, 16:05
Göygölün icra başçısı haqda ilginc iddia... - Belə deyirlər...
Bu gün, 16:03
Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşüb - FOTO
Bu gün, 15:59
Qarabağın azərbaycanlı icması ABŞ-ın Nümayəndələr Palatasının rəhbərinə və konqresmenlərə etiraz məktubu göndərib
Bu gün, 15:48
Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası danışdı: - “Cavidi öz dostu öldürüb”
Bu gün, 15:47
“Ştaynmayer formulu” Ukraynanı xilas edə biləcəkmi? - TƏHLİL
Bu gün, 15:44
Rusiyada şəhər meri qəzada həlak olub - VİDEO
Bu gün, 15:37
“Heç bir kişinin arvadı belə etməz” – Azər Axşama böyük sabotaj
Bu gün, 15:34
Türkiyə Prezidenti Azərbaycana gəlib
Bu gün, 15:32
Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü - FOTO
Bu gün, 15:30
AzTV-nin Bədii Şurasının növbəti iclası keçirilib
Bu gün, 15:24
Hadi Rəcəbli Rusiyada işləyən azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib
Bu gün, 15:21
Almaniyadakı qətldə "Altes Qrup"un prezidentinin adı hallandı - İLGİNC
Bu gün, 15:20
Gəncəda yolu keçən üç qadını maşın vurub
Bu gün, 15:16
Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub
Bu gün, 15:15
“Mənim üçün Türkiyədən həkim dəvət edildi”
Bu gün, 15:14
Maliyyə Bazarlarına Nəzarət Palatasında süründürməçilik... - İTTİHAM
Bu gün, 15:12
“Oleq Bakinski”nin qızının toyunda “qanuni oğru”nu şil-küt edənlər “Şakro Molodoy”un adamlarıdır
Bu gün, 15:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru