BNA bu şirkətə 2 milyon manatdan çox pul ödəyəcək .....                     Gəncədə karantin rejimini pozan çayxanalar aşkarlanıb .....                     Azərbaycanda sahibkarlara yeni maliyyə dəstəyinin göstərilməsinə start verilir .....                     Yasamalda yol tikintisinə 2,65 milyon manat ayrılıb .....                     Bakıda koronavirusun dərmanı satılır: .....                     “Neftin qiymətinin düşməsi büdcəyə yenidən baxılmasını zəruri edib” .....                     Bakıda ŞOK OLAY: .....                     Bakıda bu avtomobili polis tapdı, sürücüsünü isə axtarır .....                     “Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır” .....                     Zaqatalada qadına məxsus çantadan qızıl və pul oğurlayan şəxs saxlanılıb .....                     Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb .....                     Samir Şərifovla bundan artıq yol gedilə bilməz... .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 770-ə çatdı .....                     "Xaricdən gələn həkimlərə veriləcək pulun miqdarı açıqlanmalıdır" .....                     Tanınmış idmançı Azad Rəhimova və Adil Əliyevə müraciət etdi: .....                     13 şəhər və rayonda qüvvədə olan məhdudiyyətlərin .....                     Övladları xəstə olan şəhid bacısı kömək istəyir .....                     Azərbaycan nefti bahalaşıb .....                     “Evimdən çıxmayacam, ya onlar ölməlidir, ya mən” .....                     icaze.e-gov.az portalından icazələr bu formada alınacaq .....                     Şəmkirdə iş yoldaşını bıçaqlayan şəxs tutulub .....                     Azərbaycanda pandemiya dövründə təhsil inqilabı .....                     Həyətyanı sahəsində narkotik vasitə becərən şəxs saxlanılıb .....                     "Cəlilabad rayon İcra hakimiyyətinin binası alverxana kimi tanınır..." .....                     İşsizlərlə bağlı yeni layihə .....                     "Bütün cəbhələrdə milli dəyərlərimizi aşağılayan ərəb, fars, rus, erməni və qərbqafalı, “sapı özümüzdən olanlara” qarşı birgə mübarizəyə başlamalıyıq..." .....                     “EURACTIV Italia” erməniləri balığa bənzədib: .....                     BANKLARDA BATAN ƏMANƏTLƏR .....                     “Aqrar tədarük və təchizat”ın FANTASTİK TENDERİ .....                     Gürcüstanda koronavirusa yoluxanların sayı 15 nəfər artdı .....                     Erməni partiya lideri partlayışda öldü .....                     Azərbaycanlı dənizçilər Beyrut limanından təxliyə edildi .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Ramiz Mehdiyevin bankından şikayətlər... .....                     Tovuz təxribatının hədəfi: Nikolun yeni hücumu başladı .....                     "COVİD-19 xəstələrinin müalicəsi ilə məşğul olan xəstəxanaların əməkdaşları həyat sığortası ilə təmin edilməlidir" .....                     Beyrutda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat daxil olmayıb .....                     Yardımlıda başçı camaatı saya salmır... .....                     “Telefonu ona görə götürmürdüm ki...” .....                     Kamran Əliyev mərhum generalın oğluna yüksək vəzifə verib .....                 

Ziya Məmmədovun xaricə qaçırdığı pullar TƏHLÜKƏDƏ... - GƏLİŞMƏ
Tarix: 10-10-2018, 09:01 | Çap et
Ziya Məmmədovun xaricə qaçırdığı pullar TƏHLÜKƏDƏ...
Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, 15 il həbs cəzası almış Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın Londonda dəyəri 28.5 milyon dollar olan elit malikanəsini məhkəmə qərarı ilə müsadirə etməsi bu ölkədə çirkli pulların yuyulmasına qarşı sərt mübarizənin başlandığını göstərdi.

Maraqlıdır ki, Böyük Britaniyada çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində xarici vətəndaşlar tərəfindən korrupsiya yolu ilə əldə edilmiş əmlakın müsadirəsinə dair ilk qərar azərbaycanlı oliqarxın ailəsinə qarşı verilib. Bu, həm də o anlama gəlir ki, Britaniyanın Milli Cinayət Agentliyi (“National Crime Agency”) bu ölkədə sığınacaq tapmış digər Azərbaycan oliqarxlarının işini də diqqətlə araşdırmaqda davam edəcək. Bu sırada isə ilk ağıla gələnlərdən biri sabiq nəqliyyat naziri Ziya Məmmədov və onun oğlu Anar Məmmədovdur.

Məlumdur ki, A.Məmmədov iki ilə yaxındır ki, Azərbaycanı tərk edib və Bakıya hələ də bilinməyən səbəblərdən qayıtmır. Məmmədovların Avropanın bir sıra ölkələrində biznesləri olduğu təzə xəbər deyil. Bir vaxtlar çox qüdrətli biznes imperiyasının əsas gücü Məmmədovların “Garant Holdinq”i idi. İqtisadiyyatın mühüm sahələrini əhatə edən bu holdinq vasitəsilə yüz milyonlarla vəsait həm də ölkə xaricində müxtəlif əmlakların alınmasına yönəldilirdi. Üstəlik, Məmmədovlar bu illər ərzində Avropada müxtəlif adlarla şirkətlər yaradıblar ki, indi onların bəziləri hələ də fəaliyyət göstərir.

Britaniyada Məmmədovların “BROOKWOOD INTERNATIONAL lIMITED” şirkəti olduğu rəsmi mənbələrlə təsdiqlənmiş məlumatdır. Şirkətin təsisçisi və direktoru A.Məmmədovdur. Şirkətin yerləşdiyi özəl mülkiyyət isə A.Məmmədov tərəfindən hələ bir neçə il bundan əvvəl 2 milyon 700 min funt sterlinqə alınıb. Bir il əvvəl isə Məmmədovlar bu malikanəni 9 milyon 500 min funta satışa çıxarmışdılar. Malikanənin yerləşdiyi küçə Londonun bahalı ərazilərindən hesab olunur. Malikanəni satılıb-satılmadığı məlum deyil. Bilinən həm də budur ki, Məmmədovların rusiyalı və səudiyyəli oliqarxlarla Britaniyada şərikli daha bir neçə şirkətləri var. A.Məmmədov son olaraq ölkəni tərk etdikdən sonra onun Londondakı çox bahalı “One Hyde Park” yaşayış kompleksində mənzil aldığı xəbəri də yayılmışdı ki, bu günədək də təkzib olunmayıb.

Məmmədovlar ailəsinin xaricdə nə qədər əmlakı olduğuna dair dəqiq bilgi yoxdur, amma güman edilir ki, bu əmlak və şirkətlərin dəyəri bir neçə milyardla hesablana bilər.

İngiltərə bir neçə il bundan əvvələdək oliqarxlar üçün cənnət sayılırdı və bu ölkəyə yönləndirilən pulların mənbələri ilə rəsmi London maraqlanmırdı. Amma dünyada çirkli pulların yuyulmasına göz yuman ölkə kimi tanınması Britaniyanı narahat etməyə başladı. İlk dəfə Zamirə Hacıyevaya tətbiq edilən həmin qanun əslində təxminən iki il əvvəl qəbul edilib, amma indi işləməyə başlayıb. Güman ki, varidatının mənbəyi şübhəli olan bir neçə oliqarxın adı da artıq “qara siyahı”ya salınıb. Bu sırada isə Məmmədovların olacağı gözləniləndir. Qeyd edək ki, sözügedən qanunla Böyük Britaniyanın nəzarət orqanlarına 70 min dollardan yuxarı dəyəri olan şübhəli aktivlərə sahibi həmin pulun mənbəyini lazımi qaydada izah etməyənə qədər həbs qoymağa imkan verir. Britaniyanın Milli Cinayət Agentliyinin hələ 2016-cı ildə yaydığı hesabatda bildirilirdi ki, Londonu çirkli pulların yuyulması və qanunsuz daşınmaz əmlakın alınması mərkəzinə çevirən şirkətlər və dövlətlər arasında Azərbaycanın da adı var.

Yada salaq ki, hələ Z.Hacıyevaya qarşı məhkəmə qərarından əvvəl belə məlumat yayılmışdı ki, A.Məmmədov son aylar Londona az-az gedir, əsasən Türkiyəyə yerləşib. Keçmiş nəqliyyat nazirinin öz ailə biznesinin əhəmiyyətli hissəsini Türkiyəyə daşıması prosesi “vurulmamışdan” əvvəl başlamışdı. Hələ nazir işlədiyi dönəmdə Məmmədovlar Türkiyədə hotel, nəqliyyat və neft daşımaçılığı, o cümlədən sərnişindaşıma ilə məşğul olan bir neçə şirkət yaratmışdılar.

Z.Məmmədov oğlundan fərqli olaraq “dəyişiklik ruzigarından” tez duyuq düşə bilər. Ola bilsin ki, Londondan çıxmaq da sabiq nazirin qərarıdır. Amma bəs Londondakı əmlakları xilas etmək necə, mümkün olacaqmı?
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BNA bu şirkətə 2 milyon manatdan çox pul ödəyəcək - MÜQAVİLƏ
Bu gün, 11:45
Gəncədə karantin rejimini pozan çayxanalar aşkarlanıb - FOTO
Bu gün, 11:44
Azərbaycanda sahibkarlara yeni maliyyə dəstəyinin göstərilməsinə start verilir - Diqqət!
Bu gün, 11:42
"Öz dilində danış, ətimizi tökmə..."
Bu gün, 11:39
Yasamalda yol tikintisinə 2,65 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 11:33
Bakıda koronavirusun dərmanı satılır: - qiyməti 200 manat
Bu gün, 11:23
“Neftin qiymətinin düşməsi büdcəyə yenidən baxılmasını zəruri edib” - Milli Məclisin Sədri
Bu gün, 11:19
"Rus qadından övladım olub" - Xalq artistindən etiraf
Bu gün, 11:17
Bakıda ŞOK OLAY: - evdən 1 milyon manatlıq qızıl oğurlanıb
Bu gün, 11:13
Bakıda bu avtomobili polis tapdı, sürücüsünü isə axtarır - FOTO
Bu gün, 11:12
Miri Yusif Nadiri lağa qoydu
Bu gün, 11:09
“Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır”
Bu gün, 11:05
Zaqatalada qadına məxsus çantadan qızıl və pul oğurlayan şəxs saxlanılıb
Bu gün, 11:04
Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb
Bu gün, 11:03
Samir Şərifovla bundan artıq yol gedilə bilməz... - Eldar Mahmudovla, Cahangir Hacıyevlə şübhəli əlaqələri olub...
Bu gün, 11:02
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 770-ə çatdı
Bu gün, 10:56
"Xaricdən gələn həkimlərə veriləcək pulun miqdarı açıqlanmalıdır" - ATU-nun şöbə müdiri
Bu gün, 10:55
Tanınmış idmançı Azad Rəhimova və Adil Əliyevə müraciət etdi: - “Məşqçilərin çoxu heç bir yerdən maaş almırlar”
Bu gün, 10:53
Tanınmış aparıcı üsyan etdi: - "Çimərliyi açınca xalqa pul verin"
Bu gün, 10:49
13 şəhər və rayonda qüvvədə olan məhdudiyyətlərin – Tam siyahısı
Bu gün, 10:45
Övladları xəstə olan şəhid bacısı kömək istəyir - VİDEO
Bu gün, 10:40
Bu fotolarına görə “vor” aləminə keçmisən” dedilər
Bu gün, 10:35
Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:32
“Evimdən çıxmayacam, ya onlar ölməlidir, ya mən” - Sakinlər özbaşınalıqla üz-üzə...
Bu gün, 10:32
icaze.e-gov.az portalından icazələr bu formada alınacaq - Diqqət!
Bu gün, 10:28
Niyam SALAMİ MƏMURLARI yıxdı-sürüdü “Pul yığırsınız hamınız!”
Bu gün, 10:27
Şəmkirdə iş yoldaşını bıçaqlayan şəxs tutulub
Bu gün, 10:23
Unudulmaz dost, böyük yazıçı, şəfqətli həkim - Rafiq Tağı 70
Bu gün, 10:21
Azərbaycanda pandemiya dövründə təhsil inqilabı - Yeni modelə keçidin başlanğıcı
Bu gün, 10:17
Həyətyanı sahəsində narkotik vasitə becərən şəxs saxlanılıb
Bu gün, 10:14
"Cəlilabad rayon İcra hakimiyyətinin binası alverxana kimi tanınır..." - GİLEY
Bu gün, 10:12
“Ayaqyoluna getmək üçün ayaqyolu.az saytında qeydiyatdan keçmək lazımdır?” - Azər Qəriboğlu
Bu gün, 10:09
İşsizlərlə bağlı yeni layihə - müddət 3 ildən 1 ilədək azaldılır
Bu gün, 10:07
“Turan ellər” uyğurlara dəstək çıxan İsveç müğənnisindən ibrət götürəcəkmi?
Bu gün, 10:06
"Bütün cəbhələrdə milli dəyərlərimizi aşağılayan ərəb, fars, rus, erməni və qərbqafalı, “sapı özümüzdən olanlara” qarşı birgə mübarizəyə başlamalıyıq..."
Bu gün, 10:02
"Bu faciədən xilas olmaq üçün Allahın göndərdiyi qayda-qanunlarla oturub-durmaq lazımdır"
Bu gün, 10:01
“EURACTIV Italia” erməniləri balığa bənzədib: - “Separatçı balıqların üzdüyü su qurudulmalıdır”
Bu gün, 09:59
BANKLARDA BATAN ƏMANƏTLƏR - Yüzlərlə müştərinin tələbi yerinə yetiriləcəkmi?
Bu gün, 09:57
“Aqrar tədarük və təchizat”ın FANTASTİK TENDERİ - 864 min manat nəyə xərclənəcək?
Bu gün, 09:55
Gürcüstanda koronavirusa yoluxanların sayı 15 nəfər artdı
Bu gün, 09:52
Erməni partiya lideri partlayışda öldü - FOTO
Bu gün, 09:51
Azərbaycanlı dənizçilər Beyrut limanından təxliyə edildi
Bu gün, 09:50
Cəbhə xəttində erməni təxribatı davam edir - SON DURUM
Bu gün, 09:49
Ramiz Mehdiyevin bankından şikayətlər... DURMADAN ARTIR...
Bu gün, 09:48
Tovuz təxribatının hədəfi: Nikolun yeni hücumu başladı - TƏHLİL
Bu gün, 09:45
"COVİD-19 xəstələrinin müalicəsi ilə məşğul olan xəstəxanaların əməkdaşları həyat sığortası ilə təmin edilməlidir"
Bu gün, 09:41
Beyrutda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat daxil olmayıb - XİN
Bu gün, 09:40
Yardımlıda başçı camaatı saya salmır... - GİLEY
Bu gün, 09:39
“Telefonu ona görə götürmürdüm ki...” - deputat
Bu gün, 09:37
Kamran Əliyev mərhum generalın oğluna yüksək vəzifə verib
Bu gün, 09:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru