“Kim dövlətimizin, dövlətçiliyimizin əleyhinə olacaqsa, qarşısında bizi görəcək” .....                     Gülruh Nəcəfovanın yeni duet ortağı bəlli oldu .....                     Xızıda həkimlər Hippokrat kimdir, bilmirlər... .....                     “Azərbaycanın gerbini alnında, ulduzlarını çiynində daşıyan polisə əl qaldıranı mən bağışlamaram” .....                     UNEC-in Zaqatala filialında təhsil haqları azaldılıb .....                     Elton: "Renkanı təqlid edənlər, ona xidmət edir" .....                     Azərbaycan nefti 4% ucuzlaşıb .....                     Çempionat bitdi, ermənilərin xofu artdı .....                     Rəhimə Dadaşovanın atası vəfat edib .....                     Ailanın türkiyəli məşhurlarla ərsəyə gətirdiyi klipi .....                     Azərbaycan valyuta ehtiyatlarını 10% artırıb .....                     İyulun 17-də xarici valyutaların manata qarşı məzənnələri .....                     Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib .....                     Dünya birjalarında neft bahalaşıb .....                     Gədəbəydə 20 yaşlı qız 17 yaşlı qardaşını qətlə yetirib .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib .....                     Prezident İlham Əliyev ANAMA işçilərini təltif edib .....                     "Keşlə" klubunun baş məşqçisi istefa verib .....                     Prezident İlham Əliyev ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımı ayırıb .....                     “Payızda böyük təxribatlar ola bilər” .....                     ABŞ və Rusiya prezidentləri arasında təkbətək görüş başa çatıb .....                     UNEC-in gənc müəllimi ABŞ universitetində tədqiqat aparır .....                     “ABŞ Konqresində məndən soruşdular ki, Azərbaycanı niyə dəstəkləyirsən?” .....                     BTC ilə 3 milyardıncı barel neft ixrac olunub .....                     Adnan Oktarın Azərbaycanda fəaliyyət göstərən daha bir ŞİRKƏTİ .....                     Dolların sabaha olan məzənnəsi .....                     İlham Əliyev icra başçısı ilə bağlı sərəncam imzaladı .....                     Siqaret biznesi qurmaq adı ilə dələduzluq etdi .....                     ABŞ Türkiyəyə `S-400`lərə alternativ olaraq `Patriot`u satmaq istəyir .....                     "OPEC dağılmaq təhlükəsi ilə üz-üzə qala bilər" .....                     Eldar Əzizovun Bakı meriyasına gəlişi TƏSDİQLƏNDİ .....                     Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişləndi .....                     “İrandan Azərbaycana siyasi şiəlik gəlir” .....                     Biznesdən vəzifəyə gedən yol .....                     "120 manat borcumuz olduğundan sayğacı dəyişib..." .....                     Eldar Əzizov Bakı meriyasına gətirildi .....                     Sumqayıtda dəhşətli cinayət .....                     Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib .....                     36 yaşlı oğlan dəli qıza dəfələrlə təcavüz etdi, sonra hamama saldı... .....                 

Elmar Vəliyevin güllələnməsinin mübhəmləri – "Qədir bilməyənə Gəncə qənimdir"
Tarix: 6-07-2018, 09:08 | Çap et
Elmar Vəliyevin güllələnməsinin mübhəmləri
Gəncənin icra başçısı Elmar Vəliyevin odlu silahla atəşə tutulması gündəmin əsas mövzusu olaraq qalır. İcra başçısının sağlıq durumu haqda ziddiyyətli məlumatlar gəlməkdədir, onun həyatına təhlükə olmaması haqda da xəbərlər var. Elmar Vəliyevə edilən silahlı hücum zamanı yaralanan cangüdəni Qasım Aşbazovun isə səhhəti yaxşılığa doğru gedir. Əməliyyat edilən Q.Aşbazovun həyati təhlükəni adlatdığı deyilir. Onun yaxın zamanlarda reanimasiyadan palataya köçürüləcəyi də vurğulanır.

Bu arada sosial şəbəkələrdə Elmar Vəliyev və onun mühafizəçisi Aşbazova atəş açmış Yunis Səfərovun fotoları yayılıb. Ayaqlar altında, üzündə gözlə görünən xəsarətlər olan Səfərovun təzyiqlərə məruz qaldığı iddia olunur. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya deyib ki, Səfərova işgəncə verilməyib:

“Gəncədə ağır cinayət törədən Yunis Səfərov tutulduqdan sonra heç bir işgəncəyə məruz qalmayıb. O ki qaldı onun sosial şəbəkələrdə yayılmış fotosuna, bəli, Yunis Səfərov cinayəti törətdikdən sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün dərhal hərəkətə keçib. Bu zaman silahlı cinayətkar polisə müqavimət göstərib. Belə olan halda polis güc tətbiq edib, onu vuraraq yerə yıxıb. Fotoda əks olunan xəsarətlər də həmin zaman onun aldığı xəsarətlərdir. Bir daha qeyd edirəm ki, Yunis Səfərov zərərsizləşdirilərək saxlanıldıqdan sonra ona heç bir işgəncə verilməyib”.

Baş Prokurorluğun yaydığı məlumatda isə deyilir ki, bəzi internet-informasiya resurslarında iyulun 3-də Gəncə şəhərində baş vermiş cinayətlə bağlı şübhəli şəxs qismində tutulmuş Yunis Səfərovun təsir və təzyiqlərə məruz qalması barədə yayılmış informasiyalar həqiqəti əks etdirmir. Bildirilir ki, cinayət işi üzrə Yunis Səfərov müdafiəçisinin iştirakı ilə dindirilərkən törətdiyi cinayətlərlə bağlı sərbəst ifadə verib, onun müdafiə və s. hüquqları tam təmin olunub, istintaq hərəkətlərinin gedişi və saxlanma şəraiti barədə hər hansı şikayət və ya müraciətləri daxil olmayıb.

Baş verən olayla bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yaydıqları birgə rəsmi məlumatda deyilirdi ki, iyulun 3-də saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov icra hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Cinayəti törədən - 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərk-silah edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılıb...

Hadisə anı haqda musavat.com-da özəl bilgilər var. Yunis Səfərov törətdiyi qanlı olay zamanı qısaqol köynəkdə olub. Silahı qoluna sarıtdığı gipsin içərisində xüsusi qaydada gizlədib və Gəncə İHB binası qarşısında Elmar Vəliyevin binadan çıxmasını gözləyib. Başçı tək bir mühafizəçi ilə - Qasım Aşbazovla binadan çıxıb. Giriş qapısının önündə isə 4 mühafizə polisi olub. Yunis Səfərov başçıya kənardan və hündürdən səslənərək, ona sözü olduğunu bildirib. Polislər dərhal onu əhatəyə alıb. Elmar Vəliyev geri dönərək, “buraxın gəlsin”, deyib. Yunis Səfərov qolu gipsdə, boynundan asılmış halda Elmar Vəliyevə yaxınlaşıb. Gözlənilmədən, cəld hərəkətlə silahı qolundakı sarğının arasından çıxararaq, dalbadal Vəliyevə iki, mühafizəçiyə bir dəfə atəş açıb. Güllələrdən biri başçının qaşını yalayaraq keçib, digəri qarın boşluğuna nüfuz edib. Qasım Aşbazova dəyən güllə isə ağız nahiyəsindən girərək, gözündən çıxıb. Daha sonra polislər Səfərovu yaxalayaraq, həbs ediblər...

Yunis Səfərovun tutulandan az sonra Rusiya vətəndaşı olmasını təsdiqləyən pasportunun fotosurəti yayılıb. Məlum olub ki, Y.Səfərova həmin pasport Gəncədə mühafizə polisinə xəsarət yetirib silahını oğurlayandan sonra verilib. Yəni Yunis Səfərov polisi döyüb silahını əlindən aldığına görə axtarışa verildikdən sonra Rusiyaya qaçıb və orada pasport alaraq yenidən Gəncəyə qayıdıb.

Onun Elmar Vəliyevə yaxınlaşmaq üçün əlini gipsə salması və bu şəkildə ona yaxınlaşması, hadisədən əvvəl polisdən zor tətbiq etməklə silah alması, Rusiya vətəndaşlığını qəbul etməsi deməyə imkan verir ki, başçıya qarşı sui-qəsd planlı olub. Bəs motiv nədir? Niyə Elmar Vəliyevi öldürmək istəyiblər? Bu, sırf onun qaba idarəçiliyindən doğan qəzəbin bu şəkildə ifadəsidir, yoxsa ortada başqa məsələlər var?

Olaydan keçən 2 gün ərzində Yunis Səfərovun icra başçısına qarşı törətdiyi cinayətin motivi haqda ictimaiyyətə rəsmi məlumat verilməyib.

Bu arada youtube kanalında Gəncədə icra başçısına qarşı sui-qəsd törədən Yunis Səfərovun xanımı olduğu iddia edilən bir qadının səs yazısı yayılıb. Guya Yunisin “xanımı” sui-qəsd əməlinin motivini izah edir.

Xanım iddia edir ki, baş verən hadisə şəxsi qisas zəminində deyil, Yunisin icra başçısı Elmar Vəliyev tərəfindən guya təhqir edildiyi iddia olunan bacısı 9 ildir Gəncəyə, ümumiyyətlə, Azərbaycana gəlmir. Qadın iddia edir ki, məsələdə dini amil əsasdır: “Yunis İmam Hüseyn əleyhissəlamın qisasını aldı. Çünki o, dəfələrlə müsəlmanları, İmam Hüseyni təhqir edib. Aşura günü şərab festivalı keçirib” - deyə, qadın iddia edib. O deyib ki, Elmar Vəliyev Gəncə sakinlərini, hər kəsi söyüşlərlə təhqir edirdi: “Yunisin Elmar Vəliyevi vurmaq səbəbi budur. Onun Elmarla heç bir ədavəti yox idi. Allah ona bütün nemətləri vermişdi. Həm evi var idi, maşını var idi, özü ”yurist"lik oxumuşdu. Dünya nemətlərindən bir insanın payına düşəcək hər şeyi var idi. Lakin onun içindəki qeyrəti qoymadı evində rahat otursun. Deyirdi, necə mən evimdə rahat oturum ki, Hacı Taleh 3 körpə uşağından ayrıdı, ona uzun həbs veriblər, necə rahat oturum ki, qardaşlar zindandadır... Elmar Vəliyev dəfələrlə İmam Hüseyn yazılan plakatları cırıb... Qoy hamı bilsin ki, Yunis öz şəxsi məqsədlərinə görə bu işi görməyib, İmam Hüseynin qisasını alıb, Gəncə camaatının hayıfını alıb. Çox qürurluyam, Allaha şükürlər olsun..."

Bu səs yazısının saxta olması haqda rəylər üstünlük təşkil edir.

Yunis Səfərovun hazırda harada saxlandığı da bilinmir. Ona qarşı Elmar Vəliyevin yaxınlarının hər hansı bir xoşagəlməz addım atacaqları da istisna deyil. Bu baxımdan onun Gəncədə hazırda saxlandığı məkandan Bakı İstintaq Təcridxanasına köçürülməsi üçün hansı işlərin görülüb-görülməməsi də ictimaiyyətə məlum deyil. Bundan başqa, ictimaiyyəti maraqlandıran suallardan biri də Yunis Səfərovun işi üzrə aparılan istintaqa Vəliyevlərin təsir imkanları ilə bağlıdır. Belə ki, baş prokurorun müavini, respublikanın hərbi prokuroru Xanlar Vəliyev güllələnən Elmar Vəliyevin qardaşıdır. Onun əlaqələrindən istifadə edə biləcəyi ehtimalı da nəzərə alınmalıdır. Bu halda Xanlar Vəliyevin Yunis Səfərovun istintaqı aparıldığı dönəmdə müvəqqəti olaraq vəzifəsindən uşaqlaşdırılması məsələsi də aktuallığını saxlayır.

Bu arada Gəncənin sabiq deputatı, Abbas Abbasovun oğlu Aydın Abbasov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi hadisəsinə maraqlı reaksiya verib. Sabiq deputat düşmənçilik münasibətində olduqları Elmar Vəliyevin vurulmasına iki bənd şeirlə münasibətini ifadə edib.

A.Abbasovun bu gün sosial şəbəkədə paylaşdığı 2 bənd şeirdə gəncəlilərə xəyanətdən və buna görə cəzadan söhbət açılır:

- Gəncə xəzinədir əzəl binadan,

Qədir bilməyənə Gəncə qənimdir.

İndi gəncəlilər dursa kənarda,

Hər gələn deyər ki, Gəncə mənimdir.

Gəncəni sevənə Gəncə gencədir,

Ədalət hər şeydən burada öncədir.

Kim etsə xəyanət gəncəlilərə,

Qisməti ya möhnət, ya işgəncədir!

Qeyd edək ki, Abbasovlarla Elmar Vəliyevin münasibətləri 2013-cü ildən sonra düşmənçilik həddinə çatmışdı. Abbas Abbasov 2013-cü ilin prezident seçkiləri ərəfəsində Moskvada siyasi fəallıq göstərməyə başlayanda oğlu Aydın Abbasov Milli Məclisdə Gəncəni təmsil edirdi. Məlumata görə, həmin ərəfələrdə Elmar Vəliyevin göstərişi ilə deputat toxunulmazlığı daşımasına baxmayaraq, Aydın Abbasov Gəncə polisi tərəfindən saxlanılmış, təhqirlərə məruz qalmışdı. Bakının müdaxiləsindən sonra Aydın Abbasov bir daha Gəncəyə ayaq basmamaq şərtilə sərbəst buraxılmışdı.

Bu şərti irəli sürən isə təbii ki, Elmar Vəliyevdən başqası deyildi. Sonrakı illərdə isə Abbas Abbasovun yaxın ətrafı və qohum-əqrəbası Gəncədə təqiblərə məruz qalmışdı. Bu baxımdan Aydın Abbasovun Elmar Vəliyevin güllələnməsinə tikanlı münasibəti təsadüfi deyil...





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kim dövlətimizin, dövlətçiliyimizin əleyhinə olacaqsa, qarşısında bizi görəcək” - Mirmahmud Mirəlioğlu
Bu gün, 09:49
Gülruh Nəcəfovanın yeni duet ortağı bəlli oldu
Bu gün, 09:47
Xızıda həkimlər Hippokrat kimdir, bilmirlər... - GİLEY
Bu gün, 09:45
“Azərbaycanın gerbini alnında, ulduzlarını çiynində daşıyan polisə əl qaldıranı mən bağışlamaram” - deputat
Bu gün, 09:43
UNEC-in Zaqatala filialında təhsil haqları azaldılıb
Bu gün, 09:42
Elton: "Renkanı təqlid edənlər, ona xidmət edir"
Bu gün, 09:41
Azərbaycan nefti 4% ucuzlaşıb
Bu gün, 09:39
Çempionat bitdi, ermənilərin xofu artdı – İrəvanın müharibə gözləntisi
Bu gün, 09:39
Rəhimə Dadaşovanın atası vəfat edib
Bu gün, 09:36
Ailanın türkiyəli məşhurlarla ərsəyə gətirdiyi klipi
Bu gün, 09:35
Azərbaycan valyuta ehtiyatlarını 10% artırıb
Bu gün, 09:33
İyulun 17-də xarici valyutaların manata qarşı məzənnələri
Bu gün, 09:32
Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib
Bu gün, 09:31
Dünya birjalarında neft bahalaşıb
Bu gün, 09:29
Gədəbəydə 20 yaşlı qız 17 yaşlı qardaşını qətlə yetirib
Bu gün, 09:29
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:27
İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
Dünən, 18:33
Prezident İlham Əliyev ANAMA işçilərini təltif edib - SİYAHI
Dünən, 18:24
Azərbaycanlı məşhurların övladları nə işlə məşğuldur?
Dünən, 18:21
"Keşlə" klubunun baş məşqçisi istefa verib
Dünən, 18:17
Prezident İlham Əliyev ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımı ayırıb - SƏRƏNCAM
Dünən, 18:13
“Payızda böyük təxribatlar ola bilər” - Qüdrət Həsənquliyevdən mühüm mesajlar
Dünən, 18:04
Fatimə yarıçılpaq fotosunu yaydı
Dünən, 17:47
ABŞ və Rusiya prezidentləri arasında təkbətək görüş başa çatıb
Dünən, 17:42
UNEC-in gənc müəllimi ABŞ universitetində tədqiqat aparır
Dünən, 17:35
“ABŞ Konqresində məndən soruşdular ki, Azərbaycanı niyə dəstəkləyirsən?” – Yəhudi dini lider
Dünən, 17:21
BTC ilə 3 milyardıncı barel neft ixrac olunub
Dünən, 17:19
Adnan Oktarın Azərbaycanda fəaliyyət göstərən daha bir ŞİRKƏTİ
Dünən, 17:16
Dolların sabaha olan məzənnəsi
Dünən, 17:15
İlham Əliyev icra başçısı ilə bağlı sərəncam imzaladı
Dünən, 17:13
Siqaret biznesi qurmaq adı ilə dələduzluq etdi — MƏHKƏMƏ
Dünən, 17:12
ABŞ Türkiyəyə `S-400`lərə alternativ olaraq `Patriot`u satmaq istəyir
Dünən, 17:10
"OPEC dağılmaq təhlükəsi ilə üz-üzə qala bilər"
Dünən, 17:07
Eldar Əzizovun Bakı meriyasına gəlişi TƏSDİQLƏNDİ - Səbailə kim gətirilir?
Dünən, 17:05
Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişləndi
Dünən, 16:57
“İrandan Azərbaycana siyasi şiəlik gəlir” – Aqil Abbas
Dünən, 16:43
Biznesdən vəzifəyə gedən yol - Azərbaycanın “biznesmen” məmurları
Dünən, 16:41
"120 manat borcumuz olduğundan sayğacı dəyişib..." - GİLEY
Dünən, 16:32
Eldar Əzizov Bakı meriyasına gətirildi - Bakını o idarə edəcək...
Dünən, 16:29
Sumqayıtda dəhşətli cinayət — Görüşdüyü qadını pula görə amansızlıqla öldürdü
Dünən, 16:26
Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib
Dünən, 16:22
36 yaşlı oğlan dəli qıza dəfələrlə təcavüz etdi, sonra hamama saldı... - Bakıda ŞOK
Dünən, 16:03
Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub
Dünən, 15:56
Nardaran sakinindən silah götürülüb
Dünən, 15:46
Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıqlanıb
Dünən, 15:44
Oqtay Şirəliyevin “Pirr qələbəsi” - Rüşvət Azərbaycan səhiyyəsinin devizinə çevrilib
Dünən, 15:42
"Düşmənin yeni təxribatları gözlənilir" - Ramaldanov
Dünən, 15:38
Zoologiya İnstitutunda söyüşcül direktordan şikayət edənlər işdən çıxarılır - QALMAQAL
Dünən, 15:37
Azərbaycanlı illüziyaçını kobra ilanı vurdu - FOTO
Dünən, 15:35
İş otağında vəfat edən şöbə rəisinin FOTOsu yayıldı FOTOsu yayıldı
Dünən, 15:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru