Hərbi çağırışçıların 60 faizi... .....                     Sabah dollar neçəyə olacaq? .....                     Azərbaycanda özəl sektorun ixracı 22% artıb .....                     Rəsulzadəni barelyefini tikə-tikə doğrayıbmış... .....                     "Sonda 40 minə razılaşdıq" .....                     Bakıda küləyin aşırdığı TIR-ın türk sürücüsü xəstəxanaya çatdırıldı .....                     “Azərsilah” niyə yaradıldı, faydası nə olacaq? .....                     Daşnaklar Azərbaycandan bəyanat verdi: .....                     Əsədin Krım arzusu .....                     Rəsulzadənin barelyefini oğurlayan şəxs tutulub .....                     OPEC dekabr ayında neft hasilatını azaldıb .....                     Abşeronda bataqlıqdan meyit tapılıb .....                     Mətbuat Şurası bu saytları TƏNQİD ETDİ .....                     Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müşavirəsi keçirili .....                     Azərbaycanla sərhədlərdə gizli anbarlar... .....                     Bakıda külək binanın damını uçurdu .....                     Milyonlara görə hakim Seyidova Bakının baş planına qarşı çıxdı .....                     İrəvanda Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirilir .....                     Erməni əsgər xidmət yoldaşını güllələyib .....                     Gürcüstanda 5 yaşlı azərbaycanlı uşaq "donuz qripi"nə yoluxub .....                     “Xahiş edirəm ki, mənə yardım etsinlər” .....                     "SOCAR karbamid" zavodunun istifadəyə verilməsi qeyri-neft sənayesinə böyük töhfədir .....                     “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam” .....                     “Vergi sistemində islahatların növbəti, yeni iş prinsiplərinə əsaslanan mərhələsi başlayıb” .....                     Zakir Fərəcovu "vuran" kimdir? .....                     Gəncə, Sumqayıt, Səbail, Yasamal, Xəzər, Nərimanov və İsmayıllıya yeni polis rəisləri təyin edilib .....                     Azercell ilə rominqdə onlayn ol .....                     Yerevanda maşin alverçiləri etiraz aksiyası keçirib .....                     Ermənistandan Rusiyaya idxal olunan balıqda siçan zəhəri tapıldı .....                     ABŞ-da öldürülən azərbaycanlının cənazə xərclərini fond üzərinə götürdü .....                     İrəvan AŞPA-dakı nümayəndə heyətini tam dəyişir .....                     Hakimiyyət müxalifətin mitinqinə niyə icazə verdi? .....                     "Məktəblər niyə bağlanır, müharibə-zaddı?" .....                     Səfər Mehdiyev gömrük mayorunu şərlətdirib? .....                     Tramadolun dövriyyəsi ilə bağlı qanunvericiliyə edilən dəyişiklik qüvvəyə minib .....                     Rayon təhsil şöbələri ləğv edilib? .....                     İki erməni əsgəri minaya düşdü .....                     “Brexit”in yeni mərhələsi .....                     "ASB Bank"ın məcmu kapitalı .....                     Kafe qarşısında öldürülən gəncin dayısı danışdı: .....                 

Qüdrət Şükürov əmlakını satışa çıxarıb... - Deyir ki, təcili pul lazımdır...
Tarix: 7-11-2018, 08:28 | Çap et
Qüdrət Şükürov əmlakını satışa çıxarıb...
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Lifttəmir” İstehsalat Birliyinin istintaqa cəlb olunan sabiq baş direktoru Qüdrət Şükürovla bağlı redaksiyamıza olduqca ilginc xəbər daxil olub.

Bildirilir ki, Qüdrət Şükürov özünə məxsus əmlakları satır. Ob yaxın ətrafına bildirib ki, təcili olaraq ona 10 milyon manat lazımdır ki, köhnə işlərini sahmana salıb vəziyyətdən çıxsın. Bu məqsədlə özünün Bakının müxtəlif ünvanlarında yerləşən əmlaklarını və obyektlərini satır. Qüdrət Şükürovun belə obyektlərindən biri də Ali Məhkəmə binası yaxınlığında yerləşən “Womans Secrets” qadın hamam kompleksidir. “Baş liftçi”nin qalmaqallarla yadda qalan qızı Aysel Şükürovanın “Türk hamamına girdim” “https://az.cliply.net/video/RGFGuCaK7W4

adı ilə sosial şəbəkələrdə yayımladığı videoda kompleksin olduqca bahalı işləmələrlə zəngin olması diqqət çəkir. Həmin hamama xərclənən pullarla Bakıdakı binaların yarısına keyfiyyətli liftlər quraşdırmaq olardı. İstintaqa cəlb edilmiş Qüdrət Şükürova təcili olaraq 10 milyon manatın niyə görə lazım olması bilinmir. Onun barəsində korrupsiya araşdırmaları davam edir. Qüdrət Şükürovun istintaqa cəlb olunması ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktının pozulması ilə müşayiət olunan korrupsiya cinayətinin üstü açılandan sonra baş tutub. Azərbaycanda da müvafiq araşdırmalar başlanıb. İddialara görə, Azərbaycandakı araşdırmalar iş üzrə korrupsiyaya bulaşmış məmurların ABŞ istintaqçıları ilə üz-üzə qalmalarının qarşısını almağa hesablanıb. Xüsusilə Qüdrət Şükürovun tutularaq ABŞ-a aparılmasına qarşı addım kimi dəyərləndirilir. Bu iddiaların nə dərəcədə doğru olduğunu söyləmək hələ tezdir. ABŞ-da başlanmış araşdırma sənədlərində “Liftremont” kimi keçən qurumun rəhbər şəxslərinin “pulyuma” sxemləri haqda məlumatlar yer alır. Okeanın o tayında araşdırma başlanandan sonra baş prokuror Zakir Qaralovun təqdimatı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizov “baş liftçi” Qüdrət Şükürovu işdən qovub.

Qüdrət Şükürov ABŞ-da başlanan korrupsiya araşdırmalarının ardından istintaqa cəlb edilib, Baş Prokurorluğun istintaq qrupu “Lifttəmir” İstehsalat Birliyində müvafiq yoxlamalara başlayıb. İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Belə məlumatlar var ki, Qüdrət Şükürov hər gün nəzarət altında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılaraq sorğu-sual edilir. Onun əmlaklarının, çoxsaylı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulub. Belə bir halda onun əmlakları necə satması sualı açıq olaraq qalır.

Məlumata görə, Qüdrət Şükürovun Ali Məhkəmə binası yaxınlığında yerləşən “Womans Secrets” qadın hamam kompleksindən savayı Mərdəkandakı bir-birindən bahalı bağ evləri, Bakıda çoxsaylı mənzilləri, Almaniyada xüsusi sifarişlə yığılmış, 450 min avroya başa gəlmiş “Mercedes S klass” son model avtomobili, “Range Rover”, “Mercedes Qalenvaqen”, “Lexsus” markalı maşınları və ictimaiyyətə bəlli olmayan sərvəti var. İstanbulda, Dubayda dəyəri milyonlarla ölçülən varidatının olması da gələn xəbərlər sırasındadır.

“Yeni Müsavat” ötən saylarında bu haqda xəbər vermişdi. Redaksiyamıza daxil olan xəbərlərdə deyilirdi ki, Qüdrət Şükürov mal-mülklərini Azərbaycan vətəndaşları İlqar, Aynur, Xuraman, Gumaş Ramazanovların adına keçirib. Böyük məbləğdə vəsaitlər, Bakıdakı çoxsaylı mənzillər, bağ evləri, bahalı nəqliyyat vasitələri Qüdrət Şükürov işdən qovulandan bir neçə ay əvvəl Ramazanovların adına rəsmiləşdirilib. Bu iddianın ortada olması onu deməyə əsas verir ki, Qüdrət Şükürov vəzifədən çıxarıla biləcəyini, müvafiq olaraq istintaqa cəlb olunma ehtimalını göz altına alıbmış. Və ya mümkündür ki, Qüdrət Şükürov əmlakının izinin itirilməsinə adı ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktının pozulması ilə müşayiət olunan korrupsiya cinayətinə qarışandan sonra başlayıb. Tələsik adındakı mal-mülkü başqalarının adına keçirməklə əlindən çıxmasını önləməyə çalışıb.

Yada salaq ki, 2018-ci il sentyabrın 15-də ABŞ-ın Qiymətli Kağızlar Komitəsi (SEC) “United Technologies Corporation” şirkətini 13 milyon 400 min dollar cərimələyib. Buna səbəb şirkətin törəmə müəssisəsi olan “Otis Elevator Co.” lift istehsalı şirkəti tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı “Liftremont” kimi gedir) rüşvət verilməsidir. Bundan sonra Qüdrət Şükürovun keçmiş qudası, Azərbaycan vətəndaşı Rəfael Əsgərov bir neçə dövlət qurumu ilə yanaşı ABŞ-ın ölkəmizdəki səfirliyinə də müraciət ünvanlayıb.

O, müraciətində olduqca ilginc məqamlara toxunub, bu qalmaqallı korrupsiya cinayətinin hərtərəfli araşdırılması üçün ifadə verməyə hazır olduğunu bəyan edib. Onun müraciətlərindən biri də baş prokuror Zakir Qaralovun adına yazılmışdı. Yada salaq ki, SEC-in saytında yer alan məlumatda bildirilir ki, “Otis Elevator Co.” Bakının dövlət balansında olan binaları liftlə təchiz etmək üçün Bakı Lift-Təmir İstehsalat Birliyinin məmurlarını rüşvətlə ələ alıb. SEC şirkətə qarşı təhqiqatı daxili administrativ sərəncam çərçivəsində aparıb və işin məhkəməyə göndərilməməsi üçün “United Technologies Corporation”a cərimə ödəməyi təklif edib. Şirkət təkliflə razılaşıb və 13 milyon 900 min dolları dövlətə ödəyib. Bununla da korrupsiya sxemini üzə çıxaran təhqiqatın nəticələrini qəbul etmiş olub.

SEC-in məlumatında qeyd edilir ki, 2012-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti şəhərin ictimai yaşayış binalarının yeni liftlərlə təchiz edilməsinə dair tender elan edib. “Otis Elevator Co.” bu tenderi udmaq üçün Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərliyinə rüşvət verməyə razılaşıb. Rüşvətin verilməsi və liftlərin alınması üçün kağız üzərində subpodratçı şirkətlər və vasitəçilər üzərindən qurulmuş sxemdən istifadə olunub. İlk sxem 2012-ci ilin martında “Otis Rusiya” şirkəti tərəfindən liftlərin Bakı “Lifttəmir” İstehsalat Birliyinə birbaşa satışı ilə bağlı olub. Bu sövdələşmənin həcmi 1.8 milyon dollar olub və məbləğin az qala yarısını “şapka” kimi istehsalat birliyinin rəhbərliyinə ötürüblər. Hazırda araşdırmalar davam edir.

“Lifttəmir”dəki korrupsiya cinayətlərinin araşdırılması, Qüdrət Şükürovun əmlaklarını adlarına dövr etdiyi Azərbaycan vətəndaşları İlqar, Aynur, Xuraman, Gumaş Ramazanovların istintaqa cəlb olunub-olunmamaları sualı da açıqdır...





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hərbi çağırışçıların 60 faizi... – Erməni polkovnikdən şok
Bu gün, 17:29
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:27
Azərbaycanda özəl sektorun ixracı 22% artıb
Bu gün, 17:24
Rəsulzadəni barelyefini tikə-tikə doğrayıbmış... - DİN açıqlama yaydı
Bu gün, 17:22
"Sonda 40 minə razılaşdıq" - QALMAQALLI MƏHKƏMƏ
Bu gün, 17:13
Bakıda küləyin aşırdığı TIR-ın türk sürücüsü xəstəxanaya çatdırıldı
Bu gün, 17:08
“Azərsilah” niyə yaradıldı, faydası nə olacaq?
Bu gün, 17:02
Daşnaklar Azərbaycandan bəyanat verdi: - Nikol bizi aldatdı
Bu gün, 16:59
Əsədin Krım arzusu
Bu gün, 16:56
Rəsulzadənin barelyefini oğurlayan şəxs tutulub
Bu gün, 16:54
OPEC dekabr ayında neft hasilatını azaldıb
Bu gün, 16:51
Abşeronda bataqlıqdan meyit tapılıb
Bu gün, 16:50
Məşhur rus kanalında qalmaqal - Qonaqlar bir-birini döydü
Bu gün, 16:49
Mətbuat Şurası bu saytları TƏNQİD ETDİ - "Ailə münaqişələrin nə qədər informasiya yükü var?!"
Bu gün, 16:38
Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müşavirəsi keçirili - Ramil Usubovun rəhbərliyi ilə
Bu gün, 16:26
Azərbaycanla sərhədlərdə gizli anbarlar... - İDDİA
Bu gün, 16:24
Bakıda külək binanın damını uçurdu - FOTO
Bu gün, 16:23
Milyonlara görə hakim Seyidova Bakının baş planına qarşı çıxdı - BİZƏ ŞİKAYƏT EDİRLƏR
Bu gün, 16:21
"Aysun Zamiqdən daha çox dinlənilir" - Tolik
Bu gün, 16:20
İrəvanda Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirilir
Bu gün, 16:14
Erməni əsgər xidmət yoldaşını güllələyib
Bu gün, 16:07
Gürcüstanda 5 yaşlı azərbaycanlı uşaq "donuz qripi"nə yoluxub
Bu gün, 16:00
“Xahiş edirəm ki, mənə yardım etsinlər” - I qrup gözdən əlil gənc işsizlikdən əziyyət çəkir
Bu gün, 15:58
"SOCAR karbamid" zavodunun istifadəyə verilməsi qeyri-neft sənayesinə böyük töhfədir
Bu gün, 15:53
“Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam” - Tarixçi-deputat
Bu gün, 15:49
“Vergi sistemində islahatların növbəti, yeni iş prinsiplərinə əsaslanan mərhələsi başlayıb” - Anar Əliyev
Bu gün, 15:47
Zakir Fərəcovu "vuran" kimdir? - İDDİA
Bu gün, 15:44
Gəncə, Sumqayıt, Səbail, Yasamal, Xəzər, Nərimanov və İsmayıllıya yeni polis rəisləri təyin edilib
Bu gün, 15:35
Azercell ilə rominqdə onlayn ol
Bu gün, 15:32
Yerevanda maşin alverçiləri etiraz aksiyası keçirib
Bu gün, 15:30
Ermənistandan Rusiyaya idxal olunan balıqda siçan zəhəri tapıldı
Bu gün, 15:23
ABŞ-da öldürülən azərbaycanlının cənazə xərclərini fond üzərinə götürdü
Bu gün, 15:13
İrəvan AŞPA-dakı nümayəndə heyətini tam dəyişir
Bu gün, 15:12
Hakimiyyət müxalifətin mitinqinə niyə icazə verdi? - CAVABSIZ SUALLAR SİLSİLƏSİNDƏN
Bu gün, 15:10
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Bu gün, 15:08
Səfər Mehdiyev gömrük mayorunu şərlətdirib? - MƏHKƏMƏDƏN
Bu gün, 15:05
Tramadolun dövriyyəsi ilə bağlı qanunvericiliyə edilən dəyişiklik qüvvəyə minib
Bu gün, 15:03
Mirəliyev pişiyi 9-cu mərtəbədən atıb - “Bu kişi manyak imiş...”
Bu gün, 14:59
Rayon təhsil şöbələri ləğv edilib? — Nazirlikdən açıqlama
Bu gün, 14:56
İki erməni əsgəri minaya düşdü
Bu gün, 14:51
“Brexit”in yeni mərhələsi - Britaniya yeni rolda, “dəmirləşən” Mey
Bu gün, 13:50
"O boyda Altın Kelebek"ə getdi, ayaqqabıları ilə yadda qaldı" - Tolik Nigarı tənqid etdi
Bu gün, 13:47
"ASB Bank"ın məcmu kapitalı - KƏSKİN AZALIB
Bu gün, 13:43
Kafe qarşısında öldürülən gəncin dayısı danışdı: - “Qətlə yetirəni tanıyırıq”
Bu gün, 13:41
İnternetdə tanış olduğu qızı evinə çağırdı, qızın dostları tərəfindən döyüldü — BAKIDA
Bu gün, 13:39
Güclü küləyin yağıntı ilə müşahidə olunması ağacların aşma təhlükəsini daha da artırır - BŞİH
Bu gün, 13:38
Azərbaycanlı aparıcı əməliyyatdan sonra bu hala düşdü - FOTO
Bu gün, 13:33
Neftçalada yararlı torpaqlarda 995 qanunsuz tikili aşkarlanıb
Bu gün, 13:29
MTRŞ sədrinin sərt tənqidi: - TV-lərdə islahat başlayır?
Bu gün, 13:24
Mənbicdə Türkiyənin 7 kəşfiyyatçısı ələ keçib - FOTO
Bu gün, 13:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru