Saxta dindarları kim və necə müəyyənləşdirir... .....                     “Bəzi müğənnilər kimi orijinal olmaqdansa, çakma Aygün olmaq yaxşıdır...” .....                     ABŞ-ın yeni Qarabağ planı .....                     Renka Əhməd Mustafayevdən sonra hansı ulduzun klipində çəkiləcək? .....                     Gəncə olayı ilə bağlı həbs edilənlərdən biri baş redaktoru hədələyirmiş .....                     İtaliya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib .....                     Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb .....                     Aygünlə İnqrid yenidən bir arada .....                     Qanunsuz ov edən şəxslər saxlanılıb .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     "Akkord" korporasiyası kapitalının 2/3 hissəsini itirib .....                     Sevadan Türkiyə şou-biznesini silkələyəcək yeni klip .....                     Bakıda gənc oğlana çəngəllə ağır xəsarət yetirilib .....                     Dələduzluqda təqsirləndirilən ana və oğulun bəraət hökmü qüvvədə saxlanılıb .....                     Renka gözəllik sirrini açıqlayıb .....                     Türkiyədə 2 il bundan qabaq elan olunan fövqəladə vəziyyət rejimi başa çatıb .....                     Azərbaycan nefti ucuzlaşıb .....                     "Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək" .....                     Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı .....                     Həkimlər kobra sancan azərbaycanlı sehrbaz haqda: .....                     "Azərbaycan prezidentinin Rusiyaya səfəri zamanı bütöv sənədlər paketini imzalamağı planlaşdırırıq" .....                     İşsiz qalan keçmiş icra başçıları .....                     Mədət Quliyev və Elnur Məmmədli hərbi hissədə cüdo üzrə master-klass keçib .....                     Dolların sabaha olan məzənnəsi .....                     ATƏT DTİHB Azərbaycanda prezident seçkiləri üzrə yekun hesabatı açıqlayıb .....                     Bakıda 78 yaşlı kişi itkin düşdü .....                     “İnternet medianın fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir” .....                     Qazaxda tutulan erməni xüsusi təyinatlısının fotoları .....                     Bakıda daha bir oteldə ərəb öldü .....                     Vikiçilər mətbuatın 143 illiyi ilə bağlı 143 məqalə yaratdılar .....                     DYP-nin keçirdiyi reyddə qalmaqal .....                     Fars-molla rejiminin naziri Azərbaycan türkcəsini “təhlükə” adlandırdı .....                     Məhbusların qaçmasına görə tutulan Penitensiar xidmətin əməkdaşlarının cinayət işi ilə tanışlıq mərhələsi başa çatıb .....                     "Lerik rayon icra hakimiyyətindən mənə deyirlər ki, biz sənə ev tikməliyik?" .....                     "Bəs, bu terrorun arxasında kim dayanır?" .....                     “17 il Marsdakı gizli hərbi bazada xidmət etmişəm” .....                     Türkiyədə səhvən xəstənin boğazını kəsən həkim Bakıda çalışacaq .....                     Qolu sarğılı süpürgəçi qadın kimdir? .....                     Alterantiv enerji üçün ayrılan pullar hara getdi? .....                     Rusiya ordusu Ermənistan kəndində atəş açır, ermənilər qorxusundan huşunu itirir .....                 

İcra başçısı Gədəbəyi qarış-qarış zəbt edib - FOTOLAR
Tarix: 10-01-2018, 08:47 | Çap et
İcra başçısı Gədəbəyi qarış-qarış zəbt edib
Sabiq vergilər naziri Fazil Məmmədovun Şəmkir rayonunda bütün gəlirli sahələrə əl qoyması haqda ötən saylarımızda dərc olunan reportajda ətraflı məlumat vermişdik. Şəmkirdəki durum belədir - gözünü yum və əlini hər hansı bir istiqamətə tuşla. Ətrafındakılar barmaqlarının Fazil Məmmədovun zavodu, quşçuluq fabriki, restoranı, hoteli, çayxanası, çörək zavodu, istirahət mərkəzi, gölü, istixanası və hətta özəl meşəsinə tuşlandığını deyəcəklər. Bəli, Şəmkirdən Gədəbəy istiqamətinə irəliləsən və gözün meşəyə sataşsa, tərəddüd etmədən rahatca “bura da Fazil Məmmədovundur” deyə bilərsən və yanılmayacaqsan.

Gədəbəyin Yasamal aşırımlarındakı “Yastı meşə”si də məhz Fazil Məmmədovun nəzarəti altındadır, orada dəbdəbəli imarətlər inşa etdirib. 1 gün də olsun oralardakı imarətlərdə yaşamasa da, Şəmkir və Gədəbəydən olan sakinlər daha oralara istirahətə gedə bilmirlər. Həmin meşələr onların üzünə həmişəlik bağlanıb.

Gədəbəyin özündə isə Fazil Məmmədovun kadrı Ramiz Yediyarov “balaca padşah”lıq edir. İş adam Fəxrəddin Bağırovun başına açdığı müsibətlər haqda ötənlərdə yazmışdıq. Vaxtilə vergi işçisi olmuş Ramiz Yediyarov 3 ay əvvəl yuxusuna haram qatıb plan cızmış, səhər isə sahibkarın obyektinə hücum təşkil etmişdi. Öz hikkəsinə rayondakı dövlət qurumlarının nümayəndələrini də bulaşdıran icra başçısı sahibkarın obyektinin qapı-pəncərələrini, darvazasını daşla hördürmüşdü. Fazil Məmmədov büdrəyəndən sonra Ramiz Yediyarov qorxuya düşüb obyektin qonşuluğundakı həyətdən ora yol açdırmışdı. Rayona sonuncu səfərimiz zamanı sahibkarın obyektinin qapılarını hörülmüş gördük. Yerli sakinlərdən xəbər aldıq, dedilər ki, Fəxrəddin Bağırov rayondan 3 ay əvvəl çıxandır və geri qayıtmayıb. Obyekt isə ağzı günə qalıb, fəaliyyətsizdir. Vergi işçisi olan başçı bir sahibkarı beləcə vergi ödəməkdən, büdcəyə xeyir verməkdən uzaqlaşdırıb. Obyektdə çalışanları da işsiz qoyub.

İcra başçısı Gədəbəyi qarış-qarış zəbt edib

Başçının qanunsuz tikdirdiyi yanacaq doldurma məntəqəsi

Sən demə, gözdən-könüldən uzaq Gədəbəydə Ramiz Yediyarovun işi elə sahibkarlara qarşı qanunsuzluqlar etməkdən ibarətmiş...

Gədəbəydə ilk diqqətimizi cəlb edən Şəhidlər Xiyabanı qarşısında yöndəmsiz inşa olunan yanacaqdoldurma məntəqəsi oldu. Öyrəndik ki, məntəqə başçının göstərişi ilə tikilib. İllər əvvəl bir sahibkarın sökülmüş obyekti əvəzinə ona verilməli olub. Sahibkar gəlib, məntəqəyə baxıb və onu qəbul etmək istəyib. Başçının adamları ona deyiblər ki, sənəd-filan olmayacaq, yoxdur. Yəni məntəqə qanunsuz tikilib. İcra başçısının qəbuluna gedən sahibkar məsələni aydınlaşdırmaq istəyib. Lakin İcra hakimiyyəti binasında quraşdırılan polis, şəxsi cangüdən və katibə postlarını keçib başçısının qəbuluna düşə bilməyib. Bəli, Ramiz Yediyarovun qəbuluna düşmək üçün 1 turniket və 3 post keçməlisən. Dəmiraxtaranla başdan-ayağa kimi yoxlamaya hazır olmalısan. Bir sözlə, prezidentin məmurlara, icra başçılarına yönəlik çıxışlarında sadəlik, xalqa xidmət kimi çağırışlarını Gədəbəy İcra Hakimiyyətində əxz edən yoxdur.

Sakinlər deyirlər ki, obyekti sökülərkən sahibkara hər cür dəstək vəd edən Ramiz Yediyarov sonradan ondan gen gəzib. Odur ki, Şəhidlər Xiyabanı önündə qanunsuz tikilən məntəqə işə başlamayıb. Sahibkarın müxtəlif orqanlarına şikayətlərini də icra başçısı önləyə bilib. Yerli sakinlərdən öyrəndik ki, başçı bu obyekti satmaq üçün illərdir müştəri axtarır, məntəqə qanunsuz tikildiyindən kimsə ora yaxın düşmür. Üstəlik, digər iş adamları obyekti dağıdılmış sahibkarın haqqına girmək istəmirlər. Bundan başqa, məntəqə faktiki olaraq barıt çəlləyini xatırladır. Yetər ki, məntəqədəki çənlərə benzin və ya digər tez alışan maye doldurulsun. Səbəb də budur ki, obyekt qaz kəmərinin yaxınlığında və 10 kilovoltluq elektik xəttinin altında tikilib. Adi bir ehtiyatsızlıq, qığılcım ərazidə böyük bir partlayış, yanğının meydana gəlməsinə səbəb ola bilər...

İcra başçısı Gədəbəyi qarış-qarış zəbt edib

Əli Abdullayevə kompensasiya əvəzi verilməsi adı ilə tikilən, ona verilməyən obyekt

Mərhum iş adamı Əli Abdullayevə qarşı Ramiz Yediyarovun törətdiklərini isə Gədəbəydə bilməyən az adam var. Rayondakı ilk özəl hotelin sahibi Əli Abdullaeyvə heç bir kompensasiya ödəmədən obyekti bir gecənin içində uçurulmuşdu. Uzun-uzadı çəkişmələrdən sonra başçı obyektin qanunsuz söküldüyünü etiraf edərək iş adamına Gədəbəyin Heydər Əliyev prospektində 3 mərtəbəli bina tikib veriləcəyini bildirmişdi. Bu sövdələşmədən az sonra Əli Abdullayev qəfil və müəmmalı şəkildə dünyasını dəyişdi. Yerli sakinlər Əli Abdullayevə verilməli olan 3 mərtəbəli binanın tikintisinin çoxdan başa çatdırıldığını, amma mərhum sahibkarın vərəsələrinə, ailəsinə verilmədiyini deyirlər. Ramiz Yediyarovun həmin əmlakı da digər şəxslərə satmaq planının varlığı haqda danışırlar. Hazırda başçının göstərişi ilə binada Gədəbəy rayon Uşaq Yaradıcılıq Mərkəzi yerləşir. Sakinlər deyir ki, mərkəzin binası daha perspektivli yerdə olduğu üçün başçı “hamam suyundan özünə dost tutub”. Sahibkarın obyektini dağıdıb, ona kompensasiya olaraq vəd edilən tikilini isə mərkəzə verməklə bu qurumun əvvəlki əmlakını da öz mal-mülkünə qatıb. Heydər Əliyev prospektindəki binanın yerləşdiyi torpaq sahəsi isə başçının etibarlı adamı, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyevin anası Xalidə Ehsan qızının adına rəsmiləşib. Ərazidə çəkiliş apararkən məlum oldu ki, bu bina da qaz xəttinin yaxınlığında inşa olunub...

İcra başçısı Gədəbəyi qarış-qarış zəbt edib

Slavyanka kəndində əkin sahələrinin tən ortasında zəbt olunan torpaq

Şəmkirdə Fazil Məmmədov hər tin-bucaqda korrupsiya pulları hesabına obyektlər tikdirməklə ad çıxarıbsa, onun Gədəbəydəki kadrı Ramiz Yediyarov sahibkarların obyektlərini dağıtması ilə “şöhrət” tapıb. Söküntü işləri icra başçısına bir tərəfdən perspektivli torpaq sahələrinə “əl qoymağa” imkan verib, digər tərəfdən isə yeni inşa edilən obyektlərin onun “çətiri” altına yığılmasına yol açıb. Sahibkarların obyektləri dağıdılan günlərdə Ramiz Yediyarov rayonun 20 Yanvar küçəsində ticarət mərkəzi tikdirib. Sahibkarlara da həmin mərkəzdə obyektlər veriləcəyi vəd olunub. Sənəd-sübutlu obyektləri dağıdılan sahibkarlar ticarət mərkəzinin 10 və 35 kilovoltluq elektrik xətlərinin altında yerləşdiyini və ərazinin ticarət üçün əlverişsizliyini görüb ora köçməyə həvəs göstərməyiblər. 10 və 35 kilovoltluq elektrik xətlərinin dəmir dayaqları bu mərkəzin ərazisindədir. Xırda bir nasazlıq yüksəkgərginlikli xətlərin əraziyə düşərək, hər an böyük faciəyə səbəb ola biləcəyini söyləməyə əsas verir. Ərazidə tikinti aparılmasını tapşıran Ramiz Yediyarov belə bir olay baş versə, yəqin ki, yaxasını kənara çəkəcək. Deyəcək ki, tikintidən xəbəri olmayıb. Ortada Binəqədidə bina yanğını zamanı Xaləddin İsgəndərovun özünü necə aparması, 1-ci müavinini “rasxod”a verməsi nümunəsi var.

İcra başçısı Gədəbəyi qarış-qarış zəbt edib

10 və 35 kilovoltluq elektrik xəttlərinin altında qanunsuz tikilən ticarət mərkəzi

Ramiz Yediyarovun pay torpaqlarını payi-mal etməsi də rayonda müzakirə mövzularındandır. Dağlar qoynundakı Gədəbəydə gözəgəlimli bir yer oldusa, “əkin sahəsidir”, “təyinatı başqadır” kimi qadağalar işə yaramır. Gədəbəydə bir qanun işləyir - Ramiz Yediyarovun qanunları. Slavyanka kəndində də bunu bilməyən yoxdur. Başçı qəbiristanlıqdan bir qədər yuxarıda yerləşən pay torpağında tikinti aparılmasını əngəlləməyib. Daş töküb, əkin sahələrinin tən ortasında hasar çəkiblər, ev tikilməsi üçün hazırlayıblar. Əlbəttə ki, başçının göstərişi, razılığı olmasa, kimsə daşı daş üstə qoya bilməz. Bunu Gədəbəydə bilməyən yoxdur. Nə vaxtsa bir rayonda sahibkarlığın necə çökdürülməsi haqda kitab yazılsa, müəllifin Ramiz Yediyarovun fəaliyyətini təftiş etməsi yetər...

“Yeni Müsavat”


İcra başçısı Gədəbəyi qarış-qarış zəbt edib
İcra başçısı Gədəbəyi qarış-qarış zəbt edib
İcra başçısı Gədəbəyi qarış-qarış zəbt edib




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Adnan Oktara rəsmi ittiham elan olundu və həbsxanaya göndərildi
Bu gün, 10:13
Saxta dindarları kim və necə müəyyənləşdirir...
Bu gün, 10:01
“Bəzi müğənnilər kimi orijinal olmaqdansa, çakma Aygün olmaq yaxşıdır...”
Bu gün, 09:59
ABŞ-ın yeni Qarabağ planı – Ağ Ev Bakını İrəvanla barışdırır?
Bu gün, 09:58
Renka Əhməd Mustafayevdən sonra hansı ulduzun klipində çəkiləcək?
Bu gün, 09:56
Gəncə olayı ilə bağlı həbs edilənlərdən biri baş redaktoru hədələyirmiş
Bu gün, 09:54
İtaliya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Bu gün, 09:52
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Bu gün, 09:51
Aygünlə İnqrid yenidən bir arada
Bu gün, 09:50
Qanunsuz ov edən şəxslər saxlanılıb
Bu gün, 09:47
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:46
"Akkord" korporasiyası kapitalının 2/3 hissəsini itirib
Bu gün, 09:45
MTRŞ radiolarla bağlı narahatedici məqamları açıqladı - NƏLƏRDİR?
Bu gün, 09:44
Sevadan Türkiyə şou-biznesini silkələyəcək yeni klip
Bu gün, 09:39
Bakıda gənc oğlana çəngəllə ağır xəsarət yetirilib
Bu gün, 09:37
Dələduzluqda təqsirləndirilən ana və oğulun bəraət hökmü qüvvədə saxlanılıb
Bu gün, 09:36
Renka gözəllik sirrini açıqlayıb
Bu gün, 09:34
Türkiyədə 2 il bundan qabaq elan olunan fövqəladə vəziyyət rejimi başa çatıb
Bu gün, 09:33
Azərbaycan nefti ucuzlaşıb
Bu gün, 09:32
"Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək" - Prezident İlham Əliyev
Dünən, 18:07
Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı
Dünən, 18:03
Həkimlər kobra sancan azərbaycanlı sehrbaz haqda: - Yaşaması möcüzədir
Dünən, 17:59
"Azərbaycan prezidentinin Rusiyaya səfəri zamanı bütöv sənədlər paketini imzalamağı planlaşdırırıq" - Maksim Oreşkin
Dünən, 17:53
"Röya 5 şirvana oxuyan adam idi..." - Elit star Cəmilə
Dünən, 17:46
İşsiz qalan keçmiş icra başçıları – Mənimsəmə, milyonlar, qohum biznesi…
Dünən, 17:42
Mədət Quliyev və Elnur Məmmədli hərbi hissədə cüdo üzrə master-klass keçib
Dünən, 17:31
Dolların sabaha olan məzənnəsi
Dünən, 17:27
ATƏT DTİHB Azərbaycanda prezident seçkiləri üzrə yekun hesabatı açıqlayıb
Dünən, 17:15
“Siyah sancak: Mübariz” filminin rejissoru: - “İcra başçısı bizimlə görüşdü və söz verdi ki...”
Dünən, 17:08
Nazpəri fəlsəfə doktoru oldu
Dünən, 17:04
Bakıda 78 yaşlı kişi itkin düşdü
Dünən, 17:00
“İnternet medianın fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir” - Əflatun Amaşov
Dünən, 16:58
"AST Telman Abbasa sponsorluq etdi, ad aldı" -Elit star Cəmiləyə əməkdar artistdən cavab
Dünən, 16:47
Qazaxda tutulan erməni xüsusi təyinatlısının fotoları - ERMƏNİSTANDA DƏLİNİN ƏLİNƏ NİYƏ AVTOMAT VERİRLƏR?
Dünən, 16:42
Bakıda daha bir oteldə ərəb öldü - FOTO
Dünən, 16:37
Xalq artistindən fonoqramla toy oxuyanlara SƏRT TƏNQİD
Dünən, 16:35
Vikiçilər mətbuatın 143 illiyi ilə bağlı 143 məqalə yaratdılar - VİDEO
Dünən, 16:32
DYP-nin keçirdiyi reyddə qalmaqal - VİDEO
Dünən, 16:24
Fars-molla rejiminin naziri Azərbaycan türkcəsini “təhlükə” adlandırdı
Dünən, 16:22
Məhbusların qaçmasına görə tutulan Penitensiar xidmətin əməkdaşlarının cinayət işi ilə tanışlıq mərhələsi başa çatıb
Dünən, 16:13
"Lerik rayon icra hakimiyyətindən mənə deyirlər ki, biz sənə ev tikməliyik?" - GİLEY
Dünən, 16:12
"Bəs, bu terrorun arxasında kim dayanır?"
Dünən, 15:59
"Ola bilər "Maşın Şou"da qazandığım avtomobil satılıb..." - Roza Zərgərli
Dünən, 15:53
“17 il Marsdakı gizli hərbi bazada xidmət etmişəm” — Amerikalı hərbçidən şok açıqlama
Dünən, 15:38
Türkiyədə səhvən xəstənin boğazını kəsən həkim Bakıda çalışacaq - “Ege Hospital”dan növbəti biabırçılıq
Dünən, 15:33
Qolu sarğılı süpürgəçi qadın kimdir? - FOTOLAR
Dünən, 15:31
Alterantiv enerji üçün ayrılan pullar hara getdi? – Qohumlara ayrılan milyonlar
Dünən, 15:30
Rusiya ordusu Ermənistan kəndində atəş açır, ermənilər qorxusundan huşunu itirir
Dünən, 15:28
Soros Gəncəyə erməni agentlər göndərib? - SENSASİYALI FOTOFAKT
Dünən, 15:23
DİN və ETSN birgə reydlər keçirib
Dünən, 15:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru