FIFA "Ferents Puşkaş" mükafatına namizəd qolları açıqlayıb .....                     Nədən gürcülər "neytral zona"ya hökmranlıq edirlər... .....                     Venesuelanın vitse-prezidenti Moskvaya səfər edəcək .....                     İqbal Məmmədov “Relax”da baş verənlərlə bağlı açıqlama yayıb .....                     «142 nömrəsi, 20 obyekti var – cəmi 972 manat vergi ödəyib» .....                     Azərbaycan və Gürcüstan sərhədində razılaşdırılmamış ərazilərə birgə baxış keçiriləcək .....                     “Qara qutu” tapılsa da, pilotdan xəbər yoxdur” .....                     Sabah dollar neçəyə olacaq? .....                     Ermənistan polisi qadın aksiya iştirakçılarına qarşı güc tətbiq edib .....                     İqbal Məmmədovun yalanı RƏSMƏN İFŞA OLUNDU .....                     Dollar qəfil sıçradı, rubl üzü aşağı getdi .....                     Qaxın iki müxtəlif ərazisində yanğın başlayıb .....                     Gəlirsiz turizm: hara gedirik? .....                     Azərbaycan və Gürcüstan arasında sərhəd danışıqlarının növbəti mərhələsi başlayıb .....                     Vilayət Eyvazov DİN Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində olu .....                     Ağacın arxasında gizlənən YPX əməkdaşları cəzalandırıla bilər .....                     Qəzaya düşən pilotumuzun dəfni keçirilir? .....                     Fransada G7 sammitində təhlükəsizliyi 10 min nəfər təmin edəcək .....                     “Relax” qalmaqalından sonra deputatın iki zavodu bağlandı .....                     Deputatın oğlu ilə bağlı məhkəmə .....                     “Torqovı”dakı biabırçılığı necə aradan qaldırmalı… .....                     Gədəbəydə 22 yaşlı qız oğurlanıb .....                     Bakıda 38 yaşlı kişi küçədə bıçaqlandı .....                     Abdullah Gül PKK yandaşlarını müdafiə etdi .....                     Qara Dəniz Ticarət və İnkişaf Bankı gələcəkdə manat istiqrazları buraxa bilər .....                     Daha bir rayona yeni polis rəisi təyin edilib .....                     SOCAR-la “Petrofac”-ın birgə müəssisəsi “Abşeron” yatağında texniki xidmət göstərəcək .....                     "Lotu Quli" etiraz edir .....                     Əsədin əsgərləri Türkiyə orudusunu atəşə tutdu .....                     Azərbaycanda vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək .....                     Gələn ilki parlamentə buraxılmayacaq deputatların siyahısı yayıldı .....                     YPX əməkdaşı kobud qayda pozuntusuna yol verib, Dövlət Yol Polisi susur .....                     "Sirab"a şər atdılar... .....                     Bakı metrosunda qatarların hərəkətində gecikmənin səbəbləri məlum olub .....                     "Yazıçılar Birliyinin növbəti qurultayında da katib olmaq istəyirəm" .....                     Vergilər Nazirliyi və Prokurorluq "Lerik Relax"da yoxlamalara başlayıb .....                     Keçmiş müsavatçı Arif Hacılını HƏDƏF ALDI: .....                     “Ermənistan fürsəti əldən verərək sülhü uduzub” .....                     Məhkəmə Atambayevin saxlanılması ilə bağlı şikayətə baxılmasını təxirə salıb .....                     Türkiyə hərbi texnikası Sarakib şəhərinə girdi .....                 

Dərdlərini deməyə belə qorxurlar... - ŞOK İDDİA
Tarix: 10-06-2019, 09:20 | Çap et
Dərdlərini deməyə belə qorxurlar...
Babək rayonunun Cəhri kəndində içməli suya mikrob bulaşıb. Yoluxma nəticəsində artıq bir neçə nəfər dünyasını dəyişib.
“Hürriyyət” qəzetinə məlumat verən mənbənin bildirdiyinə görə, mənşəyi bilinməyən mikroba əsasən uşaqlar yoluxublar.
Mikroba yoluxan bəzi uşaqlar müalicə almaq üçün Bakıya göndərilib. Həmin uşaqlardan birini xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən uşağın qardaşının vəziyyəti də xeyli ağırdır.
Əldə etdiyimiz bu məlumatı araşdırmaq üçün bir çox klinikalarla əlaqə saxladıq. Araşdırmamız nəticəsində həqiqətən də Cəhri sakini olan bir uşağın zəhərlənmədən öldüyünü müəyyənləşdirə bildik. Uşağın kimliyi də tərəfimizdən dəqiqləşdirildi. Leyla Əkbərova adlı qızcığazın Mərkəzi Neftçilər Xəstəxanasının labaratoriyasında qan analizi verdiyi ortaya çıxdı. Bununla bağlı əldə etdiyimiz sənədi yayımlayırıq.

Təəssüf edirik ki, uşaqları zəhərlənən ailənin başçısının hadisə ilə bağlı fikirlərini öyrənmək cəhdimiz heç bir nəticə vermədi. Bir övladını itirən, digər övladı isə həyati təhlükə ilə üz-üzə qalan ailə başçısı Naxçıvandakı rejimin qorxusundan susmağı məsləhət bildi.
Adlarının açıqlanmasını istəməyən Cəhri sakinlərinin əməkdaşımızla söhbətlərində bildirdiklərinə görə, kəndlərindəki su problemi yeni deyil: “Uzun illərdir ki, kəndimiz içməli su problemi ilə üz-üzədir. Kəndimizə su Məşədi Abbas çeşməsi adlanan bulaqdan gəlir. Çar Rusiyası dövründə kəndin xeyriyyəçi zəngini Məşədi Abbas tərəfindən çəkilən bu kəhriz hazırda digər kəndlərin kanalizasiya suları ilə çirklənir. Dəfələrlə Naxçıvan MR rəhbərliyinə edilən şikayətə isə cavab verən tapılmır”.
Sakinlərin iddiasına görə, Məşədi Abbas çeşməsindən axıb gələn suyun doldurulduğu hovuzlarda anti-sanitariya halları baş alıb gedir: “Məşədi Abbas çeşməsinin qidalandığı Cəhri çayının digər kəndlərin çirkab suları ilə kirlənməsi azmış kimi, həmin suların toplandığı hovuzların ətrafı sahibsiz itlərlə doludur. Bəzən sakinlər bu hovuzların içərisindəki it, pişik və digər heyvanların ölmüş cəsətlərini çıxarırlar. Əlaqədar qurumlar isə problemlə maraqlanmaq istəmirlər.
Qeyd edək ki, Cəhri kənd sakinlərini narahat edən bu problem MR rəhbərliyinə də əyandır. 2017-ci ildə eyni məsələ ilə bağlı apardığımız araşdırma zamanı rəsmi şəxslərdən biri faktı etiraf edərək demişdi: “Babək rayonunun Payız və Cəhri kəndlərindən keçən Cəhri çayına hər iki kəndin çirkab suları axıdılır. Məşədi Abbas və Çimən kəhrizləri isə həmin çayaltı yatağa vurulmuş kəhrizlər olduğuna görə, onlarda çirklənmələr gedir”.
Suların təmizliyinə cavabdeh olan AMEA Naxçıvan bölməsinin Təbii Ehtiyatlar Hidrogeologiya və mineral sular labaratoriyası isə öz vəzifə borcunu yerinə yetirmək əvəzinə, faktı müxtəlif bəhanələrlə ört-basdır etməyə çalışır. İki il əvvəl gündəmə gətirdiyimiz problemlə əlaqədar yaydığı rəsmi açıqlamada Muxtar Respublikanın içməli su qaynaqlarından vaxtaşırı analizlərin alındığını bildirən labaratoriya Məşədi Abbas çeşməsinin nəinki çirklənmədiyini, əksinə müalicəvi süfrə suyuna malik olduğunu bəyan etmişdi. Kənd sakinləri isə istifadə etdikləri musluqlardan hər hansı nümunə alındığını görmədiklərini deyir və əlaqədar qurumlara ən elementar vəzifə borclarını xatırladırlar:
“Məşədi Abbas bulağının gözündən yox, evlərə paylanan hissəsindən su nümunələri götürmək lazımdır”.

Xatırladaq ki, Cəhri Naxçıvan Muxtar Respublikasının ən böyük kəndlərindəndir. 15 mindən artıq insanın məskunlaşdığı bu kəndin sakinləri arasından mövcud hakimiyyətin ən yüksək pillələrində yer alan iri məmurlar var. Muxtar Respublikadan Azərbaycan Respublikası Milli Məclisinə seçilən 7 deputatdan 2-si Cəhridəndir: Siyavuş Novruzov və Eldar İbrahimov. Ən acınacaqlısı isə budur ki, həmin deputatlar öz həmkarları Qüdrət Həsənquliyevin Naxçıvan kəndləri ilə bağlı qaldırdığı məsələni süngüylə qarşılamış və Muxtar Respublikada hər şeyin güllük-gülüstanlıq olduğunu bildirmişdilər. Onların doğma kəndlərində isə öldürücü bakteriyaların bulaşdığı sular öz ənənəvi təyinatından uzaqlaşaraq, Cəhri sakinləri üçün əsl ölüm mənbəyinə çevrilib.
Əldə etdiyimiz digər bir məlumat isə xeyli ciddi suallara yol açır. Bildirildiyinə görə, əslən bu kənddən olan Qurban Məmmədov Cəhridə yeni artezan quyusu qazdırmaq təşəbbüsü ilə çıxış edib. Prinsipcə, həmin artezan quyusu üçün o qədər də böyük vəsait tələb olunmurmuş – 20 min manat. Kənd zəngin sakinləri bu təşəbbüsə qoşulmadıqlarından Q. Məmmədovun özü tələb edilən vəsaiti şəxsən boyununa götürüb və bu məqsədlə Muxtar Respublikanın Ali Məclisinin sədrinin müavinlərindən Mirhəşim Seyidovla görüşüb. Naxçıvanın ali rəhbərliyini bu xeyirxah təşəbbüsə razı salmaq üçün öz vəsaitilə ərsəyə gətirəcəyi kəhrizə hətta Vasif Talıbovun adını vermək istədiyini bildirib. Aldığı cavaba isə xeyli təəccüblənib: Sədr icazə vermədi. Beləcə, ya cənab sədrin özü, ya da onun komandası Vasif Talıbov adının Cəhri camaatının yaddaşında Məşədi Abbasla birgə əbədiləşməsini istəməyib.
Nəticədə Cəhri kəndi bu günkü ağır vəziyyətlə üz-üzə qalıb. Aldığımız son məlumata görə, Cəhridən daha bir neçə ailənin uşaqları müalicə üçün Bakıya göndərilib. Bakı ilə yanaşı, Türkiyə və İran xəstəxanalarına üz tutanlar da var.
Cəhrinin su problemlərinin yay aylarına təsadüf etməsi də ciddi problemlərə səbəb olub. Bir tərəfdən Naxçıvanın ilan mələdən istisi, digər tərəfdən isə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi daha artıq su sərfiyyatı tələbatı yaradır. Ən önəmlisi isə, xüsusilə bu aylarda dünyanın müxtəlif yerlərinə səpələnmiş cəhrililər yay tətili üçün öz doğma yurd-yuvalarına qayıdırlar. Kənddə öldürücü su probleminin ortaya çıxması yurd-yuvasına təşrif buyuran cəhrililərin dərhal oranı tərk etmələrinə səbəb olur.
\\“Hürriyyət”\\




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FIFA "Ferents Puşkaş" mükafatına namizəd qolları açıqlayıb
Dünən, 18:07
Xalq artistləri izləyicisini təhqir etdi
Dünən, 17:57
Nədən gürcülər "neytral zona"ya hökmranlıq edirlər... - Haqlı irad...
Dünən, 17:53
Venesuelanın vitse-prezidenti Moskvaya səfər edəcək
Dünən, 17:41
İqbal Məmmədov “Relax”da baş verənlərlə bağlı açıqlama yayıb - "Mərkəzin əməkdaşlarının hərəkətlərini qəti şəkildə pisləyirəm"
Dünən, 17:34
«142 nömrəsi, 20 obyekti var – cəmi 972 manat vergi ödəyib» - VERGİDƏN AÇIQLAMA
Dünən, 17:32
Azərbaycan və Gürcüstan sərhədində razılaşdırılmamış ərazilərə birgə baxış keçiriləcək - XİN
Dünən, 17:26
“Qara qutu” tapılsa da, pilotdan xəbər yoxdur” – Qabil Hüseynli
Dünən, 17:10
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:03
Ermənistan polisi qadın aksiya iştirakçılarına qarşı güc tətbiq edib
Dünən, 16:57
İqbal Məmmədovun yalanı RƏSMƏN İFŞA OLUNDU - Deputatın oğluna 2 maddə ilə cinayət işi açılıb
Dünən, 16:55
Dollar qəfil sıçradı, rubl üzü aşağı getdi - SƏBƏB TRAMPIN SMARTFONUDUR...
Dünən, 16:51
Qaxın iki müxtəlif ərazisində yanğın başlayıb
Dünən, 16:47
Gəlirsiz turizm: hara gedirik? - Məmur hərisliyi, boş qalan otellər
Dünən, 16:45
Azərbaycan və Gürcüstan arasında sərhəd danışıqlarının növbəti mərhələsi başlayıb
Dünən, 16:43
Vilayət Eyvazov DİN Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində olu
Dünən, 16:39
Ağacın arxasında gizlənən YPX əməkdaşları cəzalandırıla bilər - Baş İdarə
Dünən, 16:34
"Maşın" realiti şousu yenidən başlayır
Dünən, 16:29
Qəzaya düşən pilotumuzun dəfni keçirilir? - Açıqlama
Dünən, 16:22
Fransada G7 sammitində təhlükəsizliyi 10 min nəfər təmin edəcək
Dünən, 16:08
“Relax” qalmaqalından sonra deputatın iki zavodu bağlandı - İDDİA
Dünən, 16:02
Deputatın oğlu ilə bağlı məhkəmə HƏBS QƏRARI VERDİ
Dünən, 16:00
“Torqovı”dakı biabırçılığı necə aradan qaldırmalı… - Deputat: “İnanmaram ki, bizim qızlar bir yöndəmsiz ərəblə...”
Dünən, 15:58
Gədəbəydə 22 yaşlı qız oğurlanıb
Dünən, 15:52
Bakıda 38 yaşlı kişi küçədə bıçaqlandı
Dünən, 15:43
Abdullah Gül PKK yandaşlarını müdafiə etdi
Dünən, 15:42
Qara Dəniz Ticarət və İnkişaf Bankı gələcəkdə manat istiqrazları buraxa bilər
Dünən, 15:34
Daha bir rayona yeni polis rəisi təyin edilib
Dünən, 15:22
SOCAR-la “Petrofac”-ın birgə müəssisəsi “Abşeron” yatağında texniki xidmət göstərəcək
Dünən, 15:20
"Lotu Quli" etiraz edir - "NƏ İSTƏYİRSİNİZ YAZIN, AMMA MƏNİ BURA QATMAYIN..."
Dünən, 15:15
Əsədin əsgərləri Türkiyə orudusunu atəşə tutdu
Dünən, 15:13
Azərbaycanda vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
Dünən, 15:10
Gələn ilki parlamentə buraxılmayacaq deputatların siyahısı yayıldı - Kimlər gedir?
Dünən, 15:04
Vüqar Muradov Rəşad Sadıqovu TƏNQİD ETDİ — "Pensiyaya çıxmalıdır..."
Dünən, 14:53
YPX əməkdaşı kobud qayda pozuntusuna yol verib, Dövlət Yol Polisi susur - VİDEO
Dünən, 14:49
"Sirab"a şər atdılar... - Qurum açıqlama yaydı...
Dünən, 14:48
Bakı metrosunda qatarların hərəkətində gecikmənin səbəbləri məlum olub
Dünən, 14:45
"Yazıçılar Birliyinin növbəti qurultayında da katib olmaq istəyirəm" - Fikrət Qoca
Dünən, 14:43
Vergilər Nazirliyi və Prokurorluq "Lerik Relax"da yoxlamalara başlayıb
Dünən, 14:41
Baloğlan Əşrəfov Rövşən Məmmədova müraciət etdi — Efirdən uzaqlaşdırılan ŞƏRHÇİYƏ GÖRƏ
Dünən, 13:10
Keçmiş müsavatçı Arif Hacılını HƏDƏF ALDI: - “Partiyanı uçuruma apardı”
Dünən, 13:07
“Ermənistan fürsəti əldən verərək sülhü uduzub” - Ramiz Mehdiyev
Dünən, 13:05
Məhkəmə Atambayevin saxlanılması ilə bağlı şikayətə baxılmasını təxirə salıb
Dünən, 13:01
Türkiyə hərbi texnikası Sarakib şəhərinə girdi - Əsədin qoşunları ilə döyüşəcək?
Dünən, 12:58
İstilər qayıdır... - Belə deyirlər...
Dünən, 12:55
Sabiq deputata görə Cahangir Hacıyevin məhkəməsi yarımçıq qalıb - Vəkil çıxışa hazır olmayıb
Dünən, 12:54
Müğənni Mətanət falçı ilə görüntülərindən danışdı - "Heç kimə dəxli yoxdur"
Dünən, 12:50
"Relax”ın 4 işçisi xəstəxanaya yerləşdirildi - Biri 77 yaşlı qadındır (ADLAR)
Dünən, 12:47
“Heç bir ölkə öz "BTE"-sinin paltarını sırımağa çalışmır” - QALMAQAL
Dünən, 12:44
Boks üzrə Azərbaycan yığması Nəriman Abdullayevə tapşırılıb
Dünən, 12:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru