Zinəddin Zidan "Real Madrid"in futbolçularına kabab qonaqlığı verib .....                     “Rəşad Mahmudov heç vaxt rəhbər vəzifəsində işləməyib” .....                     Vətənə xəyanət edənlər də əfv ərizəsi yazıblar .....                     VEMTAS maxinatoru həbsdən canını qurtara biləcəkmi? .....                     Xalq şairi Rəsul Rzanın doğum günüdür .....                     Məşhur şərhçi Ramil Şeydayevi yetişdirən klubu "istedadlar qəbiristanlığı" adlandırıb .....                     Göyçayda iki qardaş bıçaqlandı .....                     “Ova gəlmişdilər”... ov ləvazimatı üçün .....                     Sabah Bakıda və bölgələrdə 30-33 dərəcə isti olacaq .....                     Qazaxda kişi qadın tərəfindən bıçaqlanıb .....                     Paşinyan Sarkisyandan da hiyləgərdir .....                     Səlim Müslümovla bağlı HÜQUQİ QƏRAR .....                     İran kanalı torpaqlarımıza “sahib” axtarır: təxribat .....                     Ermənistan vətəndaşı ağ bayraqla Azərbaycana keçmək istədi .....                     3-cü ölkə səfirliyini Qüdsə köçürür .....                     Azərbaycan neftinin qiyməti yenidən 80 dollardan aşağı düşüb .....                     Ticarət mərkəzinə ayaq açmışdılar, oğurluğa... .....                     Polisdən narkotikə qarşı ölkə üzrə əzmkar mübarizə... .....                     Oqtay Şirəliyev onun yerinə nazir olmaq istəyən deputatı işdən qovdu .....                     Azərbaycanda yeni suvarma kanallarının tikintisinə başlanılır .....                     Prezident İlham Əliyev Kuba rəhbərinə .....                     Avropanın media nəhəngləri "Facebook"a qarşı .....                     Bəzi dövlət rüsumları ARTIRILIR .....                     “Bakı Abadlıq Xidməti” milyonlarla manatı hara xərcləyib? .....                     Qadınları Dubayda cinsi istismara məruz qoyan insan alverçisinin məhkəməsi .....                     Rus turistlərdən Antaliyada oteldən ağlasığmaz oğurluq .....                     20 Yanvar faciəsinin baiskarı .....                     Seçiciləri deputatı “əldə çıraq gəzir”... .....                     Tovuzda ot biçən gənc ehtiyatsızlıqdan xəsarət alıb .....                     Həbxsanadakı ərinə narkotik gətirərkən yaxalandı .....                     Mağazalarımızda insanları “zəhərləyən” şəbəkə var .....                     Universitetlərdə hazırlıq qrupları sentyabrdan açılacaq .....                     Xaləddin İsgəndərovun vicdanına yazılan faciədən 3 il ötür .....                     Payızda parlamentdə boş yer qalmayacaq? .....                     BMT qərarına İsrailin cavabı: .....                     "Qarabağ"la oyunlardakı heç-heçələr bizə Avroliqaya keçid bahasına başa gəldi" .....                     Rusiya şirkəti Xankəndində böyük əyləncə kompleksi tikəcək .....                     MTN polkovniki bəraət istəyir .....                     Mübariz Pənəhov (Laba) icra başçısı olmaq həvəsinə düşüb .....                     "Təhsildə tələb-təklif prinsipini arxivə göndərmişik" .....                 

Yeni nazirlərin “qohumları təmizləmə əməliyyatı” - GƏLİŞMƏ
Tarix: 11-05-2018, 08:43 | Çap et
Yeni nazirlərin “qohumları təmizləmə əməliyyatı”
Prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi müəyyənləşdi. Sərəncama əsasən, bir neçə nazirlər, komitə rəhbərləri dəyişdirildi və hökumətin yeni tərkibi formalaşdı.

Yeni nazirlər fəaliyyətlərinə başlar-başlamaz kadr dəyişikliyi edib, nazirliyin xeyli sayda köhnə əməkdaşlarını vəzifələrindən azad etdilər. Bəzi nazirlər çıxardıqları kadrların yerinə əvvəl çalışdıqları qurumdan təyinatlar etdilər.

Ən çox təyinat edən nazirlik sırasında Kənd Təsərrüfatı Nazirliyi gəlir. Nazir təyin olunmamışdan öncə İnam Kərimov “ASAN xidmət” sədri idi. Təyinatından sonra o, Kənd Təsərrüfatı Nazirliyinə köhnə kollektivinin əməkdaşlarını gətirdi. Belə ki, İnam Kərimovun müvafiq əmri ilə Sarvan Cəfərov nazirin köməkçisi vəzifəsinə təyin olunub.

İnam Kərimovun daha bir əmri ilə İlhamə Qədimova nazirliyin hüquq şöbəsinin müdiri təyin olunub. İ. Qədimova “ASAN xidmət”də Hüquqi Təminat Şöbəsinin müdiri vəzifəsində çalışıb. Nazir 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin direktoru Seymur Mövlayev, 5 saylı Bakı “ASAN xidmət” Mərkəzinin direktoru Adil Qasımov, “asan xidmət”in İnsan Resursları və Təlim Şöbəsinin müdiri Elvin Paşayev, Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyevə də nazirlikdə vəzifə verdi. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə də yeni rəis təyin edilib. Mirzə Əliyev bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də, “Kapital Bank” ASC-də, BTM-nin Cenevrədəki (İsveçrə) ofisində çalışıb.

Qeyd edək ki, nazirlikdə yeni vəzifəyə təyin olunan şəxslərin əksəriyyətinin ixtisasi hüquq və iqtisadiyyat üzrədir. İnam Kərimov nazirliyin mətbuat xidmətinə rəhbər vəzifəsinə də “ASAN xidmət”də eyni vəzifəni icra edən Anar Hüseynovu təyin etdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də vəzifəli şəxslər işdən çıxarılıb. Belə ki, yeni nazir Sahil Babayevin müvafiq əmrlərinə əsasən, nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev, aparat rəhbərinin müavini Ədalət Əliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev öz ərizələrinə əsasən işdən çıxıblar. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik müvəqqəti olaraq Pərviz Cəfərova tapşırılıb. Hazırda isə ƏƏSMN-də Aparat rəhbəri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Əmək siyasəti şöbəsinin müdiri, Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri, Daxili nəzarət şöbəsinin müdiri, Kadr və kadr hazırlığı şöbəsinin müdiri postları boşdur.

Yaxın günlərdə nazirlikdə növbəti dəyişikliklər gözlənilir. Bu dəyişikliklər zamanı isə nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərova, Dövlət Əmək Müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadə (Səlim Müslümovun dayısının kürəkəni), həmçinin Dövlət Sosial Müdafiəsi Fondunun sədri, 4 ildir hər il yenilən müqavilə ilə vəzifəsi uzadılan 67 yaşlı Zakir Babayev, həmin fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi, Səlim Müslümovun qaynı Ağalar Xasayev, Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev (Keçmiş aparat rəhbəri Əjdər Cəbiyevin qardaşı), həmçinin nazirliyin Nəsimi rayon Sosial Müdafiəsi Mərkəzinin rəhbəri Əsgər Əsgərov (Səlim Müslümovun bacısının həyat yoldaşı) və digər vəzifəli şəxslərin işdən çıxarılması gözlənilir.(mia.az)

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynovun kadr islahatları çərçivəsində bir neçə şəxs vəzifəsindən kənarlaşdırılıb. Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərov, bu idarənin rəis müavini, Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş İdarəsinin rəisi Mehman Səfərov tutduqları vəzifələrdən azad ediliblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayev qurumun Repatriasiya Departamentinin direktoru Elman İsmayılovu vəzifəsindən azad edib. R. Rzayev eyni zamanda komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovu da vəzifədən azad edib. Əmrə əsasən, Rasim Tağızadə qurumun Mənzil İstismar Departamentinin direktoru, Natiq Hüseynov isə Repatriasiya Departamentinin direktoru vəzifəsinə təyin ediliblər.

Dövlət Gömrük Komitəsinə sədr gələn Səfər Məmmədov da bölgələrdə kadrlarını dəyişib. Belə ki, Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov vəzifəsindən azad edilib. Onun yerinə Kənan Məmmədov təyinat alıb. Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən Mehman Sadıqov Şirvan Gömrük İdarəsinə rəis təyin edilib. Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov isə Xaçmaz Gömrük idarəsinə gətirilib.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da kadr dəyişikliyinin elanını verib. Belə ki, Muradov jurnalistlərə açıqlamasında qeyd edib ki, cənab prezident diaspora işi ilə bağlı çox ciddi tapşırıqlar verib. Mütləq qaydada kadr dəyişiklikləri olacaq: “Çalışırıq ki, komitənin işində yeni istiqamətlər olsun. Yeni kadrlar müxtəlif dilləri bilməlidir. Bu çox vacibdir. Çünki bu gün bizim soydaşlarımız 100-dən çox ölkədə məskunlaşıb. Bəlkə də bəzilərimiz bunu düşünmürdük. Bu gün elə bir guşə yoxdur ki, azərbaycanlılar orada olmasın”. Modern.az-ın mayın 10-da yaydığı məlumata görə, Fuad Muradovun əmri ilə qurumda yüksək vəzifə tutan 5 nəfər vəzifəsindən azad edilib.

“Sözsüz ki, yeni yaranan Mədəniyyət Nazirliyində də kadr islahatları aparılacaq”. BakuPost-un məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin əsasında yeni yaranan Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri barədə danışarkən deyib.

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda kadrlarla bağlı problem mövcuddur:

“Müstəqillikdən bəri belədir ki, hər hansı idarəyə kim rəhbərlik edirsə, o, özünün güvəndiyi adamları ətrafına toplayır. Burada əsas nüans kimi peşəkarlıq kriteriyası nəzərə alınmalıdır. Orta və aşağı ranqlı məmur qrupu peşəkarlardan formalaşmalıdır. Bu da işdə keyfiyyətin artmasına xidmət etməlidir. Azərbaycanda kadr qıtlığı var ki, bu isə ölkədə təhsil səviyyəsinin aşağı düşməsi ilə bağlıdır. Ancaq kifayət qədər xaricdə təhsil alıb-dönmüş insanlar da var ki, onların da çoxu ya kənarda qalıb, ya da belə strukturlarda işləmək istəmirlər”.







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zinəddin Zidan "Real Madrid"in futbolçularına kabab qonaqlığı verib
Dünən, 13:00
“Rəşad Mahmudov heç vaxt rəhbər vəzifəsində işləməyib” - Bakı Ürək Mərkəzindən rəsmi AÇIQLAMA
Dünən, 12:34
Vətənə xəyanət edənlər də əfv ərizəsi yazıblar
Dünən, 12:32
VEMTAS maxinatoru həbsdən canını qurtara biləcəkmi? - Dövləti belə talayıblar
Dünən, 12:25
Xalq şairi Rəsul Rzanın doğum günüdür
Dünən, 12:18
Məşhur şərhçi Ramil Şeydayevi yetişdirən klubu "istedadlar qəbiristanlığı" adlandırıb
Dünən, 12:16
Ədalət Şükürov dostlarına 790 min xərclədi - VİDEO
Dünən, 12:14
Göyçayda iki qardaş bıçaqlandı
Dünən, 12:12
“Ova gəlmişdilər”... ov ləvazimatı üçün
Dünən, 12:03
Sabah Bakıda və bölgələrdə 30-33 dərəcə isti olacaq
Dünən, 12:00
Qazaxda kişi qadın tərəfindən bıçaqlanıb
Dünən, 11:56
Paşinyan Sarkisyandan da hiyləgərdir - Azərbaycanlı ekspert onun bəyanatlarına DİQQƏT ÇƏKDİ
Dünən, 11:54
Səlim Müslümovla bağlı HÜQUQİ QƏRAR - Ölkədən çıxışı əngəlləndi
Dünən, 11:51
İran kanalı torpaqlarımıza “sahib” axtarır: təxribat
Dünən, 11:46
Ermənistan vətəndaşı ağ bayraqla Azərbaycana keçmək istədi - İLGİNC
Dünən, 11:44
3-cü ölkə səfirliyini Qüdsə köçürür
Dünən, 11:41
Azərbaycan neftinin qiyməti yenidən 80 dollardan aşağı düşüb
Dünən, 11:38
Ticarət mərkəzinə ayaq açmışdılar, oğurluğa...
Dünən, 11:30
Polisdən narkotikə qarşı ölkə üzrə əzmkar mübarizə... - Həbs edilənlər var
Dünən, 11:28
Oqtay Şirəliyev onun yerinə nazir olmaq istəyən deputatı işdən qovdu - GƏLİŞMƏ
Dünən, 11:22
Azərbaycanda yeni suvarma kanallarının tikintisinə başlanılır
Dünən, 11:07
Prezident İlham Əliyev Kuba rəhbərinə başsağlığı verib
Dünən, 11:05
“Sus, kişi ol” mahnısı ilə tanınan Ellada: - “Qızla yataqda olduqdan sonra…”
Dünən, 11:01
Avropanın media nəhəngləri "Facebook"a qarşı - İCMAL
Dünən, 10:52
"Utanmır, adını kişi qoyub, amma arvad kimi…" - Aparıcıdan ağır sözlər
Dünən, 10:48
Bəzi dövlət rüsumları ARTIRILIR
Dünən, 10:43
“Bakı Abadlıq Xidməti” milyonlarla manatı hara xərcləyib? - yeyinti ittihamı
Dünən, 10:42
Qadınları Dubayda cinsi istismara məruz qoyan insan alverçisinin məhkəməsi - FOTO
Dünən, 10:40
Rus turistlərdən Antaliyada oteldən ağlasığmaz oğurluq - VİDEO
Dünən, 10:38
20 Yanvar faciəsinin baiskarı - 93 yaşlı Yazov ömürlük həbs oluna bilər
Dünən, 10:36
Seçiciləri deputatı “əldə çıraq gəzir”... - İTTİHAM
Dünən, 10:35
Tanınmış aktrisa "Unibank"da kobudluqla üzləşdiyini deyir
Dünən, 10:31
Tovuzda ot biçən gənc ehtiyatsızlıqdan xəsarət alıb
Dünən, 10:29
Həbxsanadakı ərinə narkotik gətirərkən yaxalandı - Şəkidə
Dünən, 10:27
Mağazalarımızda insanları “zəhərləyən” şəbəkə var - PROBLEM
Dünən, 10:19
Universitetlərdə hazırlıq qrupları sentyabrdan açılacaq
Dünən, 10:17
Xaləddin İsgəndərovun vicdanına yazılan faciədən 3 il ötür - "Yanan bina"
Dünən, 10:16
Payızda parlamentdə boş yer qalmayacaq? - SEÇKİ MÜZAKİRƏSİ
Dünən, 10:14
BMT qərarına İsrailin cavabı: - Riyakar qurum
Dünən, 10:12
"Qarabağ"la oyunlardakı heç-heçələr bizə Avroliqaya keçid bahasına başa gəldi" - "Atletiko"nun müdafiəçisi
Dünən, 10:09
Rusiya şirkəti Xankəndində böyük əyləncə kompleksi tikəcək - Bakı susacaqmı?
Dünən, 10:08
MTN polkovniki bəraət istəyir
Dünən, 10:05
Mübariz Pənəhov (Laba) icra başçısı olmaq həvəsinə düşüb – Binəqədiyə təyinat almağa səy göstərəcəkmi?
Dünən, 10:04
"Təhsildə tələb-təklif prinsipini arxivə göndərmişik" - Bir universitet ki, öz maqistrantına sahib çıxmır...
Dünən, 10:01
“Hətta ən ciddi saytlarda dil qüsurları var” - Dilçilik İnstitutu
Dünən, 09:58
“Aktyorlar filmə pulsuz çəkilməsəydi, 300 nəfər işdən qovulacaqdı”
Dünən, 09:57
“Aygün Kazımova zəhmətkeş müğənni...”
Dünən, 09:52
Bizi cəzalandırmaq istəyirlər - Lavrov
Dünən, 09:50
Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib - ƏMR
Dünən, 09:48
Təhsil və maliyyə sistemində Bayramovlar kabusu: - dövlətə qarşı dövlətin içində…
Dünən, 09:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru