Türkiyə yeni təyyarəsinin modelini təqdim etdi .....                     Dövlət ittihamçısı Baş prokurorun keçmiş müavininə 7 il cəza istəyib .....                     "Qanuni oğru"nun qardaşı və digərləri barədə hökmdən şikayət verilib .....                     Azərbaycanda BOKT-un nizamnamə kapitalında mühüm iştirak paylarının əldə edilməsinə məhdudiyyətlər qoyulur .....                     Ağstafada güllə yarası alanlardan birinin ayağı amputasiya olunub .....                     Ağdamda istifadəyə yararsız ət aşkarlanıb .....                     Bayıl sakinlərinin bir qismi köçürülüb: .....                     Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirilib .....                     Vergilər Nazirliyinin “Qara siyahısı”... .....                     Rusiyaya məxsus qırıcılar havada yanacaqla təmin olundu .....                     Azərbaycanın tanınmış mühəndisi vəfat edib .....                     Amerika qoşunları Polşada altı mövqedə yerləşdiriləcək .....                     Ağstafada baş verən kütləvi qətlin təfərrüatları məlum olub .....                     Ceyhun Bayramov bunları bilsə yaxşıdır... .....                     Avtomobil ehtiyat hissələri bazarında kritik durum: .....                     Avropa İttifaqı bəzi ölkələrlə vizasız rejimi dayandıra bilər .....                     “Xalq Cəbhəsi hakimiyyətində olanlar gərək başlarına güllə çaxaydı” .....                     Azərbaycan vətəndaşları Türkiyədə daha çox daşınmaz əmlak alırlar .....                     Tovuzda evdən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb .....                     Gürcüstanın Ombudsmanı ölümlə hədələnib .....                     Lənkəranda 3 uşaq anası çayda boğulub .....                     Afrikalı futbolçu Azərbaycan klubunda qalmaq istəməyib .....                     Model qüsursuz bədənini nümayiş edirib .....                     Sumqayıtda aptekdən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən yerindəcə saxlanılıb .....                     Əfqanıstan məhsullarından ibarət ilk partiya yeni marşrutla Türkmənistan ərazisindən Azərbaycana gəlib .....                     Marneulidə qumarxanada dava düşüb .....                     Ağstafada dəşət saçan keçmiş məhkum POLİSƏ TƏSLİM OLUB .....                     Xırdalanda çay evinin qarşısında silahlı atışma .....                     Gürcüstanda orta aylıq əməkhaqqı açıqlanıb .....                     Sumqayıtda təhsil sistemi biabırçı durumda... .....                     Ağstafada keçmiş məhkum DƏHŞƏT SAÇDI .....                     Sabah hava .....                     Azərbaycan nefti həftə ərzində сuzi bahalaşıb .....                     "Dedilər ki, evdə yaşamaq olmaz…" .....                     Mingəçevirdə 6 yaşlı uşaq hovuzda boğulub .....                     Türkiyədə mindən artıq polisin iştirakı ilə əməliyyat keçirilir .....                     Qusarda sürüşmədən ziyan çəkənlər üçün tikilmiş evlər niyə boşdur? .....                     Azərbaycan nefti bahalaşıb .....                     Neft hasilatı ilə bağlı yeni razılıq əldə oluna bilər .....                     Azercell-dən möhtəşəm rəqəmsal şou .....                 

Təhsil Nazirliyinin unutduğu keçmiş, yoxsa məhv etdiyi gələcək? - Təhsil naziri cənab C.Bayramovun diqqətinə...
Tarix: 4-06-2019, 09:22 | Çap et
Təhsil Nazirliyinin unutduğu keçmiş, yoxsa məhv etdiyi gələcək?
Rubrika.az saytına Yasamal rayonunda​ yerləşən 20 nömrəli məktəb-liseydə baş verənlər haqqında ilginc məlumatlar daxil olub. Verilən xəbərlərə görə, məktəbdə korrupsiya və rüşvət ayaq açıb yeriyir. Məktəbdə baş verənlərə nəzər salsaq elə qənaətə gəlmək olar ki, ya Təhsil nazirliyinin burada baş verənlərdən xəbəri yoxdur, və yaxud nazirlikdən kənar hansısa gizli qüvvələr direktoru əməlli-başlı himayə edir. Əks təqdirdə bir təhsil ocağında bu qədər özbaşınalıqların olması mümkünsüzdür.​

Saytımıza verilən məlumatlara görə, məktəbin direktoru Səadət Veyisova despotik idarəetmə üsulu ilə ölkə qanunlarına məhəl qoymur. Məktəbdə baş verən qanunsuzluqlarla bağlı bu yolla hər ay büdcədən xeyli vəsaitin mənimsənildiyi bildirilir.​
Rubrika.az saytına verilən məlumata görə, 20 saylı məktəbin yuxarı siniflərində davamiyyət çox bərbad vəziyyətdədir. 10-11-ci siniflərdə təhsil formal xarakter daşıyır. Hər sinifdə 25-30 nəfərin adının getməsinə baxmayaraq, dərslərdə barmaqla sayılası şagird iştirak edir. Yerdə qalanlar isə repititor yanına, yaxud müxtəlif pullu kurslara gedirlər. Pul demişkən adları jurnalda olub özləri dərsə gəlməyən şagirdlərin hər biri direktorun büdcəsinə gələn əlavə vəsaitdir. Bu isə bir dərs ili üçün ən azından 2500-3000 manat pul deməkdir. X-XI siniflərdə yüzlərlə belə şagirdin olduğunu nəzərə alsaq məbləği kalkulyatorsuz hesablamaq mümkün olmaz.​
Bütün bunlardan əlavə məktəbdə hər ay kütləvi surətdə müxtəlif adlar altında pul yığılır. Müəllimlərin dediyinə görə indiyə qədər bütöv maaş aldıqları yadlarına gəlmir. Ümumiyyətlə aylıq sistemi 20 saylı məktəbin yazılmamış qanunu hesab edilir.​
Rubrika.az saytına verilən məlumata görə, direktorun ambisiyaları o qədər artıb ki, artıq Bakı şəhər Təhsil İdarəsinin tələblərinə belə məhəl qoymur. Belə ki, 18 saylı məktəbdə BBTİ-nin direktorların iştirakı ilə keçirdiyi iclasa özü getməyi məqsədəuyğun hesab etməyən Səadət Veyisova müavinini göndərib. Bu hörmətsizliyə əsəbləşən Rəşad Tağıyev​ müavinə “təcili direktorunu da çağır” deyərək iradını bildirib. Əgər nəzərə alsaq ki, bu yığıncaq BBTİ-nin yeni rəisi Rəşad Tağıyevin ilk iclaslarından sayılır, sonrasında nələr baş verəcəyinin təsəvvür etmək çətindir. Bu isə S.Veyisovanın bir daha "hegemon direktor" olmaq reallığını göstərir.​



Rəhbərlik etdiyi məktəbin “qapı-bacasını” valideynlərin pulu ilə saxlayan bir direktora qapının yolunu göstərməyin vaxtı çatmayıbmı?

Azərbaycan müəllimlərinin XV qurultayı təhsil sektorunda son illərdə baş verən dəyişiklikləri, yenilikləri özündə əks etdirdi. Həmçinin qurultay ölkə müəllimlərinin qarşısında yeni vəzifələr də qoydu. İndi hamı başa düşür ki, müasir dünyanın hər gün dəyişən tələbləri ilə ayaqlaşmaq üçün ilk növbədə bu tələblərə cavab verən təhsil sistemi formalaşdırılmalıdır. Amma, Rubrika.az saytına daxil olan məlumatları saf-çürük etdikdə görürük ki, nəinki işini müasir tələblər səviyyəsində qurmayan, hətta hələ də “fond pulu” , “süpürgə pulu” havasında yaşayanlardan bəziləri vəzifə başındadır.

​ Belə ki, bu günlərdə 20 saylı məktəb-liseydə Valideyn-Müəllim Assosiasiyası üçün hər bir şagirddən aylıq 5 manat pul yığılması ilə bağlı informasiyalar yayılmışdı. Eyni zamanda özünü məktəb direktorunun köməkçisi kimi təqdim edən xanımın səs yazısı da bəzi saytlarda yayımlandı. Hər vasitə ilə məktəbdə pul yığılmasına qanuni don geyindirməyə çalışan xanım “məktəbin mühafizəsinin, xadiməsinin, qapı-bacasının” yığılan bu pullarla saxlanıldığını iddia edir. Təsəvvür edin ki, bu sözləri bir zamanlar Şamaxı rayon Təhsil şöbəsinə rəhbərlik etmiş, təhsil nazirliyində mühüm postda işləmiş, hal-hazırda paytaxtın ən böyük təhsil kompleksinə rəhbərlik edən bir şəxsin “adından” söyləyirlər. Görəsən dövlətin təhsil siyasətinə, görülən böyük işlərə, aparılan islahatlara bundan daha böyük zərbə vurmaq olarmı ?

Qos-qoca dövlətin paytaxtın mərkəzində yerləşən bir məktəbin “qapı-bacasını” valideynlərin pulu ilə saxladığı iddiası ilə bu rüsvayçılığa don geyindirməyə çalışan xanım... Pardon, yuxarıda qeyd etdik ki, özünü məktəb direktorunun köməkçisi kimi təqdim edən bu şəxs... Əslində elə Səadət Veyisovanın şəxsən özüdür. Onunla əlaqə saxlayan jurnalisti bu yolla “yola verən” S. Veyisova məni ki, aldada bilməz. Axı mən onun səsini hələ Şamaxıdan –məktəb müəllimliyindən ta rayon Təhsil şöbəsinin müdiri olduğu zamana kimi yaxşı tanıyıram. Bu səsin sahibinin Şamaxıda etdiklərinin səs-sorağı hələ də oradakıların qulaqlarından çəkilməyib. Görünür paytaxta gəlişindən sonra Səadət xanım həm də özünün köməkçisi olmaq kimi daha bir fitri istedadını kəşf edib.

Xatırladaq ki, Rubrika.az saytına daxil olan məlumatlarda bildirilir ki, 20 saylı məktəbin direktoru Səadət Veysova valideynlərlə iclas keçirərək Valideyn-Müəllim Assosiasiyası yaradıb və assosiasiyaya da valideynlər arasından prezident və xəzinədar seçilib. Məktəbdə təhsil alan hər şagirddən həmin təşkilat üçün ayda 5 manat pul yığılır və bu pulların guya kağız, marker və digər dəftərxana ləvazimatları üçün xərcləndiyi bildirilir.

Qeyd edək ki, məktəbdə 3000-ə yaxın şagird təhsil alır. Bu isə ayda 15000 manata yaxın vəsait yığılması deməkdir. Sinif rəhbərləri pul verməyən şagirdləri hər gün sıxışdırır, bu da valideynlərin haqlı narazılığına səbəb olur. Məhz bu məsələyə münasibət öyrənməyə çalışan jurnalisti Səadət xanımın “köməkçisi” Səadət xanım beləcə cavablandırmış, məktəbin “qapı-bacasının” saxlanmasının yeni modelini açıqlamışdı.

Rubrika.az saytına verilən məlumata görə, Səadət Veyisova məktəbə rəhbərlik etdiyi qısa müddət ərzində artıq iki dəfə töhmətlə “mükafatlandırılıb”. Görünür onun “qapı-baca əməliyyatı” barəsində lazımi yerlər ilkin informasiyaya malik olublar.

Qeyd etdiyimiz kimi Səadət Veyisova Şamaxıda məktəb müəllimliyindən rayon təhsil şöbəsinin müdiri, daha sonra isə Təhsil Nazirliyinin əməkdaşı kimi məsul vəzifələrə yüksəlib. Amma, yuxarıda qeyd etdiyimiz kimi bütün karyera yüksəlişləri dönəmində özündən sonra “silinməz izlər” buraxaraq irəliləyib. Onun Şamaxı təhsil şöbəsinə rəhbərlik etdiyi vaxtları bu gün rayonda ürək ağrısı ilə xatırlayırlar. Onun rəhbərliyi Şamaxı təhsilinə “səadətli günlər” yaşatmasa da vurduğu zərbələrin yaraları hələ də sağalmır. Bu gün də eyni ampuladan çıxış edən S. Veyisova sadəcə dediyi iki kəlmə sözlə Azərbaycanın bütün təhsil sistemini, dövlətin təhsil strategiyasını yerlə bir etməyi bacarıb. Sanmayın ki, rəhbərlik etdiyi məktəbdə baş verənləri gizlətmək üçün “ən modern yollara” əl atan S. Veyisovanın “gizlənqaç” oyunu bununla bitir. O vəzifə pillələrində yüksəlmək üçün ən vacib məlumatları belə ona etimad göstərənlərdən gizlətməyə müvəffəq olub.

Övladının quldurluq maddəsi ilə həbs olunmasını tərcümeyi-halında gizlədən direktor

Hamıya məlumdur ki, övladının səhvi ucbatından son illərdə Azərbaycanda ən yüksək vəzifəli şəxslər belə cəzalandırılıb, kreslosu ilə vidalaşmalı olub. Övladının nümunəvi davranışı ilk növbədə təhsil işçiləri üçün vacibdir. Ələlxüsus bu vəzifədə olanlar üçün zəruridir. Amma, nədənsə S. Veyisova öz dosyesindən oğlu Tamerlanın Rusiya Federasiyasında quldurluq maddəsi ilə həbsdə olması faktını məharətlə gizlədə bilib. Öz doğma övladını layiqincə tərbiyə edə bilməyən birinə minlərlə şagirdin taleyi necə etibar edilir görəsən? Yəqin ki, hörmətli Təhsil naziri Ceyhun Bayramov, nazirin müavini Məhəbbət xanım Vəliyeva artıq bu fakta biganə qalmayacaqlar. Çünki, ölkənin təhsil sektorunu “qapı-pəncərə sexinə” döndərən S. Veyisova öz keçmişini, oğlunun qaranlıq dosyesini ona etimad göstərənlərdən gizlədib. Yəqin ki, bu gizlinin üzərinə gün işığı doğandan sonra Təhsil nazirliyi lazımi tədbirləri görəcəkdir. Rəhbərlik etdiyi məktəbin “qapı-bacasını” valideynlərin pulu ilə saxlayan bir direktora qapının yolunu göstərməyin vaxtı çatmayıbmı?

Yuxarıda qeyd edilən məlumatları nəzərə alaraq aşağıdakı sualları cavablandırmanızı xahiş edirik:​
1. Məktəbin yuxarı siniflərində davamiyyətin aşağı olması, şagirdlərin pul qarşılığında müxtəlif kurslarda təhsil almasına şərait yaradılmasına münasibət bildirmənizi xahiş edirik​
2. Məktəbdə hər ay müxtəlif adlar altında müəllim və şagirdlərdən pul toplanılması barəsində məlumatlar verilir. Bu barədə məktəbin direktoru kimi münasibət açıqlanmasını xahiş edirik.​
3. 20 saylı məktəbdə “ölü ştatların” olması barəsində informasiya verilir. Hər ay belə “işçilər”in hesabına büdcədən mənimsənilən böyük məbləğdə vəsaitlərin taleyi barədə məlumat vermənizi xahiş edirik.​
4. Təhsil Nazirliyinin məktəblərdə şəffaflığın təmin edilməsi üçün silsilə tədbirlərin keçirdiyi bir zamanda 20 saylı məktəbdə baş verən korrupsiya və rüşvət hallarını necə izah edərdiniz?​
5. Direktor S.Veyisovanın öz tərcümeyi-halını gizlədərək övladının Rusiya Federasiyasında quldurluq maddəsi ilə bağlı həbsdə olub-olmaması ilə bağlı məlumat verməyinizi xahiş edirik.​
6. Direktor S.Veyisovanın 20 nömrəli məktəb-liseydə işlədiyi müddətdə bir neçə dəfə töhmət alması ilə bağlı münasibət bildirməyinizi xahiş edirik.​

Rubrika.Az saytının Baş redaktoru: Nicat Mahmudov​





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə yeni təyyarəsinin modelini təqdim etdi
Dünən, 17:02
Dövlət ittihamçısı Baş prokurorun keçmiş müavininə 7 il cəza istəyib
Dünən, 16:58
İşdən çıxarıldığı deyilən jurnalist hər şeyə aydınlıq gətirdi — Öz yerimdəyəm
Dünən, 16:55
"Qanuni oğru"nun qardaşı və digərləri barədə hökmdən şikayət verilib
Dünən, 16:43
İlqar Xəyal illər sonra boşandı
Dünən, 16:41
Azərbaycanda BOKT-un nizamnamə kapitalında mühüm iştirak paylarının əldə edilməsinə məhdudiyyətlər qoyulur
Dünən, 16:35
Ağstafada güllə yarası alanlardan birinin ayağı amputasiya olunub - VİDEO
Dünən, 16:32
Ağdamda istifadəyə yararsız ət aşkarlanıb
Dünən, 16:30
Bayıl sakinlərinin bir qismi köçürülüb: - amma narazılıqlar da var...
Dünən, 14:11
Azərbaycanda 14 yaşda evləndirilən gəlin evdən qaçdı
Dünən, 14:06
Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirilib
Dünən, 13:59
Vergilər Nazirliyinin “Qara siyahısı”...
Dünən, 13:55
Rusiyaya məxsus qırıcılar havada yanacaqla təmin olundu
Dünən, 13:47
Azərbaycanın tanınmış mühəndisi vəfat edib
Dünən, 13:45
Amerika qoşunları Polşada altı mövqedə yerləşdiriləcək
Dünən, 13:44
Ağstafada baş verən kütləvi qətlin təfərrüatları məlum olub - ŞOK DETALLAR
Dünən, 13:43
Ağlı olmasa da, pullu kişini seçərəm - “Miss Azərbaycan-2019”
Dünən, 13:33
“Dəli Kür”ün Mələyi 80 yaşını əməkdar artist kimi qeyd etmək istəmir
Dünən, 13:27
Ceyhun Bayramov bunları bilsə yaxşıdır... - Ağdam təhsilinin ağlamalı halı...
Dünən, 13:24
Avtomobil ehtiyat hissələri bazarında kritik durum: - Bazar rəhbərliyinə qarşı narazılıq artır
Dünən, 13:21
Avropa İttifaqı bəzi ölkələrlə vizasız rejimi dayandıra bilər
Dünən, 13:18
“Xalq Cəbhəsi hakimiyyətində olanlar gərək başlarına güllə çaxaydı” - deputat
Dünən, 13:16
Azərbaycan vətəndaşları Türkiyədə daha çox daşınmaz əmlak alırlar
Dünən, 13:13
Tovuzda evdən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Dünən, 13:11
Gürcüstanın Ombudsmanı ölümlə hədələnib
Dünən, 13:08
Lənkəranda 3 uşaq anası çayda boğulub
Dünən, 12:59
Afrikalı futbolçu Azərbaycan klubunda qalmaq istəməyib
Dünən, 12:44
Model qüsursuz bədənini nümayiş edirib
Dünən, 12:42
Azərbaycanın tanınmış müğənnisindən klipində BOZQURD SALAMI - VİDEO
Dünən, 12:36
Sumqayıtda aptekdən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən yerindəcə saxlanılıb - FOTO, VİDEO
Dünən, 12:30
İlkinlə bağlı ATV prezidentindən AÇIQLAMA
Dünən, 12:25
Əfqanıstan məhsullarından ibarət ilk partiya yeni marşrutla Türkmənistan ərazisindən Azərbaycana gəlib
Dünən, 12:20
Asiya Sakit okean Yayım Birliyi bəzi tədbirlərini Azərbaycanda keçirə bilər
Dünən, 12:18
"Elçin eks həyat yoldaşı Turanəyə nifrət edir" - QALMAQAL
Dünən, 12:14
Marneulidə qumarxanada dava düşüb
Dünən, 12:07
Ağstafada dəşət saçan keçmiş məhkum POLİSƏ TƏSLİM OLUB - Bakıdan DİN və prokurorluq işçiləri göndərildi
Dünən, 12:05
“Yazın nazirəm,dərhal sizə yazacaq ” – FOTOFAKT
Dünən, 11:53
Xırdalanda çay evinin qarşısında silahlı atışma - MƏHKƏMƏ
Dünən, 11:50
Gürcüstanda orta aylıq əməkhaqqı açıqlanıb - Geri qalırıq...
Dünən, 11:48
Sumqayıtda təhsil sistemi biabırçı durumda... - İDDİA
Dünən, 11:43
Ağstafada keçmiş məhkum DƏHŞƏT SAÇDI - 8 nəfəri güllələyib, onlardan 4-ü ölüb - YENİLƏNİB
Dünən, 11:39
Sabah hava BELƏ OLACAQ
Dünən, 11:38
Tanınmış aparıcıya ağır itki
Dünən, 11:35
Azərbaycan nefti həftə ərzində сuzi bahalaşıb
Dünən, 11:30
"Dedilər ki, evdə yaşamaq olmaz…" - GİLEY
Dünən, 11:28
Mingəçevirdə 6 yaşlı uşaq hovuzda boğulub
Dünən, 11:24
Türkiyədə mindən artıq polisin iştirakı ilə əməliyyat keçirilir
Dünən, 11:20
Qusarda sürüşmədən ziyan çəkənlər üçün tikilmiş evlər niyə boşdur?
Dünən, 11:17
Azərbaycan nefti bahalaşıb
Dünən, 11:03
Neft hasilatı ilə bağlı yeni razılıq əldə oluna bilər
Dünən, 10:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru