"Holcim"in maliyyə direktoru Dilbər Sultanovanın qanunsuz əməlləri .....                     "Sülhməramlıların mandatı məsələsi həll olunur” .....                     "Erməni rəsmilər gərginlik yaradan bəyanatlar verməməlidir" .....                     “Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur” .....                     “Dağlıq Qarabağın statusu məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb” .....                     Gürcüstanda növbəti erməni yalanının ifşası: .....                     Bakıda lüks avtomobillə törədilən qəza: iş adamının oğlunun izi, itən kamera görüntüləri, 60 minlik zərər .....                     Vaksin xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yoldur .....                     Rusiyanın Qarabağa girməsi NONSENSDİR .....                     SOCAR neft-qaz hasilatını azaldıb .....                     Əli Həsənov Azərbaycana gətirildi .....                     Ukrayna 5 ölkə ilə Krımın qaytarılmasını müzakirə edəcək .....                     Paşinyanı istefaya çağıranlara qarşı polis zorakılığı .....                     Qarabağa avtobus marşrutlarının təşkilinə dair pasportlar hazırlanıb .....                     Füzulinin Merdinli kəndindən görüntülər .....                     Məktəblər bu tarixdə açılır? .....                     "3 azyaşlı uşaqla pensiya ilə dolanıram...” .....                     "Milli maraqlarımıza xəyanət “milli şura” adı altında həyata keçirilir" .....                     Bərdədə bacısını və polis əməkdaşını öldürmək istəyən şəxsə hökm oxundu .....                     İntihara əl atan qadın: "Gözümü yumdum, övladımın səsi gəlirdi..." .....                     Ruslar Xocavənddə robotlardan istifadə edir .....                     Şəhid ailələri və qazilər üçün ictimai nəqliyyat PULSUZ OLACAQ? .....                     Xalq artisti Səyavuş Aslanın oğlu küçədə yaşayır .....                     77 yaşlı Aftandil Hacıyev sədr təyin edildi .....                     Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib .....                     Dünyanın ən güclü ordularının .....                     Həmin qüvvələr sülhməramlı deyil, erməniməramlıdır .....                     Ermənistan parlamenti Qarabağa dair üçtərəfli bəyanatın ölkə qanunlarına uyğunluğu məsələsini gündəliyə salmayıb .....                     Ermənilər 44 günlük müharibənin ŞOKUNDAN çıxış yolu axtarır .....                     "Qızım şou-biznesdən uzaq yerdə çalışır" .....                     Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edildi .....                     Peyvənd olunan Oqtay Şirəliyevdən .....                     "Heç kim qarantiya verə bilməz ki, ermənilər ərazimizdəki bütün minaları sənədləşdirib" .....                     Vətən müharibəsi qəhrəmanlarına təqaüdlərin ödənilməsinə başlanılıb .....                     Qarabağda daha üç erməni hərbçinin cəsədi tapıldı .....                     "Məcburi köçkünlərə tikilmiş mənzillərin ƏƏSMN-in balansına verilməsi prosesi yekunlaşmaqdadır" .....                     Goranboyda sakinlər NARAZILIQ EDİR .....                     Ağdamın Xıdırlı kəndi .....                     "Qadın antikvar əşya deyil ki, kimsə onu saxlasın" .....                     Naftalan şəhər İcra Hakimiyyətində dəyişiklik .....                 

Tağı Əhmədov Eldar Mahmudovdan 3 milyonunu istəyir - "Akif Çovdarov heç bir pul almadığını deyir"
Tarix: 3-05-2019, 08:59 | Çap et
Tağı Əhmədov Eldar Mahmudovdan 3 milyonunu istəyir
Mayın 1-də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

V.Mahmudovun vəkili vəsatətlə çıxış edərək müvəkkili barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası mayın 15-nə təyin edilib.

Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Bu iş üzrə zərərçəkmişlərdən biri də “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovdur.

2015-ci ildə “MTN işi” başladılandan sonra bir çox sahibkarlar, iş adamları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə axışdılar. Məlum oldu ki, Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyinə 11 illik rəhbərliyi dövründə dövlətin gücündən istifadə etməklə hətta bəzi məmurlardan da xərac toplanılıb. “Mahmudovçu”ların cənginə düşən vəzifə sahiblərindən biri də o dövrdə “Bakı Metropoliteni” QSC-nin rəisi olan, hazırda YAP-ın Yasamal təşkilatının sədri vəzifəsini tutan Tağı Əhmədov olub.

Tağı Əhmədov bu məsələ ortaya çıxandan sonra əvvəlcə təkzib etməyə çalışdı, sonradan isə ondan 3 milyon manat alındığını dedi. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə verdiyi ifadəsində Tağı Əhmədov bildirib ki, Bakı Metropoliteninin rəisi vəzifəsindən azad olunduqdan sonra, 2014-cü ilin yaz aylarında əvvəldən tanıdığı Rəsul adlı MTN əməkdaşı ona zəng vurub. “Hüseyn Cavid bağına çağırdı. Görüşdük. Rəsul Akif Çovdarovun məndən nazirliyə çoxsaylı şikayət ərizələrinin daxil olduğunu dedi. Bu şikayətlərin qarşısını almaq, mənim xeyrimə həll etmək üçün müəyyən məbləğdə pul istədiyini bildirdi. Ancaq konkret məbləğ söyləmədi. Rəsula heç kimə hər hansı məbləğdə pul verməyəcəyimi dedim”.

Tağı Əhmədov ifadəsində Akif Çovdarovun qanunsuz hərəkətləri barədə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova məlumat vermək məqsədilə onun iş telefonuna bir neçə dəfə zəng etdiyini və köməkçisi Vüqar Mahmudovla danışdığını bildirib: “Özümü Vüqar Mahmudova təqdim etdim, nazirlə danışmaq istədiyimi dedim. Vüqar Mahmudov nazirin məşğul olduğunu söylədi. 5-6 dəfə zəng vurduqdan sonra Vüqar bildirdi ki, nazirlə danışmaq istədiyimi Eldar Mahmudova çatdırıb, nazir də bu məsələni Akif Çovdarova tapşırıb, məsələmi onunla həll etməli olduğumu söyləyib. Bundan sonra Akif Çovdarovun məndən istədiyi puldan Eldar Mahmudovun da xəbəri olduğunu yəqin etdim. Bir neçə gün sonra Rəsulla yenə Hüseyn Cavid parkında görüşdüm. Rəsul Akif Çovdarovun həmin vaxt Xətai Rayon Məhkəməsində hakim vəzifəsində işləyən oğlum Rauf Əhmədovu yanına çağırmaq istədiyini bildirdi. Ürək xəstəsi olan oğlumun səhhətindən narahat olduğum üçün Akif Çovdarovun məndən nə qədər pul istədiyini soruşdum. Rəsul Akif Çovdarovun 3-5 milyon manat arasında pul istədiyini dedi. Ona 3 milyon manat verə biləcəyimi söylədim. Rəsuldan ayrıldıqdan sonra evimdə olan 44 illik əmək fəaliyyətim nəticəsində yığdığım həmin məbləğdə pulu düzəltdim. Rəsul pulu aprel ayının əvvəllərində, səhər tezdən 20 saylı orta məktəbin yaxınlığında cip markalı avtomaşında Akif Çovdarovun şəxsən özünə vermək lazım olduğunu dedi. Akif Çovdarovla görüşmək istəmədiyimdən pulu qardaşım oğlu Əli Əhmədov və oğlum Ruslanın çatdıracağını dedim. Akif Çovdarova vermək üçün hazırladığım 3 milyon manatın 1 milyon 200 mini ABŞ dolları, 1 milyon 500 mini avro, 300 min isə manat əsginaslarında idi. Pulların hamısı birgə 3 milyona bərabər idi. Rəsulla danışandan sonra həmin pulları oğlum Ruslana verdim. Pulu Akif Çovdarova şəxsən veriblər. Pulu verəndən sonra Akif Çovdarov və digərləri ilə hər hansı bir əlaqəm, təmasım olmayıb”.

Tağı Əhmədov bildirib ki, 2015-ci ilin oktyabrında Eldar Mahmudov işdən çıxarıldıqdan sonra Rəsula zəng edib və Akif Çovdarovun ondan aldığı pulu qaytarmasını tələb edib: “Rəsul sözlərimi çatdıracağını dedi. Bir müddət sonra cavab verdi ki, Akif Çovdarov heç bir pul almadığını deyir”.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə araşdırılır. Tağı Əhmədov mayın 1-nə təyin edilən hazırlıq iclasına qatılmayıb.

Tağı Əhmədovun ittiham etdiyi Akif Çovdarov hazırda 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. O, özünün məhkəməsində Tağı Əhmədovdan 3 milyon almasını inkar edib. Həbsdəki general Tağı Əhmədovun əmlaklarını da sadalamışdı. Onun metropolitendə mənimsənilən, büdcədən yayındırılan pullarla alınan mal-mülklərinin də müəyyən edildiyini açıqlamışdı.

A.Çovdarov bildirib ki, Tağı Əhmədovun bank hesablarında da külli miqdarda vəsait aşkarlanıb.

Sitat: “Təkcə ”Texnikabank"da 13 milyon dollar pulu olub, digər pulları isə “Bank of Baku” və “Unibank”dakı hesablarında idi. “Texnikabank” müflis olanda öz hesabından 9 milyon çıxarıb offşora yatırmışdı. Ümumilikdə Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi".

A.Çovdarovun açıqladığı çox incə məqamlardan biri də metrostansiyalarda quraşdırılan turniketlərin T.Əhmədovun maraqlarına uyğunlaşdırılması ilə bağlıdır. A.Çovdarovun dediklərindən bəlli olub ki, turniketlərdə quraşdırılan mikrosxemlərə elə bir dəyişiklik edilib ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib və hər qeydə alınmayan jetonun pulu Tağı Əhmədovun cibinə gedirmiş.

T.Əhmədovun məhkəmədə nələr deyəcəyi maraq doğurur.
“Yeni Müsavat”



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Holcim"in maliyyə direktoru Dilbər Sultanovanın qanunsuz əməlləri - ITTIHAM
Bu gün, 14:36
"Sülhməramlıların mandatı məsələsi həll olunur” - Sergey Lavrov
Bu gün, 14:34
"Erməni rəsmilər gərginlik yaradan bəyanatlar verməməlidir" - Rusiyanın XİN başçısı
Bu gün, 14:32
“Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur” - Lavrov
Bu gün, 14:31
“Dağlıq Qarabağın statusu məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb” - Rusiya XİN başçısı
Bu gün, 14:30
Gürcüstanda növbəti erməni yalanının ifşası: - 15 il əvvəl ölən müğənni konsert "verəcək"
Bu gün, 13:11
Bakıda lüks avtomobillə törədilən qəza: iş adamının oğlunun izi, itən kamera görüntüləri, 60 minlik zərər - TƏFƏRRÜAT
Bu gün, 13:09
Vaksin xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yoldur - AÇIQLAMA
Bu gün, 13:03
Rusiyanın Qarabağa girməsi NONSENSDİR - “Real təhlükə qalır"
Bu gün, 13:00
SOCAR neft-qaz hasilatını azaldıb
Bu gün, 12:58
Əli Həsənov Azərbaycana gətirildi - İDDİA
Bu gün, 12:55
Ukrayna 5 ölkə ilə Krımın qaytarılmasını müzakirə edəcək
Bu gün, 12:53
Paşinyanı istefaya çağıranlara qarşı polis zorakılığı - VİDEO
Bu gün, 12:51
Qarabağa avtobus marşrutlarının təşkilinə dair pasportlar hazırlanıb
Bu gün, 12:50
Füzulinin Merdinli kəndindən görüntülər - VİDEO
Bu gün, 12:49
Məktəblər bu tarixdə açılır? - AÇIQLAMA
Bu gün, 12:48
"3 azyaşlı uşaqla pensiya ilə dolanıram...” - GİLEY
Bu gün, 12:44
"Milli maraqlarımıza xəyanət “milli şura” adı altında həyata keçirilir" - Əli Əhmədov
Bu gün, 12:41
Bərdədə bacısını və polis əməkdaşını öldürmək istəyən şəxsə hökm oxundu
Bu gün, 12:34
İntihara əl atan qadın: "Gözümü yumdum, övladımın səsi gəlirdi..." - Şok ifadə
Bu gün, 12:28
Ruslar Xocavənddə robotlardan istifadə edir
Bu gün, 12:27
Şəhid ailələri və qazilər üçün ictimai nəqliyyat PULSUZ OLACAQ? - AÇIQLAMA
Bu gün, 12:18
Xalq artisti Səyavuş Aslanın oğlu küçədə yaşayır - VİDEO
Bu gün, 12:15
77 yaşlı Aftandil Hacıyev sədr təyin edildi
Bu gün, 12:13
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib
Bu gün, 12:06
Dünyanın ən güclü ordularının YENİ SİYAHISI açıqlandı
Bu gün, 12:05
Həmin qüvvələr sülhməramlı deyil, erməniməramlıdır - Partiya sədri
Bu gün, 12:00
Ermənistan parlamenti Qarabağa dair üçtərəfli bəyanatın ölkə qanunlarına uyğunluğu məsələsini gündəliyə salmayıb
Bu gün, 11:59
Ermənilər 44 günlük müharibənin ŞOKUNDAN çıxış yolu axtarır - GƏLİŞMƏ
Bu gün, 11:50
"Qızım şou-biznesdən uzaq yerdə çalışır"
Bu gün, 11:46
Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edildi - Diqqət!
Bu gün, 11:44
Peyvənd olunan Oqtay Şirəliyevdən AÇIQLAMA
Bu gün, 11:37
"Heç kim qarantiya verə bilməz ki, ermənilər ərazimizdəki bütün minaları sənədləşdirib" - Ehtiyatda olan polkovnik
Bu gün, 11:34
Vətən müharibəsi qəhrəmanlarına təqaüdlərin ödənilməsinə başlanılıb
Bu gün, 11:30
Qarabağda daha üç erməni hərbçinin cəsədi tapıldı
Bu gün, 11:28
"Məcburi köçkünlərə tikilmiş mənzillərin ƏƏSMN-in balansına verilməsi prosesi yekunlaşmaqdadır"
Bu gün, 11:27
Goranboyda sakinlər NARAZILIQ EDİR - GİLEY
Bu gün, 11:24
Ağdamın Xıdırlı kəndi - VİDEO
Bu gün, 11:20
"Qadın antikvar əşya deyil ki, kimsə onu saxlasın"
Bu gün, 11:19
Naftalan şəhər İcra Hakimiyyətində dəyişiklik - başçısının müavini işdən çıxarılıb
Bu gün, 11:16
“Azərlotereya” ASC niyə Türkiyə şirkətinə idarəetməyə verildi? - İLGİNC İDDİA
Bu gün, 11:15
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 998-ə çatıb
Bu gün, 11:10
Zaur Əliyev və Ramin Bayramlıya COVİD-19 əleyhinə peyvənd vurulub
Bu gün, 11:09
Səhiyyə naziri Oqtay Şirəliyev koronavirus əleyhinə peyvənd olunub
Bu gün, 11:05
Ağdaş və Şəki sakinlərindən narkotik vasitə götürülüb
Bu gün, 11:04
“Möhtəkirlər yenə də əhalini çətin vəziyyətdə qoyacaqlar” - deputat
Bu gün, 11:03
Siyahıda adı olanda kart olmur, kart olanda adı siyahıdan çıxmır... - GİLEY
Bu gün, 11:01
Gürcüstanda son sutkada koronavirusa 110 yoluxma qeydə alınıb, 25 nəfər ölüb
Bu gün, 10:56
Qazax sakinində narkotik və silah aşkarlanıb - FOTO
Bu gün, 10:56
"Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsi müzakirəyə çıxarılır
Bu gün, 10:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru