Nazirlik sabah çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyə edib .....                     Adam öldürməkdə təqsirləndirilən "Riyad" Mühafizə Xidmətinin keçmiş əməkdaşı məhkəmədə özünü təqsirli bilməyib .....                     143 illik şərəfli tarix .....                     Bakıda qızlar saçyolduya çıxdılar .....                     “Sanksiyalara görə maaş verə bilmirik...” .....                     NATO və Avropa İttifaqı Azərbaycanın modernləşməsi prosesinə töhfə verməlidirlər .....                     "Birgə əməkdaşlıqla Azərbaycan və Türkiyə əleyhinə yazıların qarşısını ala bilərik" .....                     Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib .....                     Sayğac "ovuna" çıxmışdılar... .....                     Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar .....                     Həyətində narkotik tərkibli çətənə kolları becərən Astara sakini saxlanıldı .....                     Köçərli kəndində növbəti səyyar-qəbul görüş .....                     Erməni əsirlər azərbaycanlı girovlarla dəyişdirilə bilər .....                     Neftin qiyməti artıb .....                     Adnan Oktarın Azərbaycandakı “sağ əli” Elşad Miridir? .....                     ABŞ Türkiyəyə İrana görə 180 gün vaxt verdi .....                     Neftçalada partlayış baş verdi, .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     ““KİRS” şirkəti mənim hüquqlarımı kobudcasına pozub” .....                     Yeni nazirlər etimadı nə qədər doğruldur? .....                     Eks həmkarlarından "Qaçqınkom" sədrinə inanılmaz dəstək .....                     Ermənilərin növbəti hay-küyü nəyə hesablanıb? .....                     Sarkisyanın şəxsi cangüdəni 2 mln. dollar girov müqabilində azadlığa buraxılacaq .....                     Bakıda enerji verilişi bərpa olunub .....                     Mattarellanın Bakı səfərindən dərhal sonra Əliyevin gedişi... .....                     Elmi ad almış deputatlar: Kim hansı sahənin alimidir? .....                     "Ağlım kəsəndən özümə güclü olacaqsan və hamıya yaxşı baxacaqsan deyirdim" .....                     Pentaqon Ukraynaya 200 milyon dollar ayırıb .....                     Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır .....                     Salyanda kişi meyiti tapılıb .....                     “Son fəaliyyəti daha iyrənc idi, İslamı gözdən salmaqla məşğul idi...” .....                     Bakıda yaşlı kişi özünü bıçaqlayaraq intihara cəhd göstərib .....                     Azərbaycan daha çox BU ÖLKƏLƏRDƏN məhsul idxal edir .....                     Təhsil Nazirliyinin kollegiyası müəyyənləşdirilib .....                     “Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et! .....                     Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb .....                     Bakı sakini ürəyindən bıçaqlanaraq qətlə yetirilib .....                     Məktəbli oğlan sinif yoldaşını bina zirzəmisində zorladı .....                     Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib .....                     Tanınmış iş adamına qarşı sensasion ittihamlar .....                 

Aydın Əliyev dərman mafiyasının qurbanı olub... - İDDİA
Tarix: 8-05-2018, 08:40 | Çap et
Aydın Əliyev dərman mafiyasının qurbanı olub...
DİA.AZ: - Dünən bütün ölkəni şoka salan bir əməliyyat barəsində məlumat rəsmən yayıldı. Söhbət Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərini də içinə alan dərman mafiyası şəbəkəsinə qarşı növbəti əməliyyatdan gedir. DİA.AZ xatırladır ki, bu məlumatda DGK-nin mühüm post sahiblərinin də ifşası barədə ciddi faktlar açıqlanırdı. Həmin məlimatı bir daha diqqətinizə təqdim edirik:

"Səhiyyə sisteminin ayrılmaz qolu olan əczaçılıq sahəsində bir sıra sahibkarlıq subyektlərinin daha çox gəlir əldə etmək üçün qeyri-leqal fəaliyyətlə məşğul olmaları, habelə gizli iqtisadi fəaliyyətin nəticəsi kimi vergidən yayınma və digər qanunsuz yollarla ölkədə qeyri-bərabər rəqabət mühiti formalaşdırmaları bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərməklə yanaşı, əhalinin sağlamlığına ciddi təhlükə yaradır. Son dövrlər bəzi hüquqi və fiziki şəxslər tərəfindən mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş və keyfiyyətsiz dərman vasitələrinin qanunsuz dövriyyəsinin həyata keçirilməsi, bəzi vəzifəli şəxslərin qeyd olunan qanunsuzluqlara şərait yaratması ictimaiyyətdə haqlı narazılıqlara səbəb olmuş, hüquq mühafizə orqanları tərəfindən görülən ardıcıl tədbirlərdən belə şəxslərin nəticə çıxarmaması qeydiyyatsız dərman vasitələrinin qanunsuz idxalının qarşısının alınması istiqamətində kompleks əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsini zəruri etmişdir.

30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunmuşdur. Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılmışdır. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Anar Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülmüşdür. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılmışdır.

İlkin istintaqla müəyyən edilmişdir ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən hazıradək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil etmişlər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək HavaNəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq almış, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin etmişlər.

Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Məmmədli Fərman Həmzə oğlu, Xıdırov Vasif Teymur oğlu, Mehtiyev Cəmil Səlim oğlu, Atanur Ateş Adem oğlu, Məmmədov Anar Kamran oğlu, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülmüşlər. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Bununla bağlı DİA.AZ-a ilginc məlumatlar daxil olub. Belə ki, redaksiyamızı bilgiləndirən qaynaq iddia edir ki, əslində dərman mafiyasının izinə çoxdan düşülüb və bu işdə DGK-nin köhnə rəhbərliyinin iştirakını sübutlayan yetərincə faktlar var. Məhz bundan sonra Aydın Əliyevin DGK rəhbəri postundan alınması qərarı verilib. Mənbənin dia.az-a söylədikləri:

"Hər halda, Aydın Əliyev vəzifə başındaykən onun yaxın adamlarının bu şəkildə ifşası doğru olmazdı. Bu, hələ prosesin başlanğıcıdır və bir neçə vəzifəli şəxsin həbsi belə gözlənilir. Bu işdə Aydın Əliyevin hansı formada zərbə alacağına gəlincə isə, artıq ilk zərbəsini alıb - vəzifəsini itirib. Növbəti zərbə də ola bilər. Bu isə onun öz müdafiəsini hansı səviyyədə qurub-qurmamasından asılıdır".

Mənbə iddia edir ki, Aydın Əliyevin istənilən halda sözügedən olaylarla bağlı istintaqa cəlb olunması gözləniləndir, qanunauyğundur: "Bütün bu olaylar Aydın Əliyevin DGK rəhbəri postunu tutduğu dönəmdə baş verib. Və isyənilən halda o silisə çəkiləcək".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Bütün bu iddia olunanlarla bağlı Aydın Əliyevi də dinləməyə hazırıq...





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlik sabah çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyə edib
Dünən, 13:32
Adam öldürməkdə təqsirləndirilən "Riyad" Mühafizə Xidmətinin keçmiş əməkdaşı məhkəmədə özünü təqsirli bilməyib
Dünən, 13:30
143 illik şərəfli tarix - "Mətbuat millətin inkişaf tarixində təkanverici mərhələdir”
Dünən, 13:25
Bakıda qızlar saçyolduya çıxdılar - “Aysberq” istirahət mərkəzində (VİDEO)
Dünən, 13:22
“Sanksiyalara görə maaş verə bilmirik...” - Mənsimovun müavini
Dünən, 13:20
NATO və Avropa İttifaqı Azərbaycanın modernləşməsi prosesinə töhfə verməlidirlər - "Jerusalem Post"
Dünən, 13:09
"Birgə əməkdaşlıqla Azərbaycan və Türkiyə əleyhinə yazıların qarşısını ala bilərik" - PA rəsmisi
Dünən, 13:06
Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib - Tərtərdə
Dünən, 13:04
Sayğac "ovuna" çıxmışdılar... - İsti izlərlə yaxalandılar
Dünən, 13:01
Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Dünən, 13:00
Həyətində narkotik tərkibli çətənə kolları becərən Astara sakini saxlanıldı - FOTO
Dünən, 12:58
Köçərli kəndində növbəti səyyar-qəbul görüş
Dünən, 12:54
Erməni əsirlər azərbaycanlı girovlarla dəyişdirilə bilər - VİDEO
Dünən, 10:15
Neftin qiyməti artıb
Dünən, 10:13
Adnan Oktarın Azərbaycandakı “sağ əli” Elşad Miridir? - VİDEO
Dünən, 10:11
ABŞ Türkiyəyə İrana görə 180 gün vaxt verdi
Dünən, 10:08
Neftçalada partlayış baş verdi, 37 yaşlı kişi dünyasını dəyişdi
Dünən, 10:06
Cəbhə xəttində erməni təxribatı davam edir
Dünən, 10:04
““KİRS” şirkəti mənim hüquqlarımı kobudcasına pozub” - GİLEY
Dünən, 09:59
Yeni nazirlər etimadı nə qədər doğruldur? - ARAŞDIRMA
Dünən, 09:52
Eks həmkarlarından "Qaçqınkom" sədrinə inanılmaz dəstək - "Evlərin verilməsində nə qədər haqsızlıqlar var idi..."
Dünən, 09:48
Fədayə Laçının cinayət işi məhkəməyə göndərilib
Dünən, 09:45
Ermənilərin növbəti hay-küyü nəyə hesablanıb? - Rus qoşunları Gümrüdən çıxsa...
Dünən, 09:42
Sarkisyanın şəxsi cangüdəni 2 mln. dollar girov müqabilində azadlığa buraxılacaq
Dünən, 09:40
Məmmədbağır Bağırzadə ilə bağlı şok fakt: - “Ailəsi Fəxri Xiyabanda dəfn etməyə qoymadı”
Dünən, 09:38
Bakıda enerji verilişi bərpa olunub - "Azərişıq"
Dünən, 09:35
Mattarellanın Bakı səfərindən dərhal sonra Əliyevin gedişi... - TƏHLİL
Dünən, 09:34
Elmi ad almış deputatlar: Kim hansı sahənin alimidir? - SİYAHI
Dünən, 09:31
"Ağlım kəsəndən özümə güclü olacaqsan və hamıya yaxşı baxacaqsan deyirdim"
Dünən, 09:30
Pentaqon Ukraynaya 200 milyon dollar ayırıb
Dünən, 09:25
Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır - TƏHLİL
Dünən, 09:25
Salyanda kişi meyiti tapılıb
Dünən, 09:23
“Son fəaliyyəti daha iyrənc idi, İslamı gözdən salmaqla məşğul idi...” - deputat
Dünən, 09:23
Bakıda yaşlı kişi özünü bıçaqlayaraq intihara cəhd göstərib
Dünən, 09:20
Azərbaycan daha çox BU ÖLKƏLƏRDƏN məhsul idxal edir
Dünən, 09:19
Təhsil Nazirliyinin kollegiyası müəyyənləşdirilib
Dünən, 09:18
“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!
Dünən, 09:17
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünən, 09:15
Bakı sakini ürəyindən bıçaqlanaraq qətlə yetirilib - VİDEO
Dünən, 09:13
Məktəbli oğlan sinif yoldaşını bina zirzəmisində zorladı — ŞOK HADİSƏNİN TƏFƏRRÜATLARI
20-07-2018, 18:11
Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib
20-07-2018, 18:08
Tanınmış iş adamına qarşı sensasion ittihamlar - "6-7 aydan sonra bu iddia həllini tapmadığı üçün..."
20-07-2018, 18:04
"Bu məqsədlərə çatmaq üçün birgə səylər daha da gücləndirilməli, məqsədyönlü və davamlı olmalıdır" - DİN-in tədbirindən
20-07-2018, 17:59
İsrail ərəb dilinin statusunu ləğv etdi
20-07-2018, 17:55
Nazpəri Dostəliyeva necə "fəlsəfə doktoru omasından" DANIŞDI: - “Maraqlı faktlar...”
20-07-2018, 17:46
"Bir kişi qısa ətəkli xanıma baxmırsa, onun problemi var" - 56 yaşlı azərbaycanlı müğənni
20-07-2018, 17:37
Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
20-07-2018, 17:23
Belarusun Ermənistandakı fəxri konsulunun evi yarıldı
20-07-2018, 17:19
“ Mənimlə bir gecəyə yarım milyon verirdi” - Humay Muxtarova
20-07-2018, 17:01
Azərbaycan və Fransa prezidentləri arasında görüş olub
20-07-2018, 16:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru